Məhkəmə qərarları › İş №1(060)-298/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-298/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-298/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1990-cı il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,93 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, 27 dekabr 2023-cü il tarixdə, saat 15:55 radələrində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq, Sumqayıt ŞPİ-nin Sumqayıt şəhəri, Nizami ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra, həmin tarixdə saat 17:20 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin 01 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olmaqla aradabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, taksi sürücüsüdür. Bir neçə gün əvvəl instagram sosial şəbəkəsində bir nəfər şəxs ona yazıb narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, onun söhbəti onunla alınmış və o, ondan marixuana istəmiş, həmin şəxs ona adını “Əli” kimi demişdir. Bakı şəhərində istədiyi yerə narkotik çatdıra biləcəyini demiş, o, ondan təxminən 100 (bir yüz) manatlıq mal istəmiş, həmin şəxs də ona 100 (bir yüz) manata 6-7 qram çatdıra biləcəyini demişdir. Sonra ona narkotiki Masazır tərəfdə bir yerə qoyduracağını demişdir. Həmin şəxs ona özü barədə konkret heç nə məlumat verməmiş, onunla azərbaycan dilində sərbəst danışmışdır. Onun votsapına göndərilən məkana daxil olub Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş və orada adını xatırlamadığı şadlıq evinin yaxınlığında yol kənarında divarın dibində yerdə qoyulmuş 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə marixuananı götürmüşdür. 100 (bir yüz) manatı isə onun ona göndərdiyi pul kartına göndərmişdir. Narkotik vasitə marixuananı istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gündən saxlanılan günə kimi istifadə etməmiş, 27 dekabr 2023-cü il tarixdə saat 15:55 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb qollarından tutub hərəkətsiz vəziyyətədə gətirmişlər və ona BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Həmin vaxt o, onların onu nəyə görə saxladıqlarını başa düşmüş və etiraz etməmişdir. Polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, daha sonra həmin 01 (bir) ədəd büküm açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Sorğu zamanı o aşkar olunan maddənin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin büküm qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Bəxtiyarımın təqdim etdiyi marixuna elektron tərəzidə çəkilmiş, həmin marixuana qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş marixuananı tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsi ilə 10 gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 100 (bir yüz) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-in BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2023-cü il tarixdə saat 15:55 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl ona Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən sitifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Eyni zamana ona izah edilir ki, Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə vermək məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoyur. Sonra onun üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində 050/***-***- **-** sim kart nömrələri olan «Россо» markalı mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi, həmin şalvarın sağ yan cibindən 137 (bir yüz otuz yeddi) manat pul aşkar edilir. Bəxtiyarımın üzərinə şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Bəxtiyarımın təqdim etdiyi marixuna elektron tərəzidə çəkilir, çəkisi 8 qram müəyyən edilir. Sonra aşkar olunmuş həmin marixuana qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri Bəxtiyarım, onun müdafiəçisi tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd «Россо» markalı mobil telefon və 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülür, 137 (bir yüz otuz yeddi) manat pul isə Bəxtiyarımın özünə qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş marixuananı tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsi ilə 10 gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 100 (bir yüz) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. İş materiallarında olan məhkəmə-bıoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-7/1748 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış zərfdə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,93 qramdır. Qeyd: Marixuanaların ümumi çəkisi - 6,93 qram, tədqiqata sərf edildi cəmi - 0,02 qram, qalıq - 6,91 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X1" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2024-cü il tarixli, 113 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halı olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 6,93 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 6,91 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə sonuncu qərar ləğv edilmiş 04 (dörd) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə və 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 778/2017 saylı hökmü üzrə təyin edilmiş 336,80 manat ekspertiza xərci və 1500 (bir min beş yüz) manat cərimə cəzası məhkumun əmək haqqından tutularaq ödənilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-dan daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı haradan və kimdən əldə etməsi, eləcə də marixuananı kumə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olubolmaması, həyat tərzi, cinayət əlaqələri əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs marixuana satması və ya onda aşkar olunmuş marixuananı satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Hazırda əməliyyat tədbirləri dvam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa, bu barədə əlavə olaraq məlumat veriləcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 6,93 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 6,91 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 6,91 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar