Məhkəmə qərarları › İş №1(060)-293/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-293/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-293/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvandayaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2,753 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab olunan tiryək əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 19.01.2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşlarının Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin arxa tərəfində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülünün içərisində olan 2,753 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,08 qram çəkidə narkotik vasitə olan metadon əldə edib yaşadığı mənzildə saxlamış, 22 yanvar 2021-ci il tarixdə saat 17:38 radərində Sumqayıt şəhər məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda axtarış istintaq hərəkəti keçirilmiş və axtarış keçirilən zaman mənzildə olan paltar şkafındakı karopka qutunun içərisindən bir ədəd konvalyut kəsiyində qəhvəyi rəngli, dairəvi formalı ümumi sayı 2 ədəd olan ümumi miqdarı 0,08 qram həblərdə narkotik vasitə olan metadon aşkar edilərək götürülümüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 17 yanvar 2021-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün şəffaf rəngli sellofan bükümün içərisində olan təxminən 3 qrama yaxın narkotik vasitə olan tiryək almış, həmin narkotik vasitə olan tiryəki əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı Sumqayıt şəhərinə gəlmiş, bu hadisədən 2 gün sonra 19 yanvar 2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində “Möhtəşəm” şadlıq evinin arxa tərəfi ilə hərəkət edən zaman üç nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşaraq saxlamışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını və polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getməyini bildirmiş, buna etiraz etməmiş, bundan sonra video çəkiliş davam edərək polis əməkdaşları ilə birlikdə 1-ci PBnə gəlmiş, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demiş, xidməti otaqların birində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmişlər. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəki çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin tiryəki 17.01.2021-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demiş, daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə tiryək olan şəffaf rəngli bir ədəd sellofan bükümü tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq, bu barədə protokol tərtib olunmuş, həmin protokolu imzalamışdır. Bundan başqa 22 yanvar 2021-ci il tarixdə, saat 17:30 radələrində yaşadığı Sumqayıt şəhəri, yataqxana 9, otaq 62, məhəllə 41, ev 7 ünvanında narkotik vasitə saxlaması ilə bağlı Sumqayıt şəhər məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarı ilə axtarış keçiriləcəyi bildirildi, buna etiraz etməmiş, vəkili Müdafiəçi1 iştirakı ilə yaşadığı ünvanı göstərərək videoçəkilişlə həmin ünvana getmiş, mənzilin qapısını açarla açıb evə daxil olmuş, evə daxil olduqdan sonra videoçəkiliş davam etdirilərək polis əməkdaşları evdə axtarış keçirmiş, axtarış zamanı yaşadığı mənzildə giriş qapısının sağında olan paltar şkafının üst hissəsindən üzərinə “Heng yuan” sözləri yazılmış qırmızı rəngli karobka qutudan üzərində scored tablets yazılan 02 ədəd həb formasında mənşəyi məlum olmayan kütlə aşkar edilmiş, həmin kütlənin nə olduğu ondan soruşulduqda onun nə olduğunu bilmədiyini, lakin keçmiş həyat yoldaşı Tünzalənin həkim işlədiyini və səhhətində ciddi problemlərin, hətta rəhmətlik anasının da əsəb xəstəsi olduğunu və ola bilər ki, həmin aşkar olunmuş həbə oxşar kütlənin onların istifadə etdiyi vaxtdan qutuda qaldığını məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra ona yaşadığı mənzildən həmin aşkar olunmuş kütlənin hər birinin çəkisi ayrı-ayrılıqda 0,04 qram, ümumilikdə 0,08 qram olmaqla narkotik vasitə metadon olması elan edilmiş, narkotik vasitələrdən yalnız tiryək istifadə edir, narkotik vasitə olan metadon istifadə etməmiş və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə metadondan məlumatı yoxdur. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19.01.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin əməliyyat məlumatını yoxlamaq məqsədi ilə polis baş serjantı Şahid4, polis serjantı Şahid3, 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Ruslan Vəliyevdən və Sumqayıt ŞPİnin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil olunmuş, həmin gün saat 18:55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisində olması barədə təkrar məlumat daxil olmuş, həmin məlumat əsasında 19.01.2021-ci il tarixdə, saat 19:00 radələrində təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin arxa ətrafına gəlmişlər və orada olan zaman inspektor-kriminalist Elnur tərəfindən “Panasonik” markalı videokameranı işə salınmış, həmin vaxt əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin həmin ərazidə yerləşən “Möhtəşəm” şadlıq sarayının arxası ilə hərəkət etdiyini görmüşlər, yaxınlaşıb onu saxlamışlar və özlərini təqdim edərək təhqiqatçı Ruslan Vəliyev ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər, videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılması üçün 1-ci PB-nə aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə 1-ci PB-nə gətirilmiş, ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, ondan üzərində olan əşyaları təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs bu zaman əynində olan tünd boz rəngli paltonun cibindən Vertu markalı mobil telefonu və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan tiryək olduğunu demiş, bükülünün içərisinə baxılarkən orada qara rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni Abşeron rayonu, Saray qəsəbəsində adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, həmin maddə 3,00 qram çəkidə olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmiş, bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da kiçik inspektor vəzifəsində xidmət edir. 19.01.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin əməliyyat məlumatını yoxlamaq məqsədi ilə CAŞ-nın əməliyyat müvəkkili, pols kapitanı Şahid1, həmin şöbənin kiçik inspektoru, polis serjantı Şahid3, 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Ruslan Vəliyevdən və Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti, polis kapitanı Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil olunmuş, həmin gün saat 18:55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olması barədə təkrar məlumat daxil olduğu üçün 19.01.2021-ci il tarixdə, saat 19:00 radələrində təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisinə gəlmişlər. Orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin həmin ərazidə yerləşən “Möhtəşəm” şadlıq sarayının arxası ilə hərəkət etdiyini görmüşlər. Həmin şəxsi saxlamışlar, özlərini təqdim edərək ondan özünü təqdim etməsini bildirmişlər, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılması üçün 1-ci PB-nə aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə 1-ci PB-nə gətirilmiş, ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, ondan üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan tünd boz rəngli paltonun cibindən “Vertu” markalı mobil telefonu və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə olan tiryək olduğunu demiş, həmin bükülünün içərisinə baxılarkən orada qara rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni Abşeron rayonu, Saray qəsəbəsində adını bilmədiyi və tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demiş, daha sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, həmin maddənin 3,00 qram çəkidə olmuş, həmin kütlə qablaşdırılaraq möhürlənmiş, bundan sonra protokol tərtib olunmuş və onlar həmin protokolu imzalarla təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olmuş, buna görə də Sumqayıt şəhər məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarı əsasında əməliyyat tədbirlərinin davamı olaraq əməliyyat məlumatına əsasən onun yaşadığı ünvana getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi1 iştirakı ilə axtarış istintaq hərəkəti Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru Elnur Qocayev tərəfindən panasonic markalı video kamera işə salınaraq keçirilmiş, Təqsirləndirilən şəxs özü yaşadığı binanı göstərərək yaşadığı mənzilin giriş qapısına qaldırmış, əlində olan açarla mənzilin qapısını açaraq yaşadığı evin olduğunu, tək yaşadığını bildirmiş, axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə giriş qapısının sağ tərəfində olan paltar şkafının üst hissəsindən üzərinə “Heng yuan” sözləri yazılmış qırmızı rəngli karobka qutudan üzərində scored tablets yazılan 02 ədəd həb formasında mənşəyi məlum olmayan kütlə aşkar edilmiş, həmin kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu bilmədiyini, keçmiş həyat yoldaşı Tünzalə Kərimovanın müalicəsi zamanı istifadə etdiyi dərman preparatlarından biri ola biləcəyini, lakin xeyli müddətdir ki, həyat yoldaşından ayrıldığını və evdə tək yaşadığını, həmin kütlənin evdə olmasından məlumatsız olduğunu bildirmiş, daha sonra protokol tərtib olunmuş, mənzildə şərait olmadığından mənzildən aşkar olunmuş kütlə Sumqayıt ŞPİ-də zərfə qoyularaq möhürlənmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 ifadəsində göstərdi ki, 19.01.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə CAŞ-na əməliyyat məlumatı daxil olduğundan yaradılmış əməliyyat qrupu həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlamış, onun üzrəindən narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik vasitə saxlaması barədə Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat məlumatı daxil oduğundan Sumqayıt şəhər məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarı əsasında əməliyyat tədbirlərinin davamı olaraq əməliyyat məlumatına əsasən onun yaşadığı ünvana getmişlər, həmin ünvanda Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi1 iştirakı ilə axtarış istintaq hərəkəti Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru Elnur Qocayev tərəfindən panasonic markalı video kamera işə salınaraq keçirilmişdir. Təqsirləndirilən şəxs özü yaşadığı binanı göstərərək yaşadığı mənzilin giriş qapısına qaldırmış, əlində olan açarla mənzilin qapısını açaraq yaşadığı evi olduğunu, tək yaşadığını bildirmişdir. Axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə giriş qapısının sağında olan paltar şkafının üst hissəsindən üzərinə Heng yuan sözləri yazılmış qırmızı rəngli karobka qutudan üzərində scored tablets yazılan 02 ədəd həb formasında mənşəyi məlum olmayan kütlə aşkar edildiyini, həmin kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu bilmədiyini, keçmiş həyat yoldaşı Tünzalə Kərimovanın müalicəsi zamanı istifadə etdiyi dərman preparatlarından biri ola biləcəyini, lakin xeyli müddətdir ki həyat yoldaşından ayrıldığını və evdə tək yaşadığını, həmin kütlənin evdə olmasından məlumatsız olduğunu demiş, daha sonra protokol tərtib olunmuş, mənzildə şərait olmadığından mənzildən aşkar olunmuş kütlə Sumqayıt ŞPİ-də zərfə qoyularaq möhürlənmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində və yaşadığı mənzildə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid4 və Şahid5 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20.01.2021-ci il tarixli, 6/243 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,753 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. (Tiryəkin təmiz çəkisi 2,753 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq 2,653 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23.01.2021-ci il tarixli, 6/292 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “vət. Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmişbir ədəd zərfdə qablaşdırılmış bir ədəd konvalyut kəsiyində qəhvəyi rəngli, dairəvi formalı ümumi sayı 2 ədəd olan ümumi miqdarı 0,08 qram təşkil edən narkotik vasitə olan metadondur. (Metadon həblərinin sayı-2 ədəd, tədqiqata sərf edildi-1 ədəd, qalıq 1 ədəd). Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 11.02.2021-ci il tarixli, 429 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 19.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 21.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19.01.2021-ci ildən hesablanmış, həmin məhkəmənin 13 aprel 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 19.01.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,653 qram çəkidə narkotik vasitə olan tiryək və 1 ədəd, yəni 0,04 qram çəkidə narkotik vasitə olan metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 179 (bir yüz yetmiş doqquz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli (iş № 1(060)-293/2021) qərarını icra edərək, 05 aprel 2021-ci il tarixli 371/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19.01.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanında tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,653 qram çəkidə narkotik vasitə olan tiryək və 1 ədəd, yəni 0,04 qram çəkidə narkotik vasitə olan metadon məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 179 (bir yüz yetmiş doqquz manat) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar