Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-291/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 844/2022 saylı, 11.03.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, halhazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi alıb təqaüdə çıxmasına köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə 24 sentyabr 2020-ci il tarixdə istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs1 mesajla yazdığı hesab nömrəsinə göndərilmiş 200 (iki yüz) manat, 2020-ci ilin sentyabr ayının sonlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azər Cardon” zavodunun qarşısında 2000 (iki min) manat, bundan sonra 2020-ci ilin oktyabr ayı ərzində Zərərçəkmiş şəxs1 işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən telefon dükanının qarşısında hissə-hissə 200 (iki yüz) manat, 300 (üç yüz) manat, 250 (iki yüz əlli) manat, 50 (əlli) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat pulunu alıb, ümumilikdə 3000 (üç min) manatını ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib, xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi alıb təqaüdə çıxmasına köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə ilk olaraq 2020-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən telefon dükanının qarşısında 200 (iki yüz) manat, bundan beş gün sonra Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, Qaçqınlar şəhərciyinin qarşısında 400 (dörd yüz) manat, bundan beş gün sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən xəstəxananın qarşısında 300 (üç yüz) manat, bundan sonra 2020-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən telefon dükanının qarşısında hissə-hissə 100 (yüz) manat, 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat, sonuncu dəfə 2020-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən telefon dükanının qarşısında 60 (altmış) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1160 (min yüz altmış) manat ziyan vurub dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayından həbsdədir və 2021-ci ilin iyul ayından Sumqayıt Şəhər Məhkəməsinin hakimi Fikrət Əliyevin hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda cəzasını Pentensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində çəkir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müraciətləri əsasında başlanmış cinayət işinin materialları ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 3 ildən çox müddətdir ki, tanıdığını, hər iki şəxsin Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisindəki “Karvan Ticarət Mərkəzi” ilə üzbəüz yerləşən telefon təmiri dükanında işlədiklərini, həmin dükanda telefon təmir etdirərkən onlarla tanış olduğunu və həmin vaxtdan onlarla münasibəti yarandığını bildirmişdir. Onlara özünü ali dövlət orqanının işçisi və jurnalist kimi təqdim etmişdir. O, 2020-ci ilin avqust ayında dükanda olan zaman Kənanın barmaqlarının olmadığını gördüyünü və bunun nə səbəbə baş verdiyini soruşmuş, Kənan ona zavodda işləyən zaman iş qəzası nəticəsində olduğunu və zavoddan buna görə müəyyən vaxt ərzində təzminat alsa da, sonradan təzminatın kəsildiyini bildirmişdir. O, Kənana bu işdə kömək edə biləcəyini və əlillik təqaüdünün düşəcəyini demiş, Kənan ona işlədiyi "xxxx" zavodundan 3-4 ay müddətində 450 (dörd yüz əlli) manat müavinət aldığını və sonradan həmin pulun verilmədiyini bildirmişdir. Bundan sonra Kənana təqaüd düzəltməyi üçün ilk dəfə ona dediyi kart hesabına 24 sentyabr tarixdə 200 (iki yüz) manat pul göndərmiş, Kənanla 2020-ci ilin sentyabr ayında əvvəllər işlədiyi "xxxx" zavoduna getmiş, orada 5000 (beş min) manat pulun Kənana müavinət kimi verilməsinə köməklik etmiş, 2020-ci ilin sentyabr ayının axırlarında Kənandan ona əlillik təqaüdünün düzəldilməsi ilə bağlı 2000 (iki min) manat pulu Sumqayıt şəhəri, X2 qəsəbəsində yerləşən "xxxx" MMC-nin qarşısında almış, Kənanı Tibb Universitetinin xəstəxanasına aparıb həkim komissiyasından keçirtmiş və tezliklə bu işin həll olacağını bildirmişdir. Kənan ona 2020-ci ilin oktyabr ayı ərzində isə Sumqayıt şəhəri, 34-cü məhəllədəki telefon dükanında hissə-hissə olmaqla 200 (iki yüz) manat, 300 (üç yüz) manat, 250 (iki yüz əlli) manat, 50 (əlli) manat ümumilikdə 800 (səkkiz yüz) manat vermişdir. Bundan başqa 2020-ci ilin oktyabr ayında Kənanla pensiya ilə bağlı söhbət edən zaman əvvəlcədən tanıdığı Kənanın iş yoldaşı Elçin də 1-ci Qarabağ müharibəsi vaxtı yaralandığını və əlillik təqaüdü almadığını demiş, Elçinə də bu işlə bağlı kömək edəcəyini bildirmişdir. Ondan hərbi bileti, şəxsiyyət vəsiqəsi və s. sənədlər istəmiş, eyni zamanda ondan işlərin tez bir zamanda həll olunması üçün pul istəmişdir. Elçin ona 2020-ci ilin oktyabr ayının ortalarında işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən telefon dükünında Kənanın yanında 200 (iki yüz) manat, bundan təxminən 5-10 gün sonra ikinci dəfə 400 (dörd yüz) manat pulu Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşadığı evin yaxınlığında, bundan təxminən 5 gün sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki xəstəxananın həyətində 300 (üç yüz) manat, işlədiyi dükanda 2 dəfə 100 (yüz) manat, sonuncu dəfə isə noyabr ayının əvvəllərində 60 (altmış) manat vermişdir. Elçin whatsapp vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib işin nə yerdə qaldığını soruşan zaman, pandemiya şəraitini, müharibəni bəhanə gətirdiyini, və həmin pulları şəxsi ehtiyacı üçün xərclədiyini bildirmişdir. Ümumilikdə Kənandan 3000 (üç min) manat, Elçindən 1160 (min yüz altmış) manat pul almış, onlardan aldığı pulları öz tələbatına xərclədiyi üçün həmin pulu qaytara bilməmiş, Kənan ona "xxxx" MMC-nin qarşısında 2000 (iki min) manat verərkən yanlarında heç kim olmamış, Elçin isə ilk dəfə 2020-ci ilin oktyabr ayının ortalarında işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən telefon dükünında Kənanın yanında 200 (iki yüz) manat, sonuncu dəfə isə 2020-ci ilin noyabr ayının əvvəllərində 60 (altmış) manat verərkən yanlarında Kənan olmuşdur. Zərərçəkmiş şəxslərə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2la birlikdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən dükanda telefon təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs işlədiyi yerdən tanımış, 3 ilə yaxındır ki müştərisi olmuşdur. Samir söhbət əsnasında özünü onlara Prezident Adminstrasiyasının işçisi kimi təqdim etmiş, buna görə də, o, iş qəzasında barmaqlarını itirdiyini Samirə demiş, söhbət əsnasında Samirə barmaqlarını zavodda işləyən zaman itirdiyini və zavoddan bir müddət 450 (dörd yüz əlli) manat təzminat alsa da, sonradan həmin pulun verilmədiyini demişdir. Samir ona bunun yanlış olduğunu, həmin təzminatın davamlı olaraq verilməli olduğunu və eyni zamanda ona əlillik təqaüdünün düşəcəyini demişdir. Bundan sonra Samir ona təqaüd düzəltməyi üçün dediyi kart hesabına 24 sentyabr 2020-ci il tarixdə 200 (iki yüz) manat pul göndərmiş, daha sonra Samirlə 2020ci ilin sentyabr ayında əvvəllər işlədiyi "xxxx" zavoduna getmişdir. Orada Samir ona 5000 (beş min) manat pulun müavinət kimi verilməsinə köməklik etmiş, 2020-ci ilin sentyabr ayının axırlarında Samir ondan əlillik təqaüdünün düzəldilməsi ilə bağlı 2000 (iki min) manat pulu Sumqayıt şəhəri, X2 qəsəbəsində yerləşən "xxxx" MMC-nin qarşısında almışdır. Samir onu Tibb Universitetinin xəstəxanasına aparıb həkim komissiyasından keçirtmiş və tezliklə bu işin həll olacağını bildirmişdir. Daha sonra Samirə 2020-ci ilin oktyabr ayı ərzində isə Sumqayıt şəhəri, 34-cü məhəllədəki telefon dükanında hissə-hissə olmaqla 200 (iki yüz) manat, 300 (üç yüz) manat, 250 (iki yüz əlli) manat, 50 (əlli) manat ümumilikdə 800 (səkkiz yüz) manat pul vermiş, Samirin istifadənizdə olan ***-***-**-** mobil nömrəsinə dəfələrlə zəng etmiş və hər dəfə müxtəlif bəhanələr gətirirərək səbrli olmaını bildirmişdir. Daha sonra Samirin həbsdə olduğunu öyrənmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 13.04.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1la birlikdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən dükanda telefon təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs da işlədiyi yerdən tanımış, belə ki, 4 ilə yaxındır ki müştərisi olmuşdur. Samirlə olan söhbət əsnasında Samir özünü onlara Prezident Adminstrasiyasının işçisi kimi təqdim etmişdir. İş yoldaşı Kənan iş qəzasında barmaqların itirmişdir. Söhbət əsnasında Kənan Samirə barmaqlarını zavodda işləyən zaman itirdiyini və zavoddan bir müddət təzminat alsa da, sonradan həmin pulun verilmədiyini demiş, Samir bunun yanlış olduğunu, həmin təzminatın davamlı olaraq verilməli olduğunu və eyni zamanda bu işdə Kənana köməklik edəcəyini söyləmişdir. Samir Kənandan bununla bağlı yadında qalmayan miqdarda və təxminən 2020ci ilin avqust ayında Azercardon zavoduna Kənanla birlikdə gedərək 2000 (iki min) manat pul almışdır. 2020-ci ilin oktyabr ayında o, Samirə 1-ci Qarabağ müharibəsi zamanı yaralandığını və pensiya almadığını demiş, Samir ona bu işlərlə məşğul olduğunu və köməklik edəcəyini demişdir. Samir ondan hərbi bilet, şəxsiyyət vəsiqəsi və s. sənədlər istəmiş və o, həmin sənədləri Samirə təqdim etmişdir. Eyni zamanda Samir ondan işlərin tez bir zamanda həll olunması, sənədlərin arxivdən tapılmasını tezləşdirmək üçün pul istəmişdir. O, ilk dəfə 2020-ci ilin oktyabr ayının ortalarında işlədiyi Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən telefon dükünında Kənanın yanında 200 (iki yüz) manat, bundan təxminən 5-10 gün sonra ikinci dəfə 400 (dörd yüz) manat pulu Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşadığı evin yaxınlığında, bundan təxminən 5 gün sonra daha sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki xəstəxananın həyətində 300 (üç yüz) manat, işlədiyi dükanda 2 dəfə 100 (yüz) manat, sonuncu dəfə isə 2021-ci ilin noyabr ayının əvvəllərində 60 (altmış) manat pul vermişdir. Pulları 5-10 gündən bir olmaqla vermiş, Samirə dəfələrlə zəng etmiş Samir ona səbrli olmağını bildirmiş və hər dəfə müxtəlif bəhanələr gətirirmişdir. O, whatsapp vasitəsilə Samirlə əlaqə saxlamış, Samir ona pandemiya şəraitini, müharibəni behanə gətirmiş və onu ona rüşvət verməyi ilə hədələmişdir. Daha sonra Samirin həbsdə olduğunu öyrənmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə daxil olmuş 16.02.2022-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan Sumqayıt Şəhər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlqdan mərhum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 17.11.2020-ci il tarixdən hesablanmaqla hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-844/2022 saylı, 11.03.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş, 01 ədəd DVD disk və A4 kağız formatında təqdim edilmiş Whatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməlidir İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin, X1 və Zərərçəkmiş şəxs1 barələrində isə Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-844/2022 saylı, 11.03.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmış və çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzanın əvvəli 17.11.2020-ci il tarixdən hesablanmalı, 01 ədəd DVD disk və A4 kağız formatında təqdim edilmiş Whatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməli və Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli qərarı ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-844/2022 saylı, 11.03.2022-ci il tarixli qərarı ilə “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay azaldılmış və çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 17.11.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. 01 ədəd DVD disk və A4 kağız formatında təqdim edilmiş Whatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-291/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-291/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver