Məhkəmə qərarları › İş №1(060)-298/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-298/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-298/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, işsiz, Sumqayıt şəhəri 34-cü məhəllə, ev 47/11, mənzil 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan və 2 ədəd sellofan torbada, 4 ədəd qızılı və 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ayrı ayrılıqda çəkiləri 0,338 qram, 0,162 qram, 0,032 qram, 0,110 qram, 0,072 qram, 0,080 qram, 0,065 qram ümumi təmiz çəkisi 0,859 qram heroini və 4 ədəd ağ rəngli kağıza bükülmüş, ayrı ayrılıqda çəkiləri 0,042 qram, 0,114 qram, 0,196 qram, 0,197 qram ümumi təmiz çəkisi 0,549 qram psixatrop maddə olan metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamış, 06.02.2021-ci ildə saat 16.45-də Sumqayıt ŞPİ-nin CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nətcəsində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində saxlanılaraq, Sumqayıt ŞPİ-in 4-cü PB-ə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofan torbanın içərinsində 4 ədəd ağ rəngli kağıza bükülmüş, ayrı ayrılıqda çəkiləri 0,042 qram, 0,114 qram, 0,196 qram, 0,197 qram ümumi təmiz çəkisi 0,549 qram olan eyni tərkibli olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış, psixatrop maddə olan metamfetamin və 2 ədəd sellofan torbada, 4 ədəd qızılı və 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ayrı ayrılıqda çəkiləri 0,338 qram, 0,162 qram, 0,032 qram, 0,110 qram, 0,072 qram, 0,080 qram, 0,065 qram ümumi təmiz çəkisi 0,859 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən uzun müddətdir ki, ara-sıra istifadə edirmiş. O, tutulduğu gün yəni 06.02.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Betonzavod ərazisində üzdən tanıdığı adını və yaşadığı yeri bilmədiyi şəxsdən 60-70 manat verərək ondan metamfetamin və heroin almış, həmin narkotik vasitəni öz cibində saxlamış, yaşadığı evə gəlmiş, sonra həmin heroindən və metamfetamindən istifadə etməkdən ötrü evdən çıxıb saat 16:45-də Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində olan zaman iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşı olduğunu deyib, təhqiqatçı polis polkovnik-leytenantı Rafiq Quliyev özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirərək videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. Həmin vaxt orada çəkiliş davam edirmiş, bundan sonra ona hüquq və vəzifələrinə dair bildirişi təqdim edilib və Sumqayıt şəhər Pİ-in 4-cü PB-ə dəvət etdikləri üçün, birlikdə şəxsi axtarış keçirilməsindən ötrü Sumqayıt ŞPİ-in 4-cü PB-ə gəlmişdir. Vəkil Zoya Hüseynova və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində ola biləcək qanunsuz vasitələri təqdim etməyi xahiş olunmuş, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən şəffaf rəngli sellofan torbanı onlara təqdim edərək həmin torbanın içərisində heroin və metanfetaim olduğunu onlara demişdir. Bundan sonra polis əməkdaşları torbanı açıb içərisinə baxan zaman torbanın içərisindən 1 ədəd şəffaf sellofanın içərisində 3 ədəd ağ rəngli kağıza bükülmüş 3 ədəd ağ rəngli kristal formalı maddələrin, 2 ədəd şəffaf rəngli sellofana, 4 ədəd qızılı və 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik olan qəhvəyi rəngli maddə olduğu müəyyən etmiş və aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman ağ rəngli kağıza bükülmüş 4 ədəd kristal formalı maddələr müəyyən edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış və tərtib olunmuş protokoluda polis əməkdaşları ilə birlikdə onu imzalamışdırlar. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 06 fevral 2021-ci il tarixdə saat 16:45-də Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin, CAŞ-in kiçik əməliyyat müvəkilləri, Vüsal Abbasovun və Orxan Baxşəliyevin iştirakı ilə Sumqayıt şəhəri 34-cü məhəllə, ev 47/11, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar ona yaxınlaşaraq özü təqdim edərək onları saxlamış, bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəyini deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmiş, Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o, etirazının olmadığını dediyi üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-in 4-cü PB-ə dəvət etmişlər. Xidməti otaqların birində ona üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs sol əli ilə qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf torba təqdim etmiş, həmin torbanın içərisindən 1 ədəd şəffaf rəngli sellofana və 3 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik ağ rəngli maddələr “metamfetamin”, 2 ədəd şəffaf rəngli sellofana, 4 ədəd qızılı və 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli maddələrin isə “heroin”(kokos) olduğunu bildirdi. Həmin maddələr ayrı ayrılıqda çəkilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni üzdən tanıdığı, lakin adını və yaşayış yerini bilmədiyi şəxsdən 60-70 manata aldığını demişdir. Həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış, bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olundu və protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təstiqləmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 07 fevral 2021-ci il tarixli 6/553 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata tədim olunmuş 1 nömrəli zərfdəki 4 ədəd bükümdə 0,042 qram, 0,114 qram, 0,196 qram, 0,197 qram ümumi təmiz çəkisi 0,549 qram olan eyni tərkibli olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış, psixatrop maddə olan metamfetamin və 2 ədəd sellofan torbada, 4 ədəd qızılı və 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ayrı ayrılıqda çəkiləri 0,338 qram, 0,162 qram, 0,032 qram, 0,110 qram, 0,072 qram, 0,080 qram, 0,065 qram ümumi təmiz çəkisi 0,859 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Qeyd:Heroinin təmiz çəkisi-0,859 qram, tədqiqata sərf edildi-0,070 qram, qalıq- 0,789 qram. Qeyd:Metamfetamin təmiz çəkisi-0,549 qram, tədqiqata sərf edildi-0,060 qram, qalıq-0,489 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 10.02.2021-ci il tarixli 425 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda narkomaniya xəstəliyiyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilatkit qeydiyyata götürülməsi məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,789 qram çəkidə narkotik vasitə olan heroin və qalıq çəkisi 0,489 qram çəkidə psixatrop madə olan metamfetamin Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə şübhəli şəxs qimsində tutulmuş, 08.02.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında həbs edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,789 qram çəkidə narkotik vasitə olan heroin və qalıq çəkisi 0,489 qram çəkidə psixatrop madə olan metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,789 qram çəkidə narkotik vasitə olan heroin və qalıq çəkisi 0,489 qram çəkidə psixatrop madə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar