Məhkəmə qərarları › İş №1(060)-3/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-3/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-3/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Horadiz qəsəbəsində qeydiyatda olan, Sumqayıt şəhəri 9-cu məhəllə ev 8 mənzil 30-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız ittiham irəli sürülmüşdür ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində 3 otaqlı fərdi yaşayış evi tikməsinə dair vəd verib aldadaraq, sonuncudan vahid qəsdlə xx.xx.2015-ci ildə qardaşı Şahid vasitəsi ilə yaşadığı Sumqayıt şəhəri 9-cu məhəllə 8 saylı evin yanında 7000 (yeddi min) manat, 2015-ci ilin iyul ayının əvvəllərində Şahid vasitəsi ilə Sumqayıt şəhəri 17-ci mikrorayon 40 saylı evin yanında 5000 (beş min) manat, 2015-ci ilin iyul ayının ortalarında saat 16 radələrində həmin yerdə 5000 (beş min) manat, 2015ci ilin iyul ayının axırlarında saat 16 radələrində Şahid vasitəsi ilə Sumqayıt şəhəri, «Daş bazarı»nda 4000 (dörd min) manat olmaqla ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində pulu alıb, həmin pulun 8836 (səkkiz min səkkiz yüz otuz altı) manatını təmirtikinti işlərinə sərf edərək, qalan 12.164 (on iki min yüz altmış dörd) manat pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəhbərlik etdiyi tikinti briqadasında 4 nəfər Elşən, Xəyal, İlqar və Hüseyn çalışmışlar. Hüseyn türk vətəndaşı olduğu üçün, o, Türkiyə Respublikasına getmiş, İlqar isə ondan ayrılmış, hansısa rayonda tikinti işləri görmüşdür. 2015-ci ilin iyun-iyul aylarında əsgərlikdə onunla birlikdə qulluq edən tanıdığı Şahid ona banklara borcu olduğu üçün Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən yaşadığı mənzili satıb həyət evi tikdirmək istədiyini demişdir. Müşfiq onun rəhbərlik etdiyi tikinti briqadasının ev tikməklə və evlərin təmiri ilə məşğul olduğunu bildiyi üçün ondan xahiş etmişdir ki, öz mənzilini satıb torpaq sahəsi alandan sonra həmin torpaq sahəsində evi onun briqadası tiksin. Həmin ərəfədə Müşfiq, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən mənzilini 62000 (altmış iki min) manata satıb, 33000 (otuz üç min) manata Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Köhnə Məscidin yaxınlığında özü üçün 3 sot torpaq sahəsi almışdır. Torpaq sahəsini alandan sonra Müşfiq ondan xahiş etmişdir ki, həmin sahədə onun rəhbərlik etdiyi briqada onun üçün bir mərtəbəli 3 otaqlı ev tiksin. O, Müşfiqə onun üçün ev tikməyə razılıq vermiş və tikməli olduqları bir mərtəbəli, 3 otaqlı evi onlar Müşfiqlə 33000 (otuz üç min) manat pula danışıb razılaşmışlar. Həmin 33000 (otuz üç min) pulun içində həm evin tikilməsi, həm də evin içinin tam təmir edilməsi də nəzərdə tutulmuşdur. Təxminən 2015-ci ilin iyul ayının axırlarında, saat 11:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ərazisində yerləşən Köhnə Məscidin yaxınlığındakı Müşfiq üçün ev tikməli olduqları torpaq sahəsində evin bünövrəsini tökməyə, yəni həm bünövrənin materialına görə, həm də iş puluna görə Müşfiq ona təklikdə 1800 (bir min səkkiz yüz) manat pul vermişdir. Onlar, yəni onun tikinti briqadası evi tikməyə başlamışlar və evin bünövrəsini tökmüşlər. Bundan təxminən 10 gün sonra, 2015-ci ilin avqust ayının əvvəllərində, onlar evin divarlarını tikməyə və hörməyə başlamışlar. Həmin vaxt yenə də ev tikdikləri torpaq sahəsində saat 12:00 radələrində evin divarlarını tikmək və hörmək üçün Müşfiq ona təklikdə 4000 (dörd min) manat pul vermişdir. Təxminən 15-16 gündən sonra, 2015-ci ilin avqust ayının axırlarında, onlar evin divarlarını tikib, hörüb qurtarmışlar. 2015-ci ilin sentyabr ayının əvvəllərində saat 15:00 radələrində ev tikdikləri torpaq sahəsində evin damını tikib quraşdırmaq üçün Müşfiq ona təklikdə 3000 (üç min) manat, təxminən bir həftədən sonra isə yenə də təklikdə 2000 (iki min) manat da pul vermişdir. Onlar evin damını da tikib quraşdırmışlar, sonra isə Müşfiq daha pul verməmiş və ev yarımçıq qalmışdır. Bundan başqa, 2015-ci ilin oktyabr ayının əvvəllərində, saat 17:00 radələrində ev tikdikləri yerdə evin içinin ştukaturkası üçün və döşəməsinin vurulması üçün Müşfiq ona təklikdə 2800 (iki min səkkiz yüz) manat pul vermişdir. O, tikinti briqadası ilə birlikdə evin taxta döşəməsini vurmuşdur, lakin ştukaturkasını vurmamış, çünki Müşfiqin ona 1000 (bir min) manat borcu olmuş və həmin borcunu qaytarmamışdır. Həmin 1000 (bir min) manat pulu, evi tikməyə başlamamışdan təxminən 1 ay əvvəl Müşfiq ondan aldığı mebelə görə borclu qaldığı üçün istəmiş və o, ona həmin 1000 (bir min) manatı vermişdir. Ona görə də o, məcbur olub Müşfiq üçün tikdikləri evin taxtadan quraşdırdıqları döşəməsini söküb taxtalarını Abşeron rayonu, Masazır qəsəbəsində dam ustası işləyən Teymur adlı ustaya 300 (üç yüz) manata satmışdır. Bundan başqa Müşfiq üçün tikdikləri evin otaqlarının 4 ədəd taxta qapılarını o, Saray qəsəbəsində adını xatırlamayan şəxsdən işlənmiş üstdən çıxma vəziyyətdə 230 (iki yüz otuz) manata almışdır. Müşfiq həmin qapıları bəyənmədiyinə görə o, qapıları onun üçün tikilən evdə iş görməli olan Elnur adlı ustaya vermişdir. Bununla da Müşfiqdən onun üçün ev tikməyə 21000 (iyirmi bir min) manat yox, ümumilikdə 16000 (on altı min) manata yaxın pul almışdır. Həmin puldan evin tikilməsinə təxminən 13000 (on üç min) manat pul gedib, qalan 3000 (üç min) manat puldan zəhmət haqqı olaraq ustaların pulunu vermiş və özünə götürmüşdür. İlk əvvəl onun onlara 3000 manat pul borcu qalmışdır. O, hər dəfə onlara evlərini tam hazır vəziyyətd əgə başa çatdırmaq üçün danışdıqları qalan məbləğin verildiyi halda mümkün olacağını bildirsə də, Elçin və qardaşı Müşfiq ona əlavə pul verməyəcəklərini, ondan polisə şikayət edəcəkləri bağlı hədə qorxu gəlmişlər. və istədiyini desə də, onlar bundan imtina etmişlər. Zərərçəkmiş şəxs və Şahid ifadəsində onlara məxsus, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən torpaq sahəsində ev tikməyə, onlardan ümumilikdə 21000 (iyirmi bir min) manat pul alması, həmin məbləğin təxminən 10000 (on min) manatını ev tikməyə xərcləməsi, evi tikməyi başa çatdırmaması və pulun yerdə qalan hissəsini onlara qaytarmaması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs və Şahid ümumilkdə güya ona 21.000 manat verilmələri yalandır. Müşfiqdən ümumilikdə təxminən 16000 (on altı min) manata yaxın pul almış, ilkin olaraq evin tikintisinə təxminən 13000 (on üç min) manat pul xərcləmiş, daha sonra o, onların razılığı ilə evin tikintisini davam etdirmiş və ev təmirinə əlavə olaraq özündən 12.000 manat pul qoyaraq tikintini başa çatdırmışdır. Evin tikintisini də ustalar Dəyanət, Ceyhun və Sərxana ümumilikdə 5000 manat yaxın pul verməklə, materiala isə 7000 manat pul xərcləməklə tamamlamışdır. Əlavə olaraq qeyd edir ki, istənilən tikintidən anlayan şəxs deyə bilər ki, 21000 manata evi tikib tam təmir edilməsi mümkün deyildir. Hazırda özünü təqsirli bilməsə də məsələnin birdəfəlik həll olunmasını, zərərçəkmiş şəxsin müharibə iştirakçısı olmasını, himayəsində azyaşlı övladının olmasını, bütün bunlara görə məhkum kimi qeydiyyata alınmaq istəmədiyini nəzərə alaraq zərərçəkmiş şəxsin qeyd etdiyi məbləği ödəmiş, lakin təqsirsiz olduğu üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid əsgərlik yoldaşı olmuş, onu elə qardaşı Şahid vasitəsi ilə təxminən 2011-ci ildən tanımışdır. "xxxx" ASC-nin Sumqayıt şəhər filialına 8000 manat məbləğində kredit borcları olduğu üçün və həmin borcu ödəməkdə çətinlik çəkdiklərindən ailəsinin razılığı ilə məcbur olub xx.xx.2015-ci il tarixdə qeydiyyatda olduqları Sumqayıt şəhəri, 17ci mikrorayon, ev 18, mənzil 30-da yerləşən evi 62.000 manata satmışlar. Həmin puldan 8000 manat pulu banka verib krediti tam olaraq bağlamışlar. Yerdə qalan 54.000 manatdan 33.000 manat məbləğində pula 2015-ci ilin iyun ayının təxminən 25-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 3 sot torpaq sahəsi almışlar ki, orada sonradan həyət evi tiksinlər. Həmin torpaq sahəsini də Təqsirləndirilən şəxs özü onlara tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ailəvi olaraq onların evinə gəlib-getdiyindən onların torpaq sahəsi almaq barədə fikrini bilmişdir. Ona görə də bu işdə onlara köməklik etmişdir. Təqsirləndirilən şəxs tikinti aparılması üçün öz briqadası olduğundan onlara təklif etmişdir ki, ona 21.000 manat verərək, üç ay müddətinə həmin pula aldıqları torpaq sahəsində bir mərtəbəli üç otaqlı evi onlar üçün onun briqadası tiksin. Onlar da razılaşmışlar. Həmin günün səhərisi o, evdə olarkən qardaşı Şahid evə gəlib Təqsirləndirilən şəxs və onun briqadasına torpaq sahəsində işə başlamaq üçün tikinti materialları almaqdan ötrü 7000 manat pul vermək lazım olmasını demiş, onlar da razılaşaraq 2015-ci ilin iyun ayının təxminən 26-da ailələrinə məxsus 7000 manat pulu evdən götürüb qardaşı Şahid vermiş, o da aparıb Təqsirləndirilən şəxs evində ona çatdırmışdır. Təqsirləndirilən şəxs və onun üç nəfərdən ibarət olan tanımadığı biriqadanm işçiləri torpaq sahəsində evi tikmək üçün armaturla hörüb özülünü tökmüşlər, sement, daş almışlar, 4 daş evi qaldırmışlar. 2015- ci ilin iyul ayının əvvəllərində qardaşı Şahid evdə ona Təqsirləndirilən şəxs və onun briqadasının tikinti işlərini davam etdirmək üçün əlavə olaraq 5000 manat pul da istədiyini dediyi üçün yenə də evdə olan ailələrinə məxsus 5000 manat pulu Müşfiqə vermiş, o da Vüqarla zəngləşib yaşadıqları evin yanında onunla görüşüb həmin 5000 manat pulu da ona vermişdir. Təxminən 2 həftədən sonra, 2015-ci ilin təxminən iyul ayının ortalarında qardaşı Müşfiqlə birlikdə həmin torpaq sahəsinə getdikdə evin tikildiyini görmüşdür. Orada olarkən Təqsirləndirilən şəxs onlardan əlavə olaraq 5000 manat məbləğində pul istəyib həmin puldan işçilərin zəhmət haqqını və tikinti materialları, dam örtüyü, ev üçün döşəmə, qapı, evin içini və çölünü suvaqlamaq üçün sement, qum alacağını demişdir. O da Vüqara səhər gəlib, 5000 manatı da evdən götürəcəyini demişdir. Həmin günün səhəri günü, yəni 2015-ci ilin iyul ayının ortalarında saat 16 radələrində Vüqar qardaşı Müşfiqlə zəngləşdikdən sonra Müşfiq gedib evin yaxınlığında Vüqarla görüşmüş və evdən götürdüyü 5000 manat pulu da təklikdə ona vermişdir. Təxminən 3-4 gün sonra, yəni 2015-ci ilin iyul ayının axırlarında Vüqar Müşviqə tikinti materialları almaq üçün əlavə olaraq 4000 manat məbləğində pul istədiyindən o, evdən götürüb 4000 manat məbləğində pulu Müşfiqə vermiş, Müşfiq də saat 16 radələrində aparıb Sumqayıt şəhərində yerləşən «Daş bazarında» Vüqarla görüşüb həmin 4000 manat məbləğində pulu da ona vermişdir. Həmin gün axşam saat 20 radələrində qardaşı Müşfiqlə aldıqları torpaq sahəsinə gedərək evin döşəməsinin və dam örtüyünün vurulduğunu, 04 ədəd qapının qoyulduğunu, 20 kisə sementin də alınıb həyətə yığıldığını görmüşdür. Təxminən 2 gün sonra, yəni 2015-ci ilin iyul ayının axırlarında, saat 10 radələrində o, Müşfiqlə birlikdə yenidən torpaq sahəsinə gedərək görmüşlər ki, Təqsirləndirilən şəxs və onun briqadası evdə tikinti işləri aparmır, tikintini dayandıraraq evin döşəməsini, 04 ədəd qapıları sökərək evin həyətində olan 20 ədəd sementi, 01 ədəd arabanı, 01 ədəd beli oradan götürüb çıxıb getmişlər. Həmin vaxt Vüqarın mobil telefonuna zəng etdikdə ona zəng çatmamış, telefonu söndürülmüşdür. Bir müddət Vüqarı tapa bilməmişlər. 2016-cı ilin fevral ayının təxminən 14-də onlar Təqsirləndirilən şəxs atasının mobil telefon nömrəsini taparaq ona zəng edib Sumqayıt şəhəri, 41-ci məhəllənin arxasında yerləşən avtoyuma sexinin yanında görüşmüşlər. Söhbət əsnasında Tofiq Kazımova məsələni danışıb, Təqsirləndirilən şəxs onlara təxminən 13000 manat civarında maddi ziyan vurduğunu, onun harada olmasını soruşmuşdur. Tofiq Kazımov ona heç bir yerə şikayət etməməsini, evini satıb behini aldığını, xx.xx.2016-cı il tarixədək ya vurulan ziyanı ödəyəcəyini, ya da Vüqarı həmin torpaq sahəsinə gətirəcəyini, onun da yarımçıq qalmış tikintini tam təmir etdirib təhvil verəcəyini demişdir. O da Tofiqə inandığı üçün xx.xx.2016-cı il tarixədək ona möhlət vermişdir. Lakin xx.xx.2016-cı il tarixdə Tofiqlə əlaqə saxladıqda ona zəng çatsa da, telefonu açmamışdır. Bu səbəbdən xx.xx.2016-cı il tarixdə, axşam saat 20:06-da ona mesaj yazaraq səhər, yəni xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 1-ci PB-yə gedib şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə isə qardaşı Müşfiqlə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gedərək şikayət ərizəsi ilə müraciət etmiş və ondan orada izahat alınmışdır. Həmin bölmədə araşdırma aparılarkən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ev üzrə aparılmış yenidənqurma və təmir işlərinə görə ümumilikdə 8836 manat məbləğində pul sərf edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs aldıqları torpaq sahəsində ev tikməsi üçün ümumilikdə 21000 manat məbləğində pul verilmiş, Təqsirləndirilən şəxs həmin puldan 8836 manat təmir-tikinti işlərinə sərf edilmiş, qalan 12.164 manat məbləğində pulu isə ələ keçirmişdir. Təqsirləndirilən şəxs söküb apardığı evin döşəməsi, 04 ədəd qapılar, evin həyətində olan 20 ədəd sement, 01 ədəd araba, 01 ədəd belin qiyməti də elə 12.164 manat pulun içində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində 16000 manat pulun verilməsi və pulların verilmə şəraiti barədə göstərdiyi xüsusatları təkzib edir. Vüqar ona demişdir ki, evin başa çatması üçün 210000 (iyirmi bir min) manata evi ona təhvil verəcək və onların aralarında olan söhbətə görə o, həmin pulu ona iş gördükdə verəcəkdi. O, Vüqara ümumilikdə 210000 (iyirmi bir min) manat pul vermiş, Vüqar evin divarlarını və evin dam örtüyünü işləmiş, qalan heç bir iş görməmişdir. Onun bildiyinə görə mülki qaydada məhkəməyə müraciət edəndə qarşı tərəf pulu hissə-hissə vermək imkanı olur, pulun uzun müddətə az-az qaytarılması onu qənaət etmədiyi üçün məhkəməyə müraciət etməmişdir. Ona 10000 (on min) manatdan yuxarı ziyan dəyib, onda mədə xəstəlik olduğu üçün həmin pulu alıb öz səhhətinə müalicə üçün tələb edir. Bundan başqa həmçinin İ Qarabağ müharibəsinin iştirakçısıdır və qazidir. Səhəti yaxşı deyildir. Hazırda həmin yarımçıq qalmış tikintini öz hesabına başa çatdırmışdır. Təqsirləndirilən şəxs ifadəsində evin tikintisi üçün əlavə olaraq 12.000 manat məbləğində xərc çəkərək tikintini başa çatdırması, onun heç bir borcunun qalmaması barədə göstərdiyi xüsusatlar yalandır, Vüqar evin tikintisi üçün ondan aldığı puldan əlavə heç nə xərcləməmiş və evin tikintisi üçün ona vermiş olduğu pulun bir hissəsini tikintiyə xərcləməmişdir. İş materiallarında olan fotoşəkillərin tədqiqi zamanı o, həmin fotoşəkillərdə olan evin ona məxsus olmadığını, fotoşəkildə görünən ustaları tanımadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin azad edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2009-cu ildən tanıyır, onun əsgər yoldaşıdır, ailəvi dostu olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxsla o tanış etmişdir. “Accesses bank’’ ASC-nin Sumqayıt şəhər filialına 8000 manat məbləğində kredit borcları olduğu üçün və həmin borcu ödəməkdə çətinlik çəkdiklərindən, ailənin razılığı ilə məcbur olub xx.xx.2015-ci il tarixdə qeydiyyatda olduqları Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 30-da yerləşən evi 62.000 manata satmışlar. Həmin puldan 8000 manatı banka verib krediti tam olaraq bağlamış, yerdə qalan 54.000 manatdan 33.000 manat məbləğində pula 2015-ci ilin iyun ayının təxminən 25-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 3 sot torpaq sahəsi almışlar ki, orada sonradan həyət evi tiksinlər. Həmin torpaq sahəsini də Təqsirləndirilən şəxs özü onlara tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ailəvi olaraq onların evinə gəlibgetdiyindən onların torpaq sahəsi almaq barədə fikirlərini bilmişdir. Ona görə də bu işdə onlara köməklik etmişdir. Təqsirləndirilən şəxs tikinti aparılması üçün öz briqadası olduğundan onlara təklif etmişdir ki, ona 21.000 manat versinlər, 3 ay müddətinə həmin pula aldıqları torpaq sahəsində bir mərtəbəli, üç otaqlı evi onlar üçün onun briqadası tiksin. Onlar da razılaşmışlar. Həmin günün səhərisi, o, evdə olarkən qardaşı Şahid evə gəlib bildirmişdir ki, Təqsirləndirilən şəxs və onun briqadasına torpaq sahəsində işə başlamaq üçün tikinti materialları almaqdan ötrü 7000 manat pul vermək lazımdır. Onlar da razılaşmışlar və 2015-ci ilin iyun ayının təxminən 26-da ailələrinə məxsus 7000 manat pulu qardaşı Zərərçəkmiş şəxs evdən götürüb ona vermiş, o da aparıb Təqsirləndirilən şəxs evində ona çatdırmışdır. Təqsirləndirilən şəxs və onun üç nəfərdən ibarət olan tanımadığı briqadanın işçiləri torpaq sahəsində evi tikmək üçün armaturla hörüb, özülünü tökmüşlər, sement, daş almışlar, 4 daş evi qaldırmışlar. 2015-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs yenə də pul lazım olduğu üçün o, evə gəlib qardaşı Zərərçəkmiş şəxs demişdir ki, Təqsirləndirilən şəxs və onun briqadası tikinti işlərini davam etdirmək üçün əlavə olaraq 5000 manat pul da istəyir. Qardaşı Zərərçəkmiş şəxs yenə də evdə olan ailələrinə məxsus 5000 manat pulu ona vermiş, o da Vüqarla zəngləşib yaşadıqları evin yanında onunla görüşüb həmin 5000 manat pulu da ona vermişdir. Təxminən 2 həftədən sonra 2015-ci ilin təxminən iyul ayının ortalarında o, qardaşı Elçinlə birlikdə həmin torpaq sahəsinə getdikdə görmüşdür ki, ev tikilir. Orada olarkən Təqsirləndirilən şəxs onlardan əlavə olaraq 5000 manat məbləğində pul istəyib bildirmişdir ki, həmin puldan işçilərin zəhmət haqqını və tikinti materialları, dam örtüyü, ev üçün döşəmə, qapı, evin içini və çölünü suvaqlamaq üçün sement, qum alacaqdır. Qardaşı Elçin də Vüqara demişdir ki, səhər gəlib 5000 manatı da evdən götürər. Həmin günün səhəri, yəni 2015-ci ilin iyul ayının ortalarında, saat 16 radələrində Vüqar onunla zəngləşdikdən sonra o gedib evin yaxınlığında Vüqarla görüşmüş və evdən götürdüyü 5000 manat pulu da təklikdə ona vermişdir. Təxminən 3-4 gün sonra, yəni 2015-ci ilin iyul ayının axırlarında Vüqar ona tikinti materialları almaq üçün əlavə olaraq 4000 manat məbləğində pul istədiyindən qardaşı Elçin evdən götürüb 4000 manat məbləğində pulu ona vermiş, o da saat 16 radələrində aparıb Sumqayıt şəhərində yerləşən «Daş bazarında» Vüqarla görüşüb həmin 4000 manat məbləğində pulu da ona vermişdir. Həmin gün axşam saat 20 radələrində o, qardaşı Elçinlə aldıqları torpaq sahəsinə gedərək evin döşəməsinin və dam örtüyünün vurulduğunu, 04 ədəd qapının qoyulduğunu, 20 kisə sementin də alınıb həyətə yığıldığını görmüşdür. Təxminən 2 gün sonra, yəni 2015-ci ilin iyul ayının axırlarında, saat 10 radələrində o, Elçinlə birlikdə yenidən torpaq sahəsinə gedərək görmüşlər ki, Təqsirləndirilən şəxs və onun briqadası evdə tikinti işləri aparmır, tikintini dayandıraraq evin döşəməsini, 04 ədəd qapıları sökərək evin həyətində olan 20 ədəd sementi, 01 ədəd arabanı, 01 ədəd beli oradan götürüb çıxıb getmişlər. Həmin vaxt Vüqarın mobil telefonuna zəng etdikdə ona zəng çatmamış, telefonu söndürülmüşdür. Bir müddət Vüqarı tapa bilməmişlər. 2016-cı ilin fevral ayının təxminən 14-də onlar Təqsirləndirilən şəxs atasının mobil telefon nömrəsini taparaq ona zəng edib Sumqayıt şəhəri, 41-ci məhəllənin arxasında yerləşən avtoyuma sexinin yanında görüşmüşlər. Söhbət əsnasında qardaşı Elçin Tofiq Kazımova məsələni danışıb, Təqsirləndirilən şəxs onlara təxminən 13000 manat civarında maddi ziyan vurduğunu, onun harada olmasını soruşmuşdur. Tofiq Kazımov ona heç bir yerə şikayət etməməsini, evini satıb behini aldığını, xx.xx.2016-cı il tarixədək ya vurulan ziyanı ödəyəcəyini, ya da Vüqarı həmin torpaq sahəsinə gətirəcəyini, onun da yarımçıq qalmış tikintini tam təmir etdirib təhvil verəcəyini demişdir. Onlar da Tofiqə inandıqları üçün xx.xx.2016-cı il tarixədək ona möhlət vermişdir. Lakin xx.xx.2016-cı il tarixdə qardaşı Elçin Tofiqlə əlaqə saxladıqda ona zəng çatsa da, telefonu açmamışdır. Bu səbəbdən xx.xx.2016-cı il tarixdə, axşam saat 20:06-da qardaşı Elçin ona mesaj yazaraq səhər, yəni xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 1-ci PB-yə gedib şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə isə qardaşı Elçinlə birlikdə Sumqayıt ŞPİnin 1-ci PB-yə gedərək şikayət ərizəsi ilə müraciət etmiş və onlardan orada izahat alınmışdır. Həmin bölmədə araşdırma aparılarkən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ev üzrə aparılmış yenidənqurma və təmir işlərinə görə ümumilikdə 8836 manat məbləğində pul sərf edilmişdir. Beləliklə də Təqsirləndirilən şəxs aldıqları torpaq sahəsində ev tikməsi üçün ümumilikdə 21000 manat məbləğində pul verilmiş, Təqsirləndirilən şəxs həmin puldan 8836 manat təmir-tikinti işlərinə sərf etmiş, qalan 12.164 manat məbləğində pulu isə ələ keçirmişdir. Təqsirləndirilən şəxs söküb apardığı evin döşəməsi, 04 ədəd qapılar, evin həyətində olan 20 ədəd sement, 01 ədəd araba, 01 ədəd belin qiyməti də elə 12.164 manat pulun içində olmuşdur. Təqsirləndirilən şəxs yalan demiş, onun Vüqara 1000 (bir min) manat borcu olmamış, mebel üçün ondan pul istəməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. O, Vüqarın sifarişi ilə başqa evlərdə işləyərək pulunu almışdır. Təxminən 2016-2017-ci illərdə havalar soyuq olan vaxtı mübahisəli evdə işləmiş, həmin evin döşəmə, tavan və oboy işlərini görmüşdür. O, həmin evdə qardaşı Vəliyev Dəyanət və Sərxanla birlikdə işləmiş, onlardan başqa tanımadığı bir nəfər usta da həmin evin hamamının kafel, metlax işlərini görmüşdür. Onlar gəldikdə həmin evin divarı suvaqlı olmuşdur. Orada təxminən 20-26 gün işləmiş, 1 aya işi yekunlaşdırmışlar. Vüqar onlara təxmini 3600-3700 manat pul vermişdir. Həmin vaxt Elçin adlı şəxsi orada görməmişdir. Həmçinin iş materiallarında olan fotoşəkildəki təmir işləri aparılan ev həmin evdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tikinti işlərinə görə 15 ildir ki, tanıyır. Qeyd olunan mübahisəli evdə 2017-ci ildə havanın soyuq olduğu vaxtlarda işləmişdir. Həmin evdə o, Ceyhun və Sərxan birlikdə işləmişlər. Həmin evin molyar, döşəmə və tavan işlərini görmüşlər. Kafel işini isə başqa usta etmişdir. Ev Corat qəsəbəsi, Məscidin yanında yerləşir. Evdə 1 aydan çox işləmiş, işi Vüqara təhvil vermişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Onun sifarişi ilə bir neçə evdə işləmişdir. Qeyd olunan mübahisəli evdə 2017-2018-ci illərdə Dəyanət və Ceyhunla birgə işləmişlər. Onlardan başqa bir usta da olmuşdur. İşi Vüqarla danışmış, evin materialını Vüqar özü alıb gətirmişdir. Onlar molyar, döşəmə və tavan işlərini görmüş, hamamın kafel, metlax işini digər usta etmişdir.Təxminən 3500-4000 manata yaxın usta haqqı almışlar. X18 alıb ona vermişdir. Evin hər şeyini düzəltmişlər, bircə oboy işi qalmışdır. Həmin evdə təxminən 1 ay işləmişlər. Evə Vüqardan başqa gəlib-gedən olmamışdır. Məhkəmə iclasında ittiham tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, cinayət işi üzrə ibtidai istintaqı aparmışdır. İki dəfə tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün istintaqa geri qaytarılmışdır. O, həmin həyət evinə bir dəfə Təqsirləndirilən şəxsla, iki dəfə Zərərçəkmiş şəxslə olmaqla üç dəfə baxış keçirmişdir. Birinci baxışda ustalar olmuş, həmin ustalar Təqsirləndirilən şəxs bildirdiyinə görə onun tərəfindən işə cəlb edilmiş, ikinci baxışda ustalar olmamış, üçüncü baxışda ustalar olmuş, Zərərçəkmiş şəxs bildirdiyinə görə həmin ustalar da onun tərəfindən işə cəlb edilmişlər. Hər baxışın arasında təxminən bir aya yaxın müddət olmuşdur. Birinci baxışda divarların ağardılma işlərinin, növbəti baxışda döşəmənin döşəndiyinin şahidi olmuşdur. Birinci baxışa gedən zaman orada işləyən ustalar Təqsirləndirilən şəxs tərəfindən işlərə cəlb edilmişdilər və həmin ustalar onun tərəfindən istintaq zamanı dindirilmişdir. Evdə təmir işləri görülmüşdü, lakin Zərərçəkmiş şəxs razılaşmırdı ki, işlər keyfiyyətsiz görülüb, materiallar Vüqar tərəfindən oğurlanıb aparılıb. Hər dəfə baxışa getdikdə fotoşəkillər çəkərək iş materiallarına əlavə etmişdir. İş materiallarındakı fotoşəkillər onun tərəfindən çəkilmişdir. Həmin fotoşəkillərdə görünən ev təmir işləri aparılan mübahisəli evdir, ustalar da həmin evdə idilər və Vüqara material lazım olduğunu bildirirdilər. Məhkəmə iclasında ittiham tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, təxminən 2017-2018-ci illər ərzində Zərərçəkmiş şəxs məxsus həyət evinin qapı-pəncərəsini düzəltmişdir. Ev Corat qəsəbəsində yerləşir. Həmin ev üçün dörd plastik pəncərə, iki plastik qapı düzəldib aparmışdır. Həmin evdə olan zaman evin təmirinin hansı vəziyyətdə olmasını dəqiq xatırlamır. Uzun müddət keçdiyi üçün evdə quraşdırma işləri aparan zaman kiminlə işlədiyini xatırlamır. Qapı və pəncərələri evdə quraşdıran zaman orada ustalar olmamış, Elçinin qohumları orada olmuşdur. Həmin evdə bir gün işləmiş, Təqsirləndirilən şəxs orada görməmişdir. Onun zəhmət haqqı Elçin tərəfindən ödənilmişdir. İş materiallarında olan fotoşəkillərdəki evin pəncərələrini o quraşdırmışdır. Fotoşəkillərdə görünən ustalar o, həmin evə baxmağa gedən zaman orada olmuş, Vüqara material lazım olduğunu bildirmişlər. Məhkəmə iclasında ittiham tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2018-ci ildən, qardaşını isə çoxdan tanıyır. Qardaşı ilə dostdur. Onu Elçinlə qardaşı tanış etmişdir. Qardaşı ondan Elçinin evini təmir edə biləcəyini soruşmuş, o da razılaşıb evi təmir etmişdir. O, Zərərçəkmiş şəxs evində 2018-ci ildə onun qardaşı ilə birlikdə işləmişdir. O, həmin evdə təmir işlərinə başlayan zaman evin çöl suvağı vurulmuş, içəridə isə döşəmənin milləri atılmış, döşəmə vurulmamışdı. O, həmin evdə ümumi ağartma işlərini görmüş, döşəmə və alçipan, hamam otağına kafel və metlax vurmuşdur. Hamam otağına suvaq vurulmuş vəziyyətdə olmuşdur. Evin daxili qurluşunu xatırlamır. O, zəhmət haqqını Zərərçəkmiş şəxs almışdır. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı X15 tərəfindən qəbul edilmiş 23 mart 2016-cı il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən torpaq sahəsində evin tikilməsi ilə bağlı Təqsirləndirilən şəxs öz işçi briqadası ilə birlikdə razılaşdığı 21000 manatın 11000 manatını mənimsəyərək işin görməməsinə dair vət.Şahid müraciəti əsasında fakta görə araşdırma aparılmış və cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2016-cı il tarixli qərar ləğv edilmiş və əlavə araşdırılması üçün material Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı Şərail Quliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Zərərçəkmiş şəxs və X3 şikayət ərizələri əsasında təhqiqat aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 iyul 2016-cı il tarixdə qərar qəbul edilmişdir. Təhqiqatçı araşdırma apararkən xx.xx.2016-cı il tarixdə vət.Şahid məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi 364 saylı evə baxış keçirmiş, fotoşəkillər çəkmiş, tərəflərin izahatını almış və “baxış keçirilmə haqqında” protokol tərtib etməklə iş materiallarına əlavə etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2016-cı il tarixli qərar ləğv edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 1878 saylı, xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ev üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8836 manat məbləğində olduğu müəyyən olunur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və xx.xx.2017-ci il tarixdə Sumqayıt ŞPİ-in İŞ-nin sabiq baş müstəntiqi, polis mayoru İlqar Məmmədovun icraatına qəbul edilərək istintaq aparılmışdır. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarxdə sabiq baş müstəntiq İlqar Məmmədov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən xx.xx.2017-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilməsi haqqında sabiq baş müstəntiq İlqar Məmmədov tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qərar ləğv edilərək cinayət işi əlavə istintaq aparılması üçün Sumqayıt şəhər Pİ-nin İŞ-nə göndərilmiş, cinayət işinin istintaqının davam etdirilməsi İŞnin sabiq baş müstəntiqi, polis mayoru Anar Şirinova həvalə edildiyindən onun icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə sabiq baş müstəntiq Anar Şirinov tərəfindən ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında baş müstəntiq Anar Şirinovun xx.xx.2017-ci il tarixli qərarı Sumqayıt şəhər prokurorunun müavini Kamran Mahmudovun xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv edilərək cinayət işi əlavə istintaq aparılması üçün Sumqayıt şəhər Pİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi Vidadi Əliyev tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin cinayət tərkibi olmadığına görə ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi Vidadi Əliyevin xx.xx.2017-ci il tarixli cinayət işi üzrə xitam verilməsi barədə qərar ləğv edilərək, iş üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilmiş və istintaq aparılması Sumqayıt şəhər prokurorluğunun sabiq müstəntiqi, İİ dərəcəli hüquqşünas Hüseyn Mustafayevə həvalə edildiyindən, həmin tarixdə cinayət işi onun icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini baş ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020ci il tarixdə Sumqayıt şəhər prokurorluğunun müstəntiq Hüseyn Mustafayev tərəfindən cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2020-ci il tarixdə təzələnmiş, xx.xx.2020-ci il tarixdə eyni əsasla dayandırılmış və xx.xx.2020-ci il tarixdə təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə müstəntiq Hüseyn Mustafayev tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1 və 178.2.4-cü maddəsinə tövsif edilməklə, cinayət işi aidiyyatı üzrə istintaqın aparılması üçün Sumqayıt ŞPİ-in İŞ-yə qaytarılmışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə sabiq baş müstəntiq Vidadi Əliyev tərəfindən cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini baş ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ləğv edilərək, iş üzrə icraat təzələnmiş və cinayət işi əlavə istintaqın Sumqayıt ŞPİ-nin İŞ-də aparılmasının təmin edilməsi üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmiş və xx.xx.2021-ci il tarixdə cinayət işi baş müstəntiq Vidadi Əliyevin icraatına qəbul edilməklə istintaq davam etdirilmiş, aidiyyəti prosessual hərəkətlər edildikdən sonra xx.xx.2021-ci il tarixdə tərəfindən yenidən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə istinad etməklə cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİİ dərəcəli dövdət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ləğv edilərək, iş üzrə icraat təzələnmiş və cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2021-ci il tarixədək uzadılaraq, iş üzrə əlavə istintaqın Sumqayıt ŞPİ-nin İŞ-də aparılmasının təmin edilməsi üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Sumqayıt ŞPİ-nin İŞ-nin rəis müavini, polis mayoru Elşad Şahbazova həvalə edildiyindən, həmin tarixdə cinayət işi icraatına qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 177.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs dələduzluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs 12.164 (on iki min yüz altmış dörd) manat məbləğində maddi ziyan vurulduğundan Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.1, 178.2.1 və 322.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iki ədəd CD disklərə baxış keçirilmiş, "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilmiş, baxış zamanı diskin içərisində 07 fayl olduğu müəyyən olunmuş, həmin fayllara baxış keçirilmiş və cinayət işi üçün hər hansı bir əhəmiyyət kəsb edən nəsə aşkar edilməmişdir. İkinci CD diskə baxış keçirilmiş, diskdə cinayət işi üçün hər hansı bir əhəmiyyət kəsb edən nəsə aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən ev Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən fərdi dir. Evin sağında, solunda və arxasında fərdi evlər yerləşir. Evin qarşısından isə məhəllə arası avtomaşın yolu keçir. Evin dörd bir yanı hasar bir dəmir darvazası vardır. Həmin darvazadan içəriyə daxil olanda təxminən 3-4 sot torpaq sahəsinin içərisində yerdən kürsülü tikilmiş bir mərtəbəli ev yerləşir. Evin bayır divarı qara suvaqla suvanıb. Evin arxa hissəsinə getmək üçün evin sağ tərəfindən yol gedir. Evə daxil olmaq üçün evin qarşısında dəhlizə 07 mişar daşından pilləkən vardır. Evin qarşı tərəfinə həyətə 02 ədəd ayrı ayrı otaqlardan pəncərə vardır. Evin giriş qapısı dəmirdəndir və içəriyə daxil olanda düzünə dəhlizdir. Dəhlizin sağ sol və düz baş hissəsində ayrı ayrı otaqların qapıları var və həmin qapılar dəhlizə açılır. Evin içərisi taxda döşəmə divarları isə ağ suvaqla suvanıb. Ev təmirlidir, evin otaqlarının qapısı yoxdur. Evin şəkilləri protokola əlavə edilməsi üçün çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2164 saylı, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 718 saylı, xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2721/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Şahid qarşı pul tələbinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3574/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2721/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-427/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət işi üzrə ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin kimə məxsus olmasına, həmin şəxslərin anket məlumatlarının, həmin nömrələrə 2015-ci il iyun-iyul aylarında daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini, 070-397-98- 99, ***-***-**-** saylı mobil telefon nömrələrinin 2015-ci il iyun-iyul aylarında hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatlar, Təqsirləndirilən şəxs (Şəxsiyyət vəsiqəsi AZE: ********) adına olan mobil nömrələrin siyahısı, həmin nömrələrə 2015-ci il iyun-iyul ayları ərzində daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini, onun adına müəyyən edilmiş mobil telefon nömrələrinin 2015-ci il iyun-iyul ayları ərzində hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların əldə edilməsi üçün "xxxx" MMC-yə "xxxx" MMC-yə "xxxx" MMC-yə sorğu verilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin BKC/LGL-17037/21 saylı, "xxxx" MMC-nin 23563 saylı və xx.xx.2021-ci il tarixdə AZE/LGL-32179/21 saylı, məktubu ilə sorğuya cavab daxil olmuşdur. Qeyd olunan sorğulara cavablar məhkəmə tərəfindən tədqiq edilmiş və iş üçün əhəmiyyətli məlumat əldə olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş ziyanın 5000 manatını qəbul etmiş, qalan 5000 manat ziyanın ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 124-17217 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə daxil olarkən Nəqliyyatda baş polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət işinin icraatı təzələnmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-15/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin 58-1/2-5338/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-1685/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağstafa ŞPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın ödənilməsi haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyana görə arvadı X1 Elçin Eldar oğluna 12164 manat pul ödəməyi, Zərərçəkmiş şəxs həmin öhdəliyin müqabilində Təqsirləndirilən şəxs qarşı əlavə pul tələb etməyəcəyini, məhkəmə və istintaq orqanlarına müraciət və şikayət etməyəcəyini öhdəsinə götürür. Gələcəkdə bu işlə əlaqədar heç bir iddia və tələbləri olmayacaq. X1 Elçin Eldar oğluna 12164 (on iki min yüz altmış dörd) manat məbləği nəğd şəkildə ödəmiş, Zərərçəkmiş şəxs isə həmin məbləği nəğd qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində müqavilə münasibətlərindən yaranmış öhdəliyin lazımınca icra edilməməsindən irəli gələn mülki hüquq pozuntusu olduğu halda, ibtidai istintaq orqanı tərəfindən ona qarşı əsassız ittiham rəli sürülmüşdür. İbtidai istintaq orqanı əməlin tövsifində ciddi səhvə yol vermiş, mülki hüquq münasibətlərindən irəli gələn mübahisəyə yanlış olaraq cinayət hadisəsi kimi qiymət vermişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisinə dair razılığa gəlmiş, Təqsirləndirilən şəxs ona ödənilən məbləğə əsasən həmin evdə tikinti işləri görmüş, lakin Zərərçəkmiş şəxs görülən işlə razı olmadığından Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Dəfələrlə mülki mübahisə olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilsə də Zərərçəkmiş şəxs təkidli şikayətləri ilə ibtidai istintaq orqanı tərəfindən cinayət işi başlanılmışdır. Məhkəmə tərəfindən qeyd olunan halları tədqiq edərkən müəyyən etmişdir ki, ibtidai araşdırmanı həyata keçirən orqan, tərəflər arasında mülki qaydada mübahisə olduğunu aydın görmüş, lakin zərərçəkmiş şəxs müharibə iştirakçısı olduğu və cinayət işi başlamayacağı təqdirdə özünü intihar edəcəyinə dair coxsaylı şikayətləri əsasında X27 oğlu barəsində cinayət işinin başlanmışdır. Belə ki, zərərçəkmiş şəxsin müraciətləri və şikayətlərinə görə təhqiqat və istintaq orqanı tərəfindən araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi və cinayət təqibiqə xitam verilməsi barədə qərar yeddi dəfə prosessual rəhbərliyi həyata keçirən orqan tərəfindən ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir. İşin hallarına görə Təqsirləndirilən şəxs ittihamda qeyd olunan etibardan suiistifadə etmə və aldatma üsulundan istifadə etməklə pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirməmiş, zərərçəkmiş şəxslə aralarında olan razılığa əsasən ondan aldığı məbləğ həcmində üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin təqsirləndirilən şəxs tərəfindən öhdəliklərin lazımınca yerinə yetirilməməsi barədə zərərçəkmiş şəxsin qeyd etdikləri cinayət işinin başlanılması üçün əsas olmamaqla mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən öhdəliyin lazımınca yerinə yetirilmədiyi qənaətinə gəlindiyi halda belə zərərçəkmiş şəxs ona dəymiş zərərlə bağlı mülki qaydada iddia qaldırmaq hüququna malik olmuş, lakin əsassız şikayətlərlə təqsirləndirlən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanılmasına nail olmuşdur. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında razılaşma olarkən sonuncunun pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirərək pulu götürüb qaytarmamaq yaxud iş görməmək kimi niyyəti olmamış, onun əməli zərərçəkmiş şəxsə zərər vurmağa yönəlməmişdir. Təqsirləndirilən şəxs pulu əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması, ona ödənilən məbləğlər əsasında iş görməsi onun əməlinin Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs niyyəti öhdəliyi icra etməməklə zərərçəkmiş şəxsə məxsus pul vəsaitini əvəzsiz və qanunsuz əldə etmək deyil, podrat müqaviləsi bağlamaqla mülki münasibətlərinə girib həmin öhdəliyi yerinə yetirmək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Eyni Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, "qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət olan hərəkətlər başa düşülür". Qeyd olunan anlayışdan görünür ki, talama cinayətlərinin obyektiv cəhətinin zəruri əlamətləri sırasına özgə əmlakının hüquqazidd və əvəzsiz götürülməsi əlamətləri daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, "Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki. şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun." Həmin qərarın 5-ci bəndində qeyd olunur ki, "Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun." Yenə həmin qərarın 27-ci bəndində göstərilir ki, "Mülki münasibətlərdən irəli gələn (məsələn qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.” İşin faktiki halları nəzərə alındıqda Təqsirləndirilən şəxs niyyətinin birbaşa pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi, bunun reallıqda baş verməsi, yəni talama cinayətini xarakterizə edən zəruri subyektiv və obyektiv əlamətlərin mövcudluğu müəyyən edilmir. Buna görə də onun barəsində irəli sürülmüş ittihamın hüquqi və faktiki əsası mövcud deyildir. Bundan başqa zərərçəkmiş şəxs mübahisəli evin hazırki vəziyyətdə çəkilmiş fotoşəkillərini məhkəməyə təqdim etmiş, iş materiallarına əlavə edilmiş fotoşəkillərin tədqiqi zamanı fotoşəkildəki evin ona məxsus olmadığını və həmin fotoşəkildə görünən ustaları tanımadığını bildirmişdir. Qeyd olunan ziddiyyətin aradan qaldırılması məqsədi ilə ittiham tərəfin vəsatəti əsasında cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq məhkəmə iclasına dəvət edilmiş və ifadəsində qeyd olunan evə onun tərəfindən üç dəfə baxış keçirildiyini və həmin fotoşəkillərin də baxış zamanı onun tərəfindən çəkildiyini, Vuqar Kazımovun ustaları tərəfindən həmin vaxtlarda evdə iş gördüyünü qeyd etmiş, bununla da təqsirləndirilən şəxsin ifadəsinin doğruluğu bir daha təsdiq olunmuşdur. Eyni zamanda fotoşəkillər uzlaşdırıldıqda görünən evlərin sözügedən mübahisəli evin qismən təmirli və hazırki vəziyyətdə çəkilmiş olduğu aydın şəkildə görünür. Zərərçəkmiş şəxs fotoşəkillərdə ayrı-ayrı evin olduğunu iddia etsə də, məhz sözügedən evdə şəkillərin çəkilməsi mübahisə doğurmur. Eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasına dəvət edilmiş şahidlərin dindirilməsi zamanı da müəyyən olunmuşdur ki, həmin şəxslər iş materiallarına əlavə edilmiş fotoşəkillərdə görünən ustalardır. Onlar həmin mübahisəli evdə işləmiş və zəhmət haqqını təqsirləndirilən şəxsdən almışlar. Bu hal ittiham tərəfin vəsatəti ilə dindirilmiş müstəntiqin ifadəsi və onun tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunmuşdur. Məhkəmə iclasında verdikləri ifadələr məhkəmə istintaqı zamanı tədqiq edilmiş hallarla da üst-üstə düşmüşdür. Bundan başqa məhkəmə tikinti-texniki ekspertizasının 1878 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ev üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8836 manat məbləğində olduğu müəyyən olunmuş, lakin rəy verilərkən, daşınma xərcləri, zəhmət haqqı və əlavə təmir işlərinin görüldüyü nəzərə alınmamışdır. Bununla belə, tərəflər arasında yaranmış münasibətlər mülki hüquqdan irəli gəldiyindən, məhkəmə hazırda ittihamda qeyd olunan məbləğdə zərərin olubolmamasına qiymət verilməsinə zərurət duymur. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı madəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən «əməldə cinayət tərkibi olmadıqda» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona həmin maddə ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan maddi sübut-iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)- 427/2021) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli 599 saylı orderə əsasən vəkil X6 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək vəkil X4 hüquqi yardımından imtina etmiş, vəkil Müdafiəçi ilə müqavilə bağlayaraq hüquqlarının müdafiəsini ona həvalə etmişdir. Müdafiəçi X13 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 44.2.1, 55, 344-350, 352-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş materiallarında olan maddi sübut iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar