Məhkəmə qərarları › İş №1(060)-297/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-297/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-297/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Gədəbəy rayonu, Şurakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Xəzri" yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri, xx xxxxxx 1986-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 15, yataqxana 10, ev 4-də qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Xəzri” yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri, xx xxxx 1977-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Xəzri" yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 21 may 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhərində yerləşən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən ADY QSC-nin mülkiyyətində olan ümumilikdə 170,46 manat dəyərində diyircəkli buksların 45 ədəd baxış qapağını, vaqon hava paylayıcısının 4 ədəd baş hissəsini, arabacığın 2 ədəd böyük yayını və arabacığın 1 ədəd amartizator pazını oğurlamağa cəhd edərkən Baş Sumqayıt stansiya X2 Post Patrul Xidməti Manqasının polis nəfəri, polis serjantı Şahid1 tərəfindən müəyyən edilərək əməllərinin ifşa edilməsi nəticəsində öz iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməllərini başa çatdıra bilməyərək bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni özgənin əmlakını bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə gizli olaraq talamağa cəhd etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, 21 may 2022ci il tarixdə saat 17 radələrində yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisinə gedərkən cibində bir qəpik də olsa cib xərci olmadığı üçün həmin ərazidən, dəmir yolu xətlərinin yanında, dəmir yolu xətlərinə aid olan detalları götürüb yığaraq metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, həmin ərazidə bir yerə yığılmış vəziyyətdə olan detalları saat 17 radələrindən saat 18 radələrindədək çeşidləmə stansiyasından, dəmir yolu xətlərinin kənarından bir yerə yığaraq saat 18 radələrində tanışları Ərəstun və Elşada zəng etmiş, onları olduğu yerə köməyə çağırmış, bir neçə saat sonra Ərəstun və Elşad onun olduğu yerə gəlmiş, onlar birlikdə detalları onun özü ilə gətirdiyi ağ kisələrə yığaraq kisələri doldurmuş və sonra H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən çıxarıb kisələri aparmaq üçün doldurulmş kisələri 40-50 metr məsafədə olan Yalama-Bakı dəmir yolu xəttinin yanına daşımışlar. Həmin yük ağır olduğu üçün olduqları yerə o, tanıdığı taksi fəaliyyəti göstərən şəxslərdən birini, Şahid2 zəng edərək çağırmış, taksi saat 23 radələrində gəldikdən sonra detallar olan kisələri 2104 markalı taksi fəaliyyəti göstərən avtomobilə yükləyib aparmaq istəyərkən onlara polis əməkdaşı yaxınlaşmış, avtomobildə nə olduğunu soruşmuş, həmin yerə bir neçə nəfər polis əməkdaşını dəvət etmişdir. Sonra onlar üçü də Baş Sumqayıt st. XPB-nə dəvət edilmişlər. Dəmir detalları yığmasının oğurluq olduğunu bilməmiş, yalnız polislər tərəfindən saxlandıqdan sonra bunu bilmişdir. Vətən Müharibəsində iştirak etmişdir, evlidir, 2 azyaşlı uşağı vardır, əməlindən peşman olmasını, bir daha belə hərəkətlrə yol verməyəcəyini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 21 may 2022-ci il tarixdə saat 17 radələrində qonşusu Babək onun yanında həmin vaxt olan digər qonşusu Ərəstunun mobil telefon nömrəsinə zəng etmiş, qonşusu Elşaddan və ondan olduğu yerə, H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisinə gedib ona orada olan yığdığı dəmir detalların kisələrə yığılmasına və daşınmasına köməklik etmələrini xahiş etmiş, bu səbəbdən o, qonşusu Elşadla yaşadıqları evdən çıxaraq təxminən bir-iki saata yaxın müddətdə Babəkin olduğu yerə gedib çatmışlar. Orada onlar Babəklə dəmir yoluna aid detalları 6-7 kisələrə dolduraraq həmin yerdən, yəni dəmir yolu xətlərindən kənara daşıyıb aparmışlar. Sonra Babək tanıdığı taksi sürücülərindən birinə zəng edərək yükünün olmasını bildirməklə olduqları yerə gəlməsini taksidən xahiş etmişdir. Bir qədər sonra həmin yerə Vaz 21041 markalı avtomobil gəlmiş, saat 23 radələrində avtomobilin yük yerinə detallar olan kisələri yükləmək istəyərkən onlara polis əməkdaşı yaxınlaşmış, orada nə etdiklərini soruşmuş, onlarda hər şeyi olduğu kimi etiraf edərək detallar olan kisələri gizlin yığaraq aparmaq istədiklərini bildirmişlər. Sonra onlar polis tərəfindən Baş Sumqayıt st. XPB-nə dəvət edilmişlər. Evlidir, azyaşlı uşaqları vardır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Buna görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 21 may 2022-ci il tarixdə saat 17 radələrində qonşusu Babək onun mobil telefon nömrəsinə zəng etmiş, ondan və həmin vaxt yanında olan digər qonşusu Elşaddan olduğu yerə, H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisinə gedib ona orada yığdığı dəmir detalların kisələrə yığılmasına və daşınmasına köməklik etmələrini xahiş etmiş, bu səbəbdən o, qonşusu Elşadla yaşadıqları evdən çıxaraq təxminən bir-iki saata yaxın müddətdə Babəkin olduğu yerə gedib çatmışlar. Orada onlar Babəklə dəmir yoluna aid detalları 6-7 kisələrə dolduraraq həmin yerdən, yəni dəmir yolu xətlərindən kənara daşıyıb aparmışlar. Sonra Babək tanıdığı taksi sürücülərindən birinə zəng edərək yükünün olmasını bildirməklə olduqları yerə gəlməsini taksidən xahiş etmişdir. Bir qədər sonra həmin yerə Vaz 21041 markalı avtomobil gəlmiş, avtomobilin yük yerinə detallar olan kisələri yükləmək istəyərkən saat 23 radələrində onlara polis əməkdaşı yaxınlaşmış, orada nə etdiklərini soruşmuş, onlarda hər şeyi olduğu kimi etiraf edərək detallar olan kisələri gizlin yığaraq aparmaq istədiklərini bildirmişlər. Sonra onlar polis tərəfindən Baş Sumqayıt st. XPB-nə dəvət edilmişlər. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İstintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, “Azərbaycan Dəmir Yolları" QSC-də baş təlimatçı vəzifəsində işləyir. 21 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev çeşidləmə stansiyasının ərazisindən diyircəkli buksların 45 ədəd baxıcı qapağının, hava paylayıcısının 4 ədəd baş hissəsinin, arabacığın 2 ədəd böyük yayının və arabacığın 1 ədəd pazının oğurlanması nəticəsində maddi ziyanın 170,46 manat dəyərində hesablanması ilə tanış olmuş, ziyanın 170,46 manat dəyərində hesablanması ilə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, idarə etdiyi vaz 21041 markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərir. 21 may 2022-ci il tarixdə saat 23 radələrində tanıdığı Babək adlı şəxs onun mobil telefon nömrəsinə zəng etmiş, H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisində olduğunu demiş, orada dəmir yığdığını bildirməklə yükünü aparmaq üçün onun gəlməsini xahiş elmiş, yükün aparılması ilə bağlı söhbət edərkən Babək onun yanına gəldikdən sonra yol haqqını orada danışaraq razılaşacaqlarını bildirmişdir. O da buna görə etiraz etmədən Babəkin dediyi yerə getmiş, H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisinə gəldikdə orada Babəkdən başqa daha iki nəfər tanımadığı, lakin sonradan adları Elşad və Ərəstun kimi məlum olan şəxslərin olduğunu görmüşdür. Babək və yanında olan Ərəstunla Elşad dəmir qırıntıları olan ağ kisələri onun avtomobilinə tərəf daşımış, kisələri avtomobilə yığarkən həmin ərazidə olan polis əməkdaşı onlara yaxınlaşmış, orada nə etdiklərini, kisələrdə nə olduğunu onlardan soruşmuş, bu vaxt Babək və yanında olan şəxslər kisələrdə dəmir yolu xətlərindən yığdıqları detalların olmasını bildirmişlər. Polis əməkdaşı dərhal zəng edərək rəhbərliyinə məlumat vermiş, onları idarə etdiyi avtomobili ilə dəmir olan ağ kisələrlə birlikdə ərazidə yerləşən dəmir yolu xətt polis bölməsinə dəvət etmişlər. Bölmədə ona Babək və yanında olan iki nəfər şəxsin H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən dəmir yolu xətlərinə aid detalları qanunsuz götürərək aparmaq istəmələri məlum olmuşdur. Lakin onun Babəkin və yanında olan şəxslərin qanunsuz əməlindən xəbəri olmamış, taksi fəaliyyəti göstərərək H.Z.Tağıyev çeşidləmə stansiyasına Babəkin xahişi ilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid1 Sultan oğlu ifadəsində göstərdi ki, 21 may 2022-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisində xidmətdə olmuş, həmin tarixdə saat 23 radələrində üç nəfər şəxsin dəmir yolu xətlərinə aid olan detallarla doldurulmuş kisələri Vaz 21041 markalı avtomobil istiqamətində daşıdıqlarını və avtomobilə yüklədiklərini görmüş, dərhal həmin şəxslərə yaxınlaşmış, orada nə etdiklərini, kisələrdə nə olduğunu soruşmuş, həmin şəxslər kisələrdə dəmir yolu xətlərindən yığdıqları detalların olmasını bildirmişlər. Buna görə də o, həmin şəxsləri və Vaz 21041 markalı avtomobilin sürücüsünü bölməyə dəvət etmişdir. Bölmədə ifşa olunmuş şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Vaz 21041 markalı avtomobilin sürücüsünün Şahid2 olması məlum olmuşdur. İş materiallarında olan “Avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz st. XPŞ-nin inzibati binasının həyətində “Vaz 21041” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev çeşidləmə dəmir yolu stansiyası ərazisindən oğurlanmağa cəhd edilmiş diyircəkli buksların 45 ədəd baxıcı qapağı, hava paylayıcısının 4 ədəd baş hissəsi, arabacığın 2 ədəd böyük yayı və arabacığın 1 ədəd pazı götürülmüşdür. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Vətən Müharibəsində iştirak etmiş və “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülmüşdür. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz-Bakı dəmiryolunun, H.Z.Tağıyev çüşidləmə dəmiryol stansiyasının X3 Deposunun sağ tərəfində 50 metr məsafədə yerləşdiyi məlum olmuşdur. Hadisə yerinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 21 may 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisinə gedərkən cibində bir qəpik də olsa cib xərci olmadığı üçün həmin ərazidən, dəmir yolu xətlərinin yanında, dəmir yolu xətlərinə aid olan detalları gizli götürüb yığaraq metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, həmin ərazidə bir yerə yığılmış vəziyyətdə olan detalları saat 17 radələrindən saat 18 radələrindədək çeşidləmə stansiyasından, dəmir yolu xətlərinin kənarından bir yerə yığaraq saat 18 radələrində tanışları Ərəstun və Elşada zəng etmiş, hər şey barədə onlara danışmış, onları olduğu yerə köməyə çağırmış, bir neçə saat sonra Ərəstun və Elşad onun olduğu yerə gəlmiş, onlar birlikdə detalları onun özü ilə gətirdiyi ağ kisələrə yığaraq kisələri doldurmuş və sonra H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən çıxarıb kisələri aparmaq üçün doldurulmş kisələri 40-50 metr məsafədə olan Yalama-Bakı dəmir yolu xəttinin yanına daşımışlar. Həmin yük ağır olduğu üçün olduqları yerə o, tanıdığı taksi fəaliyyəti göstərən şəxslərdən birini, Şahid2 zəng edərək çağırmış, taksi saat 23 radələrində gəldikdən sonra detallar olan kisələri 2104 markalı taksi fəaliyyəti göstərən avtomobilə yükləyib aparmaq istəyərkən onlara polis əməkdaşı yaxınlaşmış, avtomobildə nə olduğunu soruşmuş, həmin yerə bir neçə nəfər polis əməkdaşını dəvət etmişdir. Lakin Təqsirləndirilən şəxs1 taksi sürücüsü Şahid2 həmin hadisədən xəbəri olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 sözlərini təsdiq etmişlər. Baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində keçirilmiş və bir neçə kadrdan ibarət fotoşəkil çəkilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin H.Z.Tağıyev çüşidləmə stansiyasının ərazisindən oğurlanmış diyircəkli buksların 45 ədəd baxış qapağı, vaqon havapaylayıcısının 4 ədəd baş hissəsi, arabacığın 2 ədəd böyük yayı və arabacağını 1 ədəd amartizator pazı inventardan silinmiş vaqonlara aid ehtiyyat hissələridir və qalıq dəyəri yoxdur. Oğurlanmış ehtiyat hissələrinin yararlılıq dərəcəsi nəzərə alınmaqla ADY-yə dəymiş ziyanın ümumi məbləği 170,46 manat təşkil edir. İş materiallarında olan 21 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 21 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 21 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakir oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı şəhər xəstəxanasının 204 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı xəstəxanasının 203 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı xəstəxanasının 202 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2369 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2371 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2370 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/3981 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında dəmir metal avadanlıqların (45 ədəd baxıcı qapağının, hava paylayıcısının 4 ədəd baş hissəsinin, arabacığın 2 ədəd böyük yayının və arabacığın amartizatorunun 1 ədə pazı) 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 170,46 manat müəyyən edilir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğurlamağa cəhd etdiyi Azərbaycan Dəmir Yolları QSC-yə məxsus 45 ədəd baxış qapağı, vaqon hava paylayıcısının 4 ədəd baş hissəsi, arabacığın 2 ədəd böyük yayı və arabacığın 1 ədəd amartizator pazı maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğurlamağa cəhd etdiyi Azərbaycan Dəmir Yolları QSC-yə məxsus 45 ədəd baxış qapağı, vaqon hava paylayıcısının 4 ədəd baş hissəsi, arabacığın 2 ədəd böyük yayı və arabacığın 1 ədəd amartizator pazı maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinməli və hər biri müvafiq olaraq həmin maddələr ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi onun “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi, ilk dəfə məsuliyyətə cəlb edilməsi və əməlindən peşman olması, 2 azyaşlı uşağının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarkterizə olunması və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan, diyircəkli buksların 45 ədəd baxış qapağı, vaqon havapaylayıcısının 4 ədəd baş hissəsi, arabacığın 2 ədəd böyük yayı və arabacağını 1 ədəd amartizator pazı Azərbaycan Dəmir Yolları QSC-yə qaytarılmalıdır. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dəmir Yolları QSC mülki iddia verərək cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vurduqları maddi ziyana görə 170,46 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 200,46 manatın müsştərək qaydada alınıb iddiaçı Azərbaycan Dəmir Yolları QSC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə işin hallarını, təqdim edilmiş və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğurluğa cəhd etmişlər, oğurluğa cəhd edilmiş əmlaklar onlardan götürülmüş, Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılır və Azərbaycan Dəmir Yolları QSC-yə qaytarılacaqdır. Azərbaycan Dəmir Yolları QSC-yə oğurluğa cəhd nəticəsində başqa ziyan dəyməsi, iddianın əsaslılığı ilə bağlı araşdırma aparılması bu işə baxılması hüdudlarında mümkün deyildir. Bu işə baxılmasını lüzumsuz olaraq uzada bilər. Azərbaycan Dəmir Yolları QSC həmin iddianı mülki mühakimə üsulu qaydasılnda da verə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi2 tərəfindən hər biri ayrılıqda 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 120 (bir yüz iyirmi) manat, Müdafiəçi3 120 (bir yüz iyirmi) manat və Müdafiəçi1 120 (bir yüz iyirmi) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Xəzri" yaşayış massivindəki evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Xəzri" yaşayış massivindəki evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Xəzri" yaşayış massivindəki evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübutlar-Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan, diyircəkli buksların 45 ədəd baxış qapağı, vaqon havapaylayıcısının 4 ədəd baş hissəsi, arabacığın 2 ədəd böyük yayı və arabacağını 1 ədəd amartizator pazı Azərbaycan Dəmir Yolları QSC-yə qaytarılsın. Azərbaycan Dəmir Yolları QSC-nin cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vurduqları maddi ziyana görə 170,46 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 200,46 manatın müsştərək qaydada alınıb iddiaçı Azərbaycan Dəmir Yolları QSC-yə ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar