Məhkəmə qərarları › İş №1(060)-299/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-299/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-299/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, hazırda məhkumluğu olmayan, ünvan 2-da yaşayan barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Həsənov Nəbi Bayram oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 15.01.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Xaçmaz rayon ərazisində taparaq üzərində saxlayarkən 16.01.2021-ci il tarixdə saat 01:45 radələrində Sumqayıt şəhəri, Yaşma stosionar postunu keçrkən özünü şübhəli aparması ilə əlaqədar olaraq Sumqayıt şəhər Pİ-in PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparılmış, orada onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ qoltuq cibində saxladığı bir ədəd qırmızı rəngli sellofan torbada içərisində təmiz çəkisi 27,288 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15.01.2021-ci il tarixdə təxminən saat 13 radələrində şəxsi işləriylə əlaqədar olaraq yaşadığı Xaçmaz şəhərində dairə deyilən yerin yanından keçəndə yerə atılmış sellofan torba diqqətini cəlb etmiş, o həmin sellofan torbanı götürüb ətrafa baxmış və görmüş ki, heçkim yoxdur. Sonra həmin torbanın içərisinə baxmış və torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğnu görmüşdür. O özü əvvəllər marixuanadan istifadə etdiyi üçün həmin torbanın içərisində marixuananı görüb tanımış və onu sonradan özünün istifadə edə bilməsi üçün sellofan torbanı götürüb əynində olan qara rəngli gödəkcəsinin sağ içəri qoltuq cibində gizlətmişdir. Onun Bakı şəhərində vacib şəxsi işləri ollduğu üçün qonşu Şahid1 Əlağa oğlundan onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. Həmin narkotik vasitə olan nəşə cibində qalmışdır. Rövşəndə onunla razılaşmış və hər ikisi Bakı şəhərinə gələrkən yolda olan Yaşma karantin postunda saat təxminən 01:45 radələrində polis əməkdaşları onları yoxlamaq məqsədi ilə saxlamış, sənədlərini yoxlayan zaman DYP-nin əməkdaşı Rövşənin maşını qaz balonu vasitəsi ilə işlətməsinə görə öz iradını bildirmiş və buna görə aralarında sözlə mübahisə yarandığı üçün onları həmin yerdə qurlaşdırılmış post məntəqəsinə gətirəndə onun həmin vaxt üzərində narkotik vasitə olması yadına düşmüşdür. O imkan edib həmin narkotik vasitəni atmamışdır. Lakin orada onların bölməyə aparılacağı deyilmiş və bu səbəbdəndə o orada üzərində narkotik vasitə olduunu bildirmişdir. Buna görə onu və Rövşəni Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə gətirmişlər. Bölmədə polis əməkdaşları vəkil və çəkiliş vasitəsi ilə ondan narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirərək ondan üzərində narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. O da əynində olan qış gödəkcəsinin içəri qoltuğunda saxladığı Xaçmaz rayonunda tapdığı narkotik vasitə olan marixuananı polis əməkdaşlarıına təqdim etmiş, ondan polis əməkdaşları həmin maddənin nə olmasını soruşanda o təqdim etdiyi maddənin narkotik vasitə olan marixuana olduğunu, Xaçmaz rayonunda tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirdikdən sonra ondan aşkar edilərək götürülmüş narkotik vasitəni protokollaşdıraraq ekspertizaya göndərilməsi üçün imzaları ilə təstiq etmişlər. Həmçinn təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 oğlu ifadəsində göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsinin PPXT-nun İİ bölüyündə polis nəfəri işləyir. Təqsirləndirilən şəxs ilə heç bir ədavəti düşmənçiliyi olmayıb, nə də ki əvvəllər Nəbini tanımamışdır. 16.01.2021-ci il tarixdə saat təxminən 01 radələrində Yaşma stasionar posta 9186 çağrışlı avtopatrulda Mahir Əlməmmədovla birlikdə xidmət aparan zaman Yaşma postunda xidmət edən ÇPA-nın əməkdaşları polis serjantı Seymur Abbasov və polis serjantı Dinar İmanov onlara iki nəfər vətəndaşı təhfil verərək, həmin vətəndaşlardan birinin özünün deməsinə görə üzərində narkotik vasitə olmasını deməsini bildirmişdir. Bu səbəbdən həmin şəxləri aidiyyəti üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirmişlər. Bölmədə məlum olmuş ki, üzərində narkotik vasitə olmasını bildirən şəxs Xaçmaz rayon sakini Təqsirləndirilən şəxsdur. Videoçəklişlə onun və oraya dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Nəbiyə təhqiqatçı tərəfindən üzərində hər hansı bir əhəmityyət kəsb edən qanunla qadağan olunmuş maddənin olub olmaması soruşmuş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkcəsinin sağ qoltuq cibindən qırmızı rəngli sellofana bükülmüş bitki kütləsini təqdim etmiş, Nəbidən təhqiqatçı Taleh Abdullayev təqdim etdiyi kütlənin nə olduğunu soruşmuş və Nəbi təqdim etdiyi kütlənin narkotik vasitə olduğunu və onu 15.01.2021-ci il tarixdə səhər saatlarında Xaçmaz rayon ərazisində taparaq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən tərəzi üzərinə qoymuş 30,28 qram gəlmiş və həmin kütlə ağ kağıza qablaşdırılaraq ekspertiza təyin etmək üçün MEM-nə göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 oğlu ifadəsində göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsinin PPXT-nun İİ bölüyündə polis nəfəri işləyir. Təqsirləndirilən şəxs ilə heç bir ədavəti düşmənçiliyi olmayıb, nə də ki əvvəllər Nəbini tanımamışdır. 16.01.2021-ci il tarixdə saat təxminən 01 radələrində Yaşma stasionar posta 9186 çağrışlı avtopatrulda Şahid3lə birlikdə xidmət aparan zaman Yaşma postunda xidmət edən ÇPAnın əməkdaşları polis serjantı Seymur Abbasov və polis serjantı Dinar İmanov onlara iki nəfər vətəndaşı təhfil verərək, həmin vətəndaşlardan birinin özünün deməsinə görə üzərində narkotik vasitə olmasını deməsini bildirmişdir. Bu səbəbdən həmin şəxləri aidiyyəti üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirmişlər. Bölmədə məlum olmuş ki, üzərində narkotik vasitə olmasını bildirən şəxs Xaçmaz rayon sakini Təqsirləndirilən şəxsdur. Videoçəklişlə onun və oraya dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Nəbiyə təhqiqatçı tərəfindən üzərində hər hansı bir əhəmityyət kəsb edən qanunla qadağan olunmuş maddənin olub olmaması soruşmuş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkcəsinin sağ qoltuq cibindən qırmızı rəngli sellofana bükülmüş bitki kütləsini təqdim etmiş, Nəbidən təhqiqatçı Taleh Abdullayev təqdim etdiyi kütlənin nə olduğunu soruşmuş və Nəbi təqdim etdiyi kütlənin narkotik vasitə olduğunu və onu 15.01.2021-ci il tarixdə səhər saatlarında Xaçmaz rayon ərazisində taparaq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən tərəzi üzərinə qoymuş 30,28 qram gəlmiş və həmin kütlə ağ kağıza qablaşdırılaraq ekspertiza təyin etmək üçün MEM-nə göndərilmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır Nəbi ilə qonşuluqda yaşayır heç bir ədavəti düşmənçiliyi olmayıb. Özü Opel markalı **-ZG-*** dövlət nömrə nişanlı avtomaşınımla taksi fəaliyyəti ilə məşğudur və Bakı Xaçmaz istiqamətində işləyir. 16.01.2021-ci il tarixdə həmişəki taksi dayandığı yerdə dayanıb müştəri gözləyən vaxt qonşusu Nəbi saat təxminən 00:15 radələrində ona yaxınlaşıb bildirmiş ki, onun Bakı şəhərində təcili işi var və Bakı şəhərinə getməlidir. O da razılaşmış və demiş ki, yolda müştəri olar onlarıda götürər deyib hər ikisi onun idarə etdiyi avtomaşına əyləşmiş, Bakı şəhərinə gedərkən yolda olan Yaşma karantin postunda saat təxminən 01 radələrində polis əməkdaşları onları saxlamış, sənədlərini yoxlayan zaman DYP-nin əməkdaşı ondan maşını qaz balonu vasitəsi ilə işlətməyinə görə öz iradını bildirmiş və buna görə onunla polis əməkdaşının arasında sözlə mübahisə yarandığı üçün onları həmin yerdə qurlaşdırılmış post məntəqəsinə girəndə həmin vaxt orada o polis əməkdaşlarından onunla birlikdə gedən qonşusu Nəbinin üzərində narkotik vasitə olmasını bildirməsini eşitmiş, buna görə polis əməkdaşları onları Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə gətirmiş, bölmədə ona Nəbinin üzərindən narkotik vasitənin aşkar edilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsindən xəbəri olmayıb və o onları polis əməkdaşları saxlayandan sonra bundan xəbər tutmuşdur. Sonradan Nəbini polis əməkdaşları onları buraxandan sonra ona həmin narkotik vasitəni bir neçə gün əvvəl Xaçmaz rayonu ərazisində taparaq üzərində saxladığını və polislər onları saxlayan vaxt imkan tapıb ata bilmədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza sərfiyatından sonra qalıq qalmış 27,238 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi zamanı rəqəmsal tipli “Panasonik” modelli videokameradan istfadə edilərək video çəkiliş aparılmış və həmin çəkiliş SD diskinə köçürülələk iş materillarına əlavə edilmişdir. Həmin çəkiliş öz xüsusiyyətinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən haldların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 16.01.2021-ci il tarixli, 7/77 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində- « Şübhəli:Təqsirləndirilən şəxs» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qırmızı rəngli sellofan torbadakı təmiz çəkisi -27,288 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəksi: 27,288 qram, tədqiqata sərf edildi: - 0,05 qram, qalıq – 27,238 qram qalmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 27.01.2021-ci il tarixli 218 saylı rəyi ilə müəyyən edilmişdir ki, Həsənov Nəbi Bayram oğlunda çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkaloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 22.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixində saat 01:45-də Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan 17 yanvar 2021-ci il tarixli Qətimkan tədbiri seçilməsi haqqında Qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MYS-dən azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli,1031 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsindən əlavə, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan AZİİİ 848105 və AZ İV 150665 sayl doğum haqqında şəhadətnamələrin surətlərinjdən görünür ki, təqsirləndirilən şəxs Nəsənov Nəbi Bayram oğlunun himayəsində 2018 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı övladının olması, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olması əməlindən səmimi peşman olması və səhhətində problemlərin olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Xaçmaz şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16-17 yanvar 2021ci il tarixlərində 01 (bir) gün Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 27,238 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmması nəzərə alınmaqla ərazi narkologi dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 (yetmiş səkkiz mana səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli (iş № 1(060)-299/2021) qərarını icra edərək, 02 aprel 2021-ci il tarixli 368 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi Günel Səfərli məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Xaçmaz rayon icra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Xaçmaz rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 23,238 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxxın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar