Məhkəmə qərarları › İş №1(060)-283/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-283/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-283/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci il tarixdə Qazax rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respblikasınm vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 1/70 mənzil 1-də qeydiyyatda olan, Sumqayıt şəhəri Xəzər bağları, Novruz küçəsi, ev 13-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs təqadünün bərpa etməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin müqabilində Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən poçt şöbəsindən onun adına göndərdiyi 4000 manat, xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində «dörd yol» adlanan yerdə «Neptun» supermarketin yaxınlığında 500 manat, xx.xx.2023-cü il tarixdə Quzanlı qəsəbəsindən poçt vasitəsilə onun adına göndərdiyi 500 manat pulu ünvan 1 ünvanda yerləşən X4 götürüb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi barədə sonuncunun müraciəti əsasında təhqiqat materialları toplanmışdır. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs təqaüdünün bərpa etməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin müqabilində Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən poçt şöbəsindən onun adına göndərdiyi 4000 manat, xx.xx.2023-cü il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində «dörd yol» adlanan yerdə «Neptun» supermarketin yaxınlığında 500 manat, xx.xx.2023-cü il tarixdə Quzanlı qəsəbəsindən poçt vasitəsilə onun adına göndərdiyi 500 manat pulu ünvan 1 ünvanda yerləşən X4 götürüb vahid qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ona müraciət edərək onunda kitab çap etdirmək istədiyini bildirmişdir. Bu məsələdə ona köməklik edə biləcəyini demiş və sözügedən iş üçün zərərçəkmiş şəxsdən ittihamda qeyd edilən pulu almışdır. Həmçinin kitabın çap edilməsində ona köməklik edə biləcək nəşriyyatda işləyən tanışları olmuşdur. Zərərçəkmiş şəxs üçün hər biri 100 vərəq olmaqla 4 kitab çap elətdirməli idi. Lakin çap məsələsini həll edəcəyi tanışı vəfat etmiş, bu barədə isə zərərçəkmiş şəxslə məlumat verməmişdir. Əlavə olaraq qeyd edir ki, onun xəstəxana ilə bağlı zərərçəkmiş şəxslə hər hansı söhbəti olmamış, bu məsələ ilə bağlı zərərçəkmiş şəxsə hər hansı vəd verməmiş, həmçinin bu məsələdə ona kömək edə biləcək tanışı olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 4-5 il əvvəl onun başqa rəfiqəsi vasitəsilə tanımışdır. Gülabə özü şairədir və tanışlığından sonra özünün baş redaktor olduğunu demiş və 2022-ci ilin mart-aprel aylarında o, ona öz şeirlərini təqdim etmişdir ki, onları çap etsin. Lakin o onun şeirlərini çap elətdirə bilmədiyi üçün o bundan imtina etmişdir. 2023-cü ilin yanvar ayında Gülabə söhbət əsnasında ona təqaüdünü kəsildiyini və təqaüdünün bərpa edilməsində ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Pula ehtiyacı olduğu üçün ona inandırmaq məqsədi ilə yalandan demişdir ki, Bakıda xəstəxanada bir nəfər Əjdər adlı tanışı var, həmin həkim vasitəsilə onun kəsilmiş pensiyam bərpa etdirə biləcək və ondan 4000 manat pul istəmiş və yalandan bildirmişdir ki, həmin pul xəstəxanaya köçürülməlidir. Əjdər adlı şəxsin adını da özündən uydurmuş, həmin adda tanışı ümumiyyətlə olmamışdır. Bunu Gülabəni inandırmaq üçün belə demişdir. Gülabə də ona inanmış və Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən poçt şöbəsindən xx.xx.2023-cü il tarixdə onun adma həmin pulu göndərmişdir. O da xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən X5 yaxınlaşaraq həmin pulu oradan götürmüşdür. 4000 manat pulu heç kimə vermədən, Gülabənin işini həll etmədən öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra pula ehtiyacı olduğu üçün xx.xx.2023-cü il tarixdə, səhər saatlarında istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən Gülabənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bir neçə saata Ağdam rayonu Quzanlı qəsəbəsinə gələcəyini bildirib, onun pulunu ələ keçirtmək üçün yalandan həmin işin həllinə görə əlavə olaraq 500 manat pulda istəmişdir. O da onunla razılaşmışdır. O taksi maşını ilə Ağdam rayonu Quzanlı qəsəbəsinə gələrək «dörd yol» adlanan yerdə «Neptun» supermarketin yaxınlığında həmin gün saat saat 15 radələrində Gülabə ilə təklikdə görüşmüşdür. Gülabə ona 500 manat pul vermiş, o da maşına əyləşib çıxıb getmişdir. Həmin 500 manat pulu da heç kimə vermədən, özünə xərcləmişdir. Yenidən pula ehtiyacı olduğu üçün 2023-cü ilin iyul ayının axırlarında o Gülabəyə zəng edib həmin işin həlli üçün əlavə olaraq 500 manat pul da istəmişdir. O da razılaşaraq xx.xx.2023-cü il tarixdə Quzanlı qəsəbəsindən poçt vasitəsilə həmin pulu onun adma göndərmişdir. O həmin gün ünvan 1 ünvanda yerləşən X5 yaxınlaşaraq həmin pulu oradan götürmüşdür. 500 manat pulu da heç kimə vermədən, Gülabənin işini həll etmədən öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan Gülabə başa düşəndə ki, o onu aldadır, ondan pulu geri tələb etməyə başlamış, o isə onu müxtəlif bəhanələr gətirirək vaxtı uzatmışdır. Bu səbəbdən də o ondan şikayət etmişdir. Beləliklə də o Gülabənin ümumilikdə 5000 manat pulunu ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və sonuncu ilə barışmışdır. Özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs çıxışında hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, sonuncu ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbin olmadığını bildirmişdir. Barəsində istintaqı aparılan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayon Quzanlı qəsəbəsində yaşayır, heç yerdə işləmir, fəhləlik edir, şairədir. Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə Azadə adlı qadının vasitəsi ilə tanış olmuşdur. Belə ki, Azadə adlı qadın ona bildirmişdir ki, Sadiqlə birlikdə «Uğur» qazetində əvvəllər işləmişlər, onun şeirlərinin və əlyazmalarının çap olunmasında ona köməklik göstərə bilər. O da həmin ərəfədə Sadiqdən şeirlərinin çap olunması üçün köməklik istəmiş, Sadiq də ona bu işdə köməklik edə biləcəyini demişdir. O həmin vaxt ona yazdığı iki dəftərdə şeirlərini təqdim etmişdir ki, çap olunmasında ona köməklik etsin. Lakin, sonradan görmüşdür ki, Sadiq bu işi onun üçün görəsi deyil nəsə çox uzanır ona bildirmişdir ki, imtina edir. 2023-cü ilin yanvar ayında o qan azlığına görə Ağdam xəstəxansında, Quzanlıda yatıb müalicə almışdır. Ona bildirmişdilər ki, pensiyasına görə Bakıda adını xatırlamadığı xəstəxanada yatmalıdır. Ona görə də, söhbət əsnasında Sadiqdən ona köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Sadiq ona köməklik edə biləcəyini demişdir. Amma, o Bakıda xəstəxanada yata bilmədiyinə görə onun əlillik pensiyası kəsilmişdir. Özünün 2-ci qrup əlilliyi var idi. Elə olmuşdur ki, 2023-cü ilin yanvar ayının əvvəllərində onun əlillik pensiyası kəsilmişdir. Bundan sonra, Sadiq ona bildirmişdir ki, Bakıda hansısa xəstəxanada bir nəfər Əjdər adlı tanışı var, həmin həkim vasitəsilə onun kəsilmiş pensiyasını bərpa etdirə biləcək və ondan 4000 manat pul istəmiş, guya həmin pul xəstəxanaya köçürülməli idi. O da onunla razılaşmışdır. O onunla yalnız üzbəüz danışmış, söhbət əsnasında yanında başqa şahidi olmamışdır. O onun 4000 manat tələbinə razı olandan sonra gedib Kapital bankdan 3900 manat kredit götürmüş, sonra üzərinə 100 manat da, qoyub 4000 manat pulu Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən poçt şöbəsindən xx.xx.2023-cü il tarixdə Sadiqin adına göndərmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək həmin tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsinə gələcəyini və təqaüdünün bərpası üçün əlavə olaraq 500 manat pul lazım olduğunu, həmin pulu ona çatdırmalı olduğunu bildirmişdir. O da razılaşmışdır. Həmin gün o qardaşı oğlu Şahid ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsinə getmişlər, o yolda İsaya təqaüdünün bərpası ilə əlaqədar Sadiqə 4000 manat verdiyini, indi də əlavə olaraq 500 manat aparıb verəcəyini bildirmişdir. Ağdam rayonu Quzanlı qəsəbəsində İsa ondan ayrılaraq iş yerinə getmişdir. O həmin qəsəbədə «dörd yol» adlanan yerdə «Neptun» supermarketin yaxınlığında Sadiq avtomobillə ora gəlmiş və onlar təklikdə görüşüb o ona 500 manat pul da vermişdir. Sadiq həmin maşına əyləşib çıxıb getmişdir. 2023-cü ilin iyul ayının axırlarında Sadiq ona zəng edərək həmin işin həlli üçün əlavə olaraq 500 manat pul da istəmiş, o da razılaşaraq xx.xx.2023-cü il tarixdə Quzanlı qəsəbəsindən poçt vasitəsilə həmin pulu onun adına göndərmişdir. Sadiq ona işinin düzələcəyini, əgər düzəlməsə pulunu geri qaytaracağını bildirmişdir. Lakin Sadiq hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Ondan pulunu geri istədikdə isə qaytarmamışdır. O da məcbur olub ondan şikayət etmişdir. Beləliklə də, Sadiqin bu dələduzluğu nəticəsində ona ümumilikdə 5000 manat maddi ziyan vurulmuşdur. Həmin 5000 manat pul onun özünə məxsus pul olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs teleqram ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, cinayət işi üzrə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, Ağdam rayonu Ayaqqərvənd qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs onun bibisidir, aralarında münasibətləri normal olmuş, heç bir düşmənçilik ve ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə o yaşadığı Ayaqqərvənd qəsəbəsindən Ağdam rayonu Quzanlı qəsəbəsinə öz şəxsi işi üçün gedərkən bibisi Zərərçəkmiş şəxs da onunla bilikdə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona əlilliyinin bərpası üçün Təqsirləndirilən şəxs adlı şəxsə pul verməli olduğunu, bundan başqa həmin şəxsə 4000 manat pulu poçtla göndərdiyini, 500 manatı isə həmin gün Ağdam rayonu Quzanlı qəsəbəsində həmin şəxslə görüşərək verəcəyini bildirmişdir. Bundan sonra o Ağdam rayonu Quzanlı qəsəbəsində Zərərçəkmiş şəxs ayılaraq işinə getmişdir. Sonradan Zərərçəkmiş şəxsyla görüşdükdə o, həmin gün 500 manat pulu Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs ilə görüşərək 500 manat pulu ona verdiyini bildirmişdir. Özü Təqsirləndirilən şəxs tanımamış və Gülabə Cəfarova ona pul verərkən yanlarında olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1 (060)-283/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tutulanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2025ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:40-da ünvan 2 ünvanında saxlanılaraq 3-cü PB-yə gətirilmişdir. Cinayət işinin 58-60-cı vərəqələrində materialın ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2021-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə ilə Sumqayıt şəhər Polis İdarəsinə göndərilmək üçün Ağdam rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 68-ci vəqəsində olan xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. Cinayət işinin 93-cü vərəqəsində olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 96-cı vərəqəsində olan ”könüllü olaraq istintaqa gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt Şəhər Polis İdarəsinə, İstintaq Şöbəsinə gələrək özünü istintaqa təqdim etmişdir. Cinayət işinin 80-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin 97-ci vərəqəsində olan “cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərarla cinayət işi üzrə icraatın təzələnməsinə və istintaqın davam etdirilməsinə qərar verilmişdir. Cinayət işinin 129-133-cü vərəqələrində olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Rəhimov X3 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il 1(105)-314/2025 saylı qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-306/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinə əsasən təyin edilmiş Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-306/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün qəbul edilməsinə əsas olan cinayət işi üzrə 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli qeydiyyata alındığı, yəni xx.xx.2024-cü il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 21-213-2843 nömrəli xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Probasiya Şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının 01(bir) il 02 (iki) ay 07 (yeddi) gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət işinin 134-139-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci madəsinə əsasən xitam verilmiş və o, məsuliyyətdən azad edilmişdir. Cinayət işinin 140-144-cü vərəqəsində olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs istinaqa təqdim etdiyi mədaxil qəbzləri maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs teleqramından görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, cinayət işi üzrə heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Sadiq Rəhim zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə teleqram ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsiylə əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 5000 manat ziyanın ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası 178.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkili dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 6 saata görə 66 (altmış altı) manat, ümumilikdə 150 (yüz əlli) manat Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış mədaxil qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirləri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış mədaxil qəbzləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar