Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-292/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Gülbala oğlunun və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Təqsirləndirilən şəxs Gülbala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Gülbala oğlu xx.xx.2021-ci il tarixdə, təxminən saat 22:00 radələrində yaşadıqları ünvan 3 ünvanında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs yumruqla və təpiklə vuraraq ona sol bazunun və sağ baldırın qançırları, sol budun dərialtı hematoması xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Gülbala oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdən etibarən tanış olub münasibət saxlamış və onun hazırda yaşadığı ünvan 4 ünvanına bir neçə dəfə getmişdir. Zərərçəkmiş şəxs ilə arasında normal sevgili münasibəti olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində yenə də Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında olduğu zaman qısqanclıq motivi ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək onun sol qoluna yumruqla bir dəfə, ayaqlarına da təpiklə zərbə vurmuş, sonra mübahisə dayanmış, o da bir qədər sonra həmin ünvandan çıxıb öz yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxs ilə arasında olan davadalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Gülbala oğlu məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Gülbala oğlunu xx.xx.2021-ci il tarixdən etibarən tanıyır, onunla arasında normal sevgili münasibəti olmuş, hətta Rəcəb bir neçə dəfə onun yaşadığı ünvana da gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində yaşadığı ünvanda olduğu zaman Təqsirləndirilən şəxs Gülbala oğlu ilə arasında onun qısqanclığı səbəbindən mübahisə yaranmış, mübahisə zamanı sonuncu bir neçə dəfə yumruqla onun sol qoluna, təpiklə ayaqlarına zərbə vurmuş, sonra da sakitləşmiş və bir müddət yaşadığı ünvanda qalaraq çıxıb getmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Gülbala oğlu ilə onun arasında olan dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş, dava-dalaş vaxtı səs-küy olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs Gülbala oğlu ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 298 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sol bazunun və sağ baldırın qançırları, sol budun dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişlər. Törənmə müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 11-13) İş materiallarında olan arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu anası ilə birlikdə ünvan 2ır.(i.v 19-20) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 21) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 1054 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v 24) İş materiallarında olan Sumqayıt 2 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 123 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu Sumqayıt 2 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 25) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gülbala oğlu əvvəllər məhkum olunmamışdır.(i.v 18) Beləliklə, Təqsirləndirilən şəxs Gülbala oğlunun təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Gülbala oğlunun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs Gülbala oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Gülbala oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gülbala oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Gülbala oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Gülbala oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Gülbala oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Gülbala oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA**********1000102944 VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-292/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-292/2021
12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver