Məhkəmə qərarları › İş №1(060)-29/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-29/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-29/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X9 Publik hüquqi şəxsin nümayəndəsi X1*, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Sumqayıt Qaz İstismar sahəsində mühəndis vəzifəsində işləyən, Sumqayıt Şəhər Məhkəməsinin *7 may 2*21-ci il tarixli hökmü ilə CM-nin 3*8.1-ci maddəsi ilə təqsirli bilinib *2 il müddətinə dövlət və yerli özünü idarə-etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə *2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 X26 münasibətilə amnsitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin *5 noyabr 2*21-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası *1 il azaldılmış, cəza müddəti 12.*8.2*22-ci il tarixdə başa çatdığından qeydiyyatdan çıxarılmış, əlavə cazası *8.*7.2*23-cü il tarixdə başa çatacaq, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 3*8.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etmə yolu ilə talamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə *8 iyun 2*16-cı il tarixli, *9/11-263 saylı əmrlə Qubadlı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 13 may 2*19-cu il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2**1-ci il tarixli Qanununun 6, 22, 36.7 və 4*-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Qubadlı rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 6 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2*16-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin 17.*5.2*17-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Qubadlı rayon Məşğulluq mərkəzinə ayrılmış 25.154 (iyirmi beş min bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2*17-ci ilin may ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 12.832 (on iki min səkkiz yüz otuz iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qubadlı rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 1*.*5.2*17-ci il tarixli kotirovka sorğusunun qalibinin 67**3676*1 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs “Sarvan-2*11" MMC, 12.322 (on iki min üç yüz iyirmi iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qubadlı rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 1*.*5.2*17-ci il tarixli kotirovka sorğusunun qalibinin 57**696821 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs “Ortaq 2*15" MMC olması barədə 2*17-ci ilin may ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Qubadlı rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi 1* may 2*17-ci il tarixli 16 və 17 saylı müqavilə, kotirovka sorğusunun nəticələri haqqında 1*.*5.2*17-ci il tarixli yekun protokolları və digər sənədləri şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 17 aprel 2*17-ci il tarixli, *7 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid7 və Şahid8 Kamil oğlu tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və “Sarvan-2*11” MMC və “Ortaq 2*15" MMC-nin həmin kotirovka sorğularının qalibi olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olubolmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan 26.*5.2*17-ci il tarixli ödəniş tapşırıqları ilə “Sarvan-2*11” MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ4**6**1944********** nömrəli hesabına 12.832 (on iki min səkkiz yüz otuz iki) manat və “Ortaq 2*15” MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ12AMRA**4**6*94412253*84*1 nömrəli hesabına 12.322 (on iki min üç yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 3 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid12, Şahid11 və Şahid9 2*17-ci ilin iyun ayı ərzində Sumqayıt şəhər ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan aldıqları mal-qaranı Qubadlı rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid3 4.*9* manat, Şahid5 4.362 manat və Şahid6 3.87* manat maddi aktivlərin verilməsini tam həcmdə təmin edib, X11 3.*** manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.116 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 3.*** manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.116 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.4** manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.6** manat dəyərində maddi aktivlər verilməsi barədə tamah və şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Qubadlı rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 2*18-ci ilin iyun ayına tərtib olunmuş aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə maddi aktivlərin verilməsi üçün ayrılmış 25.154 (iyirmi beş min bir yüz əlli dörd) manat məbləğində vəsaitdən faktiki olaraq 21.722 (iyirmi bir min yeddi yüz iyirmi iki) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi yolu ilə 3.432 (üç min dörd yüz otuz iki) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 3*8.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2**2-ci ildə Azərbaycan İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” fakültəsini bitirmiş, ali təhsilini başa vurduqdan sonra Sumqayıt şəhər X2 birliyində mühəndis vəzifəsində işləmiş, daha sonra isə 2*16-cı ilin *8 iyun tarixində X4 direktoru təyin olunmuş, 2*19-cu il 9 may tarixində həmin vəzifədən azad edilmişdir. 2*17-ci ildə Mərkəzin direktoru özü, mühasibi isə Şahid7 olmuşdur. Mərkəzin hesablaşma hesabı “Turanbank" ASC-də olmuşdur. Mərkəz birbaşa Dövlət Məşğulluq Xidmətinə tabe olmuşdur. 2*16-cı ilin sonlarından başlayaraq əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərdə biznesin qurulması məqsədilə 2 aylıq kurslar təşkil olunmağa başlanmış, kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib təqdim edərək həmin biznes planlarında görəcəkləri işin dəyərini göstərmişlər. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. 2*17-ci ilin may ayının əvvəllərində Dövlət Məşğulluq Xidmətinin hazırda xatırlamadığı vəzifəli şəxsi ona zəng edərək baş idarədən hazır sənədlər göndərdiyini və həmin sənədləri təcili özünün imzalayıb möhürləməyini, digər əməkdaşlara da imzalatdırıb taksi ilə Dövlət Məşğulluq Xidmətinə göndərməyini tapşırmış, bu tapşırığın isə rəhbərlikdən gəldiyini bildirmişdir. Həmin vəzifəli şəxsi xatırlamaması onunla əlaqədardır ki, işlədiyi dövrdə Dövlət Məşğulluq Xidmətinin bir çox əməkdaşı ilə xidməti fəaliyyəti ilə əlaqədar ünsiyyətdə olmuş və Mərkəzə baş idarədən daimi olaraq sənəd gəlib-getmiş, həmin sənədləri də gündəlik sənədlər olduğunu hesab etmiş, ona görə xüsusi olaraq yadında saxlamamış, bu səbəbdən hazırda dəqiq olaraq sənədlərin kim tərəfindən göndərildiyini bilmir. Dövlət Məşğulluq Xidmətindən zərfdə sənədlər göndərildikdə həmin sənədlərdə əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə guya Qubadlı rayon Məşğulluq Mərkəzi üzrə 2*17-ci ildə kotirovka sorğuları keçirilməsi, həmin sorğularda bir neçə şirkətlərin iştirak etməsi, komissiya sədrinin direktor kimi özünün, komissiya üzvlərinin isə Qubadlı rayon Məşğulluq Mərkəzinin əməkdaşları Şahid8 və Şahid7 olması, sorğularda “Sarvan-2*11” MMC və “Ortaq 2*15” MMC adlı şirkətlərin guya qalib olması barədə protokollar, həmin şirkətlərlə bağlanmış, şirkətlərin direktorları tərəfindən imzalanmış və möhürlənmiş müqavilələr, habelə digər sənədlərin olduğunu görmüşdür. O da hazırda xatırlamadığı Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxsinin göstərişini icra etmiş, protokolları imzalamış və möhürləmiş, digər əməkdaşları da, yəni Şahid7la Şahid8 sənədlərin baş idarədən göndərildiyini və imzalanması barədə tapşırıq gəldiyini izah edərək onlara da imzalatdırmış, müqavilələri də özü imzalamış və möhürləmişdir. Bundan bir neçə gün sonra yenə hazırda xatırlamadığı Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxsinin digər göstərişi ilə guya kotirovka sorğularında qalib gəlmiş “Sarvan-2*11" MMC və “Ortaq 2*15” MMC adlı şirkətlərin bank hesablarına kassa xərclərinin sifarişi cədvəlini, ödəniş tapşırıqlarını imzalamaqla müvafiq olaraq 12.832 manat, “Ortaq 2*15” MMC-nin bank hesabına 12.322 manat köçürülməsini təmin etmişdir. Qubadlı Maliyyə İdarəsindən faktiki olaraq kotirovka sorğusu keçirilib-keçirilməməsi ilə maraqlanmadıqlarından bu barədə onlarla heç nə danışmamışdır. X13 üzrə hər hansı kotirovka sorğusu keçirilməmiş, protokolda adları qeyd olunan şirkətlərin hər hansı nümayəndəsini tanımır. Hesab etmişdir ki, ona göstərişin rəhbərlikdən gəldiyi deyildiyinə görə gələcəkdə problem olmaz və əgər sənədləri imzalamasa özü də arzu olunmayan işçi hesab olunaraq vəzifəsindən azad edilə bilər. Qaimə-fakturalarda imzalar özünə məxsus olsa da mallar Mərkəzə təhvil verilməmiş, aktivlərin paylanmasını Mərkəzin əməkdaşları həyata keçirməmişlər, aktivləri paylayan şəxsləri tanımır. Aktivlərin istifadəyə verilməsinə dair aktlarda imzaları olsa da həmin aktları sonradan imzalamış, aktivlərin paylanmasına iştirak etməmiş, lakin bir müddət sonra aktivləri yoxlamış və mülkiyyətə verilmədə iştirak etmiş, həmin vaxt ona iş axtaran şəxslər tərəfindən hər hansı şikayət edilməmişdir. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Qubadlı rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı “Sarvan-2*11" MMC və «Ortaq-2*15» MMC ilə bağlanılmış müqavilələr, kotirovka sorğusunun nəticələrinə dair yekun protokollar, qaimə fakturalar və digər sənədlərdə adınının qarşısında olan imzalar özünə məxsusdur. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmdə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X9 Publik hüquqi şəxsin nümayəndəsi X19 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2*16-cı ildə iş axtaran şəxs kimi Qubadlı rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçmişlər. Kurs bitdikdən sonra X4 inzibati binasında imtahan vermiş və imtahanı müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2*17-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri, yəni 2 baş yanıbalalı inəyi yaşadığı evin həyətində gətirib vermişdir. Aktivlərin alınmasına nə qədər pul xərcləndiyini bilməmiş, nə qədər xərc çəkilməsi ilə maraqlanmamışdır. Həmin şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Ona yanıbalalı inəklər verilərkən həmin heyvanların çəlimsiz və faktiki olaraq gəlir gətirə biləcək heyvanlar olmadığını gördüyündən etiraz etsə də aktivləri paylayan şəxs ancaq həmin heyvanları qəbul etməli olduğunu demişdir. Bir müddət sonra həmin heyvanları hələ bəsləyib böyütdükdən sonra aparıb inəyin bir başını 7** manata, balasını isə 8** manata satmış, həmin pulun üzərinə bir az da pul qoyaraq eyni cinsli daha yaxşı heyvanlar almışdır. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Hazırda da heyvandarlıqla məşğuldur. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 2*16-cı ildə iş axtaran şəxs kimi Qubadlı rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçmişlər. Kurs bitdikdən sonra X4 inzibati binasında imtahan vermiş və imtahanı müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2*17-ci ilin iyun ayında hazırda xatırlamadığı nömrə ilə bir şəxs ona zəng edərək adını demədən aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri, yəni 2 baş yanıbalalı inəyi yaşadığı evin həyətində gətirib vermişdir. Aktivlərin alınmasına nə qədər pul xərcləndiyini bilməmiş, nə qədər xərc çəkilməsi ilə maraqlanmamışdır. Həmin şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Şəraitin olmaması ilə əlaqədar heyvanları saxlaya bilməmişdir. Məhkəmədə Şahid7 ifadəsində göstərdi ki, 2***-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini bitirmiş, ali təhsilini başa vurduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri X6 baş məsləhətçi-mühasib olmuş, 2*2*-ci ilin mart ayında həmin vəzifəsindən azad edilmişdir. 2*17-ci ildə Mərkəzin direktoru Təqsirləndirilən şəxs, mühasibi isə özü olmuşdur. Mərkəzin hesablaşma hesabı “Turanbank" ASC-də olmuşdur. Mərkəz birbaşa Dövlət Məşğulluq Xidmətinə tabe olmuşdur. 2*16-cı ilin sonlarından başlayaraq əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərdə biznesin qurulması məqsədilə 2 aylıq kurslar təşkil olunmağa başlanmış, kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib təqdim edərək həmin biznes planlarında görəcəkləri işin dəyərini göstərmişlər. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. 2*17-ci ilin may ayının əvvəllərində X4 direktoru Təqsirləndirilən şəxs onu yanına çağıraraq bildirmişdir ki, baş idarədən sənədlər göndərilmiş və həmin sənədləri imzalamalıdır, bu rəhbərliyin göstərişidir, lakin o, konkret olaraq həmin göstərişin ona kim tərəfindən verildiyini deməmişdir. Görmüşdür ki, sənədlərdə əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədilə guya Qubadlı rayon Məşğulluq Mərkəzi üzrə 2*17-ci ildə kotirovka sorğuları keçirilməsi, həmin sorğularda bir neçə şirkətlərin iştirak etməsi, komissiya sədrinin direktor Təqsirləndirilən şəxs, komissiya üzvlərinin isə onunla bərabər Qubadlı rayon Məşğulluq Mərkəzinin digər əməkdaşı Şahid8 olması, sorğularda “Sarvan-2*11” MMC və "Ortaq 2*15” MMC adlı şirkətlərin guya qalib olması barədə iki ədəd protokollar olmuşdur. O da Təqsirləndirilən şəxs göstərişini icra etmiş, onun özünün də həmin protokolu imzaladığını gördüyündən o da protokola imza etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona "Sarvan-2*11” MMC və “Ortaq 2*15” MMC adlı şirkətlərlə bağlanmış müqavilələri təqdim edərək adları çəkilən şirkətlərin bank hesablarına müqavilədə nəzərdə tutulan müvafiq olaraq 12.832 manat və 12.322 manat köçürülməsi barədə göstəriş vermiş, o da həmin göstərişi icra etmiş, bununla bağlı Təqsirləndirilən şəxslə birlikdə kassa xərclərinin sifarişi cədvəlini, ödəniş tapşırıqlarını imzalamış və “Sarvan-2*11” MMC-nin bank hesabına 12.832 manat, “Ortaq 2*15” MMCnin bank hesabına 12.322 manat köçürülməsini təmin etmişdir. Qubadlı Maliyyə İdarəsindən faktiki olaraq kotirovka sorğusu keçirilib-keçirilməməsi ilə maraqlanmadıqlarından bu barədə onlarla heçnə danışmamışdır. X13 üzrə hər hansı kotirovka sorğusu keçirilməmiş, o, protokolda adları qeyd olunan şirkətlərin hər hansı nümayəndəsini tanımır. Hesab etmişdir ki, Təqsirləndirilən şəxs ona göstərişin rəhbərlikdən gəldiyini dediyinə görə gələcəkdə problem olmaz və əgər sənədləri imzalamasa özü də arzuolunmayan işçi hesab olunaraq vəzifəsindən azad edilə bilər. Qaimə-fakturalardakı mallar Mərkəzə təhvil verilməmiş, aktivlərin paylanmasını Mərkəzin əməkdaşları həyata keçirməmişlər. Qubadlı rayon Məşğulluq mərkəzi üzrə “Sarvan-2*11” MMC və “Ortaq 2*15” MMC adlı şirkətlərin guya qalib olması barədə iki ədəd kotirovka sorğusunun nəticələrinə dair protokol, ödəniş tapşırıqlarında imzalar özünə məxsusdur. Məhkəmədə Şahid8 Kamil oğlu Şahid7la eyni məzmunlu ifadə verərək Qubadlı rayon Məşğulluq Mərkəzi üzrə əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə aktivlərin alınması ilə bağlı 2*17-ci ildə heç bir kotirovka sorğusunun keçirilmədiyini, həmin kotirovka sorğularına dair sənədləri Qubadlı rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncunun həmin sənədlərin imzalanmasına dair rəhbərliyin göstərişinin olması barədə dedikləri əsasında imzaladığını bildirdi. Məhkəmədə Şahid9 ifadəsində göstərdi ki, 2**7- 2**9-cu illərdə mal-qara alqı satqısı ilə məşğul olmuş, müxtəlif rayonlardan mal-qara alıb satmışdır. 2**9-cu ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə daxil olmuş və 2*13-cü ildə həmin fakültəni bitirmişdir. Bundan sonra hazırkı dövrə kimi mal-qara alqı satqısı ilə məşğul olur. 2*17-ci ilin may-iyul aylarında qəzetdə və İnternet saytında görmüşdür ki, Lənkəran, Mingəçevir, Sumqayıt, Qax, Oğuz, Kürdəmir, Zaqatala, Abşeron, Binəqədi, Suraxanı, Nərimanov, Sabunçu və respublikanın digər rayon və şəhər Məşğulluq Mərkəzi üzrə işaxtaran şəxslərə aktivlərin alışı ilə bağlı tender və kotirovka sorğusu keçirilir. Elandan başa düşmüşdür ki, həmin Məşğulluq mərkəzləri vətəndaşlara verilməsi üçün mal qara və digər ləvazimatlar, avadanlıqlar almaq istəyir və buna görə də tender və kotirovka keçirir. Bundan sonra həmin tenderlərdə və kotirovkalarda iştirak etmək qərarına gəlmiş, lakin tender və kotirovkada iştirak etmək üçün müəyyən tələblər olduğuna görə tender və kotirovkada iştirak etmək üçün Rəşad adlı dostu vasitəsilə tanış olduğu, fiziki şəxs kimi vergi ödəyicisi olan, habelə “Sarvan-2*11” adlı şirkətin direktoru olmaqla Saatlı rayonunda mal-qara ferması olan Seyidrəsul Abbasova təklif etmişdir ki, qeyd etdiyi rayonlar üzrə Məşğulluq mərkəzi tərəfindən keçirilən kotirovka sorğularında və tenderlərdə fiziki şəxs kimi onun adından və Seyidrəsulun direktoru olduğu “Sarvan-2*11” MMC-nin adından iştirak etsinlər, əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul təklifi ilə razılaşmışdır. Eyni qaydada müxtəlif şəxslər vasitəsilə tanış olduğu X14, X7 və X3 direktorları olduğu hüquqi şəxslər olan müvafiq olaraq “Ortaq 2*15” MMC”, “Stend" MMC, "xxxx" MMC və “Sabit” kəndli fermer təsərrüfatının adından tender və kotirovkada iştirak etmək qərarına gəlmiş, Seyidrəsulun və həmin şirkətlərin direktorlarının adından kotirovkada və tenderdə iştirak etmək üçün ərizələr almış, bank rekvizitlərini almış, təklif olunan qiymətlərini paketə qoyub həmin sənədləri Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Eyni zamanda direktorların və Seyidrəsulun adından etibarnamələr alaraq tender və kotirovkalar keçirilən Məşğulluq mərkəzlərinə təqdim etmişdir. Təklifləri verdikdən sonra həmin Mərkəzlərdə kotirovka sorğuları və tenderlər keçirilmiş, lakin kotirovkanın və tenderlərin Məşğulluq Mərkəzlərinin hansı otaqlarında keçirilməsini xatırlamır. Hər tender və kotirovkada onun təmsil etdiyi şirkətlərdən başqa digər iki şirkət də iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini xatırlamır, konkret olaraq Məşğulluq mərkəzinin hansı əməkdaşlarının komissiyada iştirak etmələrini xatırlamır. O, bir çox rayonda qeyd etdiyi şirkətlərin adından iştirak etdiyi tender və kotirovka sorğularının qalibi olmuşdur. Şirkətlərə və Şahid1* hesabına köçürülmüş pulu direktorlar özləri bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalanını aktivləri almaq üçün ona vermişlər. Onu da qeyd edir ki, şirkət rəhbərləri və Seyidrəsul ümumiyyətlə tender və kotirovka sorğusu prosesi ilə maraqlanmamışlar, onlar ancaq bununla bağlı onun tərtib etdiyi sənədləri imzalamışlar, həmin şirkətləri faktiki olaraq o, özü təmsil etmişdir. Tender və kotirovkalarda qalib gəlib şirkətlərlə müqavilələr bağlandıqdan sonra o, müqaviləyə uyğun olaraq vətəndaşları hər aktiv paylanmalı olan rayonun özündə yaxud həmin rayonda iri mal bazarı olmadıqda qonşu rayonda yerləşən mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, habelə heyvandarlıqla əlaqədar olmayan aktivləri Bakı şəhərində müxtəlif mağazalardan, habelə “Sədərək” Ticarət Mərkəzindən alıb paylamış, hər aktivi verəndə bununla bağlı akt tərtib etmiş, aktları bəzən özü, bəzən də onunla bərabər ona aktivlərin paylanmasında və daşınmasında iştirak edən qardaşı Şahid12, tanışları İslam Əhədov və Şahid11 imzalamışlar, aktivləri alarkən isə pulunu özü vermişdir. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməyi üçün heç kim heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancından heç kimə pul verməmişdir. İşaxtaran şəxslərə vermək üçün aldığı aktivlərin qiyməti tender və kotirovka sorğularında təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı aktivlərin real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, o, faktiki olaraq bazar qiymətlərini müəyyən edib bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. Məhkəmədə Şahid1* ifadəsində göstərdi ki, 2*13- 2*18-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon şöbəsində baş məsləhətçi, DSMF-nin Saatlı rayon şöbəsində müdir müavini vəzifəsində işləmiş, 2*19-cu ildən etibarən işsizdir. Ailəsinin Saatlı rayonunda 15* baş iri buynuzlu, 35* baş xırda buynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı mövcuddur. Həmin təsərrüfatı özü və qardaşı Mirmansur Abasov idarə edir. Fiziki şəxs kimi ona 67**4***62 nömrəli VÖEN verilmiş, 2*1*-cu ildə qeydiyyata alınmışdır. 2*17-ci ildən etibarən fəaliyyətini dayandırmışdır. Eyni zamanda bildirir ki, “Sarvan-2*11" MMC şirkətinin direktorudur, əvvəllər həmin şirkətlə heyvandarlıq fəaliyyəti göstərmiş, VÖEN-i 67**3676*1-dir. Şahid9lə tələbə yoldaşı olmuş, tanışlıqları həmin vaxtdandır. Şahid9 ona təklif etmişdir ki, təsərrüfatı olduğu üçün və vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə onun adından kotirovka sorğuları və tenderlərdə iştirak edib qazandığı pulun bir hissəsini ona verə bilər. O da həmin təkliflə razılaşmış, Şahid9 etibarnamə vermişdir. Şahid9 tərtib edib ona təqdim etdiyi müxtəlif rayonlarda keçirilən tender və kortirovka sorğuları ilə bağlı sənədləri imzalamış, həmin sənədlərin içərisində Lənkəran rayonu və Mingəçevir şəhəri üzrə tender sənədləri də olmuşdur. Özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. 2*17-ci ildə bir neçə dəfə Şahid9lə birlikdə Beynəlxalq Banka gedib orada onun hesabına köçürülən təqribən 5**.*** manata yaxın vəsaiti hesabdan çıxarıb Şahid9 təqdim etmişdir. Pulu hesabdan çıxarıb dərhal Şahid9 verdiyinə görə məbləğini dəqiq xatırlaya bilmir. Aralarında olan danışığa görə həmin pul hesabına Şahid9 özünüməşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvanların verilməsini təşkil edəndən sonra qalan qazancın bir hissəsini ona verməliymiş, lakin Şahid9 sonradan heyvanların qiymətinin bahalaşmasını bəhanə edib ona pul verməmişdir. O da əvvəldən yoldaşlıq münasibətləri olduğuna görə bu barədə Şahlara heçnə deməmişdir. Möhürü Şahid9 versə də onun adından tərtib edilmiş bütün sənədləri şəxsən ona imzalatdırmışdır. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi heç kimlə əmək müqaviləsi bağlamamışdır. Məhkəmədə Şahid12 ifadəsində göstərdi ki, 2**6-cı ildə Masallı rayonu Köçəkli kənd orta məktəbini bitirmiş, 2**6-2*1*-cu illərdə Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ali təhsil almış, 2*1*-2*11-ci illərdə hərbi xidmətdə olmuşdur. 2*18-ci ilin iyun ayından 2*2*-ci ilin fevral ayına qədər "xxxx" MMC-də direktor vəzifəsində işəmişdir. 2*2*-ci ilin oktyabr ayından "xxxx" MMC-də iş icraçısı işləyir. 2*16-2*17-ci illərdə mal-qara alışı ilə məşğul olmuş, qardaşı ilə birlikdə Dövlət Məşğulluq Xidmətinin kotirovka və tenderlərində iştirak edib özünü məşğulluq proqramı çərçivəsində seçilmiş şəxslərə paylamışlar. Respublika ərazisində Məşğulluq Mərkəzləri üzrə vətəndaşlara verilməsi üçün mal qara almaqla bağlı keçirilən kotirovka sorğularında və tenderlərdə hansı şirkətlərin iştirak etməsi ilə bağlı məlumatı yoxdur. O, qardaşı Şahid9lə birlikdə Respublika ərazisində yerləşən mal-qara satışı aparılan bazarlara getmiş, ora dəvət edilmiş şəxslərlə birlikdə onların öz istəklərinə uyğun olaraq bazardan seçilən heyvanları alıb qulaqlarına birka vurduqdan sonra özünə məşğulluq proqramı çərçivəsində seçilmiş şəxslərə təhvil vermiş, müxtəlif rayonlar üzrə vətəndaşlardan bəzilərinə mal-qaradan ibarət olmayan aktivlərin paylanmasında iştirak etmiş, həmin aktivləri də ya rayon və ya şəhərin özündə yerləşən mağazalardan ya da “Sədərək” TM-dən almışdır. Həmin proseslər zamanı foto və video çəkiliş aparılıb, maddi qiymətlilərin təhvil verilməsinə dair müvafiq aktlar tərtib edilmişdir. Aktlarda öz ad və soyadının qarşısında imza etmişdir. Aktivlərin paylanmasına qardaşı Şahid9 rəhbərlik etmiş, ondan başqa Şahid11, Əhəd İslamov iştirak etmişlər. Bəzən bir yerdə aktivləri alıb paylamışlar, bəzən də ayrılıqda. Maddi qiymətliləri alıb payladıqları rayonların içərisində Abşeron, Ağdaş, İmişli, Lənkəran, Mingəçevir, Zərdab, Zaqatala, Qubadlı, Sumqayıt, Oğuz, Qax, Ucar, Kürdəmir, Yevlax, Ağdam, habelə Bakı şəhərinin Binəqədi, Nərimanov, Sabunçu, Suraxanı, Xətai və digər Respublika ərazisində şəhər və rayonlar olmuşdur. O, ancaq qardaşı Şahid9 kömək etmiş və bu köməyinə görə ona hər hansı məbləğdə pul verilməmişdir. Kotirovka sorğularında və tenderlərdə qalib gələn şirkətlərlə heç bir müqaviləsi olmamış, sadəcə qardaşı Şahlar Mizəyevə kömək etmişdir. Aldıqları mal-qara və digər avadanlıqların qiymətinin hansı intervalda olmasını, neçəyə alınması ilə qardaşı Şahid9 məşğul olmuşdur. Onun işi alınmış heyvanların qulaqlarına birka vurulması, qeydiyyatının aparılması, təhvil verilən maddi qiymətlilərin şəkillərinin çəkilməsindən ibarət olmuşdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” aktların məzmununu təsdiq edir, imza etdiyi və adı yazılan aktların məzmunu düzdür, imzalar özünündür, həmin vətəndaşlara aktivləri özü alıb vermişdir. Məhkəmədə Şahid11 ifadəsində göstərdi ki, ali təhsilini Azərbaycan Pedaqoji Universitetində “Filologiya” fakültəsində almışdır. Təhsilini başa vurduqdan sonra öz ixtisası üzrə işləməmiş, əsasən ticarətlə məşğul olmuşdur. Şahid9lə eyni ərazidə yaşayır, bir neçə dəfə eyni bərbərxanaya mağazaya getdiyi üçün qarşılaşmışlar və ünsiyyəti yaranmışdır. 2*17-ci ildə işsiz olduğuna görə Şahlar ona kömək etməyini və bunun müqabilində pul qazanmağını təklif etmişdir. O, nə iş görəcəyi ilə maraqlandıqda Şahlar ona bildirmişdir ki, dövlət tərəfindən işsiz şəxslərə işlə təmin olunmaları üçün aktivlərin paylanması ilə bağlı tenderdə qalib gəlib və həmin işsiz şəxslərə aktivlərin alınıb paylanmasında köməyə ehtiyacı var, ona görə də ondan kömək etməyini xahiş etmiş, o da razılaşmış, həmin vaxt konkret əmək haqqı barədə danışmamışlar, ümumiyyətlə Şahlar ona bu məsələ barədə geniş məlumat verməmiş, ancaq vətəndaşlara mal-hyevan və iş qurmaq üçün ləvazimatlar alacağını, onun da fiziki olaraq kömək edəcəyini bildirmişdir. Bundan sonra 2*17-ci ilin yay aylarında bir neçə rayonda Şahlarla birgə mal-heyvan alaraq müxtəlif rayonların sakinlərinə paylamışlar. Bununla yanaşı Bakı şəhərində “Sədərək” Ticarət Mərkəzində, habelə vətəndaşların yaşadıqları rayonun özündəki mağazalardan müxtəlif təyinatlı aktivlərin alınmasında və paylanmasında iştirak etmiş, aktivləri istifadəyə verdikdən sonra aktivlərin istifadəyə verilməsi barədə aktlar tərtib etmişlər, aktları bəzən özü, bəzən isə Şahlar imza etmişdir. Aktivləri heç vaxt tək alıb paylamamış, aktivləri ancaq Şahlar özü almış və pulunu vermiş, onun işi bu məsələdə Şahlara kömək etmək olmuşdur. Ondan başqa aktivlərin paylanmasında İslam Əhədov və Şahid12 də iştirak etmişlər, lakin o, aktivləri əsasən Şahlarla birgə olanda paylamış, İslamla Şamxalı çox görməmişdir. Şahlar aktivlərin paylanmasında kömək etməyi müqabilində hər gün üçün ona 3*-5* manat məbləğləri arasında pul vəsaiti vermişdir. Ümumilikdə bu prosses ərzində ona cəmi nə qədər pul verdiyini hesablamamışdır. Maddi qiymətliləri alıb payladıqları rayonların içərisində Abşeron, Ağdaş, İmişli, Lənkəran, Mingəçevir, Zərdab, Zaqatala, Qubadlı, Sumqayıt, Oğuz, Qax, Ucar, Kürdəmir, Yevlax, Ağdam, habelə Bakı şəhərinin Binəqədi, Nərimanov, Sabunçu, Suraxanı, Xətai və digər Respublika ərazisində şəhər və rayonlar olmuşdur. Kotirovka sorğularında və tenderlərdə qalib gələn şirkətlərlə heç bir müqaviləsi olmamış, sadəcə Şahlar Mizəyevi tanımış və sonuncunun işlərini görmüşdür. Aldıqları mal-qara və digər avadanlıqların qiymətinin hansı intervalda olmasını, neçəyə alınması ilə Şahid9 məşğul olmuşdur. Onun işi alınmış heyvanların qulaqlarına birka vurulması, qeydiyyatının aparılması, təhvil verilən maddi qiymətlilərin şəkillərinin çəkilməsindən ibarət olmuşdur. “Aktivlərin iştirakçıların istifadəsinə verilməsi haqqında” aktların məzmununu təsdiq edir, imza etdiyi və adı yazılan aktların məzmunu düzdür, imzalar özünündür, həmin vətəndaşlara aktivləri özü vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin təqdim etdiyi Qubadlı rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış *6 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2*17-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair Baş İdarənin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Toğrul Hüseynov tərəfindən tərtib edilmiş 22 aprel 2*22-ci il tarixli rəydən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda Qubadlı rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 6 nəfərin adına 2*17-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 25154,* manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. “Sarvan-2*11” MMC-nin (VÖEN 67**3676*1) adına tərtib edilmiş 12.*5.2*17-ci il tarixli Əl E seriyalı 6224*4 nömrəli qaimə-fakturada 12832,* manat və “Ortaq- 2*15” MMC-nin (VÖEN 57**696821) adına tərtib edilmiş 15.*5.2*17-ci il tarixli ƏİE seriyalı 5*7*51 və 5*7*52 nömrəli qaimə-fakturalarda 12322,* dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Rəyin təsviri-əsaslandırıcı hissəsində adları qeyd edilən 6 fiziki şəxsin ifadələrinə və mal bazarlarından əldə edilmiş məlumatlara əsasən, həmçinin aktivlərin bazar dəyərinin təhlili nəticəsində müəyyən olunur ki, fiziki şəxslərə faktiki olaraq bazar dəyəri 21722,* manat olan maddi aktivlər verilmişdir. Nəticədə (25154,*-21722,*) 3432,* manat fərq yaranmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə olunmuş “Sarvan-2*11” MMC (VÖEN 67**3676*1) tərəfindən tərtib edilmiş 12.*5.2*17-ci il tarixli ƏİE seriyalı 6224*4 nömrəli qaimə fakturasından görünür ki, Sarvan-2*11” MMC tərəfindən 12.832 manat məbləğində aktivlərin alınaraq Qubadlı rayon Məşğulluq mərkəzinə təhvil verilməsi rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş “Ortaq-2*15" MMC (VÖEN 57**696821) tərəfindən tərtib edilmiş 15.*5.2*17-ci il tarixli ƏİE seriyalı 5*7*51 nömrəli qaimə fakturasından görünür ki, “Ortaq-2*15" MMC tərəfindən 12.322 manat məbləğində aktivlərin alınaraq Qubadlı rayon Məşğulluq mərkəzinə təhvil verilməsi rəsmiləşdirilmişdir. “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlara və istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, X15 adına 4116,* manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 3***,* manat dəyərində maddi aktivlər verilmiş, nəticədə1116,* manat fərq yaranmış, Şahid1 adına 4116,* manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 3***,* manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1116,* manat fərq yaranmış, Şahid4 adına 46**,* manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, sonuncuya 34**,* manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 12**,* manat fərq yaranmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Ağayev X8 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə *8 iyun 2*16-cı il tarixli, *9/11-263 saylı əmrlə Qubadlı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 13 may 2*19-cu il tarixədək həmin vəzifədə işləmişdir. “Dövlət satınalmaları haqqında” Azerbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən malgönderənlərin (podratçıların) ixtisasına dair tələbləri satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. Qanunun müddəalarına əsasən satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan yuxarıda qeyd olunan meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatları tələb edə bilər. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkalarin cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir. Satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır. Satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirə bilər. Satınalan təşkilat ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirirsə, müraciət etmiş və iştirak haqqını ödəmiş (əgər nəzərdə tutulubsa) malgöndərenə (podratçıya) bu prosedurlara dair sənədlər toplusunu verir və ya göndərir. Qanunun 22- ci maddəsində göstərilmişdir ki, satınalmaların təşkil olunması üçün satınalan təşkilat tender komissiyasını formalaşdırır, tenderin əsas şərtlər toplusunu hazırlayır, tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya malgöndərənləre (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir. Satınalan təşkilatın dövlət satınalmaları sahəsində təcrübəsi olmadıqda tenderin təşkili üçün yerli və xarici mütəxəssisləri və ya məsləhətçi şirkətləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada cəlb edə bilər. Həmçinin qanunun 36.7-ci maddəsinə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı qiyməti olan tender təklifi və tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi qalib gəlmiş sayılır. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2*16-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2*16-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,* (altı) milyon manat ayrılmışdır. İş materaillarına əlavə olunmuş sənədlərdən görünür ki, 12.322 (on iki min üç yüz iyirmi iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qubadlı rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş 28.*4.2*17-ci il tarixli kotirovka sorğusunun qalibi 57**696821 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs “Ortaq-2*15” MMC olmuşdur. İş materaillarına əlavə olunmuş sənədlərdən görünür ki, 12.832 (on iki min səkkiz yüz otuz iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qubadlı rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş 28.*4.2*17-ci il tarixli kotirovka sorğusunun qalibi 67**3676*1 nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs “Sarvan-2*11" MMC olmuşdur. İş materaillarına əlavə olunmuş 1* may 2*17-ci il tarixli 16 saylı müqavilədən görünür ki, həmin tarixdə Qubadlı rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs “Sarvan-2*11” MMC ilə cəmi 12.832 (on iki min səkkiz yüz otuz iki) manat məbləğində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. İş materaillarına əlavə olunmuş 1* may 2*17-ci il tarixli 17 saylı müqavilədən görünür ki, həmin tarixdə Qubadlı rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində hüquqi şəxs “Ortaq-2*16” MMC ilə cəmi 12.322 (on iki min üç yüz iyirmi iki) manat məbləğində maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 26.*5.2*17-ci il tarixli 2311 nömrəli ödəniş tapşırığı ilə “Sarvan-2*11” MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ4**6**1944********** nömrəli hesabına 12.832 (on iki min səkkiz yüz otuz iki) manat məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2*17-ci ildə tərtib edilmiş aktlardan görünür ki, “Sarvan-2*11” MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid9 və qeyriləri tərəfindən 2*17-ci ilin may-iyun ayı ərzində Sumqayıt şəhərində müxtəlif mağazalardan alınmış və həmin maddi aktivlər *6 nəfər iş axtaranın istifadəsinə verilmiş və həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2*18-ci ildə tərtib edilmiş aktlara əsasən 2*17-ci ildə alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2*17-ci ildə istifadəsinə verilmiş *3 nəfər şəxsin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı şöbəsindən daxil olmuş məktubun surətindən, Sumqayıt Şəhər Məhkəməsinin *7 may 2*21-ci il tarixli hökmünün surətindən və Sumqayıt şəhər probasiya şöbəsinin məktubunun surətlərindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin *7 may 2*21-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 3*8.1-ci maddəsi ilə təqsirli bilinib *2 il müddətinə dövlət və yerli özünü idarə-etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə *2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 X26 münasibətilə amnsitiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin *5 noyabr 2*21-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası *1 il azaldılmış, cəza müddəti 12.*8.2*22-ci il tarixdə başa çatdığından qeydiyyatdan çıxarılmış, əlavə cazası *8.*7.2*23cü il tarixdə başa çatacaq, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin *7 may 2*21-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3 və 3*8.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, CM-nin 3*8.1-ci maddəsi ilə (CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə olan əmələ ayrica qərarla hüquqi qiymət verilmişdir) törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-18.*4.2*13-cü il təvəllüdlü X16 və *7.*9.2*18-ci il təvəllüdlü X17 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-1*6/2*21 nömrəli, *7.*5.2*21-ci il tarixli hökmü ilə təyin edilmiş *2 il müddətinə dövlət və yerli özünü idarə-etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının çəkilməyən hissəsi, yəni 4 ay 23 günü təyin ediləcək cəza ilə tam toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Hazırki cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15.*2.2*23-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanının 23 aprel 2*22-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CMin 179.2.1, 179.2.3 və 3*8.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilməklə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəki hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutlar 1* may 2*17-ci il tarixli 16 və 17 saylı müqavilələr, kotirovka sorğusunun nəticələri haqqında 28.*4.2*17-ci il tarixli yekun protokollar, 26.*5.2*17-ci il tarixli 2311 nömrəli ödəniş tapşırığı, aktivlərin Qubadlı rayonu üzrə iş axtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2*17-2*18-ci illərdə tərtib edilmiş 6 akt, “Sarvan-2*11” MMC (VÖEN 67**3676*1) tərəfindən tərtib edilmiş 12.*5.2*17-ci il tarixli ƏİE seriyalı 6224*4 nömrəli qaimə faktura və “Ortaq-2*15” MMC (VÖEN 57**696821) tərəfindən tərtib edilmiş 15.*5.2*17-ci il tarixli ƏİE seriyalı 5*7*51 nömrəli qaimə faktura cinayət işinin materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 3*8.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, 2* iyun 2*22-ci il tarixli 882 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 2* saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin *1 fevral 2**1-ci il tarixli 31 saylı qərarına (*3.*5.2*18-ci il tarixli 2*2 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12* manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3*8.1-ci maddəsi ilə təqsirli bilinsin, onun qazancından dövlət nəfinə 1* % məbləğində pul tutulmaqla *1 (bir) il *6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)- 1*6/2*21 nömrəli, *7.*5.2*21-ci il tarixli hökmü ilə təyin edilmiş *2 il müddətinə dövlət və yerli özünü idarə-etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının çəkilməyən hissəsi, yəni 4 ay 23 gün hissəsi bu hökmlə təyin edilən cəza ilə tam toplanılmaqla ona qəti olaraq 4 ay 23 gün dövlət və yerli özünü idarə-etmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 1* % məbləğində pul tutulmaqla *1 (bir) il *6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar başlandığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar 1* may 2*17-ci il tarixli 16 və 17 saylı müqavilələr, kotirovka sorğusunun nəticələri haqqında 28.*4.2*17-ci il tarixli yekun protokollar, 26.*5.2*17-ci il tarixli 2311 nömrəli ödəniş tapşırığı, aktivlərin Qubadlı rayonu üzrə iş axtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2*17-2*18-ci illərdə tərtib edilmiş 6 akt, “Sarvan-2*11” MMC (VÖEN 67**3676*1) tərəfindən tərtib edilmiş 12.*5.2*17-ci il tarixli ƏİE seriyalı 6224*4 nömrəli qaimə faktura və “Ortaq-2*15” MMC (VÖEN 57**696821) tərəfindən tərtib edilmiş 15.*5.2*17-ci il tarixli ƏİE seriyalı 5*7*51 nömrəli qaimə faktura cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 3*8.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 2* saat hüquqi yardıma görə cəmi 12* manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 2* gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar