Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-290/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində yuyucu işlədiyi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinə yuyulması məqsədi ilə verilmiş tanışı Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz E 240” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan Salyan rayonunda yerləşən fərdi yaşayış evinə getmək məqsədi ilə qəsdən qanunsuz ələ keçirib idarə edərkən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, Gimnastika mərkəzinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhərində müxtəlif yerlərdə avto yuyucu işləmişdir. Sonuncu dəfə 14 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən DQ-nin binası ilə üzbəüz yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində gündəlik 20 manata işə düzəlmiş, həmin vaxtdan onun Orxanla münasibəti normal olmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 21:00 radələrində müdiri Orxan özünə məxsus "Mercedes Benz” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili açarla birlikdə məntəqədə ona verərək içərisini təmizləməyini və avtomobili məntəqədə saxlayacacağını, səhəri gün götürəcəyini demiş, o avtomobili həmin gecə təmizləyib məntəqədə saxlamış və evə çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində işə gələrkən məntəqənin jalüzünü açıb içəri keçmiş, valideynlərinin yaşadığı Salyan rayonuna gedib onlara baş çəkmək istəmiş, ona görə məntəqədə olan Orxana məxsus Mercedes Benz markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı onda olduğu üçün avtomobilə oturmuş və idarə etmək qərarına gəlmişdir. Ona görə də avtomobili idarə edib Salyan rayonuna getmişdir. Salyan rayonuna çatanda evə getmiş və valideynlərinin evdə olmadığını görüb Bakı şəhərinə qayıtmaq qərarına gəlmiş, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə gəlmişdir. Qardaşı Mirhüseyn Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşadığı üçün istifadəsində olan mobil nömrəylə Mirhüseynin istifadəsində olan mobil nömrəyə yığmış və onu görmək istədiyini demişdir. Təxminən saat 13 radələrində qardaşının yaşadığı həyətdə onunla görüşmüş və qardaşı ondan avtomobilin kimin olduğunu soruşduqda, avtomobili qaçırdığını ona deməmişdir. Həmin vaxt qardaşı Koroğlu metro stansiyasına getdiyini demiş, o da Mirhüseynə avtomobilə oturmağını demiş və onu həmin stansiyaya aparmışdır. Koroğlu metro stansiyasının yaxınlığında olan zaman YPX əməkdaşları avtomobili saxlamış və onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhvil vermişlər. Avtomobildən heç bir əşya götürməmişdir. Avtomobilin sol tərəfini Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində divara vuraraq zədələmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Mercedes Benz markalı, **-NJ-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və etibarnamə ilə idarə edir. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində DQ-nin binası ilə üzbəüz ərazidə icarə əsasında avtoyuma məntəqəsi işlədir. xx.xx.2022-ci il tarixdə Mirheydər adlı şəxslə tanış olmuş və onu avtoyuma məntəqəsinə işə götürmüşdür. Mirheydər işlədiyi 4-5 gün ərzində ona məxsus avtomobili təmizləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində özünə məxsus “Mercedes Benz” markalı, **-NJ-*** dövlət nömrə nişanlı avtomobili təmizləmək üçün həmin avtoyuma sexində Mirheydərə təhvil vermiş, Mirheydərə avtomobilin gecə məntəqədə qalmasını, səhər gəlib götürürəcəyini deyib getmişdir. 18 avqust 2022-ci il tarixdə, saat 11:20 radələrində məntəqəyə gələrkən jalüzün açıq olduğunu, lakin avtomobilinin və Mirheydərin olmadığını görmüşdür. O bir neçə saat Mirheydəri gözləmiş və axtarmağa başlamışdır. Mirheydərin mobil nömrəsi olsa da telefonu xarab olduğu üçün ona zəng etməmişdir. Həmin gün axşam saatlarında bu barədə 4-cü PB-nə ərizə ilə müraciət etmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Mirheydərə avtomobili icazəsi olmadan idarə edib qaçırtmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evin həyətində olan zaman qardaşı Mirheydərin göy rəngli “Mercedes” markalı avtomobillə gəldiyini görmüşdür. Qardaşından avtomobilin kimə məxsus olduğunu soruşduqda, o avtomobili özünə yeni aldığını və kreditə götürdüyünü demişdir. Həmin avtomobil **-NJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı göy rəngli avtomobil idi. Mirheydər bir az dayandıqdan sonra getmək istədiyini demiş, hara getdiyini soruşduqda o, Sumqayıt şəhərinə işə gedəcəyini bildirmişdir. Mirheydərdən onu Neftçilər metrosuna aparmağını xahiş etmiş və qardaşı ona gəl otur demişdir. Bir neçə dəqiqə sonra təxminən saat 14:40 radələrində Koroğlu metrosunun yaxınlığında, Milli gimnastika arenasının qarşısında YPX-nin polis əməkdaşları avtomobili saxlamış və avtomobili yoxladıqdan sonra avtomobilin axtarışda olduğunu və qaçırıldığını bildirmişlər. Həmin vaxt avtomobildə o və qardaşı Mirheydər olmuşdur. Mirheydərə onu niyə aldatdığını və avtomobili niyə götürüb qaçırdığını demiş və ona əsəbləşmişdir. Mirheydər avtomobilin sahibinin onun müdiri olduğunu və heç bir problem olmayacağını bildirmiş, daha sonra onları Nizami RPİ-nin 23-cü PŞ-dən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmiş, orada araşdırma aparılmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasının qarşısında dayanmış vətəndaş Zərərçəkmiş şəxs məxsus Mercedes Benz markalı 90NJ540 dövlət qeydiyyat nişanlı avtomobildir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yuyucu sexində avtomobili təmizləmək üçün ona vermiş, o avtomobili təmizləyib, xx.xx.2022-ci il tarixdə ata-anasına baş çəkmək üçün həmin avtomobillə Salyan rayonuna getmişdir. O rayondan qayıtdıqdan sonra polis əməkdaşları onu saxlamışlar. Baxış zamanı avtomobilin sol qabaq qanadında əzik izlərinin olduğu aşkar edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:20-də Sumqayıt ŞPİ-nin inzibati binasında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2202-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AB 735279 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamənin surətindən görünür ki, Mercedes Benz C240 minik markalı, tünd göy rəngli, 90NJ540 dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur və həmin avtomobilə dair Zərərçəkmiş şəxs etibarnamə verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1, 69.3 və 66.5-ci maddələri ilə 01 il 07 ay 18 gün müddətinə qazancından 15% dövlət nəfinə tutulmaqla islah işləri və 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-47/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən islah işləri cəzasından azad edilmiş, ona təyin olunan 2500 manat cərimə cəzası isə ödənilməmiş qalmışdır. Bundan başqa o Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 1(057)-02/2016 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş 2500 manat miqdarında cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə ona 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. xx.xx.2021-ci ildə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin 255720/04 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 01 il 07 ay 18 gün müddətinə aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla islah işləri və 2500 manat cərimə növündə cəzaya məhkum edilmiş xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-47/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən islah işləri cəzasından azad edilmiş, ona təyin olunan 2500 manat cərimə cəzası isə ödənilməmiş qalmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6956 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən, tədqiqata fotoşəkilləri təqdim edilmiş 1999-cu il buraxılışlı rəngi tünd göy metallik, mühərrikin iş həcmi 2400 kub sm, yürüşü 391397,00 km, Mercedes Benz markalı, E240 model, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 15000 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə avtomobilin 2022-ci ilin avqust ayına olan təmir-bərpa xərci təxminən 2325,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti-1525 manat, təmir-bərpa işlərinin qiyməti-800 manat. İş materiallarında olan Salyan RİHB-nin Salyan şəhər İƏD-nin 2849 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraketrizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub MSY-nə təhvil verilənədək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il atarixli protokoldan və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 22694-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o özünün göstərdiyi marşrutla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən DQ-nın binası ilə üzbəüz yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində gündəlik 20 manata işə düzəlmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Orxan özünə məxsus Mercedes Benz markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili açarla birlikdə məntəqədə ona verərək içərisini təmizləməyi və avtomobili məntəqədə saxlayacağını və səhəri gün götürəcəyini demiş, o avtomobili həmin gecə təmizləyib məntəqədə saxlamış və evə çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində işə gələrkən məntəqənin jalüzünü açıb içəri keçmiş, Salyan rayonuna getmək üçün məntəqədə olan Orxana məxsus Mercedes Benz markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub açarını cibindən çıxarıb avtomobili idarə edərkən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əlincə küçəsində avtomobilin sol tərəfini divara vurmuş, heç bir detala baxmadan avtomobili idarə edib Salyan rayonuna getmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz E240” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi ilə qaçırması iş materialları ilə sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-290/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 3-13-58-4/2-6470/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 3 saylı istintaq təcridxanasının 3-16-17/40/2-2070/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzasını çəkməmişdir. Həmin cəza 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının təsiri altına düşmür. Azərbaycan Respublikasının CM-nın 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun davranışlarını nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbslə bağlı olmayan cəza təyin edilməsini məqsədəuyğun saymır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 may 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsə bu hökmlə təyin edilən cəzaya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 2500 manat cərimə cəzası birləşdirilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan "Şübhəli şəxsin tutulması haqqında" protokoldan, məktublardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Onun tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 2500 (iki min beş yüz) manat cərimə cəza bu hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın əvvəli 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin olunmuş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-290/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-290/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver