Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-284/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X5, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, 19C məhəllə 6 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi 10C ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 1(101)-563/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs nalında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin özəlləşdirilməmiş 06 sot sahəsini və 04 mərtəbəli yaşayış evinə dairAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 04 avqust 2019-cu il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs1 ev alqı-satqısı ilə məşğul olduğu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X14 küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisində 7.000 manat, növbəti dəfə 27 avqust 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yeləşən “Hüseyn Cavid” adına parkda 6.000 manat və sonuncu dəfə 20 noyabr 2019-cu il tarixdə saat 11:00 radələrində eyni məqsədlə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində Abbasqulu ağa Bakıxanovun heykəli olan parkda yerləşən çay evində 3.000 manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 16.000 (on altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən 08 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 24 avqust 2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 5 ünvanda yerləşən Gəncə şəhər avtovağzalında olan çayxanada 10.000 manat, növbəti dəfə 10 senytabr 2019-cu il tarixdə saat 11:00 radələrində ünvan 5 ünvanda yerləşən Gəncə şəhər avtovağzalında 1.000 manat, növbəti dəfə 21 oktyabr 2019-cu il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 8 ünvanın qarşısında 8.000 manat və sonuncu dəfə 18 oktyabr 2019-cu il tarixdə saat 10:00 radələrində ünvan 9 ünvanda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər ərazi İdarəsinin inzibati binasının qarşısında Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən 08 hektar torpaq sahəsinə dair “birka” almaq adı ilə 500 manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 19.500 (on doqquz min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən 80 sot torpaq sahəsinə dair AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 12 noyabr 2019-cu il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs1 ev alqı-satqısı ilə məşğul olduğu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X14 küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisin qarşısında 3.000 manat və növbəti dəfə 29 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi 20 ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanının inzibati binasının qarşısında 2.000 manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 5.000 (beş min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesi Zəngəzur küçəsində yerləşən keçmiş “Zəngəzur” adlı restoranın arxa tərəfində yerləşən 50 sot torpaq sahəsinə dair AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq adı ilə aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 23 aprel 2020-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs1 ev alqı-satqısı ilə məşğul olduğu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X14 küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisdə 5.000 manat və 25 aprel 2020-ci il tarixdə saat 14:04-də ünvan 12 ünvanda yerləşən "xxxx" ASC-nin “Bakıxanov” filialından Şahvələdovun adına göndərdiyi 400 manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 5.400 (beş min dörd yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin AR İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaqdan ötrü 15 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində Ağcabədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexində Zərərçəkmiş şəxs1 2.000 manat məbləğdə pulunu alıb ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri X8 qəsəbəsində olan 0.12 ha torpaq sahəsini özəlləşdirilməsinə köməklik edəcəyinə inandıraraq 2022-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən “Dübəndi” YDM-nin yaxınlığında yerləşən çayxanada 14000, 2022-ci ilin mart ayında həmin ünvanda 10000, 2022-ci ilin mart ayının sonlarında həmin ünvanda 9600 manat pul vəsaitlərini alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədlərinə əməl etməməklə, Zərərçəkmiş şəxs6 ümumilikdə vahid niyyətlə 33600 (otuz üç min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Abşeron rayonu Saray qəsəbəsində olan 0,10 ha torpaq sahəsinin köhnə çıxarış vəsiqəsinin yenisi ilə əvəz edilməsinə köməklik edəcəyinə inandıraraq 2022-ci ilin may ayının ortalarında ünvan 14 ünvanında yerləşən stomotoloji kabinetində 3000 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 2022ci ilin avqust ayının əvvəlində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 15 ünvanında yerləşən evin arxasında olan 24 kv metr torpaq sahəsini sonuncuya məxsus olan hazır qeyri-yaşayış sahəsinə birləşdirməklə sənədlərini Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən çıxarış alacağına vəd verib aldadaraq bu məqsədlə ünvan 15 ünvanın yaxınlığında yerləşən çayxanada 6250 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Sumqayıt şəhəri “Qurd dərəsi” adlanan ərazidə olan torpaq sahəsini özəlləşdirilməsinə köməklik edəcəyinə inandıraraq 2022-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 4-cü mikrorayon, ərazisndə yerləşən sonuncunun ofisində Zərərçəkmiş şəxs5 1750 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş sonuncuya ümumilikdə 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri 16-cı mikrorayon 117 B ünvanında yerləşən mənzilin order sənədini dəyişib çıxarış almağa köməklik edəcəyinə inandıraraq xx.xx.2023-cii il tarixdə Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində 4000 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 münasibətdə özünü qismən təqsirli bilmiş, digər epizodlar üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, qohumu olan Zərərçəkmiş şəxs2 24 kv metr ölçüdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində qeyriyaşayış torpaq sahəsi olmaqla, həmin torpaq sahəsinə bitişik olan əlavə 24 kv/metr torpaq sahəsinin də sənədləşdiriməsinə köməklik göstərməyi xahiş etmişdir. Ona qohum kimi köməklik etmək məqsədi ilə ondan 2022-ci ilin avqust ayının əvvəlində 6250 manat pul alıb, 3 ay müddətinə sənədləşmə işlərini həll edəcəyinə söz vermiş, Elşad da razılaşmışdır. Lakin sonradan torpağın sənədləşmə işini həll edə bilməmiş və yekun olaraq Zərərçəkmiş şəxs2 aldığı pulu düzəldib qaytaracağına vəd vermişdir. Lakin, maddi sıxıntıları olduğundan onun pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 aldığı 6250 manat pulu problemləri olduğu üçün öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa qeyd edir ki, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır, belə ki, 2022-ci ilin fevral ayının əvvəllərində Rəşid və Rövşən adlı şəxslərlə Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsində yerləşən, “Dübəndi” YDM-nin çayxanasında təsadüfən oturub söhbət edərkən, aralarında tanışlıq yaranmış və onlara Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətində işlədiyini demişdir. Rövşən ona H.Z.Tağıyev qəsəbəsində yolun kənarında 0,12 ha torpaq sahəsi olduğunu, lakin həmin torpaq sahəsi dövlət fonduna aid torpaq sahəsinə aid olduğu üçün həmin torpaq sahəsinə çıxarış ala bilmədiklərini demişdir. O, həmin şəxslərə ilk öncə həmin torpaq sahəsinə baxmaq lazım olduğunu, sonra nəticəsini deyə bildirəcəyini bildirmişdir. Qarşı tərəf etiraz etməmiş və birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Torpaq sahəsinə baxdıqdan sonra onlara 33600 manat müqabilində torpağın bütün çıxarış sənədlərini 3 ay ərzində həll edib gətirib verə biləcəyinə söz vermişdir. Rövşən deyilən şərtlə razılaşmış və 2022-ci ilin fevral ayının sonlarında Rövşən və Rəşid bir nəfər tanışları ilə birlikdə əvvəl görüşdükləri “Dübəndi” çayxanasında oturub söhbətlərini davam etdirərkən Rövşən orada ona 14000 manat pul sayıb vermiş və qalan pulu da bir neçə gün ərzində verəcəyini demişdir. Rövşənin verdiyi 14000 manat pulu sayıb cibinə qoyub və həmin gündən başlayaraq Rövşəndən aldığı pulu öz maddi ehtiyaclarına xərcləməyə başlamışdır. Bir neçə gündən sonra 2022-ci ilin mart ayının əvvəllərində Rövşən və Rəşidlə yenidən “Dübəndi” çayxanasında görüşüb əlavə 10000 manatı pul vəsaitini Rövşəndən almışdır. Həmin pulu da öz ehtiyaclarına xərcləmiş və mart ayının sonlarında Rövşənə zəng vurub pulun qalan hissəsini də verməyi və pul tam çatdıqdan 10 gün sonra gedib sənədlərini özləri imzalayıb əmlak komitəsindən götürə biləcəyini demiş və həmin gün Rövşən və Rəşidlə növəti dəfə “Dübəndi” çayxanasında görüşüb qalan 9600 manat pulu Rövşəndən almışdır. Rövşəndən ümumilikdə 33600 manat pul almış və aldığı sonuncu 9600 manat puluda maddi ehtiyaclarına xərcləmişdir. Rövşənin 0,12 ha torpaq sahəsinin sənədləşdirilməsinə hər hansı formada köməklik göstərməmişdir. Rövşən onun Əmlak Komitəsində işləyib-işləməməyi ilə əlaqədar maraqlandıqda, əmlak komitəsində işləmədiyini öyrənmiş, verdikləri pulları geri tələb etmişdir. Rövşəndən aldığı pulları öz ehtiyacarına xərcləmiş, geri qaytara bilməmişdir. Rövşənin adına olan 0,12 ha torpaq sahəsini sənədləşdirmək üçün ümumilikdə 33600 manat pul alaraq xərçləmiş və Rövşənə torpağın sənədləşdirilməsi üçün hər hansı köməklik göstərməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 təxminən 15 ilə yuxarıdır ki, tanıyır, belə ki, Xəyal Sumqayıt şəhəri 2-ci mikr ərazisində, stomololoji kabinet açmış və yoldaşı Sevincin və övladlarının dişlərini müalicə etmiş və həmin vaxtlardanda aralarında münasibət yaranmışdı. Xəyalla aralarında olan söhbət zamanı Xəyal Abşeron rayonu Saray qəsəbəsində 0.10 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 1995-ci ilin çıxarış sənədi ilə anasının adına sənədləşdirildiyini, çıxarışı yeniləmək istədiyini ona demiş, o, maraqlanıb xəbər edəcəyini ona demişdir. Bir müddətdən sonra Xəyal indan işlə bağlı soruşduqda, ona maraqlandığını və həmin sənədin həlli üçün 3000 manat pul lazım olduğunu demişdir. Xəyal etraz etməmiş 2022-ci ilin may ayının ortalarında Xəyalnan Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 12/17 saylı binada yerləşən Xəyalın iş kabinetində 3000 manat pulu ondan almış və ona 3 ay ərzində sənədləri düzəldəcəyinə söz vermişdir. Lakin Xəyala məxsus torpaq sənədinə yeni çıxarış ala bilməmiş və aldığı 3000 manat pulu öz ehtiyaclarına xərcləmiş, lakin həmin pulu qaytara bilməmişdir. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs5 2022-ci ilin avqust ayından tanıyır, onunla münasibəti normal olmuşdur. Zərərçəkmiş şəxs5 2022-ci ilin dekabr ayında ona Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin özəlləşdirməsində ona köməklik edə bilməsini soruşmuş, o, tanışlarının olduğunu, onlar vasitəsi ilə köməklik edə biləcəyini bildirmişdir. Tofiqdən həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 1750 manat pul istəmiş və Tofiq etraz etməmiş və 2022-ci ilin dekabr ayının ortalarında Sumqayıt şəhəri 4-cü mikr. ərazisinda yerləşən Tofiqin ofisində ondan 1750 manat pul almışdır. Tofiqdən aldığı həmin pulu öz ehtiyaclarına xərcləmiş və Tofiqə aid torpağının özəlləşdirilməsinə heç bir köməklik göstərməmiş və aldığı pulları xərclədiyindən geri qaytara bilməmişdi. Bundan başqa Zərərçəkmiş şəxs3 əvvəlllər tanımışdır. Aralarında olan söhbət zamanı Simral ona ünvan 17 ünvanda olan mənzilin order sənədini dəyişib çıxarış almaq istədiyini ona demiş, o, çıxarış ala biləcəyini, lakin çıxarışın alınması üçün ondan 4000 manat pul istəmişdir. Simral təkliflə razılaşmış və xx.xx.2023-cü il tarixdə Simralla Sumqayıt şəhərinin 20-ci məhəllə ərazisində görüşüb, ondan yaşadığı mənzilə çıxarış alınması üçün 4000 manat pul almışdır. Simrala 15 gün ərzində mənzilin çıxarış məsələni həll edib gətirib səndləri verəcəyini demişdir. Lakin Simralın evinə çıxarış ala bilməmiş, aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Simral verdiyi pulu geri istəsə də, lakin maddi vəziyyəti pis olduğundan pulları geri qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək iqtidarı yoxdur. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 münasibətdə ifadəsində qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs1 aldığı pulların hamısını yəni iki torpaq sahəsinin sənədləşməsi məqsədi ilə ümumilikdə 20000 manat pul almış, lakin işlər alınmadığı üçün pulları geri qaytarmışdır sonuncuya hər hansı ödənilməmiş borcu yoxdur. Əməlindən peşmandır. Hazırda cəza çəkir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri Bakıxanov qəsəbəsində Mehmandarov küçəsində ev 1-də yerləşən 31 saylı mənzili icarəyə götürüb orada torpaqların və evlərin alqı-satıqısı ilə məşğul olur, işlədiyi müddətdə müştərilər arasında narazılıq olmamış, 2019-cu ilin əvvəllərində dəfələrlə işlədiyi ofisə gələn müxtəlif şəxslər özlərinə məxsus torpaq sahələrini eyni zamanda fərdi evlərin özəlləşdirilməsi üçün müraciətlər etmişlər. Həmin ərəfədə əvvəllər ona müraciəti əsasında dövlət əmlak komitəsindən qaydasında olmayan sənədlərinin alınıb verilməsinə köməklik etdiyi Mahir adlı tanışı 16 sotdan 6 sot sənədsiz torpağı və dörd mərtəbəli evinin çıxarışının alınmasında müraciət elmiş, 06 sot torpağın Bələdiyyə sənədi olduğundan, Dövlət Əmlak Komitəsi tərəfindən Bələdiyyə sənədlərinin dayandırılmasına dair verilən qərara əsasən, o, açılacaq vaxtını gözləmişdi. Həmin vaxtdan, 2019-cu ilin iyun ayının sonları, avqust ayının əvvəllərində Hikmət adlı vəkil kimi tanıdığı tanışı onun ofisinə gələrək, söhbət əsnasında bildirmişdir ki, həmin Komitədə işləyən Çingiz adlı tanışı var, Çingizə torpaq sahələrinin və fərdi evlərin özəlləşdirilməsi üçün müraciət edə bilər. O, əvvəlcə Mahirdən götürdüyü torpaq sahəsinin və fərdi evə aid müxtəlif sənədləri Hikmətə göstərərək Çingiz həmin sənədləri düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Daha sonra X10 telefonla əlaqə saxlayaraq sonuncuya Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yaşar Əliyev küçəsindəki 16 sot torpaq sahəsinin özəlləşməmiş, 06 sotluq hissəsini və dörd mərtəbəli, evin özəlləşdirilməsinə köməklik etmək imkanın olub olmamasını soruşmuşdur. Çingiz heç bir problem olmadığını bildirmiş, onun ofisinə getdiyi zaman ətraflı söhbət edəcəyini bildirmişdir. Bir müddət sonra Çinqiz və tanışı Hikmət onun ofisinə gəlmiş, o, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən, torpaq sahəsinin və fərdi evin sənədlərini Çingizə təqdim etmişdir. Şahid7 sənədlərə baxdıqdan sonra Zaura zəng etmiş, Zaura sənədlər barədə məlumat verdikdən sonra Zaur 20.000 manata işi həll edə biləcəyini bildirmişdir. O, qiymətin baha olduğunu bildirdikdən sonra, Zaur endirim etmiş və 16.000 manata işi həll edəcəyini demişdir. O, Şahid7 torpağın və evin sahibi Mahir adlı şəxslə danışaraq xəbər edəcəyini bildirmişdir. Bundan sonra Çingizin və Hikmətin yanında Mahir adlı şəxsə zəng etmiş, 16.000 manata işin həll edilməsinin mümkün olduğunu demişdir. Mahir iş görərək sənədləşməni həll etməyi, həll etdikdən sonra Çıxarışı ona təqdim etdiyi zaman pulu ödəyəcəyini bildirmişdir. O, Mahirlə razılaşmış, Çingiz Quliyevə işi həll etməsini xahiş etmişdir. Bundan sonra Hikmətin yanında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinin və fərdi evin sənədlərini və 7000 manat pulu Çingizə vermiş, Çingiz sənədləri və pulu götürüb ofisdən çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra Mahir onunla əlaqə saxlamış, Rusiya Federasiyasında yaşayan qardaşı Nemət Gəncə şəhəri Kəpəz rayonunda 8 hektar torpaq sahəsinin olduğunu, Kəpəz Bələdiyyəsinin müvafiq sənədlərinin olduğunu bildirmiş, həmin torpaq sahəsi ilə bağlı çıxarış alınmasına köməklik edilməsini xahiş etmişdir. O, danışaraq məlumat verəcəyini demiş, Mahirlə danışdıqdan sonra Çingizlə əlaqə saxlamış, Gəncə şəhəri Kəpəz rayonuda 8 hektar torpaq sahəsinin olduğunu, torpaq sahəsi ilə bağlı Kəpəz bələdiyyəsinin müvafiq sənədlərinin olmasını demişdir. O, sənədləri Çingizə vermiş, Çingiz Zaurla danışaraq xəbər edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Çingiz onunla əlaqə saxlayıb torpaq sahəsinin özəlləşdirilməsi üçün 50000 manat pul lazım olduğunu demiş, o, qiymətin həddindən artıq baha olduğunu bildirmiş, qiyməti endirməyi xahiş etmişdir. Bir neçə gündən sonra Çingiz yenidən onunla əlaqə saxlamış, Zaurun 18000 manata işi həll edə biləcəyini bildirmişdir. Mahir yalnız torpağın və evin özəlləşdirilməsi sənədi təqdim edildikdən sonra pulu ödəyəcəyini demişdir. Bundan sonra o, Çingizə razılıq vermiş və torpağın sənədi ilə pulu verməyə hazır olduğunu bildirmişdir. Bu zaman Çingiz və Zaur birlikdə Gəncə şəhərinə getməyi, işi orada həll edəcəklərini işi həll etdikdən sonra pulu alacaqlarını demişdir. O, razılaşmış və 2019-cu ilin avqust ayının sonlarında Tərtər rayonunda yaşayan qaynı Şahid6 evinə getmiş, gecəni orada qalıb səhəri gün qaynı Aqillə birlikdə Gəncə şəhərinə gəlmişdir. O, Gəncə şəhər avtovağzalında Çinqiz və Zaurla görüşmüş, həmin şəxslərlə görüşdükdən sonra, ilkin ödəniş etmək üçün pul lazım olduğunu bildirmişdir. Bu zaman o, özü ilə apardığı 10000 manat pulu qaynı Şahid6 və Şahid7 yanında Təqsirləndirilən şəxs vermişdir. Zaur pulu saydıqdan sonra onlar birlikdə Gəncə şəhərində yerləşən Dövlət Əmlak Komitəsinin filalına getmişlər, o, qaynı Aqil və Çingizlə komitənin qarşısında gözləmişlər. Həmin vaxt Zaur Çingizə sənədlərin surətini çıxarıb gətirməyi tapşırmışdır. O, Zaurdan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinin və fərdi evin sənədləşməsi barədə soruşmuş, Zaur Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinin və fərdi evin sənədləşdirilməsindən xəbəri oduğunu, lakin Çingizin sənədləri ona vermədiyini və pulu verib-vermədiyini soruşmuş, o bundan başqa Çingizə 7000 manat pul verdiyini demişdir. Zaur Çingizin ona sənədləri və pulu vermədiyini bildirərək narahat olmamağı, Çingizlə özü danışaraq məsələni həll edəcəyini demişdir. Zaur özəlləşdirilməli torpaq sahəsi və fərdi ev olduğu halda ona məlumat verməyi, işi həll etdikdən sonra torpaq və fərdi ev işi gətirdiyi üçün ona da hörmət edəcəyini bildirmişdir. Sonra Zaur sənədlərin surətini götürərək yenidən Daşınmaz Əmlak Komitəsinə daxil olmuş, bir neçə dəqiqədən sonra çölə çıxmış və danışıb məsələni həll etdiyini, lakin həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Bakı şəhərində yerləşən Daşınmaz Əmlak Komitəsindən məlumat gəlməli olduğunu bildirmişdir. Bundan sonra o, Tərtər rayonuna qaynının evinə, Zaur və Çingiz isə Bakı şəhərinə qayıtmışdı. O, Tərtər rayonunda bir gün qaldıqdan sonra Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra Zaurla əlaqə saxlamış və işlərin nə yerdə olduğunu soruşmuşdur. Zaur Bakı şəhəri Sabunçu rayonu, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsi və fərdi evlə bağlı Çingizə verdiyi sənədləri götürdüyünü, onlarla bağlı iş gördüyünü, bir neçə günə müvafiq sənədləri düzəldərək təqdim edəcəyini, sənədləri daşınmaz Əmlakın Komitəsinə təqdim edərək müvafiq “birka” alacağını demişdir. Bu danışıqlardan bir neçə gün sonra Zaur özü ona zəng edərək, iş yerinə yaxın Akademiya bağında saat 12:30 radəllərində görüşməyi və özü ilə 10.000 manat pul gətirməyi demiş, o, Zaurdan pulun nəyə görə lazım olduğunu soruşduqda, Zaur görüşüb danışacaqlarını deyib telefonu söndürmüşdür. O, ertəsi gün Akademiyanın parkına gedərək Zaura zəng vurub, dediyi ünvanda olduğunu bildirmiş, təxminən 20 dəqiqə keçdikdən sonra Zaur oraya gedib ondan pulu gətirib-gətirmədiyini soruşmuşdur. O, pulu nə etdiyini və nəyə görə onu çağırdığını Zaurdan soruşmuş, Zaur demişdir ki, Çingizdən sənədləri götürmüş, lakin pulu hələ almamışdır. Artıq iş danışıldığı üçün pulu verməlidir ki, sənədləri Daşınmaz Əmlak Komitəsinə təqdim edəndə qəbul etsinlər. O, bu məbləğdə pulunun olmadığını, Çingizə verdiyi 7000 manat almasını demiş, Zaur ona Çingizdəki pulu alacağını demişdir. O, gedərkən özü ilə apardığı 8000 manat pulu Zaura göstərək əgər bu iş tez olacaqsa pulu verə biləcəyini, yox gecikərsə vaxt uzatmağa lüzum olmadığını bildirmişdir. Həmin vaxt Zaur ona "biz helə-belə nəsildən deyilik ki, yalan danışaq, bu işə əl qoymuşamsa tezliklə həll olunacaq” demişdir. Zaur sabahı Çingizin yanına gedəcəyini, onunla birlikdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsi və fərdi evlə bağlı sənədləri gətirəcəyini, birlikdə Daşınmaz Əmlak komitəsinə gedərək sənədləri təqdim edib “birka” almağı söyləmişdir. O, heç bir problemin olmadığını bildirmiş, 6000 manat pulu Zaura vermiş, geri qalanın isə “birka”-nı aldıqdan sonra verəcəyinə razılaşmışlar. Ertəsi gün Çingiz onunla əlaqə saxlayaraq onu ofisdən götürərüb Bakı şəhəri Nərimanov rayonunda yerləşən Daşınmaz Əmlak Komitəsinin 1 saylı Ərazi idarəsinə gedərək növbədən kənar onu əməkdaşa təqdim etmiş və o, sənədlərin həmin masada əyləşən ƏMDK-nin əməkdaşına vermişdir. O, sənədlərə baxış keçirdikdən sonra ona birka vermiş, oradan çıxdıqdan sonra o, “birka”-nın şəklini çəkərək Zaurun mobil teefonuna göndərmişdir. O, şəkli göndərdikdən sonra Zaur telefonla əlaqə saxlamış və Gəncə şəhəri Kəpəz rayonunda yerləşən torpaq sahəsi ilə bağlı sənədləşmənin nə yerdə olduğunu soruşmuş, Zaur isə təqribən bir həftəyə Gəncə şəhər Kəpəz rayonunda yerləşən Daşınmaz Əmlakın Komitəsinin Ərazi idarəsinə yaxınlaşınb sənədləri verərək birka alacağını bildirmişdir. O, Zaurla razılaşmış və bir gün əvvəl, yəni həftənin birinci günü Tərtər rayonuna gedəcəyini, ikinci gün isə Gəncə şəhərində Zaurla görüşəcəyini bildirmişdir. O. Çingizlə danışdığı kimi həftənin birinci günü Tərtər rayonuna, ikinci gün isə oradan Gəncə şəhərinə yollanmış, Gəncə şəhərində Çingizlə əlaqə saxlamış, Çingiz Avtovağzalın yanında yerləşən oteldə qaldığını, həmin yerə getməsini xahiş etmişdir. O, Çingiz dediyi ünvana getmiş, zəng edib çatdığını bildirmişdir. O, Çingizdən Zaurun harda olduğunu soruşmuş, Çingiz Zaurun gələ bilməyəcəyini, 2000 manat pul göndərəcəyini, həmin pulu Daşınmaz Əmlak Komitəsinin Gəncə Ərazi İdarəsinə verəcəklərini bildirmişdir.O. razılaşmış birlikdə Daşınmaz Əmlak Komitəsinin Gəncə Ərazi idarəsinə yollanmışlar. İdarəyə çatdıqdan sonra Çingiz içəriyə keçmiş və bir müddət sonra çölə çıxmış, sonra Zaurun göndərəcəyi pulu DƏK-nin Gəncə ərazi idarəsinə ödəməli olduğunu, Zaur göndərənədək 1000 manat pul verməsini xahiş edib, pulu idarəyə ödəyəcəyini və Zaur pulu gətirdikdən sonra 1000 manatı geri qaytaracağını demişdir. O, Çingizlə razılaşaraq sonuncuya 1000 manat pul vermiş, Çingiz yenidən İdarəyə daxil olaraq bir müddətdən sonra bayıra çıxmış, Zaurun İdarəylə danışdığı birkanının bir həftə sonra veriləcəyini demişdir. O, Çingizə heç bir söz deməmiş, onlar birlikdə "xxxx" ASC-nə getmişlər və Çingiz Zaurun göndərdiyi pulu götürüb çıxacağını demişdir, lakin bir müddət sonra Zaur pulu göndərə bilmədiyini, Bakı şəhərinə qayıtdıqdan sonra ondan aldığı 1000 manatı geri ödəyəcəyini bildirmişdir. O, bankdan çıxaraq Bakı şəhərinə qyıtmış, Çingiz onunla əlaqə saxlayıb Bakı şəhəri Sabunçu Rayonu Bakıxanov qəsəbəsi Əliyev küçəsində yerləşən torpaq sahəsinin, eyni zamanda fərdi evin şəkillərini çəkmək üçün Daşınmaz Əmlak Komitəsinin Əməkdaşının gələcəyini bildirmiş, qarşılayaraq torpaq sahəsinə aparmasını tapşırmışdır. O, etiraz etməmiş, bir neçə saat sonra özünü DƏK-nin əməkdaşı kimi təqdim etmiş şəxsi deyilən ünvanda qarşılayaraq Bakı Şəhəri sabunçu rayonu, Y.Əliyev küçəsində yerləşən torpaq sahəsinəaparmış, həmin şəxs torpaq sahəsi ilə fərdi evin şəklini çəkmişdir. Həmin vaxt tanışı Hikmətdə onun yanında olmuşdur. Hikmətlə birlikdə ƏMDK-nin işçisini yola salanda Çingizin dediyi kimi 200 manat pulu həmin işçiyə vermiş və ofisə qayıtmışlar. Onlar ofisə gedən vaxt Soltan adlı yaxın tanışı da onu gözləmiş, o, Hikməti yola saldıqdan sonra tanışı Soltan ondan hardan gəldiyini və nə məsələ olduğunu soruşmuş, o, torpaq və fərdi yaşayış evlərinin sənədinin alınmasına köməklik edən ƏMDK-nin işçisi kimi tanıdığı Çingiz Quliyevin və Təqsirləndirilən şəxs barəsində danışmışdır. Soltan bildirmişdir ki, evinin və torpağının sənədləri yoxdur, nə sənəd lazımdırsa, onlara versin ki, çıxarış ala bilsin. O, danışıb Soltana xəbər edəcəyini bildirmişdir. Çingizə bununla bağlı zəng etmiş və evin torpağın heç bir sənədinin olmadığı və sənədləşdirmək mümkün olub-olmadığını demiş, Çingiz həmin iş onların işi olduğunu və sabah gəlib yerin kordinatlarını və lahiyyəsini çəkdikdən sonra həll edəcəyini bildirmişdir. Ertəsi gün Çingiz idarə ilə danışdığını və onun ofisinə gələcəyini bildirmiş, o, yaxın tanışı olan Soltana zəng edərək, evdə olmasını bildirmiş, həmin gün Çinqiz “Audi” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşınla onun iş yerinə gələrək, onun və Sabunçu rayonu üzrə ƏMDK-nin idarəsindən bir nəfər əməkdaş götürmüş, Soltanın yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən evinə getmişlər. Soltan göstərdiyi torpaq sahəsinin ərazisini ƏMDK-nin əməkdaşı peyk vasitəsi ilə çəkərək kordinatları götürmüş və onlar oradan ayrılmışlar, yolda gedərkən Çingiz ona bildirmişdir ki, iş görmək üçün əvvəlcə pul vermək lazımdır ki, tez bir zamanda sənədləri götürüb torpaq və evə ƏMDK-in Reystir idarəsinə Çıxarış alınması üçün verib birka alsınlar. Çingiz ona işin həlli üçün 16000 manat lazım olduğunu bildirmişdir. O, yaxın tanışı olan Soltanla danışmış, Soltanın pulu olmadığını nə pul lazımdırsa həll etməklə bağlı və sonra özləri aralarında həll etmələri barədə razılığa gəlmişlər. Soltan ona söz vermişdir ki, əgər sənədlər hazırlanıb qaydasında verilsə, bir yerdən borc edib onun pulunu qaytaracaq və əlavə 2 sot torpaq verəcəkdir ki, özünə ev tiksin. Beləliklə, Çingizlə belə razılığa gəlmişlər ki, o, ilkin sənədləri götürmək üçün 3.000 manat pul versin və 13.000 manat pulu isə çıxarış alanda ödəsin. Həmin gün o, 3000 manat pulu Çingizə vermiş, Çingiz onu iş yerinə aparmış və demişdir ki, 21 gün ərzində o, arxiv sənədləri hazırlayıb ona xəbər verəcəklər, sənədləri ƏMDK-nə verib birka götürsünlər. O, sənədlərin verildiyini və çağrıldıqdan sonra birkanı götürəcəyini düşünərək gözləmiş, lakin Çingizlə Zaurun oyunları bundan sonra başlamışdır. Çingiz 3 gündən sonra onun iş yerinə gedərək bildirmişdir ki, Rusiyaya dostunun yanına gedir, Bakı şəhərində olmayacaq, Moskvada dostu ilə iş qurub, gül mağazası açıb orda olmalıdır. Çingizdən bəs işlərin necə olacağını soruşduqda, Çingiz ona Zaur müəllim burdadı, işləri Zaur aparır, hər şey qaydasındadır və Aşıq Pəri küçəsində yerləşən torpaq sahəsinin sənədləri ƏMDK-də lazımı adamla danışmışdır, torpaq çoxdur, ona görə, ayrı-ayrı özəlləşməlidir və əlavə pul lazımdır ya da hansısa bir köhnə topaq arxiv sənədini oraya “oturtmaq” olar. O, demişdir ki, özü bilər, danışmışlar, tez həll etsin ki, pulunu versin. Çingiz ona demişdir ki, onluq deyil, danışmışdır, bir nəfər şəxsdə 72 sot torpağın köhnə sənədi var, həmin şəxsdən sənədi alacaq və həmin sənədlər Aşıq Pəridə olan torpağı özəlləşdirəcəkdir, sadəcə vaxt versin ki, həmin sənədin arxivini çıxarıb sahibindən etibarnamə alsınlar. Sabunçu rayonu Bakıxanov qəsəbəsi. Aşıq Pəri küçəsində yerləşən torpaq kordinatda 80 sotdan çox olsa da , heç olmasa 72 sotun sənədləşdirilməsinə razı olmuşdur. Bir neçə gün sonra Zaur ona zəng vuraraq, iş yerinə getmiş, onlar Bakıxanov parkında çayxanada olarkən, Zaur pul dalınca gəldiyini Çingizlə demidir. Ona görə də Zaura yaşadığı Sabunçu rayonu ünvan 19 ünvanda Zaurla əyləşdiyi kafedə 3000 manat pulu Zaura verib evə qayıtmışdır. Həmin vaxt Zaur ona 100% əmin etmişdir ki, işlər qaydasındadır, tez bir zamanda həll olunacaq. Zaur ona Çingiz öz adamı olduğunu, bütün işlərə Çingizi göndərdiyini demişdir. Bir müddət sonra Çingiz “Wahtsapp” sosial şəbəkə üzərindən video-zəng vuraraq, Rusiyada dostunun yanında olduğunu, az vaxtda gəlib işləri qaydasına qoyacağını bildirmiş, ondan xahiş etmişdir ki, dostunun anasına pul lazımdır, pulu o, burda düzəldib versin, Çinqiz özü Bakı şəhərinə qayıtdıqdan sonra onun pulunu qaytarsın. O, nə qədər pul lazım olduğunu soruşmuş, Çingiz 5.000 manat lazım olduğunu, o, Çingizlə arasını pozmamaq üçün razılaşmış və ATS-lə üzbəüz olan yeni binanın yanında onu qarşılayan bir nəfər xanıma, yəni Çingizin dostunun anasına 5000 manat pul vermişdir. Təxminən 10-gün sonra Çingiz Bakı şəhərinə qayıtmış, o, Çingizi görüşə çağırmış, lakin Çingiz rayonların birində hüzr mərasimdə olduğunu və qayıdandan sonra onunla mütləq görüşəcəyini bildirmişdir. Çingiz hərəkətlərindən narahat olduğundan zəng edib bu barədə Hikmətə bildirmiş, Hikmət Çingizə zəng etsə də Çingiz telefona cavab verməmişdir. Hikmət bu barədə ondan soruşduqda, Zaur Çingizin yaxın qohumun rəhmətə getdiyini və onun zəng vurmasını Çingizə zəng edib deyəcəyini bildirmişdir. Zaur 2019-cu ilin sonlarında ona zəng vurub, demişdir ki, axşam Çingizi göndərəcəkdir ki, Gəncə sənədinin qalan 8000 manatı pulunu versin. Həmin gün axşam Çingiz zəng vuraraq onun yaşadığı ünvana getmiş, o, Çingizlə binanın qarşısında görüşərək, sonuncuya 8000 manat pul vermiş və Zaura zəng edərək Çingizə pulu verdiyini bildirmişdir. O, Çingizdən aldığı borc pulu nə vaxt qaytaracağını və Aşıq Pəri küçəsində yerləşən torpaq sahəsinə aid sənədin nə yerdə olduğunu soruşmuş, Çingiz arxiv sənədini 11 noyabrda götürəcəyini bundan sonra prossesin başlayacağını demişdir. O, həmin gün öz avtomobili ilə təxminən 3:00-4:00 arası yola çıxaraq Gəncə şəhərinə getmiş, orada ƏMDK-də növbə götürərək, sənədləri təqdim etmiş, arxivdən cavab alınması üçün ‘‘birka”-nın şəklini çəkib “Whatsapp” sosial şəbəkə vasitəsi ilə Zaura göndərmişdir. O, 14 noyabr 2019-cu ildə Çingizə zəng etmiş, lakin zəngə cavab verməmiş və o, ertəsi gün zəng etmədən Çingizin yaşadığı Maştağa qəsəbəsində yerləşən evinə getmişdir. Ünvana çatanda Çingizi görmüş, sonuncu neçə gündür xəstə olduğunu bildirərək, onu məcburi evə çağırmış və evdə söhbət etmişlər. Evdə Çingizin anası və arvadı dərmanları göstərək onun xəstə olduğundan işlərini işləyə bilmədiyini demişlər. O, əgər Çingiz işləyə bilmirsə pulları qaytarmasını tələb etmiş, Çingizin anası yanında ona söz vermişdir ki, ilin sonuna kimi möhlət versin ya sənədləri düzəldib verəcək, ya da 24 sot torpağı var satıb pulu verəcəkdir. İlin sonuna kimi gözləmiş, eyni zamanda X18 küçəsində olan torpaq sənədlərini tezliklə diizəltməsini tələb etmiş, Çingiz də sevinərək sabah Əmlak idarəsinə gedəcəyini demişdi. Ertəsi gün Çingiz zəng vurub sənədlərin qaydasında olduğunu, Y.Əliyev küçəsində olan evin çıxarışını alacağını bildirmişdir. O, bir neçə gün gözləsə də ona SMS gəlməmiş, ona görə özü 1 saylı Əmlak komitəsinə gedərək işin nə yerdə olduğunu öyrənməyə çalışsa da, ona idarənin bir müddət bağlı olacağını və işə başlayanda ona cavab veriləcəyini demişlər. O, Zaura zəng vurmuş, işin nə yerdə olduğunu soruşmuş, Zaur ona Əmlak İdarəsində yoxlama vardır, ona görə müvəqqəti bağlanmışdır və açılacaqdır. O, dəfələrlə zəng etsədə SMS “birka” nı yoxlasa da , işin icraatda olduğunu bildirmişlər. O, bu barədə Gəncədə olan sənədlə bağlı arxiv sənədlərini götürüb Zaura vermişdir ki, sənədə əvvəllər verilmiş imtina cavabı aradan qaldırılsın, yenidən Əmlak İdarəsinə təqdim edib çıxarış alsınlar. 2020-ci il yanvar ayının əvvəlləri Daşınmaz Əmlak idarəsinin əməkdaşı tərəfindən ona zəng olunmuş, Y.Əliyev küçəsində olan əmlaka baxış keçiriləcəyini bildirmişdir. O, həmin əməkdaşla Y.Əliyev küçəsinə gedərək həyətə daxil olmuş, Əmlak idarəsindən gələn adam əlində olan evin lahiyəsinin ölçülərinə baxaraq yoxlamadan keçirmiş, onlar həyətdən çıxanda, həmin şəxs ondan özündə başqa lahiyyənin olub-olmaması varsa baxmaq istəməsini dedikdə, avtomobilində olan lahiyyəni həmin əmkdaşa verərək lahiyyədə necə varsa elə də yazmasını xahiş etmişdir. Bundan 3 gün sonra ona imtina SMS-i gəlmiş və o, gedərək Əmlak İdarəsindən imtina cavabı ilə birlikdə sənədləri geri götürüb məsələni aydınlaşdırmaq üçün Zaur və Çingizə zəng vurmuşdur ki, təcili görüşsünlər. Zaurla görüşdükdən sonra Zaur imtina sənətinə baxıb səbəbi kimi torpağın sənədinin olmaması, həm də evin hündürlüyü aşırımları keçməsinə görə çıxarış verilməsindən imtina olunmuşdur. Zaur sənədləri götürərək aparıb, düzəliş edəcəyini, əvəlcə evə sonra torpağa sənəd alacağını bildirmişdir. Zaur getdikdən sonra, o, Hikmətə zəng vurub hadisə barədə danışmış, o, Çingizlə danışacağını və yanına gəlməsini bildirmişdir. Hər gün Zaur, Hikmət və Çingizlə əlaqə saxlasa da, heç bir faydası olmamışdır. Zaur Əliyev küçəsində yerləşən evə ancaq Fövqalda Hallar Nazirliyindən məktub almaq lazım olduğunu, yoxsa sənədləri qəbul etməyəcəklərini, FHN-dən 30.000 min pul istədiklərini, lakin onun tanışları ilə danışdığına gösrə, 5000 manat düzəltmək lazım olduğunu bildirmiş, O, ya işi düzəltməli, ya da pulları geri qaytarmalarını demişdir. Ertəsi gün Çingiz onun ofisinə getmiş, o, Hikməti də çağırmasını bildirdik də, Çingiz onun vaxtının olmadığını, iş həll etmək üçün şəhərə getməli olduğunu demişdir. O, Çingizlə birlikdə Bakı Şəhərsalma idarəsinə gedərək içəri keçmiş, Çinqgz qapıda dayanan mühafizəçidən bir nəfər şəxsi soruşmuş, mühafizəçi həmin şəxsin işdə olmadığın demişdir. Orada ərizə yazıb mühafizəçiyə verərək səndən gəlib ərizəni götürəcəklər deməklə oradan uzaqlaşmışlar. Çingiz “Zaur işləri gecikdirdiyi üçün pullar əldə xərcləndiyini və yeni işlər yanvar ayından açılacağı və yeni işlər götürüb batmış pulları bərpa etmək lazım olduğunu” demişdir. Çingiz 2 gün sonra şəkil çəkib göndərərək FHN-nin qarşısında olduğunu və işi danışıb çıxdığını və 3000 manat pul lazım olduğunu demişdir. O, Çinqizə gəlib pulları aparıb həll etməyi tapşırmış, həmin gün axşam Çingiz onun evinin qarşısına gəlmiş evdə olan puldan Çingizə 3000 manat vermişdir. Çingiz narahat olmamagı ən yaxın günlərdə işləri həll edəcəyini demişdir. Bir neçə gündən sonra Zaur ona zəng edərək, 500 manat borca pul istəmişdir ki, az müddətdə qaytaracaqdır. O, poçtla Təqsirləndirilən şəxs adına 500 manat pul göndərmiş, Zaur pulu aldıqdan sonra az bir müddətdə pulu qaytaracağını demişdir. Təxminən 20 gündən sonra Zaura zəng vurub sənədləri soruşduqda Zaur Bakı şəhərində N.Nərimanov rayonunda yerləşən 1 sayı Əmlak İdarəsinin qarşısında görüşüb danışmağa çağırmışdır. O. ertəsi gün Zaurla görüşmüş. Zaur ona demişdir ki. “müəllimlə” danışmış, indi zəng vuracaq onu qəbula çağıracaqdır. Zaur qurulmuş senari kimi kiməsə zəng vuraraq “Müəllim danışa bilmədiniz? Biz burda gözləyirik”-demiş, həmin şəxs telefonda “siz gözləməyin, danışmışam, qəbulda olan adam yoxdur, gələn həftə işə çıxacaq, zaur həmin şəxsdən Gəncə işini soruşduqda , həmin şəxs “ beşinci gün gedin sənədi verin birka götürün həll edəcəyik” demişdir. O, 3 gün sonra Gəncə şəhərinə getmiş, sənədləri verərək “birka” almış və oradan Bakı şəhərinə qayıtmışdır. Sonradan pandemiya ilə əlaqədar işlər dayanmış. Zaur ona yeni işlər varsa gətirməyi və gətirdiyi işlərin pulları ilə həm əvvəlki işləridə bir-bir yoluna qoyacağını demişdir. O, Y.Əliyev küçəsində olan torpaq sahəsinin sənədləşmə işini həll edəcəyi halda nə qədər istəyirsə adam gətirəcəyini demişdir. Həmin ərəfədə bir nəfər şəxs ofisinə gələrək özünü “Vüqar” kimi təqdim etmiş, kirayə ev soruşmuş, sonra onun qardaşı guya Xətai Metrosunun yaxınlığında olan Əmlak Komitəsində 5-ci mərtəbədə oturduğunu, bütün sənədlərə qardaşı baxır. O, həmin Vüqar adlı şəxsin onun işindən, yəni Y.Əliyev küçəsində olan torpaq sahəsinə Çıxarış alınması işindən danışmış, həmin şəxs ona demişdir ki, işin qiyməti 25000 manatdır, lakin pulu düzəldib gətirə bilmirlər. Sonra onun ofisinə getmiş həmin şəxsin Zaur tərəfindən göndərildiyini anlamış və Zaura zəng edib bu barədə soruşduqda, zaur ona demişdir ki, işini idarəyə vermişdir. O, yenə Zaura biraz inanmış və bundan iki gün sonra Zaur ona zəng vurub ertəsi gün Xətayi rayonunda yerləşən Əmlak Komitəsinin arxasına gəlməsini, orada Nail adlı şəxs onu qarşılayacağını, işin tamamlanması üçün həmin şəxsə bir neçə sənəd lazım olacağını bildirmişdir. O, Zaurun dediyi yerə getmiş, özünü Nail müəllim kimi təqdim etmiş bir nəfər şəxs ona yaxınlaşmış və etibarnamənin vaxt bitdiyini, işin tez həlli üçün pul lazım olduğunu bildirmişdir. O, etibarnaməni gətirəcəyini, lakin pul işini Zaurla danışmasını demişdir. Nail demişdir ki, guya Zaur onu da pul məsələsinə görə aldatmışdır. Əhməd ona bir neçə sənəd göndərmiş, həmin sənədləri Zaura göndərərək qiymətini deməyini istəmiş, Zaur hər sənədi götürəndə əvvəlcə yuxarıda “müəllimə” göstərdiyini və üstünə yazılan qiymətlə razılaşdıqdan sonra işi qəbula verdiyini bildirmişdir. Zaur onun verdiyi son sənədə iki həftə sonra cavab gətirmiş və Binəqədi qəsəbəsində yerləşən 02 hektar içində zavod 200.000 manat, Binəqədi qəsəbəsində yerləşən 1.5 hektar torpaq sahəsinin 170.000 manat, Binəqədəi qəsəbəsində yerləşən, 50 sotda anbar 100.000 manat Buzovna qəsəbəsində 12 sot torpağ sahəsinin sənədləşdirilmisnə görə 10.00 manat və sair qiymətlər çıxararaq, ona “Danış bunlardan birini həll edim, o biri işləri bir həftəyə təhfil verim demişdir. O, Zaurun göndərdiyi qiymətlərin surətlərini, Əhmədin telefonuna göndərmiş, Əhməd baxandan bir neçə saat sonra qiymətlərin çox olduğunu, biraz aşağı olsa düzələcəyini, Binəqədidə olan 05 hektarlıq anbarın və Buzovna qəsəbəsində yerləşən 12 sot torpağı yarı qiymət olsa, düzəltməsi üçün verəcəyini demişdir. O, Əhmədin mesajının mətninini Zaura göndərmiş, Zaur danışacağını düzəlsə beh götürməsini və bir ayın içində sənədləri düzəldib verəcəyini demişdir. Zaur sonra zəng edib “Məllimlə” danışdığını və həll edəcəyini lakin xeyirləri qalmadığını, lakin “Məllimlə” danışıb əvvəlki işləridə həll edəcəyini demişdi. O, Əhmədə Zəng vurmuş, Zaurun razılaşdığını bildirmiş, beh götürməyi, sənədin bir aya düzələcəyini demişdir. Əhməd problemin olmadığını, sənədlərin əslini götürməsini, Əmlak idarəsində “birkanı” götürəndə torpaq sahəsinə nə qədər pul desə ona beh verəcəyini demişdir. O, Zaura zəng vurub demiş, Zaur sənədləri götürməsini, lakin sənədlər geçikməsin deyə biraz pul verməli olduğunu demişdir. Bir gün sonra Zaur zəng edərək “iki sənədə görə 10000 manat pul lazım olduyğunu istəyirlər,əks halda qəbul edilmədiyini demişdir. Əhmədə heç bir söz demədən pulun 5000 manatını özü düzəldərək Zaura zəng edib ancaq 5000 manat olduğunu əgər düzəlmirsə sənədləri geri qaytarmasmı dedikdə Zaur iş yerinə gələrək 5000 manat pulu alıb getmişdir. Bir neçə gündən sonra Zaur zəng vuraraq oğlu Beyləqanda olduğu üçün təcili 2000 manat borca pul istəmiş, o, əvvəl imtina etsə də, sonradan bir nəfər şəxsdən qaytarmaq şərti ilə borca pul ala biləciyini demişdir. O, bir nəfər tanışından 2000 manat pul alıb, Zaura zəng edərək borca pul götürdüyünü demiş, Zaur pulu təcili çatdırmağı xahiş etmişdir. Ertəsi gün Tərtər rayonunda olan ailəsini götürməyə gedərkən, pulu poçtun Bərdə fılalından Zaura göndərmək üçün götürmüşdü. Zaur ona bir başa Ağcəbədi rayonuna getməsini, orada işi olduğunu demiş, o, gecə səhərə yaxın çıxaraq Ağcabədi rayonuna getmişdir. Sinif yoldaşı Azər Yusifovla əlaqə saxlamış Zaura pul verəcəyini, Azərin onun yanında olmasını istəmiş, Azərdə onunla birlikdə getmişdir. O, Azərlə birikdə Ağcəbədi rayonunda yerləşən avtomobil təmiri sexində Zaurla görüşmüş, orada Zaura 2000 manat pul vermiş, Zaur Bakıya qayıtdıqdan sonra pulu verəcəyini demişdir. X11 müxtəlif bəhanələr gətirərək sənədləri düzəltməmiş və aldığı pulları geri qaytarmamışlar. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs1 əlavə vermiş olduğu ifadəsində göstərmişdir ki, Çingiz Quliyev Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 16 sot torpaq sahəsinin özəlləşdirilməmiş 06 sot sahəsini və 04 mərtəbəli yaşayış evinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü ilk dəfə 04 avqust 2019-cu il tarixdə saat 17:00 radələrində onun ev alqı-satqısı ilə məşğul olduğu, kirayə əsasında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi X14 küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisində tanışı Şahid5 iştirakı ilə 7.000 manat məbləğdə pulunu almış, daha sonra eyni məqsədlə 27 avqust 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospektində yeləşən “Hüseyn Cavid’’ adına parkda Təqsirləndirilən şəxs 6.000 manat məbləğdə pul vermişdir. Sonra eyni məqsədlə 20 noyabr 2019-cu il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsində parkda yerləşən çay evində Zaura 3.000 manat məbləğdə pul vermişdir. Bundan başqa Çingiz Quliyev Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş 04 mərtəbəli yaşayış evinə görə Fövqəladə Hallar Nazirliyindən razılıq almaq adı ilə ondan 05 mart 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi X14 küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisinin qarşısında 3.000 manat məbləğdə pulunu alıb ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 8 hektar torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü 24 avqust 2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 5 ünvanda yerləşən Gəncə şəhər avtovağzalındakı çayxanada Çingiz Quliyev və qohumu Şahid6 iştirakı ilə 10.000 manat məbləğdə pulunu almışdır. Bundan sonra eyni məqsədlə 10 senytabr 2019-cu il tarixdə saat 11:00 radələrində ünvan 5 ünvanda yerləşən Gəncə şəhər avtovağzalında Təqsirləndirilən şəxs 1.000 manat məbləğdə pul vermişdir. Daha sonra eyni məqsədlə 21 oktyabr 2019-cu il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxsla danışdıqdan sonra Şahid7 ondan yaşadığı ünvan 22 ünvanın qarşısında 8.000 manat pul almışdır. Bundan başqa Çingiz Quliyev 18 oktyabr 2019-cu il tarixdə saat 10:00-radəllərində ünvan 9 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Gəncə şəhər inzibati binasının qarşısında Gəncə şəhər Kəpəz rayonun ərazisində yerləşən 08 hektar torpaq sahəsinə dair “birka” almaq adı ilə 500 manat pulunu almışdı. Bundan başqa Çingiz Quliyev Bakı şəhəri Sabuçu rayonu Bakıxanov qəsəbəsində Aşıq Pri küçəsində yerləşən 80 sot torpaq sahəsinə Azərbaycan Respubilkası İktisadiyyat Nazirliyi Əmlak Məsəlləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri xidmətindən çıxarış almaqdan ötrü ilk dəfə 12 noyabr 2019-cu il tarixdə saat 12:00 radəllərində ev alqı-satqısı ilə məşğul olduğu və kirayə əsasında işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X14 küçəsində ev 1 mənzil 31 ünvanında yerləşən ofisinin qarşısında öz avtomobilində 3000 manat məbləğində pulunu almış, sonra eyni məqsədlə 29 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi 20 ünvanında yerləşən Azərbaycan Respubilkası Əmlak məsəlləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanın inzibati binasının qarşısında Çingiz Quliyevə 2000 manat məbləğində pul vermişdir. Bundan başqa Çingiz Quliyev Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən 10 sot torpaq sahəsində Azərbaycan Respubilkasının iktisadiyyat Nazirliyi Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən Çıxaıiış almaq üçün 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X17 küçəsi 20 ünvanında yerləşən DƏDRX-nin qarşısında 2.500 manat pulunu alaraq ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arxiv sənədləri çıxarmaq adı ilə 12 may 2020-ci il tarixdə saat 11:00 radələrində ünvan 25 ünvanda yerləşən Abşeron rayon Dövlət Arxiv idarəsinin inzibati binasının qarşısında 500 manat məbləğdə pulunu alaraq ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaqdan ötrü 15 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində Ağcabədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexində sinif yoldaşı Azər Yusifovun iştirakı ilə 2.000 manat məbləğdə pul almışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən keçmiş “Zəngəzur” adlı şadlıq sarayının arxa tərəfində yerləşən 03 ədəd torpaq sahəsinə və 01 ədəd anbara dair Çıxarış almaq üçün ondan müvafiq olaraq 50 sot torpaq sahəsində görə 50.000 manat, 1 hektar torpaq sahəsində görə 120.000 manat, 2 hektar torpaq sahəsinə görə 200.000 manat və həmin ərazidə yerləşən anbara çıxarış almaqdan ötrü 50.000 manat məbləğdə pul istəmişdir. O, həmin məbləğlərin çox yüksək məbləğ olduğunu bildirdikdən sonra Zaur məbləğləri bir qədər endirəcəyini bildirmişdir. Ona görə, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində, keçmiş “Zəngəzur” adlı şadlıq sarayının arxa tərəfində yerləşən 50 hektar torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaqdan ötrü 23 aprel 2020-ci il tarixdə saat 10:00 radələrində onun ev alqı-satqısı ilə məşğul olduğu, kirayə əsasında işlətdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X14 küçəsi ev 1 mənzil 31 ünvanda yerləşən ofisində 5.000 manat məbləğdə pulunu almışdır. Bundan əlavə eyni məqsədlə 25 aprel 2020-ci il tarixdə saat 14:04-də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Orucov küçəsi 13 A, B, C iinvanda yerləşən "Kapital Bank” ASC-nin “Bakıxanov” filialından Təqsirləndirilən şəxs adına göndərdiyi 400 manat məbləğdə pulunu da alaraq ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 ona vurulmuş ümumi ziyandan 20000 manat məbləği qaytarmış, qalıq 12100 manat pulun ödilməsini tələb edir, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 28 ünvanında təxminən 17 il əvvəl stomotoloji kabinet açmış və orada fərdi qaydada fəaliyyət göstərir. Həmin vaxtlardan Sevinc adlı qadının dişlərini müalicə etmiş, həmin vaxtdan da Sevinci və onun əri Zauru tanımışdır. Həmin vaxt Zaur ona BTD-də işlədiyini bildirmişdi. Abşeron rayonun Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi 1995-ci ilin çıxarış sənədi ilə anasının adına sənədləşdirildiyindən, həmin çıxarışı təzələyib yeni sənəd almaq qərarına gəlmişdir. Torpaq sahəsinə yeni çıxarış almaq üçün Zaura dedikdə Zaur problemin olmadığını, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsində ona kömək edəcəyini, vaxtı gələndə bu barədə ona deyəcəyini bildirmişdir. Belə ki, 2022-ci ilin may ayının ortalarında Zaurla Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində görüşdükdə o, həmin işin alınması üçün ondan 3000 istəmiş, işin 2-3 ay ərzində həll edə biləciyini bildirmişdir. O, Zaurla razılaşmış və 2022-ci ilin may ayının ortalarında 3000 manat pulu ünvan 29 ünvanında yerləşən stomotoloji kabinetdə Zaura vermişdir. Zaur pulu alıb cibinə qoymuş, 2-3 ay ərzində sənədləri düzəldəcəyinə söz vermişdir. Lakin pulu ona verdiyi müddətdən 5 ay keçsə də o, müxtəlif bəhanələr gətirərək yerə aid sənədi dəyişməkdə köməklik göstərməmişdir. Zaurdan pulunu geri isdədikdə o, müxtəlif bəhanələr gətirək pulu qaytarmamışdı. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərinin Qurd dərəsi adlanan ərazisində torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi üçün tanışı Zaur Şəhvələdova müraciət etmişdir. Zaur həmin torpaq sahəsinin özəlləşdirilməsinə kömək edə biləcəyini və həmin torpağın sənədləşdirilməsi üçün 1750 manat pul istədiyindən, onunla razılaşaraq 2022-ci ilin dekabr yanıda Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən ofisdə Zaurla görüşüb, Sumqayıt şəhərinin Qurd Dərəsi adlanan ərazisində olmaqla və hazırda istifadəsində olan torpaq sahəsini özəlləşdirmək üçün 1750 manat pulu Zaura vermişdir. O, yaxın günlərdə özəlləşdirmə məsələsini həll edəcəyini bildirsə də, hələ də o, verdiyi vədinə əməl etməmiş və hər dəfə müxtəlif bəhanəllər gətirmişdir. OHazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rəlail oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Şahid3 adlı şəxsi uzun müddətdir ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. 2021-ci ilin sonlarında Rəşidlə birlikdə H.Z.Tağıyev qəsəbəsində 12 sot torpaq sahəsini 34000 manata şərikinə almış və torpağı satan şəxsə 20000 manat verdikdən sonra qalan pulu, torpağı sənədləşdirdikdən sonra verəcəkləri barədə razılaşmışlar. Qeyd olunan torpaq sahəsi dövlət fonduna aid olduğundan və ilk növbədə həmin torpaq sahəsini özəlləşdirmək istədiyindən, torpağın necə özəlləşdirilməsi üçün yol axtaran zaman 2022-ci ilin fevral ayının əvvəllərində Rəşidlə Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsində yerləşən, “Diibəndi” YDM-nin çayxanasında oturub torpaqla əlaqədar söhbət edərkən, ilk dəfə gördüyü Zaur adlı şəxs yaxınlaşaraq Daşınmaz Əmlakın Dövlət Revstir Xidmətində işlədiyini və bu məsələdə onlara kömək edə biləcəyini, lakin ilk növbədə torpaq sahəsinə baxmaq lazım olduğunu demişdir. Zaurla razılaşıb onunla birlikdə torpaq sahəsinin yerləşdiyi əraziyə getmiş, Zaur həmin torpaq sahəsinə baxdıqdan sonra 33600 manat müqabilində 3 ay ərzində həmin torpaq sahəsini dövlət fondundan çıxarıb onların adına özəlləşdirə biləcəyini bildirmişdir. Zaurla razılaşmış və 2022-ci ilin fevral ayının sonlarında Rəşidlə birlikdə “Dübəndi” çayxanasında tanışı Tapdığın iştirakı ilə Zaurla görüşüb və öz vəsaitindən 14000 manatı sayıb Zaura vermiş və qalan pulu da bir neçə gün ərzində verəcəyini söz vermişdir. Bir neçə gün sonra Rəşidlə birlikdə Zaurla yenidən görüşüb əlavə 10000 manatı da ona vermişdir. Həmin pulu Zaura verəndən 20 gün sonra Zaur növbəti dəfə zəng vurub pulun qalan hissəsini də verməyin lazım olduğunu və pul tam çatdıqdan 10 gün sonra gedib sənədləri özləri imzalayıb əmlak komitəsindən götürə biləcəyini bildirdikdə, həmin gün Rəşidlə birlikdə həmin çayxanada görüşüb qalan 9600 manat pulu da Zaura vermişdir. Zaura verdiyi pulun ümumi məbləği 33600 manat təşkil etmişdir. Lakin Zaur dediyi vaxtdan sonra müəyyən etmişdi ki, Zaur ümumiyyətlə Əmlak Komitəsində işləmir, fərdi evlərdə usta işləyir və torpağın sənədləşdirilməsi ilə əlaqəadər heç bir iş görməmişdir. Onunla dəfələrlə zəngləşib pulunu geri tələb etsə də, Zaur görüşməkdən imtina etmişdir. Zaur Şəhvələdov tərəfindən aldadaraq cəmi 33600 manat pulu ələ keçirilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs6 ifadəsində uygun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zaur adlı şəxsi bir müddətdir ki, tanıyır, onun əvvəllər əmlak komitəsində işlədiyini sonradan onun həmin vəzifədən çıxarıldığını eşitmişdir. O, Zaurla görüşdükdə yaşadığı ünvan 17 ünvanda olan mənzilin order sənədini dəyişib çıxarış almaq istədiyini ona demiş, Zaur bu işin həlli üçün 4000 manat lazım olduğunu bildirmişdir. Zaura inadığı üçün onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə Zaurla Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində görüşüb yaşadığı mənzilə çıxarış almaq üçün 4000 manat pul vermiş və Zaur ona 10-15 gün ərzində mənzilə dair çıxarış alacağına söz vermişdir. Lakin deyilən vaxtı gözləsə də Zaurdan xəbər çıxmamış və ona zəng edib ondan söz verdiyi vaxtın gəlib çatdığ bildirmişdir. Zaur hərdəfə müxtəlif bəhanələr gətirmiş, sonradan aldadıldığını bildikdə, ondan verdiyi pulu geri istəmiş, lakin aldığı 4000 manat pulu Zaur geri qaytarmadığından polisə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında yaşadığı Sumqayıt şəhəri, 42-ci məhəllə 12 saylı evin - yaxınlığında olan zaman özünə məxsus 24 kv metr obyektin arxasına əlavə 24 kv metr artıraraq öz mülkiyyətinə keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətindən çıxarış almaq istədiyindən qohumu Təqsirləndirilən şəxs bu barədə demiş, Təqsirləndirilən şəxs həmin artırma üçün ona köməklik edə biləcəyini demiş və müvafiq çıxarış ala biləcəyinə vəd vermişdir. Ona görə də Bakı şəhərində yerləşən “X6” 7000 manat kredit götürmüş və həmin puldan 2022-ci ilin avqust ayının 2-də 6250 manatı yaşadığı Sumqayıt şəhərində yaşadığı evin həyətində Zaura vermişdir. Dəfələrlə Zaurdan işin nə yerdə qaldığını soruşsa da, o müxtəlif bəhanələr gətirmişdir. Sonradan Zaur sənədləşmə işinin alınmadığı üçün verdiyi pulu geri qaytaracağına söz versə də, pulunu geri ala bilməmiş, nəticədə ona 6250 manat dəyərində maddi ziyan dəymiş, həmçinin 24 aylıq kredit götürməyinə görə əlavə kredit faizlərini ödəmiş və həmin məbləğ hal-hazırda 3000 manatdan çox olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş üzrə Şahid6 xx.xx.2024-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Tərtər rayonunda yaşayır, Zərərçəkmiş şəxs1 bacısının əridir. Çingiz Quliyev və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2019-cu ilin avqust ayının sonlarında Vüqar Tərtər rayonuna onun yaşadığı evə gəlmiş və Gəncə şəhərində vacib işinin olduğu və orada Zaur və Çingiz adlı şəxslərlə görüşəcəyini bildirdiyi üçün onu idarə eldiyi avtomobillə Gəncə şəhərinə gətirmişdi. Gəncə şəhərində Vüqar Çingizə zəng edib harada olduğunu soruşduqda Gəncədə olmadığını birazdan gələcəyini dediyindən onu bir müddət gözləmiş və sonradan Çingiz onlara yaxınlaşaraq Zaurun da avtomobildə olduğunu demişdir. Həmin vaxt Zaur avtomobildən düşüb onların yanına gəlmiş, X15 tanış etmiş və Zaur Vüqardan sənədləri gətirib gətirmədiyini soruşduqda Vüqar paketin içində olan pulu və sənədləri Zaura təqdim etmişdir. Zaur sənədlərə baxmış, pul bağlanmış vəziyyətdə oldugündan 10000 manat olmasını düşünmüş və ayrı-ayrı avtomobillərlə Gəncə şəhərində yerləşən Dövlət Əmlak Komitəsinin filalının yaxınlığına gəlmişlər. Zaur Əmlak Komitəsinin filalının binasına daxil olmuş, çöldə Vüqar və Çingizlə birlikdə çayxanada oturub Zauru 1 saat gözləmişlər, Zaur çıxdıqdan sonra, Vüqara ona vaxt verməsini və həmin məsələni həll edəcəyini dedikdə Vüqar razılaşmışdır. Sonra çıxıb evə getmişlər. Aradan təxminən 2 ay keçəndən sonra təkarərən Vüqar və Zaur Gəncə şəhərinə gəlmişlər, bir yerdə oturub çörək yemişlər. X9 Vüqarı aldadaraq pullarını ələ keçirdiklərini bilmişdir. İş üzrə Şahid1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 Kamalətdin qızının ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və Təqsirləndirilən şəxs əridir, onunla 1996-cı ildə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nigahılarından 3 övladları vardır. Zaurun heç vaxt rəsmi iş yeri olmayıb, o, ev ustası kimi fərdi evlərdə çalışıb. Zərərçəkmiş şəxs4 uzun illərdir ki, diş həkimi (stomotoloq) kimi tanıyır, Zaur və digər ailə üzvlərinin, dişlə əlaqədar problemləri olduqda onun Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən, diş kabinetinə müraciət elmişlər və ona görədə Xəyalla tanışlıq münasibətləri yaranmışdır. Xəyal Zaurla söhbətlər zamanı ona anasının adına olan torpaq sahəsinin köhnə çıxarışın yeni çıxarışla əvəz etmək niyyətində olduğunu danışmış, lakin bundan sonra Xəyalla əri Zaur arasında nə kimi söhbətlər olmasından xəbəri olmamışdır. Yalnız təxminən 2023-cü ilin sentyabr ayında Xəyal zəng vuraraq Zaurun ondan torpaq sənədlərinin dəyişdirilməsi üçün bir neçə ay bundan əvvəl 3000 manat pul almasını və ona heç bir köməklik etməyib pullarını ələ keçirməsi barədə bildirdikdə, o, Xəyala Zaurun işlərindən xəbərinin olmadığını bildirmiş, daha sonra Zaurdan bu barədə soruşduqda Zaur pula ehtiyacı olduğundan Xəyaldan 3000 manat almasını təsdiq etmişdir. Daha sonra Zaur Xəyaldan başqa daha bir neçə nəfərin pulunu alıb, ələ keçirdiyini öyrənib. Zaura ondan boşanacağını bildirmiş, lakin uşaqları müraciət edərək ailəni dağıtmamağı xahiş etdiyindən aralarında olan nigahı pozmamışdır. İş üzrə Şahid5 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1ı təxminən 15 il, Çingiz Quliyevi isə 5-6 ildir ki, tanımış, Çingiz torpaq sahəllərinin sənədləşdirmə işləri ilə məşğul olurmuşdur. 2019-cu il tarixdə Vüqarın yanında olarkən bir nəfər şəxsin torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinə ƏMDX-dən çıxarış almaq istədiyini bildirmiş, həmin vaxt Vüqar tanış adamının olub-olmadığını soruşduqda ona Çingiz adlı şəxsin olması və həmin şəxs ƏMDX-nm əməkdaşı olduğunu demiş və həmin vaxt Vüqar Çingizə zəng edib məsləhətləşməyi təklif etdiyindən Çingizə zəng edərək torpaq məsələsinin sənədləşməsi üçün Vüqarın ofisinə gəlməsini xahiş etdiyindən, Çingiz razılaşmış və həmin gün saat 15 radəllərində Çingizlə görüşmüşlər. Həmin vaxt Vüqar Çingizə torpaq sahəsinin olduğunu və torpağın sənədləşdirilməsini istədiyini dedikdə, Çingiz həmin sənədləri alıb baxdıqdan sonra, həmin torpaq sahəsini 20000 manata sənədləşdirə biləcəyini demişdir. Vüqar Çingizdən həmin işi kiminlə həll edəcəyini soruşduqda, Çingiz ƏMDX-nin rəhbər işçilərindən biri olan şəxsin qardaşı oğlu Təqsirləndirilən şəxs vasitəsi ilə həll edəcəyini dedikdə Vüqar həmin şəxsə zəng etməyi Çingizdən xahiş etdiyindən Çingiz Zaura zəng edərək danışdıqda Zaur həmin məsələni həll edə biləcəyini demiş və həmin vaxt Çingiz ilkin ödəniş kimi pul istədiyindən Vüqar ona ilkin olaraq həmin gün-yəni 2019-cu ilin iyul ayının sonlarında 7000 manat pul vermişdir. Təxminən 4-5 ay sonra Vüqarın Çingiz və Zaur tərəfindən aldadılaraq küllü miqdarda pulu ələ keçirdiklərini bilmiş və Vüqar ona Çingiz və Zaurun onu aldadıb pulunu aldığını bildirmişdir. Zaura zəng edib bu barədə soruşduqda, Zaur həmin işlərə qarışmamağı, həmin işin Vüqarla onun arasında olan məsələ olduğunu demişdir. İş üzrə şahid X3 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid Çingiz Quliyev ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 2019-cu ildən Hikmət adlı şəxs vasitəsi ilə, Təqsirləndirilən şəxs isə uzun müddətdir ki tanıyır. Hikmət zəng edərək Vüqar adlı dostunun torpaq sahəsinin alınıb-satılmasında lazımı sənədlərin alınması üçün köməklik göstərilməsini xahiş etdiyindən, Vüqarla onun Bakıxanov qəsəbəsində yerləşən ofisində görüşmüşdür. Vüqar Bakıxanov qəsəbəsində yerləşən dostuna məxsus 16 sot torpaq sahəsinin sənədləşməmiş 6 sotu və orada olan evin sənədləşdirilməsinə köməklik göstərməsini xahiş etdikdə, Zaur adlı tanışı vasitəsi ilə maraqlanıb ona deyəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla əlaqə saxlayıb ona bildirmiş, Zaur həmin torpaq sahəsinin eskiz lahiyələrini hazırlatdırmağı tapşırdığından, bu barədə Vüqara bildirmişdir. Bir neçə gündən sonra Vüqar torpaq sahəsinə və tikintiyə aid eskiz lahiyələri hazırlayaraq gətirdiyindən, həmin sənədləri götürüb Bakı şəhərində, Yasamal rayonu, Elmlər Akademiyasının yaxınlığında sənədləri Zaur Şəhvələdova təqdim etmişdir. Zaur sənədləri götürdükdən sonra, qiymət barədə razılıq aldığından sonra deyəcəyini bildirmiş, bir neçə gündən sonra Zaur zəng edərək Bakı şəhəri Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində, yerləşən 16 sot torpaq sahəsinin, 6 sotluq hissəsini və içərisində olan evi sənədləşdirmək üçün 10000 manat alacağını demişdir. Zaura bu barədə Vüqara xəbər edəcəyini ondan sonra cavab deyə biləcəyini demiş və Zaur “heç bir problem olmadığını demişdir. Vüqara Zaurun dediklərini bildirdikdə Vüqar ilkin olaraq 7000 manat verə biləcəyini demiş, həmin gün Vüqarla görüşdükdə Vüqar 6400 manat verərək 600 manatı eskiz lahiyyəsinə xərclədiyini demişdir. Ondan sonra Vüqar Gəncə şəhəri, Kəpəz rayonunda 8 hektar torpaq sahəsinin olduğu, həmin torpaq sahəsindində özəlləşdirilməsinə köməklik göstərməsini xahiş etmişdi.Vüqara heç bir problem olmadığını, deməklə, Zaurla birlikdə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində Vüqar sənədləri Zaura təqdim etdikdə, Zaur həmin sənədlərin surətlərinin çıxarılmasını xahiş etmiş, Vüqar həmin sənədlərin surətini çıxararaq Zaura vermişdir. Həmin vaxt Vüqarla Zaur söhbət etməklə Vüqar Zaura həmin torpağın sənədləşdirlməsi üçün 5000 manat pul vermişdi. Oradan Bakı şəhərinə gəlmişlər. Lakin qeyd edilən torpaqlara aid sənədlərin alınması uzanmışdır. Sonradan Vüqar pullarını geri istəmiş və Vüqardan aldığı pulları hissə-hissə Vüqara qaytarmışdı. Zaurla Vüqar birləşərək onu işlərdən kənarlaşdırmışlar. Eyni zamanda 72 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün Vüqardan pul almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild İ, i.v. 1); “cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ,i.v.29-31) 230736165 nömrəli cinayət işi 06 oktyabr 2023-cü il tarixdə fakta görə Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən CM-nin 178.1-ci maddəsi ilə başlanılaraq istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. (cild İ, i.v.34) 230736165 nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs4 özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin çıxarış sənədini dəyişmək üçün tanışı Təqsirləndirilən şəxs 3000 manat pul verməsi, lakin sonuncunun verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 məxsus əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməsi faktı əsasında Sumqayıt ŞPİ-nin 4-cü PBdə toplanmış material olmuşdur. (cild İ, i.v. 35-62) “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, i.v. 80-81) 230736137 nömrəli cinayət işi 01 sentyabr 2023-cü il tarixdə fakta görə Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Miirvət Həsənov tərəfindən CM-nin 178.1-ci maddəsi ilə başlanılaraq istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir.(cild İ, i.v. 84) 230736137 nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 Sumqayıt şəhəri, Qurd dərəsi adlı ərazidə yerləşən torpaq sahəsinin özəlləşdirilməsində köməklik göstərəcəyi adı ilə aldadaraq, 2022-ci ilin dekabr ayında 1750 manat pulunu alıb, verdiyi vədə əməl etməyərək həmin pulu ələ keçirməsi faktı əsasında Sumqayıt ŞPİ-nin 3-cü PB-də toplanmış material olmuşdur. (cild İ, i.v. 85- 98) 04 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfidən CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin sonuncu istintaqın çağırışlarına gəlmədiyindən və istintaqdan yayındığına görə barəsində həmin tarixdə tərəfimdən axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cii maddəsinə əsasən dayandırılmışdır. (cild İ, i.v. 111-115) “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-ə təhvil verilmişdir. (cild İ,i.v.118-119) 11 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı Müvəqqəti saxlama yerindən azad edilmişdir. (cild İ, i.v.133-140) 230736148 nömrəli cinayət işi 11 sentyabr 2023-cii il tarixdə fakta görə Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən CM-nin 178.2.4 cü maddəsi ilə başlanılaraq istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. (cild İ, i.v. 143) 230736148 nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 Sumqayıt şəhəri ərazisində yerləşən torpaq sahəsinin özəlləşdirilməsində köməklik göstərəcəyi adı ilə aldadaraq, 33600 manat pulunu alıb, verdiyi vədə əməl etməyərək həmin pulu ələ keçirməsi faktı əsasında Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsində toplanmış material olmuşdur.( cild İ, i.v. 145-148) “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, i.v. 178- 180) 230051084 nömrəli cinayət işi 04 avqust 2023-cü il tarixdə Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Musa Məmmədov tərəfindən fakta görə CM-nin 178.2.4- cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır. (cil İİ, i.v. 1) 230051084 nömrəli cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ünvan 30 ünvanında yerləşən yaşadığı evin arxasındakı 24 kv.m. torpaq sahəsini özünə məxsus olan hazır qeyri-yaşayış sahəsinə birləşdirilməklə sənədlərini DƏDRX-dan çıxarış alacağına dair vəd verib, 6250 manat pulunu alaraq, verdiyi vədə əməl etməyib həmin pulu ələ keçirməsi laklı əsasında Sumqayıt ŞPİ-də toplanmış material olmuşdur. (cild İİ, i.v. 3-79) 05 avqust 2023-cü il tarixdə müstəntiq Musa Məmmədov tərəfindən ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İİ, i.v. 82-83) 230030097 nömrəli cinayət işi 14 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Elgiz Məmmədov tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işimateriallarından Təqsirləndirilən şəxs və X4 barəsində ayrıca icraata CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrılmış və 01 aprel 2023-cü il tarixdə istintaqın davam etdirilməsi məqsədilə Sabunçu RPİ-nə göndərilmişdir. (cild -2, iş .və 84- 90 , cild -4. iş .və 191-19) 13 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması müstəntiq Musa Məmmədova həvalə olunduğundan iş həmin tarixdə sonuncu tərəfindən icraata qəbul edilmişdir. (cild -4, iş .və 197-199) 04 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə müstəntiq Musa Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cii maddəsinə əsasən dayandırılmışdır. (cild -4, iş .və 204-205, 207) 6 iyun 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ittiham elan edilməsi üçün tutulmuşdur. (cild 4, iş .və 211) 18 iyun 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı Sabunçu RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmişdir. (cild 4, iş .və 240-243, 257-258) 04 sentyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə müstəntiq Musa Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (cild -4, iş .və 278-279) 19 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat müstəntiq Musa Məmmədov tərəfindən təzələnmişdir. (cild -4, iş .və 282-283) 20 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi tizrə müstəntiq Musa Məmmədov tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 02 ay, yəni 18 dekabr 2023-cü il tarixə kimi həbs qətimkan tədbiri seçilmişdir. (cild 4, iş vər 287-290, 313-318) 23 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi müstəntiq Musa Məmmədov tərəfindən aidiyyəti üzrə Sumqayıt ŞPİ-nə göndərilmiş və iş üzrə istintaqın aparılması 22 noyabr 2023-cü il tarixdə mənə həvalə olunduğundan iş həmin tarixdə icraatıma qəbul edilmişdir. (cild 4, iş vər 319-322, cild 5, iş və 01-02) 01 dekabr 2023-cü il CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli və CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək iş üzrə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. (cild -1, iş .və 178-180) Təqsirləndirilən şəxs həbsdə olma müddəti Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə 18 fevral 2024-cii il tarixdək uzadılmışdır. (cild -5, iş .və 27- 32) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Çingiz Quliyev CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 03 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild V, i.v. 65-68) İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-563/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29, 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş ona CM-nin 29, 178.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Dövlət ittihamçısının təklifi qəbul edilərək həmin məcəllənin 178.2.4cü maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan çıxarılmış, CM-nin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs CMnin 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmış, cəzasının əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 32, 308, 310 və 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ittihamında Zərərçəkmiş şəxs2 vurmuş olduğu maddi ziyanın məbləği 6050 manat qeyd olunmuş, alınmış kredit faizləri ilə əlaqədar dəymiş olan 4450 manat məbləğində pul vəsaiti ilə əlaqədar Zərərçəkmiş şəxs2 mülkü qaydada məhkəməyə müraciət hüququ izah edilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və Çingiz Quliyev borc və əlavə xərclər qismində 17500 manat pul verməsi və sonuncular tərəfindən həmin pul vəsaitinin qaytarılmaması hissəsində mülkü qaydada məhkəməyə müraciət hüququ izah edilmiş, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması qərara alınmışdır ( V cild, i.v. 76-97); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar , xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 münasibətdə özünü qismən təsirli bilməsi özünümüdafiə xarakterli ifadədir, onun həmin epizod üzrə təqsirli bilinməsi həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrlə tam sübuta yetirilmişdir. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın qismən ödənilməsi CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 2022-ci il fevral ayında törətmiş əməl ilə bağlı xx.xx.2024-cü il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməli isə 27 avqust 2019-cu il tarixdən-17 yanvar 2023-cü il tarixdələrdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmasını, , zərərçəkmiş şəxslərin mövqeyini, vurulmuş ziyanın böyük bir hissəsinin ödənilməməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 il müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək, 10 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək, 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək tutulduğu-ümumilikdə 05 (beş) gün müddət təyin edilən cəzaya hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ibtidai istintaq zamanı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilməli, 3000 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 71 manat-ümumilikdə 3071 (üç min yetmiş bir) manat pul alınaraq Zərərçəkmiş şəxs4 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, 6250 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat-ümumilikdə 6280 (altı min iki yüz səksən) manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, 12100 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 141 manat 30 qəpik -ümumilikdə 12241,30 (on iki min iki yüz qırx bir manat, otuz qəpik) manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 36 (otuz altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022ci il tarixədək, 10 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək, 16 iyun 2023cü il tarixdən 18 iyun 2023-cü il tarixədək tutulduğu-ümumilikdə 05 (beş) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, ibtidai istintaq zamanı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilsin. Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilsin, 3000 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 71 manat-ümumilikdə 3071 (üç min yetmiş bir) manat pul alınaraq Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin, 6250 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 125 manat-ümumilikdə 6375 (altı min üç yüz yetmiş beş) manat pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin, 12100 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi 141 manat 30 qəpik - ümumilikdə 12241,30 (on iki min iki yüz qırx bir manat, otuz qəpik) manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 onlara dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx manat) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-284/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-284/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver