Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-282/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağları, Gəmi restoranı ilə üzbəüz fərdi yaşayış evində fəhləlik edən zaman onunla birlikdə işləyən Zərərçəkmiş şəxs məxsus asılqandan asılmış əl çantasının içərisində 400 manat pul olan pul kisəsini və həyətdən 270 manat məbləğində olan 01 ədəd “Xiaomi redmi 12” markalı mobil telefonu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 670 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında o, X3 işlədiyi yerdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs mobil telefon nömrəsi onda olmuşdur. 2023-cü ilin avqust ayında o, zəng edərək vəziyyətinin pis olduğunu bildirərək Zərərçəkmiş şəxs iş olduğu halda ona deməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs da həmin vaxtı Sumqayıt şəhəri, Novxanı bağlarında Gəmi restoranı ilə üzbəüz fərdi yaşayış evlərin birində işlədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs yanında işləməyə başlamışdır. Təxminən 10 gün Zərərçəkmiş şəxs yanında fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə o, işlədiyi Sumqayıt şəhəri, Novxanı bağlarında Gəmi restoranı ilə üzbəüz fərdi yaşayış evinə gəlmişdir. Həmin zaman Nəsimi İsmayilov ilə birlikdə işə başlamışdır. Həmin zaman da onun pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs məxsus “Xiaomi redmi” markalı mobil telefonu danışmaq adı ilə Nəsimidən icazə alıb götürmüşdür, onun mobil telefonunda karta bağlı olan şifrəni bildiyi üçün proqrama daxil olmuş və təxminən 300 manat olduğunu görüb və həmin pulu çıxarmaq qərarına gəlmişdir. Bu səbəbdən iş yerinə qayıtmamış, Nəsimi zəng edən zaman ilkin olaraq qayıdacağını qeyd etsə də, sonradan telefonu söndürmüş və Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında xatırlamadığı mobil telefon dükanlarının birində həmin mobil telefonu 150 manata satmışdır. İttihamda göstərilən pul kisəsini götürməmişdir. Hazırda dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2023-cü ilin yanvar ayında o, X3 işlədiyi yerdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs mobil telefon nömrəsi onda olmuşdur. 2023-cü ilin avqust ayında o, zəng edərək vəziyyətinin pis olduğunu bildirərək Zərərçəkmiş şəxs iş olduğu halda ona deməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs da həmin vaxtı Sumqayıt şəhəri, Novxanı bağlarında Gəmi restoranı ilə üzbəüz fərdi yaşayış evlərin birində işlədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs əvvəl onunla birlikdə işlədiyi vaxtdan 140 manat pul borcu olmuşdur. O, Zərərçəkmiş şəxs yanına işə gələndə bildirmişdir ki, işləyə-işləyə həm sənin 140 manat pulunu qaytarar, həm də ki özü üçün gəlir əldə edər. Zərərçəkmiş şəxs da, etiraz etməmişdir. O, təxminən 10 gün Zərərçəkmiş şəxs yanında fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə o, işlədiyi Sumqayıt şəhəri, Novxanı bağlarında Gəmi restoranı ilə üzbəüz fərdi yaşayış evinə gəlmişdir. Həmin zaman Nəsimi İsmayilov ilə birlikdə işə başlamışdır. Həmin zaman da onun pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs məxsus “Xiaomi redmi” markalı mobil telefon sonuncunun qoyduğu yerdən götürmüşdür. Həmin mobil telefonu baha qiymətə sata bilməyəcəyini fikirləşmişdir.. Bundan sonra asılqandan Nəsmi İsmayılovun çantası asılıb və həmin çantanın içərisində baxdıqda pul kisəsinin olduğunu görmüş və götürmüşdür. Daha sonra evdən çıxan zaman Zərərçəkmiş şəxs işi var sabah yenidən işə gələcəyini bildirmişdir. Nəsimidə etiraz etməmişdir. O da həmin həyətdən çıxıb getmişdir. Həmin pul kisəsinin içinə baxdıqda içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olduğunu görmüşdür. Həmin sənədlər ona lazım olmadığından zibil qabına atmış, 400 manat pulu isə üzərində saxlamışdır. Bundan təxminən 1 saat sonra Nəsmi İsmayılovun mobil telefonuna zəng gəldiyini görüb mobil telefonu açmış və görmüş ki, zəng edən Zərərçəkmiş şəxs özüdür, mobil telefonunu hansı səbəbdən götürdüyünü soruşduqda birazdan qayıdanda gətirib mobil telefonunu qaytaracağını bildirmişdir. Daha sonra mobil telefonu söndürmüşdür. Bakı şəhərinə getmiş, Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında xatırlamadığı mobil telefon dükanlarının birində həmin mobil telefonu 150 manata satmışdır. Daha sonra yaşadığı Lənkəran şəhərinə qayıtmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Hazırda dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. O, ustalıqla məşğul olur. Təqsirləndirilən şəxs qismən tanıyır. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında o, işlədiyi yerdə fəhlə kimi işləmişdir. Onun mobil nömrəsi onda olmuşdur. 2023-cü ilin avqust ayında ona zəng edərək vəziyyətinin pis olduğunu iş olduğu halda ona deməyimi xahiş etmişdir. O da həmin vaxtı Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən Gəmi restoranı ilə üzbəüz fərdi yaşayış evlərin birində işləyidiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona əvvəl işlədiyi vaxtda 140 manat pul borcu olmuşdur. Onun yanına işə gələndə bildirmişdir ki, işləyə-işləyə həm ona 140 manat pul borcunu qaytarar, həm də özü üçün gündəlik gəlir əldə edər. O da etiraz etməmişdir. Azər Abdullayev təxminən 10 gün onun yanında fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə o, işə gəlmişdir. Özünə məxsus “Xiaomi Redmi” markalı mobil telefonu yanında olmuşdur. Həmin gün Azər də işə gəlmiş və təxminən saat 11:00 radələrində bildirmişdir ki, işi var gedib, sabah yenidən gəlib işinə davam edəcəkdir. O da etiraz etməmişdir. Ona mobil telefonu lazım olduğundan telefonu qoyduğu yerə baxdıqda görmüşdur ki, mobil telefonu yoxdur. Təxminən 1 saat mobil telefonunu axtarmışdır. Mobil telefonunu tapa bilmədiyi üçün çöldən tanımadığı bir şəxsin mobil telefon nömrəsi ilə öz istifadəsində olan mobil telefon nömrəsinə yığdıqda görmüşdür ki, telefonu Azər açmış və o, ondan icazəsiz mobil telefonunu niyə götürüb getmisən, cavabında isə Azər bildirmişdir ki, birazdan gətirib təhvil verəcəkdir. Yenidən öz mobil telefon nömrəsini yığdıqda görmüşdür ki, mobil telefonu sönülüdür. Daha sonra o, asılqandan asdığı çantanın içərisinə baxdıqda görmüşdür ki, çantanın içərisinə qoyduğu içərisində 400 manat nağd pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul kisəsi yoxdur. Bilmişdir ki, pulu və sənədlərini Azər oğurlamışdır. Sabaha kimi gözləmiş və görmüşdür ki, Azər Abdullzadə onun mobil telefonunu və sənədlərini gətirməmişdir. O da bu səbəbdən DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. O, mobil telefonu 500 manata almış və o polisə ümumilikdə 900 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əməkhaqqı kartında olan 300 manat pulu Azər oğlurladığı telefon vasitəsi ilə çıxarmışdır. Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2023-cü il tarixli, 9/8529 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, analoji malların markasına, modelinə və digər texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Xiamoi Redmi 12” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 270,00 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilmiş, tapıldıqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış işin təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqından protokoldan görünür ki, Sumqayıt şəhəri, Noxvanı bağlar massivində yerləşən Gəmi qaya restoranı ilə üzbəüz yerləşən fərdi yaşayış evində yarımtikilidə usta kimi işləyən Zərərçəkmiş şəxs məxsus içərisində alışqandan asılmış çantanın işərisində olan pul kisəsi həmçinin mobil telefon oğurlanmışdır. İş materiallarında olan iş üzrə şübhəli məqamlara aydınlıq gətirilməsi və obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcək xüsusatların yoxlanması zərurəti yarandığından Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat tapşırığı verilmiş cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tapşırıqda qeyd olunan oğurluğu edərkən ona kimin və ya kimlərinsə köməklik göstərməsi, həmçinin tapşırıqda qeyd olunan oğurluqdan başqa, hər hansı cinayət əməli törətməsi əməliyyat yolu ilə müəyyən edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-282/2024 saylı, 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 300 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə cəriməni tam ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törədilmiş əməldə rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlığın məhdudlaşırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Lənkəran şəhəri inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Lənkəran şəhərinin hüdudları kimi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulmuş və ona həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Lənkəran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçi ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-282/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 300 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 16 (on altı) gün müddət bir gün azadlıqdan məhrum etmə cəzasının iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından azad edilsin. Cəzasının əvvəli Lənkəran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Lənkəran şəhəri, Böyükağa Mirsalayev küçəsi, ev 61A ünvanını tərk etməmək, Lənkəran şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-282/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-282/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver