Məhkəmə qərarları › İş №1(060)-295/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-295/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-295/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:15-da Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, “X7” liseyinin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sağ yan cibində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış olduğu 01 ədəd gümüşü rəngli kağızın bükülünün içərisində 0,436 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 0,658 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində **-DM-*** dövlət nömrə nişanlı Nissan Sunny markalı avtomobili taksi kimi sifariş etmiş, Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “X7 liseyi”nin qarşına aparmasını bildirmiş və gedib qayıtmağa 6 manata razılaşmışlar. Həmin vaxt avtomobildə sürücü ilə birlikdə olmuşlar. Təxminən saat 15:15 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “X7 lisey”in qarşısında avtomobilin içərisindən düşmək istəyərkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu 5-ci PB-nə dəvət etmişlər. 5-ci PB-də ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümlərin birinin içərisində heroin, digərində metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı narkotik maddələrin 1 gün əvvəl, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra bükümdə olan heroin və metafetamin ayrı-ayrılıqda tərəziyə qoyularaq çəkilib, ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 15:15-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən TTE liseyinin qarşısında Şahid4 idarə etdiyi **-DM-*** dövlət nömrə nişanlı, Nissan Sunny markalı avtomobildən düşmək istəyərkən saxlanılaraq, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlamasında şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 5-ci PB-na dəvət etmişlər. Həmin vaxt sürücü Şahid4 də şahid kimi PB-nə dəvət etmişlər. Bölmədə ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə vəklin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs özü əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” ə bənzər maddənin olduğu və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan qəhvəyi rəngli, spesifik iyə malik narkotok vasitənin “kakos”, kristal şəkilli psixotrop maddənin “şüşə” olduğunu, həmin maddəni 1 gün əvvəl, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, həmin vaxt gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,72 qram və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin” ə bənzər maddə kütləsinin 0,70 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş kütlə müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Elnur Bəçirov saxlanılarkən ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. X6 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və xx.xx.2022-ci il tarixdə, saat 15:15-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən TTE liseyinin qarşısında Şahid4 idarə etdiyi **-DM-*** dövlət nömrə nişanlı, Nissan Sunny markalı avtomobildən düşmək istəyərkən saxlamış, Sumqayıt ŞPİnin 5-ci PB-na dəvət etmişdir. Həmin vaxt sürücü Şahid4 də şahid kimi PB-nə dəvət etmişlər. Bölmədə ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs özü əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” ə bənzər maddənin olduğu və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan qəhvəyi rəngli, spesifik iyə malik narkotok vasitənin “kakos”, kristal şəkilli psixotrop maddənin “şüşə” olduğunu, həmin maddəni 1 gün əvvəl, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və metafetamin kütləsi elektron tərəzidə çəkilmiş, müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və həmin bölmənin kiçik inspektoru, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmiş, həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 15:15da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən TTE liseyinin qarşısında Şahid4 idarə etdiyi **-DM-*** dövlət nömrə nişanlı, Nissan Sunny markalı avtomobildən düşmək istəyərkən saxlamış, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlamasında şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 5-ci PB-na dəvət etmiş, o, da heç bir müqavimət göstərmədən onlarla 5-ci PB-na gəlmişdir.Həmin vaxt sürücü Şahid4 də şahid kimi PB-nə dəvət etmişlər. Bölmədə ona hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkil X2 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş ona təqdim olunmuşdur. X3 tərəfindən aparılırmışdı.X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş etmişdir.Təqsirləndirilən şəxs özü əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” ə bənzər maddənin olduğu və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin” ə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan qəhvəyi rəngli, spesifik iyə malik narkotok vasitənin “kakos”, kristal şəkilli psixotrop maddənin “şüşə” olduğunu, həmin maddəni 1 gün əvvəl, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, həmin vaxt gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,72 qram və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin” ə bənzər maddə kütləsinin 0,70 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş kütlə müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, etibarnamə əsasında **- DM-*** dövlət qeydiyyat nişanlı, Nissan Sunny markalı avtomobili idarə edir və taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman yolun kənarında dayanmış bir nəfər sonradan adını bildiyi Elnur adlı şəxs ona yaxınlaşaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən X7 liseynin qarşısına neçə manata aparıb gətirməyini soruşmuş və 6 manata razılaşmışlar. Elnur avtomobildə qabaqda əyləşmişdir. O, təxminən saat 15:15 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən X7 liseynin qarşısına çatmışdır. Elnur avtomobildən düşmək istəyərkən 3 nəfər mülki geyimdə olan özlərini təqdim edən polis əməkdaşları Elnurun narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün saxlanıldığını bildirib 5-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları şahid qismində izahatının alınması üçün onu da 5-ci PB-nə dəvət etmiş, o da PB-nə getməkdən imtina etməmişdir. Onun Elnurun üzərində narkotik vasitə gəzdirməsindən məlumatı olmamış, sonradan Elnurun narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “X7 Liseyi”-nin qarşısında xx.xx.2022-ci il tarixdə saat 15:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs t əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli kağız bükümü və 1 ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin bükümlər açılan zaman gümüşü rəngli kağız bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin, şəffaf sellofan bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin kakos” ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin maddələri bu gün Abşeron rayonu Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli ret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin 0,72 qram 1 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin 0,70 qram olduğu müəyyən edildi və aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon götürüldü və müvafiq qaydada qablaşdırıldı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6\6876 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №242” dairəvi möhür əksi və “ ...vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlələr...Təqsirləndirilən şəxs - imza, Rəhman Qurbanov-imza...xx.xx.2022” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,436 qram olan qəhvəyi rəngli toz şəkil maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,658 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Syahı İ), metamfetamin - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,386 qram heroin, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,608 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd “Verbatim” markalı disk kompyuterə daxil edildikdən sonra komputerin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “00093” adlı xx.xx.2022-ci il tarixdə çəkilmiş, ******* kb həcmində faylın olduğu, faylın yaddaşında 20 dəqiqə 05 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olundu. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 03 (iki) nəfər şəxsin mülki geyimli, 1 nəfər vətəndaşın və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı Rəhman Qurbanov orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə narkotik maddələrin qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 03 (üç) nəfər mülki geyimli şəxslərdən özlərini təqdim edərək polis əməkdaşı, 1 nəfər mülki geyimli şəxsin taksi sürücüsü Şahid4 olduğu bildirdiyini, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Fərhad Əliyevin dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli kağız bükümü və 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üzərinə qoyaraq təqdim etmiş, həmin Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” ə bənzər maddənin olduğu və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin” ə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan qəhvəyi rəngli, spesifik iyə malik narkotok vasitənin “kakos”, kristal şəkilli psixotrop maddənin “şüşə” olduğunu, həmin maddəni 1 gün əvvəl, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra gümüşü rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,72 qram və şəffaf rəngli sellofan bükümdə ağ rəngli, spesifik iyə malik, kristal şəkilli psixotrop maddə olan “metamfetamin” ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,70 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin kütlə müfaviq qaydada qabşdırılmışdır.Bundan əlavə Təqsirləndirilən şəxs 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edir və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq 0,386 qram çəkidə narkotik vasitə heroin, qalıq 0,608 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs saxlanılıb 1-ci PB-nə gətirilərkən üzərinə şəxsi axtarış keçirilərkən Panasonik markalı videokamera ilə çəkilmiş və DVD diskinə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış və xalis çəkisi 0,386 qram çəkidə narkotik vasitə heroin, qalıq 0,608 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə 4000 manat cərimə cəzası 8 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-189/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü və 7(060)-67/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7599 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3982 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Aylin Bəşirova və xx.xx.2008-ci il təvəllüdlü Günel Bəşirova adlı övladları vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmiş videogörüntü olan 01 (bir) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqat ekspertizasından sonra qalıq qalmış 0,386 qram çəkidə narkotik vasitə-heorin və 0,608 psixotrop maddəmetamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq 0,386 qram çəkidə narkotik vasitə heroin, qalıq 0,608 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-295/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 084 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq 0,386 qram çəkidə narkotik vasitə heroin, qalıq 0,608 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsü. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar