Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-295/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 17.03.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona iş üzrə təyin edilmiş MTE-nın vermiş olduğu rəyində göstərilən xəsarətləri yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 15 ildir ki, Əli ilə birlikdə qeyri-rəsmi olaraq yaşayırlar. 2011-ci ildə Əli ilə rəsmi nikaha daxil olmuşlar, lakin o, onun soyadını qəbul etməmişdir. Əli ilə birgə nikahlarından 2010-cu ildə ilk qiz övladları Zəhra, 2011-ci ildə ikinci qız övladları Fatimə dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında Əli ilə münasibətləri normal olmamış, Əli daima evdə münaqişələr yaratmış, onu dəfələrlə söyüb təhqir etmişdir. O, Əlidən hər dəfəsində onu söyməməsini tələb etmiş, lakin Əli onun sözlərinə məhəl qoymamışdır. Təxminən hadisədən bir neçə gün əvvəl Əli ilə birlikdə Sumqayıt şəhərinə İş axtarmaq üçün getmişdir. Həmin müddətdə yuxarıda qeyd etdiyi ünvanda nənəsi Vahidənin yanına getmişlər. 17.03.2021-ci il tarixdə nənəsi Vahidənin evində olan zaman Əli və dayısı oğlu ilə birlikdə spirtli içki qəbul etmişlər. Həmin vaxt Əli heç bir səbəb olmadan onu nalayiq ifadələr ilə söymüşdür. Lakin o, nənəsinin evində ona heç bir söz deməmişdir. Əlini söhbət etmək üçün evin həyətinə çağırmış, Əli ilə birlikdə binanın həyətində söhbət edən zaman Əli onu söyməyə davam etmiş, bu zaman o, əsəbiləşərək evdən götürdüyü mətbəx bıçağı ilə Əlinin kürək nahiyəsinə kiçik xəsarət yetirmişdir. Əli oradan çıxıb getmiş, o da nənəsinin evinə geri qayıtmışdır. Zərərçəkmiş şəxs ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, münaqişə onun nənəsinin yaşadığı evin həyətində baş vermiş, həmin vaxt saat təxminən 23:00 radələri olmuş, hadisə vaxtı səs-küy yaranmamışdır. Həmçinin həmin vaxt yaşayış binasının həyətində kənar şəxslər olmamış, onları ayırmamışdır.Hərəkətlərini özü dayandırmış və zərərçəkmiş şəxsə əlavə bıçaq zərbələri vurmaq imkanı olsa da vurmamışdır. Eyni zamanda münaqişə vaxtı da oraya kənar şəxslər gəlməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Sonuncunun ondan heç bir şikayəti yoxdur. Odur ki barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır, sonuncu ilə tanış olduqdan sonra birlikdə qeyri rəsmi olaraq ailə həyatı qurub yaşamışlar. Birgə qeyri-rəsmi nikahlarından 2 qız övladları vardır. Zülxumar heç vaxt ailəsinə sadiq olmamış, daima evdən qaçıb çıxıb getmiş, övladlarına nəzarət etməmişdir. Buna görə də hazırda qız övladlarına anası nəzarət edir, onların tərbiyəsi ilə məşğul olur. Təxminən hadisədən bir neçə gün əvvəl iş tapmaq üçün Zülxumar ilə birlikdə Sumqayıt şəhərinə - Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Zülxumarın nənəsi Vahidənin evinə getmişlər. 17.03.2021-ci il tarixdə Zülxumarın nənəsi Vahidənin evində olan zaman Zülxumar orada dayısı oğlu ilə spirtli içki qəbul etmişlər. Lakin o, həmin vaxt spirtli içki qəbul etməmişdir. O, Zülxumar yeyib içdikdən sonra ondan nənəsinin evində şərait olmadığı üçün dostunun evinə getməyi təklif etmiş, lakin Zülxumar onun təklifi ilə razılaşmamış, münaqişə yaratmağa başlamışdır. Bir qədər də spirtli içki qəbul etdikdən sonra təklifi ilə razılaşmış, təxminən saat 23:00 radələrində Vahidənin evindən çıxmışlar. Dostunun evinə gedən zaman Zülxumar onun ardımca gəlirmiş, təxminən 5 dəqiqə sonra Zülxumar heç bir səbəb olmadan arxadan ona yaxınlaşaraq əlindəki mətbəx bıçağı ilə onun sol kürək nahiyəsinə xəsarəf yetirmiş, ondan nə üçün belə etdiyini soruşduqda Zülxumar onunla münaqişə etməyə davam etmiş, o da oradan çıxıb getmiş. Həmin vaxt ondan şikayət etməmiş, lakin Zülxumar ondan üzr istəmədiyi üçün ondan şikayət etmək qərarına gəlmişdir. Zülxumar ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, münaqişə Zülxumarın nənəsinin yaşadığı evin həyətində baş vermiş, həmin vaxt saat təxminən 23:00 radələri olmuşdur. Hadisə vaxtı səs-küy yaranmamışdır. Həmçinin həmin vaxt yaşayış binasının həyətində kənar şəxslər olmamış, Zülxumar ona zərbə endirdikdən sonra əlavə bıçaq zərbələri endirməyə imkanı olsa da bunu etməmişdir. Aldığı xəsarətlər cidd olmadığından həkimə müraciət etməmiş və müalicə olunmamışdır. Eyni zamanda münaqişə vaxtı da oraya kənar şəxslər gəlməmişdir. Hadisə vaxtı sol kürək nahiyəsindən xəsarət almışdır. Almış olduğu xəsarət ilə bağlı TTYX-na müarciət etməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan şikayətçi deyildir. Odur ki barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli 620 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol kürəkaltı nahiyyənin yarası xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulmaqla əmələ gələ bilərdi, müddəti müayinədən 1 günə qədər olmaqla 17.03.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 19.03.2021-ci il tarixli 3/553 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişən düzəlişlər edilməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan təqdim etmə və götürmə haqqında 18 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı rəsmi nikahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs xəsarət yetirmiş olduğu bir ədəd bıçağı təqdim etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 19.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sumqayıt şəhər Səhiyyə şöbəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 19.03.2021-ci il tarixli 150 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3 saylı şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 21.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş Azərbaycan Respublikasının MEM-nin 61 saylı möhürlənmiş zərfdə olan 01 ədəd mətbəx bıçağı Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 09.04.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncu ondan şikayəftçi deyildir və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 09.04.2021-ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır və bu səbəbdən də sonuncunun barəsindəki məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş Sumqayıt ŞPİ-nin Təchizat Qrupuna təhvil verilmiş Azərbaycan Respublikasının MEM-nin 61 saylı möhürlənmiş zərfdə olan 01 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 04 mart 2021-ci il tarixli (iş № 1(060)-249/2021) qərarını icra edərək, 09 mart 2021-cu il tarixli 208 saylı orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi X2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş Sumqayıt ŞPİnin Təchizat Qrupuna təhvil verilmiş Azərbaycan Respublikasının MEM-nin 61 saylı möhürlənmiş zərfdə olan 01 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-295/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-295/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver