Məhkəmə qərarları › İş №1(060)-3/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-3/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-3/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “Arbitrium” Vəkil Bürsosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Xındırıstan ərazi dairəsi, Dadaşlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli kəndində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində qohumları Təqsirləndirilən şəxs2 Cəbarayıl oğlu və X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Coral bağlar massivi, fərdi evdə təmir işləri apardığı zaman 02 (iki) ədəd hər biri 06 metr uzunluğunda və 60 sm enində bir metri 160 (bir yüz altmış) manat olan, ümümilkdə 1920 (bir min doqquz yüz iyirmi) manat dəyərində dəmir şvellerləri, 01 (bir) ədəd “LG” markalı paltaryuyan maşının 300 (üç yüz) manat dəyərində olan mühərikini, 100 (yüz) ədəd hər biri 01 (bir) manat olan, ümümilikdə 100 (yüz) manat dəyərində plastik vedrələri, 15 (on beş) metr uzunluğunda ümümilikdə 60 (altmış) manat dəyərində olan dəmir qaz boruları, 01 (bir) ədəd kamin sobasının 300 (üç yüz) manat dəyərində dəmir qapısını və 63 (altmış üç) ədəd 3150 (üç min üç yüz əli ) manat dəyərində dəmir ayaqaltını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5830 (beş min səkkiz yüz otuz) manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 14 radələrində qohumları Təqsirləndirilən şəxs1 və X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə təmir işləri apardığı zaman 02 (iki) ədəd hər biri 06 metr uzunluğunda və 60 sm enində bir metri 160 (yüz altmış) manat olan, ümümilkdə 1920 (min doqquz yüz iyirmi) manat dəyərində dəmir şvellerləri, 01 (bir) ədəd “LG” markalı paltaryuyan maşının 300 (üç yüz) manat dəyərində olan mühərikini, 100 (yüz) ədəd hər biri 01 (bir) manat olan, ümümilikdə 100 (yüz) manat dəyərində plastik vedrələri, 15 (on beş) metr uzunluğunda ümümilikdə 60 (alımış) manat dəyərində olan dəmir qaz boruları, 01 (bir) ədəd kamin sobasının 300 (üç yüz) manat dəyərində dəmir qapısını və 63 (alımış üç) ədəd 3150 (üç min üç yüz əli) manat dəyərində dəmir ayaqaltını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5830 (beş min səkkiz yüz otuz) manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 ildən artıqdır ki, usta işləyir. xx.xx.2021-ci il tarixdən Sumqayıt şəhəri, X11 Həsənovaya məxsus bağ evində təmir-tikinti işləri aparmağa başlamış, əsas işi rəngsaz olsa da, digər işləri də bacardığı üçün Zərərçəkmiş şəxs evində demək olar ki, bütün işləri görmək barədə sonuncu ilə razılığa gəlmişlər. Həmin işləri görməkdə ona bacısı uşaqları X6 və Təqsirləndirilən şəxs2 da kömək etmişlər. Hər gün tezdən gəlib axşam saatlarına kimi işləmişlər, həmin vaxt evdə olan artıq əşyalar, tullantılar bağ evinin həyətində dəmir darvazanın yanındakı hasarın yanına yığılırmış. Zərərçəkmiş şəxs bağ evinə gələndə ona ora yığılmış zibilləri atmağı bildirmişdir. O da həmin zibillərin içərisində pula satacaqları əşyaların olduğunu bildiyi üçün metal qəbulunda işləyən Elməddin adlı tanışına zəng edərək özünə məxsus tullantı dəmir əşyaların olduğunu, satmaq istədiyini, ala bilibbilməyəcəyini soruşmuş, o da almaq istədiyini demişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 14 radələrində o həyətdə olan zaman bacısı oğlu Cavidanın köməkliyi ilə Elvin evin içərisində yerə laminat vururmuş. O, Elməddinə zəng edərək Sumqayıt şəhəri, Corat bağlarında olduğunu, oraya gələ bilib-bilməyəcəyini soruşmuş, o da ona yaxında olduğunu, gələ biləcəyini demişdir. O, işlədiyi evin yerini Elvinə başa salmış, sonuncu da özünə məxsus “Qazel” markalı yük maşını ilə onun işlədiyi Zərərçəkmiş şəxs evinin yanına gəlmişdir. O, Elməddinlə görüşərək onu həyətə çağıraraq verəcəyi əşyaları göstərmişdir. Daha sonra ora Cavidan və Təqsirləndirilən şəxs2 da gəlmişlər və Elməddin ondan həmin əşyaların kimə məxsus olduğunu soruşmuş, o da Elməddinə bu evdə işlədiyini, bu əşyaların lazımsız olduğunu, ev yiyəsinin ona verdiyini, ona görə də satmaq istədiyini, özünə məxsus olduğunu demişdir. O, Elməddinlə köməkləşərək 01 ədəd dəmir şvilleri, bir neçə ədəd plastik vedrəni qazelə yükləmişlər, Elməddin həmin əşyalara görə ona 60 (altmış) manat pul vermişdir. Daha sonra Elməddini yola salmış, əşyaları satıb əldə etdiyi 60 manat pulu isə özlərinə yemək-içmək alaraq şəxsi ehtiyacları üçün xərcləmişdir. Bağ evində işləyən zaman Zərərçəkmiş şəxs həyat yoldaşı Qafillə oraya gəlmişlər. Zərərçəkmiş şəxs bağa gələndə bağda ona məxsus yuxarıda qeyd olunan əşyaların olmadığını görmüş, bağdan oğurluq olduğunu demişdir. İlk öncə onlar həmin əşyalardan məlumatsız olduqlarını bildirmişlər. Sonra isə orada mühafizəçi işləyən Anar və bir müddət ondan sonra Murad adlı şəxslər gəlmişlər. Daha sonra onlar həmin əşyaları Elmədin adlı şəxsə satdıqlarını etiraf etmişlər. Ona görə də, o, özü şəxsən Zərərçəkmiş şəxs üçün yazılı izahat verərək həmin izahatda bağda olan əşyaların onlar tərəfindən satıldığını qeyd etmişdir. Həmçinin onlar Zərərçəkmiş şəxs məxsus əşyaları geri qaytarmağa söz vermişlər, daha sonra isə Zərərçəkmiş şəxs polis əməkdaşlarını çağırmış və polis əməkdaşları onları bölməyə aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığı üçün onun ibtidai istintaq dövründə ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, o, hazırda ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır, əvvəllər məhkumluğu olmamamış və hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. 15 ildən artıq usta işləmişdir. xx.xx.2021ci il tarixdən Sumqayıt şəhəri, X11 Həsənovaya məxsus bağ evində təmir-tikinti işləri aparmağa başlamış, görəcəyi əsas iş rəngsaz olsa da, digər işləri də bacardığı üçün İlhamə xanımla evdə demək olar ki bütün işləri görmək barədə razılığa gəlmişdir. Həmin işləri görməkdə ona bacısı uşaqları X6 və Təqsirləndirilən şəxs2 da kömək edirmişlər. Onlar hər gün tezdən gəlib axşam saatlarına kimi işləyirmişlər. Həmin vaxt evdə olan artıq əşyalar, tullantılar bağ evinin həyətində dəmir darvazanın yanındakı hasarın yanına yığılmışdır. O da orada işləyəndə həmin yerdə yığılan əşyaların, dəmirlərin, şvellərin onsuzda tullanacağını fikirləşmiş, onları oğurlayıb Zərərçəkmiş şəxs xəbərsiz satmağı fikirləşmişdir. Zərərçəkmiş şəxs imkanlı şəxs olduğu üçün onlara diqqət yetirməyəcəyini fikirləşmişdir. Onunla orada işləyən Cavidan Mahmudova və Təqsirləndirilən şəxs2 həmin əşyaları oradan götürüb satmağı və əldə edilmiş pulu aralarında bölməyi təklif etmişdir. Həmin ərəfələrdə onun metal qəbulunda işləyən Elməddin adlı tanışı olmuş, hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək özünə məxsus tullantı dəmir əşyaların olduğunu, satmaq istədiyini, ala bilib-bilməyəcəyini soruşmuş, o da problem olmadığını demiş, Elməddin də daha sonra ona zəng edərək yer deyəcəyini və gələrək oradan götürməyini söyləmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 14 radələrində bacısı oğlu Elvin evin içərisində yerə laminat vururmuş, Cavidan da ona kömək edirmiş. O da həmin vaxtı həyətdə olmuşdur. O, Elməddinə zəng edərək Sumqayıt şəhəri, Corat bağlarında olduğunu, buraya gələ bilib-bilməyəcəyini soruşmuş, o da ona yaxında olduğunu gələ biləcəyini demişdir. O, işlədiyi evin yerini Elməddinə başa salmış, o da özünə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı boz rəngli “Qazel" markalı yük maşını ilə onun işlədiyi bağ evinin yanına gəlmişdir. O, Elməddinlə görüşərək onu həyətə çağıraraq verəcəyi əşyaları göstərmişdir. Daha sonra ora Cavidan və Təqsirləndirilən şəxs2 da gəlmiş və Elməddin ondan həmin əşyaların kimə məxsus olduğunu soruşmuş, o da Elməddinə bu evdə işlədiyini, bu əşyaların lazımsız olduğunu, ev yiyəsinin ona verdiyini, ona görə də satmaq istədiyini, özünə məxsus olduğunu demişdir. O, Elməddinlə köməkləşərək 02 ədəd dəmir şvilleri, 100 ədəd plastik vedrəni, 02 ədəd təxminən 4 metr uzunluğunda dəmir qaz borularını, təxminən 15 kilo dəmir məftili qazelə yükləmiş, Elməddin həmin əşyalara görə ona 60 (altmış) manat pul vermişdir. Daha sonra Elməddini yola salmış, əldə etdikləri 60 manat pulu isə Elvin və Cavidanla xərcləmişdir. Həmin gün yemək siqaret və digər ərazaqlar almışlar, onlar oğurluq etdikdən sonra həmin bağ evində işləyən zaman bağa İlhamə Hüseynova həyat yoldaşı Qafillə birlikdə gəlmiş, İlhamə Hüseynova bağa gələndə bağda ona məxsus yuxarıda qeyd olunan əşyaların olmadığını görmüş, bağdan oğurluq olduğunu onlara demiş, ilk öncə o, Elvin və Cavidan etdikləri əməli İlhamə Hüseynovaya etiraf etməmişlər. Daha sonra oraya mühafizəçi işləyən Anar və bir müddət ondan sonra Murad adlı şəxslər gəlmişlər. Daha sonra onlar törətdikləri əməldən peşmançılıq çəkdikləri üçün İlhamə Hüseynovaya ona məxsus əşyaları Elmədin adlı şəxsə satdıqlarını etiraf etmişlər . Ona görə də, o, özü şəxsən izahat yazaraq bağda olan əşyaları onların tərəflərindən satıldığını qeyd etmişdir. Həmçinin X8 məxsus əşyaları geri qaytarmağa söz vermişlər, daha sonra isə İlhamə Hüseynova polis əməkdaşlarını çağırmış və onları polis bölməsinə aparmışlar. X8 məxsus əşyaları ona bildirmədən satmışlar, lakin onlar onun buna görə barələrində polisə şikayət edəcəyini düşünməmişlər, lakin onlar Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildirmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 03 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat Bağlarında yerləşən İ.Hüseynovaya məxsus bağ evində evin döşəməsinin üzlənməsi işlərini görürmüş. O, yuxarı mərtəbədə döşəmənin üzlənməsi işlərini görən zaman həyətə qazel markalı maşının gəldiyini görmüşdür. O, dayısı Təqsirləndirilən şəxs1 qazelin nə üçün gəldiyini soruşmuş, dayısı ona həyətdə olan zibilləri yığdığını bildirmişdir. Həmin gün axşam tərəfi Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Qafil həyətə gələn zaman orada olan şvellərin yerində olmadığnı bildirmişlər və harda olmasını soruşmuşlar. Dayısı Təqsirləndirilən şəxs1 əşyaları satdığını bildirmişdir. Bunu bildikdən sonra Həsənova əsəbiləşmiş və dayısına izahat yazdırmışdır. Zərərçəkmiş şəxs sabah saat 12-ə kimi götürülən əşyaların çatdırılmasını tələb etmişdir. Daha sonra o, orada ağsaqqal kişi olan Murad, Ramazan və Zərərçəkmiş şəxs ilə birlikdə çörək yemişlər. Zərərçəkmiş şəxs onu birinci dəfə gördüyünü və onunla işi olmadığını bildirmişdir. O da Zərərçəkmiş şəxs böyüklərinin gəlməyini və bu məsələnin sakitcə öz aralarında həll etmələrini təklif etmişdir. Böyüklər gələnə kimi isə Mehman adlı polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları xalası oğlunu və onu aparmışlar. Onlar 2 gün polis idarəsində qalmışlar. Göstərilən halları, heç bir oğlurluq hadisəsinin baş vermədiyini, dayısının sadəcə zibil hesab etdiyi əşyları satmasını, həmin hadisə ilə bağlı isə onun heç bir əlaqəsinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığı üçün onun ibtidai istintaq dövründə ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, o, 03 avqust 2021-ci il tarixdən Sumqayıt şəhəri, X11 Hüseynovaya məxsus bağ evində döşəməsinin üzlənməsi işləri görürmüş. Onunla bərabər həmin evdə dayısı Taryel və xalası oğlu Cavidan da işləmişlər. 03 sentyabr 2021-ci il tarixdə İlhamə Hüeynovaya məxsus bağ evinə gəlmişdir. Həmin bağ evin həyətində lazımsız əşyalar çox olduğu üçün dayısı Taryel ona və onlarla orada işləyən xalası oğlu Cavidan Mahmudova həmin əşyaları götürüb dəmir yığana təhvil verməyi təklif etmişdir. Ona görə onlar razılıq verdikdən sora dayısı Taryel tanışı dəmir yığan Elməddinə zəng edərək, özünə məxsus dəmir əşyayları olduğunu və təhvil vermək istədiyini demişdir. Həmin gün. yəni saat 14 radələrində ora adını sonra bildiyi dəmir yığanlar Elmədin və Elgün özünə məxsus “Qazel” markalı **-KU- *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Onlar oraya gəldikdən sonra İlhamə Hüseynovanın bağında o, 02 ədəd polad materialından 6 metr uzunluğunda olan polad şvellerləri, “LG” markalı paltaryuyan maşının matoru, 15 metr uznluğuna dəmir qaz boruları, 100 ədəd plastik vedrələri və digər dəmir alətləri həmin avtomobilə o, Cavidan və dayısı Taryellə birlikdə yığmışlar. Daha sonra Elməddin həmin əşyalara görə daysısı Taryelə 60 manat pul vermişdir. Həmin pulla Taryel onlara ərzaq və siqaret almışdır. Növbəti gün bağa İlhamə Hüseynova həyat yoldaşı Qafillə birlikdə gəlmişdir. İlhamə Hüseynova bağa gələndə bağda ona məxsus yuxarda qeyd olunan əşyaların olmadığını görüb, bağdan oğurluq oldğunu demişdir. İlk öncə o, dayısı Taryel və xalası oğlu Cavidan etdikləri əməli İlhamə Hüseynovaya etiraf etməmişlər. Daha sonra oraya mühafizəçi işləyən Anar və bir müddət ondan sonra Murad gəlmişlər. O da sonra dayısı X7 düzünü deməyi təklif etmişdir. Ona görə də, onlar törətdikləri əməldən peşmançılıq çəkdikləri üçün İlhamə Hüseynovaya ona məxsus əşyaları Elmədin adlı şəxsə satıdıqlarını etiraf etmişlər. Taryel öz əli ilə kağızda özü İlhamə Hüseynova üçün yazılı izahat vermişdir. Həmin izahatda Taryel bağda olan əşyaları onlar tərəfindən satıldığını qeyd etmişdir. Həmçinin X8 məxsus əşyaları geri qaytarmağa söz vermişlər. Daha sonra İlhamə Hüseynova polis əməkdaşlarını çağırmış və onları polis bölməsinə aparmışlar. X8 məxsus əşyaları ona demədən satmışlar, lakin onlar onun buna görə barələrində polisə şikayət edəcəyini düşünməmişlər. Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs2 özünü ümumiyyətlə təqsirli bilməmiş, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilmişdir. Lakin, onların təqsirli olmaları ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri, Corat bağlar massivində bağ evi vardır. Həmin evdə təmir işlərinin aparılması üçün həyat yoldaşı Qafil Tağıyev öz tanışları vasitəsilə Taryel adlı usta ilə tanış olmuşdur. Onlar evdə təmir işlərini aparmaq üçün Təqsirləndirilən şəxs1 çağırmışlar, o, gəlib evə baxmış və evdə olan hörgü, rəngsaz və s. işlərini görə biləcəyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 onlara çox düzgün adam olduğunu, hətta pivə belə içmədiyini bildirmişdir. Daha sonra həyat yoldaşının ağır psixi xəstə olduğunu, onun dərmanlarını almalı olduğu üçün əvvəlcə onlardan 300 (üç yüz) manat pul istəmişdir. O, narahat olmamağı, bacısı oğlanları Cavidan və Elvinlə orada qalıb işləyəcəklərini bildirmişdir. Səhəri günü Təqsirləndirilən şəxs1 bacısı oğlanlarını gətirərək Cavidanın fəhlə işi ilə məşğul olacağını və Elvinin isə laminat vuracağını onlara demişdir. Onlar Taryelə, Cavidana və Elvinə evi təhvil verib getmişlər. Həmin şəxslər evdə işləməyə başlayanadək Ramazan adlı şəxs öz ailəsi ilə birlikdə qalırmış. Taryel, Cavidan və Elvin evə köçəndə Ramazan evi onlara təhvil verib getmişdir. Taryel təmir aparması üçün onlara xeyli material aldırmışdır. Onlar təqribən 3-4 gündən sonra, həmin evə getmişlər. Onlar həyətdən 3 ədəd polad şvellerin, 2 ədəd hər biri 6 metrlik uzunluğunda 2 şvellerin, həyətdən dəmir torbaların və plastik vedrələrin yoxa çıxdığını müşahidə etmişlər. Onlar həmin əşyaların nə üçün yerində olmadığını soruşmuşlar. Taryel və digər şəxslər əvvəlcə məlumatlı olmadıqlarını bildirmişlər. Onlar qonşu evdə mühafizəçi işləyən Anar adlı şəxsdən oğurluq olub-olmadığı barədə soruşduqda, sonuncu onlara buradan gecə vaxtı oğurluq edilməsinin qeyri-mümkün olduğunu, əgər oğurluq olubda gündüz vaxtı heç kim şübhələnməsin deyə ustalar tərəfindən edildiyini bildirmişdir. Sonra o, evdə, həyətdə nə olduğunu, nəyin harada olduğunu o yaxşı bildiyi üçün Ramazanı bağ evinə çağırmış, Ramazan çağıran kimi evə gəlmişdir. Daha sonra digər əşyaların da oğurlandığı məlum olmuşdur. Bu arada Cavidan qaçıb getmiş, daha sonra onlar Taryel və Elvinlə danışmağa başlamışlar. Elvin onun həyat yoldaşı Qafilə və qonşuda olan Anara şikayət etməməyi, sabah saat 12-yə qədər oğurladıqları malları gətirib qaytaracaqlarına söz vermişlər. Elvin onlara oğurlanan malları satdıqlarını demişdir. Cavidan malları satdıqları adamı tapmağını və həmin adama malları başqasına satmamağı bildirmək üçün getmişdir. Elvin onlara oğurlanan malları qaytaracağına söz vermişdir. Taryel izahat yazaraq həqiqətən onların evindən Cavidanla birlikdə oğurluq etdiklərini və oğurladıqları əşyaları qaytaracaqlarını qeyd etmişlər. O, Cavidanı gözləmiş və sonuncu gəlmədiyi polisə zəng etmişdir. Polis hadisə yerinə gəlmişdir. Bu zaman Cavidanın anası və bacısı da gəlmişdir. Onlar polisə verməməyi, oğurlanan əşyaları qaytaracaqlarını bildirmişər. Həyətdən təqribən bir metri 200 manat olan, ümumi dəyəri 2400 manat, 02 polad şveller (biri 6 metr uzunluğunda, eni təqribən 60 sm. 2 ədəd, yəni cəmi 12 metr), “LG” paltaryuyan və qurudan maşının təqribən 300 manat dəyərində motoru, bir ədədin qiyməti təqribən 2 manat olan, ümumi dəyəri 200 manat 100 ədəd plastik vedrə, bir mertəsinin qiyməti 5 manat olan ümumi dəyəri 75 manat olan 15 metr uzunluğunda qaz xətti dəmir boruları, kamin sobasının 400 manat dəyərində çuqun qapısı, ümumi dəyəri 3500 manat olan 63 ədəd dəmir ayaqaltı oğurlamaqla, ona 6475 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxslərlə barışmasını, əlavə iddia və tələbinin olmamasını və həmin halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək, özünə məxsus metal materialları olduğunu və onları satmaq istədiyini demişdir. Ona görə də, o, həmin gün Elgünlə birlikdə Taryel dediyi yerə, yəni Sumqayıt şəhəri, Corat bağları ərazisində olan bağ evinə gəlmişlər. Həmin yerə gəldikdən sonra orada olan tanışı Təqsirləndirilən şəxs1 daha sonra adlarını bildiyi 18-25 yaş aralarında olan şəxslər Cavidan və Elvin gəlmişlər. Onlar həmin bağ evin ətrafında olan torpaq sahəsində dəmir əşyaların özlərinə məxsus olduğunu demişlər. O, tanışı Təqsirləndirilən şəxs1 həmin əşyaların oğurluq olubolmamasını sorşduqda sonuncu həmin vaxt Cavidanın və Elvinin yanında “narahat olma bunlar mənə məxsusdur və evin sahibi onların satılmasını mənə tapşırıb” sözlərini demişdir. Onlar da Təqsirləndirilən şəxs1 dediklərinə inanmışlar və həmin dəmir alətəri almağa razılaşmışlar. Daha sonra Cavidan, Elvin və o, həmin bağ evinin həyətyanı torpaq sahəsində olan təxminən 50 ədəd plastik vedrələri, 02 ədəd polad materialından olan şvelerləri, polad məftlləri və sair əşyaları “Qazel" markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avromobilə yükləmişlər. Daha sonra o, tanışı Təqsirləndirilən şəxs1 60 manat pul vermiş və oradan getmişlər. Aldığı dəmir əşyaları metal əritmə zavoduna vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ondan öncə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X4 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid X2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, İlhamə Hüseynovaya məxsus Sumqayıt şəhəri, Coral bağları ərazisində yerləşən bağ evində istirahət üçün bir neçə gün 2021-ci il tarixdə sentyabr ayın əvvəllərində ailəsi ilə birlikdə yaşamışdır. Daha sonra İlhamə Hüseynova həmin bağ evinin təmirinə başladığı və oraya ustalar gəldiyi üçün oradan çıxmışdır. xx.xx.2021-ci il tarixdə İlhamə Hüseynova ona zəng edərək, bağından oğurluq olması barədə məlumat vermişdir. Ona görə də dərhal bağa getmiş, orada 2 nəfər tanımadığı Elvin və Taryel adlı ustalar, İlhamə Hüseynova, onun həyət yoldaşı Qafil və mühafizəçi işləyən Şahid2 olmuşdur. Taryel həmin vaxt bağ evinin həyətindən plastik vedrələri, polad materialından olan şvellerləri və digər alətləri Cavidan və Elvinlə birlikdə işlədikləri zaman götürüb satdıqlarını etiraf etmişdir. Taryel vurduğu ziyanı isə sonra ödəyəcəyinə söz vermişdir. Daha sonra ora polis əməkdaşları gəlmişlər, Taryel və Elvini oradan polis idarəsinə aparmışlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri ərazisində yerləşən “Everset” adlı restoranda müafizəçi işləyir. İşlədiyi restoranın yaxınlığında Zərərçəkmiş şəxs məxsus bağ evi yerləşir. Zərərçəkmiş şəxs ona məxsus bağ evinə axşam vaxtlarında onun tərəfindən nəzarət edilməsini xahiş etmişdir. Ona görə də, Zərərçəkmiş şəxs evin açarlarını ona vermiş və o, həmin bağ evinə nəzarət etməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə restoranda olarkən İ.Hüseynova özünə məxus bağ evinə gəldikdə, oradan oğurluq olduğunu görmüşdür. Həmin vaxt orada, yəni bağ evində təmir işləri ilə məşğul olan qısa müddət ərizində tanıdığı Taryel, Elvin və Cavidan adlı ustalar da olmuşdur. İ.Hüseynova ustaları ittiham etməyə başlamışdır. Daha sonra isə orada olan Taryel özünü müdafiə etmək üçün ilk öncə oğurluq etmədiyini bildirmiş, lakin sonradan Şahid2 həyətdə olan əşyaların bir gün əvvəl yerində olduğunu demişdir. Ona görə, Taryel, Elvin və Cavidan həmin əşyaları oradan yığıb satdıqlarını onların yanında etiraf etmişlər. Taryel həmin əşyaları birlikdə işlədikləri ustalarla satdıqlarını bildirmişdir. Daha sonra onlar İ.Hüseynovaya oğurluq nəticəsində vurulan ziyanı ödəyəcəklərini bildirmişlər. Lakin İ.Hüseynova polisə zəng etdikdən sonra orada olan Cavidan adlı şəxs heç nə deməmiş oradan çıxıb getmişdir. Bir müddət sonra isə polis əməkdaşları həmin yerə gəlmiş, Taryel və Elvini oradan aparmışlar. Cinayət işinin 1-ci cild 28-29-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 69-70-ci vərəqələrində olan Sumqayıt şəhər prokurorunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 75-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 221-224-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs1 tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 3-ci cild 12-13-cü vərəqələrində olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 143-144-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 94-cü vərəqəsində olan "xxxx" MMCtərəfindən verilmiş arayışdan görünür ki, eni 0,60 metr, uzunluğu 6 metr olan 2 ədəd şvellerin 1 metrinin hazırki bazar dəyəri 160 manat olmaqla ümümumi qiyməti 1920 manat, “LG” markalı paltaryuyan və qurudan maşının motorunun hazırkı bazar dəyəri 250 manat, 100 ədəd plastik vedrlələrin hazırkı bazar dəyəri 300 manat, 15 metr uzunluğunda qaz xətti üçün nəzərdə tutulmuş dəmir boruların hazırki bazar dəyəri 60 manat, Kamin sobasının çuqun qapısının hazırki bazar dəyəri 300 manat, 63 ədəd dəmir ayaqaltının hazırki bazar dəyəri 3150 manat olmaqla ümümu dəyəri 5980 manat təşkil edir. Cinayət işinin 1-ci cild 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2960 saylı rəyindən görünür ki, 100 ədəd tikinyidə istifadə edilən, təxminən 5-7 litr həcmində olan plastik, vedrədən istifadədə olması nəzərdə alınmaqla 2021-ci il ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 100,00 manat mmüayyən edilir. Qiymətlədirlən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 5 adda mallar haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümükün olmamışdır. Cinayət işinin 104-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/2359 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və iş materiallarında göstərilən 2 adda malların, yəni 100 ədəd plastik vedrənin və 15 metr uzunluğunda dəmir borunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 122,50 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 4 adda mallar haqqında kifayət qədər məlumat (“LG” markalı paltaryuyan və qurudan maşının mühərrikinin modeli, dəmir şvellerlərin, kamin sobasının dəmir qapısının və dəmir ayaqaltıların düzgün ölçüləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. 19.11.021-ci il tarixli 9/7725 saylı ilkin ekspertiza rəyi ilə aradakı yaranmış fərq bununla izah olunur ki, təkrar ekspertiza təyini haqqında qərarda ekspert qarşısında qoyulan sualların fərqli olması, o cümlədən, tədqiqat obyektləri haqqında daha ətraflı məlumat verilmişdir. Həmin rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 178-183-cü vərəqələrində olan xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə bir ədəd üzərində Təqsirləndirilən şəxs1 əl yazıması olan kağız sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 162-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 161-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Hərbi Məhkəməsinin 08 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzaına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslər cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü qismən təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən onun 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 10 sentyabr 2023-cü il tarixdən indiyədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 20 (iyirmi) gün, ümumilikdə 08 (səkkiz) ay 22 (iyirmi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən əl yazısı ilə yazılmış bir ədəd kağız cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci, ümumilikdə 100 (yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 10 sentyabr 2023-cü il tarixdən indiyədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 20 (iyirmi) gün, ümumilikdə 08 (səkkiz) ay 22 (iyirmi) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən əl yazısı ilə yazılmış bir ədəd kağız cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 100 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar