Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-286/2025 23.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Laçın rayonu, Cicimli kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq xeyli miqdarda, yəni, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlanmış, 06 yanvar 2024-cü il tarixdə saat 16:05-də Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “İdman Kompleksinin" yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib həmin tarixdə orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində göy rəngli cins şalvarının sağ yan cibində 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə saxladığı ümumi çəkisi 0.305 qram olan həmin psixotrop maddə “metamfetamin" aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhərində 17-ci mikrorayon ərazisində hərəkətdə olan zaman deyil, 17-ci mikrorayon ərazisindəki “İdman Komleksi”-nin yaxınlığındakı kafedə saxlanılmış, həmin vaxt üzərində narkotik vasitə olmamış, 2 nəfər polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmuşdur. Taleh o, kafenin kabinetinə daxil olanda artıq narkotik vasitədən istifadə etmişdi və narkotik vasitə həmin vaxt masanın üzərində olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilməmiş, onlardan ümumiyyətlə narkotik vasitədən istifadə edib-etmədikləri soruşulmuş, səmimi olaraq etiraf etmiş və bundan sonra onları sənədləşdirmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, Psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroindən 6-7 aydır ki, yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, bağ evləri istiqamətində piyada hərəkətdə olan zaman yerdə gümüşü rəngli büküm olduğunu görüb içərisində narkotik vasitə, yaxud psixotorp maddə olduğunu düşünüb götürmüşdür, içərisinə açıb baxanda bükümün daxilində psixotrop maddə olan metamfetamin olduğunu müəyyən eləmiş və həmin bükümü şəxsi istifadəsi üçün əynində olan şalvarın sağ cibinə qoymuşdur. Həmin günü, yəni, 06.01 2025-ci il tarixdə saat 16:05 radələrində Sumqayıt şəhəri, 17-cı mikrorayon ərazisində yerləşən “İdman Kompleksinin” yaxınlığında Xəyyam və Taleh adlı tanışları ilə birlikdə piyada hərəktdə olan zaman 2 (iki) nəfər mülki şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin X1 əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək, ondan və yanında olanlardan özlərini təqdim etməylərini xahiş etmişlər. Həmin şəxslər ondan və yanında olanlardan adını və soyadını soruşub üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud psixotrop maddə olub-olmadığını soruşmuşdular. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nə getməli olduğlarını bildirmişlər. O və yanında olanlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişlər. Pi-ya çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. Onun seçdiyi vəkil dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmış öncə təhqiqatçı özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-yə gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçini təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o əynində olan göy rəngli cins şalvarının sağ cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümdə həmin psixotrop maddə metamfetamini çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra o. həmin şalvarın sol yan cibində saxladığı alışqanı və şalvarın sol arxa cibində sax.adığı 01 (bir) ədəd “SAMSUNG" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı kəsiyi açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin’ə bənzər kütlələrin olduğu aşkar edilmişdir. Təhqiqatçı ondan həmin kütlənin nə olduğunu, onu haradan və nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş bu zaman o, həmin bükümdəki maddələri saxlandığı tarixdə, yəni, 06.01 2025-ci il tarixdə saat 15:00 radələrində şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, 17-ci mikrorayonda, bağ evləri istiqamətində piyada hərəkətdə olan zaman yerdən tapdığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilir, lakin üzərindən əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar olunmamışdır Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin"-ə bənzər maddələr büküldüyü gümüşü rəngli siqaret kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron məşiət tərəzisinə qoyulub çəkilən zaman ümumilikdə çəkiləınin 0.43 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş həmin xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin 01 (bır) SAMSUNG” markalı üzərində ***-***-**-**, ***-***-**-** saylı "NAR” mobil operatoruna məxsus mobil nömrələr olan smart tipli mobil telefon da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. O. narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun üzərinə şəxsi axtarış yalnız bir dəfə şəxsi axtarış zamanı keçirilmişdir. Xəyyam və Talehin onun üzərində psixotrop maddə olmasından məlumatları olmamışdır Onun da yanında olan Xəyyam və Talehin üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olmasından məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və himayəsində yaşlı valideyninin olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Aralarında normal münasibət var, ədavət və düşmənçiliyləri olmayıb. Həmçinin, Şahid3 da xeyli müddətdir ki tanıyır, sonuncu ilə də münasibəti normaldır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında o, Abuzərlə əlaqə saxlayıb çay içmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ortaq tanışları Şahid3 ilə birlikdə görüşüb çay içmiş, bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şühbəli olduğunu onlara bildirib, hər üçünü Polis İdarəsinə aparmışdılar. Xəyyam və Abuzərin onun üzərində psixotrop maddə olmasından məlumatları olmamış, həmçinin onun da yanında olan Xəyyam və Abuzərin üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qarşı düşmənçilik və ədavətli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin NMB-ya əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Qrupa o, həmçinin daha 3 nəfər polis əməkdaşı daxil edilmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 06 yanvar 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “İdman Kompleksinin' yaxınlığında ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş və həmin ərazidə Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “İdman Kompleksinin" yaxınlığında piyada hərəkətdə olarkən saxlamışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini yəni, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşanda sonuncu üzərində narkotik vasitə bükümü olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bır müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirməmiş və üzərində şəxsi axtarış aparılması məqsədi ilə sonuncuya onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getməli olduğunu demiş, sonuncu etiraz etməyib onlarla birlikdə Pİyə getmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı özünü təqdim edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etmiş, müdafiəçi təyin etmiş, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 (altı) ədəd bükümdə olan kütlələri, həmin şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd alışqanı və sol arxa cibindən 01 (bir) ədəd "Samsung" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuş, bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, qablaşdırılaraq məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin NMB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda vermiş olduğu ifadəsi tədqiq edilmiş və sonuncu ifadəsində bildirmişdir ki, heç vaxt ruhi əsəb xəstəliyi keçirməmiş, bununla bağlı müalicə almamışdır. Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Aralarında normal münasibət var, ədavət və düşmənçiliyləri olmayıb. Həmçinin, Şahid4 da xeyli müddətdir ki, tanıyır, sonuncu ilə də münasibəti normaldır. Hər üçü tez-tez görüşüb bir yerdə otururmuşlar. 06.01 2025-ci il tarixdə saat 16 radələrində o, Abuzər və Taleh Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “İdman Kompleksinin" yaxınlığında görüşüb kafeyə çay içəməyə gedəndə bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şühbəli olduğunu ona bildirib ondan üzərində narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşanda o, üzərində psixotrop maddə bükümü olduğunu bildirmişdir. Sonra həmin polis əməkdaşlarından ikisi onu, digərləri isə Abuzərı və Talehi Polis İdarəsinə aparmışdılar. Abuzər və Talehin onun üzərində psixotrop maddə olmasından məlumatları olmamışdır. Onun da yanında olan Abuzər və Talehin üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet olmasından məlumatı olmamışdır. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16.05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-84-cü vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 25-26-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarış aparılması” haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə olan maddəni təqdim etmiş və həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,53 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 38-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 6/37 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zəerflər üçün № 124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs 1. “imza” Təqsirləndirilən şəxs; Vəkil, “imza” Bünyatov Ə.; Tərtib etdi baş təhqiqatçı: “imza” E.Quliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd, Metanfetaminin təmiz çəkisi 0,305 qram, təhqiqata sərf edildi 0.030 qram qalıq 0,275 qram. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 112-113-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərindən qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-73-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bağlamada ümumi təmiz çəkisi 0,305 qram olan psixotrop maddə olan “metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,275 qram çəkidə psixotrop maddə olan “metamfetamin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi 82-ci vərəqəsində olan mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılan zaman şəxsi istifadəsində olan 01 (bir) arxa hissəsi sarı rəngli "SAMSUNG” markalı mobil telefon cihazına baxış keçirilmiş, 06 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan olan 01 (bir) ədəd sarı rəngli “SAMSUNG” markalı mobil telefonun zənglər və SMS-lər siyahısına, eləcə də, Qalereya bölməsinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməməmişdir. Həmçinin, mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilmir. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon arxası hissəsi tünd mavi rəngli, smart ekranlı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində ***-***-**-**; ***-***-**-** saylı “NAR” mobil operatoruna mobil nömrələr olması müəyyən edilmişdir. Baxış zamanı iş əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar mədi. Bununla da baxış başa çatmışdır. Cinayət işi 82A-ci vərəqəsində olan mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Samsung” markalı mobil telefon (içərisində “Nar” mobil telefon operatoruna aid ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr olan) Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs çıxışında özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07.00dək yaşadığı ünvan 2 ünvanında olan evi tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 60 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs, narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,380 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 25 ünvanında fərdi yaşayış ev ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,275 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-286/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-286/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver