Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-299/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi, ev 2/45, mənzil 18-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi evdə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,430 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 18:08-də Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin içərisində olan xırda cibdən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,430 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, geniş ifadə vermək istəmir, istintaqda ətraflı ifadə vermişdir, həmin ifadəni təsdiq edir, ona qarşı heç bir təzyiq, təsir olmamışdır, narkotik vasitəni 10 manata Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün almışdır. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı heroin istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 18:08də Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində piyada hərəkətdə olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək ona da özünü təqdim etməyini bildirmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və istifadə etməkdə şübhəli olduğuna görə saxladıqlarını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün 5-ci PB-yə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə 5-ci PB-yə getmişdir. Polis bölməsində özünə müdafiəçi seçməyi üçün ona Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, siyahıdan X1. Sonra üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Allahquliyev özünü təqdim edib ona da özünü təqdim etməyini bildirdikdə o Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona təkrar olaraq saxlanılmağının səbəbi izah edilmiş, onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi X8 və hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sağ cibinin içərisində olan xırda cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “heroin” olduğunu, 10 manata Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm tərəzidə çəkildikdə çəkisinin 0,50 qram olması müəyyən olunmuşdur. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola imza etmişlər. Saxlanılarkən, ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisləri Şahid2 Afər oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:08-də Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində saxlanılmış və Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Allahquliyev özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi X8 təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilib ona üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarının sağ cibinin içərisində olan xırda cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “heroin” olduğunu, 10 manata Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm tərəzidə çəkildikdə çəkisinin 0,50 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. X3 yekun məruzəsi ilə yekunlaşmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 Afər oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 Afər oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 07.0.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:08-də Sumqayıt şəhəri, 76-cı məhllə ərazisində tutulmuşdur.(i.v 17) İş materiallarında olan sənədlərdən və “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin qərar ona xx.xx.2021-ci ildə, saat 17:10da elan olunmuş, o saat 17:25-dən saat 18:10-adək təqsirləndirilən şəxs qismində dindirilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilməsi qərara alınmış, həmin qərar ona saat 18:50-də elan edilmişdir. Onun tutlularaq saxlanması bir gündən çox olmuşdur. (i.v 47-48, 57-59, 63-64) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, xx.xx.2021-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşmış, özlərini təqdim edib ondan özünün təqdim etməsini xahiş etdikdə o özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlam, gəzdirmə və istifadə etməkdəşubhəli olduğu üçün saxlanıldığı izah edilmiş, daha sonra saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə dəvət olunmuş və sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirilmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis sahə rəisləri-polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 müşayiəti ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində çəkiliş saat 18:24-də başlamış və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis sahə rəisləri-polis leytenantı Şahid3, polis leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovun iştirakları ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində saxlanıldığını xatırlatmışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibinin içərisində olan xırda cibdən bir ədəd şəffaf sellofana bükülmüş açıq qıhvəyi rəngli, spesifik iyə malik kütlələri çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd edilən kütlələrin nə olduğu, haradan və kimdən əldə etdiyi və hansı məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, bir ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlələrin narkotik vasitə heroin olduğunu, həmin kütlələri Saray qəsəbəsindən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını və istifadə etmək məqsədilə üzərində əzdirdiyini bildirmişdir. Daha sonra qeyd edilən kütlələr “Aosai” markalı elekton tərəzi ilə çəkilmiş və bir ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlələrin 0,50 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəkili X4 iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlələr qablaşdırılmışdır.(i.v 26-27, 76-77) Həmin diskdəki videogörüntülər məhkəmə iclasında da nümayiş etdirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan 6/4462 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs:Təqsirləndirilən şəxs təqdim etdiyi....” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,430 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(iv 33-37) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,430 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,380 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 71-72) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-655/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onun üzərinə baxış keçirilməsi dair Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir.(i.v 89-91) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 99-100) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.(i.v 104-130) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı uşağı (xx.xx.2010-cu il təvəllüdlü X7) vardır.(i.v 151) İş materiallarında olan 5 saylı MKS-nin 378 saylı, xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 154) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 288 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydyyata alınması məsləhət görülür.(i.v 155-156) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və 17 saylı CM-də cəza çəkməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci madəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,430 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,380 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə 01 ədəd disk maddi sübut kimi tanınmışdır.(158-163) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,430 qram çəkidə narkotik maddə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini xx.xx.2021-ci il tarixdə törətmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə ittiham olunduğu cinayət əməli barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 424/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinici iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,380 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 oktaybr 2021-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2021-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-424/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs bu iş üzrə 07 oktyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,380 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-299/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-299/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver