Məhkəmə qərarları › İş №1(060)-3/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-3/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-3/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, X6, X2, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayııt şəhəri, 18-ci mikrorayon ev 4, mənzil 41 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə “qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmadığı dövrdə, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” yaşayış binalarının yaxınlığında həmin gün, saat 17 radələrində, tanışı Şahid1 ilə Zərərçəkmiş şəxs arasında olan mübahisəni aydınlaşdırmaq məqsədi ilə söhbət edərkən sonuncunun onlara cavab qaytarmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla orada olan və ətrafda olan yaşayış evlərindən səs-küyə eyvana çıxmış şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə ucadan təhqir edərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan ilk öncə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən qəsdən bir zərbə vurub sonuncuya alt çənənin sol bucaq nahiyəsinin sınığı ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra özü də Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən yumruqla qəsdən bir zərbə vuraraq sonuncunun alt çənənin sağ mental nahiyəsinin sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 yetkinlik yaşma çatmadığı dövrdə, tanışı Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” yaşayış binalarının yaxınlığında həmin gün saat 17 radələrində tanışı Şahid1 ilə Zərərçəkmiş şəxs arasında olan mübahisəni aydınlaşdırmaq məqsədilə söhbət edərkən sonuncunun onlara cavab qaytarmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla orada olan və ətrafda olan yaşayış evlərindən səs-küyə eyvana çıxmış şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə ucadan təhqir edərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan ilk öncə özü yumruqla Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən qəsdən bir zərbə vurub ona alt çənənin sol bucaq nahiyəsinin sınığı ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən yumruqla qəsdən bir zərbə vuraraq sonuncuya alt çənənin sağ mental nahiyəsinin sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş sonuncuya həyat üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuraraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, 25 aprel 2023-cü il tarixdə, təxminən saat 14-15 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” supermarketin yaxınlığında dostu Şahid1 ilə görüşüb söhbət edərkən Ömər, Vüsal adlı tanışı ilə aralarında mübahisə yarandığını, mübahisə ərəfəsində Vüsalın Ömərə “əl-qol atdığını” bildirib, Vüsalı tənbeh etməkdə Ömərə köməklik etməsini ondan xahiş etmişdir. O, bəzi işləri olduğu üçün getməli olduğunu, qısa müddətdən sonra qayıdıb onların arasında olan mübahisəyə aydınlıq gətirəcəyini bildirib, çıxıb getmişdir. O, işlərini bitirdikdən sonra, saat təxminən 22 radələrində “Bravo” marketin qarşısına qayıdıb orada Ömər və İlhamla görüşmüş, sonra Şahmar da onların yanına gəlmişdir. O, bir qədər əvvəl Ömərin, Vüsal adlı bir nəfərə şəxslə mübahisəsi yarandığını, hazırda həmin mübahisəyə aydınlıq gətirmək üçün Vüsalla görüşməyə getmək istədiyini bildirib, Şahmarın da, onlarla birlikdə getməsini xahiş etmişdir. Şahmar etiraz etməmiş və onlarla birlikdə getməyə razı olmuşdur. Bundan sonra onun istəyi ilə Ömər, Vüsala zəng edərək görüşmək istədiyini bildirdikdə, Vüsal Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin yanında olduğunu bildirmişdir. Onlar birlikdə Vüsalın olduğu yerə gedib Vüsalla görüşmüş, söhbət edə-edə 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” binaları olan əraziyə getmişlər. Həmin vaxt Vüsalın yanında olan, onun tanımadığı 3 nəfər şəxs də onlarla birlikdə getmişdir. “Kristal-Abşeron” yaşayış binalarının yaxınlığında, o və Şahmar, Ömərlə mübahisə etməsini Vüsala irad bildirdikdə, Vüsal öz əməlinə haqq qazandıraraq onlarla “özündən razı” şəkildə danışdığı üçün o və Şahmar uca səslə Vüsalı söyüb təhqir etməyə başlamışdır. Ətraf binada yaşayan insanlar səs-küyü eşidib, mənzillərinin eyvanlarına çıxaraq mübahisə etməmələrini, çıxıb getmələrini tələb etsələr də, onlar həmin şəxslərin tələbinə məhəl qoymayaraq mübahisəni davam etdirmişlər. Mübahisə ərəfəsində Şahmar qəflətən yumruq zərbəsi ilə Vüsalın sifətinin sol tərəfinə vurmuş, zərbənin təsirindən Vüsal büdrədikdə o, da, yumruq zərbəsi ilə Vüsalın çənəsinin sağ tərəfinə vurmuşdur və Vüsal huşunu itirib yerə yıxılmışdır. Bundan sonra Vüsalın tanışlarından olan adını bilmədiyi, kök bədən quruluşlu, təxminən 17 yaşlı bir şəxs Şahmarın və onun üstünə cumaraq vurmaq istəsə də, istədiyinə nail ola bilməmişdir. Digər şəxslər Vüsalın huşsuz vəziyyətdə yerdə yıxılıb qalmasından qorxaraq qaçıb getmişlər. O, Şahmar və İlham həmin ərazini tərk etmişdir. Münaqişə zamanı İlham adlı tanışının, Vüsalı vurmadığını, münaqişə zamanı onları aralaşdıraraq, sakitləşdirməyə çalışdığını bildirmişdir. Münaqişəni kənardan görən şəxslərin, eləcə də həmin ərazidəki evlərdə yaşayan sakinlərin onların səsküyünü eşidib dava-dalaş etməməyi, səs-küy salmamağı və çıxıb getmələrini tələb etsələr də, heç kimin onlara yaxınlaşıb aralaşdırmamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməcəyinə söz verir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 25 aprel 2023-cü il tarixdə, təxminən saat 21:00-22:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” supermarketin yaxınlığında dostu Təqsirləndirilən şəxs1lə görüşmüş, həmin vaxt Nicatın yanında Ömər adlı şəxs və onun tanımadığı Nicatın 2 nəfər digər tanışları olmuşdur. Həmin şəxslərdən birinin adının İlham olduğunu o, sonradan öyrənmişdir. Nicat bir qədər əvvəl Ömərin, Vüsal adlı bir nəfər şəxslə mübahisəsi yarandığını, hazırda həmin mübahisəyə aydınlıq gətirmək üçün Vüsalla görüşməyə getdiklərini bildirib ondan da, Nicatla birlikdə getməsini xahiş etmişdir. O, etiraz etməmiş və Nicatgilə qoşulmuşdur. Bundan sonra Ömər, Vüsala zəng edərək görüşmək istədiyini bildirdikdə, Vüsal Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin yanında olduğunu bildirmiş, onlar birlikdə Vüsalın olduğu yerə gedib onunla görüşmüşlər. Bundan sonra söhbət edə-edə 10-cu mikr. ərazisində yerləşən “Kristal-Abşeron” binaları olan əraziyə getmişlər. Həmin vaxt Vüsalın yanında olan, tanımadığı 3 nəfər şəxs də onlarla birlikdə olmuşdur. “Kristal-Abşeron” yaşayış binalarının yaxınlığında Nicat, Ömərlə mübahisə etməsini Vüsala irad bildirdikdə, Vüsal özünə bəraət qazandırdığı üçün o, qəflətən yumruq zərbəsi ilə Vüsalın çənəsinin sol tərəfindən vurmuş, ardınca Nicat da, yumruq zərbəsi ilə Vüsalın çənəsinin sağ tərəfindən vurmuşdur. Zərbənin təsirindən Vüsal huşunu itirib yerə yıxılmışdır. Bu zaman Vüsalın tanışlarından olan adını bilmədiyi, kök bədən quruluşlu, təxminən 17 yaşlı bir şəxs ona yumruq atmış, o, da həmin şəxsi vurmaq istədikdə həmin şəxs qaçdığı üçün həmin şəxsin arxasınca getsə də, çata bilməmişdir. Sonra münaqişə olan yerə qayıtdıqda hər kəsin çıxıb getdiyini, Vüsalın yerdə oturmuş halda olduğunu görmüşdür. Münaqişəni kənardan görən şəxslərin, eləcə də həmin ərazidəki evlərdə yaşayan sakinlərin onların səs-küyünü eşidib dava-dalaş etməmələrini, səs-küy salmamalarını və çıxıb getmələrini tələb etsələr də, heç kimin onlara yaxınlaşıb onları aralaşdırmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin qarşısında rastlaşıb bir qədər söhbət etmiş, söhbət əsnasında həmin vaxt orada olan tanımadığı bir qızı Ömərə göstərib həmin qızla tanış olmaq istədiyini bildirmişdir. Ancaq o, həmin yerdən bir qədər kənarlaşıb daha sonra geri qayıtdıqda, Ömərin həmin qıza yaxınlaşıb söhbət etdiyini görmüşdür. Qız çıxıb getdikdən sonra o, Öməri yanına çağırıb, həmin qızla onun tanış olmaq istədiyini bildiyi halda qıza yaxınlaşıb tanış olmasının düzgün hərəkət olmadığını bildirmiş, bu səbəbdən Ömərlə aralarında mübahisə yaranmışdır. Bu zaman Ömərin tanışı olan Nicat, yaxınlaşaraq Öməri yanına çağırıb Ömərlə bir qədər söhbət etdikdən sonra ona yaxınlaşıb, bəzi işləri olduğu üçün getməli olduğunu, qısa müddətdən sonra qayıdıb Ömərlə onun arasında olan mübahisəyə aydınlıq gətirəcəyini bildirib çıxıb getmişdir. Saat təxminən 22 radələrində Ömər ona zəng edərək Nicatın Ömərin yanında olduğunu onunla söhbət etmək istədiklərini bildirmiş, ardınca Nicat telefonu Ömərdən götürüb özü də onunla danışaraq onunla görüşmək istədiyini bildirmişdir. O, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin yanında olduğunu bildirmişdir. Təxminən 30 dəqiqə sonra Ömər, Nicat, Şahmar, İlham və onlarla birlikdə olan tanımadığı bir neçə şəxs onun yanına gəlmiş, həmin vaxt tanışı Həsən onun yanında olmuşdur. Onlar söhbət edə-edə 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” binaları olan əraziyə getmiş, həmin vaxt onun yanında olan, tanışı Həsən də onlarla birlikdə olmuşdur. “Kristal- Abşeron” yaşayış binalarının arxa hissəsində, beş mərtəbəli yaşayış binasının sağ tərəfində söhbətlərini davam etdirmişlər. Nicatgillə birlikdə gələn, onun tanımadığı şəxslər Ömərlə onun arasında baş verən mübahisəni qabartmamağı, “mehribançılıqla yoluna qoymağ”ı təklif etsələr də, Nicat və Şahmar Ömərlə mübahisə etməsini ona irad bildirib, “sən kimsən ki, bizim dostumuz Ömərlə mübahisə edirsən” deyib, uca səslə onun ünvanına nalayiq ifadələr işlədib onu təhqir etmişlər. Ətraf binalarda yaşayan insanlar səsküy eşidib, mənzillərinin eyvanlarına çıxaraq mübahisə etməmələrini, uca səslə söyüş söyüb insanları narahat etməmələrini, çıxıb getmələrini tələb etsələr də, Nicat və Şahmar həmin şəxslərin tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. O, Ömərlə arasında olan narazıçılığa özləri aydınlıq gətirəcəyini, Nicat və Şahmarın bu məsələyə müdaxilə etməyə ixtiyarı çatmadığını bildirib, “səslərini aşağı salmalarını” tələb etdikdə Şahmar qəflətən yumruq zərbəsi ilə onun çənəsinin sol tərəfinə vurmuş, zərbənin təsirindən o, büdrədikdə Nicat da, yumruq zərbəsi ilə onun çənəsinin sağ tərəfinə vurmuşdur. O, huşunu itirib yerə yıxılmış, “özünə gəldikdə” hər kəsin çıxıb getdiyini görmüşdür. Münaqişə zamanı İlhamın onunla sözlə mübahisə etsə də, onu vurmadığını, söyüb təhqir etmədiyini, münaqişəni kənardan görən şəxslər, eləcə də həmin ərazidəki evlərdə yaşayan sakinlər Nicat və Şahmarın səs-küyünü, onun ünvanına uca səslə söyüş söyüb onu təhqir etmələrini eşidib, münaqişə etməmələrini, səs-küy salıb insanları narahat etməmələrini, çıxıb getmələrini tələb etsələr də, Nicat və Şahmarın həmin şəxslərin tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etdiklərini, mübahisə zamanı Şahmar və ya Nicatı vurub həmin şəxslərə heç bir xəsarət yetirmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır. Onlardan şikayətçidir. Onlar barəsində qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15:00 radələrində, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında tanışları, eləcə də Zərərçəkmiş şəxslə görüşüb bir qədər söhbət etdikdən sonra yaxınlıqda olan adını bilmədiyi, onunla həmyaşıd olan bir nəfər qıza yaxınlaşıb tanışlıq yaratdıqdan sonra Vüsalgildən ayrılıb getmiş, təxminən 20 dəqiqədən sonra tanışı Nicat ona zəng edərək “Bravo” marketin yanında olduğunu bildirib onu da həmin yerə çağırmışdır. Bundan 15-20 dəqiqə sonra o, həmin yerə gəlmişdir. Orada Nicat, Vüsal, Həsənlə görüşmüş, Vüsal, az öncə onun yaxınlaşıb tanış olduğu qızla o, özü tanış olmaq istədiyini bu barədə ona bildirdiyini, ancaq onun Vüsalın sözünə məhəl qoymayaraq həmin qızla tanış olmasını ona irad bildirmiş və onunla mübahisə etməyə başlamışdır. Həmin ərəfədə tanışı Nicat yaxınlaşaraq onu yanına çağırmış, o, Vüsalla aralarında mübahisə yarandığını, Vüsalın ona “əl-qol atdığını” bildirib Vüsalı tənbeh etməkdə ona köməklik etməsini Nicatdan xahiş etmişdir. Nicat, Vüsala yaxınlaşıb bəzi işləri olduğu üçün getməli olduğunu, qısa müddətdən sonra qayıdıb onunla Vüsal arasında olan mübahisəyə aydınlıq gətirəcəyini deyib, onu və Nicatı gözləməsini bildirmiş və onlar çıxıb getmişlər. Saat təxminən 22 radələrində o, “Bravo” marketin qarşısında yenidən Nicat və Nicatın tanışı olan İlhamla görüşmüş, sonra Şahmar da onların yanına gəlmişdir. Nicat bir qədər əvvəl onun, Vüsalla mübahisəsi yarandığını, hazırda həmin mübahisəyə aydınlıq gətirmək üçün Vüsalla görüşməyə getmək istədiklərini bildirib, İlham və Şahmarın da, onlarla birlikdə getməsini xahiş etmişdir. İlham və Şahmar etiraz etməmiş və razı olmuşlar. Bundan sonra o, Vüsala zəng edərək görüşmək istədiyini bildirmişdir. Vüsal Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin yanında olduğunu bildirmiş, onlar birlikdə Vüsalın olduğu yerə gedib Vüsalla görüşmüş və söhbət edə-edə 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” binaları olan əraziyə getmişlər. Həmin vaxt Vüsalın yanında olan Həsən adlı tanışı və onun tanımadığı 2 nəfər şəxs də onlarla birlikdə getmişdir. “Kristal-Abşeron” yaşayış binalarının yaxınlığında Nicat və Şahmar onunla mübahisə etməsini Vüsala irad bildirdirərək Vüsalla mübahisə etmiş və onu uca səslə söyüb təhqir etmişlar. Ətraf binada yaşayan insanlar səs-küyü eşidib, mənzillərinin eyvanlarına çıxaraq mübahisə etməməyi, çıxıb getmələrini tələb etsələr də, Nicat və Şahmar həmin şəxslərin tələbinə məhəl qoymayaraq mübahisəni davam etdirmişlər. O, Nicat və Şahmarın Vüsalı döyəcəklərini başa düşdüyü üçün Vüsalı kənarlaşdırmaq istəmiş, ancaq Şahmar qəflətən yumruq zərbəsi ilə Vüsalın sifətinə vurmuş, ardınca Nicat da yumruq zərbəsi ilə Vüsalın sifətinə vurmuşdur. Zərbələrin təsirindən Vüsal müvazinətini itirib yerə yıxılmışdır. Bu zaman Vüsalla birlikdə gələn, şəxslər Nicat və Şahmara irad bildirdikdə, Nicat və Şahmar həmin şəxslərin üstünə gedib onları vurmaq istəsələr də həmin şəxslər qaçıb uzaqlaşdıqları üçün Şahmar və Nicat həmin şəxsləri tuta bilməmişlər. Vüsaldan halını soruşduqda Vüsal ona çənəsinin ağrıdığını bildirmiş, o, Vüsalı xəstəxanaya aparmağı təklif etmiş, ancaq Vüsal xəstəxanaya səhəri gün gedəcəyini bildirmişdir. Vüsalı öncə Şahmar, sonra isə Nicat vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Zərərçəkmiş şəxs onun oğlu olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında birgə yaşadıqları ünvanda olduqları zaman Vüsal xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” yaşayış binalarının yaxınlığında Şahmar və Nicat adlı yaşıdları tərəfindən döyüldüyünü, həmin şəxslərin yumruq zərbələri ilə oğlunun çənəsinə vurub xəsarət yetirdiklərini, bu səbəbdən də Vüsalın özünü yaxşı hiss etmədiyini, çənəsini çətinliklə hərəkət etdirdiyini ona bildirmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək övladının döyülməsi barədə məlumat vermiş və müalicə olunması üçün Vüsalı xəstəxanaya aparmışdır. Müayinə nəticəsində sözügedən şəxslərin Vüsalı döyməsi nəticəsində Vüsalın alt çənəsinin iki nahiyədən sınıq xəsarət alması məlum olmuşdur. Şahid4 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək işi ilə əlaqədar və başqa rayonda olduğuna görə məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə olarkən, bayırda bir neçə şəxsin uca səslə səs-küy salaraq mübahisə etmələrini, nalayiq küçə söyüşləri işlətmələrini eşitmiş, həmin şəxslərin qışqırtı səsləri, uca səslə nalayiq ifadələr işlətmələri onun evinin içərisində aydın eşidilərək onu və ailə üzvlərini narahat etdiyi üçün həmin şəxslərə irad bildirib, ətrafda yaşayan insanları narahat etməmələrini tələb etmək məqsdəi ilə mənzilinin eyvanına çıxdıqda, eyvanın altında onun yaşadığı binanın nisbətən sağ tərəfində, tanımadığı bir neçə gənc oğlanın yığışdığını, səs-küy salaraq mübahisə etdiklərini, həmin şəxslərdən ikisinin daha aqresiv formada digər birini mübahisə zamanı adını ifadə etdiklərinə görə adının Vüsal olduğunu eşitdiyi bir şəxsi söyüb təhqir etdiklərinin şahidi olmuşdur. O, həmin şəxslərə irad bildirərək, çıxıb getmələrini, səs-küy salıb ətrafda yaşayan insanları narahat etməmələrini tələb etsə də, həmin şəxslər onun iradına məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişlər. Onunla yanaşı, binada yaşayan digər qonşular da, mənzillərinin eyvanına çıxıb, ətrafda yaşayan insanları narahat etmələrini həmin şəxslərə irad bildirmişlər. Münaqişə ərəfəsində, sözügedən iki nəfər şəxs digər mübahisə etdikləri “Vüsal” adlı şəxsi əl zərbələri ilə vurmuşlar. O, həmin şəxsləri “hədələyərək” hərəkətlərinə son qoymalarını tələb etmiş və həmin şəxsləri aralaşdırmaq məqsədi ilə əynini geyinib həyətə düşmüşdür. Ancaq o, həyətə düşdükdə münaqişə edən şəxslərin artıq çıxıb getdiklərini görmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 23 radələrində mühafizəçi işlədiyi, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində işdə olan zaman bir neçə cavan oğlanın “Kristal Abşeron” yaşayış kompleksinin girişinin qarşısına gəldiklərini, həmin şəxslərdən bəzilərinin kompleksin qarşısında qaldığını, bəzilərinin isə yaşayış binasının arxa tərəfinə getdiyini görmüşdür. Bir neçə dəqiqədən sonra həmin şəxslərin bir hissəsinin getdiyi tərəfdən qışqırtı səslərini, uca səslə nalayiq ifadələr işlədilməsini eşidib, həmin şəxsləri sakitləşdirmək və ətrafda yaşayan sakinləri narahat etməməsini tələb etmək üçün həmin şəxslərin yanına tərəf getmişdir. Həmçinin kompleksin qarşısında dayanmış şəxslərdə səs-küy gələn tərəfə getmişlər. Bu ərəfədə səs-küy salan şəxslərin sürətli yerişlə mübahisə etdikləri yerdən nibətən kənarlaşıb geri qayıtmışlar. O, mübahisə edib, səs-küy salan şəxslərə yaxınlaşıb ətrafda yaşayan sakinləri narahat etməmələrini çıxıb getmələrini tələb etmişdir. Həmçinin ətraf binalarda yaşayan sakinlər də, evlərinin eyvanına çıxıb həmin şəxslərə iradlarını bildirib insanları narahat etməmələrini tələb etmişlər. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Səhəri gün o, həmin ərazidə yaşayan və hadisəni görən qonşularla söhbət zamanı öyrənmişdir ki, sözügedən hadisə zamanı münaqişə edən şəxslərdən ikisi digər bir şəxsi döymüşlər. Ərazidə yaşayan sakinlərin iradı və tələbindən sonra həmin şəxslər münaqişəni yekunlaşdırıb ərazidən uzaqlaşmışlar. O, münaqişədə iştirak edən şəxləri tanımadığını, əvvəllər görmədiyini bildirmişdir. Şahid2 atası Rövşən Həsənov məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək oğlu Şahid2 hərbi xidmətdə olması ilə əlaqdar onun məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 22 radələrində, tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” ticarət mərkəzinin yaxınlığında olarkən onun sinif yoldaşı Şahid1 Zərərçəkmiş şəxs zəng edərək görüşmək istədiyini bildirmiş, Vüsal etiraz etməyərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Araz” marketin yaxınlığında olduğunu bildirmişdir. Az müddət sonra Şahid1 yanında, Nicat və Şahmar adlı və eləcə də onun tanımadığı bir neçə şəxslə birlikdə onların yanına gəlmişlər. X13 arasında baş vermiş mübahisəyə aydınlıq vermək üçün gəldiklərini bildirmiş və söhbət edə-edə həmin ərazidən bir qədər kənarda yerləşən “Kristal-Abşeron” yaşayış binalarına tərəf getmişlər. Nicat, Şahmar, Ömər və Vüsal nisbətən öndə getmiş, o, isə Ömərgillə birlikdə onların yanına gələn onun tanımadığı digər şəxslərlə onların arxasınca getmişlər. O, həmin şəxslərlə söhbət edərək mübahisə etməməyi, münaqişə yaratmamağı təklif etmiş, 10-cu mikrorayon ərazisində yerləşən “Kristal-Abşeron” binaları olan əraziyə çatdıqda onlar “Kristal-Abşeron” yaşayış binalarının arxa hissəsindəki qarajlar olan əraziyə tərəf getmişlər. O və adlarını bilmədiyi digər şəxslər sonuncuların yanına getməyərək, “Kristal- Abşeron” yaşayış binalarının qarşı tərəfində gözləmişlər. Bir neçə dəqiqədən sonra o, Nicatgilin uca səslə qışqırtılarını, nalayiq ifadələr işlətmələrini eşidib həmin şəxslərə tərəf getdikdə, Vüsaldan başqa digər şəxslərin bizdən aralaşıb “söhbət” üçün getdikləri yerdən geri qayıtdıqlarını görmüşdür. Belə olan halda o, həmin şəxslərlə Vüsalın arasında münaqişə baş verdiyini, Vüsalı döydüklərini başa düşmüşdür. Onunla birlikdə gözləyən şəxslər və eləcə də, Vüsalla birlikdə onlardan kənarlaşan, yuxarıda adlarını sadaladığı şəxslər çıxıb getdikləri üçün o da, həmin ərazidən uzaqlaşmışdır. Səhəri gün o, Vüsala zəng edib əlaqə saxladıqda Vüsal, məlum münaqişə zamanı Nicat və Şahmar tərəfindən döyülərək xəsarət aldığını, zərbələrin təsirindən huşunu itirib bir müddət yerdə huşsuz vəziyyətdə qaldığını bildirmşdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 10:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v.61); “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. (i.v.63); “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 iyul 2023-cü ildə saat 19:30 radələrində saxlanılmışdır. (i.v.71) Təqsirləndirilən şəxs2 20 iyul 2023-cü il tarixdə CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 95-96); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.104- 106); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.107-108); “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 sentyabr 2023-cü ildə, saat 16:30 radələrində saxlanılmışdır. (i.v.133) Təqsirləndirilən şəxs1 10 sentyabr 2023-cü il tarixdə CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 154-155); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.162-164); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 10 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.165-166); “İfadənin yerində yoxlanılması haqqında” protokollardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdikləri ifadələrində göstərdiyi xüsusatları, haqqında danışdıqları şəraiti və yerləri əyani şəkildə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq edirlər. (i.v.173-176; 222-225); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 33-34); “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 15 iyun 2023-cü il tarixdə CM-nin 127.1-ci maddəsi ilə başlanılmış cinayət işi həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmiş, həmin maddələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur. (i.v 192); Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 579 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, xəstəlik tarixinə və qərarda qoyulan suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində alt çənənin sol bucaq və sağ mental nahiyəsinin sınığı xəsarətləri vardır. Həmin xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə posulmasma səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v 19-22); Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 579 nömrəli rəyə əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş alt çənənin sol bucaq və sağ mental nahiyəsinin sınığı xəsarətləri dərəcəsinə görə birlikdə və ayn-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v 168-171); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-375/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə CM-nin 180.1, 69.3-cü maddələrinə əsasən təqsirli bilinərək 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər Prabasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-375/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı üçün barəsində olan şəxsi işin xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 180.1, 69.3-cü maddələrinə əsasən təqsirli bilinərək 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. 1096 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır, barəsində qeydiyyatda olduğu yeri üzrə heç bir şikayət daxil olmamışdır. (i.v.230-231); 59 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan və 02 nömrəli, həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 91a ünvanında qeydiyyatdadır, barəsində qeydiyyatda olduğu yeri üzrə heç bir şikayət daxil olmamışdır. (i.v. 227-228); “sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 579 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli, 579 nömrəli rəyə əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi, ifadələrin yerində yoxlanması protokolları iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 232-241); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Müdafiə Nazirliyinin 6-cı Təhqiqat bölməsinin baş təhqiqatçısı Ədliyyə kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs2 barəsində CM-nin 333.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraatına qəbul edilməklə istintaqı aparılmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Plenum qərarın 2-ci bəndində qeyd edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarda izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2-ci yaxud 126.2.4-cü və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də CM-in 221-ci maddəsi ilə tövsif olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilmişdir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışları Ömər adlı şəxslə zərərçəkmiş şəxs Vüsal adlı şəxs arasında olan mübahisəni aydınlaşdırmaq məqsədi ilə zərəçəkmişin mobil nömrəsinə zəng edərək onun olduğunu yeri müəyyən etdikdən sonra oraya yaxınlaşmış bundan sonra hər hansı səbəb olmadan söhbət edərkən sonuncunun onlara cavab qaytarmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla orada olan və ətrafda olan yaşayış evlərindən səs-küyə eyvana çıxmış şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs nalayiq ifadələrlə ucadan təhqir edərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özlərini ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan ilk öncə Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən qəsdən bir zərbə vurub sonuncuya alt çənənin sol bucaq nahiyəsinin sınığı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən yumruqla qəsdən bir zərbə vuraraq sonuncunun alt çənənin sağ mental nahiyəsinin sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuraraq xuliqanlıq cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs1 və Şahmar Məmədovun hüquqlarının qorunmasına istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanın şəxsiyyəti və digər hallar qiymətləndirilərək təqsirləndirilən şəxslərə cəza təyin edilməlidir. CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hər iki təqsirləndirilən şəxsə cəza təyin edərkən onların hər birinə münasibətdə fərdi yanaşmağı zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərindən peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını və onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.1.2 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə Nicat Təqsirləndirilən şəxs1 Qəniyev tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq ona cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmağı dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, hazırda islah yolunda olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ona CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi daha məqsədə uyğundur. Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür, bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər cəzanın məqsədlərini təmin edir. CM-nin 85.4-1.-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3, 221.2.1-ci maddələri ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddələrin hər birinə münasibətdə CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 08 sentyabr 2023-cü il tarixdən 10 sentyabr 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddət azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, buna baxmayaraq həmin hökmün çıxarıldığı gündən 26 gün, qanuni qüvvəyə indiyi gündən isə 6 gün sonra Təqsirləndirilən şəxs2 hazırki cinayət əməllərini törətmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərindən peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını CM-nin 59.1.2 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs2 da zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, bundan əvvəl də cinayət əməli törətdiyinə görə məhkum olunduğunu, həmin cinayət işi üzrə məhkəmə tərəfindən ona humanist yanaşılaraq yüngül cəza təyin edilməsini, buna baxmayaraq onun islah olunmamasını və məhkumluğun ödənilmədiyi dövrdə yenidən cinayət əməli törətməsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 43 (qırx üç) iş saatı məsrəf olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 43 (qırx üç) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə və 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkillər Müdafiəçi2 və Müdafiəçi1 hər birinə 273 (iki yüz yetmiş üç) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin məcəllənin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin məcəllənin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılsın və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 sentyabr 2023-cü il tarixdən 10 sentyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin məcəllənin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə toplanılsın və ona 01 (bir) il 05 (beş) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 273 (iki yüz yetmiş üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 273 (iki yüz yetmiş üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar