Məhkəmə qərarları › İş №1(060)-296/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-296/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-296/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixidə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40, mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixatrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 noyabr 2021-ci il tarixdə, saat 11:15-də Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 5 saylı binanın yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Kent-4” markalı, qara rəngli siqaret qutusunun içərisində siqaret kağızına bükülmüş halda 06 (altı) ədəd bükümdə görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,038 qram, 0,020 qram, 0,017 qram, 0,027 qram, 0,018 qram birlikdə ümumi təmiz çəkisi 0,292 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 05 (beş) ədəd bükümdə görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,077 qram, 0,096 qram, 0,083 qram, 0,060 qram, 0,125 qram, birlikdə ümumi təmiz çəkisi 0,441 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə axşam saat 23:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Gecə tutulsa da, səhərisi gün saat 14:00 radələrində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılan zaman onun üzərində 02 (iki) büküm narkotik vasitə olan heroin və 03 (üç) büküm psixotrop maddə metamfetamin olmuşdur. Lakin polis əməkdaşları həmin bükümlərin sayını artırmışlar. Sumqayı ŞPİ-də polis əməkdaşları tərəfindən ona qarşı təzyiq tətbiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. O, narkotik vasitə satıcısı olmadığını, ancaq istifadəçisi olduğunu bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və əlavə olaraq qeyd etmişdir ki, əvvəllər də Azərbyacan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunduğunu, təxminən 01 (bir) ay müddətdir ki, narkotik vasitə və psixatrop maddə istifadəçisidir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, “kolxoz bazarı” adlanan bazarın yaxınlığında təsadüfən rastlaşdığı, adını bilmədiyi şəxsdə 30 (otuz) manat ödəyərək, 06 (altı) büküm siqaret kağızına bükülmüş halda narkotik vasitə olan heroin və 05 (beş) büküm siqaret kağızına bükülmüş halda psixatrop maddə olan metanfetamin alaraq, həmin bükümləri “Kent-4” markalı qara rəngli siqaret qutusuna yığıb üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 11:15 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 5-saylı binanın yaxınlığında olan zaman 02 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri Pİ-nin 3-cü PBnə getmişdir. PB-nə getdikdən sonra xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X4 ona təqdim olunduqdan sonra onun icazəsi ilə və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə ona üzərində olan əşyaları təqdim etmək təklif edilmiş, o, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı, içərisinə 06 (altı) büküm siqaret kağızına bükülmüş halda narkotik vasitə olan heroin və 05 (beş) büküm siqaret kağızına bükülmüş halda psixatrop maddə olan metanfetamin yığdığı “Kent-4” markalı, qara rəngli siqaret qutusunu gödəkçəsinin sağ yan cibindən isə 01 (bir) qutu “Classik” markalı siqareti və əynindəki jiletin sol yan cibindən 02 (iki) ədəd 50 qəpik pulu çıxardıb təqdim etmişdir. Həmçinin o, verilən sualları cavablandıraraq təqdim etdiyi “Kent-4” markalı qara rəngli siqaret qutusunun içərisində olan siqaret kağızına bükülmüş 11 (on bir) bükümün 06 (altı) bükümünün içərisində narkotik vasitə olan heroin, 05 (beş) bükümünün içərisində isə psixatrop maddə metanfetamin olduğunu və həmin bükümləri xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, “kolxoz bazarı” adlanan bazarın yaxınlığında təsadüfən rastlaşdığı adını bilmədiyi şəxsdən 30 (otuz) manat ödəyərək özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin bükümlər polis əməkdaşı tərəfindən açıldıqda, 06 (altı) bükümün içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə, digər 05 (beş) bükümün içərisində isə ağ rəngli kristal dənəciklər halında kütlə aşkar olunmuşdur. Onun üzərinə şəxsi-axtarış zamanı aşkar olunmuş 06 (altı) bükümün tünd-qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlələr və eləcə də, 05 (beş) bükümün ağ rəngli kristal dənəciklər halında psixatrop maddəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. O, hüquqlarını müdafiə edən vəkil Elşad İsayevin və təhqiqatçının suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərinə yoxlanış məqsədi ilə baxış keçirilmiş, ancaq əlavə heç bir şey aşkar olunmamışdır. Həmçinin o ifadəsində narkotik vasitə aldığı şəxsi tanımadığını, həmin şəxs haqqında heç bir məlumata malik olmadığını, xx.xx.2021-ci il tarixdə təsadüfən rastlaşdığını, saxlanılarkən ona qarşı heç kim tərəfindən heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirdi. xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan,Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3cü PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o, da əlavə edilmiş, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində pusqu qurulmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs həmin əraziyə yaxınlaşmış və o, əməliyyat qrupunun digər üzvü Şahid2la birlikdə saat 11:15 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 5 saylı yaşayış binasının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və daha sonra saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının qarşısına çatıb, xidməti otaqlardan birinə daxil olduqdan sonra təhqiqatçı Mustafa Mustafazadə özünü təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bir daha xatırladaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirib, sonuncunun hüquqlarını müdafiə etməsindən ötrü təyin olunacaq vəkili seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adlarının siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X2, hüquqlarını müdafiə etməsini istədiyini bildirmiş, vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Öncə təhqiqatçı Mustafa Mustafazadə bir daha özünü təqdim edib, şəxsi axtarış istintaq hərəkəti həyata keçiriləcəyini bildirmiş, sonra təhqiqatçı digər iştirakçılardan özlərini təqdim etməsini xahiş etmişdir. O və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yaşadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şüphəli bilinərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 5 saylı binanın yaxınlığında saxlanılaraq 3-cü Polis Bölməsinə gətirildiyini, qanunvericiliyin tələblərinə uyğun olaraq tutulduğunu izah edərək, tutma haqqında protokolun surətini, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi həmçinin hüquqlarını müdafiə edən Sumqayıt Regional vəkil bürosunun vəkili X3 Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd qara rəngli “Kent” markalı siqaret qutusunu, sağ yan cibindən isə ağ rəngli “Classik” markalı siqaret qutusunu çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli “Kent” markalı siqaret qutusunun qapağını açdıqda, siqaret qutusunun içərisində, siqaret kağızına bükülmüş 11 (on bir) büküm aşkar olunmuş və təhqiqatçı həmin bükümləri masanın üzərinə boşaltmışdır. Təqsirləndirilən şəxs həmin 11 (on bir) bükümün narkotik vasitə olan metamfetamin və kakos, yəni heroin bükümləri olduğunu bildirmişdir. Sözügedən siqaret kağızına bükülmüş bükümlərin hər biri təhqiqatçı tərəfindən açıldıqda həmin bükümlərdən 06 (altı) bükümünün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə və 05 (beş) bükümünün içərisində psixatrop maddə metamfetaminə bənzər ağ rəngli, kristal şəkilli kütlə olması aşkar edilmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli “Classik” markalı siqaret qutusunun qapağını açdıqda, içərisində siqaret dənələri olduğu müəyyən edilmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cibindən 02 (iki) ədəd qəpik pulları çıxardıb təqdim etmişdir. Sonra təhqiatçı Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə axtarış keçirsə də, Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, üzərindən aşkar olunmuş 05 (beş) büküm psixatrop maddə metamfetaminə bənzər kütlələri və 06 (altı) büküm narkotik vasitə heroinə bənzər kütlələri dünən, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində “kolxoz bazarı” adlanan yerdə tanımadığı şəxsdən bükümlərə bölünmüş halda, ümumilikdə 30 (otuz) manat ödəyərək, öz istifadəsi üçün aldığını, aldığı narkotik vasitə və psixatrop maddəni ayrı arılıqda istifadə etdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr elekton tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyaraq qablaşdırmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki və ya pisixi təziqə məruz qalmadığını, heç bir hüququ pozulmadığını bildirmişdir. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin alqı-satqısı, dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə əməliyyat məlumatları daxil olduğunu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 oğlunun göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Mustafa Mustafazadə özünü təqdim edib, şəxsi axtarış istintaq hərəkəti həyata keçiriləcəyini bildirir. Sonra təhqiqatçı müki geyimdə olan şəxslərdən özlərini təqdim etməsini xahiş edir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili polis leytenantı Şahid1 özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yaşadığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şüphəli bilinərək Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 5 saylı binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gətirildiyini, qanunvericiliyin tələblərinə uyğun olaraq tutulduğunu izah edir və tutma haqqında protokolun surətini şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi həmçinin hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Vürosunun vəkili X1 təqdim edir, sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsini xahiş edir. Video görüntünün 01:41-ci anında Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (qara) qara rəngli siqaret “Kent” markalı qutusunu, sağ yan cibindən isə ağ rəngli “Classik” markalı siqaret qutusunu çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Video görüntünün 02:05 saniyəsində Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli “Kent” markalı siqaret qutusunun qapağı təhqiqatçı tərəfindən açıldıqda siqaret qutusunun içərisində aşkar olunan siqaret kağızına bükülmüş 11 (on bir) büküm masanın üzərinə başaldılır. Təqsirləndirilən şəxs həmin 11 (on bir) bükümün narkotik vasitə olan metamfetamin və kakos, yəni heroin bükümləri olduğunu bildirir. Sözü gedən siqaret kağızına bükülmüş bükümlərin hər biri təhqiqatçı tərəfindən açıldıqda həmin bükümlərdən 06 (altı) bükümünün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə və 05 (beş) bükümünün içərisində psixatrop maddə metamfetaminə bənzər ağ rəngli, kristal şəkilli kütlə olması aşkar edilir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli “Classik” markalı siqaret qutusunun qapağını açdıqda içərisində siqaret dənələri olduğu müəyyən edildi. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində üzərində başqa hər hansı bir əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cibindən 02 (iki) ədəd qəpik pulları çıxardıb təqdim etdi. Sonra təhqiatçı Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə axtarış keçirsə də, onun üzərindən əlavə heç bir şey aşkar olunmadı. Ardınca Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, onun üzərindən aşkar olunmuş 05 (beş) büküm psixatrop maddə metamfetaminə bənzər kütlələri və 06 (altı) büküm narkotik vasitə heroinə bənzər kütlələri dünən, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində “kolxoz bazarı” adlanan yerdə tanımadığı şəxsdən, bükümlərə bölünmüş halda, ümumilikdə 30 (otuz) manat ödəyərək, öz istifadəsi üçün aldığını, aldığı narkotik vasitə və psixatrop maddəni ayrı arılıqda istifadə etdiyini bildirir. Video görüntünün 07:27-ci anında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 06 (altı) büküm narkotik vasitə heroinə bənzər kütlələr birlikdə elektron tərəzi vasitəsi ilə çəkildikdə, ümumilkdə çəkisi 0,64 qram olması müəyyən edilir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 (beş) büküm psixatrop maddə metamfetaminə bənzər kütlələri elekton tərəzi vasitəsi ilə çəkdikdə, həmin bükümlərin birlikdə ümumi çəkisinin 0,73 qram olması müəyyən edilir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götütülmüş 05 (beş) büküm psixatrop maddə metamfetaminə bənzər kütlələri və 6 (altı) büküm narkotik vasitə heroinə bənzər kütlələri polietillen sellofana yığıb, sellofanları isə zərfə qoyaraq qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Şəxsi aştarış istintaq hərəkəti tam yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Elşad İsayev Təqsirləndirilən şəxs üzərindən ümumilkdə 11 (on bir) büküm narkotik vasitə, eləcə də psixatrop maddə aşkar olunması faktının gələcəkdə istintaq zamanı cinayət məcəlləsinin 234.2-ci maddəsi ilə tövsüf oluna biləcəyini sonuncuya izah edərkən, təhqiqatçı vəkilin bu fikrinin güman xarakterli olduğunu, şəxsi axtarış istintaq hərəkətinin həyata keçirilməsinə aidiyyəti olmadığını qeyd edərək, vəkilin sualını rədd edir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki və ya pisixi təziqə məruz qalmadığını, heç bir hüququ pozulmadığını bildirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə 06(altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,038 qram, 0,020 qram, 0,017 qram, 0,027 qram, 0,018 qram ümumi təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Digər 5(beş) ədəd bükümdə 0,077 qram, 0,096 qram, 0,083 qram, 0,060 qram, 0,125 qram ümumi təmiz çəkisi 0,441 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixatrop maddəmetamfetamindir. Heroin və Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,292 qram, tədqiqata sərf edildi – 0,06 qram, qalıq – 0,232 qram. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,441 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 0,291 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-627/201 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,292 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,232 qram çəkidə narkotik vasitə heroin və ilkin çəkisi 0,441 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,291 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarıda olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenentı Şahid1 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması və üzərində narkotik vasitə saxlamasına dair məlumat daxil olmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2021-ci il tarixli, 126- 15707 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4111 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 1558 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət işi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-367/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3, 326.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-367/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə törətmiş olduğu əməl CM-nin 177.2.2-ci maddəsinə tövsif olunaraq onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. AzərbaycanRespublikası CM-nin 83.3.3-cü maddəsində isə qeyd olunmuşdur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş şəxs hesab olunurlar. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 11 (on bir) bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun üzərində narkotik vasitənin 11 (on bir) bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmişdir. İbtidai istintaq zamanı və məhkəmə iclasında isə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmiş, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 11 (on bir) ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, Sumqayit ŞPİ-nin 3-cü PB-nə daxil olan məlumatın da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını və üzərində narkotik vasitə saxlamasını, Təqsirləndirilən şəxs və ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,292 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,232 qram çəkidə narkotik vasitə heroin və ilkin çəkisi 0,441 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,291 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,232 qram çəkidə narkotik vasitə heroin və 0,291 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar