Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-291/2020 28.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, ailəli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 10-cu mkr, ev 49, mənzil 80da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 2-ci mkr, ev 42/44A, mənzil 20-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən “Okean” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixdə onun qardaşı X2 vuraraq xəsarət yetirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sağ gicgah nahiyyəsinin şişkinliyi, hematoması, sol bazunun orta 1/3-nin, sol dirsək oynağının saidin yuxarı 1/3-ni tutan və dirsək oynağında hərəkətin çətinliyinə səbəb olan şişkinliyi, qançırı, sol saidin aşağı 1/3-nin, döş qəfəsinin sol yarısının qançırı kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Fariz Paşayev onun qardaşıdır. O, hazırda valideynləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən yataqxanada yaşayır. Bundan başqa qardaşı Fariz Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində fərdi həyət evi tikir və onun qonşuluğunda Ceyhun adlı tanışı yaşayır. O, Ceyhunu 2 ildir ki, tanıyır. O, əvvəllər X1 işləmiş, Ceyhun da orada işləmiş, münasibətləri normal olmuş, aralarında ədavət olmamışdır. Fariz Ceyhunun qonşuluğunda ev tikməyə başlayandan sonra onlar arasında bir neçə dəfə mübahisə olmuşdur. 2019-cu ilin oktyabr ayının ortalarında Ceyhunla Fariz arasında yaşadıqları evin qarşısında mübahisə olmuş, mübahisə Farizin yaşadığı evin damını tikmək üstündə olmuşdur. Daha sonra xx xxxxxxx 2019-cu il tarixdə X6 şəhəri, 41-ci məhəllə ərazisində yerləşən kafedə görüşmüşlər və orda da aralarında mübahisə olmuş, həmin vaxt Ceyhun Farizin sifət nahiyəsinə yumruqla zərbə vurmuşdur. Həmin vaxt orada olan şəxslər onları aralamışlar. Fariz Ceyhundan qonşu olduğundan şikayət etməmişdir. O, həmin məsələyə görə bir neçə dəfə Ceyhunla görüşmək istəsə də, Ceyhun hər dəfə görüşdən yayınmış, üstəlik telefonda ona bildirmişdir ki, Farizi günahı olduğuna görə vurmuşdur. O, Ceyhuna bir neçə dəfə demişdir ki, Farizi vurduğuna görə üzr istəməlidir, əks təqdirdə özü də vurulacaq. xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Dəmiryolu vağzalının yanında yerləşən “Okean” şadlıq sarayının yanında onların tanışı Elsevərin vasitəsilə onun Ceyhunla görüşü olmuşdur. Ceyhun görüşə atası Nazim və qardaşı Cavadla birlikdə gəlmişdir. Özü isə qardaşı Farizlə olmuşdur. Söhbət əsnasında o, Ceyhuna demişdir ki, Farizdən üzr istəsin, əks halda Ceyhun da vurulacaq. Həmin vaxt Nazim onunla mübahisə etməyə başlamış, Farizi də təhqir edib bildirmişdir ki, Fariz hələ yaxşı ki, ölməyibdir. Bundan sonra onların mübahisələri yaranmışdır. Cavad Farizlə, Ceyhun və Nazim isə onunla mübahisə etmişdir. Onlar öz hərəkətlərinə haqq qazandırmaq istəmişlər. Sonra isə əvvəlcə Nazim, sonra Cavad üzərinə gəlib onu yumruq və təpiklə vurmağa başlamışlar. Birinci zərbəni Nazim vurmuş, sonra Ceyhun mübahisəyə girib sağ əli ilə bədəninin sol tərəfinə iki zərbə vurmuş və bədəninin müxtəlif yerlərinə yumruqla və təpiklə vurmuşdur. O, həmin vaxt aşağı əyilmişdir ki, zərbələrdən yayınsın. Həmin vaxt yerdə vintaçan alət görmüş və aləti əlinə götürüb qalxanda başından qan gəlməyə başlamışdır. Üçündən biri başına bıçaqla zərbə vurmuşdur. Vintaçan alətlə özünü müdafiə etməyə başlamışdır. Fariz isə ona olan hücumu görüb həm onu, həm də özünü müdafiə etmək üçün əlindəki açarla onların üçündən birinin sifətinə zərbə vurmuşdur. Bir neçə saniyə sonra bədəninin sol tərəfində istilik və ağrı hiss edib geri çəkilmişdir. Əlini bədəninin sol tərəfinə vuranda isə görmüşdür ki, orada da qan var. Başa düşmüşdür ki, bıçaqla vurulmuşdur. Həmin bıçaq zərbəsini isə fikrincə ona Ceyhun endirmişdir. Halı pişləşdiyindən bu barədə Farizə demiş, o isə yoldan keçən bir taksi saxlatdırıb onu təcili olaraq Sumqayıt şəhər TTYX-na gətirmiş, orada o, təcili olaraq əməliyyata götürülmüşdür. O, Ceyhunu vurmadığını, Farizin əlində vintaçan alətin olmadığını, onun yalnız onların üçündən birinin sifətinə üzərindəki açarla zərbə vurduğunu, onları söydükləri üçün o da onlara “peysər” sözü deyərək söydüyünü bildirmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Zərərçəkmiş və şahid ifadələri və məhkəmətibbi ekspertizasının rəyi ilə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yeririlmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fariz Paşayev təxminən 2 ildir ki, onunla qonşuluqda ev tikməyə başlamışdır. O özü isə həmin ünvanda 2001-ci ildən etibarən yaşayır. Əvvəllər Farizlə heç bir münasibəti olmamış, yalnız salamları olmuşdur. Təxminən 1 aydan bundan qabaq Fariz ona bildirmişdir ki, o evə dam örtüyünü vura bilmir, evinin divarını söksün, o dam örtüyünü vurandan sonra divarı yenidən tikər. Təbii ki, o bununla razılaşmamışdır. O razılaşmadıqdan sonra Fariz bildirmişdir ki, o damı elə tikəcək ki, onun evinə su axacaq. O isə Farizə demişdir ki, əgər evinə su axsa onun evinin dam örtüyünü kəsəcək. Bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Fariz ona demişdir ki, qardaşı Pərvizi onun üzərinə çağıracaq. O da onun dediklərinə əhəmiyyət verməyib ondan aralanmışdır. xx xxxxxx 2019-cu il tarixdə isə günorta saat 15 radələrindən axşam saat 20 radələrinədək qonşusu Elsevər ona zəng edib demişdir ki, Fariz qardaşı Pərvizlə gəlib onunla barışmaq istəyir. O əvvəlcə atasıgilə gedib bu barədə ona demişdir. Atası da ona demişdir ki, cavandılar birdən aralarında mübahisə olar, ona görə özü də onunla gedəcək. O da etiraz etməmişdir. Axşam saat 20 radələrində qardaşı Cavad və atası Nazimlə birlikdə evdən çıxmış və onların dedikləri yerə, yəni Sumqayıt dəmiryolu vağzalının ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısına gedib onlarla görüşmüşlər. Söhbət edən zaman Farizin qardaşı Pərviz atasının sinəsindən yumruqla vurub onu geriyə itələmiş və sonra da onu söyüb təhqir etmişdir. Atası onları aralayıb evə aparmaq istəyəndə Pərviz yenidən arxasınca var-yox, nəsil söyüşü söymüşdür. Həmin vaxt kiçik qardaşı Cavad Pərvizin üzərinə getmiş, onun arxasınca atası və özü də getmişlər ki, onları aralasınlar. X7 arasına girəndə Fariz əlində olan vintaçan alətlə atasının baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmiş, həmçinin Cavadın sifət nahiyəsinə də vintaçan alətlə zərbə vurmuşdur. Pərviz isə onu döymüşdür. Onlar bunlarla bacara bilməmişlər. Belə ki, Pərviz qaydasız döyüş üzrə məşqçi idi. Ona görə o, bir təhər Pərvizdən aralanıb Farizin əlindən vintaçan aləti alıb həmin alətlə iki dəfə Pərvizin bədən nahiyəsinə xəsarət yetirmişdir. Lakin bədənin konkret olaraq hansı hissəsinə xəsarət yetirməsini xatırlamamışdır. O, Pərvizə xəsarət yetirəndən sonra geri çəkilib qardaşına demişdir ki, onu vurmuşlar. Bundan sonra Fariz Pərvizi götürüb aparmışdır. Lakin hara apardığını bilməmişdir. O, qardaşı və atası ilə atasıgilə getmişlər. 15-20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evə gəlib onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar və orada o, polis əməkdaşlarına Pərvizə onun xəsarət yetirdiyini demişdir. Hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermişdir. Əvvəlcə orada o, Cavad, atası Nazim, Fariz, Pərviz və Elsevər olmuşdur. Mübahisə təxminən 05-10 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Pərvizin onları nalayiq söyüşlərlə söyməsi, daha sonra Farizin atasına və qardaşı Cavada vintaçan alətlə xəsarət yetirməsi, Pərvizin isə onu döyməsi səbəb olmuşdur. Onun Pərvizi ümumiyyətlə vurmaq fikri olmamışdır. Fariz əlində olan vintaçan alətlə atasının baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmiş, həmçinin Cavadın sifət nahiyəsinə də vintaçan alətlə zərbə endirmişdir. Pərviz isə onu döymüşdür, o, bir təhər Farizin əlindən vintaçan aləti alıb həmin alətlə iki dəfə Pərvizin bədən nahiyəsinə xəsarət yetirmişdir. Pərvizi vuranda onu öldürmək niyyəti olmamışdır. Belə ki, əgər onu öldürmək istəsə idi, onu yenidən vurmağa imkanı var idi. Həmin vintaçan aləti Pərvizə xəsarət yetirəndən sonra yerə atmışdır. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, o sadəcə onları aralamışdır. Təqsirləndirilən şəxs ilə barışmır və onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fariz Paşayev təxminən 2 ildir ki, oğlu Ceyhunla qonşuluqda ev tikməyə başlamışdır. Onlar özləri də həmin ünvanda 2001ci ildən etibarən yaşayırlar. Ceyhun ona bildirmişdir ki, qonşusu Fariz onunla evinin dam örtüyünü tikmək üstündə mübahisə etmişdir. Belə ki, Fariz ona evinin dam örtüyünü vura bilmədiyini, Ceyhuna evinin divarını sökməsini, o, dam örtüyünü vurandan sonra divarı yenidən tikməsini demiş, təbii ki, Ceyhun bununla razılaşmamış, bundan sonra Fariz demişdir ki, damı elə tikəcək ki, su Ceyhunun evinə axsın. Ceyhun da demişdir ki, əgər evinə su axsa Farizin evinin dam örtüyünü kəsəcək. Bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Fariz Ceyhuna demişdir ki, qardaşı Pərvizi onun üzərinə çağıracaq. Ceyhun dediklərinə əhəmiyyət verməyib ondan aralanmışdır. Bu hadisədən 1-2 gün sonra isə Fariz evində işləyən ustalarla yaşadığı evə gəlib onu və ailəsini söyüb təhqir etmiş və hədə-qorxu gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə günorta saat 15 radələrindən axşam saat 20 radələrinədək olan müddət ərzində qonşusu Elsevər Ceyhuna zəng edib demişdir ki, Fariz qardaşı Pərvizlə gəlib onunla barışmaq istəyir. O, bu barədə ona deyəndə, bildirmişdir ki, cavandılar birdən aralarında mübahisə olar, ona görə özü də onlarla gedəcək. Ceyhun da buna etiraz etməmişdir. Axşam saat 20 radələrində o, kiçik oğlu Cavad və Ceyhunla birlikdə evdən çıxıb onların dedikləri yerə, yəni Sumqayıt dəmiryolu vağzalının ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısına gedib görüşmüşlər. Söhbət edən zaman Farizin qardaşı Pərviz onun sinəsindən yumruqla vurub geriyə itələmiş və sonra da onları söyüb təhqir etmiş, o da onları aralayıb evə aparmaq istəyəndə Pərviz yenidən arxalarınca var-yox, nəsil söyüşü söymüşdür. Həmin vaxt kiçik oğlu Cavad Pərvizin üzərinə getmişdir. Onun arxasınca o və Ceyhun getmişlər ki, onları aralasınlar. O, Pərvizlə Cavadın arasına girəndə Fariz əlində olan vintaçan alətlə onun baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmişdir. Həmçinin Cavadın sifət nahiyəsinə də vintaçan alətlə zərbə vurmuşdur. Pərviz isə Ceyhunu döymüşdür. Pərviz qaydasız döyüş üzrə məşqçi olub onları döymüşdür. Bir az sonra Pərviz geri çəkilmiş və qardaşı Farizə də demişdir ki, onu vurdular. Bundan sonra Fariz Pərvizi götürüb aparmışdır. Lakin hara apardığını bilməmişdir. O, Ceyhun və Cavad isə onlara getmişlər. 15-20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evə gəlib onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar və orada ona məlum olmuşdur ki, Ceyhun vintaçan alətlə Pərvizə xəsarət yetirmiş, Pərviz də buna görə xəstəxanaya yerləşdirilmişdir. Hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermişdir. Əvvəlcə orada özü, Cavad, Ceyhun, Fariz, Pərviz və Elsevər olmuşdur. Mübahisə təxminən 05-10 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Pərvizin onları nalayiq söyüşlərlə söyməsi, daha sonra Farizin ona və Cavada vintaçan alətlə xəsarət yetirməsi, Pərvizin isə Ceyhunu döyməsi səbəb olmuşdur. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, sadəcə onları aralamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, Yaşıldərə yaşayış massivində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Fariz Paşayev təxminən 2 ildir ki, qardaşı Ceyhunla qonşuluqda ev tikməyə başlamışdır. Onlar özləri isə həmin ünvanda 2001-ci ildən etibarən yaşayırlar. Ceyhun ona bildirmişdir ki, qonşusu Fariz onunla evinin dam örtüyünü tikmək üstündə mübahisə etmişdir. Belə ki, Fariz ona evinin dam örtüyünü vura bilmədiyini, Ceyhuna evinin divarını sökməsini, o, dam örtüyünü vurandan sonra divarı yenidən tikməsini demiş, təbii ki, Ceyhun bununla razılaşmamış, bundan sonra Fariz demişdir ki, damı elə tikəcək ki, su Ceyhunun evinə axsın. Ceyhun da demişdir ki, əgər evinə su axsa Farizin evinin dam örtüyünü kəsəcək. Bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Fariz Ceyhuna demişdir ki, qardaşı Pərvizi onun üzərinə çağıracaq. Ceyhun dediklərinə əhəmiyyət verməyib ondan aralanmışdır. xx xxxxxx 2019-cu il tarixdə isə günorta saat 15 radələrindən axşam saat 20 radələrinədək olan müddət ərzində qonşusu Elsevər Ceyhuna zəng edib demişdir ki, Fariz qardaşı Pərvizlə gəlib onunla barışmaq istəyir. Ceyhun gəlib atası Nazimə deyəndə, o, bildirmişdir ki, cavandılar birdən aralarında mübahisə olar, ona görə özü də onlarla gedəcək. Ceyhun da buna etiraz etməmişdir. Axşam saat 20 radələrində o, atası və Ceyhunla birlikdə evdən çıxıb onların dedikləri yerə, yəni Sumqayıt dəmiryolu vağzalının ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısına gedib orada görüşmüşlər. Söhbət edən zaman Farizin qardaşı Pərviz atasının sinəsindən yumruqla vurub onu geriyə itələmiş və sonra da onları söyüb təhqir etmişdir. Atası onları aralayıb evə aparmaq istəyəndə Pərviz yenidən arxalarınca var-yox, nəsil söyüşü söymüşdür. Həmin vaxt o, Pərvizin üzərinə getmişdir. Arxasınca atası və Ceyhun gəlmişdir. Atası Pərvizlə onun arasına girəndə Fariz əlində olan vintaçan alətlə atasının baş nahiyəsinə, əllərinə və ayağına zərbə endirmişdir. Həmçinin Pərviz onun sifət nahiyəsinə də vintaçan alətlə zərbə vurmuşdur. Pərviz isə Ceyhunu döymüşdür. Belə ki, Pərviz qaydasız döyüş üzrə məşqçi olub onları döymüşdür. Bir az sonra Pərviz geri çəkilmiş və qardaşı Farizə də demişdir ki, onu vurdular. Bundan sonra Fariz Pərvizi götürüb aparmışdır. Lakin hara apardığını bilməmişdir. O, Ceyhun və atası isə evə getmişlər. 15-20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin əməkdaşları evə gəlib onları Sumqayıt ŞPİ-nin 5ci PB-nə aparmışlar və orada ona məlum olmuşdur ki, Ceyhun vintaçan alətlə Pərvizə xəsarət yetirmiş, Pərviz də buna görə xəstəxanaya yerləşdirilmişdir. Hadisə xx xxxxxx 2019-cı il tarixdə, saat təxminən 20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivindəki Dəmir yolu vağzalı ətrafında yerləşən “Okean” şadlıq evinin qarşısında baş vermişdir. Əvvəlcə orada o, atası, Ceyhun, Fariz, Pərviz və Elsevər olmuşdur. Mübahisə təxminən 05-10 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Pərvizin onları nalayiq söyüşlərlə söyməsi, daha sonra Farizin ona və atası vintaçan alətlə xəsarət yetirməsi, Pərvizin isə Ceyhunu döyməsi səbəb olmuşdur. Mübahisə zamanı Elsevər heç kimə xəsarət yetirməmiş, sadəcə onları aralamışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1836 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gicgah nahiyəsinin şişkinliyi, hematoması, sol bazunun orta 1/3-nin, sol dirsək oynağının saidin yuxarı 1/3-ni tutan və dirsək oynağında hərəkətin çətinliyə səbəb olan şişkinliyi, qançırı, sol saidin aşağı 1/3-nin, döş qəfəsinin sol yarısının qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin Məcəllənin 126.1 və 127.1-ci maddələrinə tövsif edilmiş, o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən X3nun, Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri alması faktına görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Həmçinin həmin qərarda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır, Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd gödəkçə Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayır şəhər 1 saylı Vəkil Bürosunun və Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd gödəkçə ona qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı və ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərilən hüquqi yardıma görə 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayır şəhər 1 saylı Vəkil Bürosunun və Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd gödəkçə ona qaytarılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxxxxxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-291/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-291/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver