Məhkəmə qərarları › İş №1(060)-285/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-285/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-285/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – zərərçəkmiş Zərərçəkmiş şəxs Məhəmmədli qızının qanuni nümayəndəsi X7, zərərçəkmiş şəxsin nümayəndəsi Sumqayıt Regional vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1948-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, X17 Eİ MMC-də konstruktur işləyən, əvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 1, mənzil 68 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə, saat 17:45 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsinin 9-cu mikrorayonla 11-ci mikrorayon arasındakı hissəsində özünə məxsus “Chevrolit Niva” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili Üzeyir Hacıbəyov küçəsi istiqamətində idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, həmin yolun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə travmatik subdural qansızma, sağ tərəfli beyin parenximasının hemorragik qansızmaları, beyin ödemi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25.11.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində iş yerindən özünə məxsus olan sürcülük vəsiqəsi əsasında idarə etdiyi Chevrolet Niva 212300-55 minik markalı 99HH259 dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb Sumqayıt şəhəri 11-ci mkr.da yerləşən yaşadığı evə gedirmiş. Saat 17:40 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsinə daxil olmuşdur. Avtomobilin hərəkəti üçün ona maneə yaradacaq hər hansı hal və ya şərait olmamışdır. Təxminən avtomobili 35-40 km/saat sürətlə yolun sol tərəfi ilə 3cü zolaqla hərəkət etdirirmiş. Hava şərait qaranlıq imiş. Küçə süni işıqlarla zəif işıqlandırılırmış. Çiskin yağış yağırmış və yer azacıq nəm imiş. Avtomobilin ön işıqları yanılı vəziyyətdə olmuşdur. Avtomobili texniki cəhətdən tam vəziyyətdə imiş. Saat 17:45 radələrində Koroğlu küçəsinin Sumqayıt şəhəri 9-cu mkr ərazsinə daxil olmuşdur. İşıqforu keçmiş, öndə anidən piyadanı təxminən 10-12 metr məsafədən görüb avtomobilin əyləcinə basmışdır. Lakin gec olduğu üçün o, piyadanı avtomobilin sağ ön tərəfi ilə vurmuşdur. Piyada zərbənin təsirindən yerə yıxılmışdır. İdarə etdiyi avtomobil dayandan sonra arxadan sonradan adının Aydın olduğunu bildiyi şəxs idarayə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə onun avtomobilini vurmuşdur. Zərbədən onun maşını qabağa 1-2 metr gedib dayanmışdır. Aveo markalı avtomobil onun idarə etdiyi nəqliyyat vasitəsini vurduqdan sonra piyadanı ikinci dəfə vurmamışdır. O, dərhal avtomobildən enmişdir. Xəsarət alan sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi kənar şəxslərin köməkliyi ilə yerdən qaldırıb öz avtomobilinə qoymuşdur. Lakin maşınının mühərriki işə düşməmişdir. Avtomobildən enib yaxınlıqda dayanan şəxslərdən xahiş etmişdir ki, hansısa avtomobillə xəsarət alanı xəstəxanaya aparsın. Orada olan tanımadığı bir nəfər 35-40 yaşlarında şəxs ona öz avtomobili ilə apara biləcəyini dediyi üçün o, Zərərçəkmiş şəxs kənar şəxslərin köməkliyi ilə götürdüb tanımadığı şəxsin avtomobilinə qoymuşdur. Özü də həmin avtomobilə əyləşmişdir. Həmin vaxt həyəcanlı olduğu üçün sürücünün adını öyrənməmiş və hazırda da onun idarə etdiyi avtomobili xatırlamır. Aydın adlı digər sürücü isə hadisə yerində maşınların yanında qalmışdır. Nərimanov klubunun yanına çatanda işıqforda avtomobilinə oturduğu sürücü yoldan keçən DYP əməkdaşlarına hadisə barədə məlumat verib xəstəxanaya tez çatmaları üçün onları müşaiyyət etmələrini xahiş etmişdir. DYP-nin əməkdaşının idarə etdiyi xidməti avtomoibiln müşaiyyəti ilə Sumqayıt şəhər TTYX-na çatmışdırlar. Xəsarət alanı həkimlərə təqdim etmişdir. Polis əməkdaşlarına hadisənin tərəfindən törədildiyini bildirmişdir. Yenidən hadisə yerinə qayıtmışdır. Orada onun iştirakı ilə hadisə yerində baxış keçirilmiş və baxış zamanı piyadaçı Zərərçəkmiş şəxs yolun solundan mərkəzə doğru 3 metr, sağından mərkəzə doğru isə 7 metr məsafədə vurduğu müəyyən edilmişdir. Tərtib olunmuş protokol tərəfindən imzalanmıdşır. Daha sonra sərxoşluq müayinəsindən keçirilmişdir. Nəqliyyat vasitəsini təxminən 11 ildir ki idarə edir. Hadisə baş verməmişdən öncə spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman avtomobili təxminən 35-40 km/saat sürətlə hərəkət etdirirmiş. İlkin təhqiqat izahatı zamanı hadisə anında həyacanlı olduğu üçün səhvən avtomobili təxminən 60 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində heç bir bədən xəsarəti almamışdır. Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən dolayı təəssüf hissi keçirsə də, hadisənin qarşısını almağa texniki imkanı olmadığı və zərərçəkmiş şəxs anidən onun yoluna çıxdığı heç nə edə bilmədiyindən özünü qismən təqsirli bilir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Məhəmmədli qızının qanuni nümayəndəsi X7 şahid qismində ifadə verərək göstərdi ki, o, 1988-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. 28.09.2020-ci il tarixdə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında başlanmış müharibə ilə bağlı oğlu Şahid2 könüllü olaraq cəbhəyə yollanmış, 25.11.2021-ci il tarixdə səhər saatlarında Şahid2 onun istifadəsində olan mobil nömrəyə zəng edərək həmin gün təxminən saat 18 radələrində evə qayıdacağını bildirmişdir. O, dərhal bu barədə işdə olan arvadı Zərərçəkmiş şəxs məlumat verib həmin gün evə tez gəlməsini övladları Anarın müharibədən qayıtması şad xəbərini vermişdir. Arvadı işdən tez çıxacağını ona bildirmişdir. Təxminən saat 18 radələrində Şahid2 onun yaşadığı Sumqayıt şəhəri 9-cu mkr.dakı ünvanına gəlmişdir. Onlarla görüşdükdən sonra anası Zərərçəkmiş şəxs barədə maraqlananda o zəng etməsini bildirmişdir. Anar Sahibənin mobil nömərsinə zəng edəndə telefona tanımadığı bir qadın cavab verib, xəstəxana işçisi olduğunu, Sahibənin yol nəqliyyat hadisəsi zamanı aldğı xəsarətlərlə bağlı Sumqayıt şəhər TTYX-nə gətərildiyini bildirmişdir. O, oğlu Anar və Coşqunla birgə dərhal xəstəxanaya getmişdir. Onlar xəsətəxnaya çatanada artıq saat 19:00 imiş. Xəstəxanada Zərərçəkmiş şəxs kəllə beyin travması alması barədə həkimlər tərəfindən məlumat verilmişdir. Zərərçəkmiş şəxs təcili əməliyyat olunmalı imiş. Lakin Sumqqayıt şəhər TTYX-də əməliyyatı edə biləcək həkim personalının və xəstəxananın texniki imkanının olmamasını onlara bildirilmişdir. Onlar isə məcbur qalıb Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən Ege Hospitala etap etmişdirlər. Sonradan Zərərçəkmiş şəxs sürücü Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri 9 və 11-ci mkr.lar arasındakı “Koroğlu” prospektində vurulduğunu öyrənsə də, xəstəxanada olduğu müddət ərzində o Fizulini ətrafda görməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs yataq rejimində olmaqla, danışa və hərəkət edə bilmir.Təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində sərt cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdiyi xüsusatları Şahid2 və Şahid1 da təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 25.11.2020-ci il tarixdə təxminən saat 17:40 radələrində iş yerindən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi “Chevrolet Aveo” markalı 99TM647 dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb Saray qəsəbəsində yerləşən yaşadığı evə gedirmiş. Həmin vaxt onunla birgə işləyən X10 idarə etdiyi avtomobilin sağ sərnişin oturacağında əyləmişdir. Saat 17:45 radələrində Koroğlu küçəsinin Sumqayıt şəhəri 9-cu mkr ərazisinə daxil olmuşdur. Təxminən avtomobili 50-60 km/saat sürətlə yolun sol tərəfi ilə 3-cü zolaqla hərəkət etdirirmiş. Önündə hərəkətdə olan Chevrolet Niva markalı avtomobillə aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Chevrolet Niva markalı avtomobillə onun avtomobili təxminən eyni sürətdə eyni trayketoriyada hərəkətdə imiş. Anidən yolun sağından soluna doğru hərəkətdə olan qadın piyadaçını görmüşdür. Piyadaçı adi yerişlə yolun hərəkət hissəsində gedirmiş. O, piyadaçını görən kimi əyləcə basmışdır. Eyni vaxtda Chevrolet Niva markalı avtomobil də əyləcə basmışdır. X15 markalı avtomobilin sürücüsü qəzadan yayına bilməyib idarə etdiyi avtomobilin sağ ön küncü ilə piyadaçı qadını vurmuşdur. Piyadaçı zərbənin təsirindən fırlanıb həmin avtomoiblin sağ güzgüsünə çırpılıb yerə yıxılmışdır. Həmin avtomobil dayandıqdan sonra idarə etdiyi Chevrolet Aveo markalı avtomobilin ön tərəfi ilə Chevrolet Niva markalı avtomobilin arxa hissəsi toqquşmuşdur. Toqquşmadan sonra Chevrolet Niva markalı avtomobil təkrarən yerdə uzanılı vəziyyətdə olan piyadaçını vurmamışdır. Həmçinin piyadaçı ilə onun idarə etdiyi avtomobil arasında təmas olmamışdır. O və yanındakı sərnişin xəsarət almamışdırlar. Onlar dərhal avtomobildən enmişdirlər. Xəsarət alan sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi kənar şəxslərin və sürücü Təqsirləndirilən şəxs köməkliyi ilə yerdən qaldırmışdırlar. Fizulinin göstərişi ilə qadını əvvəlcə onun avtomobilinə qoymuşdurlar. Lakin Fizulinin maşınının mühərriki işə düşməmişdir. Fizuli avtomobildən enib yaxınlıqda dayanan şəxslərdən xahiş etmişdir ki, hansınınsa avtomobili ilə xəsarət alanı xəstəxanaya aparsınlar. Orada olan tanımadığı bir nəfər 35-40 yaşlarında şəxs Fizuliyə öz avtomobili ilə apara biləcəyini dediyi üçün onlar Zərərçəkmiş şəxs kənar şəxslərin köməkliyi ilə götürüb həmin şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanına fikir vermədiyim tünd qırmızı VAZ 2107 markalı avtomobilə qoymuşdurlar. O hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Az sonra hadisə yerinə qayıtmış Fizulinin danışığından vurduğu piyadaçını xəstəxanaya aparması məlum olmuşdur. Hadisə yerində onun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı piyadaçı Zərərçəkmiş şəxs sürücü Fizlu Nəzərəliyevin yolun solundan mərkəzə doğru 3 metr, sağından mərkəzə doğru isə 7 metr məsafədə vurduğu müəyyən edilmişdir. Tərtib olunmuş protokol tərəfindən imzalanmışdır. Daha sonra sərxoşluq müayinəsindən keçirilmişdir. İş üzrə şahid qismində istintaqda ifadə vermiş və ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, o, istintaqda X4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərdi ki, 25.11.2020ci il tarixdə təxminən saat 19:10 radələrində Sumqayıt şəhər TTYX-dan Sumqayıt ŞPİ-nin NH-nə daxil olmuş məlumatda Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində müxtəlif bədən xəsarətləri xəstəxanaya müraciət etdiyi göstərilmişdir. Məsul növbətçi tərəfindən ona məlumat verildikdən dərhal sonra Sumqayıt Şəhər TTYX-na getmişdir. Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən koma vəziyyətinə düşdüyü üçün dindirilməsi mümkün olmamışdır. Bu barədə həkim tərəfindən ona arayış təqdim edilmişdir. Həkim otağından çıxan zaman yaşlı bir nəfər kişi ona yaxınlaşıb hadisənin onun tərəfindən ehtiyyatsızlıqdan törədildiyini bildirmişdir. O, həmin şəxsdən sürücülük hüququnu təsdiq edən sənədləri tələb etmişdir. Tələbi üzrə Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs ona sənədləri təqdim etmişdir. Xidməti avtomobillə hadisənin baş verdiyi yerə yəni, Sumqayıt şəhəri Koroğlu küçəsinə getmişdirlər. Orada sürücüdən hadisənin necə baş verdiyini soruşanda ona sürcülük vəsiqəsi əsasında idarə etdiyi, hadisə yerindəki ön sağ künc hissəsi, ön şüşəsinin sağ alt künc hissəsi və sağ güzgüsü qırılmış Chevrolet Niva 212300-55 minik markalı 99HH259 dövlət qeydiyyat nişanlı avtomobili göstərib həmin avtomobillə Sumqayıt şəhəri 11-ci mkr.da yerləşən yaşadığı evə gedəcəyini, saat 17:40 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsinə daxil olduğunu, təxminən avtomobili 60 km/saat sürətlə yolun sol tərəfi ilə 3-cü zolaqla hərəkət etdirdiyini, saat 17:45 radələrində hadisə yerinə çatdığını, işıqforu keçdiyini, öndə anidən piyadanı görüb avtomobilin əyləcinə basdığını, lakin gec olduğu üçün o, piyadanı avtomobilin sağ ön tərəfi ilə vurduğunu, piyadanın zərbənin təsirindən yerə yıxıldığını, idarə etdiyi avtomobil dayanandan sonra arxadan sonradan adının Aydın olduğunu bildiyi şəxsin idarə etdiyi Chevrolet Aveo markalı avtomobillə onun avtomobilini vurduğunu, o, dərhal avtomobildən endiyini, xəsarət alan Zərərçəkmiş şəxs kənar şəxslərin köməkliyi ilə yerdən qaldırıb avtomobilinə qoyduğunu, lakin maşınının mühərrikinin işə düşmədiyini, yaxınlıqdakı şəxslərdən etdiyi xahiş üzrə orada olan tanımadığı bir nəfər 35-40 yaşlarında şəxsin onu öz avtomobili ilə apara biləcəyini dediyini, o, Zərərçəkmiş şəxs kənar şəxslərin köməkliyi ilə götürüb tanımadığı şəxsin avtomobilinə qoyduğunu, özü də həmin avtomobilə əyləşdiyini, Nərimanov klubunun yanına çatanda işıqforda avtomobilinə oturduğu sürücünün yoldan keçən DYP əməkdaşlarına hadisə barədə məlumat verib xəstəxanaya tez çatmaqları üçün onları müşaiyyət etmələrini xahiş etdiyi, DYP-nin əməkdaşının idarə etdiyi xidməti avtomoiblin müşaiyyəti ilə Sumqayıt şəhər TTYX-na çatdıqlarını bildirmişdir. Sürücüdən konkret olaraq piyadanı harada vurmasını soruşmuşdur. Sürücünün göstərdiyi yer üzrə müəyyən etmişdir ki, piyada yolun sağından soluna doğru hərəkətdə olmuşdur. Vurulduğu yer yolun sağındakı bardiyorundan mərkəzə doğru 7 metr məsafdə imiş. Vurulduğu yerdə tormozlanma izi olmamışdır. Hadisə yerində qan ləkələri olmuşdur. o, hadisə yerində sxem və protokol tərtib etmişdir. Hadisə yerinin fotoşəkillərini çəkmişdir. Sürücünü götürüb Sumqayıt ŞPİ-nə gətirmişdir. İzahatını alıb onu buraxmışdır. Növbəti gün açıq havada Chevrolet Niva 212300-55 minik markalı 99HH259 dövlət qeydiyyat nişanlı avtomobilə baxmaq üçün Sumqayıt ŞPİ-nin DYPŞ-nin duracağına getmişdir. Orada avtomobilin fotoşəkillərini çəkmişdir. Lakin sonradan həmin fotoşəkilləri materiala əlavə etmək yadından çıxmışdır. Təqsirləndirilən şəxs izahat almamışdan öncə onun psixi durumu ilə maraqlanıb izahat verə bilib-bilməyəcəyini soruşmuşdur. Fizuli tam normal şəkildə izahat vermək durumunda olduğunu bildirmişdir. Bundan başqa Fizulinin halı da tam qaydasında imiş və mən buna görə də ondan izahat almışdır. İzahat alan zamanı da, hadisə yerində şifahi söhbət zamanı da sürücü avtomobili 60 km/saat sürətlə hərəkət etdiyini bildirmişdir. Həmçinin o, hadisə yerinin videogörünütüsündə də görmüşdür ki, Fizulinin idarə etdiyi avtomobilin arxası ilə hərəkətdə olan Aveo markalı avtomobil təxminən eyni sürətlə hərəkətdə olmuşdur. Aveo markalı avtomobilin sürücüsünü dindirəndə də, o 50-60 km/saat sürətlə hərəkətdə olduğunu bildirmişdir. Buna görə də fikirləşir ki, sürücü Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqdəsi ilə istintaq zamanı verdiyi ifadəsində 35-40 km/saat sürəltə hərəkətdə olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Şahid5 tərəfindən tərtib edilmiş 25.11.2020-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Sumqayıt şəhəri Koroğlu küçəsində 9 və 11-ci mikrorayonlar arasındakı yolda Ü.Hacıbəyov istiqamətində baş vermişdir. Yolun ümumi eni 10 metr olmaqla 3 zolaqdan ibarət olmuşdur. Hər 3 zolaq eyni istiqamətli avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Yolun hərəkət hissəsi düz, asfalt tərkibli, quru olmuşdur. Hadisə yerində tormozlama izləri olmamışdır. Piyada vurulana kimi yolun sağından soluna doğru 7 metr məsafə qət etmişdir. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilməmişdir. Şahid5 tərəfindən hadisə yerinin sexmi və fotoşəkilləri çəkilərək əksi çıxarılıb protokola əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə hadisə yerinin görüntülərini özündə əks etdirən 01 ədəd CD diskə tərəfimdən baxış keçirilmiş və CD disk sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınıb iş materillarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 14.02.2021-ci il tarixli fotoşəkillərin təqdim edilməsi haqqında protokola əlavə edilmiş 04 ədəd fotoşəkildə Təqsirləndirilən şəxs məxsus Cehvrolit Nova markalı 99HH259 dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön farasının, faraya bitişik bufer və sağ qanadın, ön şüşənin sağ alt künc hissəsinin və sağ güzgünün qırılması müşahidə edilir. Fotoşəkilləri təqdim etmiş Şahid5 deməsinə görə həmin fotoşəkilləri hadisədən sonrakı gün, yəni 26.11.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-nin duracağında özünə məxsus mobil telefonla çəkmişdir. Cinayət işinin materiallarında olan işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübə və Tədris birliyinin təqdim etdiyi 23.01.2021-ci il tarixli 60 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: travmatik subdural qansızma. Sağ tərəfli beyin parenximasının hemorragik qansızmaları, beyin ödemi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin EGE hospitalına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 25.11.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvumaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 11.03.2021-ci il tarixli 659 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və məhkəmə-tibbi müayinəsinə əasasən, onun Travmatik subdural qansızma. Sağ tərəfli beyin parenximasının hemorragik qansızmaları. Beyin ödəmi xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Zərərçəkmiş şəxs düçar olduğu xəstəliklə əlaqədar onun yataq rejimində olmasını, huşunun aydın olmamasını və kontakta girməməsini nəzərə alaraq hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması mümkün deyil. Zərərçəkmiş şəxs düçar olduğu xəstəliklər uzun sürən xroniki gedişlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMin 22.12.2020-ci il tarixli 8/2243 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən gəlinmiş nəticədən görünür ki, Chevrolit Niva markalı 99HH259 dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs piyadanın vurulması hadisəsi ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Chevrolit Aveo markalı 99TM647 dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü X4 toqquşma hadisəsi ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 09.01.2021-ci il tarixli 302-179-1221 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixdə B kateqoriyalı AF709559 saylı, 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. Chevrolit Niva markalı 99HH259 dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 15 mart 2021-ci il taixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1.-1ci maddəsinə tövsif olunmuş və barəsində CM-nin 29,120.1,126.1,143 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 6477 nömrəli 25.11.2020-ci il tarixli aktlardan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən anda sərxoş olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-yə göndərilmiş tələbnaməyə verilmiş 11.01.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli şəhər pooliklinikası tərəfindən verilmiş 12.01.2021-ci il tarixli, 24 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhərNarkoloji Dispanseri tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 110 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarından görünür ki,200730405 saylı cinayət işi 29 dekabr 2020-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanaraq İstintaq Şöbəsinin müstəntiqi polis baş leytenantı Asəf Hətəmli tərəfindən icraatına qəbul olunaraq istintaq olunmuşdur. Cinayət işinin materiallarında olan 12.03.2021-ci il tarixli qərardan görünür ki, X7 cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il arixdə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X7 tərəfindən verilmiş ərizədən görünür ki, o təqsirləndirilən şəxs ŞNəzərəliyev Nəzərəli Fizuli oğlundan şikayətçidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması və 73 yaşının olması, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışığa cəhd etməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal olaraq nəzərə alınmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun 73 yaşında olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlığın məhdudlaşdırılması, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhrum edilməsi təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs Nəzərədli oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsi təqdim edərək təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində həyat yoldaşı X12 dərəcəli bədən xəsarəti aldığını və yataq xəstəsi olduğunu bildirərək onun müalicəsi üçün Ege Hospitalda və digər tibb müəssisələrində çəkdiyi 22374.85 (iyirmi iki min üç yüz yetmiş dörd manat səksən beş əqpik) manat maddi ziyanın.,dəymiş mənəvi zərərə 70000 (yetmiş min manat) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat pulun cavabdeh şəxs Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını Məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Ege Hospital MMC ,Zeytun 1 apteki və X5 çəkdiyi xərclərlə bağlı qəbzləri və ödəniş çeklərini Məhkəməyə sübut qismində təqdim etmişdir. Məhkəmə təqdim olunan ödəniş qəbzlərini və çeklərini nəzərdən keçirib və verilmiş mülki iddia ilə bağlı digər sübutları da tədqiq edərək hesab edir ki, iş üzrə verilmiş verilmiş mülki iddia maddi ziyanla bağlı hissədə mülki iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və çekləri vasitəsi ilə sübuta yetdiyindən və həmçinin mənəvi zərərlə bağlı hissədə isə qismən sübuta yetdiyindən mülki iddia qismən təmin edilməli və cavabdeh X1 22374.85 (iyirmi iki min üç yüz yetmiş dörd manat səksən beş qəpik) manat maddi ziyan, mənəvi zərərə görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat ümumilikdə 23405.25 (iyirmi üç min dörd yüz beş manat iyirmi beş qəpik) manat tutularaq mülki iddiaçıya verilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2021-cu il tarixli (iş № 1(060)-285/2021) qərarını icra edərək, 02 aprel 2021-ci il tarixli 366 saylı orderə əsasən vəkil Qasımlı gülnur Elman qızı onun vəkili təyin etmişdir. Müdafiəçi Qasımlı gülnur Elman qızı məhkəmə hazırlıq iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf etmişdir.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179-185, 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində dəymiş maddi ziyana görə 22374.85 (iyirmi iki min üç yüz yetmiş dörd manat səksən beş əqpik) manat,dəymiş mənəvi zərərə görə 1000 ( bir min ) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat pul ümumilikdə 23405.25 (iyirmi üç min dörd yüz beş manat iyirmi beş qəpik ) manat cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı X3 xeyrinə tutulsun. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar