Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-29/2022 30.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə saat 01 radələrində özgə əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs10 məxsus Sumqayıt şəhəri, Corat bağlarında yerləşən fərdi yaşayış evinin hasarından keçərək evin plastik pəncərəsini sıxıb açma yolu ilə evə qanunsuz daxil olaraq evdən 1 ədəd 30 (otuz) manat dəyərində Total markalı laqonda, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan Bosch markalı böyük preparator, 1 ədəd 80 (səksən) manat dəyərində olan Bosch markalı preparator, 1 ədəd 50 manat dəyərində drel, 1 ədəd 250 manat dəyərində lazer aparatı, 1 topu 45 manat dəyərində olan 4 top elektrik naqilləri, divarın içərisi ilə çəkilmiş 1 metri 50 qəpik olan 1100 metr uzunluğunda 2.5 ölçüçü elektrik kabeli, 1 metri 1 manat olan 100 metr uzunluğunda antena kabeli, 180 manat dəyərində su motoru, 01 ədəd 35 (otuz beş) manat dəyərində boru ütüsü, ümumilikdə təxminən 1600 manat dəyərində müxtəlif hamam aksesuarlarını gizli talayaraq, Zərərçəkmiş şəxs10 ümumilikdə 3305(üç min üç yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə vahid qəsdlə 31.01.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs18 məxsus yeni inşa edilən fərdi evin hasarından aşma yolu ilə həyətə daxil olub, evin 1-ci mərtəbəsinin pəncərəsini sıxıb açmaqla içəriyə qanunsuz daxil olaraq 2 mərtəbəli evin divarlarına quraşdırılmış cəmi 2300 (iki min üç yüz) manat dəyərində uzunluğu təxminən 600 metr olan 2,5 mm, 4 mm, 6 mm diametrli elektrik naqillərini kəsib, evin 1-ci mərtəbəsinin qonaq otağında yerdə olan birinin ümumilikdə 270 (iki yüz yetmiş beş) manat dəyərində, hər birinin uzunluğu 100 metr olan 200 metr uzunluğunda 4 mm diametrli Türkiyə istehsallı 02 topa elektrik naqillərini, 1ci mərtəbənin dəhlizində pilləkənin altından 500 (beş yüz) manat dəyərində quyu üçün nəzərdə tutulmuş Türkiyə istehsalı olan 01 ədəd su mühərrikini (motorunu), 30 (otuz) manat dəyərində Türkiyə istehsalı olan 01 ədəd qaynaq ütüsünü, bir ədədi 8 (səkkiz) manat olan, 19 ədəd 152 (bir yüz əlli iki) manat dəyərində Türkiyə istehsalı olan vintilləri, bir ədədi 50 (əlli) qəpik olan, 80 ədəd 40 (qırx) manat dəyərində Türkiyə istehsallı «Firat» markalı muftaları, bir ədədi 50 (əlli) qəpik olan, 80 ədəd 40 (qırx) manat dəyərində Türkiyə istehsallı «Firat» markalı uqolnikləri, bir ədədi 50 (əlli) qəpik olan, 20 ədəd 10 (on) manat dəyərində Türkiyə istehsallı «Firat» markalı su mühərriki üçün nəzərdə tutulmuş troynikləri, həmin evdə təmir işləri aparan ustalar Zərərçəkmiş şəxs16 məxsus 175 (bir yüz yetmiş beş) manat dəyərində «Bosh» markalı pereferatoru, 55 (əlli beş) manat dəyərində «Bosh» markalı laqondanı, Zərərçəkmiş şəxs15 məxsus 120 (bir yüz iyirmi) manat dəyərində olan 01 ədəd «Bosh» markalı laqondanı, 20 (iyirmi) manat dəyərində olan 01 ədəd dreli, 20 (iyirmi) manat dəyərində 35 metr uzunluğunda olan eletrik uzadıcısını, Zərərçəkmiş şəxs17 məxsus 120 (bir yüz iyirmi) manat dəyərində olan 01 ədəd «İnterskol» markalı laqondanı, 175 (bir yüz yetmiş beş) manat dəyərində olan 01 ədəd «Bosh» markalı pereferatoru, 60 (altmış) manat dəyərində olan 01 ədəd «İnterskol» markalı dreli və 35 (otuz beş) manat dəyərində olan 45 metr uzunluğunda olan elektrik uzadıcısını gizli talayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18 3302 (üç min üç yüz iki) manat, Zərərçəkmiş şəxs16 230 (iki yüz otuz) manat, Zərərçəkmiş şəxs15 160 (bir yüz altmış) manat, Zərərçəkmiş şəxs17 390 (üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 02.02.2021-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs8 məxsus Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən 2030 nömrəli bağ evinin həyətinə hasardan aşma yolu ilə daxil olub evin arxa tərəfində yerləşən əl damına həmin əl damının pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə qırıb oraya qanunsuz daxil olaraq əl damından bir ədəd qiyməti və modeli bilinməyən qaynaq aparatını, bir ədəd qiyməti və modeli bilinməyən elekrtik mişarını, bir ədəd «Bosch CH 2-26 RE» yazıları olan 90 (doxsan) manat dəyərində olan preparatoru, bir ədəd «ZUBR D-5** GP *** BT» yazıları olan 20 (iyirmi) manat dəyərində olan dreli, bir ədəd qiyməti və modeli bilinməyən su motorunu, bir ədəd qiyməti və modeli bilinməyən lazer aparatını və səkkiz top işıq naqillərini oğurlayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə vahid niyyətlə 02.02.2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən yeni tikilmiş fərdi evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin giriş qapısının açıq olmasından istifadə edərək oradan evə daxil olub evin divarlarına çəkilmiş və həyətdə torpağa basdırılmış 320 (üç yüz iyirmi) manat dəyərində olan 1x4 ölçülü, hər bağlamada 100 metr olmaqla 8 bağlama elektrik naqilini, 120 (yüz iyirmi) manat dəyərində 1x2,5 ölçülü, hər bağlamada 100 metr olmaqla 6 bağlama elektrik naqilini, evin otağından həmin evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 60 (altmış) manat dəyərində «Total» markalı laqondanı, 01 ədəd 287 (iki yüz səksən yeddi) manat dəyərində «Bosch» markalı perefaratoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1584 (min beş yüz səksən dörd) manat dəyərində, Zərərçəkmiş şəxs5 isə ümumilikdə 347 (üç yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 07.02.2021-ci il tarixdə saat 01:30 radələrində Sumqayıt şəhəri, 20-ci mikrorayon, Göygöl küçəsində yerləşən X9 məxsus yaşayış evinin hasarından keçərək təmir işləri aparılan evin giriş qapıının olmamasından istifadə edərək evə qanunsuz daxil olub oradan sonuncunun bacısı Zərərçəkmiş şəxs13 məxsus istifadədə olmuş 120 (yüz iyirmi) manat dəyərində 4-lük elektrik naqilini, 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində 2020-ci il Almaniya istehsalı olan «Bosch» markalı laqondanı, 01 ədəd 10 (on) manat dəyərində istifadədə olmuş vəziyyətdə 2017-ci il Çin istehsalı olan «krakodil» adlanan təmir açarını, 01 ədəd 130 (yüz otuz) manat dəyərində 2020-ci il Almaniya istehsallı «Bosch» markalı lobziki, 30 metr 15 (on beş) manat dəyərində istifadədə olmuş vəziyyətdə qaynaq aparatının 6-lıq naqilini, 01 ədəd 100 (yüz) manat dəyərində istifadədə olmuş, Almaniya istehsallı, «Bosch» markalı prefaratoru, 01 ədəd 120 (yüz iyirmi) manat dəyərində istifadədə olmuş, normal vəziyyətdə Almaniya istehsallı, «Bosch» markalı, üzərində «GBH 2-26 DRE PROFESSİONAL» yazıları olan prefaratoru, 01 ədəd 40 (qırx) manat dəyərində istifadədə olmuş üzərində Türkiyə istehsalı, «Candan» markalı, «CM-01» yazıları olan (aksessuarları və qutusu ilə birlikdə) qaynaq ütüsünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 785 (yeddi yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 10.02.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən yeni tikilmiş fərdi evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin plastik pəncərəsini sıxıb açmaqla oradan evə daxil olub rezin boruların içərisində divara quraşdırılmış 800 metr üzunluğundakı elektrik naqillərini, 01 dəst təzə hamam aksesuarlarını, alçipin aksesuarlarını, 01 ədəd laqondanı, 01 ədəd elektrik direlini, içərisində elektrik avtomatları olan 02 ədəd plasmas şitləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 2294,50 (iki min iki yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 11.02.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən üç mərtəbəli evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki plastik pəncərəni sıxıb açmaqla oradan evə daxil olub evin bütün mərtəbələrində yerləşən otaqlara və evin divarlarına çəkilmiş 1 metri 0,70 manat olan 14 top ümumilikdə 980 (doqquz yüz səksən) manat dəyərində 1400 metr uzunluğunda elektrik naqilini, 1 metri 0,50 manat olan 10 top 500 (beş yüz) manat dəyərində 4000 metr uzunluğunda elektrik naqilini, 1 metri 1,70 manat dəyərində 10x4-lük 170 manat (yüz yetmiş) manat dəyərində 7 top 100 metr uzunluğunda elektrik kabelini və 1 metri 0,40 manat olan ümumilikdə 40 (qırx) manat dəyərində 100 metr uzunluğunda çilçıraq kabelini söküb gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1690 (bir min altı yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 15.02.2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs19 məxsus yaşayış evinin hasarından keçərək həyətə daxil olub evin plastik pəncərəsini sıxıb açmaqla evə qanunsuz daxil olaraq divarlara bərkidilmiş 1200 (min iki yüz) manat dəyərində 1500 metr uzunluğunda 4-lük miss naqilləri, 2500 (iki min beş yüz) manat dəyərində olan kamera sistemini, 1400 (min dörd yüz) manat dəyərnidə olan darvaza matorunu, 4500 manat dəyərində olan jalyuz və onun matorunu, 1500 manat dəyərində olan təmir alətlərini və 1000 manat dəyərində olan razetka və işıq yandıranları gizli yolla talayaraq Zərərçəkmiş şəxs19 ümumilikdə 12100 (on iki min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 15.02.2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi, 2-ci döngədə yerləşən 2 saylı bağ evinin bağları yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs9 məxsus yaşayış evinin hasarından keçərək evin plastik pəncərəsini sıxıb açma yolu ilə evə qanunsuz daxil olub evin həyətində olan kabelləri ilə birlikdə ümumilikdə 3500 (üç min beş yüz) manat dəyərində 16 ədəd “H-Vision” markalı kameraları, evin giriş darvazasının 1750 (min yeddi yüz əlli) manat dəyərində olan elektron motorunu, hasara quraşdıırılmış 410 (dörd yüz on) manat dəyərindəki kartla olan domofonu, evin birinci mərtəbəsində 500 (beş yüz) manat dəyərində elektron jalüz qarajın motorunu və beynini, divarlara, asma tavanlara bərkidilmiş ümumilikdə evin təmiri zamanı 25 top 2.5 ölüçülü bir topu 55 manat olan, ümumilikdə 1375 (min üç yüz yetmiş beş) manat dəyərində elektrik kabelini, 25 top 4 ölçülü bir topu 78 manat olan ümumilikdə 1950 (min doqquz yüz əlli) manat dəyərində elektrik kabelini, 40 top 6 ölçülü bir topu 90 manat olan ümumilikdə 3600 (üç min altı yüz) manat dəyərində elektrik kabelini, həyətə, çardağa, qış bağçasına və mərtəbə girişləri üçün 200 metr bir metrinin qiyməti 35 manat olan 16 ölçülü ümumilikdə 7000 (yeddi min) manat dəyərində elektrik kabellərini, evdə olan 2500 (iki min beş yüz) manat dəyərində 250 ədəd işıq qoruyucularını və cərəyan yerləri, evə quraşdırılmış 7500 (yeddi min beş yüz) manat dəyərində “Ağıllı ev” sisteminin ümumi blokunu, 2200 (iki min iki yüz) manat dəyərində 2 ədəd 120 kv həcmində 3 faza işıq stabilizatorunun ümumilikdə idarə edici motoru, 1 ədəd sarğısı, 1 ədəd dolaqı, perekisnoy beyni və üzərində olan 3 ədəd ampervoltmetri, 3 ədəd 25-lik giriş xəttləri, 160 amperlik qoruyucuları, evin birinci mərtəbəsində olan hövuz, sauna, hovuz şəlaləsi və 3 ədəd kombi üçün 1800 manat dəyərində releləri, evin üçüncü mərtəbəsində olan 2800 (iki min səkkiz yüz) manat dəyərində 120 kv/m ölçülü Bosch markalı və dördüncü mərtəbəsində olan 2200 (iki min iki yüz) manat dəyərində 100 kv/m ölçülü Bosch markalı kondisionerlərin sprit hisssəsini, ümumilikdə 1895 (min səkkiz yüz doxsan beş) manat dəyərində 4 ədəd preparatoru, 1 ədəd 105,00 (yüz beş) manat dəyərnidə “Kzubr” markalı qaynaq aparatını, 8 ədəd müxtəlif ölçülü laqondanı, 2 ədəd boru ütüsünü, müxtəlif ölçüdə kəlbətinlər, otvyorkaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs9 41085 (qırx bir min səksən beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 17.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Corat qəsəbəsi, F.Əmirov küçəsində yerləşən Zərərçəkmiş şəxs12 məxsus yaşayış evinin hasarından keçərək evin pəncərəsini açıb evə qanunsuz daxil olaraq oradan 480 (dörd yüz səksən) manat dəyərində 1200 metr üzərində «İdeal Cablo» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan, miss tərkibli, 1x2,5 mm2 diametrli elektrik naqilini, 1260 (min iki yüz altmış) manat dəyərində 1400 metr üzərində «Prysmian H07V-K» yazıları olan, üzəri qırmızırəngli izoliasiyalı olan və markalanmasına dair heç bir məlumat olmayan, üzəri göy rəngli izoliasiyalı olan mis tərkibli, 4 mm2 diametrli elektrik naqilini, 21 (iyirmi bir) manat dəyərində 5 ədəd üzərində «Legrand C20» yazıları olanelektrik açarını, 70,40 (yetmiş manat qırx qəpik) manat dəyərində 11 ədəd üzərində «Legrand B20» yazıları olan elektrik açarını, 25,60 (iyirmi beş manat altmış qəpik) manat dəyərində 4 ədəd üzərində «Legrand B16» yazıları olan elektrik açarını, 450 (dörd yüz əlli) manat dəyərində 6 diametrli 500 metr elektrik naqilini, 7 ədəd ümumilikdə 70 (yetmiş) manat dəyərində təzə led lampaları, 02 ədəd 160 (yüz altmış) manat dəyərində üç fazalı elektrik avtomatlarını və 10 ədəd 50 (əlli) manat dəyərində 1 fazalı elektrik avtomatlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 2587 (iki min beş yüz səksən yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 19.02.2021-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Füzuli küçəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış evinin həyət qapısının piltəsindən çıxaraq həyətə keçib evin sağ küncündəki nəfəsliyi itələyib açaraq evə qanunsuz daxil olub birinci mərtəbədəki otaqdan 150 metr uzunluqda 2x5, 4x5 və 6 ölçüdə mis naqilləri, müşahidə kamerasının yaddaş qurğusunu və qarajdan 50 metr uzunluğunda olan mis naqili gizli yolla talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 720 (yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 01.03.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən C2053 nömrəli evin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki plastik pəncərənin dəmir barmaqlığını yerindən çıxarıb pəncərəni sıxıb açmaqla oradan evə daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində 7 litr həcmli, qədimi mis samovarı, 01 ədəd 250 manat dəyərində «Kia Cerato» markalı maşın üçün olan təzə disk-təkəri, 425 manat dəyərində 01 top 3 fazalı elektrik naqili və 25 manat dəyərində 10 metr uzunluğunda 2x2 elektrik naqilləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 02.03.2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən X10 məxsus «Vüsal» marketin plastik qapısının dəmir barmaqlığının 02 ədəd qıfılını özü ilə gətirdiyi dəmirkəsən qayçı ilə kəsərək obyektə qanunsuz daxil olub orada olan Zərərçəkmiş şəxs6 MMC-nin şəxsi mülkiyyəti olan 00534 saylı «Milliön» ödəmə terminalının inkasassiya qapısının daxili kilidini də həmin qayçı ilə kəsərək ödəmə aparatının içərisində quraşdırılmış saxlanc yeri hesab edilən və içərisində 2573 (iki min beş yüz yetmiş üç) manat pul olan 300 (üç yüz) manat dəyərində pul kasetini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-yə 2873 (iki min beş yüz yetmiş üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 02.03.2021-ci il tarixdə saat 05:00 radələrində Sumqayıt şəhəri, 21-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus yeni tikilən yaşayış evinin hasarından keçərək həyətə daxil olub oradan 150 (yüz əlli) manat dəyərində 50 metr üzərində «Maktel NYAF H05VV-F» yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, miss tərkibli, 2x10 mm2 diametrli elektrik naqilini, 100 (yüz) manat dəyərində 200 metr üzərində «Prysmian H07V-K» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan, mis tərkibli, 4 mm2 diametrli elektrik naqilini, 5 ədəd 12,50 (on iki manat əlli qəpik) manat dəyərində üzərində «Siemens C25» yazıları olan elektrik açarını, 5 ədəd 12,50 (on iki manat əlli qəpik) manat dəyərində üzərində «Siemens B25» yazıları olan elektrik açarını, 02 ədəd 5 (beş) manat dəyərində 32 amper həcmli «Siemens» markalı elektrik avtomatlarını, 240 (iki yüz qırx) manat dəyərində 30 ədəd elektrik qovşağını (razetka), 01 ədəd 100 (yüz) manat dəyərində direli gizli yolla talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 09.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində evlərin divarlarındakı qutuya quraşdırılmış Sumqayıt Telekommunikasiya Qovşağına məxsus KQ-nın 70 metr uzunluğunda 112 (yüz on iki) manat dəyərində TPP 10x2x0,04 markalı paylayıcı kabeli gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekommunikasiya Qovşağına 112 (yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir və əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşamışdır. O, işləmədiyi üçün maddi problemləri olmuş və buna görə də oğurluq etmək qərarına gəlmişdir. 07.01.2021-ci il tarixdə təxminən saat 01 radələrində o, Sumqayıt şəhəri Corat bağları massivində piyada gəzərkən evin işıqları yanmayan, üzəri qızılı rəngli boya ilə işlənmiş tünd qəhvəyi rəngli darvazası olan fərdi evin hasarından həyətyanı sahəyə keçmişdir. Daha sonra o, evin birinci mərtəbəsinin plastik pəncərəsini sıxıb açma yolu ilə evə girmişdir. O, evdə divarlara çəkilmiş elektrik naqillərini divardalardan söküb çıxartmış, eyni zamanda yerdə olan 4 top elektrik naqillərini, 1 topa antena naqillərini, 1 ədəd üzərində “Total” sözləri yazılmış laqonda, 1 ədəd üzərində “Bosch” sözləri yazılmış preparator, bir ədəd üzərində olan yazısı pozulmuş yekə preparator, 1 ədəd markasını xatırlamadığı drel, 1 ədəd markasını xatırlamadığı lazer aparatı, 1 ədəd markasını xatırlamadığı su motoru, 1 ədəd boru ütüsü və hamamın içərisində olan müxtəlif hamam aksesuarlarını oğurlayıb həmin evdən çıxmışdır. O, oğurladığı əşyaları yaşadığı evə aparmışdır. O, oğurladığı elektirk naqillərini yandırıraq əritmiş, oğurladığı su motoru, lazer aparatını, hamam aksesuarlarını, dreli tanımadığı şəxsə 100 manata satmışdır. Digər əşyaları isə evdə gizlətmişdir. Həmin əşyaları da 1-ci polis bölməsinə təqdim etmişdir.O, qeyd etdiyi hadisəni tək törətmiş, heç kəslə əlbir olmamışdır. 31.01.2021-ci il tarixdə gecə saat 02 radələrində o, evdən çıxaraq, yaşadığı qəsəbədə gəzişib oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Həmin vaxt onun rastına yeni inşa edilmiş fərdi ev çıxmışdır. O, ətrafa baxıb heç kimin olmamasına tam əmin olduqdan sonra evin hasarına dırmaşıb evin həyətinə və evə baxmışdır. Evin işıqları sönülü olmuş və həyətində də heç kim olmamışdır. O, hasarı aşaraq evin həyətinə düşmüşdür. Sonra isə evin 1-ci mərtəbəsini əli ilə sıxıb açaraq evə daxil olub fərdi evdə divarlara çəkilmiş elektrik naqillərini kəsib götürmüş, daha sonra evin qonaq otağında yerdə olan 02 ədəd topa elektrik naqillərini, evin dəhlizindən pilləkənin altında olan su mühərrikini (motorunu), qaynaq ütünü, sayını dəqiq bilmədiyi vintilləri, muftaları, uqolnikləri, su üçün nəzərdə tutulmuş troynikləri, 03 ədəd laqondanı, 02 ədəd pereferatoru, 02 ədəd dreli, 02 ədəd elektrik elektrik uzadıcını oğurlayaraq həmin evdən çıxmışdır. Bir neçə gündən sonra həmin evdən oğurladığı elektrik naqillərini əridib aparıb satmışdır. Su motoronu, təmir alətlərini və uzadıcılardan birini Sumqayıt şəhəri Kolxoz bazarının yanında yoldan keçən tanımadığı şəxsə təxminən 50-60 manata satmışdır. Həmin şəxs onların oğurluq yolu ilə əldə etdiyini bilməmiş, ona demişdir ki, həmin əşyalar ona məxsusdur, pula ehtiyacı olduğu üçün ucuz qiymətə satır. O, da ona inanıb həmin əşyaları ondan almışdır. Əldə etdiyi pulları özünə sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Həmin cinayəti özü tək törətmiş, ona kömək edən olmamışdır. 02.02.2021-ci il tarixdə saat 04 radələrində o, evdən çıxıb Corat bağları yaşayış massivinə gəlmişdir. Orada gəzişərkən yeni tikilən fərdi ev diqqətini cəlb etmişdir. O, həmin evin hasarının üstünə çıxıb həyətə tullanmışdır. Evin arxasında olan əl damına yaxınlaşmışdır. Həmin əl damının birinci pəncərəsinin dəmir barmaqlıqlarını yerdən tapıdığı dəmir parçası ilə sındırıb yerə tullamışdır. Sonra plastik pəncərənin şüşəsini sındırıb içəriyə daxil olmuşdur. Oradan bir ədəd qaynaq aparatını, bir ədəd elektrik mişarını, bir ədəd preparatoru, bir ədəd dreli, bir ədəd su motorunu, bir ədəd lazer aparatını, səkkiz top işıq naqillərini götürüb özü ilə gətirdiyi əl arabasına yığıb oradan uzaqlaşmışdır. Sonra yaşadığı evə gəlmişdir. Səhərisi gün oğurladığı naqilləri küçədə yandırıb əritmidir. Sonra həmin əridilmiş mis naqilləri, qaynaq aparatını, elektrik mişarını, su motorunu və lazer aparatını Sumqayıt şəhərindəki ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 180 manata satmışdır. Sonradan polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə o, oğurladığı preparatoru və dreli polis əməkdaşlarına təqdim etmişdir. O, oğurluq edərkən onu heç kəs görməmişdir. O, oğurluq edərkən ona heç kəs köməklik etməmişdir. O, oğurladığı əşyaları satarkən həmin şəxsə əşyaların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin şəxs də ona inanaraq həmin əşyaları ondan almışdır. 02.02.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində o, Sumqayıt şəhəri, Corat bağları yaşayış massivinə gəlmişdir. O, orada təmir işləri davam edən bir evin olduğunu görmüşdür. O, evdə yaşayış olmadığını və ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan keçərək evin həyətinə daxil olmuşdur. O, evin giriş qapısına yaxınlaşmış. Qapının qıfılı olmamış və qapı açıq vəziyyətə olmuşdur. O, bundan istifadə edərək qapını açıb içəri daxil olmuşdur. O, əlindəki alışqanın fənəri ilə ətrafa baxıb qiymətli əşya axtarmağa başlamışdır. O, evin hər iki mərtəbəsində divarlara çəkilmiş bütün elektrik naqillərini və elektrik avtomatlarını sökərək özü ilə gətirdiyi böyük ölçülü paketə yığmışdır. Daha sonra otaqlara baxanda orada 01 ədəd laqonda və 01 ədəd prefarator da olduğunu görmüşdür. O, onları da götürüb evi tərk etmişdir. O, oğurluqdan bir neçə gün sonra oğurladığı laqonda və prefaratoru Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 30 manata satmış və həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Kabelləri isə yandıraraq içərisindəki mis metalını çıxarmış və həmin şəxsə 10 manata satmışdır. Oğurladığı elektrik avtomatları isə özündə olmuşdur. Onları isə 1-ci PB-də olarkən polis əməkdaşlarına təqdim etmişdir. O, həmin ünvandan oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. O, qeyd etdiyi ünvandan oğurluq edərkən və həmin ünvandan çıxarkən evdə və həmin küçədə heç kim olmamışdır, yəni oğurluq vaxtı və oğurluqdan sonra onu heç kim görməmişdir. O, naqilləri və qeyd etdiyi əşyaları satarkən onların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, əşyaların oğurluq olduğunu həmin şəxsə bildirməmişdir. 06.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixə keçən gecə saat 01:30 radələrində Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində piyada gəzən zaman Göygöl küçəsində yerləşən yeni inşa edilən fərdi evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin fərdi evin hasarından aşaraq həyətinə daxil olmuşdur. Evin qapısı olmadığı üçün o, əvvəlcə evə daxil olmuş, evin birinci və ikinci mərtəbələrində divara çəkilmiş ekektrik naqillərini divardan qopardaraq çıxardıb götürmüş, həmçinin evin həyətində olan qarajın jalüzdən olan qapısını yuxarı qaldırıb aralayaraq içəri daxil olmuş və orada olan laqonda, qaynaq ütü aparatı, iki ədəd perefarator və xatırlamadığı bir neçə təmir alətlərini oğurlayaraq evin hasarından aşıb oranı tərk etmişdir. Həmin oğurladığı elektrik naqillərini yandıraraq əritmiş və təmir alətlərini ilə birlikdə “Daş bazarı”nın yanında tanımadığı şəxsə 60 manat satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərləmişdir. Oğurladığı təmir alətlərindən bir neçəsini isə polis əməkdaşları tərəfindən tutulduqdan sonra Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşların təqdim etmişdir. 10.02.2021-ci il tarixdə saat 02 radələrində o, Sumqayıt şəhəri, Corat bağları ərazisində bir evdə yaşayış olmadığını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O, hasardan keçib həyətə daxil olmuşdur. O, evin pəncərəsini sıxıb açmış və oradan evə daxil olmuşdur. O, divarlarda olan elektrik naqillərini çəkib çıxarmışdır. Sonra həmin naqilləri oradan götürdüyü torbaya yığmış və evə girdiyi yerdən oranı tərk edib getmişdir. O, oğurladığı naqilləri gətirib həyətlərindəki tikiliyə yığmışdır. Sonra o, həmin naqilləri yandırıb içərisindəki mis materialı çıxarmışdır. Həmin misin çəkisi təxminən 4-5 kq olmuşdur. O, həmin misi xatırlamadığı metal qəbulu məntəqəsində kilosunu 10 manat satmışdır. Ev sahibi Zərərçəkmiş şəxs4 izahatında ona məxsus evdən 800 metrlik elektrik naqili, 01 komplekt təzə hamam aksesuarları, alçipan aksesuarları, 01 ədəd laqonda, 01 ədəd direl, 02 ədəd içərisində elektrik avtomatları olan plasmas şitlər oğurlandığını göstərsə də o, qeyd etdiyi ünvandan ancaq elektrik naqilləri oğurlamışdır. Adları qeyd edilən digər əşyaları isə o, oğurlamamışdır. O, həmin ünvandan oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. O, qeyd etdiyi ünvandan oğurluq edərkən və həmin ünvandan çıxarkən evdə və həmin küçədə heç kim olmamış, yəni oğurluq vaxtı və oğurluqdan sonra onu heç kim görməmişdir. O, naqilləri satarkən naqillərin özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, naqillərin oğurluq olduğunu həmin şəxsə bildirməmişdir. 11.02.2021-ci il tarixdə təxminən saat 02:00 radələrində o, Sumqayıt şəhəri, Corat bağları ərazisində gəzib oğuluq etmək üçün ev axtarmışdır. Küçələrdən birində dörd mərtəbəli tikintisi tamamlanmamış həyət evinin olduğunu görmüşdür. O, ətrafda heç kimin olmadığını, eləcədə evdə yaşayış olmadığını bilib həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, hasardan keçərək həyətə daxil olmuşdur. Sonra o, evin birinci mərtəbəsinin plastik pəncərəsini sıxıb açmış və oradan evə daxil olmuşdur. O, evdə təmir getdiyini və qiymətli bir şey olmadığını görmüşdür. Lakin o, evdə çoxlu elektrik naqillərinin olduğunu görmüşdür. O, həmin naqilləri oğurlamaq qərarına gəlmişdir. Buna görə də evin bütün otaqlarında və mərtəbələrindəki divarlarda və döşəmədə olan elektrik naqillərini söküb özü ilə gətirdiyi torbaya yığmışdır. O, oğurladığı naqilləri aparıb yaşadığı evin həyətindəki dağılmış vəziyyətdə olan iki mərtəbəli tikilinin birinci mərtəbəsinə yığmışdır. Ancaq oğurladığı naqilləri ailə üzvlərim görməmişdir. Bir gün sonra isə o, oğurladığı naqilləri səyyar metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə satmışdır. Lakin həmin naqillərin bir hissəsini yaşadığı evdə saxlamışdır. Həmin naqillərin 15 metri göy rəngli, 10 metr isə qırmızı rəngli olmuşdur. Onun polis bölməsində izahatı alınarkən o, həmin naqillərin evdə olduğunu demiş və polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. O, qeyd etdiyi ünvandan oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. O, qeyd etdiyi ünvandan oğurluq edərkən və həmin ünvandan çıxarkən həmin vaxt evdə və həmin küçədə heç kim olmamış, yəni oğurluq vaxtı və oğurluqdan sonra onu heç kim görməmişdir. O, naqilləri satarkən həmin şəxsə naqillərin özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, naqillərin oğurluq olduğunu həmin şəxsə bildirməmişdir. 15.02.2021-ci il tarixdə təxminən saat 01 radələrində o, oğurluq etmək qərarına gəlmiş və Sumqayıt şəhəri Corat bağları massivində piyada gəzən zaman gözü çox mərtəbəli bir evə sataşmışdır. O, həmin evdə təmir getdiyini və yaşayış olmadığını bilmişdir. O, həmin evin qonşusunun hasarından keçib evin ikinci mərtəbəsinin həyətinə keçmişdir. Həyətdə kameralar olduğu üçün o, kameraların kabelini kəsmişdir. O, həmin evin pəncərəsini sıxıb açma yolu ilə evə daxil olmuşdur. Evin ikinci mərtəbəsindən birinci mərtəbəsinə düşmüşdür. O, qarajın jalüz qapısını açmış, daha sonra jalüz qapının motorunun kabelini də kəsmişdir. Bundan sonra o, evin bütün mərtəbələrində olan divara, tavana çəkilmiş bütün kabelləri dartıb çıxartmışdır. Eyni zamanda o, evin birinci mərtəbəsində olan qazanxana «kotelniy» otağında olan generatorun müxtəlif ehtiyyat hissələrini də qırıb çıxartmış və həmin otaqda olan təxminən 50 ədəd işıq avtomatlarını da çıxartmışdır. Bundan başqa o, evdən müxtəlif təmir alətləri olan, yəni, 1 ədəd markasını xatırlamadığı preparator, 2 ədəd markasını xatırlamadığı laqonda, 1 ədəd markasını xatırlamadığı drel, üzərində “Kzubr” sözləri yazılmış qaynaq aparatı, 1 ədəd boru ütü aparatı, 1 ədəd korobkanın içərisidə açar, kəlbətin dəsti və 1 ədəd mismar vurmaq üçün hava vuran aparatı da götürmüşdür. O, evdən çıxartdığı əşyaları evin həyətində olan yük arabasına yığıb evin arxa qapısını açıb 4-5 dəfəyə daşıyıb aparmışdır. O, oğurladığı elektirk naqillərini yandırıraq əritmiş və Sumqayıt şəhərində müxtəlif dəmir qəbulu məntəqəsinə satmışdır. Digər əşyaları isə tanımadığı şəxslərə ona pul ehtiyac olduqca müxtəlif qiymətlərə satmışdır. Üzərində “Kzubr” sözləri yazılmış qaynaq aparatını isə evdə gizlətmişdir. Həmin qaynaq aparatını 1-ci polis bölməsinə təqdim etmişdir. O, qeyd etdiyi hadisəni tək törətmiş, heç kəslə əlbir olmamışdır. O, qeyd etdiyi evdən oğurladığı əşyaların adlarını ifadəsində qeyd etmişdir. Zərərçəkmiş şəxsin qeyd etdiyi digər əşyaları o, oğurlamamışdır. O, həmin evə tək girmiş, ondan başqa həmin evə heç kəs girməmiş, O, tək həmin evdən 3-4 saat ərzində 4-5 dəfə olmaqla yük arabası ilə ifadəsində qeyd etdiyi əşyaları oğurlamışdır. Lakin o, onun evindən evin həyətində olan 16 ədəd “H-Vision” markalı kameraları, evin giriş darvazasının 1750 manata aldığı elektron motorunu, hasara quraşdıırılmış 410 manata adlığı kartla olan domofonu, evin birinci mərtəbəsibdə olan kotelniy otağından kameraların blokunu və kabellərini, evin birinci mərtəbəsində olan elektron jalüz qarajın motorunu və beynini, həyət, çardaq, qış bağçası və mərtəbə girişləri üçün 200 metr 16 ölçülü kabelləri, onu qeyd etdiyi qədər, yəni 250 ədəd işıq qoruyucuları, təxminən 250 ədəd divarlara quraşdırılmış ışıq “Vklyuçateli” və cərəyan yerlərini, bundan başqa evə quraşdırılmış “Ağıllı ev” sisteminin ümumi blokunu, basseyn, sauna, basseynin şəlaləsi və 3 ədəd kombilərin zaman relelərini, evin üçüncü mərtəbəsində olan 120 kv/m ölçülü Bosch markalı və dördüncü mərtəbəsində olan 100 kv/m ölçülü Bosch markalı kondisionerlərin sprit hissəsini, eyni zamanda onun qeyd etdiyi miqdarda təmir alətlərini oğurlamamışdır. O, həmin evdən nə oğurladığını ifadəsində qeyd etmişdir. Həmçinin generatordan hansı ehtiyyat hissələri qırıb çıxartdığını bilmir, lakin generatordan ehtiyyat hissələri çıxardıb yandırmışdır. Zərərçəkmiş şəxsin onun evinə girən 7 nəfərdən 2 nəfərini kamera görüntüsündə üzdən tanıması və həmin şəxslərin Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan, onun qonşuları Rüfət və Fuad qardaşları olduqları ilə bağlı fikrinə cavab olaraq bildirmişdir ki, O, onun həyətində kabelləri yandırmamışdır. O, onun evindən oğurladığı kabelləri dəniz kənarında heç kəs olmayan yerlərdə yandırmışdır. Eyni zamanda o, Rüfət və Fuad qardaşlarını qəsəbə sakini kimi tanıyır, lakin o, onlarla əlbir oğurluq etməmişdir. Həmin şəxslərin kamera görüntüsünə necə düşdükləri barədə heçnə deyə bilməz, ola bilsin ki, onlar həmin vaxt oradan keçiblər. O. oğurluğu tək etmişdir, heç kimlə əlbir olmamışdır. 14.02.2021-ci il tarixdə 23:30-da evdən çıxmış və gəzə gəzə 15.02.2021-ci il tarixdə saat 02 radələrində Səttar Əliyev küçəsində yerləşən və təmirdə olan evi görmüş və düşünmüşdür ki, oradan mis naqilləri oğurlasın. Bu məqsədlə evin hasarından aşaraq evin həyətinə daxil olmuş və ətrafa göz gəzdirmişdir. Heç kimin və nəzarət kamerasının olmadığına əmin olduqdan sonra evin plastik pəncərəsinin açıq olmasını görüb içəri daxil olmuşdur. Bundan sonra evə nəzər salmağa başlamış və divara bərkidilmiş mis naqilləri çıxarıb yumrulayıb bir kisəyə yığmış və evin çıxış qapısına gətirmişdir. Bundan sonra evə daxil olub yenidən evə göz gəzdirmiş və evin hamamından müxtəlif hamam aksessualarını, razetka və işıq yandıranları, laqonda, prefarator, drel və digər təmir alətlərini götürüb evin çıxış qapısında olan torbaya yığmışdır. Sonra onları hasardan aşırıb çıxarmış və piyada evlərinə tərəf getmişdir. Evin yaxınlığında olan kolluqda gizlədib evə getmişdir. Səhər açıqldıqdan sonra təmir alətlərini Corat qəsəbəsində tanımadığı şəxsə 150 manata, hamam aksessaurlarını və mis naqilləri ilə fərdi metal qəbul edən şəxsə 300 manata təhvil vermişdir. O, onların hər birinə əmlakın ona məxsus olduğunu və ehtiyac üzündən satmaq məcburiyyətində olduğunu demişdir. Hadisə 15.02.2021-ci il tarixdə saat 01 radələrində baş vermiş və yanında heç kim olmamışdır. O, həmin vaxt oradan divara bərkidilmiş mis naqilləri, evin hamamından müxtəlif hamam aksessualarını, razetka və işıq yandıranları, laqonda, prefarator, drel və digər təmir alətlərini götürmüşdür. Qalan əşyaları oğurlamamışdır. O, əmlakı tanımadığı şəxslərə satmış və əmlakın oğurluq olmadığını onlara bildirmişdir. 17.02.2021-ci il tarixdən 18.02.2021-ci il tarixə keçən gecə saat 02 radələrində Sumqayıt şəhəri Corat qəsbəsi ərazisində piyada gəzən zaman F.Əmirov küçəsində yerləşən yeni inşa edilən fərdi evdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin fərdi evin taxtadan olan giriş darvazasının bir hissəsini sındırıb həyətə daxil olmuşdur. Evin birinci mərtəbəsinin pəncərəsini sıxıb açaraq pəncərədən evə daxil olmuş və evə çəkilmiş ekektrik naqillərini divardan qopardaraq çıxarmış, həmçinin evin zirzəmisində olan 5 topa elektrik naqillərini, təxminən 7 ədəd led lampaları və bir neçə ədəd elektrik avtomatlarını oğurlayıb evi tərk etmişdir. Həmin oğurluğu etdikdən bir neçə gün sonra oğurladığı elektik naqillərini, led lampaları və elektrik avtomatlarını Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində “Şərq bazarı”nın yanında tanımadığı şəxsə 60 manat satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərləmişdir. Oğurladığı elektrik avtomatlarınından bir neçəsini isə tutulduqdan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşların təqdim etmişdir. 19.02.2021-ci il tarixdə saat 03 radələrində o, yaşadığı evdən çıxıb Təzə Corat qəsəbəsi ərazisinə getmiş ki, oradakı evlərdən birinə girib oğurluq etmişdir. O, həmin ərazidə gəzişərkən yeni tikilmiş yaşayış evi diqqətini cəlb etmişdir. O, qərara gəlmişdir ki, həmin evə girib oğurluq etsin. O, həmin evə yaxınlaşıb həyət qapısını piltəsindən çıxarıb evin həyətinə daxil olmuşdur. Evin sağ küncündə yerləşən nəfəsliyi itələyib açmışdır. Oradan evin içərisinə girmişdir. Əvvəlcə evin birinci mərtəbəsindəki otağın qapısını sındırmışdır. Oradan bir ədəd kameranın yaddaş qurğusunu götürmüşdür. Sonra o, evin birinci, ikinci və üçüncü mərtəbəsindəki divarlarda olan bəzi elektrik naqillərini söküb çıxarmışdır. Daha sonra evin qarajına düşmüşdür. Orada yerdə olan təxminən 50 metr uzunluqda mis naqili götürüb həyətdən çıxmışdır. Səhərisi gün oğurladığı mis naqilləri yaşadığı küçədə xəlvət yerdə yandırıb əritmişdir. Kameranın yaddaş qurgusunu isə Sumqayıt şəhərindəki ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 40 manata satmışdır. Əridilmiş mis naqilləri isə polis bölməsinə dəvət olunduqdan sonra poilis əməkdaşlarına təqdim etmişdir. O, oğurluq edərkən onu heç kəs görməmişdir. O, oğurluq edərkən ona heç kəs köməklik etməmişdir. O, oğurladığı kameranın yaddaş qurgusunu satarkən həmin şəxsə kameranın yaddaş qurğusunun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin şəxs də ona inanaraq kameranın yaddaş qurgusunu ondan almışdır. 01.03.2021-ci il tarixdə saat 02 radələrində o, oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, Corat bağları massivinə gəlmişdir. O, orada iki mərtəbəli yarımçıq bir tikili, yəni ev görmüşdür. O, baxmışdır ki, evin işıqları yanmır və evdə yaşayış yoxdur. Buna görə də o, oradan oğurluq etmək qərarına gəlmişdir. O, hasardan keçib həyətə daxil olmuşdur. O, yenə də baxıb ətrafda heç kimin olmadığını görmüşdür. O, baxıb görmüşdür ki, evin pəncərəsinin dəmir barmaqlığı boşdur və qopartmaq olar. Buna görə də o, evin pəncərəsinin dəmir barmaqlığını tərpədib qopartmışdır. Bundan sonra pəncərəni sıxıb açmış və içəri daxil olmuşdur. O, evin otaqlarına baxmış və 01 ədəd samovar, 01 ədəd «Kia cerato» markalı avtomaşına məxsus işlənmiş disk-təkər və bir neçə metr elektrik naqilini oğurlamaq qərarına gəlmişdir. O, əvvəlcə təkəri qaldırıb hasardan küçəyə atmışdır. Sonra isə samovarla elektrik naqilini bir torbaya qoyub hasardan keçirdib oranı tərk etmişdir. Sonra o, əvvəlki kimi elektrik naqilini yandırıb içərsindəki miss kütləni çıxarmışdır. O, həmin mis kütləni xatırlamadığı metal qəbulu məntəqəsinə təhvil vermişdir. Təkərlə samovarı isə tanımadığı bir şəxsə 30 manata satmışdır. O, həmin ünvandan oğurluğu tək etmişdir və yanında heç kim olmamışdır.Həmin vaxt evdə və həmin küçədə heç kim olmamış, yəni oğurluq vaxtı və oğurluqdan sonra onu heç kim görməmişdir. O, naqilləri, samovarı və disk-təkəri satarkən əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, əşyaların oğurluq olduğunu həmin şəxsə bildirməmişdir. 01.03.2021-ci il tarixdən 02.03.2021-ci il tarixə keçən gecə o,yenə də oğurluq etmək qərarına gəlmişdir. Buna görə də Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində fərdi yaşayış evlərinin arasında gəzdiyi zaman İsmət Qayıbov küçəsində yerləşən yeni tikilmiş fərdi yaşayış evinə daxil olmaq qərarına gəlmiş, buna görə də ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra hasarı araşar həyətə daxil olmuşdur. Həyətdə 50 metr uzunluğunda qalın mis elektrik naqili olmuşdur. Onu kənara qoymuşdur. Bundan sonra evin pəncərəsini sıxıb açmaq yolu ilə pəncərədən evə daxil olmuş, evin pilləkəninin alt hissəsində iki top mis naqillər və direl olmuşdur, O, direl və naqilləri götürmüş, bundan başqa evdən 12 ədəd elektrik avtomatları və 30 ədəd elektrik “razetkası” götürmüş və evdən çölə çıxmış, həyətdə olan 50 metr uzunluqda olan naqili də götürərək oradan çıxıb getmişdir. Sonradan həmin 50 metr uzunluqda olan elektrik naqili və digər naqilləri əridərək, tanımadığı şəxsə 15 manata satmışdır. Bundan başqa həmin evdən oğurladığı direli və razetkaları da tanımadığı şəxsə oğurluq hadisəsindən bir gün sonra satmış, əldə etdiyi pulları xərcləmişdir. Oğurladığı naqillərin bir hissəsi və elektrik avtomatları onda olmuş və onları 1-ci polis bölməsinə təhvil vermişdir. O, qeyd etdiyi hadisəni tək törətmiş, heç kəslə əlbir olmamışdır. 02.03.2021-ci il tarixdə saat 03 radələrində o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən «Vüsal» marketdə quraşdırılmış «Milliön» ödəniş terminalından da oğurluq etmişdir. Beləki, o, özünə məxsus dəmir kəsən qayçını götürüb «Vüsal» marketin qarşısına gəlmişdir. O, qayçı ilə marketin qapısının dəmir barmaqlığının 02 ədəd qıfılını kəsmişdir. Daha sonra marketin plastik qapısını sıxıb açmışdır. Marketə daxil olanda sağ tərəfdə «Milliön» ödəniş terminalı olmuşdur. O, həmin qayçı ilə terminalın qabaq hissəsindəki qıfılla bağlanmış yeri kəsmiş və terminalın içərisində olan pul kassasını çıxarmışdır. Bundan sonra o, marketi tərk edib getmişdir. O, kassanı açıb içərisinə baxmış və orada 2500 manat pul olduğunu görmüşdür. O, marketdən başqa heçnə oğurlamamışdır. O, oğurladığı pulu öz ehtiyacları üçün müxtəlif yerlərdə xərcləmişdir. O, «Vüsal» marketdəki «Milliön» ödəniş terminalından oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. Eləcədə o, ödəniş terminalından oğurluq edərkən küçədə və ətrafda heç kim olmamışdır. Yəni onun oğurluq etdiyini heç kim görməmişdir. 05.03.2021-ci il tarixdən 06.03.2021-ci il tarixə keçən gecə təxminən saat 04 radələrində o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsinə gəlmişdir. Ətrafda sakitçilik olmuş və küçədə heç kim olmamışdır. O, küçədə evlərin divarlarındakı qutuya quraşdırılmış təxminən 60-70 metr uzunluğunda kabeli kəsib özündə olan torbaya yığmışdır. Sonra isə həmin ərazini tərk edib getmişdir. Bir gün sonra isə həmin kabelləri yandırıb əritmiş və içərisindəki mis materialı çıxarıb xatırlamadığı metal qəbulu məntəqəsinə təhvil vermişdir. O, həmin küçədə oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. O oğurluq etdiyi vaxt küçədə heç kim olmamış, yəni oğurluq vaxtı və oğurluqdan sonra onu heç kim görməmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində İ.Qayıbov küçəsində fərdi yaşayış evi inşa etdirir və hələ də orada təmir tikinti işləri davam etdirilir. Sonuncu dəfə həmin ünvanda 01.03.2021-ci il tarixdə səhər saatlarında olmuşdur və təmir tikinti işlərinin hansı vəziyyətdə olması ilə tanış olmuuşdur. 02.03.2021-ci il tarixdə saat 08.30 radələrində evində usta kimi işləyən adını bilmədiyi şəxs ona zəng edərək, bildirmişdir ki, 01.03.2021ci il tarixdə axşamüstü işi bitirdikdn sonra qapı pəncərələri bağlayaraq çıxıb getmişlər və sonradan 02.03.2021-ci il tarixdə səhər saatlarında evə geri qayıtdıqları zaman oradan 1 ədəd direlin, elektrik naqillərinin, elektrik avtomatlarını, elektrik “razetkalarının” yerində olmadığını aşkar etmişlər. Buna görə də ona zəng edərək, məlumat vermişlər. Buna görə də o, təcili həmin ünvana getmişdir. Oraya çatdığı zaman evin birinci mərtəbəsinin pəncərəsinin içəri itələnərək, açıldığını və oradan elektrik naqillərinin, elektrik avtomatları və elektrik razetkası, eləcə də direlin oğurlanmasını müəyyən etmişdir. Ona məxsus evdən bu əşyalar oğurlanmışdır. 2 top hər birinin içərisində 100 metr uzunluqda olan naqilləri diametri 6 mm-dir, 3 ay əvvəl 1 metrini 1 manata almışdır, həyətdən oğurlanmış 50 metr 16 mm diametrlik naqilin metrəsini 6 manata almışdır, 1 ədəd markasını xatırlamadığı direli iki ay əvvəl 100 manata almışdır, evdən oğurlanmış ümumilikdə 12 ədəd 6 ədədi 25 amp ölçülü avtomatların 1 ədədini 10 manata, 6 ədəd 32 amp ölçülü avtomatı 15 manata almış, 30 ədəd markasını xatırlamadığı elektrik razetkasını 2-3 ay əvvəl bir ədədini 8 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 990 manat maddi ziyan dəymişdir. Belə ki naqillərin ümumi dəyəri 500 manat, direlin 100 manat, avtomatların 150 manat, razetkaların ümumi dəyəri 240 manatdır. O, direli 100 manata aldığını xatırlasa da marka və modelini xatırlamır. Ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində Məhkəmədən qanunauyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 Elsevər oğlu ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində torpaq alıb özünə ev tikmişdir. O, evin təmirində istifadə olunacaq tikinti materiallarını alıb həmin evə qoymuşdur. 10.02.2021-ci il tarixdə o, evə baş çəkməyə gələndə görmüşdür ki, evin plastik pəncərəsi sıxılıb açılmışdır. O, evə girib baxıb görmüşdür ki, evin divarlarına bərkidilmiş təxminən 800 metr uzunluğunda elektrik naqilləri sökülüb. Bundan başqa evdən müxtəlif qiymətlərdə olan müxtəlif tikinti materialları, 01 ədəd elektro direl, 01 ədəd «Bosh» markalı laqonda oğurlanmışdır. Bundan başqa oğurluq edən şəxs evin şüşəsini də sındırmışdır. Sındırılmış şüşənin təxmini qiyməti 300 manat təşkil edir. Digər tikinti materiallarının qiyməti isə 3700 manat təşkil edir. O, polis bölməsində izahat verərkən aldığı materilların qaimələrini təqdim etmişdir. Orada yalnız elektrik naqillərinin, elektron direl və laqondanın qiyməti yazılmamışdır. Lakin onların qiymətini bilmədiyi üçün yazmamışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən Zaur adlı şəxsin evində usta kimi işləyir. Qeyd etmişdir ki, onun adı Cəfər olsa da hamı onu Zaur kimi çağırır. Onunla birlikdə həmin evdə ustalar Seymur və Samir də işləmişdir. 30.01.2021-ci il tarixdə saat 18:00 radələrində işlərini bitirib evdən çıxmışlar. 31.01.2021-ci il tarixdə səhər saatlarında o, və digər ustalar həmin ünvana gələndə fərdi evin darvazasının bir qədər aralı olmasını, sonradan isə həyatyanı sahəyə daxil olanda yeni tikilidə və hazırda təmir işlərini apardıqları evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq vəziyyətdə, evin içərisinə daxil olanda isə evin içərisində quraşdırılan elektrik naqillərinin kəsildiyini və yerində olmadıqlarını, 1-ci mərtəbədə olan ev sahibi Cəfər məxsus su nasosunun, qaynat ütünün, müxtəlif adda və sayda vintillər, uqolniklər, muftalar, troyniklərin, pilləkənin altında olan təxminən 5 ay əvvəl 120 manata aldığı «İnterskol» markalı laqondanın, təxminən bir il əvvəl 175 manata aldığım «Bosh» markalı pereferatorun, təxminən 1 il əvvəl 60 manata aldığı «İnterskol» markalı dreli, bir metri 1,20 manat olan 35 manata aldığı 35 metr uzunluğunda elektrik uzadıcının yerində olmadıqlarını, eləcə də Seymur və Samirə məxsus inşaat alətlərin yerində olmadığını oğurlandığını aşkar etmişlər. O, zəng edib bu barədə Zaura bildirmişdir. Daha sonra DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları hadisə baş verdiyi ünvana gəlmişlər və müvafiq sənədləşmə aparmışlar. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 390 manat ziyan vurulmuşdur. İlkin izahatımda o, vurulmuş ziyanın məbləğini düzgün hesablamayaraq səhv göstərmişdir. O, oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, onun yaşadığı evin yanında artıq bir müddət olar Rusiya Federasiyasında müalicə alan qardaşı X12 məxsus yeni inşa edilmiş və hazırda təmir işləri aparılan fərdi həyət evi yerləşir. Həmin evin 1-ci mərtəbəsində olan qarajın içərisinə öz inşaat alətlərini qoymuşdur. Hər gün qardaşının evinin ətrafını gəzib evə nəzarət etmişdir. 06.02.2021-ci il tarixdə saat 20:00 radələrində qardaşının evinin ətrafında gəzişmiş və sonra öz evinə getmişdir. 07.02.2021-ci il tarixdə səhər saat 07:00 radələrində yuxudan oyanandan sonra qardaşının evinə gedəndə evin içərisində olan elekrik naqillərinin yerində olmadığını, eləcə də fərdi evin 1-ci mərtəbəsində olan qarajin qapısının açıq olmasını və qarajın içərisində saxladıqları drel, laqonda, prefarator, qaynaq ütü kimi inşaat alətlərinin və təmir açarının yerində olmadıqlarını aşkar etmişdir. Həmin zaman ona məlum olmuşdur ki, 06.02.2021-ci il tarixdən 07.02.2021-ci il tarixə keçən naməlum şəxs (şəxslər) qardaşı İnqlabın fərdi evinin hasarından həyətə açmaq yolu ilə həyatyanı sahəyə, sonradan isə fərdi evin 1-ci mərtəbəsinin qapısının olmamasından istifadə etmək yolu ilə evə daxil olub evdəki elektrik naqillərini, həmçinin 1ci mərtəbədə olan qarajın qapısını açma yolu ilə qarajdan inşaat alətlərini və təmir açarlarını oğurlamışdır. Bu səbəbdəndə DİN-nin 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları hadisə baş verdiyi ünvana gəlmişlər və müvafiq sənədləşdirmə aparmışlar. Əlavə olaraq onu da qeyd etmişdir ki, sonradan evə baxış keçirən zaman aşkar etmişdir ki, qarajda olan hazırki dəyəri 130 manat olan “Bosh” markalı lobzik və qaynaq aparatı 30 metr uzunluqda olan dəyəri 60 manat olan naqili də oğurlanmışdır. Bundan əlavə evin mansarında olan üzlük taxta sındırılaraq ona maddi ziyan dəymişdir. Oğurlanmış naqilləri 1-2 il əvvəl 1 metrəsini 70 qəpiyə almışlar. Ümumilikdə təxminən 300 metr naqillər kəsilərək oğurlanmışdır. “BOSHE” markalı laqondanı 5-6 ay əvvəl 290 manata, “CANDAN” markalı qaynaq ütünü 2-3 il əvvəl 80 manata, iki ədəd “BOSHE” markalı preferatoru 7-8 ay əvvəl 280 manata, digərini 2-3 il əvvəl 280 manata, “krakodil” adlanan təmir açarını 4 il əvvəl 20 manata almışdır. Baş vermiş oğurluqda şübhələndiyi adam yoxdur. Əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 1245 manat məbləğində maddi ziyan dəymişdir. Eləcə də qarajın qapısının sındırlması, naqillərin divardan sökülməsi və mansarın taxta üzlüyünü sındırılması nəticəsində isə 1000 manat maddi ziyan vurulmuşdur. Oğurlanmış naqilləri 1-2 il əvvəl 1 metrəsini 70 qəpiyə almışlar, ümumilikdə təxminən 300 metr naqillər kəsilərək oğurlanmışdır, hazırkı dəyəri 210 manat, “BOSHE” markalı laqondanın hazırkı dəyəri 250 manat, “CANDAN” markalı qaynaq ütünün hazırı dəyəri 80 manat, iki ədəd “BOSHE” markalı preferatorun hər birinin dəyəri 250 manat, “krakodil” adlanan təmir açarının hazırkı dəyəri 15 manat, “Bosh” markalı lobzikin hazırkı dəyəri 130 manat, qaynaq aparatının 30 metr uzunluqda olan naqilinin dəyəri 60 manat olmuşdur. Ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində Məhkəmədən qanunauyğun cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Corat qəsəbəsi, F.Əmirov küçəsində yeni inşa etdirdiyi fərdi evdə təmir işləri aparılır və sonuncu dəfə həmin evdə 16.02.2021-ci ikl tarixdə gedib baş çəkmişdir. 18.02.2021-ci il tarixdə saat 08:00 radələrində qonşum Balağa ona zəng edərək bildirmişdir ki, yeni inşa etdiyi fərdi evin taxta darvazasının aşağı hissəsindəki taxta yerində yoxdur. Bundan sonra o, həmin ünvana getmiş və görmüşdür ki, həyətin giriş qapısının aşağı hissəsindəki taxta yerindən çıxarılmış vəziyyətdədir və evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq vəziyyədədir. Evə daxil olduqda isə evdə çəkilmiş elektrik naqillərinin kəsilərək yerində olmadığını, zirzəmidə olan 5 topa elektrik naqillərinin, 7 ədəd dörd künc led lampaların, evde quraşdırılan 2 ədəd üç fazlı, 10 ədəd 1 fazlı elektrik avtomatlarının yerində olmadıqlarını aşkar etmişdir. Sonra Balağa ona bildirmişdir ki, bu gecə saat 03:00 radələrində evinin işığı sönmüşdürr. Bununlada ona məlum olmuşdur ki, naməlum şəxs (şəxslər) 17.02.2021ci il tarixdən 18.02.2021-ci il tarixə keçən gecə fərdi evinin hasarından aşmaq yolu ilə həyatyanı sahəyə, sonradan isə 1-ci mərtəbənin pəncərəsini qarıb açma yolu ilə evə daxil olub evdən yuxarıda qeyd etdiyi əmlakı oğurlamışdır. Oğurlanmış 7 ədəd led pampaların birini bir ay əvvəl 10 AZN almışdır, yenidirlər, elektrik avtomatlardan üç fazalı avtomatın birini bir il əvvəl 80 AZN məbləğə, 1 fazalını isə 5 manata almışdır. Evə çəkilmiş və zirzəmidən götürülən naqillərin hamasını bir il əvvəl almışdır, zirzəmidən və evin içərisinə quraşdırlan oğurlanmış naqillərin ümumi uzunluğu 3100 metrdir, həmin naqillərin 500 metresi 6 diametrlidir, 1400 metrəsi 4 diametrlikdir, 1200 metr isə 2,5 diametrlikdir. 6 diametrli naqilin 1 metrəsini 90 qapiyə, 4 diamerli naqilin bir metrəsi 55 qəpiyə, 2,5 diamerli naqilin bir metrəsi isə 36 qəpiyə almışdır. Qeyd etmişdir ki, oğurlanmış avtomatların və led lampaların dəyəri isə 280 manatdır, elektrik naqillərinin ümumi dəyəri 1652 manatdır. Evin elektrik sisteminin yararsız hala salınması nəticəsində isə mənə təxminən 600-700 manat ziyan dəymişdir. Ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyilir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçı hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-nin nümayəndəsi X19 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs6 MMC şirkətinin Təhlükəsizlik departamentinin hüquqşunası vəzifəsində işləyir. «Milliön» ödəmə terminalları Zərərçəkmiş şəxs6 MMC-nin mülkiyyətindədir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən «Vüsal» marketdə quraşdırılmış 00534 saylı «Milliön» ödəmə terminalı da Zərərçəkmiş şəxs6 MMC-nin mülkiyyətindədir. 02.03.2021-ci il tarixdə səhər saatlarında onlara məlumat verilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən «Vüsal» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalının inkasassiya qapısının daxili kilidi naməlum şəxs (şəxslər) tərəfindən sındırılaraq içərisində 2573 manat məbləğindəki pul olan 300 manat dəyərindəki pul kaseti ilə birlikdə oğurlanmışdır. Bundan sonra onlar dəymiş ziyanla bağlı müvafiq sənədləri hazırlayıb istintaqa təqdim etmişlər. Bundan başqa ödəmə terminalının hissələrinin sındırılması nəticəsində də onlara 560 manat maddi ziyan, təmiri ilə bağlı isə 250 manat maddi ziyan dəymişdir. Ümumilikdə Zərərçəkmiş şəxs6 MMC-yə 3433 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, Məhkəmədən mülki iddianın təmin edilməsini və qanunauyğun cəza təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, onun adı Cəfər olsa da hamı onu Zaur kimi çağırır. Sumqayıt şəhəri Corat qəsəbəsi, Arpazbari küçəsi 31-də yerləşən yeni inşa etdiyi 2 mərtəbəli ev ona məxsusdur. Həmin evdə təmir işləri aparılır və evdə Zərərçəkmiş şəxs17, Seymur Poladov, Zərərçəkmiş şəxs16 usta kimi işləyirlər. Hər gün işdən çıxıb sözügedən evə gələrək görülən işlərlə tanış olmuşdur. 30.01.2021-ci il tarixdə, axşam saat 17 radələrində evə gələrək görülən işlərlə tanış olub saat 18 radələrində çıxıb Abşeron rayonundakı evinə getmişdir. 31.01.2021-ci il tarixdə, 09:10 radələrində işdə olarkən usta Natiq ona zəng edərək bildirmişdir ki, evə naməlum şəxs (şəxslər) daxil olub oğurluq ediblər və o, ustalara DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməsini məsləhət görmüşdür. Bundan sonra o, özü də işdən çıxıb həmin gün saat 15 radələrində sözügedən evə gəlmiş və yeni inşa edilmiş evimin divarlarından quraşdırılmış təxminən cəmi 2300 manat dəyərində uzunluğu təxminən 600 metr olan 2,5 mm, 4 mm, 6 mm diametrli elektrik naqillərinin kəsilməsini, eləcə də evin 1-ci mərtəbəsinin qonaq otağında yerdə olan Türkiyə istehsallı, birinin dəyəri 135 manat, ikisinin dəyəri 270 manat olan, hər birinin uzunluğu 100 metr olan 200 metr uzunluğunda 4 mm diametrli iki topa elektrik naqillərinin, 1-ci mərtəbənin dəhlizində pilləkənin altında saxladığı təxminən 2 ay əvvəl 500 manata aldığı quyu üçün nəzərdə tutulmuş Türkiyə istehsalı olan su mühərrikinin (motorunun) və bir il əvvəl 30 manata aldığı Türkiyə istehsalı olan markasını bilmədiyi qaynaq ütünün, biri 8 manat, 19 ədədi 152 manat olan Türkiyə istehsalı olan vintilləri, biri 50 qəpik, 80 ədədi 40 manat olan Türkiyə istehsallı «Firat» markalı muftaları, biri 50 qəpik, 80 ədədi 40 manat olan Türkiyə istehsallı «Firat» markalı uqolniklər, biri 50 qəpik, 20 ədədi 10 manat olan Türkiyə istehsallı «Firat» markalı su üçün nəzərdə tutulmuş troyniklərin oğurlandığını aşkar etmişdir. Ustalardan soruşanda bildirmişlər ki, səhər saatlarında evə gələndə oğurluq hadisəsinin baş verdiyini aşkar etmişlər və hər birinə məxsus inşaat alətləri də oğurlanmışdır. Beləliklə də, həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 3302 manat dəyərində ziyan vurulmuşdur. İlkin izahatında hesablamanı düzgün apardığından ona vurulmuş ziyanın dəyərini səhv göstərmişdir. Dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində Məhkəmədən qanunauyğun cəza təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən Zaur adlı şəxsin evində usta kimi işləyir. Qeyd etmişdir ki, onun adı Cəfər olsa da hamı onu Zaur kimi çağırır. Onunla birlikdə həmin evdə ustalar Natiq və Seymur da işləyir. 30.01.2021-ci il tarixdə saat 18:00 radələrində onlar işlərini bitirib evdən çıxmışlar. 31.01.2021-ci il tarixdə səhər saatlarında o, və digər ustalar həmin ünvana gələndə fərdi evin darvazasının bir qədər aralı olmasını, sonradan isə həyatyanı sahəyə daxil olanda yeni tikilidə və hazırda təmir işlərini apardıqları evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq vəziyyətdə, evin içərisinə daxil olanda isə evin içərisində quraşdırılan elektrik naqillərinin kəsildiyini və yerində olmadıqlarını, 1-ci mərtəbədə olan ev sahibinə məxsus 02 topa eletkrik naqillərinin, su nasosunun, qaynaq ütünün, muftaların, uqolniklərin, fintillərin, su üçün nəzərdə tutulmuş troyniklərin, pilləkənlərin altında olan təxminən 2 ay əvvəl 175 manata aldığı ona məxsus «Bosh» markalı pereferatorun, təxminən 7 ay əvvəl 55 manata aldığı «Bosh» markalı laqondanın yerində olmadığını, eləcə də Natiq və Seymura məxsus inşaat alətlərin yerində olmadığını, oğurlandığını aşkar etmişlər. Natiq zəng edib Zaura bu barədə bildirmişdir. Bir neçə saatdan sonra Zaur da gəlmiş, evə nəzər yetirmişdir. Sonra isə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Bir qədər keçmiş polis əməkdaşları hadisə baş verdiyi ünvana gəlmişlər və müvafiq sənədləşmə aparmışlar. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 230 manat ziyan vurulmuşdur və dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 43, mənzil 40-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. O, daimi olaraq heç bir yerdə işləməmiş, fərdi işlə məşğul olmuşdur. Onun Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən 2 saylı bağ evi var. Həmin bağ evində təmir işləri getdiyi üçün yaşayış yoxdur. Onun bağ evi 5 mərtəbəlidir. Onun bağ evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq bildirmək istəyir ki, 14.02.2021-ci il tarixdə saat 22 radələrində o, evdə işləyən ustaları yola salaraq qapı və pəncərələri bağlayıb həyətdə olan qonaq evinin işıqlarını yandırıb yaşadığı evə getmişdir. 15.02.2021-ci il tarixdə təxminən saat 08 radələrində o, evdə olarkən evin aqlay ustası Etibar onun mobil nömrəsinə zəng edib işıq yanmadığı üçün ona evin kabellərini nə səbəbə çıxartdığını soruşmuş, o, da ona kabelləri çıxartmadığını bildirmişdir. Daha sonra o, elektrik ustasına zəng edib kabelləri çıxardıb çıxartmadığını soruuşmuş, o, isə onları evə yola saldıqdan sonra heç bir iş görmədiklərini bildirmişdir. O, da tez evdən çıxıb bağ evinə gəlmişdir. O, evə gəlib görmüşdür ki, evin həyətində olan 16 ədəd “H-Vision” markalı kameralar, eyni zamanda evin giriş darvazasının 1750 manata aldığım elektron motorunu, hasara quraşdıırılmış 410 manata adlığı kartla olan domofon yerin də yoxdur. O, da dərhal evin birinci mərtəbəsibdə olan kotelniy otağına girmiş və kameraların blokununda yerində olmadığını görmüşdür. O, həmin kamera sistemini kabelləri ilə birlikdə ümumilikdə 3500 manata almışdır. Kameraların kabellərini də çıxartmışlar. O, evin birinci mərtəbəsinə girəndə 1700 manata aldığı elektron jalüz qarajın motorunun və beyninin də yerində olmadığını görmüşdür. Həmin qarajın jalüzünün motor və beyni təxminən 500 manat məbləğindədir. O, evə baxış keçirib görmüşdür ki, evin 5 mərtəbəsinin hamısında olan divarlara, asma tavanlara bərkidilmiş kabellər yerindən çıxarılmışdır. O, ümumilikdə evin təmiri zamanı 25 top 2.5 ölüçülü bir topu 55 manat olan kabel, 25 top 4 ölçülü bir topu 78 manat olan kabel, 40 top 6 ölçülü bir topu 90 manat olan kabel almışdır. Həmin kabellərin hamısı sökülmüşdür. Eyni zamanda həyət, çardaq, qış bağçası və mərtəbə girişləri üçün 200 metr bir metrinin qiyməti 35 manat olan 16 ölçülü kabellər almışdır. Həmin kabellər də sökülərək çıxarılmışdır. Bütün evdə olan 250 ədəd işıq qoruyucuları, təxminən 250 ədəd divarlara quraşdırılmış ışıq “Vklyuçateli” və cərəyan yerləri də çıxarılmışdır. Həmin işıq qoruyucuları, vklyuçatel və cərəyan yerlərini o, ümumilikdə 2500 manata almışdır. Bundan başqa evə quraşdırdığı 7500 manat məbləğində “Ağıllı ev” sisteminin ümumi bloku, ev üçün aldığı 120 kv həcmində 3 faza işıq stabilizatorunun ümumilikdə 2200 manat dəyərində 2 ədəd idarə edici motor, 1 ədəd sarğı, 1 ədəd dolaq, perekisnoy beyni və üzərində olan 3 ədəd ampervoltmetr, 3 ədəd 25-lik giriş xəttləri, 160 amperlik qoruyucuları olan ehtiyyat hissələri də yerində olmamışdır. Eyni zamanda evin birinci mərtəbəsində olan hovuz, sauna, basseynin şəlaləsi və 3 ədəd kombilərin 1800 manata aldığı zaman releləri də yerində olmamışdır. Bundan başqa evin üçüncü mərtəbəsində olan 2800 manata aldığı 120 kv/m ölçülü Bosch markalı və dördüncü mərtəbəsində olan 2200 manata aldığı 100 kv/m ölçülü Bosch markalı kondisionerlərin sprit hisssəsi də divardan sökülmüşdür. Eyni zamanda evdə işləyən ustaların 4 ədəd preparator, 1 ədəd “Kzubr” markalı qaynaq apartı, 8 ədəd müxtəlif ölçülü laqonda, 2 ədəd boru ütüsü, müxtəlif ölçüdə kəlbətinlər, otvyorkalar, ümumilikdə 2000 manat dəyərində təmir ələtləri də oğurlanmışdır. O, ustalara həmin təmir alətlərinə görə 2000 manat pul ödəmişdir. O, sonra həyətə keçib baxmışdır ki, həyətdə olan qış bağçasında evdən çıxarılmış kabelləri yandırıb, kabellərin mislərini götürüb aparmışlar. O, da evindən oğurluq olduğunu görüb DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları onun evinə gəlmişlər, hadisə yerinə baxış keçirmişlər. Polis əməkdaşları getdikdən sonra o, qonşusu Orxanın evinin kamerasına baxıb görmüşdür ki, onun evinə oğurluğa 7 nəfər şəxs girib, onlardan ikisi çöldə gözətçilik edib, 5 nəfər isə evin içərisindən yuxarıda qeyd etdiyi əşyaları oğurlayıblar. Həmin 7 nəfər şəxs 14.02.2021-ci il tarixdə saat 23 radələrindən 15.02.2021-ci il saat 05 radələrinədək onun evində olub oğurluq ediblər. Həmin videogörüntülər onda var, videogörüntünü istintaqa təqdim edəcək. Həmin 7 nəfərin başında qış papağı və sifətlərində tibbi maska olduğu üçün onların sifətləri görsənməmişdir. Lakin həmin şəxslərdən ikisinin sifəti görsəndiyi üçün o, onları da tanımış, həmin şəxslər Corat qəsəbəsində yaşayan, onun qonşuları Rüfət və Fuad qardaşlarıdır. Fuadın özü də uzun müddət onun tikdirdiyi evdə fəhlə işləir. Digər şəxsləri isə tanımamışdır. Baş vermiş hadisə nəticəsində ona 41085 manat məbləğində ziyan dəymişdir. İfadəsində qeyd etdiklərindən başqa evindən heçnə oğurlanmamışdır. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirlən şəxsdən şikayətçi olmadığını bildirərək məhkəmədən qanunauyğun qərar qəbul etməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun Corat bağları massivi ərazisində yerləşən 2030 nömrəli fərdi yaşayış evi vardır. Həmin evin həyəti 12 sotdur. Ev daş hasarla əhatə olunmuşdur. O, həmin evin tikintisini başa çatdırmışdır. Lakin ev hələ təmir olunmamışdır. Həmin evin arxa tərəfində isə əl damı tikdirmişdir. O, həmin əl damında müxtəlif tikinti alətlərini saxlamışdır. Həmin əl damı dəmir qapı ilə bağlanmışdır, dörd ədəd pəncərəsi vardır. Həmin pəncərələr dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Sonuncu dəfə yəni 01.02.2021-ci il tarixdə günorta saatlarında o, həmin evin həyətindəki ağaclara peyin aparıb tökmüşdür. Səhərisi gün 02.02.2021-ci il tarixdə saat 16:30 radələrində o, Corat bağları massivindəki evə getmişdir. O, həyətə girib gəzişməyə başlamışdır. Görmüşdür ki, evin arxasındakı əl damının pəncərəsinin dəmir barmaqlıqları sındırılıb divara söykədilmişdir. Plastik pəncərənin şüşəsi isə sındırlmış vəziyyətdədir. O, tez əl damının içərisinə keçmişdir. Görmüşdür ki, içəriyə qoyduğu balaca qaynaq aparatı, bir ədəd elektrik mişarı, bir ədəd preparator, bir ədəd drel, bir ədəd su motoru, bir ədəd lazer aparatı və səkkiz top işıq naqilləri oğurlanmışdır. O, həmin vaxtı əl damından oğurluq olduğunu başa düşüb DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Sonra o, evin içərisinə girib göz gəzdirdikdə hər şeyin qaydasında olduğunu görmüşdür. Əl damından oğurlanmış əşyaların əlamətlərini xatırlamır. Ümumilikdə həmin əşyaların qiyməti 1700 manat olmuşdur. Ona dəymiş zərərin cüzi bir hissəsinin ödənildiyini, əsas hissəsinin ödənilmədiyini bə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən üç mərtəbəli ev ona məxsusdur. O, 10-15 gündən bir gedib həmin evə baş çəkmişdir. Həmin evdə təmir işləri getdiyindən yaşayış yoxdur. 11.02.2021ci il tarixdə saat 11 radələrində o, yenə də evə baş çəkməyə getdiyində görmüşdür ki, naməlum şəxs(şəxslər) hasardan aşaraq həyətə daxil olaraq evin arxa tərəfində olan təsərrüfat otağının plastikdən olan nəfəsliyini sıxıb açma yolu ilə açaraq oradan qanunsuz olaraq evə daxil olub evin bütün mərtəbələrində olan yəni, çəkilimş elektrik naqillərini yerindən çıxararaq oğurlamışdır. Evdən oğurlanmış elektrik naqillərinin ümumi dəyəri 1690 manat təşkil edir. Bundan başqa onun ustalara verdiyi pul və sındırılmış əşyaların pulu ilə birlikdə ona ümumilikdə 2000 manat maddi ziyan vurulmuşdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Corat bağları yaşayış massivində yerləşən C2053 saylı fərdi ev sənədlə anası X6 adına olsa da faktiki olaraq ev onun sərəncamındadır, yəni evin bütün işləri ilə o, məşğul olur və evi təmir etdirir. Belə ki, evdə təmir işləri getdiyindən orada heç kim yaşamır. O, ara bir gedib bağ evinə baş çəkir. O, sonuncu dəfə bağ evinə 27.02.2021-ci il tarixdə getmişdir. Həmin vaxt hər şey normal olmuş, yəni heç bir oğurluq hadisəsi baş verməmişdir. 09.03.2021-ci il tarixdə saat 10 radələrində o, yenidən evə nəzarət etmək üçün getmişdir. O, gedib görmüşdür ki, evin pəncərəsinin dəmir barmaqlığı yerindən çıxarılıb yerə qoyulmuş, plastik pəncərə isə sıxılaraq açılmış vəziyyətdədir. O, başa düşmüşdür ki, evə oğru girib. Həmin naməlum şəxs evə hasardan aşaraq girmişdir. Çünki evin köhnə daş hasarı uçmuş vəziyyətdə olmuşdur. O, evə baxıb müəyyən etmişdir ki, naməlum şəxs (şəxslər) evdən 01 ədəd 300 manat dəyərində 7 litr həcmli, qədimi mis samovarı, 01 ədəd 250 manat dəyərində «Kia Cerato» markalı maşın üçün olan təzə disk-təkəri , 425 manat dəyərində 01 top 3 fazalı elektrik naqili və 25 manat dəyərində 10 metr uzunluğunda 2x2 elektrik naqilləri oğurlanmışdır. Bununlada ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərər ödənilmdədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, Məhkəmədən qanunauyğun cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və ifadəsi proses iştirakçılarının razılığı ilə elan edilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən 2 saylı bağ evi vardır. Həmin bağ evində təmir işləri getdiyi üçün yaşayış yoxdur. Onun bağ evi 5 mərtəbəlidir. onun bağ evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq bildirmək istəyir ki, 14.02.2021-ci il tarixdə saat 22 radələrində o, evdə işləyən ustaları yola salaraq qapı və pəncərələri bağlayıb evə getmişdir. 15.02.2021-ci il tarixdə təxminən saat 08 radələrində o, evdə olarkən Elgiz ona zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. O, da tez evdən çıxıb bağ evinə gəlmişdir. O, evə gəlib görmüşdür ki, evin həyətində olan dəyəri 2500 manat olan 5 ədəd “H-Vision” markalı kameralar, 150 metr 4-lük kamera naqili, 12 voltluq adaptorları, “H- Vision” markalı 8 GB-lıq diviyar, ümumi dəyəti 6000 manat 4-lük 1500 metr mis naqil, dəyəri 1400 manat olan adılnı və istehsal yerini bilmədiyim darvaza matoru, ümumi dəyəri 4500 manat olan adlarını və sayını xatırlamadığım hamam aksessuarları, 1500 manat dəyərində 1 ədəd Meakida markalı laqonda, 1 ədəd “Bosh” markalı drel, 1 ədəd “Bosh” markalı prefarator, 1 ədəd Bosh markalı daş kəsən(balkqarka), ümumi dəyəri 1000 manat olan 20 ədəd 16-li “Simens” markalı avtomat və 30 ədəd “Shnader” markalı razetkalar, oğurlanışdır. O, da evindən oğurluq olduğunu görüb DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları onun evinə gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Oğurluq hadisəsi 14.02.2021-ci il tarixdə saat 22 radələrindən 15.02.2021-ci il saat 08 radələrinədək baş vermişdir və ona ümumilikdə 16200 manat ziyan dəymişdir. O, izahatında 1300 manat dəyərində jalyuz və motorunun oğurlanmasını səhv göstərmişdir. Ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərşəkmiş şəxs qismində tanınmış və əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxs barəsində şikayətinin olmadığını qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 30.01.2021-ci il tarixdən etibarən iş yoldaşı X14 ilə birlikdə Sumqaıt şəhəri, Corat bağlar massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə elektrik işləri görmüşlər. Onlar hər gün səhər işə gəlib axşam təxminən 19 radələrində işdən çıxıb evə getmişlər. Axırıncı dəfə 02.02.2021-ci il tarixdə saat 20 radələrində onlar işlərini qurtarıb evin giriş qapısını çəkərək bağlayıb oradan çıxmışlar. 03.02.2021-ci il tarixdə saat 09 radələrində o, yenidən iş yerinə gəlmişdir. O, qapını açıb görmüşdür ki, evin divarlarını bərkidilmiş bütün elektrik naqilləri sökülüb yerindən çıxarılmışdır. O, elektrik naqillərinin yerində olmadığını görüb bilmişdir ki, kimsə gecə evə girmiş və oğurluq etmişdir. O, dərhal evin otaqlarının birində olan ona məxsus 01 ədəd laqonda və 01 ədəd prefaratorun yerində olub olmadığını bilmək üçün həmin otağa girmişdir. Görmüşdür ki, ona məxsus həmin əşyalar da oğurlanmışdır. Buna görə də o, dərhal evin sahibi Mehmana zəng edib baş vermiş oğurluq hadisəsi barədə ona məlumat vermişdir. Ona məxsus 01 ədəd «Total» markalı laqondanın dəyəri 60 manat, 01 ədəd «Bosh» markalı prefaratorun qiyməti isə 287 manatdır. Bununlada ona ümumilikdə 347 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş zərərçəkmiş şəxs” Sumqayıt Telekommunikasiya Qovşağı”-nın etibarnamə üzrə nümayəndəsi X17 ifadəsində göstərmişdir ki, o, Sumqayıt Telekommunikasiya Qovşağında hüquqşunas vəzifəsində çalışır. Sumqayıt Telekommunikasiya Qovşağında mühəndis vəzifəsində işləyən X1 09.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə vermiş olduğu ərizə ilə bağlı deyə bilər ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi onun xidməti ərazisidir. Ərazidə onun telekommunikasiya xətləri ilə bağlı baş vermiş hər hansı bir hadisə ilə bağlı o, idarəyə məlumat verir. 09.03.2021-ci il tarixdə həmin ərazidə yaşayan abonentlərdən biri zəng edərək bir neçə gündür ki, telefonlarının işləmədiyini Əhməd Allahverdiyevə bildirmişdir. Bundan sonra X16 qəsəbəsi, Cürət küçəsinə getmiş və küçədə divarlara və elektrik dirəklərinə çəkilmiş Sumqayıt Telekommunikasiya Qovşağına məxus 70 metr uzunluğunda olan paylayıcı kabelin naməlum şəxs (şəxslər) tərəfindən kəsilərək oğurlandığını müəyyən etmişdir. Buna görə də Əhməd Allahverdiyev dərhal 102 xidmətinə və idarəyə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və bu barədə 1ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində Sumqayıt Telekommunikasiya Qovşağına 137,20 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Corat bağlar massivində yerləşən fərdi həyət ev ona məxsusdur. 03.02.2021-ci il tarixdə bağda usta işləyən işçilərdən biri telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq evdə oğurluq hadisəsi baş verdiyini bildirmişdir. O, ondan evdən nə vaxt çıxdıqlarını soruşmuşdur. Ona bildirmişlər ki, bağ evindən 02.03.2021-ci il tarixdə saat 20 radələrində evdən çıxmışlar. O, evə baxmaq üçün Sumqayıt şəhərinə Corat qəsəbəsinə gəlmişdir. Yolda isə 102 xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. O. evə gəlib görmüşdür ki, naməlum şəxs evin iki mərtəbəsində divarlara bərkidilmiş elektrik naqillərini, eyni zamanda həyətdə torpağa basdırılmış elektrik kabellərini kəsərək oğurlamışdır. Bundan başqa evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd prefarator və 01 ədəd laqonda da oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus bağ evindən ümumi dəyəri 1584 manat təşkil edən kabellər oğurlanmışdır. Bundan başqa o, həmin kabellərin çəkilməsi üçün ustalara zəhmət haqqı olaraq 1100 manat pul vermişdir. Bu da ona dəymiş maddi ziyandır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində fərdi yaşayış evi vardır. Həmin evin həyəti 3 sotdur. Evin həyəti daş hasarla əhatə olunmuşdur, taxta qapı ilə bağlanır. Ev 3 mərtəbəlidir. 18.02.2021-ci il tarixdə o, həmin evə gedərkən hər şey qaydasında olmuşdur. 19.02.2021-ci il tarixdə səhər saat 10 radələrində o, işdə olarkən atası Hidayət onun mobil telefonuna zəng vurub demişdir ki, Corat qəsəbəsindəki evdə oğurluq baş vermişdir. O, DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Sonra Corat qəsəbəsi, ev 75 ünvanındakı evə gəlmişdir. O, evə gəldikdə görmüşdür ki, evin taxta həyət qapısı petləsindən çıxarılmışdır. Sonra o, görmüşdür ki, evin sağ küncündə yerləşən nəfəslik açılmış vəziyyətdədir. Eləcə də evin qarajının qapısı da açıq vəziyyətdə olmuşdur. O, qaraja baxdıqda orada yerə qoyulmuş 50 metr uzunluqda 4x25 ölçüdə olan mis naqilin yerində olmadığını görmüşdür. Sonra o, birinci mərtəbədəki kamera quraşdırılmış otağa baxdıqda görmüşdür ki, otağın qapısı sındırılmış vəziyyətdədir, kamera yaddaş qurğusu isə oğurlanmışdır. Həmçinin birinci mərtəbədə hamam otağındakı qızdırıcı peçin altılıq mis kabelinin yerindən kəsilib götürüldüyünü görmüşdür. Sonra o, birinci mərtəbədəki tavanda spotlar üçün quraşdırılmış 2x5 ölçüdə mis naqillərin yerində olmadığını görmüşdür. Daha sonra o, birinci mərtəbədə bütün evin elektrik xətlərinin toplandığı mərkəzi şitdə olan bütün naqillərin doğranaraq götürüldüyünü və elektrik avtomatına zərər vurulduğunu görmüşdür. O, evin ikinci mərtəbəsinə qalxdıqda orada olan mərkəzi elektrik şitinin içərisində olan 2x5 ölçüdə mis naqillərin kəsilib götürüldüyünü və elektrik avtomatına zərər vurulduğunu görmüşdür. O, ikinci mərtəbədəki zala daxil olduqda tavandan keçən 2x5 ölçüdə mis naqilin bir hissəsinin yerində olmadığını görmüşdür. Zalda olan kondinsioner üçün quraşdırılmış kabeli çıxarmağa cəhd edərkən divara, eləcə də tavana ziyan vurulduğunu görmüşdür. Eləcə də mansarda elektrik şitindən 2x5 ölçüdə mis naqillərinin götürüldüyünü və elektrik avtomatına zərər vurulduğunu görmüşdür. Evin üçüncü mərtəbəsində dəhlizdə tavandan kabelləri çıxarmağa cəhd edərkən tavana ziyan dəydiyini görmüşdür. O, məxsus evdən təxminən ümumilikdə 150 metr uzunluqda 2x5, 4x5 və 6 ölçüdə mis naqillər oğurlanmışdır. Eləcə də 50 metr uzunluqda 4x25 ölçüdə mis naqillər oğurlanmışdır. Divarın, tavanın, elektrik avtomatlarının mərkəzi elektrik şitlərinin zədələnməsi, təmirin pozulması nəticəsində ona 8000 manat ziyan dəymişdir. Yaşadıqları evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar konkret şübhələndiyi şəxs yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, 9-cu mikrorayon, M.Cəfərov küçəsi ev 89, mənzil 64-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. O, daimi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Onun Sumqayıt şəhəri, Corat bağlar massivində bağ evi var. Həmin bağ evində hal-hazırda təmir işləri getdiyi üçün yaşayış yoxdur. Onun bağından baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq bildirmək istəyir ki, 06.01.2021-ci il tarixdə təxminən saat 22 radələrinədək o, bağda olmuuşdur. Həmçinin bildirmək istəyir ki, onun qardaşının da bağ evi onun həyəti ilə qonşudur. Bu səbəbdən o, öz bağ evindən gec çıxıb qardaşıgilədə gedir. 07.01.2021-ci il tarixdə təxminən saat 09 radələrində o, evdə olan vaxt ustalar ona zəng edib evdən oğurluq olduğunu demişlər. O, da bağ evinə gəlib görmüşdür ki, naməlum şəxs və ya şəxslər hasardan aşmaqla evin həyətinə keçiblər və evin birinci mərtəbəsinin plastik pəncərəsini sıxıb açma yolu ilə evə daxil olublar. O, evə girib görmüşdür ki, evdə olan bütün elektrik naqillər divardan sökülüb, eyni zamanda evdə olan təmir alətləri oğurlanıb. O, evə baxıb görmüşdür ki, evdən 50 manat dəyərində Total markalı laqonda, 1 ədəd 500 manat dəyərində olan Bosch markalı preparator, 1 ədəd 150 manat dəyərində olan Bosch markalı preparator, 1 ədəd 50 manat dəyərində markasını xatırlamadığı drel, 1 ədəd 250 manat dəyərində markasını xatırlamadığı lazer aparatı, 1 topu 45 manat dəyərində olan 4 top elektrik naqilləri, divarın içərisi ilə çəkilmiş 1 metri 50 qəpik olan 1100 metr uzunluğunda 2.5 ölçüçü elektrik kabeli, 1 metri 1 manat olan 100 metr uzunluğunda antena kabeli, 180 manat dəyərində markasını xatırlamadığı su motoru, 60 manat dəyərində markasını xatırlamadığı boru ütüsü oğurlanmışdır. Eyni zamanda hamamın içərisindən ümumilikdə təxminən 1600 manat dəyərində 3 hamam üçün aldığı adlarını xatırlamadığı müxtəlif hamam aksesuarları da oğurlanmışdır. O, evdən əşyaların oğurlandığını görüb sahənin polis sahə rəisinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə polis bölməsinə müraciət etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerinə müayinə edib çıxıb getmişlər. Baş vermiş oğurluq hadisə ilə bağlı şübhələndiyi konkret olaraq hər hansı bir şəxs yoxdur. Onun heç kəslə ziddiyəti ədavəti yoxdur, eyni zamanda onun heç kəsə, heç kəsin də ona borcu yoxdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3670 manat məbləğində ziyan dəymişdir. O, ifadəsində qeyd etdiklərindən başqa hər hansı bir əmlakı oğurlanmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründəki ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən Zaur adlı şəxsin evndə usta kimi işləyir. Qeyd etmişdir ki, onun adı Cəfər olsa da hamı onu Zaur kimi çağırır. Onunla birlikdə həmin evdə ustalar Natiq və Samir də işləmişlər. 30.01.2021-ci il tarixdə saat 18:00 radələrində işlərini bitirib həmin evdən çıxmışlar. 31.01.2021-ci il tarixdə səhər saatlarında o, və digər ustalar həmin ünvana gələndə fərdi evin darvazasının bir qədər aralı olmasını, sonradan isə həyatyanı sahəyə daxil olanda yeni tikilidə və hazırda təmir işlərini apardığımız evin 1-ci mərtəbəsinin pəncərəsinin açıq vəziyyətdə, evin içərisinə daxil olanda isə evin içərisində quraşdırılan elektrik naqillərinin kəsildiyini və yerində olmadıqlarını, 1-ci mərtəbədə olan ev sahibi Cəfərə məxsus su nasosunun, qaynaq ütünün, müxtəlif adda və sayda muftaların, uqolnqiklərin, vintillərin, su üçün nəzərdə tutulmuş troyniklərin, pilləkənlərin altında olan ona məxsus təxminən 11 ay əvvəl 120 manata aldığı, ona məxsus «Bosh» markalı laqondanı, təxminən 7 ay əvvəl 20 manata aldığı markasını xatırlamadığı dreli, bir metri 80 qəpiyə olan 20 manata aldığı 35 metr uzunluğunda elektrik uzadıcının yerində olmadıqlarını, eləcə də Natiq və Samirə məxsus inşaat alətlərin yerində olmadığını oğurlandığını aşkar etmişlər. Natiq zəng edib bu barədə Zaura bildirmişdir. Bir neçə saatdan sonra Zaur da gəlmiş, evə nəzər yetirmişdir. Bu səbəbdəndə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Bir qədər keçmiş polis əməkdaşları hadisə baş verdiyi ünvana gəlmişlər və müvafiq sənədləşmə aparmışlar. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 160 manat ziyan vurulmuşdur. Oğurluqla bağlı konkret olaraq heç kimdən şübhələnmir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 01.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş 01.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş 01.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs18 tərəfindən verilmiş 01.09.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 MMCnin nümayəndəsi X19 tərəfindən verilmiş 08.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş zərər ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş 08.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin cüzi hissəsi ödənilmiş, əsas hissəsi ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş 15.12.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və şikayətçi deyildir. İş materiallarında olan zərərçəkmiş şəxs X18 tərəfindən verilmiş 15.12.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs16 tərəfindən verilmiş 15.12.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs17 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və bu səbəbdən şikayətçidir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəməəmtəəşünaslıq ekspertizasının 09.04.2021-ci il tarixli, 1304 saylı rəyindən görünür ki, ölçüsü 1X4, ümumi 8 bağlama, hər bağlamada 100 metr elektrik naqili – 320,00 (800 metr x 0,40 manat) manat, ölçüsü 1x2,5 ümumi 6 bağlama, hər bağlamada 100 metr elektrik naqili – 120,00 (6oo metr x 0,20 manat) manatdır. Videokamera görüntüsü üçün nəzərdə tutulmuş 4x1 ölçüdə 45 metr uzunluğunda naqilin, 01 ədəd «Bosch» (Bosh) markalı prefarator və 01 ədəd Total markalı laqondanın markası və modeli məlum olmadığından ekspert tərəfindən həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspert qarşısında sadalanan və nəzəri qaydada qiymət verilməsi xahiş edilən videokamera görüntüsü üçün nəzərdə tutulmuş 4x1 ölçüdə 45 metr uzunluğunda naqilin, 01 ədəd «Bosch» (Bosh) markalı prefarator və 01 ədəd Total markalı laqonda barədə heç bir məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılması mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs1 ümumilikdə 1584 (min beş yüz səksən dörd) manat, Zərərçəkmiş şəxs5 isə 347 (üç yüz qırx yeddi) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.04.2021-ci il tarixli, 1338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 MMC-nin şəxsi mülkiyyəti olan 00534 saylı «Milliön» ödəmə terminalına dəymiş ziyanın ümumi dəyəri 2021-ci ilin mart ayına nəzəri hesablama yolu təxminən 860,00 (səkkiz yüz altmış) manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə əmtəəşünaslıq ekspertizasının 30.04.2021-ci il tarixli 9/1278 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olması nəzərə alınaraq 2021-ci ilinfevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2600,00 manat müəyyən olunmuşdur. Belə ki, 01 ədəd istifadədə olmuş, Almaniya istehsallı, «Bosch» markalı prefaratorun qiyməti 100 manat. 01 ədəd istifadədə olmuş, normal vəziyyətdə Almaniya istehsallı, «Bosch» markalı, üzərində GBH 2-26 DRE PROFESSİONAL yazıları olan prefaratorun qiyməti 120 manat və 01 ədəd istifadədə olmuş, üzərində Türkiyə istehsalı, «Candan» markalı, «CM-01» yazıları olan qaynaq ütüsünun (aksesuarları və qutusu ilə birlikdə) qiyməti 40 manat təşkil etmişdir. Nəzəri qaydada qiymətləndirilən istifadədə olmuş vəziyyətdə 4-lük 300 metr elektrik naqilinin 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti 120 manat, 01 ədəd istifadədə olmuş vəziyyətdə 2017-ci il Çin istehsalı olan «Krakodil» adlanan təmir açarı 10 manat və istifadədə olmuş vəziyyətdə qaynaq aparatının 30 metr 6-lıq naqili 15 manat təşkil etmişdir. Digər iki adda mallar haqqında kifayət qədər məlumat (modeli, istismar müddəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Bununla da Zərərçəkmiş şəxs13 ümumilikdə 785 (yeddi yüz səksən beş) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.05.2021-ci il tarixli, 9/1899 saylı rəyindən görünür ki,bir ədəd istifadədə olmuş, üzərində «BOSCH CH 2-26 RE» yazıları olan prefarator 90,00 (doxsan) manat, 01 ədəd istifadədə olmuş, üzərində «ZUBR D-550GR 550VT» yazıları olan drel 20,00 (iyirmi) manat müəyyən edilmişdir. Nəzəri qaydada bir ədəd qaynaq aparatı, bir ədəd elektrik mişarı, bir ədəd su motoru, bir ədəd lazer aparatı və səkkiz top işıq naqillər haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, texniki vəziyyəti, istismar müddəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs8 1700 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 17.05.2021-ci il tarixli 3/516 saylı rəyindən görünür ki, təqdim edilmiş «1» və «2» rəqəmləri ilə işarələnmiş asma qıfılların səthindəki zədələrin yerləşmə sahələri, istiqamətləri, forma və xüsusiyyətlərinə əsasən qıfılların gövdə hissəsinin səthində olan zədələr kənar predmetlə mexaniki təsir nəticəsində qıfılın sındırılaraq açılması prosesində yaranmağa xarakterik batıq zədələridir. Qıfılların asılqan hissəsinin səthində olan zədələr isə xassəsinə malik alət ilə (məsələn: dəmir qayçı) kəsilmə nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş «1» və «2» rəqəmləri ilə işarələnmiş asma qıfılların səthindəki zədələr ümumi və xüsusi əlamətlərinə əsasən tədqiqata təqdim edilən dəmir qayçının təsirindən yaranmağa xarakterikdir. Qərarda göstərilən Milliön ödəniş terminalı təqdim edilmədiyindən müvafiq tədqiqatların aparılması və qərarda qoyulmuş suala cavab verilməsi mümkün olmamışdır. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 05.05.2021-ci il tarixli 9/1925 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd üstündə «Kzubr KAC 300» markalanma yazıları olan istifadədə olmuş elektrik qaynaq aparatının hazırki işlənmiş vəziyyətdə, 15 fevral 2021-ci il tarixə, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 105,00 (yüz beş) manat müəyyən edilmişdir. Ekspert qarşısında sadalanan və nəzəri qaydada qiymət verilməsi xahiş edilən digər malların markası, modeli, istehsal yeri və ili, texniki göstəriciləri, yararlığı, hansı vəziyyətdə olması və istismar müddəti barədə məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılması mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs9 41085 (qırx bir min səksən beş) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 05.05.2021-ci il tarixli 9/1926 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində «Total, 11000/min, 125mm, 2019, made in China» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş laqonda 30,00 (otuz) manat, 01 ədəd üzərindəyazıları pozulmuş, xarici görünüşünə görə uzun müddət istifadədə olmuş böyük preparator 250,00 (iki yüz əlli) manat, 01 ədəd üzərində «Bosch, GBH 2-26 DRE, Professional» markalanma yazıları olan, xarici görünüşünə göə istifad olunmuş preparator 80 ,00 (səksən) manat, 01 ədəd qara rəngli metal qutuya qabldaşdırılmış, xarici görünüşünə görə istifadədə olmuş boru ütüsü 35,00 (otuz beş) manat müəyyən edilmişdir. Ekspert qarşısında sadalanan və nəzəri qaydada qiymət verilməsi xahiş edilən digər malların markası, modeli, istehsal yeri və ili, texniki göstəriciləri, yararlığı, hansı vəziyyətdə olması və istismar müddəti barədə məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılması mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs10 ümumilikdə 3670 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06.05.2021-ci il tarixli 9/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 50 metr üzərində «Maktel kablo HO5VV-F» yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, miss tərkibli, 2 x 10 mm2 diametrli elektrik naqili – 150,0 (mA metr x 3 manat), 1 metr üzərində «Maktel NYAF HO5V-K» yazıları olan, üzəri qırmızı-göy rəngli izoliasiyalı olan, mis tərkibli, 1x2,5 mm2 diametrli elektrik naqili – 00,30 manat ( 1 metr x 0,30 manat), üzərində «Prysmian H07V- K» yazıları olan. Üzəri qırmızı rəngli izoliasiyalı olan, mis tərkibli, 4 mm2 diametrli elektrik naqilinin 1 metri 0,90 manat, 2 top (200 metr) – 100,0 manat (200 metr x 0,50 manat), 05 ədəd üzərində»Siemens C25» yazıları olan elektrik açarı – 12,50 manat (5 ədəd x 2,50 manat), 05 ədəd üzərində «Siemens B25» yazıları olan elektrik açarı – 12.50 manat (5 ədəd x 2,50 manat) müəyyən edilmişdir. Nəzəri qaydada 02 ədəd «Siemens» markalı, 32 amper həcmli elektrik avtomatlarının istifadədə olması nəzərə alınmaqla – 5,00 (2 ədəd x 2,50) manat müəyyən edilmişdir. Digər 30 ədəd elektrik qovşağı «razetka» və markasını xatırlamadığı direl tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs11 ümumilikdə 990 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 08.05.2021-ci il tarixli 9/2079 saylı rəyindən görünür ki, 1500 metr 4-lük mis naqilin 14 fevral 2021-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən 1200,00 manat kimi qiymətləndirilmişdir. Tədqiqata təqdim edilməyən 5 ədəd «H-Vision» markalı kameralar, 150 metr 4-lük kamera naqili, 12 voltluq adapdorları, «H-Vision» markalı 8 GB-lıq diviyar, adı və istehsal yeri bilinməyən darvaza matoru, adları və sayı xatırlanmayan hamam aksesuarları, 1 ədəd «Meakida» markalı laqonda, 01 ədəd «Bosh» markalı drel, 1 ədəd «Bosh» markalı prefarator, 1 ədəd «Bosh» markalı daş kəsən (balqarka), 20 ədəd 16-li «Simens» markalı avtomat və 30 ədəd «Shnader» markalı razetkalar barədə onların konkret adını, modelini, əmtəə görünüşünü, ölçüləri yararlılığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvə və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs19 ümumilikdə 12100 (on iki min yüz) manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 18.05.2021-ci il tarixli 9/2020 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmaması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan bazar qiyməti ümumi dəyəri təxminən 1857,0 manat müəyyən edilmişdir. O cümlədən:
1. 1200 metr üzərində «İdeal Cablo» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan, mis tərkibli, 1x2,5 mm2 diametrli elektrik naqili 480,0 manat (1200 metr x 0,40 manat)
2. 1400 metr üzərində «Prysmian HO7V-K» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan və markalanmasına dair heç bir məlumat olmayan, üzəri göy rəngli izoliasiyalı olan, mis tərkibli, 4 mm2 diametrli elektrik naqili – 1260,0 manat (1400 metr x 0,90 manat) ,
3. 5 ədəd üzərində «Legrand C20» yazıları olan elektrik açarı -21,0 manat (4,20 manat x5 ədəd),
4. 11 ədəd üzərində «Legrand B20» yazıları olan elektrik açarı – 7-,40 manat (6,40 manat x11 ədəd),
5. 4 ədəd üzərində «Legrand B16» yazıları olan elektrik açarları – 25,60 manat (6,40 manat x 11 ədəd) Ekspertiza təyini haqqında qərarda göstərilən Çin istehsalı olan, mis materialından hazırlanmış istifadə olunmamış, 500 metr uzunluğunda 6 diametrlik elektrik naqili və Çin istehsalı olan istifadə olunmamış, 7 ədəd dörd künc formalı, tavan üçün led lampalar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs12 ümumilikdə 1932 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 31.05.2021-ci il tarixli, 9/2826 saylı rəyindən görünür ki, Sumqayıt Telekommunikasiya Qovşağına məxsus KQ-nın TPP 10x2x0,04 markalı paylayıcı kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ili naprel ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1 metri 1,60 manat, 70 metri 112,00 (70 metr x 1,60 manat) manat müəyyən olunmuşdur. Bununla da zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 112,00 manat maddi ziyan dəymişdir. İş materiallarında olan «X11» MMC-nin 03.06.2021-ci il tarixli 366 saylı rəyindən görünür ki, qərrada sadalanan oğurlanmış təmir-tikinti mal-materialları ekspertiza baxışına təqdim edilmədiyi üçün eləcə də ekspertə təqdim edilmiş materiallarda ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də həmin əşyalar üzrə qiymətləndirmə zərərçəkmiş şəxslərin qeyd etdiyi qiymətlərlə hesablanmalıdır. Bununla da Zərərçəkmiş şəxs18 ümumilikdə 3302 manat, Zərərçəkmiş şəxs16 Seyidağa oğluna 230 manat, Zərərçəkmiş şəxs15 160 manat və Zərərçəkmiş şəxs17 isə 390 manat maddi ziyan dəymişdir. Cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzərində «BOSCH CH 2-26 RE» yazıları olan prefarator, 01 ədəd üzərində «ZUBR D-550GR 550VT» yazıları olan drel, 01 ədəd üstündə «Kzubr KAC 300» markalanma yazıları olan elektrik qaynaq aparatı, 01 ədəd üzərində «Total, 11000/min, 125mm, 2019, made in China» markalanma yazıları olan laqonda, 01 ədəd üzərində yazıları pozulmuş böyük preparator, 01 ədəd üzərində «Bosch, GBH 2-26 DRE, Professional» markalanma yazıları olan preparator, 01 ədəd qara rəngli metal qutuya qabldaşdırılmış boru ütüsü, 20 metr üzərində «Maktel kablo HO5VV-F» yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, miss tərkibli, 2 x 10 mm2 diametrli elektrik naqili, 05 ədəd üzərində «Siemens C25» yazıları olan elektrik açarı, 05 ədəd üzərində «Siemens B25» yazıları olan elektrik açarı, 1200 metr üzərində «İdeal Cablo» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan, mis tərkibli, 1x2,5 mm2 diametrli elektrik naqili 480,0 manat (1200 metr x 0,40 manat) 01 ədəd üzərində «Prysmian HO7V-K» yazıları olan, elektrik naqili, 5 ədəd üzərində «Legrand C20» yazıları olan elektrik açarı, 11 ədəd üzərində «Legrand B20» yazıları olan elektrik açarı, 4 ədəd üzərində «Legrand B16» yazıları olan elektrik açarları maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. İş materillarından görünür ki, cinayət işi üzrə 01 ədəd iri ölçülü dəmir kəsən qayçı, 02 ədəd qıfıl və maddi sübüt kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materillarından görünür ki, cinayət işi üzrə 01 ədəd «Milliön» ödəniş terminalı maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 MMC-yə qaytarılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 08.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 23.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 13.04.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkməsinin 31.08.2018-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 03 il azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 04.11.2019-cu il tarixdə cəzasını sonu ilə azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 11.06.2020-ci il tarixli qərarı ilə cərimə cəzası 05 ay 18 gün azadlığın məhdudlaşdılırması cəzası ilə əvəz edilmişdir. 28.12.2020-ci il tarixdə cəza müddəti başa çatmışıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, həmin cinayət işi 01.06.2021-ci il tarixdə X1 müraciəti əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə başlanaraq, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Səid Məmmədov tərəfindən icraata qəbul edilib, istintaq aparılmışdır. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən, eyni zamanda onun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən müxtəlif evlərdən oğlurluq etməsi ilə bağlı kifayət qədər şübhələr olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Səid Məmmədov tərəfindən 13.03.2021ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-105/2021 saylı, 15.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi, yəni 04.06.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materillarından görünür ki, 26.03.2021-ci il tarixdə müstəntiq Xanlar Həsənlinin icraatında olan və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntəqi, polis mayoru Səid Məmmədovun icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işi materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-260/2021 saylı, 02.06.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 ,177.2.3 və 177.2.3-3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi materillarında olan “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 19 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 ,177.2.3 və 177.2.3-3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, cinayət işindən materialın ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilməsi qərar alınmışdır. Cinayət işi materillarında olan “yenidən ittiham elan edilməsi haqqında” 19.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 ,177.2.3,177.2.3-3 və 177.2.4-cü maddələri ilə təqsirləndiirlən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş Sumqayıt şəhər Corat qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 13 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə “KOMTEC” LTD-nin Təqsirləndirilən şəxs qarşı mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi kimi hesablanır. Lakin iş materillarında olan “KOMTEC” LTD tərəfindən Məhyəməyə ünvanlanmış iddia ərizəsinə dövlət rüsumu ilə bağlı qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.2-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə bu halda ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd üzərində «BOSCH CH 2-26 RE» yazıları olan prefarator, 01 ədəd üzərində «ZUBR D-550GR 550VT» yazıları olan drel, 01 ədəd üstündə «Kzubr KAC 300» markalanma yazıları olan elektrik qaynaq aparatı, 01 ədəd üzərində «Total, 11000/min, 125mm, 2019, made in China» markalanma yazıları olan laqonda, 01 ədəd üzərində yazıları pozulmuş böyük preparator, 01 ədəd üzərində «Bosch, GBH 2-26 DRE, Professional» markalanma yazıları olan preparator, 01 ədəd qara rəngli metal qutuya qabldaşdırılmış boru ütüsü, 20 metr üzərində «Maktel kablo HO5VV-F» yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, miss tərkibli, 2 x 10 mm2 diametrli elektrik naqili, 05 ədəd üzərində «Siemens C25» yazıları olan elektrik açarı, 05 ədəd üzərində «Siemens B25» yazıları olan elektrik açarı, 1200 metr üzərində «İdeal Cablo» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan, mis tərkibli, 1x2,5 mm2 diametrli elektrik naqili 480,0 manat (1200 metr x 0,40 manat) 01 ədəd üzərində «Prysmian HO7V-K» yazıları olan, elektrik naqili, 5 ədəd üzərində «Legrand C20» yazıları olan elektrik açarı, 11 ədəd üzərində «Legrand B20» yazıları olan elektrik açarı, 4 ədəd üzərində «Legrand B16» yazıları olan elektrik açarlarının zərərçəkmiş şəxslərin sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, “KOMTEC” LTD-yə, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, “Sumqayıt Telekommunikasiya Qovşağı”-na, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X8, Zərərçəkmiş şəxs18, X15 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Cinayət işi üzrə maddi sübüut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 677,00 (altı yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli (iş № 1(060)-750/2021) qərarını icra edərək, 12 iyul 2021-ci il tarixli 750/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13.03.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı “KOMTEC” LTD tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış götürülmüş 01 ədəd üzərində «BOSCH CH 2-26 RE» yazıları olan prefarator, 01 ədəd üzərində «ZUBR D-550GR 550VT» yazıları olan drel, 01 ədəd üstündə «Kzubr KAC 300» markalanma yazıları olan elektrik qaynaq aparatı, 01 ədəd üzərində «Total, 11000/min, 125mm, 2019, made in China» markalanma yazıları olan laqonda, 01 ədəd üzərində yazıları pozulmuş böyük preparator, 01 ədəd üzərində «Bosch, GBH 2-26 DRE, Professional» markalanma yazıları olan preparator, 01 ədəd qara rəngli metal qutuya qabldaşdırılmış boru ütüsü, 20 metr üzərində «Maktel kablo HO5VV-F» yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, miss tərkibli, 2 x 10 mm2 diametrli elektrik naqili, 05 ədəd üzərində «Siemens C25» yazıları olan elektrik açarı, 05 ədəd üzərində «Siemens B25» yazıları olan elektrik açarı, 1200 metr üzərində «İdeal Cablo» yazıları olan, üzəri qırmızı rəngli izoliasiyalı olan, mis tərkibli, 1x2,5 mm2 diametrli elektrik naqili 480,0 manat (1200 metr x 0,40 manat) 01 ədəd üzərində «Prysmian HO7V-K» yazıları olan, elektrik naqili, 5 ədəd üzərində «Legrand C20» yazıları olan elektrik açarı, 11 ədəd üzərində «Legrand B20» yazıları olan elektrik açarı, 4 ədəd üzərində «Legrand B16» yazıları olan elektrik açarlarının zərərçəkmiş şəxslərin sərəncamına verilməsi nəzərə alınsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 677,00 (altı yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Hacıyev