Məhkəmə qərarları › İş №1(060)-29/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-29/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-29/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2arəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda başqa iş üzrə həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,428 qram olan narkotik vasitə heroini və xeyli miqdarda təmiz çəkisi 0,232 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 16 aprel 2024-cü il tarixdə saat 17:28-də, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 1 -ci məhəllə, 5/22 saylı binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİnin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 və 0,224 qram, ümumi təmiz çəkisi 0,428 qram olan tünd göy rəngli, tozşəkilli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsaulla hazırlanmış narkotik vasitə heroin və l(bir) ədəd bükümdə təmiz çəkisi 0,232 qram, ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik istifadəçisidir və əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. 16 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci məhəllədə yaşadığı evdən çıxan zaman polislər Fəxrəddin adlı şəxsi tutmalı olduğu halda onu saxlamışlar və idarəyə gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. İdarəyə gətirildikdən sonra polis əməkdaşları onu döyərək və bədənində siqaret yandıraraq üzərində narkotik vasitə olmasını etiraf etməsini, əks halda külli miqdarda narkotik vasitə ilə barəsində rəsmiləşdirmə aparılacağı bildirilmişdir. O da məcbur qalıb şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmasını demiş və polis əməkdaşlarının ona təqdim etdiyi narkotik vasitənin guya ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt xəsarəti olsa da bu xəsarətləri heç bir yerdə qeydə alınmamışdır. Sonradan müstəntiq tərəfindən ona qarşı heç bir təsir və təzyiqə olmamışdır. O, əsassız səbəbdən saxlanılması barədə müstəntiqə də məlumat vermişdir. İki gün saxlanıldıqdan sonra azadlıqda olduğu vaxt ona qarşı olan haqsızlıqlar barədə hər hansı orqana şikayət verməmişdir. Hazırda barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə digər cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Göstərilən halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 17:28 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə, 5/22 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. İdarədə olan zaman polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmişlər və o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilməsini bildirilmiş və üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd isə siqaretin qızılı kağızına bükülmüş bükümləri, daha sonra əynində olan göy rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu işlək vəziyyətdə olmayan 01 ədəd qara rəngli “Blackberry”, 01 ədəd boz rəngli “Samsung” markalı, 01 ədəd isə üzərində 077 ***-**-** mobil nömrəsi olan boz rəngli “Samsung” markalı mobil telefonları, daha sonra isə əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 389 manat pulu təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin bükümlər açılan zaman ağ rəngli kağıza bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli toz halında olan maddələrin, siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı qəhvəyi rəngli toz halında olan maddələrin “kakos”, ağ rəngli kristal şəklində olan maddənin isə “patı” olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə “Karvan” bazarının yaxınlığında tanımadığı şəxsdən bir bükümünü 5 manatdan olmaqla ümumilikdə 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərimdə gəzdirdiyini bildirmişdir. Daha sonra üzəribdən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman içərisində qəhvəyi rəngli toz halında olan maddə bükümlərdən birinci bükümün çəkisinin 0.32 qram, ikinci bükümün çəkisinin 0.31 qram, ümumilikdə çəkisinin 0.65 qram, ağ rəngli kristal şəklində olan maddə olan bükümün çəkisinin isə 0.42 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin bükümlər Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin üzərindən aşkar edilmiş işlək vəziyyətdə olmayan 01 ədəd qara rəngli “Blackberry”, 01 ədəd boz rəngli “Samsung” markalı, 01 ədəd isə üzərində 077 ***-**-** mobil nömrəsi olan boz rəngli “Samsung” markalı mobil telefonlar əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş. 389 manat pul isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıİmışdır. Daha sonra protokol tərtib olunmuş və o da bütün iştirakçılar kimi həmin protokolla tanış olub protokola imzalamışlar. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsi tanımır, həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Həmin narkotik vasitə və psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılan zaman və ya polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsindəxx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllə, 5/22saylı binanın yaxınlığında saxlayaraq Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə vəkil dəvət edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni nə varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, sonuncu əynində olan şalvarın cibindən 02 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd isə siqaretin qızılı kağızına bükülmüş bükümləri təqdim etmiş, həmin bükümlər açılan zaman qəhvəyi rəngli toz halında olan maddələrin, siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli kristal şəklində olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli toz halında olan maddələrin “kakos”, ağ rəngli kristal şəklində olan maddənin isə “patı” olduğunu, həmin bükümləri xx.xx.2024-cü il tarixdə “Karvan” bazarının yaxınlığında tanımadığı şəxsdən bir bükümünü 5 manatdan olmaqla ümumilikdə 15 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş, müqavimət göstərmiş və törətdiyi əməli etiraf etmişdir. Eləcə də polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 02 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd isə siqaretin qızılı kağızına bükülmüş bükümləri təqdim edərək həmin bükümlərin birinin psixotrop maddə olan metamfetamin və birinin isə narkotik vasitə olan heroin olmasını bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 140-142-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-261/2024 saylı qərarından görünür ki, Sumqayıt ŞPİ-nin İŞnin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun hazırda başqa iş üzrə həbsdə olması nəzərə alınmışdır. Cinayət işinin 27-28-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 02 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd isə siqaretin qızılı kağızına bükülmüş bükümləri təqdim etmişdir. Aşkar edilmiş iki ədəd ağ bükümlər açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu, bir ədəd siqaretin qızılı kağızına bükülmüş büküm açıldıqda isə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin maddələr bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən 1-ci bülümün 0,32 qram, 2-ci bükümün 0,31 qram, hər iki bükümün ümumi çəkisinin 0,65 qram, 3-cü bükümün isə 0,42 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmasını, onu şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən bir bükümünü 5 manatdan olmaqla ümumilikdə 15 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini, saxlanılarkən və daha sonra hər hansı təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/2060 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 2(iki) ədəd bükümdə ayır-ayrılıqda çəkiləri 0,204 qram və 0,224 qram, ümumi təmiz çəkisi 0,428 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və l(bir) ədəd bükümdə təmizə çəkisi 0,232 qram ağ rəngli kristalşəkill i maddə kustar üsulla hazırlançış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,232 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,182 qram. Heroinin təmiz çəkisi - 0,428 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 0,348 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 160-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/1521 saylı məhlkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 19-cu vərəqində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Qərar”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 20-ci vərəqində olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 21-ci vərəqində olan şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş”də “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 22-ci vərəqində olan xx.xx.2024-cü vərəqində olan şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında “Bildiriş”də “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 23-cü vərəqində olan xx.xx.2024-cü iltarixli (Şübhəli şəxsin huquq və vəzifələrinə dair yazılı bildirişin təqdim edilməsi barədə) “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 24-cü vərəqində olan (şübhəli şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 25-ci vərəqində olan (etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair) “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 26-cı vərəqində olan xx.xx.2024-cü il tarixli (Şəxsi axtarış və götürmə aparılması haqqında) “Qərar”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 27-28-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli /Şəxs axtarışın keçirilməsi barədə/ “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində soldan sağa 2-ci imzadan və 2-ci vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 29-30-cu vərəqlərində xx.xx.2024-cü il tarixli “İzahat”ın 1-ci vərəqində solda olan 1-ci imzadan və 2-ci vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 35-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (Məhkəmə-kimyəvi ekspertizası təyin etmə barədə qərarla şübhəli şəxsi tənış etmə barədə) “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşrşında olan imza; cinayət işinin 46-cı vərəqində olan xx.xx.2024-cü il tarixli cinayət prosesi istirakşısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 47-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 48-50-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli (şübhəli şəxsin dindirilməsi haqqında) “Protokol”un 1-ci vərəqində “İmza” qrafasında olan imza, 2-ci vərəqində soldan sağa 1- ci imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 58-60-cı vərəqlərində olan Təqsirləndirilən şəxsin hüquq və vəzifələrinə dair “Bildiriş”in 1-ci vərəqində soldan sağa 1-ci imza, 2-ci vərəqində soldan sağa 2-ci imza, 3cü vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 61-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Bildiriş”də “Ş. Hüseynov” yazılarının qarşısında olan imza; cinayət işinin 62-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, huquq və vəzifələrinə dair yazılı bildirişin verilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 63-cü vərəqində olan 18 aprel 2024-cü il tarixli (Etiraz edilə bilən şəxslər barədə məlumatların təqsirləndirilən şəxsə bildirilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 64-65-ci vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında “Protokol”un 1-ci vərəqində “İmza” qrafalarında olan imzalar, 2-ci vərəqində “Şahin Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 67-ci vərəqində olan huquq və vəzifələrin izah edilməsi barədə sənəddə “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 73cü vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 92-ci vərəqində olan təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 102-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat verilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; cinayət işinin 103-cü vərəqində olan.xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin matelları ilə Tanış etmə haqqında “Protokol”un 2- ci vərəqində “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Cinayət işinin 159-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 93-99-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,182 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,348 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3333 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostımulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 76-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Suqmayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 12 (on üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 79-82-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Hüseynov X5 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 12 (on üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə və psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, saxlanılan gün polis əməkdaşları onu döymüşlər. Müstəntiq tərəfindən isə ona qarşı hər hansı təsir və ya təyiq olmamışdır. Aldığı xəsarət heç bir yerə qeydə alınmamış və azadlığa çıxdıqdan sonra da bununla bağlı heç bir yerə müraciət etməmişdir. O, indiyədək heç bir orqana qanunsuz hərəkətlər barədə şikayət verməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin saxlanılan zaman və ya daha sonra hər hansı təsir və təzyiqlərə məruz qalması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir, bu hal yalnız təqsirləndirilən şəxsin iddialarından ibarət olmuş və həmin iddianın doğruluğu öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o üzərində olan narkotik vasitə və psixotrop maddələri könüllü təqdim edərək tanmadığı şəxsdən şəxsi istifadəsi üçün hər birini beş manat olmaqla ümumilikdə 15 manata aldığını bildirmişdir. Vəkil Leyla Bədəlova şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, aşkar edilmiş maddələrin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında iş materialları ilə tanış olmadığını, heç bir sənədi imzalamadığını bildirsə də, məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən cinayət işinin ibtidai istintaq materiallarında onun adından icra edilmiş bütün imzaları şəxsən özünün icra etməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə və psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlil olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə sonuncu dəfə Suqmayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 12 (on üç) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2024cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin İİİ qrup əlil olmasını, cəzanı ağırlaşdıran hal kimi isə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun hazırda başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 06 may 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə məhkəmənin hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbiri seçilsə də, sonuncu indiyə kimi başqa üzrə həbsdə saxlanılır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3333 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,182 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,348 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci cəmi 238 (iki yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın və onun başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,182 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,348 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 238 (iki yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürsosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar