Məhkəmə qərarları › İş №1(060)-284/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-284/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-284/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Masallı rayonu Sığdaş kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə saat 13-14 radələrində yaşadıqları Sumqayıt şəhəri 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən “Cümə” Məscidinin həyətinin arxa hissəsində qohumu Zərərçəkmiş şəxs onun arvadı və baldızları barədə əxlaqsız sözlər deməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçaqla 3 dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 2 ədəd yaraları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığlın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Etimal onun uzaq qohumudur. Etimalla münasibəti əvvəllər normal olmuş, aralarında heç bir ədavət düşmənçiliyi olmamışdır. Etimal son bir neçə müddətdir ki, onun baldızları haqqında xoşagəlməyən söhbətlər edib, onun baldızlarından ikisi boşanıb, hazırda ayrı qalırlar. Bu söhbətlər onun namusuma toxunduğundan, özünü pis hiss etmişdir. Dəfələrlə Etimala lazımsız sözlər danışmamağı, onun özünə və valideynlərinə demiş, baldığızının əri və qardaşı olduğunu, özünün uzaqdan qohum kimi bu cür söhbət və hərəkət etməsinin düzgün olmadığını bildirmişdir. Onun qaynı Faiq Rusiya Federasiyasından gəlmiş və arada gəzən söhbətlərə görə Etimalla görüşüb söhbət etmək istəmiş, bu səbəbdən 09 noyabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində qaynı Faiq Etimalla Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən Məsciddə görüşmüşlər. Həmin vaxt o, Faiqlə getməmiş, Faiq ona demişdir ki, o, tək söhbət edəcəkdir. Lakin o, Faiqin arxasınca hər ehtimal üçün məscidə getmiş və üzərində bıçaq götürmüş ki, birdən Etimal Faiqə nəsə etmək istəsə Etimalın qarşısını alsın. O, məscidin arxa girişi tərəfdə durmuş və görmüş ki, Faiqlə Etimal oturacaq olan yerdə söhbət edirlər. Sonra o, görmüş ki, bacanağı Elşən və digər qohumları Cənnət məscidin ön tərəfindən onlara tərəf yaxınlaşırlar, o, da onların mübahisə etdiklərini görüb onlara tərəf yaxınlaşanda eşitmiş ki, Etimal yenə baldızları, ümumi bütün ailəni, həyat yoldaşı daxil təhqir edir. O, yaxınlaşanda Etimal cibindən bıçaq çıxarmış, o, da həmin vaxt bıçaq çıxardıb Etimalın kürəyindən 2 dəfə vurmuş, sonra Etimal oturacaq olan yerdən durub məscidin qarşısına tərəf qaçmağa başlamış, o da Etimalın nə isə əlavə silah götürəcəyindən ehtiyat edib onun arxasınca qaçmış, məscidin qarşısında o, bir dəfə onun kürəyindən bıçaqla vurmuşdur. Faiq həmin vaxt onu sakitləşdirmiş və onu Elşənlə birlikdə oradan yollamışdır. Etimal da kənara məscidin giriş darvazası tərəfə getmiş, sonra Cənnətlə Elşən onu götürüb məsciddən aparmışlar. O, sonradan bilmiş ki, Etimal xəstəxanaya gedib, daha sonra isə polisə şikayət edib. Etimala xəsarət yetirdiyi bıçaq qan olduğu üçün evdə yuyub təmizləmiş, sonra Cənnət ona deyəndə ki, polislər onu axtarır, o, bıçağı Cənnətə vermiş ki, bıçağı polislərə təqdim etsin və daha sonra özü də polis bölməsinə gəlmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamış, Etimalın bıçaq çıxadığını görüb bıcaq çıxarmış, o, Etimalı qorxutmaq, ailəsindən əl çəkməsi üçün ailəsindən uzaq durmasından ötrü Etimala bıçaqla xəsarət yetirmişdir. O, həmin bıçağı evdən çıxanda üzərində götürmüşdür. O, Etimalı bıçaqla vurmuş, lakin o, Elşənin Etimalı vurmasını görməmişdir, onların sözlə mübahisə etdiklərini görmüş, lakin Faiq də onları mübahisə etməyə imkan verməmiş və sakitləşdirmişdir. Etimal ilk öncə bıçaq çıxartdığı üçün o, da bıçaq çıxarmış, daha sonra o, əsəbiləşib, özündən çıxıb Etimalı bıçaqla vurmuşdur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Şahid2 və X4 tanıyır, onlar onun uzaqdan qohumlarıdır, əvvəllər onlarla münasibəti yaxşı olmuş, lakin son zamanlar onların ailə məsələrinə görə aralarında yaranan mübahisə görə münasibəti korlanmışdır. X18 Federasiyası, Ekaterinburq şəhərində işləyir və yaşayır, tez-tez Sumqayıt şəhərində yerləşən evinə valideynlərinin yanına gəlir, Faiqin 4 bacısı vardır, onlardan ikisi, yəni Vüsalə və Sahilə boşanıblar, Təqsirləndirilən şəxs Faiqin balaca bacısı Ülkərin əri, Şahid2 isə Faiqin ortancıl bacısı Samirənin əridir. O, Elşənin arvadı Samirə ilə 08 fevral 2019-cu ildən münasibətdədir, Samirə ona demiş ki, o, əri ilə sevib evlənməmiş, bu səbəbdən Samirə onunla gizlin yaşamışdır. Samirə ümumiyyətlə düzgün həyat tərzi yaşamayıb. Bu səbəbdən onun Samirə ilə münasibəti korlanmış, onun Samirə ilə münasibəti olmağını Samirənin bacıları, anası da bilirmiş, çünki o, Samirə ilə ya onun anasının, bacısının, ya da Samirənin öz evində görüşmüşdür. Onun Samirə ilə münasibətdə olmağı barədə onunla səs yazıları, şəkilləri belə vardır. Onun Samirə ilə münasibəti korlanandan sonra hamının arasında söz yayılmışdır ki, guya o, Samirəyə sataşır, bunu Samirənin qardaşı Faiq də öyrənmişdir. Faiq bunu biləndən sonra hətta Samirə ona demişdir ki, Faiq Azərbaycana gəlib onu öldürdəcək. Faiq də Azərbaycana gələndən sonra o, Faiqə zəng edib demiş ki, bacılarından eşitmiş ki, Faiq onu öldürmək istəyir, Faiq də ona həmin sözün yalan olduğunu, bacıları elə söz deyibsə, qələt etdiklərini demişdir. Sonra hadisə baş verən gün onun atasının əmisi oğlu Cənnət də ona demişdir ki, Faiq onu söhbətə çağırsa getməsin, Faiqgil onu öldürəcəklər. Telefonda onun bacıları ilə bağlı səs yazıları olmuş, bu səbəbdən Faiq Cənnətlə ona söz göndərmişdir ki, o, telefonu Cənnətə versin, əvəzində ona 30000 manat pul vercəkdir. Lakin o, Cənnətə çıxıb getməyini demişdir. 09 noyabr 2022-ci il tarixdə qohumu Cənnət ona Faiqlə görüşməməyi dedikdən sonra, təxminən saat 11 radələrində Faiq ona zəng edib onunla görüşmək istədiyini demiş, o, isə Faiqə demiş ki, gəl gedək Masallıya, böyüklərin yanında söhbət edək, lakin Faiq bildirmişdir ki, bu söhbəti şişirtməyin yeri yoxdur, olan olub keçən keçib, gedib ikisi söhbət etsinlər, o, Faiqə həmişə qardaşlıq etmiş, birlikdə söhbət edib bu məsələni bağlasınlar. O, Cənnətin sözünə görə ona inanmamış, lakin Faiq ona deyəndə ki, gəl Allahın evində məsciddə görüşək, o, Faiqə inanmış və onunla razılaşmışdır. Hər ehtimal üçün əmisi oğlu Xudakərimə zəng edib onunla getməyini demiş və o, evdən çıxanda mətbəxdən bıçaq götürmüş ki, birdən nəsə olsa özünü müdafiə etsin. Təxminən saat 13:45 radələrində o, Sumqayt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən məscidə getmiş, o, avtomobili məscidin qarşısında saxlayanda görmüş ki, Faiq tək dayanıb onu gözləyir. Sonra onlar birlikdə məscidin həyətinə keçmişlər, məscidin arxasında ağaclıq olan yerdə skameykada oturub söhbət etmişlər, onlar söhbət edən zaman üzbəüz oturmuşlar, onun arxası məscidə tərəf olmuşdur. Söhbət zamanı Faiq onun nəslinin pozğun olduğunu demiş, o, da Faiqə onun bacılarının pozğun olduğunu, lazım gələrsə hər şeyi sübut edə biləcəyini demişdir. Həmin vaxt telefonu əmisioğlu Xudakərimə olduğundan sonuncuya telefonunu gətirməyini demiş, lakin Faiq ona lazım olmadığını, ona xoş olduğunu demişdir. O, da ayağa durub sağollaşmaq üçün əlini ona uzadıb demiş ki, ona dünəndən xoşdur. Faiq də onun əlini sıxıb ona “bu dediklərimi yadında saxla, sənin güvəndiyin yer Azərbaycandır, səni Azərbaycanda bıçaqladacam” demişdir. O da Faiqə ona heçnə edə bilməyəcəyini dedikdən sonra onun arxasından qəflətən Elmin, Elşən və Cənnət çıxmışlar, Elminlə Elşən ona demişlər ki, iki saatdır onlara qulaq asırlar kənardan, həmin vaxt Cənnət əmisioğlu Xudakərimin yanına gedib onu tutmuş ki, yaxına gəlməsin, həm də Xudakərimdən onun telefonunu istəmişdir. Elmin əlindəki bıçaqla onun kürəyindən 2 dəfə vurmuşdur. Elşən isə onun sifətindən başından yumruqla vururmuşdur. Faiqlə Cənnət isə onlara baxıb heçnə etməmişər. O, oturacaq olan yerdən çıxıb məscidin giriş tərəfinə qaçmış, Elmin isə əlindəki bıçaqla onun arxasınca qaçırmış, onu bıçaqlamaq istəmiş, Elşən isə Elminə demiş ki, “Elmin ölümünə vur, evimi satası olsam da səni çıxarcam”. Elmin də 3-cü bıçaq zərbəsinin kürəyindən vurmuş, həmin vaxt məscidin qarşısında bir nəfər süpürgəçi qadın Elminin qarşısını kəsmiş, sonra məsciddən səs-küyə adamlar çıxmışlar, onları saxlamışlar, Elmin bıçaqla onu məscidin qabağında vurmaq istəyəndə o, cibindən özünü qorumaq üçün bıçaq çıxarmış, lakin həmin bıçaq əlindən yerə düşmüşdür. X16 Elşəni məsciddən qaçırtmış, Faiq isə məscidin qarşısında dayanmışdır. O isə Faiqə “sən nakişilik elədin, məni bura çağırtdırıb məni bıçaqlatdırdın” demiş, Faiq isə ona Elmingilin burda olmağından xəbərinin olmadığını dedikdə, o, Faiqə “necə xəbərləri yox idi ki, onlar biz olan yerə gəlib məni burda bıçaqladılar” demişdir. Sonra əmisioğlu Xudakərim onu Sumqayıt şəhər Travmatalogiya xəstəxanasına aparmış, ona orada tibbi yardım göstərilmiş və o, şəkər xəstəsi olduğu üçün 8 gün xəstəxanada qalmışdır. Hazırda Faiqin qaçıb Rusiyaya getmişdir. Elminin ifadəsində olanların yalan olduğunu, o, Elminin üzərinə birinci bıçaq çıxarmadığını, birinci Elminin onu üzərinə bıçaq çıxartdığını, sonra o, da bıçaq çıxarmış, lakin Elmini vurmamış, Elminin isə onu bıçaqlamışdır. Elşənin hadisə vaxtı onu yumruqla sifətindən başından vurmuş, Cənnətin isə Xudakərim ona kömək edə bilməsin, Elmin isə onu rahat öldürsün deyə tutmuşdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etdi ki, o, əmisi Fariqlə birlikdə toylara saz çalmağa gedib özünü dolandırır, müvəqqəti əmisi Fariqin evində qalır. xx.xx.2022-ci il tarixdə təxminən saat 12-13 radələrində əmisioğlu Etimal başqa qohumu Faiqlə görüşməyə gedəcəyini bildirib, ondan xahiş etmiş ki, onunla birlikdə getsin. Təxminən saat 13-14 radələrındə o, Xudakərimlə birlikdə Sumqayıt şəhəri 6-cı mikrorayonda yerləşən məscidə getmişlər, Etimal ona kənarda durmağı demiş, Etimalla Faiq məscidin arxasına ağaclıq olan yerə keçib söhbət etməyə başlamışlar, o, sonra görmüş ki, Elşənlə digər əmisi oğlu Cənnət məsciddən çıxmışlar və Elşən Etimalın üstünə getmiş, Etimala bu söhbətləri bağlamağı demiş, aralarında mübahisə düşmüş və Elşən Etimalı yumruqla vurmuşdur. O da Etimalın yanına getmək istəyəndə Cənnət onu saxlamış ki, o, mübahisəyə qarışmasın. Sonra Faiqin balaca yeznəsi Elmin də arxadan gəlmiş, Elmin cibindən bıçaq çıxardıb Etimalı vurmuş, Etimalın oturacaq olan yerdə məscidin qabağına qaçmış, onlar da Etimalın arxasınca qaçmışlar, Elmin yenə Etimala çatıb bıçaqla məscidin qarşısında Etimalın kürəyindən vurmuş, sonra orada onlar hamını sakitləşdirmiş, o da Etimalı götürüb məscidin çıxışına tərəf getmişdir. Etimal qan içində olduğu üçün onu xəstəxanaya aparmış, daha sonra isə Etimal polisə şikayət etmişdir. Hadisə vaxtı Etimalın da əlində bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid2 onun qohumlarıdır, onlarla da münasibətləri yaxşı olub. Bildiyinə görə Faiqlə Etimalın arasında ailədaxili söz-söhbət yaranmışdır. Eşitdiyinə görə Etimal Faiqin bacılarının barəsində artıq-əskik danışırdı. xx.xx.2022-ci il tarixdə Etimalın atası Fariq ona zəng edərək, Etimalla Faiqin məsciddə görüşüb söhbət edəcəklərini deyib, ondan xahiş etmişdir ki, o da ora gedib arada sözsöhbət yaranmağın qarşısın alsın. Bu səbəbdən o, həmin təxminən saat 14 radələrində məscidə gedib Faiqlə Etimalı məsciddə görmüş, onlar tək söhbət etmək istədikləri üçün o, Faiqin yeznəsi Elşənlə məscidin içərisinə keçmişlər. Elşən məscidin içərisindən pəncərədən onların söhbətinə qulaq asmış, Elşən birdən Etimalın onun yoldaşının adını çəkdiyini və təhqir etdiyini eşidib çölə çıxmış, o da onun arxasınca getmiş, Elşən Etimalın üstünə gedərək, ona bu söhbətləri bağlamağı tələb etdikdə, aralarında mübahisə düşmüş, həmin zaman qəflətən Faiqin balaca yeznəsi Elmin arxadan gəldiyini Etimal görüb bıçaq çıxarmış, Elmin də əynindəki gödəkçənin içəri cibindən bıçaq çıxardaraq Etimalı vurmuşdur. Sonra Etimal oturacaq olan yerdə məscidin qabağına qaçanda, onlar da onun arxasınca qaçmışlar, Elmin yenə ona çatıb bıçaqla məscidin qarşısında Etimalın kürəyindən vurmuşdur. Sonra orada onunla Faiq hamını sakitləşdirmişlər, Elşənlə birlikdə Elmini götürüb evə aparmışlar. Sonradan məlum olub ki, Etimal xəstəxanaya gedib, daha sonra isə polisə şikayət edib. O, biləndən sonra ki, polis Elmini axtarır, Elminin Etimalı bıçaqladığı bıçağı Elmindən evdə götürüb gətirib polisə təqdim etmişdir. O, Zərərçəkmiş şəxs ümumiyyətlə vurmamış, orada olanları sakitləşdirmişdir. Şahid2 Zərərçəkmiş şəxs vurmasını görməmişdir, o, yalnız Etimalın üstünə gəlmiş və aralarında sözlə mübahisə olmuşdur. Amma həmin vaxt arxadan Elmin çıxıb və Etimal bıçaq çıxardığı üçün Elmin də bıçaq çıxarıb onu bıçaqlamışdır. Elmin Etimalı bir dəfə mübahisə zamanı, bir dəfə də məscidin qarşısında bıçaqla vurduğunu görmüşdür. O, hadisə günü səhər tezdən Etimalın anasını 12-ci mikrorayondan götürüb evlərinə düşürmüş, onların arasında mübahisə olduğunu bildiyi üçün Etimala demişdir ki, Faiq onunla görüşmək istəsə Faiqlə görüşməsin, artıq yerə söz-söhbət yaranmasın. Lakin o, Etimala Faiqin onu öldürəcəyini deməmişdir. Həmçinin hadisə zamanı Xudakərimi uşaq olduğundan araya girib dalaşmasın deyə onu tutmuşdur, lakin onun məqsədi Elminə Etimalı vurmasına şərait yaratmaq olmayıb, Faiqlə o, orada mübahisəni sakitləşdirməyə çalışmışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ifadəsinə uyğun olan, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim etmə zamanı Sumqayıt şəhər X19 Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində tibb bacısı işləyən X5 istintaqa Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd süd rəngli, üzərində “defacto” etiketi və qan izlərinə bənzər izlər olan uzun qol köynəyi təqdim edərək bildirmişdir ki, həmin paltarlar xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaq xəsarətləri ilə reanimasiya şöbəsinə daxil olarkən sonuncunun əynində olmuşdur. X2 təqdim etdiyi 1 (bir) ədəd süd rəngli, üzərində “defacto” etiketi və qan izlərinə bənzər izlər olan uzun qol köynəyə baxış keçirildi. Baxış zamanı köynəyin arxa sol tərəfində 1 xətt üzrə soldan sağa istiqamətlənmiş 2 ədəd, köynəyin sol qoltuq hissəsinində aşağı tərəfində 1 ədəd, köynəyin sol qolunun arxa hissəsində 1 kəsik və üzərində qanabənzər ləkələr olduğu aşkarlandı. Daha sonra baxış keçirilən zaman 1 (bir) ədəd süd rəngli, üzərində “defacto” etiketi və qan izlərinə bənzər izlər olan uzun qol köynəyin fotoşəkilləri çəkildikdən sonra istintaq zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim etmə zamanı Şahid1 istintaqa Təqsirləndirilən şəxs götürdüyü, sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd ağ, göy, qırmızı rəngli tiyəsi olan bıçağı təqdim edərək bildirmişdir ki, həmin bıçağı ona Təqsirləndirilən şəxs vermişdir. Şahid1 təqdim etdiyi 1 (bir) ədəd ağ, göy, qırmızı rəngli dəstəyi olan bıçağa baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, təqdim olunan bıçaq qatlanmayan tiplidir, plasma materialdan olan ağ, göy, qırmızı rəngli dəstəyi və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 27 sm, tiyə hissəsi 15 sm, dəstək hissəsi isə 12 sm-dir. Bıçağın üzərində hər hansı bir yazı və qan izi aşkar edilməmişdir. Daha sonra baxış keçirilən zaman 1 (bir) ədəd ağ, göy, qırmızı rəngli dəstəyi olan bıçağın fotoşəkilləri çəkildikdən sonra istintaq zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1797 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yarısının arxa səthinin deş boşluğuna keçməyən 2 ədəd yarası. Qeyd oluann xəsarətlər deşici-kəsici aləliə, ekspertizaya təqdim olunmuş bıçaqla qərarın təsviri hissəsinə gösrətılən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğ vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs Farıq oğlunun əynində olan və ekspertizaya təqdim olunmuş köynəkdəki zədələrlə onun bədəni üzərində olan xəsarətlər yerləşmə nahiyyəsinə görə uyğun gəlir. Köynəin sol qolunun arxa səthindəki zədəd və köynəyin arxa səthinin sol nahiyyəsində olan zədələrdən birində bədənə toxunmamışdır. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Sumqayıt şəhəri 6-cı məhəllədə yerləşən “Cümə” Məscidinin həyətində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs baldızları və ailəsi barədə təhqiramiz sözlər deməsi səbəbindən bıçaqla 3 dəfə kürəyindən vurduğunu, ilk öncə hadisə vaxtı bıçağı Etimalın çıxardığını, hadisə vaxtı Elşənin də Etimalı yumruqla vurduğunu görmədiyini, o, Etimalın arxasınca qaçan vaxt Elşənin ona Etimalı ölümünə vurmasını demədiyini Zərərçəkmiş şəxs üzünə qarşı demişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs şahid Elmin Saıqovun onun üzünə qarşı dediklərini qismən etiraf edərək ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Sumqayıt şəhəri 6-cı məhəllədə yerləşən “Cümə” Məscidinin həyətində Təqsirləndirilən şəxs onun baldızları və ailəsi barədə təhqiramiz sözlər deməsi səbəbindən bıçaqla kürəyindən vurduğunu, ilk öncə hadisə vaxtı bıçağı Etimalın çıxardığını, əmisi oğlu Xudakərimi Elminin onu öldürməyinə imkan yaratmaq üçün tutmadığını, Xudakərim uşaq olduğu üçün onun ümumiyyətlə bu mübahisəyə qarşımaması üçün saxladığını, eyni zamanda o, nə Etimala, nə də ki atasına Faiqgilin Etimalı öldürəcəklərini demədiyini, o, ümumiyyətlə Faiqgillə görüşməməyi, əlavə söz-söhbət yaranmaması üçün belə dediyini, bundan başqa hadisə vaxtı Elşənin də Etimalı yumruqla vurduğunu görmədiyini, Elmin Etimalın arxasınca qaçan vaxt X11 ölümünə vurmasını deməyini eşitmədiyini Zərərçəkmiş şəxs üzünə qarşı demişdir. Üzləşmə zamanı Zərərçəkmiş şəxs Şahid1 onun üzünə qarşı dediklərini qismən etiraf edərək ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı MKS tərəfindən verilmiş 1013 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında həyat yoldaşı-1992-ci il təvəllüdlü X6, oğlu-2012-ci il təvəllüdlü X20 oğlu və qızı-2020-ci il təvəllüdlü X7 ilə birlikdə qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Teyyar oğlu xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Sumqayıt şəhəri, 6-ci mikrorayon, Səməd Vurğun küçəsində yerləşən Sumqayıt Cümə məscidinin həyətində məscidin arxa tərəfində olan ağaclıqda Zərərçəkmiş şəxs aralarında yaranmış ailə mübahisəsi səbəbindən qabaqcadan üzərində olan bıçaqla vuraraq xəsarət yetirmişdir. Faiq adlı şəxsin Rusiya Ferderasiyasının vətəndaşı olan xx.xx.1978-ci il təvəllüdlü X8 olduğu tərəflərindən müəyyən edilmişdir, hal hazırda Rusiya Federasiyasında olduğu üçün dindirilməsi məqsədi ilə istintaqa təmin etmək mümkün olmamışdır. Həmçinin hadisə vaxtı Şahid2 Zərərçəkmiş şəxs yumruqla vurmasını və Təqsirləndirilən şəxs Etimal X13 sifarişi ilə vurmasını, onu öldürtmək istəməsini müəyyən etmək mümkün olmamışdır. Şahid2 yaşadığı ünvana gedilmiş, Şahid2 ailə üzvləri ilə birlikdə işləmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasına getdiyi tərəflərindən təsbit edilmişdir. Odur ki, Şahid2 istintaqa təmin etmək mümkün olmamışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində ictimai qayda pozulmamış, hadisə qısa zaman kəsiyində baş vermişdir. Odur ki, hadisənin şahidi olmuş digər şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” məhkəmə tibbi-biologiya şöbəsinin 15 dekabr 2022-ci il tarixli 791/2022-MTBŞ nömrəli rəyindən görünür ki, “Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta (İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı, bu qan ləkələri 1 şəxsə məxsus olduğu halda Abeta (ll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” məhkəmə tibbi- kriminalistika şöbəsinin 16 dekabr 2022-ci il tarixli 627/2022-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol nahiyəsində 3 ədəd və köynəyin sol qolunun arxa səthində bir ədəd dəli-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221 və 228.4-cü maddələri ilə ilə nəzərdə tutulan cinayətlərin tərkibinin olması müəyyən edilmədiyindən həmin maddələrlə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X9, Şahid2 və Şahid1 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 120.2.1 və 221.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs hadisə vaxt əynində olan 1 (bir) ədəd süd rəngli, üzərində “defacto" etiketi, qan izləri, kəsik izləri olan uzun qol köynək və 1 (bir) ədəd ağ, göy, qırmızı rəngli dəstəyi olan bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən məscidin ətrafında təhlükəsiz şəhər kamerasının olub-olmaması, kamera qeydiyyatı aparıldığı halda 09 noyabr 2022-ci il tarixə saat 11:00-dan 15:00-dək olan görüntülərin məhkəməyə göndərilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt Cümə Məscidinə sorğular verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təhlükəsiz şəhər kameralarında qeydiyyata alınan görüntülər 01 aydan artıq müddətdə arxivdə saxlanılmadığından qeyd olunan hadisənin görüntülərini təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt Cümə Məscidindən daxil olmuş sorğuya cavabdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən Sumqayıt Cümə Məscidində müşahidə kameralarında yaranmış texniki nasazlıq səbəbindən sorğuda göstərilən tarixə aid görüntülərin qeydiyyatı aparılmamışdır. Odur ki, tələb olunan görüntülərin təqim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların, cinayətin tördilmə üsulu və şəaitinin məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə qənaətə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-284/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 087 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkil Müdafiəçi2 ilə müqavilə bağladığından vəkil Müdafiəçi1 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar