Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-287/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonunun Şelli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 28/8, mənzil 2-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,195 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış, 06 fevral 2021-ci il tarixdə, saat 13:15-də, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Azza» şirniyyat mağazasının yaxınlığında Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, bölməyə gətirilmiş və bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,195 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirkar bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, uzun illərdir ki, müxtəlif növ narkotik vasitələrdən qəbul edir və təxminən 4-5 ildir ki, narkotik vasitə olan heroindən iynə ilə damarına vurma yolu ilə istifadə edir. 05 fevral 2021-ci il tarixdə, saat 09:00 radələrində o, öz işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və həmin gün saat 14:00 radələrində yaşadığı Sumqayıt şəhərinə qayıdarkən yolu «20 Yanvar» metro stansiyasının yaxınlığından düşmüşdür. «20 Yanvar» metro stansiyasının yaxınlığında o, təsadüfən bir nəfər orta yaşlı kişi ilə tanış olmuş və söhbət əsnasında həmin kişiyə narkotik vasitələrdən istifadə etdiyini demişdir. Həmin kişi onda bir büküm narkotik vasitə olan heroin olduğunu və həmin heroini 10 (on) manata satdığını demiş və o, həmin kişiyə 10 (on) manat pul verərək bir ədəd siqaretin gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini ondan almışdır. Siqaretin gümüşü rəngli kağızına bükülmüş həmin heroini o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur ki, lazım olanda istifadə etsin və yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. Həmin günün səhərisi yəni, 06 fevral 2021-ci il tarixdə, saat 13:15 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Azza» şirniyyat mağazasının yaxınlığında olan zaman ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, özlərini təqdim edərək, onu saxlamışlar və ondan özünü təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına, Ağdam rayonunun Şelli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 28/8, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra ona bir nəfərdə polis formasında olan polis əməkdaşı yaxınlaşaraq narkotik vasitələrin əldə edilməsində, istifadə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün saxlanıldığını və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişdir. Ona görə də, polis əməkdaşları ona onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə getməyi təklif etmişlər, o, polis əməkdaşları ilə birlikdə Bölməyə getmiş, o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən dünən yəni, 05 fevral 2020-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında tanımadığı bir kişidən içərisində narkotik vasitə heroin olan gümüşü rəngli siqaret kağız bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb, içərisində qəhvəyi rəngli toz şəkilində maddə aşkar etmişlər və ondan həmin qəhvəyi rəngli toz şəkilində olan kütlənin nə olduğunu, haradan, kimdən, neçəyə və hansı məqsədlə aldığını soruşmuşlar. O, polis əməkdaşlarına siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli toz şəkilirndə olan kütlənin narkotik vasaitə olan «kokos» yəni, heroin olduğunu bir gün əvvəl Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında təsadüfən tanış olduğu tanımadığı, adını, soyadını, atasının adını və ünvanını bilmədiyi bir nəfər orta yaşlı kişidən öz istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər və onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək məqsədi ilə həmin heroini siqaret kağızı ilə birlikdə elektron tərəzinin üzərinə qoyaraq, çəkmişlər və siqaretin kağızı ilə birlikdə heroinin çəkisinin 0,20 qram olduğu müəyyən edilmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Ağdam rayonunun Şelli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 1ci mikrorayon, ev 28/8, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 06 fevral 2021-ci il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Azza» şirniyyat mağazasının yaxınlığında tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Saat 13:15-də keçirdikləri tədbirlər zamanı daxil olmuş məlumatda əlamətləri göstərilən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Azza» şirniyyat mağazasının yaxınlığından keçən görərək, ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər və Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi və üzərində saxlamasında şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirmək məqsədi ilə onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmədə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildiyi zaman onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim edərək, həmin bükümün içində narkotik vasitə olan «kokos» (heroin) olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onlara təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü açıb, içərisində qəhvəyi rəngli toz şəkilində, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edərək götürmüşlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini nə vaxt, haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığını soruşmuşlar və Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini dünən yəni, 05 fevral 2021-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında həmin vaxt orada təsadüfən tanış olduğu, lakin adını, soyadını, atasının adını və ünvanını bilmədiyi bir nəfər orta yaşlı kişidən öz istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər və onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünün içərisindən aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlənin çəkisini müəyyən etmək məqsədi ilə həmin kütləni siqaretin kağız bükümü ilə birlikdə elektron tərəzinin üzərinə qoyaraq çəkmişlər və siqaretin kağız bükümü ilə birlikdə həmin kütlənin çəkisinin 0,20 qram olduğu müəyyən edilmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin X2 inspektorkriminalisti, polis mayoru X3 Vasif Qulu oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06.02.2021-ci il tarixli, 6/540 nömrəli rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 127» dairəvi möhür əksi olan bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,195 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahisinə (Siyahi İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 0,195 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 0,145 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 10.02.2021-ci il tarixli, 424 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 0,195 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 0,145 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08.02.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, lakin dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-287/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin ***-**** saylı, 12.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdə tutularaq Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökmlərin surətindən görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 fevral 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 27.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 02 (iki) saat vaxt sərf etmişdir. Ona görə də 12 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 12.06.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,195 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 1,145 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12.06.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,145 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-287/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-287/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver