Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-291/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMCdə Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 16.03.2021-ci il tarixdə, saat 12:20 radələrində ünvan 3 ünvanında ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı vət.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl və təpik zərbəsi ilə vuraraq sonuncuya sol təpə-gicgah nahiyyənin dərialtı hematoması və sol diz oynağı nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və aralarında rəsmi nikah bağlanmışdır. Birgə yaşadıqları müddət ərzində iki övladları dünyaya gəlmişdir. Ailə qurduqları gündən Nərgizlə valideynləri ilə birgə yaşadıqları evdə yaşamışdır. Lakin son vaxtlar yoldaşı Nərgiz onu səbəbsiz olaraq qısqanmış və bu zəmində aralarında mübahisələr baş verir. Hadisədən bir neçə gün əvvəl işdən çıxıb birgə yaşadıqları evə gələndə yoldaşı Nərgiz bir daha onu qısqandığı üçün yoldaşının hərəkətlərinə əsəbləşib onu söymüş, Nərgiz də uşaqlarını götürüb öz valideynlərinin evinə getmişdir. Nərgiz gedəndən sonra bir neçə dəfə ona zəng etmiş lakın onun telefonlarına cavab verməmişdir. Nəhayət uşaqlarını görmək üçün 16.03.2021-ci il tarixdə saat 12:00 radələrində qaynanasıgilə - ünvan 3 ünvanına getmiş, qananası qapını açandan sonra içəri daxil olmuş və uşaqları ilə görüşüb onlarla oynamış, sonra Nərgiz ondan çixib getməyini xahiş etmiş və Nərgiz yenə də onu qısqananda o, Nərgizi söymüş, sonra Nərgizə uşağı mağazaya aparmaq istədiyini bildirdikdə Nərgiz etiraz etmiş və ona söyüşlə cavab qaytaranda əli ilə Nərgizin başının sol nahiyyəsindən, vurmuş, sonra isə həmin ünvandan çıxıb getmişdir. Nərgizi yalnız əli ilə başının sol nahiyyəsindən və təpiklə Nərgizin ayağından vurmuşdur. Mübahisə zamanı yanlarında Nərgizin anası Südabə olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, aralarında rəsmin nikah bağlanmışdır. Birgə yaşadıqları müddət ərzində iki övladları dünyaya gəlmişdir. Ailə qurduqları gündən Elvinin valideynləri ilə birlikdə yaşamışlar. Lakin son vaxtlar Elvin xırda bir şeylərin üstündə onunla dava-dalaş edir, onu döyüb incidir. Son vaxtlar birgə yaşadıqları evdə Elvin onu söymüş, ona qarşı kobud davranmış və artıq onunla birgə yaşamaqları mümkün olmadığından Elvin ilə birgə yaşadığı ünvandan çıxıb öz valideynlərinin yaşadığı ünvana getmişdir. O, atasıgilə gəldiyi gündən Elvin ona zəng etmiş, lakin o, cavab verməmişdir. 16.03.2021, İİ tarixdə saat 12:00 radələrində anası və azyaşlı uşaqları ilə birlikdə evdə olan zaman Elvin onlara gəlmiş, o, Elvinin gəldiyini görüb qapını acmaq istəməmiş, lakin anası bayram günü olduğundan qapını Elvinə açmışdır ki, Elvin uşaqları ilə görüşsün. Elvin içəri keçib uşaqlarla görüşüb oynamış və onlara qarqış etməyə başlamışdır. O, Elvindən çıxıb getməsini xahiş etdikdə Elvin getməmiş, Elvin uşağı mağazaya aparmaq üçün ona verməyini istədi, lakin o, razı olmadıqda Elvin yumruqla başının sol nahiyyəsindən, təpiklə sol ayağından vurmuş, həmin vaxt anası aralarına girmiş və Elvin anasını itələyərək çıxıb getmişdir, Həmin mübahisə zamanı yanlarında anası olmuşdur, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan şikayətçi deyildir. Odur ki barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid ifadəsində göstərdi ki, qızı Nərgiz 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və aralarında rəsmi nikah bağlanmışdır. Birgə yaşadıqları müddət ərzində iki övladları dünyaya gəlmişdir. Ailə qurduqları gündən Elvin xırda şeylərin üstündə Nərgizlə dava-dalaş etmiş, Nərgizi söymüş və döymüşdür. Son vaxtlar Elvin Nərgizlə kobud davrandığından və artıq Elvinlə birgə yaşaması mümkün olmadığından Nərgiz Elvin ilə birgə yaşadıqları ünvandan çıxıb azyaşlı uşaqları ilə birlikdə onların yaşadıqları ünvana gəlmişdir. 16.03.2021-ci il tarixdə saat 12:00 radələrində qızı Nərgiz və azyaşlı nəvələri ilə birlikdə evdə olan zaman Elvin onlara gəlmiş, Nərgiz Elvinin gəldiyini görüb qapını açmaq istəməmişdir, lakin bayram günü olduğundan qapını Elvinə açmışdır ki, gəlib uşaqları ilə görüşsün. Elvin icəri keçib uşaqlarla görüşüb bir qədər oynamış və onlara qarqış etməyə başlamışdır. Nərgiz Elvindən çıxıb getməsini xahiş etdikdə, Elvin getməmiş, birlikdə gedəcəklərini Nərgizə demiş, Elvin uşağı mağazaya aparmaq üçün uşağı verməyini, eləcə də birlikdə aşağı düşmələrini söylədikdə, Nərgiz etiraz etmiş və Elvin yumruqla Nərgizin başının sol nahiyyəsindən, təpiklə isə sol ayağından vurmuşdur, həmin zaman o, Elvinə yaxınlaşıb ona etdiyi hərəkətə görə görə irad tutmuş, Elvin çıxıb getmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17.03.2021-ci il tarixli 293 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun bədənində sol təpə-gicgah nahiyyənin dərialtı hematoması və sol diz oynağı nahiyyəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər olmaqla 16.03.2021-ci il tarixdə əl və ayaq zərbələrinin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.07.2017-ci il təvəllüdlü X5 oğlu və 02.04.2019-cu il təvəllüdlü X6 oğlu ad soyadlı iki azyaşlı övladı vardır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan xxxx MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs haqqında xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 19.03.2021-ci il tarixli 1052 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikasının 19.03.2021-ci il tarixli, 154 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 24.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 18.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 12.04.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncu ondan şikayətçi deyildir və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12.04.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti yoxdur və bu səbəbdən də sonuncunun barəsindəki məhkəməyədək sadələşdirilmiş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli (iş № 1(060)-291/2021) qərarını icra edərək, 02 aprel 2021-ci il tarixli 367 saylı orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi X3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-291/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-291/2021
12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver