Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-284/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş (FİN: xxxxxxx) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 158,01 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 19.11.2021-ci il tarixdə saat 18:20-də Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 10/11 saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİnin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd çəhrayı və mavi rənglərdən ibarət sellofan torbanın içərəsindəki 01 ədəd şüşə balondan açıq halda təmiz çəkisi 144,47 qram və 01 ədəd şəffaf rəngli sellofan bükümdən 11 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,16 qram, 1,36 qram, 1,32 qram, 1,16 qram, 1,07 qram, 1,14 qram, 0,98 qram, 1,42 qram, 1,05 qram, 1,62 qram, 0,26 qram, ümumi təmiz çəkisi 13,54 qram tərkibinə görə eyni olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Ailəli olmuş, boşanmışdır, bir qızı var, küçə ticarəti ilə məşğul olur, qazandığı pulları qızına göndərmiş, buna görə narkotikə olan ehtiyacını aldığı narkotik vasitənin bir hissəsini satmaqla ödəmişdir. Bundan qeyri narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxmini xatırladığına görə 16.11.2021-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün Sabirabad şəhərinə getmişdir. Orada əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı yalnız adını bildiyi, digər anket məlumatlarını bilmədiyi Atoş ləqəbi ilə tanınan şəxs ilə görüşəcəkmiş. Atoşdan təxminən 3-4 dəfə narkotik vasitə olan qurudulmuş marixuna almışdır. Həmin narkotik vasitələri adətən özü qəbul edir, yalnız arabir vaxtlarda 1-2 nəfər adını bildirmək istəmədiyi şəxslərə satmışdır. Satışdan əldə etdiyi gəlir sayəsində növbəti dəfə narkotik vasitəni ala bilirmiş. 16.11.2021-ci il tarixdə günorta saatlarında o, Atoşla Sabirabad şəhər mərkəzində görüşmüşdür. Atoş ona həm özünün istifadəsi, həm də ehtiyacı olarsa satmağı məqsədi ilə 300-400 qramlıq narkotik vasitə olan qurudulmuş marixuna satmışdır. Razılıqlarına görə həmin narkotikə görə o, gələn dəfəki görüş zamanı Atoşa 500 manat pul ödəməli imiş. O, əldə etdiyi narkotik vasitəni həmin gün yaşadığı evə aparmışdır. 19.11.2021-ci il tarixdə narkotik vasitəni daha güvənli yerdə gizlətmək məqsədi ilə saat 18 radələrində evdən götürüb həyətə düşmüşdür. Həmin gün saat 18:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 10/11 saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmışdırlar. Narkotik vasitə olan qurudulmuş marixuana onun əlində tutduğu çəhrayı və mavi rənglərdən ibarət sellofan torbada imiş. Onu saxlayan polis əməkdaşları onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirməkdə və satmaqda şübhəli bildindiyi üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etmişdirlər. O, etiraz etməmiş və xidməti avtomobillə onu Sumqayıt ŞPİ-nin inzibati binasına aparmışdırlar. Sumqayıt ŞPİ-də xidməti otaqlardan birində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirilmiş, o isə etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü sağ əlində saxlamış olduğu 1 ədəd çəhrayı və mavi rənglərdən ibarət sellofan torbanı təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbanın içərisində 1 ədəd şüşə balon və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edilmişdir. Həmçinin həmin şüşə balonun içərisində narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd şəffaf rəngli sellofan torbanın olduğu müəyyən edilmişdir. Sellofan torba açılan zaman torbada 11 ədəd ağ rəngli kağız bükümün, həmin bükümlərdə isə narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, aşkar olunmuş bitki kütləsini 2-3 gün bundan əvvəl Sabirabad rayonu ərazisində olan zaman Atoş adı ilə tanıdğı şəxsdən nisyə olaraq 1000 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, ehtiyacı olduqda narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın kütləsi şüşə balon ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şüşə balon ilə birlikdə çəkisinin 935,0 qram, ağ rəngli kağız bükümlərdəki narkotik vasitə olan qurudulmuş marixuana ağ rəngli kağız büküm ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 1,70 qram, 1,62 qram, 0,51 qram, 1,46 qram, 2,37 qram, 1,47 qram, 1,36 qram, 1,84 qram, 2,64 qram, 1,84 qram, 1,58 qram ümumi çəkisinin 18,0 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin narkotik vasitə olan qurudulmuş marixuana kütlələri və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmiş, tərtib olnumuş protokol ona ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Buna görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə Şahid1 dindirilərkən onda olan narkotik vasitənin bütöv şəkildə olduğunu, polis işçiləri tərəfindən bir hissəsinin bükümlərə bölündüyünü bildirdi. Həmin xüsusat araşdırılsa da, digər sübutlarla təsdiq edilmədi, təqsirləndirilən şəxs də bununla bağlı hansısa hala istinad etmədi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxsə dair düşmənçilik və ədavət münasibəti olmamışdır. 19.11.2021-ci il tarixdə ona ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi, satışı və saxlaması ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Odur ki, həmin gün saat 18:00 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ev 10/11 saylı binanın yaxınlığında pusqu qurmuşdurlar. Saat 18:20-də Təqsirləndirilən şəxs əlamətlərinə uyğun gələn bir nəfər şəxsin gəldiyini görüb saxlamışdırlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi, satışı və saxlaması ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını saxlanılan şəxsə istintaq hərəkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin TŞ-nə getməli olacaqlarını bildirib, Təqsirləndirilən şəxs etirazının olubolmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişdirlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin TŞ-nin inzibati binasının həyətinə çatmışdırlar. Sumqayıt şəhər Pİ-nin TŞ-də baş təhqiqatçı Elsever Quliyev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və satması ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və TŞ-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişdirlər. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim edib və hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını demişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini tələb etmişdir. Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu 01 ədəd çəhrayı və mavi rəngli olan sellofan paketi təqdim etmişdir. Həmin sellofan paketin içərisində 01 ədəd şüşə balonun və 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edilmişdir. Həmçinin həmin şüşə balonun içərəsində yaşıl rəngli narkotik vasitə olan spesifik iyə malik qurudulmuş marixuanaya bənzər bitki kütləsinin və 01 ədəd şəffaf rəngli sellofan torbanın olduğu müəyyən edilmişdir. Həmin sellofan torba açılan zaman torbada 11 ədəd ağ rəngli kağız bükümün, həmin bükümlərdə yaşıl rəngli narkotik vasitə olan spesifik iyə malik qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli kağız bükümlərdəki qurudulmuş bitki kütləsi bükümündə istifadə olunan material ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman hər birinin 1,70 qram, 1,62 qram, 0,51 qram, 1,46 qram, 2,37 qram, 1,47 qram, 1,36 qram, 1,84 qram, 2,64 qram, 1,84 qram, 1,58 qram ümumi çəkisinin 18,0 qram və üzərindən aşkar olunmuş qurudulmuş bitki kütləsi şüşə balon ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şüşə balon ilə birlikdə çəkisinin 0,935 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunanları nə üçün gəzdirdiyini, nə vaxt, haradan, kimdən əldə etdiyini, nə qədər ödəniş etdiyini, hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı özünün istifadəsi üçün nisyə 1000 manata razılaşıb Sabirabad rayon sakini, adını bilmədiyi Atoş ləqəbli şəxsdən 2-3 gün öncə aldığını, əvvəllər də həmin şəxsdən bir neçə dəfə lazım olduqca narkotik vasitə olan qurudulmuş marixuana aldığını, bəzən aldıqlarını maya dəyərini çıxartmaq məqsədilə də satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi və yaşıl rəngli narkotik vasitə olan spesifik iyə malik qurudulmuş marixuanaya bənzər bitki kütlələri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Günay Cəfərovanın müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq olunmadığını, narkotik vasitənin və tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsinə göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 19.11.2021-ci il tarixli protokoldan görünr ki, 19.11.2021-ci il tarixdə saat 18:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.(i.v 19) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-632/2021 saylı, 21.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 19.11.2021-ci il tarixdən hesablanmışdır. (i.v 73-74) İş materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 16.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir, Görüntülənən video görüntünün 01-ci saniyəsində Sumqayıt şəhər Pİ-nin TŞ-də baş təhqiqatçı Elsever Quliyev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etdi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və satması ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və TŞ-nə gətirildiyini dedi. Daha sonra isə mülki geyimli olan polis əməkdaşları özünü təqdim etdi. Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim edildi və ona hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirdi. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini tələb etdi. Görüntünün 01:25-ci saniyəsində Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu 01 ədəd çəhrayı və mavi rəngli olan sellofan paketi təqdim etdi. Həmin sellofan paketin içərisində 01 ədəd şüşə balonun və 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edildi. Həmçinin həmin şüşə balonun içərəsində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin və 01 ədəd şəffaf rəngli sellofan torbanın olduğu müəyyən edildi. Həmin sellofan torba açılan zaman torbada 11 ədəd ağ rəngli kağız bükümün, həmin bükümlərdə yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olundu. Görüntünün 04:42 saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli kağız bükümlərdəki qurudulmuş bitki kütləsi bükümündə istifadə olunan material ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman hər birinin 1,70 qram, 1,62 qram, 0,51 qram, 1,46 qram, 2,37 qram, 1,47 qram, 1,36 qram, 1,84 qram, 2,64 qram, 1,84 qram, 1,58 qram ümumi çəkisinin 18,0 qram və üzərindən aşkar olunmuş qurudulmuş bitki kütləsi şüşə balon ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şüşə balon ilə birlikdə çəkisinin 0,935 qram olduğu müəyyən olundu. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunanları nə üçün gəzdirdiyini, nə vaxt, haradan, kimdən əldə etdiyini, nə qədər ödəniş etdiyini, hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı özünün istifadəsi üçün nisyə 1000 manata razılaşıb Sabirabad rayon sakini, adını bilmədiyi Atoş ləqəbli şəxsdən 2-3 gün öncə aldığını, əvvəllər də həmin şəxsdən bir neçə dəfə lazım olduqca narkotik vasitə olan qurudulmuş marixana aldığını, bəzən aldıqlarını maya dəyərini çıxartmaq məqsədilə də satdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi və yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalandı. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Günay Cəfərova sonuncudan polis əməkdaşlarının saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olunması, həmin narkotik vasitənin və tərəzinin ona məxsus olması barədə soruşduqda Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq olunmadığını, narkotik vasitənin və tərəzinin ona məxsus olduğunu bildirdi. Görüntünün 19:22-ci saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşdırıldı. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilməmişdir.(i.v 90-91) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 7/1195 saylı, 20.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs ...” sözləri yazılmış birinci kağız paketdə 11 (on bir) ədəd dəftər kağızı bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2,16 qram, 2) 1,36 qram, 3) 1,32 qram, 4) 1,16 qram, 5) 1,07 qram, 6) 1,14 qram, 7) 0,98 qram, 8) 1,42 qram, 9) 1,05 qram, 10) 1,62 qram və 11) 0,26 qram bitki mənşəli kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi–13,54 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs imza Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız bağlamada sellofan torbanın içərisində bir ədəd şüşə balonda təmiz çəkisi 144,47 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 11 (on bir) ədəd dəftər kağızı bükülüdə və bir ədəd şüşə balonda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğuna görə təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmalıdı.(i.v 36-40) İş materiallarında olan məcburi narkoloji tibbi yoxlamanın 4994 saylı, 09.12.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 123-124) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 09.01.2022-ci il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsini özündə əks etdirən 01 ədəd CD Compact disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 158,01 qram narkotik vasitə olan qurudulmuş marixuanadan, tədqiqatdan sonra qalıq qalmış 157,65 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir.(i.v 145-155) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 15.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 88) İş materiallarında olan 9 saylı MKS-nin 01.12.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 83) İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nikahı pozulmuşdur və onun 19.12.2011-ci il təvəllüdlü bir qız uşağı vardır.(i.v 84-85) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 158,01 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, narkotik vasitənin çəkisi, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yetkinlik yaşına çatmayan bir uşağı olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 19 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkilin təqdim etdiyi hesabatlara əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə vəkil Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 157,65 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 157,65 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-284/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-284/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver