Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-286/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, 'barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən qaynatası Zərərçəkmiş şəxs yaşadığı 2 saylı binanın qarşısındakı həyətdə oğlu Şahid3 aldığı qulaqcıq, mobil telefon və papağı götürməyə gələn zaman Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun sinə nahiyyəsinə təpiklə qəsdən 2 dəfə zərbə vurub yerə yıxaraq ona dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sol mil sümüyünün yerdəyişməyən sınığı, sağ sağrı nahiyyəsinin qançırından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26.11.2021ci il tarixdə oğlu Yusifə zəng edərək ona aldığı qulaqcıq, mobil telefon və papağı geri istədiyini və saat 19:00 radələrində qaynatası Mübarizin yaşadığı Sumqayıt şəhəri. 6-cı mikrorayon, 2 saylı binanın həyətinə getdiyini, həyətə girən zaman qaynatası Mübarizin onu qarşıladığını, bu zaman Mübarizin onu görən kimi onun ünvanına nalayiq sözlər işlədiyini, daha sonra onun üzərinə hücum çəkərək cibindən nəsə çıxarıb onu vurmaq istədiyini görmüş və həmin şeyin bıçaq olduğunu zənn edib özünü qorumaq məqsədi ilə Mübarizin sinəsindən 1 dəfə təpiklə vurmuşdur. Qərar qəbul edərkən onun təqsirli olmadığını nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2007-ci il tarixdə X1 ilə ailə həyatı qurmuş, rəsmi nikahdan Yusif adlı oğlanları olmuşdur. 2021-ci ilin may ayında Laləni başqa bir kişi ilə mobil telefonda danışığını tutduqdan sonra aralarında mübahisə düşdüyünü, Lalənin öz atası Mübarizin evinə getdiyini və onunla əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə boşanmaqla bağlı müraciət etdiklərini, oğlu Yusifin də Lalə ilə birgə yaşadığını qeyd etmişdir. 26.11.2021-ci il tarixdə oğlu Yusifə zəng edərək ona aldığı qulaqcıq, mobil telefon və papağı geri istədiyini və saat 19:00 radələrində qaynatası Mübarizin yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 2 saylı binanın həyətinə getdiyini, həyətə girən zaman qaynatası Mübarizin onu qarşıladığını, bu zaman Mübarizin onu görən kimi onun ünvanına nalayiq sözlər işlədiyini, daha sonra onun üzərinə hücum çəkərək cibindən nəsə çıxarıb onu vurmaq istədiyini görmüş və həmin şeyin bıçaq olduğunu zənn edib özünü qorumaq məqsədi ilə Mübarizin sinə nahiyyəsinə təpiklə zərbə endirdyini, zərbənin təsirindən Mübarizin yerə yıxıldığını, daha sonra Mübarizin onun üzərinə hücum çəkmək üçün ayağa qaldığını görüb yenə onun sinə nahiyyəsinə 1 dəfə təpiklə zərbə endirdiyini, zərbənin təsirindən Mübarizin yerə yıxılaraq qolu üstünə düşüyünü, həmin vaxtı ucadan qolunun sınmasını qışqırdığını, daha sonra oğlu Yusifin oraya gəldiyini, onun aldığı əşyaları qaytarmasından sonra oradan uzalaşdığını, hadisə zamanı ətrafda kənar şəxslərin olmadığını, yalnız yoldaşı Lalə və oğlu Yusifin pəncərədən onlara baxdığını,hadisə zamanı Mübarizin onu vurmadığını ona toxunmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1960-ci il tarixdə Qazax rayonunda anadan olmuş və hal hazırda ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. 2-ci qrup əlildir. ünvan 5 işləyir. Təqsirləndirilən şəxs onun kürəkənidir. O qızı Lalə ilə 2006-cı il tarixdə ailə qurmuş və rəsmi nikahdan 2008-ci il təvəllüdlü oğlu Şahid3 dünyaya gəlmişdir. Mehman qızı Lalə ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayon yaşayırdılar. Əvvəllər ər-arvad münasibətləri yaxşı olmuş, lakin sonradan Mehman əsassız yerə Laləni döyüb söymüş, ailə dağılmasın deyə Laləyə səbrli olmasını və Mehmana da ailəsini qorumasını xahiş etmişdir. Son zamanlar Mehman qızı Laləni daha çox incitdiyinə görə 5 ay əvvəl onun yaşadığı evə gəlmiş və boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. Yusifin məhkəmənin qərarı ilə anası Lalənin yanında qalması müəyyən olunmuşdur. 26.11.2021-ci il tarixdə saat 19:00 radələrində evdə olan zaman Mehman oğlu Yusifə zəng edərək telefonda onun ünvanına söyüş söyüb onun aldığı qulacağı, telefonu və papağı qaytarmasını istəyib ona aşağı düşməyi söylədiyini, onun binanın ağzına gəlib söyüş söyəcəyini düşünüb özü aşağı düşdüyünü, həyətə düşən zaman Mehmanın ona tərəf yaxınlaşdığını görmüş və çatan kimi ünvanına nalayiq küçə söyüşləri söyərək qəfildən sinə nahiyyəsindən təpiklə zərbə endirmiş, zərbənin təsirindən yerə yıxılmış, yenidən ayağa qalxmaq istəyən zaman təkrarən təpiklə yenə sinə nahiyyəsinə vurub onu yerə yıxmış və yerə yıxılan zaman qolu yerə çırpılaraq sındığını qeyd etmişdir. Bu zaman pencərdən hadisəni görən qızı Lalə nəvəsi Yusifi aşağıya göndərmiş və Yusif ona qulaqcığı, papağı və telefonu verəndən sonra Mehman oradan çıxıb getmişdir. Hadisə zamanı Mehmanı vurmadığını, ona toxunmadığını, Mehmanın onun sinə nahiyyəsinə 2 dəfə təpiklə zərbə endirdiyini və zərbənin təsirindən yerə yıxılıb qolunu sındırdığını, ətrafda kənar şəxslərin olmadığını, hadisə 4-5 dəqiqə davam etdiyini, hadisəni qızı Lalə pəncərədən olub keçəni gözləri ilə gördüyünü və sonradan Yusif də oraya gəlib olub keçənin şahidi olduğlunu bildirmişdir. Onun barəsində qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullayeva (Cavadova) Lalə Mübariz qızı ifadəsində göstərmişdir ki, Mehman Hüseynovla 2006-cı ildə ailə həyatı qurmuş, rəsmi nikahdan 1 övladı vardır. İlk dövrlərdə münasibətləri normal olsa da, sonradan onu daha da incitdiyindən onun əlindən artıq təngə gəldiyini, 2021-ci ilin may ayında artıq Mehmanın hərəkətlərindən bezdiyi üçün atası Mübarizin yaşadığı evə qayıtdığını qeyd etmişdir. Bundan sonra isə boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, hal hazırda iş Sumqayıt Şəhər Məhkəməsindədir. 26.11.2021-ci il tarixdə saat 19:00 radələrində Mehman oğlu Yusifə zəng edərək ona aldığı mobil telefonu, qulaqcıq və idman papağını qaytarmasını tələb edərək küçə söyüşləri söyməyə başlamış, bu zaman atası Mübariz özü aşağı düşmüşdür. O tez evin pəncərəsinə yaxınlaşmış və pəncərəni açıb atası Mübarizi izlədiyini qeyd etmişdir. Bir müddət sonra Mehmanın atası ilə sözlə mübahisə etdiyini və qəfildən atasının sinə nahiyyəsinə təpiklə zərbə endirdiyini və zərbənin təsirindən Mübariz yerə yıxıldığını, daha sonra atası Mübariz ayağa qalxmaq istəyən zaman Mehman yenə ona 2-ci dəfə sinə nahiyyəsindən təpiklə zərbə endirdiyini, zərbənin təsirindən atasının sol qol nahiyyəsi bədənin üzərinə düşdüyünü və atası möhkəm qışqırmağa başladığını görmüşdür. Bu zaman yanında olan oğlu Yusifin cəld aşağı düşüb onun söylədiyi əşyaları ona qaytardığını və polisə məlumat verdiyini demişdir. Hadisə atası evinin, yəni Sumqayıt şəhəri, 6-ci mikrorayon ərazsində yerləşən binanın qarşlsında baş verdiyini, 3-4 dəqiqə davam etdiyini, ətrafda kənar şəxslərin olmadığını, Mehmanın atasının sinə nahiyyəsinə 2 dəfə təpiklə zərbə vurmasından sonra atasının qolunun sındığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Şahid3 anası Abdullayeva (Cavadova) Lalə Mübariz qızının ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 27 noyabr 2021-ci il tarixli, 1593 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol mil sümüyünün yerdəyişməyən sınığı, sağ sağrı nahiyyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardıma müarciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 26.11.2021-ci il tarixdə yumruq və təpiklə yetirilən zərbələrin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş AZ AGİR zərərvurmaya aiddir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.01.2022-ci il tarixdə tutulmuş, 19.01.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı övladı vardır. xx.xx.2008-ci il təvəllüdlü Şahid3. İş materiallarında olan 21.01.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, yüngülləşdirici halları, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 18.01.2022-ci il tarixdən 19.01.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı və hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 18.01.2022-ci il tarixdən 19.01.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 31, mənzil 23 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-286/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-286/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver