Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-286/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 06.03.2019-cu il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qərarı ilə 06 ay 18 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib, Sumqayıt şəhər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2; 264; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum oğlu X3 barəsində olan cinayət işinə Sumqayıt Apelyasiya Məhkəməsində yenidən baxılmasını təşkil edib, oğlunun azadlığa buraxılmasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin may ayında ünvan 2 ünvanında yerləşən mənzildə 2500 (iki min beş yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib, Sumqayıt şəhər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2; 264; 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkum oğlu X3 barəsində olan cinayət işinə Bakı şəhər Suraxanı rayon Məhkəməsində yenidən baxılmasını təşkil edib, oğlunun azadlığa buraxılmasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə 09 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Unibank”ın inzibati binasının qarşısında 1200 (bir min iki yüz) manat və 12 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə 1300 (bir min üç yüz) manat məbləğlərində olmaqla, ümumilikdə 2.500 (iki min beş yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib, onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərən maddi sübutların və rəsmi sənədlərin daşınması ilə məşğul olan qurumda sürücü kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində 800 (səkkiz yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib, onu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında texniki işçi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 2020-ci ilin iyul ayının sonlarında Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində 700 (yeddi yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs3 məxsus olmaqla aralarında yaranmış şifahi razılaşmaya əsasən müvəqqəti yaşaması üçün ona kirayəyə verilmiş ünvan 3 ünvanında yerləşən mənzilin açarlarının onda olmasından istifadə edərək, 2020ci ilin sentyabr ayı ərzində mənzildən 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “İndesit” markalı soyuducunu və 01 (bir) ədəd 450 (dörd yüz əlli) manat dəyərində 8 kq turumlu “LG” markalı paltaryuyan maşını gizli yolla talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 650 (altı yüz əlli) manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2, onun oğlu Fərhad Muradi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəza çəkmə müəssəsində cəza çəkərkən 2019-cu il tarixdən tanımış, Zərərçəkmiş şəxs2 onun oğlunu həbsdən azad etdirmək adı ilə 07.05.2020-ci il tarixdə 2500 manat, 09.06.2020-ci il tarixdə 1300 manat, 12.06.2020-ci il tarixdə 1200 manat, ümumilikdə 5000 manat pul almamış, 06.05.2020-ci il tarixdə cəzaçəkmə müəssəsindən azadlığa buraxılmış, pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs2 2020-ci ilin iyun-iyul aylarında 1400 manat bir, 1800 manatda bir olmaqla, cəmi 3200 manat borca pul almış, ancaq maddi imkanı yol vermədiyindən Zərərçəkmiş şəxs2 borc aldığı pulu geri qaytara bilməmiş, sonuncu dəfə Zərərçəkmiş şəxs2 ilə 04.01.2021-ci il tarixdə telefon vasitəsilə əlaqə saxlayaraq ona idarə etdiyi avtomobilini sataraq aldığı borc pulu geri qaytaracağına söz vermiş və pulun geri qaytarılması ilə bağlı aralarında razılığa gəlmişlər, barəsində istintaq olunan cinayət işi üzrə istintaqın çağrışlarından yayınmamış, həmçinin, Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə pul almamış, Zərərçəkmiş şəxs3 evində kirayə yaşamış, lakin həmin evdən heç bir əmlak götürməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, oğlu X6 25.04.2015-ci ildə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri Ramana qəsəbəsi ərazisində yerləşən 16 saylı cəza çəkmə müəssəsində cəza çəkir, təxminən 2020-ci ilin aprel ayının əvvələrində yaşadığı binanın həyətində əyləşdiyi vaxt ona bir nəfər yaxınlaşaraq özünü təqdim edərək X5 olduğunu, oğlu Fərhad Muradi ilə eyni cəza çəkmə müəssəsində birlikdə cəza çəkdiklərini, onun cəzası sona çatdığından azadlığa buraxıldığını və oğluna aid müəyyən geyim əşyalarını onun xahişi ilə təhvil vermək üçün gətirdiyini bildirmiş, bundan sonra Talehin sellofan paketdə ona təqdim etdiyi geyim aşyalarını alıb baxdıqda, həmin geyim əşyalarının həqiqətən oğlu Fərhada məxsus olduğunu görmüşdür. Daha sonra oturub bir qədər söhbətləşmişlər, Taleh hüquq təhsili aldığını, vəkil olduğunu, ancaq barəsində böhtan xarakterli şikayət edildiyindən qanunsuz həbs olunduğunu, lakin bununla razılaşmayaraq müxtəlif məhkəmə instansiyalarına şikayətlər etdiyini, sonda bəraət alaraq azadlığa buraxıldığını bildirmiş, daha sonra isə oğlu Fərhadın da apelyasiya şikayət vermək, işinə yenidən baxıldıqdan sonra isə azadlığa çıxmaq imkanı olduğunu, ancaq bunun üçün müəyyən sənədləri toplamaq, məhkəməyə şikayət etmək lazım olduğunu bildirmişdir. Sonra isə mobil telefon nömrəsini götürüb çıxıb getmiş, sonradan isə Taleh ona bir neçə dəfə zəng vurub hal-əhval tutaraq onunla maraqlanmış, hətta bir neçə dəfə yaşadığı evə ona baş çəkmək üçün gəlmişdir. Taleh yaşadığı evə gəldiyi günlərin birində ona 2500 manat pul verərsə, oğlu Fərhadın apelyasiya şikayəti verməsindən sonra, Fərhadın işinə yenidən baxılmasına nail olacağını, sonra isə Sumqayıt Apelyasiya Məhkəməsində işə baxacaq hakimlə danışıb, Fərhadı azadlığa buraxdıracağını bildirmişdir. Talehin bu təklifindən sonra cəza çəkmə müəssəsində olan oğlu Fərhadla danışdıqda, Fərhad Talehin hüquqi savadının olduğunu və onun azadlığa buraxılmasında köməklik edə biləcəyini bildirdiyindən, bu səbəbdən Talehə inamı yaranmış və oğlu Fərhadın azadlığa buraxılmasında köməklik göstərməsi üçün istədiyi pulu ona vermək qərarına gəlmişdir. Daha sonra bu barədə qızı Şahid2 məlumat vermiş, Sahilə isə 2000 manat pul tapıb Talehə verməsi üçün ona vermiş, bundan sonra özü də 500 manat pul düzəldib, ümumilikdə 2500 manat pulu 07.05.2020ci il tarixdə yaşadığı evdə Talehə vermiş, Taleh aldığı pulun əvəzində oğlu Fərhadın işinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən, işə baxan hakimlə danışıb Fərhadın azadlığa buraxılacağına nail olacağına söz vermişdir. Bundan sonrakı günlərdə isə Taleh zəng edib, 10.05.2020-ci il tarixdə apelyasiya şikayəti verildiyini, Fərhadın işinə 14.05.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılacağını bildirmiş, 14.05.2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmək üçün Sumqayıt Apelyasiya Məhkəməsinə getdikdə, ilk olaraq Məhkəmənin inzibati binasının qarşısında Talehlə görüşmüş, Taleh əlində olan qovluqdakı sənədləri göstərib Fərhadın işini danışıb həll etdiyini, bir neçə günə Fərhadın azadlığa buraxılacağını bildirmişdir. Sonra isə yanlarına gəlmiş hakimin köməkçisinə Fərhadın vəkilinin xəstələndiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini deməsini istəmiş, onun dediyi kimi etmiş, bu səbəbdən məhkəmə iclası 20.05.2020-ci il tarixə təxirə salınmış, Taleh isə 20.05.2020-ci il tarixdə məhkəmə iclasına gəlməyə ehtiyac olmayacağını, Fərhadın işini danışıb həll etdiyini, həmin gün azadlığa buraxılacağını bildirmişdir. Talehə inanıb 20.05.2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmək üçün getməmiş, sonradan isə oğlu ilə əlaqə saxladıqda o, məhkəmə iclasına vəkilinin gəlməli olduğunu, ancaq heç bir vəkil məhkəmə iclasında iştirak etmək üçün gəlmədiyindən könüllü surətdə ərizə yazaraq verdiyi apelyasiya şikayətindən imtina etdiyini bildirmiş, sonradan isə Taleh onunla əlaqə saxlayaraq məhkəmədə problem yarandığını, Fərhadın işini Sabunçu rayon Məhkəməsində həll edəcəyini, bunun üçün isə əlavə 2500 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra yenidən qızı Sahilədən pul istəmiş, qızı isə pulu bankdan kredit şəklində götürüb verə biləcəyini bildirdiyindən, 09.06.2020-ci il tarixdə qızı ilə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Unibank”ın filialına getmiş, qızı adına olan əvvəlki krediti yeni götürdüyü kreditlə ödəmiş, yerdə qalan 1200 manat məbləğində pulu isə bank filialının qarşısında qızı Sahilənin yanında Talehə vermiş, bu dəfə pulu Talehə verdikdə o, artıq Fərhadın işini danışıb həll etdiyini, Fərhadın azadlığa buraxılan ərəfədə isə yaşadığı evə gəlib pulun qalan hissəsini alacağını bildirmişdir. Aradan üç gün keçdikdən sonra, 12.06.2020-ci il tarixdə Taleh yaşadığı evə gəlib qalıq qalmış pulu ona verməyini, pul verilən kimi Fərhadın azadlığa buraxılacağını bildirmiş, ilk əvvəl pulunun olmadığını bildirsədə, o necə olursa olsun pulu tapıb ona verməyini tələb etmiş, əlacsız qalıb qonşusu İsmayıldan borc pul istəmiş, İsmayıl isə üzərində pulu olmadığını, ancaq bonkomatdan pul çıxarıb verə biləcəyini bildirmiş, daha sonra Talehlə İsmayıl birlikdə çıxıb getmişdir. Sonra isə geri qayıtmış, İsmayıl bankomatdan çıxardığı 500 manat pulu ona vermiş, bundan sonra özündə olan 800 manat pulu həmin pulun üzərinə qoyub ümumilikdə 1300 manat pulu İsmayılın yanında Talehə vermiş, Taleh pulu aldıqdan sonra bir neçə günə Fərhadın azadlığa buraxılacağını bildirib çıxıb getmişdir. Ancaq aradan xeyli müddət keçməsinə baxmayaraq oğlu Fərhad azadlığa buraxılmamış, bundan sonra Talehi axtarsa da onu tapa bilməmiş, ona məxsus mobil telefonlara zəng vurmuş, hətta qızı Talehin anasının mobil telefonunu tapıb ona zəng vurmuş, ancaq həmin şəxs Taleh adlı oğlunun olmadığını, ondan imtina etdiyini bildirmişdir. Bundan sonra Talehin onu aldatdığını və pulunu dələduzluq yolu ilə ələ keçirdiyini anlayaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, daha sonra isə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət ərizəsi yazaraq onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirtmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini təmin edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 5000 manat pulu oğlu Fərhad Muradinin azadlığa buraxdırması üçün vermiş, Təqsirləndirilən şəxs verdiyi pul ona məxsus olmuş, həmin pulun 3200 manatını qızı Sahilədən, 500 manatını qonşusu İsmayıldan borc alaraq Talehə vermiş, həm qızı Sahilənin, həmdə qonşusu İsmayılın pulunun bir hissəsini ödəmiş, qalan pulu isə hər ay təqaüdünü aldıqca hissə-hissə ödəməkdə davam etmişdir. Təqsirləndirilən şəxs oğlu Fərhad Muradini adını demədiyi hakim tanışlarının vasitəsilə azadlığa buraxdıracağını bildirmiş, Təqsirləndirilən şəxs ilk olaraq 2500 manat pulu 07.05.2020-ci il tarixdə yaşadığı evdə vermiş, həmin vaxt yanında kənar şəxs olmamış, Talehə 1200 manat pulu 09.06.2020-ci il tarixdə qızı Sahilənin yanında Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Unibank”ın filialının qarşısında vermiş, sonuncu 1.300 manat pulu isə 12.06.2020-ci il tarixdə yaşadığı evdə qonşusu İsmayılın yanında vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə təxminən 2020-ci ilin may ayının sonlarında və ya iyun ayının əvvələrində qardaşı Muradın vasitəsilə görüb tanımış, onunla söhbətləri zamanı Taleh harda işlədiyi ilə maraqlanmış, ona fəhlə işləməyi barədə məlumat verdikdə, o ali təhsili olmasına baxmayaraq fəhlə işləməyi ilə razılaşmadığını bildirib, onu heç bir təmənna olmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən maddi sübutların və rəsmi sənədlərin daşınması ilə məşğul olan qrumda sürücü kimi işə düzəltməsini təklif etmiş, həmçinin bunun müqabilində yüksək məbləğdə məvacib alacağını bildirmişdir. Bundan sonra Taleh işə düzələ bilməsi üçün müəyyən sənədləri toplayaraq ona verməyini istəmiş, həmin sənədlərin arasında şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, ali təhsil alması barədə diplomunun surətləri, məhkumluğunun olmaması barədə, eləcədə ailə tərkibi haqqında ASAN xidmət mərkəzindən arayışlar, eləcədə Narkoloji Dispanserdə və X7 qeydiyyatda olub-olmaması barədə həkim arayışları da olmuş, Talehin istədiyi sənədləri 29.06.2020-ci il tarixdə tam olaraq toplayıb hazırladıqdan sonra, bu barədə Talehə zəng vurub məlumat vermiş, Taleh isə səhəri gün sənədləri aparıb təhvil vermələrini təklif etmişdir. Səhəri gün Taleh yaşadığı evin yaxınlığına gəldikdən sonra bu barədə ona məlumat vermiş, bundan sonra Talehin idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Bakı şəhəri ərazisində yerləşən dəqiq ünvanını bilmədiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxınlığında yerləşən, hansısa binanın qarşısına getmişlər, orda Talehi gözləmiş, Taleh isə ondan aralanıb yolun əks tərəfində yerləşən hansısa inzibati binanın qarşısında bir nəfər qadınla görüşmüş, həmin vaxt onlardan xeyli aralıda olduğundan Talehin kiminlə görüşməsini, qadının Talehlə görüşmək üçün hansı binadan çıxıb gəlməsini, onların qarşısında görüşdükləri binanın hansı dövlət orqanına məxsus olduğunu görə bilməmişdir. aradan bir müddət keçdikdən sonra Taleh geri qayıdıb sənədləri təhvil verdiyini, tezliklə işə başlayacağını bildirmişdir. Sumqayıt şəhərinə geri qayıtdıqdan sonra Taleh onu yaşadığı evə düşürərkən, onun nəsə demək istədiyini başa düşüb bu barədə ondan soruşmuş, Taleh ilk əvvəl heç nə demək istəmədiyini bildirsə də, təkidlərindən sonra işə düzəlməsi üçün ondan 1000 manat pul istənildiyini bildirmiş, bundan sonra ona Talehin onu təmənnasız işə düzəldəcəyinə söz verdiyini xatırladaraq heç bir məbləğdə pul verməyəcəyini bildirmiş, Taleh isə pul verilməsə işinin alınmayacağını bildirib, işə düzəlmək üçün 800 manat pul verməyini təklif etmiş, qalan 200 manat pulu isə özünün düzəldəcəyini, bundan sonra işini düzəltməyə söz vermiş şəxsə verəcəyini bildirmidir. Bu səbəbdən ona fikirləşəcəyini, sonradan ona qərarını bildirəcəyini demiş, daha sonra Talehlə görüşüb ayrılmışlar, aradan dörd gün keçdikdən sonra Talehin istədiyi pulu verərək işə düzəlmək qərarına gəldiyindən Talehin ondan işə düzələ biməsi üçün istədiyi 800 manat pulu vermək istədiyini zəng vurub ona demiş, sonradan Talehlə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində görüşmüş və idarə etdiyi avtomobildə 800 manat pulu Talehə vermiş, Taleh pulu aldıqdan sonra işinin tezliklə həll olunacağını bildirsədə, aradan təxminən bir həftə keçdikdən sonra o işinin alınmadığını, sənədləri və pulu geri götürdüyünü bildirib, bu dəfə onu Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında texniki işçi kimi işə düzəldə biləcəyini, bunun üçünsə ona əlavə olaraq 700 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulu da düzəldib Talehə vermək qərarına gəldiyindən 700 manat pulu düzəldib, ilk olaraq Talehə pul verdiyi gündən təxminən 20 gün sonra yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində idarə etdiyi avtomobildə Talehə vermiş, Taleh pulu ondan aldıqdan sonra tezliklə işə başlayacağını bildirsə də, aradan xeyli müddət keçməsinə baxamayaraq heç bir işə çağrılmamışdır. Taleh isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, sonradan isə işinin alınmadığını bildirərək 2020-ci ilin avqust ayında ona işə düzəlmək üçün verdiyi sənədləri geri qaytarmış, pulu isə maddi imkanı olmadığından sonradan qaytaracağını bildirmiş, ancaq Taleh müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan imtina etdiyindən, axırda məcbur olaraq şikayət ərizəsi yazmış və ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini, ona dəymiş maddi zuiyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 1500 manat pulu onu işə düzəltməsi üçün vermiş, Təqsirləndirilən şəxs onu işə adını demədiyi tanışlarının vasitəsilə düzəldəcəyinə söz vermiş, Təqsirləndirilən şəxs işə düzəlmək üçün 1500 manat pul verməsi barədə qardaşı Murad və tanışı Vurğunun məlumatı olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 27.08.2020-ci il tarixdə görüb tanımış, özünə məxsus ünvan 5 ünvanında yerləşən bir otaqlı mənzili olduğundan və həmin mənzildə yaşamadığından mənzili müxtəlif vaxtlarda Fuad Cabbarlı adlı evlərin alqı-satqısı ilə məşğul olan şəxsin vasitəsilə müxtəlif şəxslərə kirayə vermişdir. Sonuncu dəfə 27.08.2020-ci il tarixdə Fuad onu Talehlə görüşdürüb, Talehin ona məxsus mənzildə kirayəşin yaşamaq istədiyini bildirmiş, Talehlə aralarında şifahi razılığa gəldikdən sonra aylıq 230 manat pul ödəmək şərti ilə mənzili Talehə kirayə vermiş, ilk ayın ödənişi elə həmin vaxt Taleh tərəfindən ona ödənilmiş, bundan sonra mənzilə getmişlər, mənzilin açarları da daxil olmaqla mənzili Fuadın iştirakı ilə Talehə təhvil vermişdir. Taleh mənzili təhvil aldıqdan sonra aylıq ödənişləri vaxtlı-vaxtında ödəyəcəyinə söz vermiş, mənzili Talehə təhvil verərkən evdə digər əşyalarla yanaşı bir ədəd iki il əvvəl aldığı, həmin vaxtdan istifadə edilən 200 manat dəyərində “İndesit” markalı soyuducu və bir ədəd üç ay əvvəl aldığı, həmin vaxtdan istifadə edilən, 650 manat dəyərində 08 kq tutumlu “LG” markalı paltar yuyan maşında olmuş, mənzili Talehə təhvil verdikdən sonra növbəti ayın ödənişi Taleh tərəfindən ödənilməmişdir. Bundan sonra Talehi axtarsa da tapa bilməmiş, aradan dörd ay müddət keçdikdən sonra axırda axtarıb Talehin həyat yoldaşı və anasını tapmış, onlarla birlikdə Talehə kirayə verdiyi mənzilə getmiş, mənzilin açarları Talehdə olduğundan mənzilin giriş qapısını sındırıb içəri daxil olduqda mənzildəki bir ədəd soyuducu və bir ədəd paltar yuyan maşının mənzildə olmadığını müəyyən etmiş, bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Aradan bir müddət keçdikdən sonra ona məxsus mənzilə polis əməkdaşları gəldikdə şikayət ərizəsi yazaraq hadisə barədə məlumat vermiş və Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, mənzildəki Talehə məxsus əşyaları isə onun ailə üzvülərinə təhvil vermişdir. Ona məxsus ünvan 5 ünvanında yerləşən mənzildən Təqsirləndirilən şəxs tərəfindən bir ədəd “İndesit” markalı soyuducu və bir ədəd “LG” markalı paltar yuyan maşının oğurlanaraq satılması nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəymişir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus mənzildən soyuducu və paltar yuyan maşından başqa digər əşyalar oğurlanmamış, mənzildə olan digər əşyalar yerində olmuş, mənzilə daxil olarkən mənzilin digər giriş çıxışlarında hər hansı zədələnmə və ya sındırılma izləri olmamış, ona məxsus mənzilin açarları Təqsirləndirilən şəxs başqa digər şəxsdə olmamış, özünə məxsus mənzilin açarlarını Təqsirləndirilən şəxs təhvil vermiş, Təqsirləndirilən şəxs məzilin açarlarını başqa digər şəxsə verib, verməməsi barədə hər hansı məlumatı olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 01.03.2021-ci il tarixli 9/566 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd üç ay əvvəl alınaraq, həmin vaxtdan istifadə edilən 8 kq tutumlu “LG” markalı paltaryuyan maşın – 450,00 manat - bir ədəd iki il əvvəl alınaraq, həmin vaxtdan istifadə edilən “İndesit” markalı soyuducu haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 1ci PB-nin əməkdaşları tərəfindən tutularaq MSY-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05.01.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 06.03.2019-cu il il tarixli hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2; 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qərarı ilə 06 ay 18 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bununla da, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaratdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Salmanov X2 Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbayan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 178.2.2-ci maddələrinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 04 saat və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 05 saat vaxt sərf etmişlər. Ona görə də 24 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına və 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 16 saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Suraxanı rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 05.01.2021-ci il tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, zərərçəkmiş şəxslərə dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən onlara Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Suraxanı rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05.01.2021-ci il tarixdən hesablanması nəzərə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-286/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-286/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver