Məhkəmə qərarları › İş №1(060)-291/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-291/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-291/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Miss Leyla” geyim mağazasının yanında yerləşən “Kapital Bank”a məxsus ödəmə terminanılında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 10:25-də Şahid qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Şahid arvadı zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Kapital Bank”a aid plastik maaş kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, Şahid əməliyyatı etdikdən sonra o, Şahid bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomatik olaraq xaric olunmuş plastik kartı Şahid qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs məxsus 567 (beş yüz alımış yeddi) manat pulu gizli yolla talayıb oğurluq elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində gəzinti etmiş, lakin üzərində pul olmadığı üçün kiməsə qarşı dələduzluq etməyi və yaxud oğurluq etməyi düşünmüşdür. Biraz gəzdikdən sonra Sumqayıt şəhəri, 1ci mikrorayon ərazisində qadın geyimləri mağazasının yanında olan “Kapital Bank”a məxsus bankomat görmüş və həmin bankomata yaşlı bir kişinin yaxınlaşdığını müşahidə etmişdir. Həmin kişinin bankomatda əməliyyat edəcəyini görüb tez ona yaxınlaşmış və kişinin əməliyyatın çox hissəsini etdiyini görmüşdür. Bu zaman o, yalandan kişiyə bankamatda pul olmadığını bildirmiş və yolun qarşı tərəfinə keçib oradakı bankamatdan pulu çıxartmasını bildirmişdir. Kişi onun sözünə inanıb kartı bankomatdan götürüb getdikdən bir neçə saniyə sonra, bankomatdan pul çıxmış və pulu sayaraq 567 manat olduğunu müəyyən etmişdir. Sonra o, həmin ərazidən uzaqlaşmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirdi. Qeyd olunanları nəzərə alaraq o, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Şahid onun əridir. Belə ki, hər ay əmək haqqı köçürüldükdən sonra o, öz əmək haqqını bankomatdan çıxartmaq üçün kartını əri Hətəmşaha verirmiş. 2022-ci ilin iyun ayının 07-də yenidən əmək haqqı kartını ərinə vermiş və həmin gün əri onunla əlaqə saxlayaraq əmək haqqı kartından pulun naməlum bir oğlan tərəfindən oğurlandığını bildirmişdir. O, Hətəmşahdan hadisənin hansı formada baş verdiyini soruşduqda, əri ona həmin şəxsin əməliyyat etdikdən sonra bankomatdan pulun olmadığını bildirdikdən sonra o, bankomatdan uzaqlaşmış və həmin şəxs onu aldadaraq pulu götürüb getmişdir. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də ərizə təqdim edərək, nəzərə alınmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus əmək haqqı kartını götürərək Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən "Kapital bank"a aid bankomata yaxınlaşmış və kartı aparata daxil etmişdir. Ekranda 567 manat pul olduğunu görmüş və məbləği qeyd etdikdən sonra, hazırda həbsdə olan bu şəxs aparatdan çıxan kartı ona qaytarmış və yolun əks istiqamətini ona göstərərək orada olan bankomatdan pul çıxarmasını ona təklif etmişdir. O, həmin şəxsin sözlərinə inanaraq yolun əks istiqamətinə keçmiş və orada bankomat olmadığını müəyyən etmişdir. Sonra yenidən geri qayıtmış və kartı həmin bankomata daxil etdikdə, hesabda pul olmadığını görmüşdür. Bundan sonra o, həmin şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini başa düşmüş və dərhal DİN-in 102 mərkəzinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin və şahid ifadələri ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Miss Leyla” geyim mağazasının yanında yerləşən “Kapital Bank”a məxsus ödəmə terminanılında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 10:25-də Şahid qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq Şahid arvadı zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Kapital Bank”a aid plastik maaş kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, Şahid əməliyyatı etdikdən sonra o, Şahid bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomatik olaraq xaric olunmuş plastik kartı Şahid qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş Zərərçəkmiş şəxs məxsus 567 (beş yüz alımış yeddi) manat pulu gizli yolla talayıb oğurluq elmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 21 (iyirmi bir) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 126 (yüz iyirmi altı) manat məbləğində vəsait, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə 120 (yüz iyirmi) manat məbləğində vəsait, ümumilikdə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar