Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-282/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 168-də qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 81/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 cəza çəkən, barəsində hazırki iş üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda altı ədəd qızılı rəngli siqaret kağızı bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,077 qram, 0,083 qram, 0,195 qram, 0,177 qram, 0,138 qram, ümumi təmiz çəkisi 0,783 qram boz rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:23 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacı Salayev küçəsi, 77-ci məhəllə ərazisində küçədə saxlanılaraq, saxlandığı yerdə də üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli “Kent-4” siqaret qutusunun içindən altı ədəd qızılı rəngli siqaret kağızı bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,077 qram, 0,083 qram, 0,195 qram, 0,177 qram, 0,138 qram, ümumi təmiz çəkisi 0,783 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki şalvarın sol yan cibindən bir ədəd “Aosai” markalı elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onu polis əməkdaşları gəlib evindən aparmışlar, polis əməkdaşları 2 maşınla gəlmiş və təxminən 5-6 nəfər olmuşlar. Aparılarkən qorxudulmuş və sözlə təzyiq göstərilmişdir. Lakin, fiziki şiddət olmamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Qorxduğu üçün narkotik vasitənin və tərəzinin ona məxsus olduğunu demişdir. Tərəzini və narkotik vasitəni polis əməkdaşları özləri ona vermişlər. Polis əməkdaşlarının söylədiklərini etməyəcəyi halda onu Bakı şəhərinə aparacaqlarını, küllü miqdarda narkotik vasitə ilə qeydiyyata alacaqlarını bildirmişlər. Bundan başqa, ona başqa cinayət işinin də olduğundan iki işin toplanıb bir cəza veriləcəyi deyildiyi üçün o, polis əməkdaşlarının söylədiklərini icra etmişdir. Həmçinin, ona bildirilmişdir ki, barəsində qonşular tərəfindən narkotik vasitənin satışı ilə əlaqədar şikayət daxil olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğunu, 2018-ci il tarixindən narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Sumqayıt şəhər prokurorluğunda olduğunu, ona qarşı təzyiq edilməsi, yəni sözlə hədə-qorxu gəlinməsi və polis əməkdaşlarının gəlib onu evdən aparması barədə şikayət etmədiyini, ona qarşı heç bir fikizi zorakılıq edilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini müstəntiqin diqtəsi ilə yazdığını bildirmişdir. Təqsirləndirlən şəxs son söz olaraq onun günahının olmadığını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini söyləyib ifadəsində göstərmişdir ki, o, 7-8 ildir ki, narkotik vasitə alüdəçisi olmuş, narkotik vasitə olan kakos deyilən heroindən, psixotrop maddə metamfetamindən iynə vurmaqla istifadə etmişdir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacı Salayev küçəsi, 77-ci məhəllədə tək piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğu üçün saxladıqlarını bildirib, onun üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər, o, buna etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, varsa təqdim etməyini bildirmişlər. Sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli “Kent-4” siqaret qutusunu və sol yan cibindən isə bir ədəd “Aosai” markalı elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qutu polis əməkdaşları tərəfindən açılmış, içində altı ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər olmuşdur, bükümlər bir-bir açılmış, içərisində spesifik iyə malik kütlə aşkar olunmuşdur. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin bükümlərin içərisindəki kütlə narkotik vasitə “kakos” deyilən heroindir, həmin bükümləri saxlanmamışdan əvvəl ayrı ayrı bükülmüş halda Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “şorun üstü” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 40 manata almışdır. Həmin bükümləri almaqda məqsədi özü istifadə etmək olmuş, narkotik vasitə satmaq niyyəti olmamışdır. Eyni zamanda elektron tərəzi onun özünə məxsusdur, həmin tərəzi ilə bükümlərdəki kütləni çəkib, çəkisini dəqiq ölçüb sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin kütlələr polis əməkdaşları tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, sonra isə 6 ədəd büküm və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, sənədləşmənin davam etdirilməsi üçün o, polis əməkdaşları ilə bir yerdə Sumqayıt ŞPİ-yə gəlmişdir. İdarədə ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, o, təqdim edilən vəkilə etiraz etməmişdir. Daha sonra polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış zərfi videoçəkiliş altında təqdim etmişdir. Həmin möhürlənmiş zərf videoçəkiliş altında təhqiqatçı tərəfindən açılmış, zərfin içərisində altı ədəd siqaret kağızına bükülmüş bükümlərin, bir ədəd elektron tərəzinin olduğu, həmin bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, möhürlənmiş zərfin içərisindəki altı ədəd bükümdə olan kütlənin və bir ədəd elektron tərəzinin öz üzərindən aşkar edildiyini, ona məxsus olduğunu, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümlərdə olan narkotik vasitəni saxlanmamışdan əvvəl ayrı-ayrı bükülmüş halda Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “şorun üstü” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Daha sonra həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman çəkiləri 1,17 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19:23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Hacı Salayev küçəsi, 77-ci məhəllə ərazisində küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, polis əməkdaşları olduqlarını bildirib ona yaxınlaşmışlar, həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlamaqda məqsədlərini, hüquq və vəzifələrini izah etdikdən sonra elə saxladıqları yerdə videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini söyləmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli “Kent-4” siqaret qutusunu, sol yan cibindən bir ədəd “Aosai” markalı elektron tərəzini çıxardaraq təqdim etmişdir. Həmin siqaret qutusu açılmış, içərisində altı ədəd qızılı rəngli siqaret kağızı bükümləri aşkar edilmiş, həmin bükümlər açılan zaman içərisində spesifik iyə malik, boz rəngli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdə olan kütlə narkotik vasitə “kakos” deyilən heroindir, həmin bükümləri ayrı-ayrı bükülmüş halda Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “şorun üstü” deyilən ərazidən tanımadığı bir şəxsdən 40 manata almışdır. Elektron tərəzi də özünə məxsusdur, həmin elektron tərəzi ilə istifadə etdiyi bükümlərdə kütlələrin dəqiq qramının müəyyən edilməsi üçün üzərində saxlamışdır. Təqdim edilmiş narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutlar ilə birlikdə Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlələr videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı narkotik vasitəyə bənzər kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəyə bənzər kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Daha sonra təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlənin olduğu bükümlərdə spesifik iyə malik boz rəngli kütlənin olduğu görülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilən zaman çəkisinin 1,17 qram olduğu müəyyən edilmiş və qablaşdırılmış, sonra isə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmənin sualına cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı sözlə hədə-qorxu gəlməsi, onu evdən aparmaları barədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Belə ki, onu yaşadığı evinin yaxınlığında saxlamışlar və o, saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Həmçinin, bildirmişdir ki, təqsirləndirilən şəxsə onlar tərəfindən heç bir təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmənin sualına cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı sözlə hədə-qorxu gəlməsi, onu evdən aparmaları barədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Həmçinin, təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, ona heç bir təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmənin sualına cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı sözlə hədə-qorxu gəlməsi, onu evdən aparmaları barədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. O, yaşadığı evin yaxınlığında saxlanılmış və saxlanıldıqdan sonra üzərində olan siqaret qutusunda bükümləri və tərəzini təqdim etmişdir. Həmçinin, təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, ona heç bir təzyiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair xx.xx.2025-ci il tarixli protokol və həmin tədbirlərin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin məhkəmə baxışı zamanı tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, üstünü yoxlama həmin tarixdə saat 19:23-də başlamış və 19:37-də bitmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qızılı rəngli siqaret kağızında 6 (altı) büküm heroinə bənzər maddə olan “Kent-4” siqaret qutusu və sol yan cibindən isə bir ədəd “Aosai” markalı qara rəngli elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman hər birinin içərisində tünd qəhvəyi rəngli heroinə bənzər maddələrin olması və elektron tərəzinin isə işlək vəziyyətdə olması müəyyən edilmişdir. Həmin heroinə bənzər kütlələr elektron tərəzidə ümumilikdə çəkilmiş, çəkisinin 1,17 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin 6 ədəd büküm xüsusi qaydada zərfdə qablaşdırılmış, möhürlənmiş və qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər maddələri kimdən, nə vaxt, haradan və neçəyə alması barədə sual olunmuş və sonuncu həmin maddənin narkotik vasitə olan heroin olduğunu, saxlanmazdan bir az əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində “şorun üstü” deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını və elektron tərəzinin isə çəkilərini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. (i.v.8-9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:23-də Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 77-ci məhəllə, H.Salayev küçəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.23) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 30) “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21:51-dən saat 21:58-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış davam etdirilən zaman onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Bundan sonra baxışda iştirak edən, Sumqayıt ŞPİnin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X9 üzərində müvafiq qeydlər aparılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman üzərindən 6 büküm narkotik vasitə olan heroinə bənzər maddənin, 1 ədəd elektron tərəzinin aşkar edildiyini, həmin heroinə bənzər maddənin elektron tərəzidə çəkilərək 1,17 qram olduğu müəyyən edildiyini bildirmişdir. Sorğu zamanı o üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində “Şorun üstü” deyilən ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını, elektron tərəzini isə istifadə etdiyi narkotik vasitənin çəkisini müəyyən etmək üçün istifadə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqdim olunmuş zərf içərisindəki maddi sübutlar ilə birlikdə Azərbaycan Respubikası ƏN-nin MEM-nə göndərilməsi üçün götürülmüşdür.(i.v.31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/749 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, “içərisində 6 (altı) büküm heroinə bənzər maddə və elektron tərəzi saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 6 (altı) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,077 qram, 0,083 qram , 0,195 qram, 0,177 qram, 0,138 qram ümumi təmiz çəkisi 0,783 qram boz rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edildi ümumi çəki 0,783 qram, nümunə götürüldü cəmi 0,24 qram, 0,543 qram kütlə geri qaytarıldı. Ekspertiza Tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində müəyyən edilmişdir. (i.v.42-47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 xx.xx.2025-ci il tarixli 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v.48-50) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə həmin maddədə nəzərdə tutulmuş ittiham ona həmin tarixdə saat 11:50-də elan edilmişdir. (i.v. 59-60) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.68-69) Təqsirləndirilən şəxsin X7 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal saxlandığı Sumqayıt ŞPİ-nin X7 azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v. 70-71) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,783 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,543 qram heroinin qalıq çəkisi cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə həbs edilmiş, cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron RPİ tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs edilmişdir.(i.v.86-87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X3 barədə xx.xx.2025-ci il tarixli, 1013 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.88-89) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “təqdim etdiyim 6 ədəd büküm narkotik vasitəni yalnız özüm istifadə etmək məqsədilə almışam, narkotik vasitənin, satışı ilə məşğul deyiləm, elektron tərəzini də bükümlərdəki narkotik vasitənin dəqiq çəkisini müəyyən etmək üçün üstümdə gəzdirirəm” xüsusatı qeyri-səmimi olduğundan özünü müdafiə xarakteri kimi qiymətləndirilmiş, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, kimyəvi ekspertizanın xx.xx.2025-ci il arixli 6/749 nömrəli rəyi, MTE-nin xx.xx.2025-ci il tarixli 206 nömrəli rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 1013 nömrəli rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokol, xx.xx.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmışdır. İş üzrə götürülmüş ilkin çəkisi 0,783 qram olan narkotik vasitə heroin və bir ədəd “Aosai” markalı elektron tərəzi maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin 0,543 qram qalıq çəkisi və bir ədəd “Aosai” markalı elektron tərəzi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola və xx.xx.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında protokola əlavə edilmiş iki ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.92-97) İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-81/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda altı ədəd qızılı rəngli siqaret kağızı bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,077 qram, 0,083 qram, 0,195 qram, 0,177 qram, 0,138 qram, ümumi təmiz çəkisi 0,783 qram boz rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd “Aosai” markalı elektron tərəzini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:23 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev küçəsi, 77-ci məhəllə ərazisində saxlanılaraq, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan cins rəngli şalvarın sağ yan cibində altı ədəd qızılı rəngli siqaret kağızı bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,077 qram, 0,083 qram, 0,195 qram, 0,177 qram, 0,138 qram, ümumi təmiz çəkisi 0,783 qram tünd boz rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şalvarının sol yan cibində bir ədəd “Aosai” markalı elektron tərəzini daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin və tərəzinin olması, bükümlərin sayı onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən götürülmüş içərisində narkotik vasitə olan bükümlərin və elektron tərəzinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu və təqsirini etiraf etməsi üçün ona qarşı sözlə təzyiq göstərmələri, hədə-qorxu gəlmələri barədə qeyd etdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs, məsuliyyətdən yayınmaq üçün belə ifadə vermişdir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da, təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Həmçinin, xx.xx.2025-ci il tarixində təqsirləndirilən şəxs saxlanılarkən “Əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” aparılarkən və həmin tarixdə “Şəxsi axtarış keçirilməsi və təqdim edilən əşyanın götürülməsi” zamanı qeydə alınmış videogörüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə içərisində bükümlər olan “Kent -4” markalı siqaret qutusu cibindən çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində “kakos” olduğunu, bükümləri Sumqayıt şəhəri, Corat qəsəbəsində “Şorun üstü” deyilən ərazidə tanımadığı şəxsdən 40 manata aldığını, 01 ədəd tərəzini narkotik vasitəni istifadə edən zaman çəkilərini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmiş, polis idarəsində müdafiəçinin sualına cavab olaraq, üzərində aşkar edilən bükümlərin və tərəzinin ona məxsus olduğunu, narkotik vasitənin istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq-təsir göstərilmədiyini və döyülmə faktı olmadığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəməyədək araşdırma müddətində ifadəsində verilən suala qələmlə yazdığı cavabında (iş materialı-səhifə 68-69) özünü qismən təqsirli bildiyini, ifadəsini oxuduğunu, sözləri ilə düz yazıldığını, imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə iclaslarında bildirdiklərinin özünümüdafiə xarakterli olduğunu və törətdiyi əməldən yayınmaq məqsədilə edildiyini təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni və elektron tərəzini yalnız şəxsi istifadəsi üçün gəzdirməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 81/2025 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırki cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun hazırkı əməlinə münasibətdə cinayətlərin residivi yaranmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin əməlini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-81/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-81/2025 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-81/2025 nömrəli iş üzrə tutulduğu 02 (iki) gün, hazırki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1(060)-81/2025 nömrəli iş üzrə Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi X2 cəza çəkməsi və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1013 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1013 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırkı halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,543 qram narkotik vasitə heroin və “Aosai” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 81/2025 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-dək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-81/2025 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X2 cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,543 qram çəkidə olan narkotik vasitə heroin və “Aosai” markalı elekton tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 26 saata görə (16 saat 06 manatdan, 10 saat 11 manatdan hesablanmaqla) 206 (iki yüz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-282/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-282/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver