Məhkəmə qərarları › İş №1(060)-297/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-297/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-297/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Qurtuluş küçəsində qeydiyyatda olan v Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 29/42, mənzil 47 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tap.az” internet saytında tanış olduğu Zərərçəkmiş şəxs saytda elanı qoyulmuş **-VB-*** dövlət nömrənişanlı “Mersedec C180” markalı avtomobili kreditlə satmaq adı ilə 30.12.2020-ci il tarixdə saat 10:00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsində 3000 (üç min) manat pulunu etibardan sui istifadə etməklə və aldatmaqla ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 ildir ki, maşın alqı-satqısı ilə məşğul olur. Dörd ildir ki, avtomaşınların kreditlə alqı stqısında vasitəçi kimi iştirak edib özünə düşən hissəni götürür. 24.12.2020-ci il tarixdə “Turbo.az” saytında elanı yerləşdirilmiş **-VB-*** dövlət qeydiyyat nişanlı “Mercedes C 180” markalı avtomaşının satış elanını görmüşdür. Həmin avtomaşını satan şəxsə zəng edərək adından həmin avtomaşını satacağını bildirmişdir. Avtomaşının sahibidə buna etiraz etməmişdir. O, həmin avtomaşının elanda yerləşdirilmiş fotoşəkillərini götürmüş və “Tap.az” internet saytında həmin avtomobilin satış qiymətini 10000 (on min) manat, kreditlə isə ilkin ödəniş 5000 (beş min) manat qalanını isə 18 aydan 36 aya qədər kreditlə satış bölməsində yerləşdirdiyini bildirmişdir. Həmin elana özünə məxsus ***-***-**- ** mobil nömrəni yerləşdirmişdir. Adını da “Elimdar” kimi qeyd etmişdir. 27.12.2020-ci il tarixdə bir nəfər tanımadığı şəxs ona zəng edərək həmin avtomobillə maraqlandığını bildirmişdir. Zəng edən şəxs ilkin ödənişin 5000 (beş min) manata deyil 3000 (üç min) manata imkanı çatdığını, qalan pulu isə 12 ay müddətinə ödəyəcəyini bildirmişdir. O, ilk əvvəl həmin şəxsin dediyi şərtlə razılaşmasa da, sonradan dediyi şərtləri qəbul etmişdir. Belə ki, həmin vaxt onun pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, həmin şəxsdən 3000 (üç min) manat pulu götürüb, maşını sata bilməyəcəyi təqdirdə isə bir yolla gəlir əldə edərək həmin şəxsdən aldığı 3000 (üç min) manat pulu geri qaytaracaqdır. Bu əsasla artıq o da həmin şəxsi aldadaraq pulu almaq niyyətinin onda formalaşıb qətiləşdiyini bildirmişdir. Onunla telefonda danışan və avtomobili almaq istəyən şəxsin maşının əsl sahibi ilə danışaraq görüşdüyünü, sonra Sumqayıt şəhərində maşına baxaraq maşını bəyəndiyini və sonra ona zəng edərək maşına baxdığını, maşını almaq barədə fikrinin qəti olduğunu deməsini qeyd etmişdir. O, həmin şəxsə 30.12.2020-ci il tarixdə görüşəcəyini bildirmişdir. 30.12.2020-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu 20 yanvar dairəsinə gəlmişdir. Oradan avtomobilin sahibinə zəng etmiş, avtomobilin sahibi ona yaxınlıqda olduğunu bildirdikdən sonra onunla görüşüb taksiyə minib maşını almaq istəyən Tural adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Motodrom ərazisi yaxınlığında yaşadığı ünvanı istiqamətində getdiyini qeyd etmişdir. Sonra həmin ərazidə maşını almaq istəyən Tural adlı şəxslə göüşdüyünü qeyd etmişdir. Turalın yanında dostu kimi təqdim etdiyi bir nəfər şəxsdə var idi. Görüş zamanı Turalın yanında olan dostu Turalın alacağı maşına baxmaq istədiyini bildirdikdən sonra onlar birlikdə Sumqayıt şəhəri İnşaatçılar küçəsində yerləşən “Mal bazarı” deyilən yerə gəldiklərini qeyd etmişdir. Yaxınlıqda yerləşən kafedə o, avtomaşının sahibi olan Fəyyaz, maşını almaq istəyən Tural və Turalın dostu əyləşmişlər. Bir neçə dəqiqədən sonra avtomaşını gətirdilər. Fəyyaz, Tural və Turalın dostu kafedən çıxaraq maşına baxmağa getdilər. Bir neçə dəqiqədən sonra onların geri qayıtdıqlarını və Turalın maşını alacağını bir daha bildirdi. Bundan sonra Turalın dostu getmək istədiyini bildirdi. Turalla Fəyyaz həmin şəxsi yola salıb geri qayıtdılar. Sonra o, Turalla söhbət etmişdir. Turala ilkin ödəniş olaraq 3000 (üç min) manat alacağını, qalan 8000 (səkkiz min) manat pulu isə 12 ay ödəməklə ümumilikdə 11000 (on bir min) manata satacağını bildirib Turalla razılaşmışdır. Turalda orada ona ilkin ödəniş olaraq 3000 (üç min) manat pulu vermişdir. O, da əvvəlcədən heç bir hüquqi əsası olmayan A4 formatında üzərində “avtomobilin satş müqaviləsi” sözü yazılmış, habelə üzərində özünə məxsus olan ********** VÖEN kodu qeyd olunmuş kağızda əvvəlcədən Tural adlı şəxsi aldatmaq niyyəti olduğu üçün adını X1 qeyd etmişdir. Lakin, həmin kağıza özünə məxsus olan ***-***-**-**, ***-***-**-** mobil nömrələrini qeyd etmişdir. Həmin kağızdan iki nüsxə yazdığını və birini özündə saxlamış, digərini isə Turala vermişdir. Pulu aldıqdan sonra Turala orada gözləməsini demiş və özünün Xırdalanda Baş DYPİ-də işinin olduğunu demişdir. Sonra qayıdıb gələcəyini demişdir. Tural buna etiraz etməmiş və o, oradan çıxıb yaşadığı evə getmişdir. Sonradan Turalın hər zəngində müxtəlif bəhanələrlə yalandan sözlər deyib aldatmışdır. Bir müddət sonra isə Turalın etdiyi heç bir zəngə cavab belə verməmişdir. Tural adlı şəxsə kreditlə Mercedes C 180 markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə satacağını yalandan vəd edərək Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Mal bazarı” deyilən yerdə yerləşən kafedə 3000 (üç min) manat pul alıb dələduzluq etmişdir. Aldığı 3000 (üç min) manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, maddi imkanı olmadığı üçün bir neçə müddətdir ki, kreditə avtomaşın almaq istəyir. Əlində də 3000 manat pulu var. 27.12.2020-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvanda olduğu zaman "Tap.az" internet saytında elanı qoyulmuş **- VB-*** dövlət qeydiyyat nişanlı "Mersedes C180" markalı avtomaşını görərək bəyənmişdir. Elana qoyulmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. O, həmin şəxsdən avtomaşının kredit şərtlərini maraqlanmışdır. Həmin şəxs adının Elimdar olduğunu, bildirmişdir. Ondan ilkin ödənişinin məbləğini soruşmuşdur. 36 aylıq kredit şərtlərini demişdir. O da sərf etmədiyini bildirmiş və telefon danışıqlarını bitirmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs eyni nömrədən ona zəng edərək kredit şərtləri ilə həmin avtomaşını 13000 manata verə biləcəyini demişdir. O da razılaşmışdır. Ona 11000 manat təklif etmişdir. 3000 manat ilkin ödəniş, 8000 manat da kreditlə 12 ay ərzində ödəyəcəyini bildirmişdir. Həmin şəxs də razılaşmış və avtomaşının tanışının olduğunu deyərək ***-***- **-** saylı nömrəsini ona vermişdir. Avtomaşına baxmağını və sonra da əlaqə saxlamaq istəmiş. O da həmin gün saat 15:10 radələrində həmin nömrəyə zəng edərək satışa qoyulmuş olan avtomaşının sahibi ilə danışdığını bildirmişdir. Saat 17:10 radələrində yeznəsi İlkin və dostu Yusif ilə birlikdə Sumqayıt şəhəri girişində yerləşən "Azpetrol" YDMnin qarşısına gəlmişlər. Bir neçə dəqiqədən sonra **-VB-*** dövlət qeydiyyat nişanlı "Mersedes C180" markalı avtomaşında üç nəfər şəxsin gəlmiş, həmin şəxslərdən biri onunla görüşərək avtomaşının dayısına almış olduğunu, hazırda isə həmin avtomaşını satdığını qeyd etmişdir. O da avtomaşına baxmış, sürmüş və bəyənmişdir. Orada Elimdara zəng etmiş və avtomaşını bəyəndiyimi demişdir. O da həmin avtomaşını DİN-nin BDYPİnə gətirib saxlamış və sabah da sənədləşdirməyə gedəcəklərini demişdir. O da hazırda üzərində pul olmadığından və avtomaşının sahibi də razı olmadığından 30.12.2020-ci il tarixdə saat 08:00 radələrində Xırdalan dairəsində görüşməyə razılaşmışlar. 30.12.2020-ci il tarixdə saat 08:00 radələrində Elimdar kimi tanıdığı şəxsə zəng etmiş və harada olmağını soruşmuş, o da yaşadığı ünvanda olduğunu demişdir. Elimdar da gələcəkdə kredit ödənişlərində gecikmə ola biləcəyi ehtimalına görə yaşadığı ünvanı tanımalı olduğunu demiş, o da etiraz etməmişdir. Bir neçə dəqiqə sonra Elimdarın "Mersedes" markalı qara rəngli avtomaşınla gəlmiş, bu zaman həmin avtomaşında avtomaşının sahibi kimi özünü təqdim edən şəxs də olmuşdur. O da həmin vaxt dostu Tərlanla birlikdə idi. İkisi də avtomaşına əyləşmişlər və yolda söhbət zamanı özünü avtomaşının sahibi kim təqdim edən şəxs Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olduğunu, Elimdarın da onu taksi ilə götürdüyünü demişdir. Söhbət zamanı Elimdarın avtomaşın üçün kredit müqaviləsi bağlamaqlarını demişdir. Dostu Tərlan da avtomaşına baxdıqdan sonra müqavilə imzalayacaqlarını demişdir. Avtomaşına baxmaq məqsədi ilə Sumqayıt şəhərinə gəlmişdir. Çay içmək adı ilə Elimdarın onları Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən "Mal bazarı" adlanan yerə gətirmişdir. Yaxınlıqda yerləşən kafeyə o, Elimdar, dostu Tərlan və avtomaşının sahibi kimi özünü təqdim edən şəxs getmişdir. Bir neçə dəqiqə sonra avtomaşın gətirilmiş və o, dostu Tərlan və avtomaşının sahibi kimi özünü təqdim edən şəxs kafedən çıxmışdır. Yaxınlıqda avtomaşının vəziyyətinə yenidən baxmış, dostu Tərlan da avtomaşına baxmışdır. Sonra da qayıdıb yenidən kafeyə gəlmiş, avtomaşının sahibi kimi özünü təqdim edən şəxs sürücüyə zəng etdiyi zaman geri qayıtmış, kafeyə gəldikdən bir neçə dəqiqə sonra dostu Tərlanı yola salmaq üçün avtomaşının sahibi kimi özünü təqdim edən şəxslə yaxınlıqdan yola salmış və yenidən geri qayıtmışdır. Bu müddətdə də o, A4 formatda olan ağ rəngli şablon vərəqənin üzərində bir neçə yazı yazaraq həmin kağızın satış müqaviləsi olduğunu bilmiş və Elimdar ondan 3000 manat pulu istəmişdir. O da 3000 manat pulu sayıb orada avtomaşının sahibinin yanında vermiş, bundan sonra da Elimdar əlində olan sellofan torbanın içərisindəki bir neçə sənədi çıxararaq onları arxasınca gələn Şamil adlı şəxsə notariat kontoruna çatdırması üçün verəcəyini demişdir. Bir neçə dəqiqə sonra Elimdar çıxmış. Elimdar qayıtmadığını görüb ona zəng etmiş, o da getməli olduğunu və qayıdacağını demişdir. O da razılaşmamış və bir neçə dəqiqə gözlədikdən sonra avtomaşının sahibi kimi təqdim edən şəxs ayağının burxulmuş olduğu üçün ağrıdığını, ona görə də getdiyini demişdir. O da həmin şəxslə birlikdə çıxmış və yaxınlıqdan avtomaşına əyləşib getmişdir. O, Elimdara yenidən zəng etmiş, həmin şəxsin isə DİN-nin BDYPİ-də olduğunu bilmişdir. O da ora getmiş və ora çatdıqdan sonra bir neçə dəfə həmin şəxslə əlaqə saxlamışdır. Bu zaman həmin şəxs telefona cavab verərək içəridə olmuşdur və yarım saat gözləməyini demişdir. Yenidən həmin şəxslə yarım saatdan sonra əlaqə saxlamış və saat 15:00-dək gözləməyi bildirilmişdir. O da orada gözləmiş, saat 15:00 radələrində ona zəng edərək avtomaşını sənədləşdirmək üçün Sumqayıt şəhərinə getmiş və avtomaşının sahibi ilə danışmışdır. O da avtomaşının sahibi ilə danışdığını qeyd etmişdir. Həmin şəxs Elimdarın onunla danışmadığını demiş, sonra yenidən o, Elimdara zəng etmiş və harada olduğunu soruşmuşdur. Elimdar Sumqayıt ŞPİnin DYPŞ-də olduğunu bildirmişdir. O da saat 16:00 radələrində həmin yerə gəlmişdir. Orada Elimdara öz nömrəsi və digər nömrələrlə zəng etmiş, Elmidar telefonu götürməmişdir. Artıq o, aldadıldığını başa düşdüyü üçün polisə müraciət etmişdir. Baş vermiş hadisə zamanı ona 3000 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmiş, ona görə də onlar məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15.03.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 01.12.2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli Qanunun 1.25.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə əlavə edilmiş 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar