Məhkəmə qərarları › İş №1(060)-283/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-283/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-283/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qız satış məqsədi olmadan özü istifadə etmək üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 11 bükümdə kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,989 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 12.11.2021-ci il tarixdə saat 16:30-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində “Cövhər” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqlardan birində keçirilmiş şəxsi axtarış zamanı sol əlində saxladığı çəhrayı rəngli kiçik plastmas qabın içərəsindən 02 ədədi qırmızı, 09 ədədi isə gümüşü rəngli kağıza bükülmüş 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,088 qram, 0,112 qram, 0,099 qram, 0,093 qram, 0,077 qram, 0,118 qram, 0,078 qram, 0,062 qram, 0,092 qram, 0,148 qram, 0,022 qram, ümumi təmiz çəkisi 0,989 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs qız Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, narkotik vasitənin istifadəsində, yəni CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11.11.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 55 manat pul qarşılığında siqaretin gümüşü rəngli kağızına bükülmüş 09 ədəd və siqaretin qırmızı kağızına bükülmüş 02 ədəd psixotrop maddə olan metamfetamin almışdır. Həmin 11 ədəd bükümü özündə olan çəhrayı rəngli plastik boş pomada qutusuna qoyub saxlamışdır ki, istəyəndə qəbul etsin. 12.11.2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon, “Cövhər” marketin yaxınlığında olan zaman sol əlində, içində 11 ədəd metamfetamin bükümü olan plastik qutunu əlində oynadkən PPX polis işçilərinin ona yaxınlaşdıqlarını görüb həyəcandan özünü itirmişdir. Tez əlindəki pomada qabını əlinin içərisində gizlətmək istəmişdir. Lakin bunu görən polislər onu saxlamış, özlərini təqdim edib onun şəxsiyyətini və əlində nəyi gizlətdiyini soruşmuşdurlar. O, özünü təqdim edərək əlindəki plastik qutunun içərisində metamfetamin olduğunu etiraf etmişdir. Polis əməkdaşları onu araşdırma ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdirlər. O, etiraz etməyərək polislərlə birlikdə PB-nə getmişdir. Orada tanımadığı polis əməkdaşı ona bildirmişdir ki, onun üzərinə videoçəklişlə baxış keçiriləcək və o, həmin baxış zamanı üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Corat qəsəbəsində yaşayan Kalı ləqəbli, Fikrət adlı şəxsdən almağını demişdir. O da həmin polis əməkdaşının dediyi ilə razılaşmışdır. 3-cü PB-də xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilib, vəkillərin siyahısı təqdim edimişdir. Siyahıdan özünə X3 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra qadın iştirakçı, X5 iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. O, sol əlinin ovucunda saxladığı çəhrayı rəngli kiçik plastmas qabı təqdim edərək içərisində “şüşə” yəni pisoxtrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin plastmas qutusu polis işçisi tərəfindən açılıb içərisində baxılanda siqaretin gümüşü rəngli kağızına bükülmüş 09 ədəd və siqaretin qırmızı rəngli kağızına bükülmüş 02 ədəd bükümlər aşkar olunmuşdur. Aşkar olunmuş ümumilikdə 11 ədəd bükümlərin içərisinə birbir baxıldıqda metamfetamin aşkar olunmuşdur. Ona verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş 11 bükümdə metamfetamini 11.11.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində əvvəllər tanıdığı “Kalı” ləqəbilə tanınan Fikrət adlı şəxsdən 55 manata almış və özü qəbul etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışda iştirak edən Aygün Əliyevaya onun üzərində şəxsi axtarış keçirilməsi təklif olunmuşdur. O, etiraz etməyib və şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 11 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilib, çəkiləri - 0.12; 0,08; 0,12; 0,17; 0,13; 0,19; 0,17; 0,20; 0,11; 0,14; 0,13 qram, ümumilikdə isə 1,57qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün, kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılıb və tərəflərindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 11 ədəd bükümdə metamfetamin ona məxsusdur, satış məqsədi ilə deyil, yalnız özü qəbul etmək məqsədilə üzərində gəzdirmişdir. O, psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olmamış, əvvəllər kiməsə psixotrop maddə və ya narkotik vasitə verməmiş, Kalı ləqəbli Fikrət adlı şəxsi tutulmamışdan təxminən 8 ay öncə tanımış, həmin şəxsin Corat qəsəbəsində yaşadığını, təxminən 35-40 yaşlarında, arıq bədən quruluşlu orta boylu oğlan olduğunu, məhkəmə tərəfindən həmin şəxsə azadlığın məhdulaşdırılması cəzası verildiyini, Fikrət adlı şəxsin narkotik vasitələr qəbul etməsini bilmiş, lakin sonucunun narkotik vasitə və ya psixotrop maddə satıb-satmamasını bilməmiş, o, həmin psixotrop maddəni 11 büküm halında 55 manata tanımadığı şəxsdən almış, psixotrop maddəni əldə etmək üçün tanımadığı şəxsə ödədiyi 55 manat pul onun özünə məxsus olmuş, saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin onu aldadıb həmin psixotrop maddəni Kalı ləqəbli Fikrət adlı şəxsdən almasını demişlər, o, da razılaşmış, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyinə görə peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qıznın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxsə qarşı düşmənçilik eləcə də ədavət münasibətləri olmamışdır. 12.11.2021-ci il tarixdə saat 16:30 radələrində 9181 çağırışlı avtopatrulla iş yoldaşları polis nəfəri, polis kiçik serjantı Şahid4 və tağım komandiri polis baş leytenantı Şahid3la Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Cövhər” marketin yaxınlığında xidmətdə olarkən 1 nəfər qadının onları görən kimi özünü şübhəli apararaq əlində olan çəhrayı rəngli əşyanı gizlədərək həyəcanlı hərəkətlər etdiyini görüb, həmin şəxsə yaxınlaşaraq, özünü təqdim etməsini tələb edərək əlindəki əşyanın nə olduğunu həmin şəxsdən soruşmuşdurlar. Həmin şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu, sol əlində saxladığı çəhyarı rəngli kiçik plastik qabı göstərərək içərəsində “şüşə” yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onlar tədbir görülməsi üçün həmin şəxsi ərazi üzrə Sumqayıt ŞPİ-nin 3-cü PBnə dəvət etmişdirlər. Özünü Vəsmə kimi təqdim edən həmin qadın etiraz etmədiyi üçün sonuncunu xidməti avtomobilə əyləşdirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişdirlər. Orada növbətçi hissəyə raport vermişdirlər. Raport üzrə araşdırma həmin bölmənin təhqiqatçısı Pərviz Babayevə şamil edilmişdir. Təqsirləndirilən şəxs xidmət otağa dəvət etmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-də baş təhqiqatçı Pərviz Babayev özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin üzərində saxlanılmasında şübhəli şəxs qismində saxlanıldığını və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçı tutma haqqında protokolu, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim edib, sonuncuya hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə onlar özlərini təqdim etmişdirlər. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs özü sol əlinin ovucunda saxladığı çəhrayı rəngli kiçik plastmas qabı açaraq içərisində olanları stolun üzərinə boşaltdıqda 09 ədəd gümüşü və 02 ədəd qırmızı rəngli kağıza bükülmüş bükümləri təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün nə olduğunu, nə vaxt, haradan, kimdən və həmin kütlənin müqabilində nə qədər ödəniş etdiyini, neçə müddətdir istifadə etdiyini və hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni bir gün əvvəl Corat qəsəbəsində yaşayan “Kalı” ləqəbli Fikrət adlı şəxsdən 55 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və 4 ildir ki istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 11 ədəd bükümlər təhqiqatçı tərəfindən elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci büküm 0,12 qram, 2-ci büküm 0,08 qram, 3-cü büküm 0,12 qram, 4-cü büküm 0,17 qram, 5-ci büküm 0,13 qram, 6-cı büküm 0,19 qram, 7-ci büküm 0,17 qram, 8-ci büküm 0,20 qram, 9-cu büküm 0,11 qram, 10-cu büküm 0,14 qram, 11-ci büküm 0,13 qram ümumilikdə isə 1,57 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçının göstərişi ilə şəxsi axtarışın iştirakçısı, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin dəftərxana müdiri Aygün Əliyeva Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs vəkili X4 hər hansı bir sualının olması barədə soruşduqda vəkil Fərhad İsmayılov hüquqlarının müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı biri fiziki zor tətbiq olunduğunu, hansı ərazidə saat neçədə saxlanıldığını və saxlayanlar videoçəkilişdə olan polis əməkdaşlarının olması barədə soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, heç bir fiziki zor tətbiq olunmayıb, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olan “Cövhər” marketin yanında saat 4-5 radələrində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satıb- satmaması barədə onun məlumatı olmamış, Vəsmə Məhhərmovanı 12.11.2021-ci il tarixdə saat 16:30-da küçədə saxladıqları zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişlər. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu dedikdən sonra dərhal sonuncunu Sumqyaıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar, orada xidməti otaqların birində videoçəkilişin müşahidəsi altında sonuncunun üzərində şəxsi axtarış keçirilmişdir. Məhkəmədə şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 12.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.11.2021-ci il tarixli 6/5026 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının DİN “Zərflər üçün №127” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən və s. Sözlər, imzalar olan zərfdəki 11 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,088 qram; 0,112 qram; 0,099 qram; 0,093 qram; 0,077 qram; 0,118 qram; 0,078 qram; 0,062 qram; 0,092 qram; 0,148 qram; 0,022 qram; ümumi təmiz çəkiləri 0,989 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 11 bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Metamfetaminin ümumi təmiz çəkisi-0,989 qram, tədqiqata sərf edildi-0,11 qram, qalıq- 0,879 qram) Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 278 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 17.01.2022-ci il tarixli 213 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun özünün məhkəməyədək icraat zamanı qismən etirafından və narkotik vasitənin cəmi 11 bükümdə olmasından başqa onun aşkar olunmuş psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni və psixoturop maddəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qızının məhz satış məqsədi ilə psixotrop maddəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün qismən etirafına və psixotrop maddənin 11 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin psixotrop maddəni əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təkzib etməklə yanaşı, həmin psixotrop maddəni özünün şəxsi istifadəsi üçün elə olduğu vəziyyətdə, yəni 11 ədəd bükümlərdə əldə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 11 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, məcburi müalicəyə ehtiyyacı olması onun tərəfindən ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istifadəsi üçün almasına dair özünün məhkəmədə göstərdiyi xüsusatı daha da, möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmünün, həmin məhkəmənin 26.01.2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 03 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 26.01.2022-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndlərinə əsasən cəzanın çəkilməyən hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-07.05.2019-cu il təvəllüdlü X6 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14 noyabr 2021-ci il tarixli 4 (060)-609/2021 saylı qərarı ilə isə barəsində həbsdə saxlama müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətə, yəni 12 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 10.02.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin 21.02.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,879 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz doqquz) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli (iş № 1(060)-283/2022) qərarını icra edərək, 04 fevral 2022-ci il tarixli 75 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,879 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar