Məhkəmə qərarları › İş №1(060)-295/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-295/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-295/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt şəhər 1 saylıVəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:X2 iştirakı ilə, xx.xx.1996-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Təzəkənd kəndində yaşayan və qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 йени нюв коронавирус (Cовид-19) инфексийасына йолухмагла щава-дамcы йолу иля кечян щямин йолухуcу хястялийин дашыйыcысы олдуьуnu bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2020-ci il tarixli 73-1 №-li, 12.09.2020-ci il tarixli 336 №-li, 28.10.2020-ci il tarixli 427 №-li, 19.11.2020-ci il tarixli 450 və 451 №-li qərarlarının tələblərini yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid гайдаларыны qəsdən позараг инсанларın йени нюв коронавирус (Cовид-19) инфексийасынa yoluxmasına real təhlükə yaratmaqla 02 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndinində yerləşən evini tərk edib taksi ilə Sumqayıt şəhərinə gəlmiş və Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən “Park Palase” şadlıq sarayının qarşısında insanların hərəkətdə olduğu yerlərlə piyada gəzərkən saat 19 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq qaydada sənədləşdirilmiş və yaşadığı ünvana aparılması təmin edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin noyabr ayının sonlarında səhhətində narahatlıqlar hiss edib Covid-19 virusu ilə əlaqədar vermiş olduğu test 01 dekabr 2021-ci il tarixdə pozitiv çıxmış və bu barədə ona həmin tarixdə telefonuna mesaj gələrək 14 gün müddətdə özünü cəmiyyətdən təcrid etməklə evdən çölə çıxmamağı barədə xəbərdarlıq olunmuşdur. Həmçinin yerli sahə həkimi də onunla bir neçə dəfə telefon əlaqəsi saxlayaraq müalicəsi üçün müvafiq dərmanları diktə etmiş və həmçinin 14 gün ərzində cəmiyyətdən təcrid olunmağı barədə xəbərdarlıq etmişdir. Covid-19 testi ilə əlaqədar vermiş olduğu test pozitiv çıxsa da özündə hər hansı bir ciddi simptomlar hiss etmədiyindən və 02 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Park-Palase” şadlıq sarayında əmisi qızı Gülərin toy məclisi nəzərdə tutulduğundan günorta saatlarında taksi ilə yaşadığı kənddən çıxıb Sumqayıt şəhərinə birbaşa toy məclisinin nəzərdə tutulduğu şadlıq sarayının qarşısına gəlmiş, saat təxminən 19 radələrində polis əməkdaşları ona yaxınlaşaraq ad familiyasını soruşaraq barəsində olan məlumatları telefon vasitəsi ilə yoxlayarkən coronavirus xəstəsi olduğunu aşkar etmiş və bu barədə 4-cü PB-nə məlumat verildikdən sonra həmin yerə əməliyyat qrupu gəlmiş və videoçəkiliş vasitəsi ilə ona hüquq və vəzifələri izah olunmuş, etdiyi səhvi etiraf edərək yaxın qohumunun toy məclisi ilə əlaqədar karantin qaydalarını pozduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ondan yazılı iltizam alaraq həkimlərin müşayiəti ilə Sumqayıt şəhərində yaşayan əmisinin boş qalmış evinə yola salmış və sağalana kimi yaşadığı yeri tərk etməmək barədə bir daha xəbərdarlıq etmişlər. Həmin vaxtdan sonra müalicəsi başa çatana kimi əmisi Cavada məxsus Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 63, mənzil 14-də özünü təcrid etmklə müalicəsi başa çatana kimi qalmışdır. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs X2 ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 oğlu bildirdi ki, 02 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində polis serjantı Şahid2la birlikdə Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində xidmət apararkən “Park Palase” şadlıq sarayının qarşısında hərəkətlərindən xəstə görkəmi olan bir nəfər şəxsi görüb ona yaxınlaşaraq özülərini təqdim edib kimliyini soruşduqda həmin şəxs özünü xx.xx.1996-cı il təvəllüdlü, Ağcabədi rayonu Təzəkənd sakini Təqsirləndirilən şəxs kimi təqdim etdikdə onu mobil axtarış portalında yoxlamış və məlum olmuşdur ki, o, Covid 19+ xəstəliyi üzrə yaxma vermiş və 29.11.2021-ci il tarixdə onun vermiş olduğu test 01.12.2021-ci il tarixdə pozitiv nəticə vermişdir. Təqsirləndirilən şəxs Ağcabədi rayonundan Sumqayıt şəhərində yerləşən “Park Palase” şadlıq sarayına qohumunun toy məclisinə gəldiyini bildirmiş, dərhal Təqsirləndirilən şəxs insanların içərisindən kənarlaşdıraraq təcrid edib hadisə barədə 4-cü PB-nə məlumat verib həmin yerə ərazi üzrə əməliyyat qrupunu dəvət etmiş, əməliyyat qrupu əraziyə gəldikdən sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı X6 Qasımovu sorğu-sual edərək onun etdiyi əməlin qanuna zidd oldsuğunu izah etmiş, Təqsirləndirilən şəxs Covid 19+ xəstəsi olduğunu etiraf edərək bu barədə ona test verdikdən sonra 01.12.2021-ci il tarixdə müvafiq mesajın gəldiyini, özünü yaxşı hiss etdiyindən sağaldığını düşünərək evdən çölə çıxıb Sumqayıt şəhərinə toya gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı yeri tərk etməmək barədə iltizam alındıqdan sonra o, həkimlərin müşayiəti ilə tibbi yardım avtomaşını ilə evinə yola salınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 oğlunun söylədiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 05.01.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı şadlıq sarayının giriş qapısında polis əməkdaşının əhatəsində, əynində qara rəngli qısa gödəkçə, mavi rəngli şalvar, ağız nahiyəsində açıq rəngli maska olan kişi müşahidə edilir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, “Covid-19” virusu ilə bağlı analiz verdiyini və 29.11.2021-ci il tarixdə analizin nəticəsinin pozitiv olduğunu, bununla bağlı istifadə etdiyi telefon nömrəsinə SMS gəldiyini, özünü yaxşı hiss etdiyindən yaşadığı Ağcabədi rayonu Təzəkənd kəndindən Sumqayıt şəhərinə qohumunun toy məclisinə getdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Epidemiya əleyhinə rejimin, sanitariya –gigiyena və ya karantin rejimlərinin pozulması barədə məsuliyyətin nəzərdə tutulması elan olunaraq karantin qaydasına əməl edilmənin zəruriliyi izah edilir və iltizam alınır” .(i.v 22) İş materiallarında olan “Ağcabədi RMX” PHS-dən daxil olmuş 22.12.2021-ci il tarixli, 1313 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağcabədi RMX” PHS-də 29.11.2021-ci il tarixdə koronovirus (COVİD-19) virus infeksiyasına qarşı verdiyi test analizinin nəticəsi 01.12.2021-ci il tarixdə Pozitiv olaraq təsdiqlənmişdir. (i.v11-12) İş materiallarında olan Təqsirləndirilən şəxs 02.12.2021-ci il tarixdə, Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yerləşən “Park Palace” şadlıq sarayının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasının video görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 52-54) İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.01.2022-ci il tarixli arayışdan görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. (i.v. 33) İş materiallarında olan xasiyyətnamədən görünür ki, X4 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 23.01.2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.63-65) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: xüsusi sanitar rejim: yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi və s. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxs X2 «Covid-19» virusuna yoluxması faktı təsdiq olunduqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, X2 əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X2 ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən X2 törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki vəkilin hesabatı ağlabatan deyildir. Cinayət işi 100 vərəqdən az olmaqla bir cilddən ibarətdir və iş üzrə cəmi iki dəfə (hazırlıq və baxış) məhkəmə iclası keçirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, vəkilin məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etməsi daha inandırıcıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X2 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. X2 üzərinə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Ağcabədi rayonu, Təzəkənd kəndindəki evi tərk etməmək, Ağcabədi rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar