Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-29/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Ağa oğlunun və Müdafiəçi1 Kərəm qızının iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, mənzil 25-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71, mənzil 91-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə 25 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayon ev 24-də yerləşən 22 saylı mənzilə blokun girişindəki tikili üzərinə çıxıb oradan qaz turbası vasitəsilə mənzilin plastik pəncərəsinə yaxınlaşaraq üzərində olan vint açanla alətlə pəncərini sıxıb açdıqdan sonra qanunsuz daxil olub qonaq otağında stolun üstündə olan 1 ədəd 1200 manat dəyərində “Casper” markalı notebooku, 58 manat dəyərində nootbuk çantasını və yataq otağında saxlanc yeri hesab olunan kamotun siyirtməsində olan 70 manat nağd pul gizli talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2, ümumilikdə, 1328 (min üç yüz iyirmi səkkiz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə Təqsirləndirilən şəxs1 Hüseyn oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 mart 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25-də yerləşən 40 saylı mənzilə blokun girişindəki tikili üzərinə çıxıb oradan qaz turbası vasitəsilə mənzilin mətbəxinin plastik pəncərəsinə yaxınlaşaraq üzərində olan vint açanla alətlə pəncərini sıxıb açdıqdan sonra hər ikisi birlikdə qanunsuz daxil olub qonaq otağında şkafın içərisindən 1 ədəd 280 manat dəyərində “Samsung” markalı, “R-540” modelli veb kameralı nootbuku, 1 ədəd 10 manat dəyərində “İntex” markalı, “İT 400” modelli səsgücləndiricini, yataq otağında güzgülü şkafın içərisindəki mücrüyə oxşar qutudan 1 ədəd 525 manat dəyərində 750 əyarlı, 7 qram çəkidə qadın nişan üzüyünü, 1 ədəd 559,00 manat dəyərində 750 əyarlı, 5,61 qram çəkidə kişi nişan üzüyünü, 3 ədəd 1260 manat dəyərində hər biri 585 əyarlı, hər biri 7 qram çəkidə üzüyü, 1 ədəd 115 manat dəyərində, 585 əyarlı, 1,78 qram çəkidə qolbağı, 1 ədəd 180 manat dəyərində 585 əyarlı 3 qram çəkidə kulonu, şkafın digər siyirtməsindən 3 ədəd 90 manat dəyərində hər biri 925 əyarlı, hər biri 6 qram çəkidə gümüş boyunbağını, 1 ədəd 50 manat dəyərində 925 əyarlı, 10 qram çəkidə gümüş boyunbağını, 1 ədəd 50 manat dəyərində 925 əyarlı, 10 qram çəkidə bilərziyi, 2 ədəd 60 manat dəyərində hər biri 925 əyarlı, hər biri 6 qram çəkidə qadın gümüş qolbağı, 70 manat dəyərində dirnaq ləvazimatlarını, sırğa, boyubağı və bilərzikdən ibarət 50 manat dəyərində byuteriyanı, həmin otaqda paltar şkafındakı sarı rəngli qadın əl çantasının içərisindən 840 manat nağd pulu, dəhlizdə şkafın içərisində olan 85 manat dəyərində bir cüt kişi ayaqqabısını, qonaq otağında şkafın üstündə 20 manat dəyərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 100 illik yubileyi medalını və şkafın içərisində olan 20 manat dəyərində sadə andorid olmayan, “Nokia” markalı telefonu gizli talayaraq, zərərçəkmiş şəxs Dilarə İsmayılovaya, ümumilikdə, 4244 (dörd min iki yüz qırx dörd) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə Təqsirləndirilən şəxs2 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 mart 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25-də yerləşən 40 saylı mənzilə blokun girişindəki tikili üzərinə çıxıb oradan qaz turbası vasitəsilə mənzilin mətbəxinin plastik pəncərəsinə yaxınlaşaraq Təqsirləndirilən şəxs2 oğlu üzərində olan vint açanla alətlə pəncərini sıxıb açdıqdan sonra hər ikisi birlikdə qanunsuz daxil olub qonaq otağında şkafın içərisindən 1 ədəd 280 manat dəyərində “Samsung” markalı, “R-540” modelli veb kameralı nootbuku, 1 ədəd 10 manat dəyərində “İntex” markalı, “İT 400” modelli səsgücləndiricini, yataq otağında güzgülü şkafın içərisindəki mücrüyə oxşar qutudan 1 ədəd 525 manat dəyərində 750 əyarlı, 7 qram çəkidə qadın nişan üzüyünü, 1 ədəd 559,00 manat dəyərində 750 əyarlı, 5,61 qram çəkidə kişi nişan üzüyünü, 3 ədəd 1260 manat dəyərində hər biri 585 əyarlı, hər biri 7 qram çəkidə üzüyü, 1 ədəd 115 manat dəyərində, 585 əyarlı, 1,78 qram çəkidə qolbağı, 1 ədəd 180 manat dəyərində 585 əyarlı 3 qram çəkidə kulonu, şkafın digər siyirtməsindən 3 ədəd 90 manat dəyərində hər biri 925 əyarlı, hər biri 6 qram çəkidə gümüş boyunbağını, 1 ədəd 50 manat dəyərində 925 əyarlı, 10 qram çəkidə gümüş boyunbağını, 1 ədəd 50 manat dəyərində 925 əyarlı, 10 qram çəkidə bilərziyi, 2 ədəd 60 manat dəyərində hər biri 925 əyarlı, hər biri 6 qram çəkidə qadın gümüş qolbağı, 70 manat dəyərində dirnaq ləvazimatlarını, sırğa, boyubağı və bilərzikdən ibarət 50 manat dəyərində byuteriyanı, həmin otaqda paltar şkafındakı sarı rəngli qadın əl çantasının içərisindən 840 manat nağd pulu, dəhlizdə şkafın içərisində olan 85 manat dəyərində bir cüt kişi ayaqqabısını, qonaq otağında şkafın üstündə 20 manat dəyərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 100 illik yubileyi medalını və şkafın içərisində olan 20 manat dəyərində sadə andorid olmayan, “Nokia” markalı telefonu gizli talayaraq, zərərçəkmiş şəxs Dilarə İsmayılovaya, ümumilikdə, 4244 (dörd min iki yüz qırx dörd) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 12 aprel 2020-ci ildə gecə saat 03 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 57 saylı evin qarşısında Zərərçəkmiş şəxs3 məxsus “Mersedes-benz” markalı, **-VX-*** qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini üzərində olan avtomobilin mühərrik hissəsinin ehtiyyat hissəsi olan şamla sındırararaq avtomobilin arxa oturacağının üzərində içərisində 1 ədəd 1500 manat dəyərində “Toshiba”, 1 ədəd 1500 manat dəyərində “Lenovo” markalı notebookları, 50 manat dəyərində nootbuk çantası ilə birlikdə, hər biri 3 manat dəyərində olan 4 GB həcmində 4 ədəd yaddaş kartını gizli talayaraq Zərərçəkmiş şəxs3, ümumilikdə, 3062 ( üç min altmış iki ) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. 25 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci il tarixə keçən gecə saat 01 radələrində cibində pulu olmadığından yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində hansısa mənzildən oğurluq etmək qərarına gəlmişdir. Bir qədər gəzəndən sonra Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 24 saylı yaşayış binasının qarşısından keçəndə həmin binanın künc tərəfində yerləşən blokunun 2-ci mərtəbəsindəki mənzildə işıqların yanmadığını görmüş, bir qədər gözlədikdən sonra həmin mənzildə işıqların yanmadığını görüb başa düşmüşdür ki, mənzildə heç kim yoxdur. Buna görə də qərara gəlmişdir ki, qeyd olunan mənzilə daxil olub oğurluq etsin. Əvvəlcə blokun girişindəki tikilinin üzərinə çıxmış və oradan isə qaz turbası vasitəsilə 2-ci mərtəbədəki mənzilin pəncərəsinə çıxmış və özü ilə əvvəlcədən evdən götürdüyü vintaçan alətlə plastik pəncərəni sıxıb açaraq mənzilə daxil olmuşdur. Qonaq otağında masa üzərinə olan “Casper” markalı notebooku götürüb evdən çıxmışdır. Evdən başqa heç bir əşya və ya pul götürməmişdir. Həmin nootbuku bir neçə gün sonra tanımadığı şəxsə 100 manat satıb əldə olunan pulu xərcləmişdir. Bundan başqa, 31 mart 2020-ci il tarixdə saat 18 radələrində uzun illərdir ki, tanıdığı tanışı Zakirlə yaşadığı binanın həyətində söhbət edən zaman öz aralarında razılaşmışlar ki, oğurluq edələr. Qərara gəlmişlər ki, yaşadıqları Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində hansısa mənzildən oğurluq edələr. Bir qədər gəzəndən sonra Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 25 saylı yaşayış binasının qarşısından keçəndə həmin binanın 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən mənzildə işıqların yanmadığını görmüşlər. Bir qədər gözlədikdən sonra həmin mənzildə işıqların yanmadığını görüb mənzildə heç kimin olmadığını bilmişlər. Buna görə də mənzilə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Gecə saat 01 radələrində hər ikisi əvvəlcə blokun girişindəki tikilinin üzərinə çıxmış, oradan isə qaz turbası vasitəsilə 2-ci mərtəbədəki mənzilin pəncərəsinə çıxmış və özü ilə əvvəlcədən evdən götürdüyü vintaçan alətlə plastik pəncərəni sıxıb açaraq mənzilə daxil olmuşlar. Daxil olduqları yer evin mətbəxi olmuşdur. Mənzilə daxil olandan sonra mənzili axtarmağa başlamışlar və o, qonaq otağında yerləşən televizorun altındakı şkafdan bir ədəd “Samsung” markalı notebooku və bir ədəd səsgücləndiricini götürmüşdür. Zakir isə yataq otağına keçmişdir. Zakirdən sonra o da yataq otağına keçmiş, Zakir güzgülü şkafın içərisində olan mücrü kimi qutudan bir ədəd qadın üzüyü,1 ədəd kişi üzüyü, bir ədəd qadın qolbağı və bir neçə bijuteriyaya oxşar qızıl –zinət əşyalarını götürmüşdür. O isə paltar şkafını axtarmağa başlamış və şkafın içərisində olan qadın əl çantasından 840 manat nağd pulu oradan götürmüş və bundan sonra mənzildən çıxmışlar. Zakir mənzilə daxil olduqları yerdən, o isə mənzilin arxa həyətinə açılan pəncərədən çıxmışdır. Vint açan aləti oğurluq etdikləri mənzildən bir qədər aralanandan sonra yerə atmışdır. Pulu bərabər şəkildə bölmüşlər və qızıl-zinət əşyalarını isə Zakir kiməsə 220 manata satıb gətirib ona 100 manat pul vermişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 11 aprel 2020-ci ildə yaşadığı evdə olduğu zaman qapının döyüldüyünü eşidib qapını açmış və qapını döyən polis əməkdaşları olmuşdur. Onlar özlərini təqdim edib ondan ilkin şifahi sorğu zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ev 25, 40 saylı mənzildən oğurluq edib-etmədiyini soruşanda o, oğurluq etdiyini etiraf etmişdir. Daha sonra həmin evdən oğurladığı “Samsung” markalı notebooku və bir ədəd səsgücləndiricini polis əməkdaşlarına təqdim etmişdir. Belə ki, həmin əşyaları satmağa imkan tapa bilməmişdir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. 31 mart 2020-ci il tarixdə saat 18 radələrində bir neçə vaxtdır ki, tanıdığı tanışı Fərmanla onun yaşadığı binanın həyətində söhbət edən zaman öz aralarında oğurluq etmək üçün razılaşmışlar. Qərara gəlmişlər ki, yaşadıqları Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində hansısa mənzildən oğurluq edələr. Bir qədər gəzəndən sonra Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən 25 saylı yaşayış binasının qarşısından keçəndə həmin binanın 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən mənzildə işıqların yanmadığını görmüş, bir qədər gözlədikdən sonra həmin mənzildə işıqların yanmadığını görüb başa düşmüşdür ki, mənzildə heç kim yoxdur. Buna görə də qeyd olunan mənzilə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Gecə saat 01 radələrində hər ikisi əvvəlcə blokun girişindəki tikilinin üzərinə çıxmış və oradan isə qaz turbası vasitəsilə 2-ci mərtəbədəki mənzilin pəncərəsinə çıxmış və Fərman özü ilə əvvəlcədən evdən götürdüyü vintaçan alətlə plastik pəncərəni sıxıb açdıqdan sonra mənzilə daxil olmuşlar. Daxil olduqları yer evin mətbəxi olmuşdur. Mənzilə daxil olandan sonra mənzili axtarmağa başlamış və Fərman əvvəlcə qonaq otağında yerləşən televizorun altındakı şkafdan bir ədəd “Samsung” markalı notebooku götürmüş və o isə yataq otağına keçmişdir. Fərman da ondan sonra yataq otağına keçmiş və o, güzgülü şkafın içərisində olan mücrü kimi qutudan bir ədəd qadın üzüyü, 1 ədəd kişi üzüyü, bir ədəd qadın qolbağı və bir neçə bijuteriyaya oxşar qızıl–zinət əşyalarını götürmüşdür. Fərman isə paltar şkafını axtarmağa başlamış və şkafın içərisində olan qadın əl çantasından 840 manat nağd pulu oradan götürmüş, bundan sonra mənzildən çıxmışlar. O, mənzilə daxil olduğu yerdən, Fərman isə mənzilin arxa həyətinə açılan pəncərədən çıxmışdır. Pulu bərabər şəkildə bölüşmüşlər. Qızıl-zinət əşyalarını isə o, növbəti gün yaşadığı binaya yaxın ərazidə yaşayan Vüsal adlı tanışına 220 manata satmışdır. Vüsal Sumqayıt şəhəri ərazisində avtomobil alveri ilə məşğul olurmuş. Həmin qızıl- zinət əşyalarını satanda Fərman da yanında olmuşdur. Hətta Vüsaldan pulu Fərman almışdır. Əldə olunan 220 manat puldan Fərmana 100 manat pul vermişdir. Ümumilikdə isə əldə etdikləri pulu şəxsi ehtiyacları üçün xərcləmişlər. Bijuteriyaları isə tullamışdır. Bundan başqa olan oğurluq epizodlarını o, törətməmişdir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərdi ki, ünvan 3-da 2019-cu ilin sentyabr ayından etibarən əri Şahid1la birlikdə yaşayır. Cavid hərbi həkim olduğundan gecə növbələrində olur və o, gecə növbələrində olan zaman o, valideynlərinin evinə gedib gecəni orada qalır. 31 mart 2020ci il tarixdə Cavid Bakı şəhərində yerləşən “EGE” Hospitalda gecə növbəsində olmuşdur. O, da həmin gün valideynlərinin evində olmuşdur. 01 aprel 2020-ci il tarixdə isə Cavid işi ilə bağlı Ağdam rayonuna ezam olunmuş, bununla əlaqədar olaraq o, 01 aprel 2020-ci il tarixdə də yaşadığı evə getməmiş və valideynləri ilə birlikdə qalmışdır. 01 aprel 2020-ci il tarixdə axşam saat 21:30 radələrində qardaşı Səlahəddin işlədiyi mağazada işin bağlanması ilə bağlı özünə aid olan şkafı ortaliqda qalmasın deyə yaşadığı mənzilə aparıb qoymalı olmuşdur. Səlahəddin ondan mənzilin açarını götürüb digər qardaşı Şahinlə birlikdə mənzilə getmişlər. Qardaşı axşam ona zəng edib qapınn rahat açılıbaçılmadığını soruşmuş, o, qapının rahat açıldığını deyəndən sonra Səlahəddin mənzilinin qapısının arxadan bağlı olduğunu demişdir. Bu səbəbdən o, təcili olaraq yaşadığı evə gəlmiş və qapının həqiqətən də arxadan bağlı olmasının şahidi olmuşdur. Fikiləşmişdir ki, evə kimsə oğurluga girib. Ona görə də hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və polis əməkdaşları gələndən sonra Səlahəddin mənzilin mətbəxinin açıq pəncərəsindən içəri daxil olmuş və arxadan qapını açandan sonra onlar da, polislərlə birlikdə mənzilə daxil olmuş və mənzilin dağınıq vəziyyətdə olmasını görmüşlər. Başa düşmüşdür ki, mənzildə oğurluq olub. Evdən çıxanda mənzilin bütün pəncərələrini bağlasalar da, həm mətbəxin pəncərəsi, həm də arxa eyvanın pəncərəsi açıq vəziyyətdə olmuşdur. Mənzilə nəzərə yetirəndə aşkar etmişdir ki, qonaq otağında televizorun alt hissəsində şkafın içərisində saxladıqları, 1 ədəd qara rəngli “Samsung“ markalı notebook, qonaq otağında kamotun içərisində, “İntex” markalı səsgücləndirici, yataq otağında güzgülü şkafın taxta gözündə iri mücrüyə oxşar qutuda olan 2 ədəd biriliant qaşlı nişan üzükləri, 3 ədəd qızıl üzük, 3 qram çəkidə qızıl qolbağ, 3 qram çəkidə qızıl kulon, digər gözündə 70 manat dəyərində markasını bilmədiyi dirnaq naboru, hər biri 925 əyarlı, hər biri 6 qram çəkidə 3 ədəd gümüş boyunbağı, 1 ədəd 925 əyarlı 10 qram çəkidə gümüş boyunbağı, 1 ədəd 925 əyarlı 10 qram çəkidə bilərzik, 2 ədəd 925 əyarlı, hər biri 6 qram çəkidə qadın gümüş qolbağı, sırğa, boyubağı və bilərzikdən ibarət 50 manat dəyərində byuteriya, dəhlizdə şkafın içərisində olan 85 manat dəyərində markasını bilmədiyi bir cüt kişi ayaqqabısı, qonaq otağında şkafın üstündə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 100 illik yubileyi medal və şkafın içərisində olan 20 manat dəyərində sadə andorid olmayan, “Nokia” markalı telefon və yataq otaqda paltar şkafındakı sarı rəngli qadın əl çantasının içərisində 840 (səkkiz qırx) manat nağd pul yerində deyildir. Sadalanan əşya, qızıl-zinət əşyaları və pul əri və ona məxsusdur, birgə mülkiyətləridir. Ziyan hələ də ödənilməyib, lakin şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 57, mənzil 50-də 5-6 ildir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt Kimya Sənaye Parkında mühəndis işləyir. Hər gün işə saat 08:30 radələrində gedir və axşam saat 18 radələrində isə işdən çıxıb evə gəlir. Özünə məxsus “Mersedesbenz” markalı, **-VX-*** qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili həmişə yaşadığı binanın həyətində saxlayır. Bu günə qədər heç vaxt avtomobilindən oğurluq olmamışdır. 11 aprel 2020-ci il tarixdə işdən gəldikdən sonra avtomobilini həmişə olduğu kimi yaşadığı binanın həyətində saxlayıb evə getmişdir. 12 aprel 2020-ci il tarixdə bazar günü günorta saatlarında aşağı düşəndə görmüşdür ki, avtomobilinin arxa sol yan şüşəsi sındırılmışdır. O, avtomobilə yaxınlaşıb içəri baxanda görmüşdür ki, arxa oturacaq üzərində olan 2 ədəd “Toshiba” markalı və “ Lenovo” markalı notebooklar yerində yoxdur. Onların hər birinin qiyməti 1500 manat olmuşdur. Həmin notebooklar bir çantada olmuş və çanta qarışıq oğurlanmışdır. Bundan başqa çantanın ciblərində 4 ədəd yaddaş kartları olmuşdur. Yaddaş kartlarından 2 ədəd 4 GB həcmində olmuş, digər 2 ədədi isə şifrəli olmuş və içərilərində “Linea 6” inşaat proqramı mövcud olmuşdur. Həmin proqramlar isə əvvəlcədən kompyuterə disklə yazılır və şifrəli yaddaş kartlarını həmin proqram yazılmış kompyuterə saldıqda proqram açılır, əgər proqram kompyuterə yazılmasa həmin yaddaş kartları proqramı aça bilmir. Yaddaş kartlarının markasını bilmir. Digər 2 ədəd yaddaş kartının hər birinin qiyməti isə təxminən 10 manat olmuşdur. Hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzinə zəng vurub məlumat vermiş, bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlmiş və avtomobilə baxış keçirmişlər. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Flaşkartların hər birinin qiyməti 5000( beş min) manat olmaqla cəmi 10000 (on min) manatdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid1 ifadə verərək bildirdi ki, ünvan 3-da 2019-cu ilin sentyabr ayından etibarən arvadı Zərərçəkmiş şəxs1 birlikdə yaşayır. O, hərbi həkim olduğundan gecə növbələrində olur və gecə növbələrində olan zaman arvadı valideynlərinin evinə gedib gecəni orada qalır. 31 mart 2020-ci il tarixdə o, Bakı şəhərində yerləşən “EGE” Hospitalda gecə növbəsində olmuşdur. Arvadı da həmin gün valideynlərinin evində olmuşdur. 01 aprel 2020-ci il tarixdə isə o, işi ilə bağlı Ağdam rayonuna ezam olunmuşdur və bununla əlaqədar olaraq arvadı 01 aprel 2020-ci il tarixdə də yaşadıqları evə getməmiş və valideynləri ilə birlikdə qalmışdır. Daha sonra oğurluq barədə ona məlumat verilərək evdən qızıl-zinyət əşyalarının oğurlandığını və bir də pul məbləğinin oğurlandığını bildirmişdirlər. Həmin qızıl-zinət əşyaları və pul arvadı və ona məxsusdur, birgə mülkiyətlərindədir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, 02 aprel 2020-ci il tarixdə günorta saatlarında işlədiyi avtosalonun qarşısında olduğu zaman 2 nəfər şəxsin çöl tərəfdən avtosalondakı avtomobillərə baxdığını görüb onları müştəri hesab edərək həmin şəxslərə yaxınlaşmış və onlara necə kömək edə biləcəyini soruşmuşdur. Həmin şəxslərdən biri hündürboylu, cavan, digəri isə alçaqboylu orta yaşlarında olmuşdur. Alçaqboylu şəxs ondan qızıl alıb-almadığını soruşmuş, o, qızıl almadığını avtomobil alveri ilə məşğul olduğunu deyəndə, həmin şəxs bildirmişdir ki, nişan üzüyü və qızına məxsus bilərziyi vardır, pula ehtiyacı olduğu üçün onları satır, karantin rejimi ilə əlaqədar olaraq hər yer bağlıdır, ona görə qızıl dükanlarına gedə bilmir. Bundan sonra həmin şəxs ona qızılları göstərib onları cəmi 300 manata satdığını demişdir. Qiymət münasib olduğundan qərara gəlmişdir ki, həmin qızılları alsın. Qızılları bir də nəzərdən keçirib, onların qızıl olmasına əmin olmuş və 300 manat verib qızılları almışdır. Lakin həmin şəxsdən qızıl alması ilə bağlı onun şəxsiyyət vəsiqəsinin ksero surətini götürməmiş, çünki həmin şəxsin və yanındakı şəxsin şəxsiyyət vəsiqəsi olmamışdır. Həmin şəxs bir daha bildirmişdir ki, narahat olmasın qızıllar özünə məxsusdur. 14 may 2020-ci il tarixdə isə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunmuş və orada bilmişdir ki, aldığı qızıllar oğurluqdur və qızılları ona satan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bununla əlaqədar olaraq tutulmuşlar. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 oğlunun ifadəsindən görünür ki, ailə qurduqdan sonra, yəni 2017-ci ilin mart ayından etibarən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 24, mənzil 22-də kirayədə yaşamışdır. Həmin mənzildə yaşadığı 3 il müddətində orada oğurluq olmamışdır. 23 fevral 2020-ci il tarixdə ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan qayınataslgilə getmiş, 24 fevral 2020-ci il tarixdə günortadan sonra yaşadığı evə gəlib bəzi lazım olan əşyaları götürdükdən sonra yenidən qayınatasıgilə qayıtmışdır. 26 fevral 2020-ci il tarixdə yaşadığı evə gəlib qapıdan içəri daxil olanda görmüşdür ki, yataq otağının işığı yanır, hər iki eyvanın qapıları isə açıq vəziyyətdədir. Otaqlar isə dağınıq halda olmuşdur. Yataq və qonaq otaqlarında hər yer axtarılmışdır. Qonaq otağında masa üzərinə qoyduğu “Casper” markalı notebook, enerji cihazı və notebooku idarə etmək üçün nəzərdə tutulmuş siçanla birlikdə yerində olmamışdır. Həmçinin yataq otağında kamotun siyirtməsinə qoyduğu 70 manat nağd pul da yerində olmamışdır. Başa düşmüşdür ki, evdən oğurluq olmuşdur. Bu səbəbdən hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlmiş və yaşadığı evə baxış keçirmişlər. “Casper” markalı notebooku 3 il bundan qabaq 1200 manata almışdır. Hazırda isə həmin ünvanda yaşamır. Cinayət işinin materiallarına əlavə olunmuş ünvan 1ölməsindən daxil olmuş 03.11.2020-ci il tarixli,13178 və 11.03.2021-ci il tarixli 126-3/63 saylı arayışlardan görünür ki, Zərərçəkmiş şəxs2 kirayə yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayn ev 30, mənzil 19 və ünvan 2 ünvanında müəyyən olunmadığından onun tapılması və məhkəmədə iştirakının təmin olunması mümkün olmamışdır. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.05.2020-cu il tarixli 9/1016 saylı rəyi ilə müəyyən edilmişdir ki, - Təqdim edilmiş bir ədəd istifadə olmuş “Samsung” markalı, “R-540” modelli veb kameralı nootbuk-280,0 manat, -bir ədəd “İntex” markalı, İT 400” modelli az istifadədə olmuş səsgücləndirici 10,00 manat, Tədqiqata təqdim edilməyən nəzəri hesablama yolu ilə - 3 ədəd 925 əyarlı, hər biri 6 qarm çəkidə gümüş boyunbağı 90,00 manat - bir ədəd 925 əyarlı,10 qram çəkidə gümüş boyunbağı 50,00 manat - bir ədəd 925 əyarlı, 10 qram çəkidə bilərzik 50,00 manat - 2 ədəd 925 əyarlı, hər biri 6 qram çəkidə qadın gümüş qolbağ 60,00 manat - bir ədəd 750 əyarlı 7 qram çəkidə 750 əyarlı, qadın nişan üzüyü 525,00 manat - bir ədəd 750 əyarlı, 4,5 çəkidə kişi nişan üzüyü 337,50 manat -3 ədəd 585 əyarlı, hər biri 7 qarm çəkidə üzük, 1260,00 manat - bir ədəd 585 əyarlı 3 qram çəkidə bilərzik 180,00 manat - bir ədəd 585 əyarlı 3 qram çəkidə kulon 180,00 manat dəyərindədir. Cinayət işi materiallarında olan Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 05.06.2020-ci il tarixli 6/856-9/1456 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 5,61 qram kütləli üzük 750 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aiddir- brilyantdır. Qaşların 5 ədədi hər biri 0,021 karat ölçüdə olmaqla ümumilikdə 4/3 keyfiyyətlidir. 1,78 qram kütləli qolbaq 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş əşyaların 2020-ci ilin aprel ayına pərakəndə satış qiyməti 1) 5,61 qram kütləli üzük- 559,00 manat 2) 1,78 qram kütləli qolbaq- 115,00 manat Nəzəri qaydada 20202-ci ilin aprel ayına -1 ədəd 4 GB həcmində yaddaş kartı 3,0 manat 1 ədəd “Toshiba” markalı nootbuk, 1 ədəd “Lenova” markalı nootbuk, 1 ədəd “Casper” markalı nootbuk haqqında kifayət qədər məlumat (modeli, istehsal ili, texniki göstəriciləri və. S ) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 18.09.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyandan notebook və səsgücləndirici qaytarılmışdır. Qalan maddi ziyan ödənilməyib. Şikayətçi deyildir. Cinayət işi materiallarında olan 01 aprel 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:30-da ünvan 3-da baxış keçirilmişdir. Baxış zamanı evin əşyalarının döşəmə üzərində dağınıq vəziyyətdə olması, mətbəxin və binanın arxa hissəsinə baxan evyanın pəncərəsinin açıq vəziyyətdə olması müəyyən olunmuş, Zərərçəkmiş şəxs1 oğurlanmış əşyaların saxlandığı yerləri göstərmişdir. Cinayıət işi materiallaeında olan təqdim etmə və götürmə barədə 11 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 bir ədəd “Samsung” markalı, qara rəngli noutbook götürülmüşdür. Cinayət işi materiallarında olan ifadənin yerində yoxlanması haqqında 11 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq etdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 25 saylı yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsindəki 40 saylı mənzildə oğurluq hadisəsini törətməsi ilə bağlı hadisənin necə baş verdiyini, yəni evə necə daxil olduğunu, əşyaları götürdüyü yeri əyani şəkildə göstərmişdir. Həmin evdən oğurladığı “Samsung” markalı noteboku və bir ədəd səsgücləndiricini polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işi materiallarında olan cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 11 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:10-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 13 aprel 2020-ci il tarixli, 4 (060)-75/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində istintaq müddətinin sonuna kimi, yəni 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Həbs etmə müddətinin əvvəli 11 aprel 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 15 aprel 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 01 ədəd üzərində “Samsung R-540, jan, 2011, made in China” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş, gövdəsi qara rəngli səsgücləndiriciyə ünvan 3-da yaşayan Zərərçəkmiş şəxs1 əri Şahid1 iştirakı ilə baxış keçirilmiş, Şahid1 “Samsung” markalı, “R-540” modeeli veb kameralı notbookun və “İntex,İT 400” markalı səsgücləndiricinin ona məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar idarəsindən daxil olmuş 11.04.2020-ci il tarixli, 011-3976-1220 saylı məktubdan görünür ki, aparılmış müqayisəli molekulyar –genetik tədqiqat nəticəsində müəyyən edilmişdir ki, fakt üzrə ünvan 3 ünvanından götürülmüş 01 ədəd şüşə butulka üzərində olan tüpürcək nümunələri Təqsirləndirilən şəxs2 məxsusdur. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında 26 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 24, mənzil 22-yə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 stolun üzərində qoyulmuş “Casper” markalı noutbookun oğurlandığını bildirmişdir. Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 57 nömrəli evin qarşısında hadisə yerinə baxış keçirilmiiş, baxış zamanı Zərərçəkmiş şəxs3 naməlum şəxsin ona məxsus və yaşadığı evin qarşısında saxlamış olduğu “Mercedes” markalı, **- VX-*** nömrə nişanlı avtomaşının arxa sol yan şüşəsini sındıraraq arxa oturacağın üzərindən içərisində iki ədəd “Toshiba” və “Lenovo” markalı, noutbook kompyuterləri və 4 ədəd flaş kart olan çantanın oğurlandığını bildirmişdir. Cinayət işi materiallarında olan 20 aprel 2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:40 radələrində Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Həbs etmənin əvvəli 20 aprel 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 22 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 fevral 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28.08.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Bakı ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2015-ci il tarixli, 1 (101)-365/2015 saylı qərarının surətindən və Qaradağ rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli və 04 yanvar 2019-cu il tarixli qərarının surətindən, görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib 06 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin 24.01.2018-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.02.2015-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.3.3 və 326.2-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə tövsif edilmiş və 05 il 03 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qaradağ rayon məhkəməsinin 04.01.2019-cu il tarixli qərarı ilə 11 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 08.01.2020-ci ildə cəzanı çəkib qurtarmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-64/2020 saylı, 19.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2020-ci il tarixdən hesablanmışdır.Həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Hüsey oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini 09 iyul 2019-cu və 27 iyul 2019-cu il tarixlərində törətmişdir.Hazırki cinayət işi üzrə isə iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs1 tərəfindən CM-nin 177.2.1 və 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri 2020-ci ilin aprel ayının 1 və 12-də törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işi materiallarında olan götürmə haqqında 14 may 2020-ci il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi bir ədəd üzərində qaşlar olan üzyü və ikiqat nazik bilərzik müstəntiq tərəfindən götürülmüş, Vüsal Dudusoy həmin əşyaların qızıl olmasını və onları 02 aprel 2020-ci il tarixdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 almışdır. Cinayət işi materiallarında olan 09.06.2020-ci il tarixli qəbzdən görünür ki, Şahid1 Paşayev Fərman Elbrus oğlundan aşkar edilərək götürülmüş “Samsung” markalı, “R- 540” modelli veb kameralı nootbuk, bir ədəd “İntex” markalı, İT 400” modelli səsgücləndiricini təhvil almışdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 13 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və elan olunmuş ittihamın məzmununa əlavə dəyişiklik edilməklə ona yenidən yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus bioloji mənşəli materialların aşkar oldunduğu butulka maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təqdim edilmişdir. Cinayət işi üzrə bir ədəd “Samsung” markalı,”R-540” modelli veb kameralı noutbook, bir ədəd “İntex” markalı, İT 400 modelli səsgücləndirici, 01 ədəd 5,61 qram kütləli üzük və 1,78 qram kütləli qobaq maddi sübut kimi tanınmış və saxlanılması Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 30.07.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respubğlikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər X5 ğlu və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qstimkan tədbirir dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası İXM-nin 18.3-cü maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi mövcuddur. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun oğlunun törətdikləri cinayət əməlləri özlərinin ifadələri, zərərçəkmiş və şahidin ifadəsi, baxış istintaq hərəkətləri, ekspertiza rəyi, maddi sübut və cinayət işinə əlavə edilmiş digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nın 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Cəzasını ağırlaşdıran hal Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Azərbaycan Respulikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasıdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs2 əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmasını, məhkumluğu ödənilməmiş yenidən oğurluq cinayəti törətməsi sonuncunun islah olunmadığını göstərir və bu səbəbdən də Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 11 aprel 2020-ci il tarixindən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır Təqsirləndirilən şəxs1 oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkumluğu olduğu halda yenidən oğurluq cinayəti törətməsi, onun əməlində residivin olması, sonuncunun islah olunmadığını göstərir və bu səbəbdən də ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 20 aprel 2020-ci il tarixindən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Sumqayıt şəhər Məhkəməsinin 19.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ona təyin ediləcək cəzaya qismən toplanmalı və üzərində qəti cəza təyin edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 165 (yüz altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Təqsirləndirilən şəxs2 məxsus bioloji mənşəli materialların aşkar olunduğu maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təqdim edilmişdir.butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Paşayev Fərman Elbrus oğlundan aşkar edilərək götürülmüş “Samsung” markalı, “R-540” modelli veb kameralı nootbuk, bir ədəd “İntex” markalı, İT 400” modelli səsgücləndirici, X1 götürülmüş 01 ədəd 5,61 qram kütləli üzük və 1,78 qram kütləli qolbaq maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.06.2020-ci il tarixli (iş № 1(060)-334/2020) qərarını icra edərək, 09 iyul 2020-ci il tarixli 710 və 707 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1 Kərim qızını və Müdafiəçi2 onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 Kərim qızı və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün hər ğiri 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə hər bir vəkil üçün ayrılıqda 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11.04.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 19.06.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay cəzası hazırkı cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20.04.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 oğlundan birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs2 məxsus bioloji mənşəli materialların aşkar olunduğu maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təqdim edilmişdir.butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Paşayev Fərman Elbrus oğlundan aşkar edilərək götürülmüş “Samsung” markalı, “R-540” modelli veb kameralı nootbuk, bir ədəd “İntex” markalı, İT 400” modelli səsgücləndirici, X1 götürülmüş 01 ədəd 5,61 qram kütləli üzük və 1,78 qram kütləli qolbaq maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Kərim qızının və Müdafiəçi2 hər birinin göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə hər bir vəkilə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-29/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-29/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver