Məhkəmə qərarları › İş №1(060)-294/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-294/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-294/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Erm. SSR, Sisyan rayonu Ağudi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 7/8, mənzil 41-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 1 ünvanında aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla sol gözaltı nahiyəsinin qançırı, gözün ağlı qişasına qansızma xəsarətlərini yetirərək vətəndaş Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə ailə həyatı qurmuş, lakin rəsmi nigahları olmamış, bir il əvvəl ayrılmışlar. xx.xx.2021-ci il tarixdə evdə içkili vəziyyətdə olan zaman Gülnarə səs-küy salmış, sonuncuya iradını bildirəndə onun cavabını qaytarmışdır. Ona görə də aralarında münaqişə yaranmış münaqişə zamanı Gülnarə onun üstünə gəlmiş, həmin vaxt yumruqla Gülnarənin gözaltı nahiyəsinə bir yumruq zərbəsi endirmiş, bunun nəticəsində Gülnarə xəsarət almışdır. Bunda sonra hər ikisi sakitləşmiş və yatmış, səhər tezdən durub getmişdir. Bundan sonra Gülnarənin 102 xidmətinə zəng edib şikayət etdiyini və eyni zamanda ərizə ilə müraciət etdiyini bilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birgə rəsmi nigahından iki övladları var, birinin bir yaşı, digərinin isə beş yaşı var. Arifin mütəmadi olaraq spirtli içki qəbul etməsi və evdə münaqişə yaratması səbəbindən bir ildir ki, boşanmışlar. xx.xx.2021-ci il tarixdə gecə saat 01 radələrində Arif içkili vəziyyətdə gəlmiş, ona çıxıb getməsini tələb etmişdir. Bu zaman Arif münaqişə yaratmış, onu söyüb təhqir etmiş, yumruqla sol gözaltı nahiyəsinə vurub xəsarət yetirmişdir. O heç bir əhəmiyyət verməmiş, ona görə sakitləşmiş, həmin gecə qalmış, səhər tezdən isə çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə 102 xidmətinə zəng edib məlumat vermiş və eyni zamanda polisə ərizə ilə müraciət etmişdir. Münaqişə zamanı evdə heç kim olmamış, uşaqlar yatmışlar. Mübahisə zamanı səs-küyə qonşulardan və ya kənardan hər hansısa bir şəxs gəlməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 285 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sol gözaltı nahiyəsinin qançırı, gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Törənmə müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 8-10) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 18) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli 1067 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v 38) İş materiallarında olan Sumqayıt 3 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 157 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 37) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 176026/19 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası çəkilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan məlumatlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası CMnin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsi həmin Məcəlləyə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan əvvəl çıxarıldığı üçün hazırki cinayət işi üzrə CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə və Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə ziddir və təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır. Ona görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinə xx xxxxxx 2017-ci ildən əvvəl Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilməsi hazırkı işə baxılarkən nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar