Məhkəmə qərarları › İş №1(060)-292/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-292/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-292/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2nda yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus taxta sexinə, sexin daş divarı ilə dam örtüyü arasındakı, üzəri şiferlə örtülməmiş yerə giriş qapısının yanındakı turbadan tutunub qalxmaqla oradan qanunsuz daxil olaraq sexdən qiyməti 350 manat olan “Reismus” markalı taxta yonan dəzgaha aid 4,5 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 350 manat olan “Frez” markalı dəzagaha aid 5,4 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 35 manat olan “Total” markalı, 15x15 ölçüdə, 500 vat cərəyan güclü 01 ədəd drel, qiyməti 80 manat olan “Total” markalı, 2600 vat cərəyan güclü 01 ədəd laqonda olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 815 manat qiymətində əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus taxta sexinə, sexin daş divarı ilə dam örtüyü arasındakı, üzəri şiferlə örtülməmiş yerə giriş qapısının yanındakı turbadan tutunub qalxmaqla oradan qanunsuz daxil olaraq, sexdən qiyməti 350 manat olan “Reismus” markalı taxta yonan dəzgaha aid 4,5 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 350 manat olan “Frez” markalı dəzagaha aid 5,4 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 200 manat olan “Sverlini” markalı taxta deşən dəzgaha aid 2 kilovat cərəyan güclü 01 ədəd mühərrik olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 900 manat qiymətində əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, son zamanlar heç bir yerdə işləmədiyi üçün maddi sıxıntı keçirmiş və ev üçün ərzaqı borca alırmış. Bu səbəbdən oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. O, 09 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığında, yəni Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus taxta sexindən dəzgahların mühərriklərini oğurlamaq üçün oraya getmişdir. O, sexə daxil olmaq üçün ilk əvvəl giriş qapısını yoxlamış və qapı bağlı olmuşdur. Qapını aça bilmədiyi üçün sexin giriş qapısının yanında, sexin divarı ilə dam örtüyü arasında, üzəri şiferlə örtülməmiş yerə, qaz borusundan sallanaraq qalxıb birbaşa sexə daxil olmuşdur. Orada bir əl açarını götürüb “Reismus” dəzgahının mühərrikini, “Frez” markalı dəzgahın mühərriki, həmçinin bunlardan başqa 01 ədəd drel və 01 ədəd laqonda sexdən götürüb oraya daxil olduğu yerdən oğurladığı əşyaları bir-bir küçəyə atmışdır. Daha sonra həmin mühərrikləri və alətləri üç dəfəyə olmaqla əli ilə yaşadığı evdə saxlanc kimi istifadə olunan yerə daşımış və səhərin açılmasını gözləmişdir. 09 sentyabr 2021-ci il tarixdə səhər saatlarında mühərrikləri yaşadığı evin giriş qapısının qarşısına çıxardaraq orada mühərrikləri dəmir parçası ilə hissələrə ayırıb daxilindəki mis kabelləri hissələrə ayırıb torbaya yığmışdır. Mühərriklərin digər detallarının yararsız vəziyyətdə olduğunu və sata bilməyəcəyini başa düşüb tullantı qutusuna atmış və mis kabelləri Sumqayıt şəhəri, İnşaatçılar qəsəbə ərazisində əlvan metal qəbulu yerinə 50 manata satmışdır. Drel və laqondanı isə Beton zavod ərazisində tanımadığı şəxsə hər biri 10 manat olmaqla ümumilikdə 20 manata satmışdır. O, həmin mühərriklərin mis kabellərini və tikinti alətlərini satarkən hər iki şəxsə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, əldə etdiyi qazancla borcunun bir qismini qaytarmış və qalan pul ilə ev üçün ərzaq almışdır. Bundan sonra o, təkrarən 18 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus taxta sexinə əvvəl daxil olduğu yerdən girməklə sexdən “Reismus” markalı taxta yonan dəzgaha aid 01 ədəd mühərrik, “Frez” markalı dəzagaha aid 01 ədəd mühərrik, “Sverlini” markalı taxta deşən dəzgaha aid 01 ədəd mühərrik oğurlayıb daxil olduğu yerdən küçəyə çıxarmış və yaşadığı evin saxlanc yerinə daşıyıb yığmışdır. Sonra o, mühərriklərin içindən mis kabelləri çıxarıb əvvəlki qaydada metal qəbulu yerinə satmış və digər əşyalarıda tanımadığı şəxsə satmışdır. Onun oğurluq etməsindən ailə üzvlərinin xəbəri olmamış və o, oğurladığı alətləri evlərinə daşıyarkən evdə heç kim olmamışdır. Hazırda o, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini və onunla barışıq əldə etdiyini bildirdi. Bundan başqa o, himayəsində bir az yaşlı uşağının olduğunu və yoldaşının hamilə olduğunu, bu səbəbdən məcburiyyət qarşısında oğurluq edərək ailəsinə qida məhsulları almışdır. Qeyd olunanları nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, onun Sumqayıt şəhəri, Beton zavod ərazisində taxta sexi var və həmin sexdə onun bir çox dəzgahları var. Həmin sexə o, gündəlik getməsə də, nəzarəti orada usta işləyən Zaur adlı şəxs həyata keçirir və gün ərzində ona ümumi vəziyyət barədə məlumat verir. Belə ki, 08.09.2021-ci il tarixdə saat 19 radələrində sözügedən sexdə ustalar işlərini bitirdikdən sonra Zaur tərəfindən sexin giriş qapısı bağlanmışdır. 09.09.2021-ci il saat 08:15 radələrində Zaur yenidən işə gəlib sexin giriş qapısını açıb içəri daxil olduqda sexdə bəzi dəzgahların mühərriklərinin, həmçinin laqonda və drelin yerində olmadığını müəyyən etmişdir. Zaur bu barədə telefon vasitəsiylə ona məlumat vermiş və o, dərhal sexə gələrək müəyyən etmişdir ki, sexin divarı ilə dam örtüyünün arasında, üzəri şiferlə örtülməyən açıq yerdən kiminsə sexə daxil olaraq işlənmiş vəziyyətdə olan 01 ədəd “Reismus” markalı taxta yonan dəzgaha aid mühərrik, 01 ədəd “Frez” markalı dəzgaha aid mühərrik, “Total” markalı, 15x15 ölçüdə, 500 vat cərəyan güclü 01 ədəd drel, “Total” markalı, 2600 vat cərəyan güclü 01 ədəd laqonda olmaqla ümumilikdə, ona məxsus 1000 manat məbləğində əmlakı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra o, baş vermiş oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, həmçinin ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmişdir. Bundan başqa 18.09.2021-ci il tarixdə səhər saatlarında Zaur yenə ona zəng edərək 17.09.2021-ci il tarixdə axşam saatlarında özü tərəfindən sexin qapısının bağlandığını, 18.09.2021-ci il tarixdə işə gələrkən sexin qapısını açıb içəri daxil olarkən bir neçə dəzgahın mühərrikinin yerində olmadığını ona bildirmiş və o, dərhal sexə gəlib baxış keçirərkən müəyyən etmişdir ki, sexin divarı ilə dam örtüyünün arasından kiminsə sexə daxil olub hər biri işlənmiş vəziyyətdə olan 01 ədəd “Reismus” markalı taxta yonan dəzgaha aid 4,5 kilovat cərəyan güclü mühərrikin, 01 “Frez” markalı dəzgaha aid 5,4 kilovat cərəyan güclü mühərrikin və 01 ədəd “Sverlini” markalı taxta deşən dəzgaha aid 2 kilovat cərəyan güclü mühərrik olmaqla ümumilikdə, 1200 manat dəyərində əmlakı oğurlanmışdır. O, təkrar baş vermiş oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və həmçinin ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmişdir. Halhazırda təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam olaraq ödəmişdir və ona qarşı hər hansı bir tələb və şikayətləri yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16.12.2021-ci il tarixli, 9/8109 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, uzun müddət istifadədə olmuş “Reismus” markalı taxta yonan dəzgaha aid 4,5 kilovat cərəyan güclü mühərriklərin 01 ədədinin qiyməti 350 manat olmaqla ümumi qiyməti 700 manat, uzun müddət istifadədə olmuş “Frez” markalı dəzgaha aid 5,4 kilovat cərəyan güclü mühərriklərin 01 ədədinin qiyməti 350 manat olmaqla ümumi qiyməti 700 manat, “Sverlini” markalı taxta deşən dəzgaha aid 2 kilovat cərəyan güclü 01 ədəd mühərrikin qiyməti 200 manat, istifadədə olmuş “Total” markalı 15x15 ölçüdə, 500 vat cərəyan güclü 01 ədəd drelin qiyməti 35 manat, istifadədə olmuş “Total” markalı 2600 vat cərəyan güclü 01 ədəd laqondanın qiyməti 80 olmaqla əşyaların ümumilikdə orta bazar qiyməti təxminən 1715,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 29.12.2021-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin ifadəsi ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus taxta sexinə, sexin daş divarı ilə dam örtüyü arasındakı, üzəri şiferlə örtülməmiş yerə giriş qapısının yanındakı turbadan tutunub qalxmaqla oradan qanunsuz daxil olaraq sexdən qiyməti 350 manat olan “Reismus” markalı taxta yonan dəzgaha aid 4,5 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 350 manat olan “Frez” markalı dəzagaha aid 5,4 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 35 manat olan “Total” markalı, 15x15 ölçüdə, 500 vat cərəyan güclü 01 ədəd drel, qiyməti 80 manat olan “Total” markalı, 2600 vat cərəyan güclü 01 ədəd laqonda olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 815 manat qiymətində əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus taxta sexinə, sexin daş divarı ilə dam örtüyü arasındakı, üzəri şiferlə örtülməmiş yerə giriş qapısının yanındakı turbadan tutunub qalxmaqla oradan qanunsuz daxil olaraq, sexdən qiyməti 350 manat olan “Reismus” markalı taxta yonan dəzgaha aid 4,5 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 350 manat olan “Frez” markalı dəzagaha aid 5,4 kilovat cərəyan güclü 01 ədəd mühərrik, qiyməti 200 manat olan “Sverlini” markalı taxta deşən dəzgaha aid 2 kilovat cərəyan güclü 01 ədəd mühərrik olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 900 manat qiymətində əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əlavə edilmiş “X3” tərəfindən verilmiş 6972 saylı vəsiqədən görünür ki, X5 (yəni Təqsirləndirilən şəxs atası) Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı rayonlarında gedən döyüşlərdə iştirak etmiş və İİ qrup əlil olmuşdur. İş materiallarına əlavə edilmiş 06.11.2021-ci il tarixli ailə tərkibi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.04.2020-ci il təvəllüdlü qız uşağı var. İş materiallarına əlavə edilmiş 19.03.2022-ci il tarixli arayışdan görünür ki, (yəni Təqsirləndirilən şəxs arvadı) 03.03.2000-ci il təvəllüdlü X4 həqiqətən Sumqayıt şəhər 2 nömrəli ASM-də 07.01.2022-ci il tarixdən 8-9 həftə hamiləlik diaqnozu ilə qeydiyyata durmuşdur. Hal-hazırda 18-19 həftə hamilədir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq geri qaytarmasını və onunla barışmasını, həmçinin atasının İİ qrup əlil - “Qarabağ” qazisi olmasını, bundan başqa himayəsində bir az yaşlı uşağının olmasını və həyat yoldaşının hamilə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusuna qiymət verərək məhkəmə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 17.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası hədi daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah edilməsini mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya idarəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına, həmçinin 150 (yüz əli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar