Məhkəmə qərarları › İş №1(060)-284/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-284/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-284/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-də mühasib vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat 12:29-da «Covid-19» virusuna yoluxması haqqında İTS.GOV.AZ saytından istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna daxil olmuş “sms” məlumatı aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək həsmin tarixdə saat 12:29:01-də Sumqayıt şəhəri 3-cü və 5-ci mikrararyon, Sumqayıt şəhəri 30-cu məhəllə, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 42 saylı bağ evinə getmiş, eləcə də həmin tarixdə saat 21:00:47-də mərhum nənəsi X1 yas mərasimində iştirak etmək üçün ünvan 4 ünvanına getmiş, həmçinin 07 dekabr 2020-ci il tarixdə saat 00:02:36-da Sumqayıt şəhəri 14-cü, 34-cü və 16-cı məhəllələrin ərazilərinə getməklə xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 dekabr 2020-ci il tarixdə səhtində problemlər olduğu üçün Bakı şəhərində “Referans” klinikasında Covid-19 virusuna yoluxub-yoluxmamağını müəyyən etmək üçün test (analiz) vermiş, ünvan 6 ünvanında qeydiyyatda olsa da ünvan 7ş, 05.12.2020-ci il tarixdə test verdikdən ünvan 8 ünvanında yaşayan mərhum nənəsi Tamara Mahmudovanın yanına qonaq getmişdir. Nənəsi T.Mahmudova həmin ərəfələrdə Covid-19 virus xəstəliyinə yoluxmuş və 06.12.2020-ci il tarixdə rəhmətə getmiş, həmin ünvanda həmçinin xalası X2 da yaşamışdır. ünvan 8 ünvana 05 dekabr 2020-ci il tarixdə gəldikdən sonra da orada qalmış və həmin ünvanı tərk etməmişdir. 06 dekabr 2020-ci il tarixdə saat 12:29-da işlədiyi özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə İTS.GOV.AZ –dan Covid -19 visrusu ilə bağlı verdiyi test analizin cavabı gəlmişdir. Həmin cavabda verdiyi testin cavabı pozitiv olduğunu yəni Covid-19 xəstəliyinin daşıyıcısı olduğu qeyd edilmişdir. Həmin işətdiyi mobil nömrəyə daxil olan (sms) mesajda yaşadığı ünvanı tərk edilməməsi ilə bağlı və əks halda karantin qaydalarını pozduğu təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. 08.12.2020-ci il tarixdə işətdiyi ***-***-**-** saylı mobil nömrəyə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi Şahid2 ona zəng edərək, Covid-19 virusu ilə yoxlamağı və harada yaşadığı barədə suallar verilmişdir. O, cavab olaraq ünvan 6 ünvanında qeydiyyatda olsa da ünvan 9ğını, lakin hazırda ünvan 8 ünvana xalası Kamalənin mənzilində olduğunu və orada müalicə alacağını demişdir. Daha sonra Şahid2 polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri 14-cu məhəllədəki olduğu ünvana gəlmişlər. Orda evin heyvanından onlarla söhbət etmişdir. O, 06 dekabr 2021-ci il tarixdə mərhum nənəsi X1 yas mərasimində iştirak etmək üçün ünvan 4 ünvanına getmişdir. Əməlindən peşmandır. Ailə vəziyyətini nəzərə alıb ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qisməndə dindirilmiş Şahid1 Nüsrət oğlu ifadəsində göstərmişdir ki, onlara daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs koronavirusna yoluxması müəyyən edilmiş və bununla əlaqədar 08.12.2020-ci il ona məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsa hazırda harada olduğunu və müalicəni harada aldığı barədə soruşduqda o, müalicəsini Sumqayıt şəhəri, 1-ci mkr, ev 8/5A, mənzil 25 ünvanında qeydiyyatda olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə ünvan 12 ünvanda müalicəsini alacağını bildirmişdir. Lakin bir neçə saat əvvəl isə xalasının yaşadığı ünvan 13 ünvanında qonaq getdiyini demişdir. Ona görə də, həmin gün Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi Şahid2la və sahə rəisi Faiq Qurbanovla birlikdə onun dediyi xalasının yaşadığı ünvanına getmişlər və onunla mobil telefon vasitəsi ilə əlaqə saxladıqdan sonra onu, həmin mənzilin eyvanına dəvət və həyətdən uzaq məsafədən onunla hüquqi maarifəlndirci söhbət aparmışlar. Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxaraq və bu barədə məlumatı ola-ola yaşadığı ünvanı tərk edərək xalasının yaşadığı ünvan 15 ünvanında olduğunu üçün karantin qaydaları pozduğu üçün onun barəsində Sumqayıt ŞPİ-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsindən 22.12.2020-ci il tarixdə daxil olmuş 1396 saylı məktubundan görünür ki Təqsirləndirilən şəxs COVİD-19 analizinin cavabı pozitivdir. İş materiallarına əlavə edilmiş CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Bakcell MMC”-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə 08.03.2021-ci il tarixli protokolundan görünür ki, ***-***-**-** nömrəli mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olduğu görünür. 06.12.2020-ci il tarixdə ***-***-**-** mobil nömrənin Sumqayıt şəhəri, 3-cü miktr, 19A, 12 mərtəbəli bina, Sumqayıt şəhəri, ATC2 ”Heydər Əliyev” prospekti, Sumqayıt 5005, Sumqayıt şəhəri, 5 –ci mikrararyon, N.Nərimanov küçəsi, Sumqayıt şəhəri, 30-CU məhəllə, Sulh küçəsi, və S.Vurğun küçələrin kəsişməsində, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, X3 Cəmiyyəti, 42 saylı bağ ərazisi və 06.12.2020-ci il tarixdə saat 21 :00:47-də Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində və daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anten məlumatlarını görmək olur. 07.12.2020-ci il tarixdə ***-***-**-** mobil nömrənin Sumqayıt şəhəri, 14-cü məhəllə, Sumqayıt şəhəri, 34 məhəllə, Dostluq küçəsi, Sumqayıt şəhəri, 16-ci məhəllə, Əzizbəyov küçəsi, Sumqayıt şəhəri, Metallurq küçəsi 1, Sumqayıt şəhəri, 340cü məhəllə, Dostluq küçəsi və digər ərazilərdə olması barədə anten məlumatlarında görünür. 08.12.2020-ci il tarixdə ***-***-**-** mobil nömrənin Sumqayıt şəhəri, 14-cü məhəllədə olduğu görünür. 09.12.2020-ci il taixdə ***-***-**-** mobil nömrənin Sumqayıt şəhəri, 32-ci məhəllə, 20 Yanvar küçəsi olduğu və 21.12.2020-ci il tarixədək müxtəlif ünvanlarda anten məlumatlarını görmək olur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08.03.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “xxxx” MMC-də mühasib vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 tərəfindən ünvanlanmış 16.04.2021ci il tarixli, PHŞ/1.1-2.2021-786 saylı sorğuya cavab məktubundan görünür ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a eyni zamanda, ona əlavə edilmiş 1 nömrəli “COVİD-19 infeksiyası ilə yoluxma halı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr”in (Tövsiyələr) 6.1-cı maddəsinə əsasən həyata keçirilir. Həmin Tövsiyələrin 8.1-ci maddəsində də qeyd edilir ki, laboratoriya testinin nəticəsi pozitiv olduqda, yoluxma faktı təsdiq olunmuş şəxslərdə COVİD-19 infeksiyasının ağırlıq səviyyəsi qiymətləndirilir və bu əsasda onların xəstəxanaya (stasionar müalicə) yerləşdirilməsi və ya yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə də, məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2,500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar