Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-298/2023 08.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Qobustan rayonunun Sədəf kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş və o CM-nin 177.2.3-1, 177.2.5, 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan rayonu, Sədəf kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sorento minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Bakı magistral yolundan hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli halda bunu etməyərək avtomobili ehtiyatsızlıqdan yolun sağ kənarında YDMnin Dizel pompasına vuraraq ehtiyyatsızlıqdan həmin avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs müştərək travma, QKBT, baş beyin silkələnməsi, sol alın-gicgah nahiyyənin, sol qaşüstü nahiyyənin, sol almacıq nahiyyəsinin çapılmış-kəsilmiş yaraları, burunun və üzün çoxsaylı sıyrıntıları, sol ayağın İİ-İİİ barmağının əsas falanqasının ön səthinin yaraları, burun sümüyünün yerdəyişən sınığı, sol ayağın İİİ-İV-V barmaqlarının əsas falanqasının distal ucunun yerdəyişən sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Pünhan Priməmmədovla dostluq münasibəti olmuşdur. O hərdən Pünhanın gözətçi işlədiyi “Avtosalon 005”ə gedib Pünhanla görüşüb söhbət edirdi. 25 oktyabr 2021-ci il tarixdə gecə saat təxminən 03 radələrində salona gedib Pünhanla bir yerdə çay içib söhbət etmişlər. Bir az söhbət edəndən sonra Pünhan avtomobildə yatmış, o siqaret almaq üçün salondakı Kia Sorento martkalı, 99-BX- 504 dövlət qeydiyyat nişanlı avtomobil ilə salondan çıxmış, gözünə kölgə görünmüş və səslər eşitmiş və xəstəxanada ayılmışdır. O, sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmiş və hadisə baş verən vaxt onunla Pünhandan başqa avtomobildə başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bilidirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin ortalarından Sumqayıt şəhəri, avtomobil bazarı adlanan ərazidə yolun qarşı tərəfində yerləşən “Avtosalon 005” avtosolunda qardaşı vasitəsi ilə tanıdığı Azim adlı şəxsin müdiri olduğu yerdə köməklik etmək üçün işləmiş, hər gün axşam avtasalona gedib, saat 09 radələrində qayıtmışdır. xx.xx.2021-ci il tarixdə gecə saat 03 radələrində salonda olan zaman dostu Fuad salona gəlmişdir. Fuad həmin salonun yanındakı moykada işləyirdi. Bir az söhbət edəndən sonra isinmək üçün avtsalona satılmaq üçün qoyulan “Kia Sorento” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib mühərriki işə salıb avtomobilin istilik sistemini işə salmışdır ki, qızışsınlar. Salonda olan avtomobillərin hamısının açarları qutuda olmuş, avtomobilin açarını qutudan götürmüşdür. Bir qədər sonra Fuad ona avtomobillə siqaret alıb qayıtmasını demiş, o, razı olmamış və avtomobilin başqa şəxsə məxsus olduğunu demişdir. Bundan sonra avtomobilin sağ ön oturacağını açaraq uzanmış, bir müddət sonra yol-nəqliyyat hadisəsinə oyanmışdır. Ayılan zaman Fuadın üzünün qan içində olduğunu görmüş, o, huşunu itirmiş və xəstəxanada ayılmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, Fuad avtomobili Bakı istiqamətində idarə etmiş və yolun sağ kənarında “Socar” yanacaq doldurma məntəqəsində yerləşən “Dizel” pompasına çırpmış və nəticədə avtomobil yararsız hala düşmüşdür. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məəhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt- Bakı magistral yolunun kənarında yerləşən “Avtosalon 005”in müdiri işləyir. Bir müddət həmin salonda gözətçi kimi Pünhan adlı şəxs işləmişdir. Son zamanlar Pünhan salona biriki nəfər tanımadığı şəxs gətirmişdir. 24 oktyabr 2021-ci il tarixdə Samir adlı tanışı avtosalona “Kia Sorento” markalı avtomobili satmaq üçün gətirmişdir. 25 oktyabr 2021-ci il tarixdə səhər saatlarında xəbər tutmuşdur ki, Pünhan gecə saatlarında tanımadığı Fuad adlı tanışı ilə birlikdə həmin “Kia” markalı avtomobili salondan çıxarıb avtomobili Sumqayıt- Bakı magistral yolunun kənarında yerləşən “Socar YDM”nin Dizel pompasma çırpmış və nəticədə avtomobil yararsız hala düşmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 25 sentyabr 2021-ci il tarixdə 14.000 manata “Kia Sorento” markalı, **-BX-*** dövət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili baş etibarnamə ilə almış və pulunu tam şəkildə ödəmişdir. Avtomobili satmaq üçün 24 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən avtomobil bazarına gətirmiş, lakin avtomobil satılmadığından həmin avtomobili Sumqayıt-Bakı magistral yolunun kənarında yerləşən tanışı Şahid2 işlətdiyi “Avtosalon 005” salonuna qoymuş və Azimdən avtomobili satmasını xahiş etmişdir. Bundan sonra o, Şəki şəhərinə qayıtmışdır. 25 oktyabr 2021-ci il tarixdə Azim ona zəng edərək ona məxsus Kia markalı avtomobilin salonda gözətçi işləyən Pünhan adlı şəxs və tanışı Fuad adlı şəxs tərəfindən qaçırıldığını və sonra da qəza törətdiklərini və hadisə nəticəsində avtomobilin tam yararsız vəziyyətə düşdyünü bildirmişdir. Növbəti gün o, gəlib avtomobilə baxanda avtomobil tam yararsız vəziyyətdə olduğunu görmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2021-ci il tarixli 1441 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müştərək travma, QKBT, baş beyin silkələnməsi, sol alın-gicgah nahiyyənin, sol qaşüstü nahiyyənin, sol almacıq nahiyyəsinin çapılmış-kəsilmiş yaraları, burunun və üzün çoxsaylı sıyrıntıları, sol ayağın İİ-İİİ barmağının əsas falanqasmın ön səthinin yaraları, burun sümüyünün yerdəyişən sınığı, sol ayağın İİİ-İV-V barmaqlarının əsas falanqasının distal ucunun yerdəyişən sınıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müaricət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 15 fevral 2022-ci il tarixli 8/310 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Sorento markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Nəsirov avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli 302-9457-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Kia Sorento markalı, ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşın X4 məxsusdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. İş materiallarına əlavə olunmuş məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 177.2.3-1, 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.3-1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin hökmdən verilmiş apellyasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1, 177.2.5, 185.2.1 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.3-1 və 177.2.5-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 185.2.1 və 185.2.4-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışaraq, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-648/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində hazırki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat pul dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və o 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-648/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-298/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-298/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver