Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-297/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı Sumqayıt şəhəri, 20-ci məhəllə, Rustavi küçəsi, ev 3/8, 9 nömrəli mənzilin eyvanında tərkibində narkotik maddələr olan 4 (dörd) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq edərək kultivasiya edib, əkib becərərək yetişdirmiş, 11 dekabr 2021-ci il tarixdə saat 19:15-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 3/8 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildikdən sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün, saat 20:23-də yaşadığı ünvana baxış keçirilən zaman mənzilin eyvanından 4 (dörd) ədəd yaş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 255 qram, 275 qram, 195 qram, 115 qram, ümumi xalis çəkisi 840 qram olan eynitərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 7-8 ay əvvəl o, təsadüfən tanış olduğu bir şəxsdən çətənə bitkisinin toxumlarını almışdır. Onun məqsədi həmin toxumları əkib qulluq etmək olmuşdur. O, 2021-ci ilin sentyabr ayında həmin toxumlardan dörd ədədini yaşadığı evdə dibçəkdə əkib qulluq etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə, saat 19:15 radələrində yaşadığı binanın qarşısında polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitəni üzərində gəzdirməkdə, yaşadığı evdə narkotik vasitə olan çətənə kollarını əkib becərməkdə və kultivasiya etməkdə şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, onlara etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqlardan birində ona vəkil təqdim olunmuş və ona hüquq və vəzifələrini izah edib bu barədə bildiriş təqdim etmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Söhbət əsnasında o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdə dörd ədəd dibçəkdə narkotik vasitə olan çətənə kolu əkdiyini bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsi etirazının olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana getmişlər. Baxış zamanı o, polis əməkdaşlarına yaşadığı ünvanın eyvanında olan dörd ədəd dibçəkdə əkilmiş 04 (dörd) ədəd kökü üstə olan yaş halda çətənə kollarını təqdim etmişdir. Polis əməkdaşları həmin çətənə kollarını haradan və nə vaxt əldə etdiyini, nə vaxtdan əkdiyini və nə məqsədlə əkib becərdiyini soruşmuşlar. O, onlara təxminən 2021-ci il ilin sentyabr ayında yaşadığı evdə həmin bitkiləri əkib becərdiyini, həmin kolların çətənə bitkisi olduğunu və özü istifadə etmək üçün becərdiyini bildirmişdir. Bundan sonra baxışda iştirak edən aqronom da çətənə kollarının əkildiyi yerə baxıb həmin kollara qulluq olunduğunu bildirmişdir. Bundan sonra yaşadığı evdən aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən dibçəkdən çıxarılmış və götürülmüşdür. Həmin vaxt çətənə kollarını qablaşdırmaq üçün orada şərait olmadığından onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Orada yaşadığı evdən aşkar olunmuş çətənə kolları ekspertizaya gönərilməsi üçün qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, hal-hazırda Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 dekabr 2021-ci il tarixdə ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs onlar tərəfindən Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən 3/8 saylı yaşayış binasının qarşısında saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sərxan nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama, yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarını əkib becərməsində şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sərxan heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində kriminalist Rasim Paşayev panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifadəsi üçün yaşadığı ünvanda 04 ədəd dibçəkdə 04 ədəd narkotik tərkibli çətənə kolları əkib becərdiyini bildirmişdir. Bundan sonra onlar Sərxana onun yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Sərxan buna etiraz etməmişdir. Onlar birlikdə Sərxanın yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Keçirilən tədbirdə aqronom X4 da iştirak etmişlər. Sərxan evin qapısını açmış və onlar birlikdə evə daxil olmuşlar. Sərxan eyvana keçib xüsusi qaydada hazırlanmış, kənarları gümüşü rəngli kağızla örtülmüş, süni işıqla təchiz edilmiş yerdə 04 ədəd qəhvəyi rəngli dibçəyi göstərmişdir. Hər dibçəkdə 01 ədəd kökü üstə yaşıl halda narkotik tərkibli çətənə kolları olmuşdur. Sərxan bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onları gələcəkdə özü istifadə etmək üçün əkib becərmişdir. Baxışda işitirak edən aqronom da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Həmin aşkar olunmuş kollar torpaqdan çıxarılmış və orada qablaşdırılmışdır. Daha sonra onlar birlikdə müvafiq sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gəlmişlər. Orada mənzilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə çətənə kollarını özü istifadə etmək üçün əkib becərmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş NMB-nin əməliyyat müvəkili Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 7/1276 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində 04 (dörd) ədəd yaş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 255 qram, 275 qram, 195 qram və 115 qram, ümumi çəkisi-840 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 840 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 839,8 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən şəxsi axtarış və mənzilə baxışın keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 67 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli və “Baxış keçirilməsi və götürülmə haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən 3/8 saylı yaşayış binasının yaxınlığında Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 19:45-də saxlanılaraq Sumqayıt ŞPİnə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli panasonic markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 20:00-da Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin istifadəçisi olduğunu, yaşadığı ünvanda şəxsi istifadəsi üçün 2-3 ay bundan əvvəl 4 ədəd dibçəkdə narkotik vasitə olan marixuana əkib-becərdiyini bildirmişdir. Bu səbəbdən Pİ-də xidməti otaqda aparılan videoçəkiliş dayandırılmış, həmin tarixdə saat 20:23-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına keçirilmişdir. Baxış keçirilən mənzil 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, pilləkənlərdən qalxan kimi sol tərəfdə yerləşmiş, giriş qapısı dəmirdən olmaqla ağ rəngli olmuşdur. Baxışa başlamadan öncə Təqsirləndirilən şəxs özü yaşadıı ünvanın qapısını açmış və iştirakçılarla birlikdə içəri daxil olmuşlar. Baxış keçirilən mənzil 3 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında xüsusi qaydada hazırlanmış, kənarları gümüşü rəngli kağız ilə örtülmüş, süni işıqlandırma ilə təchiz olunmuş yerdə olan 4 ədəd qəhvəyi rəngli dibçəyi göstərmişdir. Həmin dibçəklərin hər birində 1 ədəd kökü üstə yaşıl halda olan narkotik tərkibli çətənə kollarına bənzəyən bitki kollarının olduğu müəyyən olunmuş, həmin kollar dibçəkdə torpaqdan çıxarılmış və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İsmayilov Sərxan Məmmədəli oğlunun yaşadığı ünvana baxış keçirilən zaman başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar olunmamışdır. İş materiallarında olan Yaşıllaşdırma İdarəsinin 100 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı həmin ünvanda 4 ədəd plstmas qabda qulluq edilmiş bitmiş çətənə koluna bənzər bitki müəyyən edilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü bir uşağı vardır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs 4 ədəd narkotik təbiətli çətənə bitkisinə qulluq etməsi təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 839,8 qram çəkidə narkotik vasitə çətənə kolları məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə tutulmuş, 13 dekabr 2021-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 839,8 qram çəkidə narkotik vasitə çətənə kolları məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-297/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-297/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver