Məhkəmə qərarları › İş №1(060)-289/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-289/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-289/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 5/6, mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, yataqxana 2, otaq 47-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdə saat 17:50 radələrində bacısı Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında aralarında olan borc məsələsi ilə bağlı yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs burun nahiyyəsinə yumruq ilə bir dəfə qəsdən vuraraq ona “burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı. Burunun hər iki gözətrafı nahiyyəsini tutuan qançırı” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa аz ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, aralarında əvvələr hər hansı ədavət və düşmənçilik olmamışdır. Bacısı Zərərçəkmiş şəxs ona 1750 manat borcu olmuş, ondan dəfələrlə pulunu tələb etsə də sonuncu onun pulunu qaytarmamışdır. 14.09.2021-ci il tarixdə saat 17:50 radələrində o, bacısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına getmiş, həmin vaxt Solamaz evdə tək olmuş, o, Solmazdan ona olan borcunu tələb etmiş, lakin ona heç bir borcu olmadığını söyləmiş və onunla mübahisə etməyə başlamışdır. O, həmin vaxt əsəbləşərək Solmazın saçından tutaraq dartmış və onun burun nahiyyəsinə sillə ilə vurmuş və həmin vaxt Solmaz divanın üstünə yıxılmışdır. Sonra o, Solmaza 3 gün müddətində pulunu qaytarmasını söyləyib çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 01.03.2022-ci il tarixli ərizəsindən görünür ki, hazırda o, zərərçəkmiş şəxs X4 qızı ilə barışmışdır, cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, 14.09.2021-ci il tarixdə saat 17:50 radələrində qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, həmin vaxt o, evdə tək olmuş, Əlövsət ona olan 1750 manat borcunu həmin vaxt ondan tələb etməyə başlamış, o pulu olmadığını söyləyib imkan edib onun pulunu qaytaracağını bildirmişdir. Bu zaman Əlövsət yumruq zərbəsi ilə alın nahiyyəsindən vurmuş, o divana yıxılmış, Əlövsət ikinci dəfə onun burununun üstündən yumruqla vuran zaman burunundan qan açılmışdır. Sonra isə Ağalar saçından tutub dartmağa başlamış və 3 gün ərzində pulunu qaytarmağını tələb edərək onu söyərək hədələmişdir. Həmin vaxt aralarında olan münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş zərərçəkmiş şəxs X2 01.03.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şahid istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. 14.09.2021-ci il tarixdə saat 18:00 radələrində qaynanası Zərərçəkmiş şəxs ona zəng vuraraq yaşadığı ünvana gəlməyini xahiş etmiş, o da sonuncunun yaşadığı ünvan 3 ünvanına getmişdir. Oraya çatanda qaynanası Zərərçəkmiş şəxs burun nahiyyəsindən qan axdığını və evdə qan izlərini görüb nə baş verdiyini soruşmuş, qaynanası Zərərçəkmiş şəxs ona qardaşı Əlövsətin az öncə olara gəldiyini və onunla mübahisə edərək onu döyüb çıxıb getdiyini söyləmişdir. O, idarə etdiyi avtomobil ilə qaynanası Zərərçəkmiş şəxs Sumqayıt şəhər X5 Xəstyəxanasına aparmış və orada zədə məntəqəsində Zərərçəkmiş şəxs tibbi yardım göstərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA Birliyinin 18.09.2021-ci il tarixli 1239 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: burun sümüyünün burunla tənəffüzü pozan yerdəyişən sınığı. Burunun hər iki gözətrafı nahiyyəsini tutuan qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTXY-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 14.09.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aid edilir. (i.v. 16-17) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 79) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 73-75) Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin Sumqayıt şəhər MTE və PA Birliyinin rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 10 (on) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar