Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-291/2025 19.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1988-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2yyət və incəsənət parkının ərazisində yerləşən “Turan” restoranın yaxınlığında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs sillə və yumruqla vuraraq ona sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, sol almacıq nahiyyəsinin şişkinlik fonunda əziyi xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə iclasında təqsirləndirilən şəxs qismidə ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində ünvan 2yyət və incəsənət parkının ərazisində yerləşən “Turan” restoranın yaxınlığında piyada gəzdiyi zaman təxminən 1 il əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Zərərçəkmiş şəxs görmüş, söhbət etmişlər. Söhbət zamanı da o birlikdə işlədikləri müddətdə ona vermiş olduğu 50 manat borc pulu tələb etmiş, Namiq hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 50 manat borcunu ödəyəcəyini demişdir. Lakin, o, Namiqi uzun müddətdir ki, görmədiyi üçün pulunu pulunu indi istədiyini bildirmişdir. Namiq də hazırda imkanı olmadığını bildirərək onun ünvanına nalayiq ifadə işlədib ümumiyyətlə həmin pulu verməyəcəyini demişdir. Bundan sonra da o, Namiqin dediyi ifadələrdən əsəbləşdiyi üçün sağ əli ilə onun başının sol nahiyyəsinə bir dəfə sillə ilə, sonra da bir dəfə yumruqla zərbə vurmuş, o, da yıxılmışdır. Namiq ondan yaşca böyük olduğundan o yaxınlşıb üzrxahlıq etmək istəmişdir. Lakin, Namiq ayağa qalxıb onun barəsində polisə müraciət edəcəyini deyərək oradan uzaqlaşıb getmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən etdiyi hərəkətə görə bir daha üzr istədiyini bildirir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, qeyd edilən ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində işdən çıxıb yaşadığı ünvana piyada şəkildə getdiyi zaman ünvan 2yyət və incəsənət parkının ərazisində yerləşən “Turan” restoranın yaxınlığında təxminən 1 il əvvəl eyni ünvanda fəhlə kimi çalışdığı Təqsirləndirilən şəxs görmüş, onunla salamlaşaraq söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs birlikdə işlədikləri müddətdə ona vermiş olduğu 50 manat borc pulu tələb etmişdir. O, hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 50 manat borcunu ödəyəciyini demiş, lakin, Murad pulunu indi istədiyini bildirmişdir. O, hazırda imkanının olmadığını bildirərək Muradın ünvanına nalayiq ifadə bildirib ümumiyyətlə həmin pulu verməyəcəyini demiş, bundan sonra Murad sağ əli ilə başının sol nahiyəsinə ilk əvvəl bir dəfə sillə ilə, bir dəfə yumruqla zərbə vurmuşdur. O yıxılmış, Murad da yaxınlaşıb üzrxahlıq etmək etmişdir. O, ayağa qalxmış, Murada onun barəsində polisə müraciət edəcəyini deyərək oradan uzqalaşmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR SN-nin MTE və PAB X6 xx.xx.2025-ci il tarixli, 268 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gicgah-təpə nahiyyəsinin dərialtı hematoması, sol almacıq nahiyyəsinin şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkənin müayinəsindən bir gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v. 23-26). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.16-19) Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 35) AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “4 nömrəli xəstəxanın poliklinika şöbəsi”nin №69 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. (i.v. 36) AR Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 1046 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur.(i.v. 37) Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı mənzil-kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 209 №-li “Ailə tərkibi haqqında” arayışından görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardan ibarətdir: 1982-ci il təvəllüdlü bacısı X5, 2011-ci il təvəllüdlü X4 və 2013-cü il təvəllüdlü X3 isə bacısı qızlarıdır. (i.v. 34) DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 19060)-140/2019 saylı, xx.xx.2019cu il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması və 01 ay 23 gün dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbə şöbə qeydiyyatından çıxarılmışdır. (i.v. 38-39) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-291/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-291/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver