Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-291/2024 05.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Ramiz oğlu və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X5, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan, Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 39/4, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Ramiz oğlu 29 iyul 2023-cü il tarixdə, saat 21:30 radələrində BCD kateqoriyalı, AE 017971 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X10” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə 17-ci mikrorayon dairəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən, avtobusun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi hədd qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadalara yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirilməli olduğu halda, bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq Sumqayıt şəhəri M.Əsədov küçəsində yerləşən «Qərb» şadlıq sarayının yaxınlığında piyada keçidi ilə yolu soldan sağa doğru keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtobusun qabaq hissəsi ilə vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ağır kəllə beyin travması, baş beyin əzilməsi, kəllə və üz sümüklərinin sınıqları, sağ serebral itraparenximatoz hematoma, frontal parietal nahiyyədə subaraxnoidal qanama, sağ körpücük sümüyünün sınığı, sağdan 5-6 qabırğaların sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs1 baş beynin travmadan sonrakı kəskin ödəmi, ağır dərəcəli müştərək trravma, QKBT, baş beyin ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsinin postravmatik subaraxnoidal qansızması, sağ gicgah nahiyyəsinin çapılmış yarası, sağ tərəfli pnevmotoraksla müşayət olunan sağ Vİ-İX qabırğaların yerdəyişən sınığı, çanaq və sol incik sümüyünün qapalı yerdəyişən sınığı, hər iki bud nahiyyəsinin dərialtı hematoması, sağ dizin və sağ bazunun sıyrıqları ilə müşayiət edilən, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs1 almış olduğu başın küt travması nəticəsində subaroxnoidal qansızma və baş-beyinə qansızma nəticəsində əmələ gəlmiş baş beynin kəskin travmadan sonrakı ödəmindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər TTYX-da ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ramiz oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 29 iyul 2023-cü il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Sprinter” markalı **-HJ-*** nömrə nişanlı avtomaşınla Sumqayıt şəhərində M.Əsədov küçəsi ilə 17-ci mikrorayon dairəsi istiqamətində hərəkət etmişdir. Həmin dairəyə çatmağa bir qədər qalmış yolun sol tərəfindən sağ istiqamətində iki nəfər qadın yola daxil olduğunu görmüş, onlar geri çəkilmək istəmişlər, o əyləci sıxaraq sükanı sola döndərsə də avtomaşının sağ tərəfi həmin şəxslərə dəymişdir. Həmin şəxslərin hər ikisi yerə yıxılmış, o dərhal avtomaşını saxlayaraq onlara köməklik etmiş və həmin əraziyə təcili tibbi yadım çağırmış və hadisə yerinə gələn TTYX-nin əməkdaşlarının köməkliyi ilə hər iki şəxsi Sumqayıt TTYX-na çatdırmışdır. Avtomobildə ondan başqa azyaşlı övladları olmuş, onlar xəsarət almamışdlar. Bu səbəbdən də uşaqları məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etmişlər, hadisə vaxtı asfalt örtüyü quru olmaqla, hava qaranlıq olmuşdur. Hərəkət sürəti təxminən 40-50 km/saat olmuş, hadisənin qarşısını almaq üçün ayaq əyləcini sıxaraq sükanı sola döndərsə də qəza baş vermişdir. Avtomobilinə heç bir kənar təsir olmamış, idarə etdiyi avtomaşının texniki vəziyyəti normal olmuş, maşında heç bir nasazlıq olmamış, spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, hadisə vaxtı da spirtli içki içməmiş, həmin vaxt həkim müayinəsindəndən də keçmişdir. O, hadisə yerindən uzaqlaşmamışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu səbəbdən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun arvadı, Zərərçəkmiş şəxs2 onun bacısıdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «X10» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsi ilə 17-ci mikrorayon dairəsi istiqamətində hərəkətdə olarkən «Qərb» şadlıq sarayının yaxınlığında yolu soldan sağa tərəf keçən arvadı Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2m avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə hər ikisi bədən xəsarətləri alaraq, Sumqayıt şəhər TTYXna aparılmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında arvadı Zərərçəkmiş şəxs1 həmin xəstəxanada ölmüşdür. Bacısı Zərərçəkmiş şəxs2 isə müalicəsini orada stasionar qaydada davam etdirərək, sonradan evə buraxılmış və evə şəraitdə müalicə almışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə iclasında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşı Kamal Əhmədovun arvadıdır. xx.xx.2023-cü ildə saat 21:30 radələrində o mərhum Zərərçəkmiş şəxs1 ilə birlikdə Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində «Qərb» şadlıq sarayının yaxınlığında yolu soldan sağa tərəf keçərkən sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «X10» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə onları vurub xəsarətlər yetirmiş, onlar yerə yıxılmışlar. Həmin vaxt huşunu itirmiş, ayıldıqda Sumqayıt şəhər TTYX-da olduğunu bilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin xəstəxanada ölmüşdür. O isə müalicəsini orada stasionar qaydada davam etdirərək, sonradan evə buraxılmış və evə şəraitdə müalicə almışdır. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir Cinayət işi xx.xx.2023-cü ildə Zərərçəkmiş şəxs2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması, Zərərçəkmiş şəxs1mn ölməsi faktına görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə başlanmışdır. xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verən zaman alkoqol sərxoşluğu olmamışdır. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 96 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində baş beynin travmadan sonrakı kəskin ödəmi, ağır dərəcəli müştərək trravma, QKBT, baş beyin ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsinin postravmatik subaraxnoidal qansızması, sağ gicgah nahiyyəsinin çapılmış yarası, sağ tərəfli pnevmotoraksla müşayət olunan sağ Vİ-İX qabırğaların yerdəyişən sınığı, çanaq və sol incik sümüyünün qapalı yerdəyişən sınığı, hər iki bud nahiyyəsinin dərialtı hematoması, sağ dizin və sağ bazunun sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kül əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, lörəıunə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurımııım əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində subaroxnoidal qansızına və baş-beyinə qansızına nəticəsində əmələ gəlmiş baş beyinin kəskin travmadan sonrakı ödəmi olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü xx.xx.2023-cü il tarixdə saat 10:40-da Sumqayıt şəhər TTYX-na baş vermişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Sumqayıt şəhər TTYX-da stasionar müalicə aldığından onun meyitindən kimyəvi müayinə üçün qan götürülmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1706 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində ağır kəllə beyin travması, baş beyin əzilməsi, kəllə və üz sümüklərinin sınıqları, sağ serebral itraparenximatoz hematoma, frontal parietal nahiyyədə subaraxnoidal qanama, sağ körpücük sümüyünün sınığı, sağdan 5-6 qabırğaların sınıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3634 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X10” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət 'işinə əlavə edilmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli. 58-6/2-706 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Razım oğlunun Ab 017971 nömrəli sürücülük vəsiqəsi məhrum edilməmişdir. Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 4200 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:20-də sərxoş deyildir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika (informasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki. is üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 hüquqi varisi X6 məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və onun sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizələrində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (263.1.). Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (263.2.). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Ramiz oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ramiz oğlunun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və digər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, onlarla barışmasını, həmin şəxslərin ona qarşı heç bir tələb və ya şikayətlərinin olmadığını cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Ramiz oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Ramiz oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Ramiz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs Ramiz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Ramiz oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil X7 onun vəkili təyin etmişdir. X1 oğlu məhkəmə hazırlıq iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ramiz oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ramiz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs Ramiz oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs Ramiz oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-291/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-291/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver