Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-285/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29A/18, mənzil 83-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 27 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində Zərərçəkmiş şəxs məxsus “Nissan Maxima” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin azacıq açıq olan arxa sol yan şüşəsini əli ilə güc verib aşağı salıb avtomobildə olan ehtiyyat hissələrini, yəni dəyəri 200,00 manat olan kollektor sistemini, dəyəri 20,00 manat olan motorun üst qapağını, dəyəri 40,00 manat olan kollektor yəhərini, dəyəri 210,00 manat olan ventilyator sistemini, dəyəri 150,00 manat olan radiatoru və dəyəri 120,00 manat olan rulovoy kalonkanın hidrouslitelini gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 740,00 (yeddi yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla bərabər, Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,369 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən Sumqayıt Çörək Zavodunun yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ iç cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,369 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə özünü təqsirli bilmədi və göstərdi ki, onun üzərində narkotik vasitə aşkar olunmamış, bölmədə onu döyərək üstünə narkotik vasitə atmışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində avtomobil təmiri sexlərinin qarşısından keçərkən ağ rəngli “Nissan Maxima” markalı avtomobilin arxa sol yan şüşəsinin bir az açıq vəziyyətdə olduğunu görmüşdür. Yaxınlaşaraq avtomobilin salonunun arxa hissəsinə baxdıqda avtomobil ehtiyyat hissələrinin olduğunu görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Avtomobilin şüşəsini əli ilə güc verərək aşağı salmış, daha sonra salonda olan ehtiyyat hissələrini əli ilə şüşədən çıxartmış və bir qismini avtomobilin yanında qoyaraq təxminən iki yüz metr gedib yolun kənarında ağacın dibinə qoymuş, sonra qayıdaraq növbəti ehtiyat hissələrini götürüb təkrar həmin ağacın dibinə gətirərərk orada gizlətmiş, evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 8-9 radələrində həmin ehtiyat hissələrini gizlətdiyi yerdən götürüb aparmaq üçün həmin yerə gəlmiş, yolun kənarında həmin əşyaları aparmaq üçün taksi axtararkən oğurladıqları əşyalarla birlikdə polislər onu tutmuşlar, polis əməkdaşları onu saxlayarkən yanında heç kəs olmamışdır, ehtiyat hissələriylə birlikdə onu bölməyə gətirmişlər. Oğurluq etdiyini etiraf etmişdir. Polis bölməsində olarkən polis əməkdaşları onu döyərək başqa otaqda onun üzərinə narkotik vasitə qoyaraq ona demişlər ki, “deyərsən ki, sənin üstündə tutublar bu narkotik maddələri”. Qorxduğu üçün onların dediyini etmişdir. Bölmədə saxlanılmış, saat 15-16 radələrində çəkilişlə üzərinə baxış keçirmişlər. Çəkilişdə polislərin dedikləri kimi hərəkət etmişdir. O narkotik vasitəni aradabir istifadə edir, qiymətini bilmir. Narkotik vasitədən 3-4 dəfə istifadə etmişdir. Əvvəllər narkotik vasitələri özünə aid olan pullarla almışdır, əvvəllər oğurluq etməmişdir. 2 ay olar ki, narkomaniyadan müalicə olunmuşdur. Atası yoxdur, anası xəstə olduğu üçün və imkansızlıqdan oğurluq hadisəsini törətmişdir. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. O tutulduqdan sonra təxminən günorta saat 3-4 radələrində üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Ona hədəqorxu gəldikləri üçün indiyə kimi heç yerdə döyülməsi barədə məlumat verməmişdir. O döyülməsi ilə bağlı müstəntiqə şifahi demişdir. Hazırda döyülməsini təsdiq edən sübutu yoxdur, üzərində xəsarət izi olmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, narkotik vasitə ona aid olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi 1998-ci il istehsallı, “Nissan Maxima” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir məqsədilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Çerkassi küçəsində təmir sexinin qarşısında saxlamışdır. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtomobilin yanına getdikdə avtomobilin salonunda olan ehtiyyat hissələrinin, yəni işlənmiş vəziyyətdə dəyəri 250 manat olan kollektor sisteminin, işlənmiş vəziyyətdə dəyəri 20 manat olan motorun üst qapağının, işlənmiş vəziyyətdə dəyəri 50 manat olan kollektor yəhərinin, işlənmiş vəziyyətdə dəyəri 250 manat olan vintelyator sisteminin, işlənmiş vəziyyətdə dəyəri 150 manat olan radiatorun, işlənmiş vəziyyətdə dəyəri 150 manat olan rulovoy kalonkanın hidrouslitelinin oğurlandığını aşkar etmiş və bundan sonra baş vermiş oğurluq hadisəsi barədə saat 8-9 radələrində 102 xidmətinə zəng etməklə polisə məlumat vermişdir. Təxminən saat 10-11 radələrində 5-ci Polis Bölməsinə getmiş, usta X5 da bölməyə getmiş, birlikdə orada olmuşlar. Onlar Bölməyə getdikdə saat təxminən 10-11 olmuş və həmin vaxt artıq oğurluq edən şəxs və oğurlanan əşyalar da orada olmuşdur. Bundan sonra onun və X3 iştirakı ilə hadisə yerinə gedilmiş, sənədləşmə aparılmışdır. Oğurlanan əşyalar ona qaytarılmışdır. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam həcmdə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobildən ehtiyat hissələrini oğurlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən Sumqayıt Çörək Zavodunun yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim edilmişdir. Müdafiəçi Çingiz Məmmədovun ünvanladığı suallara cavab olaraq Təqsirləndirilən şəxs təxminən 1 saat əvvəl saxlanıldığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman üzərində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu və həmin şalvarın sağ iç cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu, Sumqayıt şəhəri ərazisində yerləşən “Alfa” çay evinin yerləşdiyi ərazinin yolun əks istiqamətində “Emin” adlı şəxsdən 10 manata alıb istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunmuşdur. Büküm tərəzidə çəkildikdə çəkisinin 1.5 qram olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, üzərindən digər qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Videoçəkiliş Şahid4 yekun məruzəsi ilə yekunlaşmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasında şahidlər Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisləri Şahid2 və Şahid3 Afər oğlu ifadələrində Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş iş üzrə təhqiqat aparan şəxs Şahid4 bildirdi ki, həmin vaxt Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı işləmişdir, təqsirləndirilən şəxsi narkotik vasitələrin daşınması, üzərində gəzdirməsi və istifadəsi, oğurluqda şübhəli olması ilə bağlı xx.xx.2021-ci il tarixdə gətirmişlər. Narkotik vasitə ilə bağlı sənədləşmə aparmış, videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Oğurluq hadisəsi sonra məlum olmuş, oğurluq mallar sonradan təqdim edilmişdir, kimin və harada təqdim etdiyini bilmir. O oğurluq olan hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə təxminən saat 16 radələrində 5-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirli bilmişdir. Şəxsən onun təşəbbüsü ilə təqsirləndirilən şəxs vəkillə təmin olunmuş, o vəkillə görüşdürülmüş, üzərinə şəxsi axtarış zamanı hər hansı qadağan olunmuş vasitə olub-olmaması ilə bağlı soruşulmuş, o da etiraf etmişdir. Tutulan zaman onun üzərində mobil telefon olmuşdur. Vəkil ona içəridə olarkən sual vermişdir ki, “sən bölməyə nə vaxt gətirilmisən”, bu da cavab vermişdir ki, “təxminən yarım saat olar ki, bölməyə gətirilmişəm.” O tutularkən üzərində oğurluq əmlak olmamışdır. Tanıma haqqında protokol tərtib edilməmişdir, hal şahidi avtomobilə baxarkən həmin detalların maşında olduğunu bildirmişdir. Elçi Qurbanlı narkotiklə tutularkən üstündə oğurluqla bağlı mallar olmamışdır. Onun üzərinə şəxsi axtarış keçirərkən mallar onda olmamış, malların harada olması bilinməmişdir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki avtoservisdə usta işləyir, hal şahidi kimi işdə iştirak etmişdir. Zərərçəkmiş şəxs məxsus “Nissan Maxima” markalı avtomobili təmir məqsədilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Çerkassi küçəsində təmir sexinin qarşısında saxlanmışdır. xx.xx.2021-ci il tarixdə səhər tezdən avtomobilin salonunda olan ehtiyyat hissələrinin oğurlandığı məlum olmuşdur, xx.xx.2021-ci il tarixdə səhər saat 10-11 radələrində polislər gələrək həmin maşına baxış keçirmişlər. O da həmin vaxt baxış keçirilməsi ilə bağlı sənədlərə qol çəkmişdir ki, polislərin iştirakı ilə maşına baxış keçirilmişdir. Polislər ora gələn vaxt ona məlum olmuşdur ki, oğurluq edən şəxs tutulmuşdur. Həmin gün onu bölməyə çağırmamışlar, o tərtib edilmiş protokola səhər qol çəkmiş, axşam saatlarında bölmədə olmamışdır. Ümumiyyətlə bu işlə bağlı bölmədə olmamış, orada heç bir protokola qol çəkməmişdir. Onun iştirakı ilə oğurluq mallar təqdim edilməmişdir, oğrunu yalnız indi məhkəmə zalında görmüşdür, əvvəllər görməmişdir, oğru onun iştirakı ilə oğurladığı malları təqdim etməmişdir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki avtoservisdə usta işləyir, hal şahidi kimi işdə iştirak etmişdir. Zərərçəkmiş şəxs məxsus “Nissan Maxima” markalı avtomobili təmir məqsədilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Çerkassi küçəsində təmir sexinin qarşısında saxlanmışdır. xx.xx.2021-ci il tarixdə səhər tezdən avtomobilin salonunda olan ehtiyyat hissələrinin oğurlandığı məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10-11 radələrində Zərərçəkmiş şəxs ilə Polis Bölməsinə getmiş və orada təqsirləndirilən şəxsi görmüşdür. Bölmədə olarkən təqsirləndirilən şəxsdən əmlakı kimin oğurladığını soruşmuş, təqsirləndirilən şəxs isə cavabında əmlakı onun oğurladığını bildirmişdir. Oğurluq ehtiyat hissələri də orada təhqiqatçının otağında olmuşdur. Bölmədə o bu işlə bağlı izahat vermişdir. Bundan başqa digər vaxt Polis Bölməsində olmamışdır. Sonra Murad və o Polislərlə avtoservisə gəlmiş, maşına baxış keçirmişlər. Sənədlər tərtib olunmuşdur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində xx.xx.2021-ci il tarixdə saat 16:05-də tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixdə, saat 17:04-də tərtib olunmuş protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, Çerkassi küçəsində əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşmış, özlərini təqdim edib, ondan özünü təqdim etməsini xahiş etdikdə o özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və istifadə etməkdə şübhəli olduğu üçün saxlanıldığı izah edilmiş, daha sonra saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə dəvət olunmuş və sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirilmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, polis sahə rəisləri-polis mayoru Şahid2 və polis leytenantı Şahid3 müşayiəti ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində çəkiliş başlamış və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, polis sahə rəisləri-polis mayoru Şahid2, polis leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalsiti, polis mayoru Rasim Paşayevin iştirakları ilə Təqsirləndirilən şəxsn Sumqayıt şəhəri, Çerkassi küçəsində saxlanıldığı xatırladılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sol əli ilə əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, daha sonra sağ əli ilə əynində olan qara rəngli cins şalvarın sağ iç cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik kütlələri çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd edilən kütlələrin nə olduğu, haradan və kimdən əldə etdiyi və hansı məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, bir ədəd ağ rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik kütlələrin narkotik vasitə olan kakos olduğunu, həmin kütlələri Sumqayıt şəhəri, “Alfa” çay evinin qarşısında yerləşən həyət evlərində Emin adlı şəxsdən 10 (on) manat qarşılığında aldığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra qeyd edilən kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik kütlələrin 1.5 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəkili X2 iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş 1 ədəd ağ rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik kütlələr qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4281 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi.... ....” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,369 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixdə, saat 10:20-də tərtib olunmuş protokoldan görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində saxlanmış “Nissan Maxima” markalı **-FA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən ərazidə müşahidə kameralarının olmadığı müşahidə edilmişdir. Baxış zamanı qeyd edilən avtomobilin arxa sol yan şüşəsinin açıq vəziyyətdə olması müəyyən edilmişdir. Baxış zamanı qeyd edilən avtomobilin salonunun arxa hissəsində bəzi avtomobil ehtiyat hissələrinin yerində olması müşahidə edilmişdir. Baxış zamanı inspektor kriminalist polis mayoru E.Qocayev tərəfindən yararlı əl barmaq izi nümunələrinin aşkar edilərək götürülməsi mümkün olmamışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. İş materiallarında olan “Təqdimetmə və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixdə, saat 18:15-də tərtib olunmuş protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsində saxladığı, “Nissan Maxima” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilinin salonundan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış, qeyd edilən avtomobilə aid kollektor sistemi, motorun üst qapağı, kollektor yəhəri, ventilyator sistemi, radiator, rulovoy kalonkanın hidrousliteli Təqsirləndirilən şəxs tərəfindən təhqiqata təqdim edilmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,369 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,319 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə-heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi protokolundan görünür ki, işə əlavə edilmiş diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. Disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra komputerin pəncərəsində görsənən 00006 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 07 dəqiqə 54 saniyədən ibarətdir. Görüntünün əvvəlində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 özünü qarşısında olan şəxsə təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Daha sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim edilir. Müdafiəçi Çingiz Məmmədovun ünvanladığı suallara cavab olaraq Təqsirləndirilən şəxs təxminən 1 saat əvvəl saxlanıldığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman üzərində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu və həmin şalvarın sağ iç cibindən bir ədəd büküm çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olan “kakos” olduğunu, Sumqayıt şəhəri ərazisində yerləşən “Alfa” çay evinin yerləşdiyi ərazinin yolun əks istiqamətində “Emin” adlı şəxsdən 10 manata alıb istifadə etmək məqsədilə üzərində saxladığını bildirir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli heroinə bənzər maddə aşkar olunur. Büküm tərəzidə çəkildikdə çəkisinin 1.5 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, üzərindən digər qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilmir. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülür, Videoçəkiliş Şahid4 yekun məruzəsi ilə yekunlaşır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və müəyyən edildi ki, videoçəkiliş təhqiqatçı Şahid4 xidməti otağında aparılır və Zərərçəkmiş şəxs məxsus “Nissan Maxima” markalı avtomobildən oğurlanmış ehtiyat hissələri həmin vaxt həmin otaqdadırlar. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində MKS-nə dəfələrlə şikayət daxil olmuşdur. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1998-ci il istehsallı, “Nissan Maxima” markalı avtomobilin ehtiyat hissələri-kollektor sistemi, motorun üst qapağı, kollektor yəhəri, vintelyator sistemi, radiator, rulovoy kalonkanın hidrousliteli maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir.(i.v 141-142) İş materallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8927 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 740 manat müəyyən olunur. O cümlədən 1 ədəd kollektor sistemi-200,00 manat, 1 ədəd motorun üst qapağı-20,00 manat, 1 ədəd kollektor yəhəri-40,00 manat, 1 ədəd vintelyator sitemi-210,00 manat, 1 ədəd radiator-150,00 manat, 1 ədəd rulovoy kalonkanın hisrousliteli-120,00 manat. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5269 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. İstintaq zamanı toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsi işdə olan sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Bununla yanaşı məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Belə ki, istintaq orqanı bu hissəni tam, hərtəfərli və obyektiv şəkildə araşdırmamış, sübutlara obyektiv qiymət verməmiş, təhqiqat orqanının gəldiyi nəticə ilə kifayətlənmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsi ilə bağlı oğurladığı əşyalarla xx.xx.2021-ci il tarixdə saat 10-11 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gətirilmişdir. Onun həmin gün saat 10-11 radələrində artıq tutulduğu, oğurladığı əşyalarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsində olduğu özünün, zərərəçəkmiş şəxsin, hal şahidləri qismində iştirak etmiş şəxslərin məhkəmədə tədqiq edilən ifadələri ilə təsdiq edilir. Təhqiqat və istintaq orqanı belə bir görüntü yaratmaq istəmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini əldə edib daşıması, üzərində saxlaması barədə əməliyyat məlumatı əsasında o, xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən Sumqayıt Çörək Zavodunun yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ iç cibindən 01(bir) ədəd sellofan bükümdə narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Ondan sonra saat 18:15-də isə onun oğurladığı əşyalar təhqiqata təqdim edilmişdir, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Halbuki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı görüntülərdə açıq-aydın görünür ki, oğurluq əşyalar təhqiqatçının otağındadır. Tutma protokolkunda onun həmin gün saat 16:05-də tutulduğu göstərilmişdir. Təhqiqat və istintaq sənədlərindən bilinmir ki, Təqsirləndirilən şəxs oğurluq əşyaları harada və necə təqdim etmişdir. Onun tutulduqdan sonra oğurluq barədə məlumat verməsi və bunun əsasında həmin əşyaların götürülməsi də işdəki sənədlərdən görünmür. Məhkəmə bu xüsusatla bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri araşdırdı və onun göstərdikləri bütün xüsusatlar (döyülmə istisna olmaqla) təsdiq edildi. Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıması, üzərində saxlaması barədə işdə inandırıcı, qərəzsiz və mötəbər sübut yoxdur. Bununla bağlı dindirilmiş şahidlər polis əməkdaşlarıdır, onların ifadələri işdə olan digər sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı görüntülər də təhqiqat və istintaq orqanının gəldiyi nəticəni şübhə altına alır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham üzrə həmin sübutlar mötəbər sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs nə vaxt və harada, hansı şəraitdə tutulması düzgün sənədləşdirilməmişdir. Onun guya narkotik vasitə ilə tutulması, sonra oğurluq hadisəsinin açılması barədə təqdim edilmiş işin halları həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər isə (döyülmə istisna olmaqla) təsdiq edilir. Zərərçəkmiş şəxsin və hal şahidləri qismində cəlb edilmiş şəxslərin məhkəmədə verdiklər ifadələr də bu hissədə təqsirləndirilən şəxsin göstərdiklərini təsdiq etməklə təhqiqat və istintaq orqanının bu hissə ilə bağlı topladığı sübutların mötəbər olmadığını, həqiqəti əks etdirmədiyini sübut edir. Təhqiqat və istintaq orqanı təqsirləndirilən şəxsin həm təqsirli, həm də təqsirsizliliyi ilə bağlı xüsusatlar eyni səviyyədə araşdırılmamışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşıdrma aparılması təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham üzrə dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, iş üzrə əsas sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların təsdiq edilməsi məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və Təqsirləndirilən şəxs bu hissədə ona isnad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Məhkəmə Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı göstərdiklərini işə baxılması hüdudlarında araşdırdı, amma bunu təsdiq hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs da bununla bağlı sübutları olmadığını bildirdi. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, onun döyülməsi təsdiq edilməsə də ona təsir edilmişdir, onun istintaq və təhqiqat zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittiham üzrə etirafedici ifadə verməsi və üzərinə şəxsi axtarış keçirilərkən göstərdikləri, məhkəmə iclasında isə işin fərqli hallarının müəyyən olunması bunu təsdiq edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və bu hissədə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti tərətməsi isə tam sübut edilir və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterlı tədbirlər ədalətlı olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilınən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətlı cəza təyin edilır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlılık dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halı, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat tərzini və şəraitini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi daha məqsədəuyğundur. Onun keçirdiyi həyat tərzi onun cəmiyyətdən təcrid edilməsini şərtləndirir və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini qeyri-mümkün edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə bəraət verildiyindən həmin pul Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq və tədqiqatdan sonrakı qalıq çəkisi 1,319 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞRPİ-də saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD- R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1998-ci il istehsallı, “Nissan Maxima” markalı avtomobilin ehtiyat hissələri-kollektor sistemi, motorun üst qapağı, kollektor yəhəri, vintelyator sistemi, radiator, rulovoy kalonkanın hidrouslitelinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2021-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 344- 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzanın əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə bəraət verildiyindən məhkəmə kimyəvi ekspertizasının keçirilməsi xərci olan 114 (bir yüz on dörd) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulsun. İş üzrə maddi sübut, Sumqayıt ŞPİ-nin Maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq və tədqiqatdan sonrakı qalıq çəkisi 1,319 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞRPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1998-ci il istehsallı, “Nissan Maxima” markalı avtomobilin ehtiyat hissələri-kollektor sistemi, motorun üst qapağı, kollektor yəhəri, vintelyator sistemi, radiator, rulovoy kalonkanın hidrousilitelinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə ittiham olunmasına dair hissəsi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-285/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-285/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver