Məhkəmə qərarları › İş №1(060)-293/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-293/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-293/2024 26.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10 sentyabr 2018-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il tarixdə anadan olmuş X2 və 03 oktyabr 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(060)- 928/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3 (060)-521/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 14 iyul 2023-cü və 25 avqust 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün 12 sentyabr 2023-cü il tarixli təqdimat əsasənda 29 avqust 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 11753,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Sumqayıt şəhərinin müxtəlif yerlərində fərdi olaraq ev tikinti təmiri işləri ilə məşğul olur və gündəlik gəliri orta hesabla 15 (on beş) - 20 (iyirmi) manat müqabilində təşkil edir. O, 2006-ci ilin sentyabr ayının 22-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 09 yanvar 2007-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 12 aprel 2010-cu il tarixdə Mirhüseyn adlı və 03 oktyabr 2012-ci il tarixdə Mirhəsən adlı iki oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona heç bir söz demədən 2019-cu ilin əvvəllərində ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin şəhər məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 10 sentyabr 2018-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il təvəllüdlü Mirhüseyn Həşimlinin və 03 oktyabr 2012-ci il təvəllüdlü Mirhəsən Həşimlinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 12 fevral 2019- cu il tarixli, 2(060)-928/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra dövründə alimentə görə borclu olduğu məbləği keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayəti əsasında ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləğdən 6727,00 manat məbləğində ödəniş etmiş, 29 avqust 2023-cü il tarixədək 11753,00 manat məbləğində qalıq borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki az yaşlı uşaqları ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Hazırda aliment borcunu Zərərçəkmiş şəxs tam ödəmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəyən maddi ziyanı tam ödəmişdir. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-ci ilin sentyabr ayının 22-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 09 yanvar 2007-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 12 aprel 2010-cu il tarixdə Mirhüseyn adlı və 03 oktyabr 2012-ci il tarixdə Mirhəsən adlı iki oğlan övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığından məcburiyyət qarşısında qalaraq 2019-cu ilin əvvəllərində sonuncudan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin şəhər məhkəməsi tərəfindən aralarında bağlanmış nikahları ləğv olunaraq 10 sentyabr 2018-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il təvəllüdlü X4 və 03 oktyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olu naraq hər bir uşağa görə hər ay 154,00 manat, ümumilikdə cəmi 308,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 12 fevral 2019-cu il tarixli, 2(060)-928/2019 saylı qətnamə çıxarılmıdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə ona 6727,00 manat ödəniş etmiş və 29 avqust 2023-cü il tarixədək 11753,00 manat məbləğində qalıq borcu qaldığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan 11753,00 (on bir min yeddi yüz əlli üç) manat məbləğində aliment borcunu tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(060)-928/2019 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 10 sentyabr 2018-ci il tarixdən başlayaraq 12 aprel 2010-ci il təvəllüdlü X2 və 03 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşağa görə hər ay 154,00 manat olmaqla, ümumilikdə cəmi 308, 00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Göstərilən icra sənədi 06 mart 2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə idarəyə gəlmiş və həmin tarixdə icraata başlamaq haqqında qərarın dərhal icrası barədə bildiriş imza etdirilməklə ona təqdim olunmuş və tərəflərindən qanunamüvafiq məsuliyyəti izah olunmuşdur. Borclu Təqsirləndirilən şəxs əmlak və gəlirlərini yoxlamaq məqsədilə aidiyyəti orqanlara sorğular verilmiş, lakin ona məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlir aşkar edilməmişdir. Borclu məhkəmə qərarı ilə müəyyən olunmuş aliment məbləğini ödəmədiyi üçün idarəyə dəvət olunaraq izahatı alınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinə 27 fevral 2023-cü il tarixli qərarı ilə qərarı ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 8(060)-426/2023 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərardad 22 iyun 2023-cü il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkarın hesabına 10 sentyabr 2018-ci il tarixdən 29 avqust 2023-cü il tarixədək ödənilməli olan 18480, 00 manat aliment borcundan cəmi 6727,00 manat ödəniş edilmiş, onun 11753,00 manat aliment borcu vardır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment borcu olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 12 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin axtarışı haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılması üçün rəsmi qaydada Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə dəfələrlə çağırılmasına baxmayaraq istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmiş və tutulduqda DİN-nin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və X9 azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-928/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə 308,00 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 3(060)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-928/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X1 filialının 07 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində aktiv və ya qeyri-aktiv əmək müqaviləsi aşkarlanmamışdır. İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan qətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə aliment borcunu tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aliment borcunu tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar