Məhkəmə qərarları › İş №1(060)-288/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-288/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-288/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi mühafizə olunan təbiət ərazisində ağac kəsərək xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində ünvan 3 ünvanın arxa hissəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisində 01 ədəd köküstə yaş halda, 32 sm diamterli göyrüş cinsli ağacı kök boğaz nahiyyəsindən qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinə 1800 manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərdi ki, o qeyd olunan cinayət əmlini törətməmiş və ağac kəsməmişdir. Əvvəldən tanışlığı olan Şahid3 ondan icraatında olan axtarış işinin bağlanması üçün cinayəti üzərinə götürməsini xahiş etmişdir. Şahid3 ona bir çox yaxşılıq etdiyindən, həmin yaxşılıqların qarşılığı kimi ona köməklik etmək istəmişdir. Əlavə olaraq da, Elnur ona bildirmişdir ki, heç bir narahatlığı olmasın, bu bölmədə həll olunacaq işdir, sadəcə işin bağlanmaması ona problem yaradır. O da buna inanmış, ona təqdim edilmiş sənədlərin heç birini oxumamış və imzalamışdır. Lakin o ağac kəsməmişdir, ümumiyyətlə həmin ağacın harada yerləşməsindən xəbəri yoxdur. Sonradan onu Sumqayıt şəhəri ərzisində bir yerə apararaq fotoşəkillərini çəkmişlər və guya həmin yedə o ağac kəsibdir. O, Elnurun istifadəsində olan “***-***-**-**” saylı telefon nömrəsi ilə özünə məxsus olan “***-***-**-**” saylı telefon nömrəsi ilə mütamadi əlaqə saxlamışdır. Qeyd edilən cinayət əməli törədilən ərəfədə qara çiyəri, qarın boşluğunda coxsaylı bıçaq zədəsi olduğundan əməliyyat olunmuş, bir neçə müddət xəstəxanada qalmışdır. Keçirdiyi əməliyyatla bağlı o, uzun müddət ən kiçik çəkili yükləri belə qaldırmaq iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləyir. İdarənin əməkdaşları tərəfindən 12 sentyabr 2021-ci il tarixdə idarənin xidməti ərazi dairəsini əhatə edən ünvan 3 ünvanın arxa hissəsində yerləşən ərazidə monitorinq keçirilərkən həmin ərazidə naməlum şəraitdə diametri 32 sm olan 01 ədəd göyrüş cinsli ağacın kəsildiyi aşkarlanmışdır. Əməkdaşlar tərəfindən sözügedən faktla bağlı akt tərtib olmuş, fotoşəkillər çəkilmiş, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 421 nömrəli qərarına əsasən müvafiq hesablama aparılaraq ağacın kəsilməsi nəticəsində təbiətə 1800 manat dəyərində xeyli miqdarda ziyan dəydiyi müəyyən edilmişdir. Ağacın qanunsuz olaraq kəsildiyi idarəyə məlum olduğundan bu barədə idarə tərəfindən araşdırma aparılmasından ötrü Sumqayıt şəhər prokurorluğuna müraciət olunmuşdur. Sumqayıt ŞPİ tərəfindən istintaq aparıldığı müddətdə həmin ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi bildirilmişdir. Həmin ərazidə yalnız 1800 manat dəyərində 32 sm diamterli 01 ədəd göyrüş cinsli ağac kəsilmiş, həmin fakt idarə tərəfindən aşkarlandıqdan sonra orada yenidən ağaclar əkilmişdir. Həmçinin dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsini və qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. 12 avqust 2021-ci il tarixdə idarənin xidməti ərazi dairəsinə daxil olan ünvan 4 ünvanın arxa hissəsində yerləşən ərazidə idarənin baş məsləhətçi müfəttişi Şahid2 ilə birlikdə monitoriq işləri apararkən tərəflərindən həmin ünvanda naməlum şəxs və ya şəxslər tərəfindən dimateri 32 sm olan 01 ədəd göyrüş cinsli ağacın kəsildiyi aşkarlanmış, bu barədə akt tərtib olunmuş, fotoşəkillər şəkilmiş, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 421 nömrəli qərarına əsasən müvafiq hesablama aparılaraq ağacın kəsilməsi nəticəsində təbiətə 1800 manat dəyərində xeyli miqdarda ziyan dəydiyi müəyyən edilmişdir. Ağacın yerləşdiyi yer yaşayış sahəsi olmuşdur, çəkisi isə təxmini 300- 400 kiloqrama yaxın olmuşdur. Lakin o ağacın kəsildiyi şəraiti birbaşa görməmişdir. Naməlum şəraitdə qanunsuz olaraq ağac kəsilməsi barədə daha sonra idarə tərəfindən araşdırma aparılmasından ötrü müraciət olunmuşdur. Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaq aparılan müddətdə həmin ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi məlum olmuşdur. Əlavə olaraq qeyd edir ki, böyük ehtimal ağac əl mişarı vasitəsi ilə kəsilmiş, ətrafda yaşayan sakinlər arasında sorğu aparmışlar, ağacı kəsən şəxsi görmədiklərin bildirmişlər, həmin diametrli ağacı kəsib onu xırdalamadan tək bir şəxsin başqa yerə aparması mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi müfəttişi vəzifəsində işləyir. 12 avqust 2021-ci il tarixdə idarənin xidməti ərazi dairəsinə daxil olan ünvan 5 ünvanın arxa hissəsində yerləşən ərazidə idarənin baş məsləhətçi müfəttişi Şahid2 ilə birlikdə monitoriq işləri apararkən tərəflərindən həmin ünvanda naməlum şəxs və ya şəxslər tərəfindən dimaterli 32 sm olan 01 ədəd göyrüş cinsli ağacın kəsildiyi aşkarlanmış, bu barədə akt tərtib olunmuş, fotoşəkillər çəkilmiş, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 421 nömrəli qərarına əsasən müvafiq hesablama aparılaraq ağacın kəsilməsi nəticəsində təbiətə 1800 manat dəyərində xeyli miqdarda ziyan dəydiyi müəyyən edilmişdir. O ağacın özünü yox, diametri təmxinən 32-33 sm olana kötüyünü görmüşdür. Naməlum şəraitdə qanunsuz olaraq ağac kəsilməsi barədə daha sonra idarə tərəfindən araşdırma aparılmasından ötrü müraciət olunmuşdur. Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaq aparılan müddətdə həmin ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi məlum olmuşdur. Onun fikirincə ağac əl mişarı ilə kəsilmişdir, ağacın kəsilmiş gövdəsini yox, yerdə qalan kötüyünü görmüş, ağacın çəkisi təxminən 300-350 kiloqram olduğundan, ağacı tək bir nəfərin apara bilib-bilməyəcəyi ona məlum deyildir, ətrafda yaşayan sakinlər arasında sorğu aparmışlar, ağacı kəsən şəxsi görmədiklərin bildirmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində cəlb edilərək dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ağacın kəsilməsi barədə məlumat daxil olmuş, hadisə ilə bağlı Təqsirləndirilən şəxs saxlanılmış və raport əsasında Sumqayıt şəhər Polis İdarəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ağacın qurumuş halda olduğunu görüb, ağacı kəsib başqa bir şəxsə pul müqabilində vermişdir. Dediyinə görə ağac qurumuş olduğundan onu kəsən zaman yaşayış yerinin olmasına baxmayaraq, ətrafdakıların diqqətini çəkməmişdir. O, Təqsirləndirilən şəxs törətdiyi hadisələrlə əlaqədar tanımışdır, belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələr aludəçisidir və bununla bağlı adı qeydiyyatdadır. Lakin o, Təqsirləndirilən şəxs cinayət işini üzərinə götürməsini xahiş etməmişdir, ümumiyyətlə aralarında bununla bağlı danışıq da mövcud olmamışdır. O, baş vermiş oğurluq hadisələri ilə bağlı Təqsirləndirilən şəxs ona köməklik göstərməsi üçün əlaqə saxlamışdır. Şəxs cinayət məsuliyyətinə cəlb edildikdən sonra da onunla əlaqə saxlamasının səbəbi ərazidə baş vermiş oğurluq hadisələri ilə əlaqədar olmuşdur, onunla mütəmadi deyil ara-bir əlaqə saxlamışdır, bir iki dəfə Məmməd ona maddi yardın göstərməsini xahiş etmiş, o da il ərzində bir-iki dəfə Məmmədə 2-5 manat arası maddi yardım göstərmişdir. O, ağac kəsilən ərazidə vətəndaşlar arasında sorğu keçirərkən ağacı kəsən şəxsin gözündə eynək olduğu bildirilmişdir. O, da göstərilən xüsusiyyətlərə malik olan şübhəli bildiyi eynəkli şəxsləri çağırıb dindirmiş, Məmmədi dindirdiyi zaman cinayəti etiraf etmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli, 72042 nömrəli aktdan görünür ki, monitorinq zamanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, ev 10/24, 2 saylı mənzilin arxa hissəsindəki yaşıllıq ərazidə tikinti işləri aparmaq məqsədi ilə köküstə yaş halda d=32 sm olan 1 (bir) ədəd göyrüş ağacı kəsilərək məhv edilmişdir. Araşdırma zamanı əraziyə xidmət göstərən 5 saylı Mənzil Kommunal Sahəsinin rəisi X3 tərəfindən idarəyə təqdim olunan məlumatda göstərilmişdir ki, “qeyd olunan ünvanda gecə saatlarında naməlum şəxslər tərəfindən kəsilmişdir. Ağacın kimlər tərəfindən kəsilməsi barədə Mənzil Kommunal Sahəsində heç bir məlumat yoxdur.” Aparılan araşdırma zamanı ağacın kim və ya kimlər tərəfindən kəsilməsini müəyyən etmək mümkün olmadı. Lakin sakinlərin şifahi məlumatlarına və qanunsuz kəsilmiş ağacın hər iki tərəfində obyektlərin mövcud olması əsasən gələcəkdə həmin 10/24 saylı binanın 2 nömrəli mənzilinin qarşısı açılaraq ticarət obyekti olacağı ehtimal olunur. Cinayət işi materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-288/2022 saylı, 26 aprel 2022-ci il tarixli sorğusu əsasında, "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskə baxış zamanı müəyyən edilir ki, ***-***-**-** mobil telefon nömrəsi Şahid3, ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində olmamışdır. Həmin məlumatdan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonun anten dairəsi 2022-ci ilin avqust ayının 08-i, saat 22:43-dək "Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsini, saat 23:43-dən həmin ayın 09-u tarixi saat 00:37-dək Azərbaycan prospekti, saat 00:37-dən 14:53-dək "Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsini əhatə etmişdir. Bundan başqa 2021-ci ilin may ayının 01-i tarixindən həmin ilin sonunadək Şahid3 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında telefon zəngləri və sms-lərlə bağlı verilmiş sorğu əsasında əldə olunmuş məlumatdan görünür ki, həmin nömrələr xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək ümumilikdə bir neçə gün çıxmaq şərti ilə hər gün bir neçə dəfə zəngləşmişlər. Sözügedən nömrələr arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yazışmalardan görünür ki, ümumi tanıdıqları şəxslərin adı çəkilir və görüş yerləri təyin olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığrota üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkəzi PHŞ X15 xəstəxanasının Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-288/2022 saylı, 20 aprel 2022-ci il tarixli sorğusuna cavabında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 06:50-də Sumqayıt Tibb Mərkəzi PHŞ X15 xəstəxanasının reanimasiya şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. Diaqnoz: döş qəfəsinin sağ yarısının ön səthinin, döş və qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, qara ciyər və diafrqamanın sağ kömbəzinin kəsilmiş-deşilmiş yarası, sağ tərəfli pnevmatoroks və hemopertionium. Xəstə xx.xx.2021-ci il tarixdə, saat 12:00-da ambulator müalicəyə yazılmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sumqayıt şəhər Məhkəməsinə ünvanladığı 43/210 saylı, 03 iyun 2022-ci il tarixli məktubundan qeyd edilmişdir ki, lumberun ensklopediyasına əsasən hesablama aparılmış və d=32 sm, hündürlüyü 6 metr olan göyrüş cinsindən olan ağacın həcmi 0,61 kubmetr, çəkisi isə göyrüş ağacının orta sıxlıq dərəcəsi 540 kq/m3 olması nəzərə alınmaqla 0,61 m3 x 540 kq/m3 = 329,4 kq. Ağacın qol-budaqlarının kütləsini isə yalnız təxmin etmək mümkün olar ki, bu da 70-110 kq aralarında olması güman olunur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7299 saylı, xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 saylı RETSİ-NİN İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 72042 №-li akt və ona əlavə edilmiş hesabata əsasən ünvan 7 ünvanın arxa hissəsində qanunsuz kəsilmiş köküstə yaş halda 1 ədəd d=32 sm göyrüş ağacı olmaqla, ağacın kök boğaz naiyyəsindən qanunsuz kəsilməsinə görə və abadlaşdırma məqsədilə təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 1800 manat müəyyən edilir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İlqar Abdullayev tərəfindən tərtib edilmiş tapşırıqda qeyd edilmişdir ki, ünvan 3 ünvanın arxa hissəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisində 01 ədəd köküstə yaş halda, 32 sm diamterli göyrüş cinsli ağac kökboğazından kəsilərək məhv edilmiş, bununla da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinə 1800 manat dəyərində xeyli miqdarda ziyan vurulmuşdur. Həmin iş üzrə şübhəli məqamlara aydınlıq gətirilməsi və obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcək xüsusatların yoxlanılması zəruri olduğundan qeyd olunan hallar əsasında əməliyyat tədbirləri həyata keçirilməlidir: -yuxarıda qeyd olunan hadisəni törətmiş şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilərək istintaqda iştirakı təmin edilsin; -baş vermiş hadisəni görmüş şahidlərin dairəsi müəyyən edilsin; -hadisənin baş verdiyi ərazidə və yaxınlığında yaşayan narkotik və spirtli içki aludəçilərinin dairəsi öyrənilməklə baş vermiş hadisədə iştiraklarının olubolmaması əməliyyat yolu isə müəyyən edilsin; - hadisənin baş verdiyi əraziyə yaxın radiusda video müşahidə kameralarının olub-olmaması müəyyən edilməklə müsbət halda videogörüntülərin əldə edilib istintaqa təqdim edilməsi təmin edilsin. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərəflərindən aparılan əməliyyat tədbirləri çərçivəsində ünvan 3 ünvanın arxa hissəsində köküstə yaş halda diametri 32 sm olan 01 ədəd göyrüş ağacının kök boğazından tikinti işləri aparılması məqsədi güdülmədən, heç bir rəsmi göstəriş və ya müvafiq qərar olmadan, qanunsuz olaraq kəsiməsi barədə əməliyyat məlumatları daxil olsa da, hal-hazırki müddət ərzində sözügedən əməlin kim və ya kimlər tərəfindən törədilməsi barədə dəqiq məlumat əldə olunmamışdır. Gələcəkdə bu istiqamətdə aparılan əməliiyyat-axtarış tədbirləri davamında müsbət nəticə əldə olunacağı təqdirdə əlavə olaraq istintaqa məlumat veriləcəkdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuda qeyd edilmişdir ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan 10736215 nömrəəli cinayət işi üzrə aparılan əməliyyat tədbirləri nəticəsində ünvan 7 ünvanın arxa hissəsindəki ərazidə köküstə yaş halda diamateri 32 sm olan 01 ədəd göyrüş ağacının kök boğazından qanunusuz olaraq ünvan 10 ünvanda qeydiyyatda olmaqla tüfeyli həyat tərzi keçirərək Sumqayıt şəhəri, 26-cı məhəll, Xəzər bağları yaşayış massivi, fərdi evdə kirayədə yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən satıb qazanc əldə edilməsi məqsədilə əməliyyat məlumatları daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 309 saylı, xx.xx.2021-ci il tarixli arayışdan və AZE 16280409 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 26-cı məhəll, Xəzər bağları yaşayış massivi, fərdi evdə yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər 1 saylı MKS tərəfindən verilmiş xx.xx.2020ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 1777.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 03 ay 27 gün vaxtından əvvəl şəri olaraq azad edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutumaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqslirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi 20 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən fatka görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işi materiallarından görünür ki, cinayət işinin materialları Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən 19 avqust 2021-ci il tarixdə aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin, İŞ-nə göndərilmiş və 20 sentyabr 2021ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən cinayət işi icraatına qəbul edilərək istintaq aparılmışdır. Cinayət işi materiallarında olan 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs cinayət prosesində iştirakı xəstəliyi ilə əlaqədar müvəqəti mümkün olmadığı nəzərə alınmaqla dayandırılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə cinayət təqibinin başlaması rədd edilmişdir. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham öz təsdiqini tapmır. Cinayət işi materillarından görünür ki, ibtidai istintaq tərəfindən ittiham yalnız təqsirləndirilən şəxsin ifadəsi üzərində qurulmuş və yanaşı heç bir sübut onun təqsirli olmasına dəlalət etmir. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və ifadəsində göstərdiyi bütün dəlillər məhkəmə tərəfindən yoxlanılmış və təsdiqini tapmışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs cinayət törədildiyi yerdə yalnız 2021-ci ilin dekabr ayında ifadənin yerində yoxlanılması zamanı olduğunu, cinayət hadisəsi vaxtı həmin ərazidə olmadığı alınmış mobil telefon nömrəsinin anten dairəsi ilə, həmçinin cinayət hadisəsi törədilən ərəfədə keçirdiyi ağır cərrahiyə əməliyyat nəticəsində ağırlıq qaldıra bilməməsi və ağır işdə işləmək imkanın olmaması tibbi müəssisənin məlumatı ilə, əməliyyatçı Şahid3la şəxsi tanışlığı və onunla mütamadi olaraq zəngləşib, sms-lə yazışması mobil operatorun soğuya cavabı ilə təsdiqlənmişdir. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da təqsirləndirilən şəxsi yaxından tanıdığını və onun xahişi ilə arabir maddi dəstək olduğunu bildirmiş, məhz Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində ünvan 3 ünvanın arxa hissəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisində 01 ədəd göyrüş cinsli ağacı kök boğaz nahiyyəsindən qanunsuz olaraq kəsməsini müəyyən olunmasını əsaslandıra bilməmişdir. Şahid3 hazırki iş üzrə cinayəti törədən şəxsin müəyyən edilməsinin üsulunu vətəndaşların soraqlaşması zamanı ağacın eynəkli şəxs tərəfindən kəsildiyi barədə məlumat əsasında Təqsirləndirilən şəxs dəvət olunduğunu və onun tərəfindən səmimi olaraq əməli etraf etdiyini qeyd etmişdir. Məhkəmə iclaslarının heç birində Təqsirləndirilən şəxs eynəkdə olmamışdır. Cinayət işi materiallarında olan 16 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanmasına dair protokola əlavə edilmiş dörd fotoşəkilin üçündə Təqsirləndirilən şəxs günə qarşı eynəkdə olduğu görünür. Başqa sözlə şahidin irəli sürdüyü əsasa görə şəxs gecə saat 01:00 radələrində gözündə gündən qorunmaq üçün eynəklə küçədə ağac kəsmişdir. Məhkəmə üçün inandırıcı olmayan şahid ifadəsinin bu hissəsinə tənqidi yanaşır və hesab edir ki, şahid təqsirləndirilən şəxsə qanunsuz təsirinin aşkara çıxarılmaması üçün yanlış ifadə verir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında sərbəst şəkildə bütün hadisələrin axarı barədə verdiyi ifadəsi şahidin verdiyi ifadəni təkzib edir, onun cinayət törədilən vaxtı həmin ərazidə olmadığı, şahidlə tanışlıqları, şahidin ona maddi dəstək olması (şahid də inkar etmir), onunla müəyyən işlər görməsi işin müəyyən edilən halları ilə sübuta yetirilir. Bu səbəbdən cinayət törədilən yerdə olmayan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasına dair protokol sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikasının CPM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlarn mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə yuxarıda qeyd edilən normaların və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, istintaq orqanı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları eyni səviyyədə araşdırmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrində göstərilən, təqsirləndirilən şəxsin xeyrinə olan hallara və sənədlərə diqqət yetirilməmiş, həmin hallar düzgün qiymətləndirilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı sübutlar Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi barədə qənaətə gəlməyə əsas vermir. Məhkəmə verilən ittihamın hüdudlarında işə baxır. İttiham isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 12 ünvanının arxa hissəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisində 01 ədəd köküstə yaş halda, 32 sm diamterli göyrüş cinsli ağacı kök boğaz nahiyyəsindən qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinə 1800 manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. İşin araşdırlıan hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən yaşayış yeri daxilində yerləşən yaşıllıq sahədə gecə saatlarında mişarla ağacı kəsərək sonra 200 metr sürüməsi tamamilə əsassızdır. Həmçinin ibditai istintaq aparılan zaman Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilməsi istinad olunan alətin yeri barədə sorğu-sual aparmamışdır. Digər tərəfdən məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünün də ifadəsinə qeyd etdiyi kimi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə şəxsi münasibəti olmuş, əməliyyatçının ona göstərdiyi diqqəti nəticəsində onun qarşısında özünü borclu hiss etmiş və Şahid3 təklifi ilə cinayət əməlinin törətməsinə dair ifadə verməyə razılaşmışdır. Maddi dəstək olmasını Şahid3 məhkəmə iclasında ifadəsində təsdiqləmişdir. Bununla bağlı məhkəmə xüsusi olaraq vurğulayır ki, Avropa Konvesiyasının 3-cü maddəsinin dairəsi altına yalnız fiziki zorakılıq və ya belə zorun tətbiq edilməsi deyil, eyni zamanda özünə aslı vəziyyətə salmaqla şəxsin müqavimətini zəiflədən ona özünün müdafiəsiz olduğu hiss etdirən psixoloji təsir də pozuntu hesab edilir. Hazırki işdə Təqsirləndirilən şəxs Şahid3 tərəfindən psixoloji təsir altında alması özündən aslı vəziyyətə saxlaması onların ifadəsi ilə yanası gündəlik telefon zəngləri və sms-lərlə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsi maddi aslıllıqla yanaşı eyni zamanda təqsirləndirilən şəxsin həyat tərzi nəzərə alınmaqla hədə-qorxu və ya belə hədəqorxu olması ehtimalını da diqqətdən qaçırmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı; Yanoseviç İsveçə qarşı). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı). Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq xüsusi mühafizə olunan təbiət ərazisində ağac kəsərək xeyli miqdarda ziyan vurmamışdır. Məhkəmə yuxarıda qeyd edilən mövqedən çıxış edərək işin hallarını, işdəki sübutları, təqsirləndirilən şəxsin hərəkətlərini cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CMnin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən, cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.3-ci maddəsinə əsasən cinayət törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X8 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-nin 125-ci madəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yegane bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qiymətləndirilə bilməz. İstintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verdikdə əldə edilmiiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yoll verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “V.Bayramov və qeyrilərinə qarşı şikayətləri üzrə” Qərarında qeyd edilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirl olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsləsini həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərin görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək inayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrinn üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməllərin törədilməsi sübuta yetirilmir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, institaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirlsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının CPM-nin 145 ə 146-cı maddələrinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyət, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qalıdırmaq mümkün olmadıqda, onlar və şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən cinayət hadisəsi ilə bağlı araşdırmaya səthi yanaşılmışdır. Təqsirləndirilən şəxsin yalnız özünün “etrafedici” ifadəsinə əsaslanmaqla, həmin ifadənin doğruluğunu, ağlabatanlığını və hansı səbədən bu cür ifadə verməsini yoxlamadan, digər sübutlarla müqayisə etmədən, özü özlüyündə gecə saatlarında mərkəzi küçələrin birində ətrafda yaşayış və iaşə obyektləri olan yerdə bir şəxs tərəfindən ağacı kəsərək onu xırdalamadan (ehtimal olunan çəkisi 300-400 kq) 200 metr sürüməsi imkanına şübhəli yanaşmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 126.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məmusu ilə təsdiq edildiyi hala ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qeyd olunan xüsusatlar mötəbər sübut kimi qiymətləndirilə bilməz və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və yuxarıda qeyd olunan ziddiyyətlər və iş üzrə bütün şübhəli hallar Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətində formalaşmış təcrübəyə əsasən (Hoanq Fransaya qarşı) bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərizyyənin tətbiq edilməsi təqsirsilik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İfadə verməmək və özü qarşı ittihama yardım etməmək hüquqlarının pozulması ilə əldə edilmiş sübutalara gəldikdə, Məhkəmə xatırladır ki, bu hüquqlar hamılıqla tanınan beynəlxalq standartladır və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması anlayışının təməlində durur. Onların mahiyyəti, təqirlənirilən şəxsi dövlət orqanlarının qanunsuz məcburetmə tədbirindən müdafiə etməkdən və bununla da ədalət mühakiməsinin yanlış şəkildə həyata keçirilməməsinə və Konvensiyanın 6-cı maddəsinin məqsədlərinin yerinə yetirilməsiı yardım etməkdən ibarətdir. Özünə qarşı ittihama yardım etməmək hüququ konkret olaraq onu nəzərdə tutur ki, cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə edilməməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi ilə Cənnətov Azərbaycana qarşı işi arasında olan bənzərlik həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. Qeyd olunan Məhkəmə qərarında qeyd olunur ki, məhkəmənin rolu təkcə müəyyən bir sübut növünün – məsələn, daxili qanunlar baxımından qanunsuz olaraq əldə edilmiş sübutların qəbul edilə biləcəyini və ya həqiqətən ərizəçinin günahkar olub-olmadığını müəyyənləşdirmək deyil. Cavablandırılması lazım olan sual həm də məhkəmə prosesinin, o cümlədən dəlilin əldə edilmə üsulunun ədalətli olub-olmamasıdır. Məhkəmə prosesinin bütövlükdə ədalətli olub-olmadığı müəyyənləşdirilərkən, müdafiə hüquqlarına hörmət edilib-edilməməsinə də diqqət yetirilməlidir. Ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək və onun istifadəsinə qarşı çıxmaq imkanı verildiyi xüsusən araşdırımalıdır. Əlavə olaraq əldə edilmiş şərtlərin etibarlılığına və ya dəqiqliyinə şübhə edib-etməməsi də daxil olmaqla, dəlillərin keyfiyyəti nəzərə alınmalıdır. Sübutlar, Azərbaycan Respublikasının CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarıa aid CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməmsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunuun pozulması iə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qayadaları hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqılarının pozulmasına yol verdikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “Baraberra, Messege və Habordo İspansiyaya qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirli şəxsin təqsirliliyi barədə məhkəməsinin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunnamüvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həlll olunmalıdır. “Qafqen Almaniyaya qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Məhkəmə təkrarlayır ki, razılığa gəlmiş dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsidir. Xüsusilə, yerli məhkəmələrin faktlar və ya qanunun tətbiqi ilə əlqədar yol verdikləri səhvləri Konvensiyada təsbit edilmiş hüquq və azaadlıqları pozmursa, həmin çatışmazlıqların araşdırılması Məhkəmənin funksiyasına daxil deyil. Bununla müvafiq sübutların, misal üçün milli qanunvericiliyə əsasən qanunsuz əldə edilmiş sübutların, qəbul edilməsi məsələsi Məhkəmə tərəfindən araşdırılmamalıdır. Məhkəmə bütövlükdə icraatın, o cümlədən sübutların əldə edilməsi məsələsinin ədalətli olub-olmadığını müəyyən etməlidir. Buraya həm bütövlükdə qanunsuzluğun, həm də Konvensiyada təsbit edilmiş hər hansı digər hüquq pozuntusu aşkar olunsa həmin pozuntunun təbiəti də araşdırılmalıdır. Bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etmək üçün müafiə tərəfinin hüquqlarına hörmət edilib-edilmədiyinə də diqqət yetirmək lazımdır. Konkret olaraq ərizəçiyə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanının verilib-verilmədiyi də araşırılmalıdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən, sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şühbə altına qoyub-qoymadığı da nəzərə alınmalıdır. Əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmursa, orada prosesin ədalətli olub-olmadığının müəyyən edilməsi ilə bağlı hər hansı problem yaranmır, lakin qeyd etmək lazımdır ki, sübutlar ciddidirsə və onların etibarlı olmaması riski yoxdursa, müvafiq surətdə, sübutların iş üzrə digər materiallarla təsdiq edilməsinə də ehtiyac az olur. Konkret olaraq Konvensiyanın müəyyən edilmiş pozuntusunun təbiətinə gəldikdə, məhkəmə xatırladır ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə əldə edilmiş sübutların istifadəsi nəticəsində məhkəmə baxışının bütövlükdə Konvesiyanın 6-cı maddəsinə zidd olaraq bütövlükdə ədalətsiz olub-olmadığını müəyyən etmək üçün işin bütün halları, o cümlədən ərizəçinin hüquqi yardım almaq hüququnun təmin olunubolunmaması, həmçinin sübutların keyfiyyəti və vacibliyi araşdırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Kovensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericliklə tənzimlənən məsələdir və ümumi qaydada uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Məhkəmə baxışı zamanı "xxxx" mobil operatorundan əldə olunan 1 ədəd CD diskə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi 08-09 avqust 2021-ci il tarixdə, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində anten dairəsində olmamışdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il arixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutalara əsaslanır və məhkəməsinin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliliyinin müəyyən olunması və qiymətləndiriləməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartlarını müəyyən etmişdir. “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” 11 yanvar 2007-ci il tarixli, “X2rşı” 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması”” sübutetmə standartını tətbiq edir. X13 Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarının hüquqiliyi ilə bağlı “Braytyakin Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, “Fadin Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli, “Lenskaya Rusiyaya qarşı” işi üzrə xx.xx.2009-cu il tarixli qərarına və “Radçikov Rusiyaya qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli qərarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarının sual doğurulmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şühbə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İnsan hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlalq Pkatın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yanız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsiin təqsiri sübuta yetirildikdə çıxarılır. (CPMnin 351.2-ci maddəsi). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad ediln ittiham üzrə bəraət verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi qənaət ondan ibarətdir ki, ittiham tərəfi təqsirlənirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericilikdə müəyyən olunmuş mötəbərlilik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, təqsirləndirilən şəxsin məhkəmə itintaqı zamanı bildirdiyi halların ibtidai istintaq zamanı araşdırılmaması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmləndirir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə ona istinad olunan cinayəti törətməkdə təqsirli olmamasına dair məhkəmədə qəti inam yaradır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv araşdılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 42.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti yoxdur və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumuğu, cəza təyini, maddi ziyan, cəzasçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələsinin müzakirəsi istisna təşkil edir. Bu səbəbdən ona qarşı cinayət nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki iddia tələbi rədd edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 3 ünvanın arxa hissəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisində 01 ədəd köküstə yaş halda, 32 sm diamterli göyrüş cinsli ağacı kök boğaz nahiyyəsindən qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinə 1800 manat dəyərində xeyli miqdarda ziyan vurmuş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ilə birlikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılanadək cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi idda olunan ağacla bağlı məhkəməəmtəəşünaslıq ekspertizası həyata keçirilərkən 50,00 (əlli) manat sərf olunmuşdur. Məhkəmə məsrəflərinə dair belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunan 50,00 (əlli) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərrinin ödənilməsi məsələsi və mülki idda üzrə qərarın motivi göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, CM-nin 259.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı iddia rədd edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən, o mülki iddiada cavabdeh qismində çıxış edə bilməz. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-288/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 72 saylı orderə əsasən vəkil X9 onun vəkili təyin etmişdir. Müdafiəçi X9 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 42.1.2, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən hökm qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 12 ünvanının arxa hissəsində yerləşən xüsusi mühafizə olunan təbiət ərazisində 01 ədəd köküstə yaş halda, 32 sm diamterli göyrüş cinsli ağacı kök boğaz nahiyyəsindən qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional və Təbii Sərvətlər İdarəsinə 1800 manat dəyərində xeyli miqdarda ziyan vurmuş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materialları ilə birlikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia rədd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə bəraət verildiyindən 03 noyabr 2021-ci il tarixli, 9/7299 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiasının keçirilməsinə həsr olunan 50,00 (əlli) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar