Məhkəmə qərarları › İş №1(060)-30/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-30/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-30/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı il tarixdə Qubadlı rayonu, Ballıqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qubadlı rayonu, Ballıqaya kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 21-ci mikrorayon, Meridiyan küçəsi, ev 62-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 may 2019-cu il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında atası X4 qarşı xüsusi ittiham qaydasında şikayətə baxılarkən Yadulla Cümşüdovun məhkəmə prosesinə gecikməsi ilə bağlı məhkəmə prosesi təxirə salınaraq zaldan çıxdıqda iddiaçı Əhmədov X7 Cümşüdova söz ataraq qəsdən məhkəmə prosesinə gecikməsini bildirdiyndən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Y.Cümşüdova tərəf tüpürdüyündən yumruqla E.Əhmədlovun üz nahiyəsindən bir dəfə vuraraq ona sağ yanaq nahiyəsinin selikli qişasının yarası, sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1994-cü il tarixdə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən ev 62-də atası Yadullah Cümşüdova məxsus torpaq sahəsi vardır. 1994-cü il tarixdə də həmin qeyd edilən torpaq sahəsində yaşamışlar. 2014-cü il tarixdə Seyidqulu Muradov adlı şəxs və nümayəndəsi Əhmədov Elvin Mübarək oğlu onlara bildirmişdir ki, yaşadığı bağ sahəsi onlara aiddir. Belə ki, Elvin özünü Seyidqulu Muradovun nəvəsi kimi onlara təqdim etmişdr. Buna görə onların məhkəmə prosesləri olmuş və hal hazırda məhkəmə prosesi davam edir. Bir neçə dəfə Zərərçəkmiş şəxs onun və ailə üzvləri barədə yalandan müxtəlif orqanlara şikayət etmiş və hər dəfə də araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində görünmüşdür ki, Elvin yalandan onların barəsində şikayət edib. Eləcə də X2 Muradın adından atasının və onun barəsində müxtəlif orqanlara yalan şikayət etmişdir. Həmçinin əmisi X1 şöbəsinə dəfələrlə yalan şikayət etmişdir. Elvinin hər dəfə yalandan onların barəsində şikayət etməsi nəticəsində onlar işlərindən qalaraq izahatlar vermişlər. Təkcə 2018-ci il tarixdə Sumqayıt şəhəri 1-ci PB-nə verdikləri sorğuya cavab olaraq Zərərçəkmiş şəxs və Muradov Muradın adından müxtəlif vaxtlarda 71 vərəqli şikayət ərizələri onlara təqdim edilmişdir. Bunların davamı olaraq Elvin yenə də onların barəsində yalan şikayətlərini davam etdirir. Növbəti yalan şikayəti də bu olmuşdur ki, guya atası Elvini təhqir etmişdir. Buna görə də Elvin atası X10 və qardaşı Elçin Sumqayıt şəhər Məhkəməsinə şikayət edərək guya ki, onu təhqir etmişdir. Sumqayıt şəhər Məhkəməsində həmin şikayətə baxılmış və Elvinin şikayəti əsasında atası 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Həmin cərimə ilə bağlı Apellasiya məhkəməsinə şikayət etmişlər. Həmçinin Elvində cərimə kəsildiyi üçün Sumqayıt Apellyasiya məhkəməsinə şikayət etmişdi. Onların şikayətinə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər Apellyasiya məhkəməsində baxılarkən məhkəmə prosesinə bir neçə dəqiqə gecikmişlər. Atası və o, məhkəmə prosesinə girəndə görmüşlər ki, hakimlər məhkəməni təxirə salaraq çıxırlar. Onlar xahiş etmişlər ki, işə baxılsın, lakin hakimlər işi başqa vaxta təxirə salındığını demiş, həmin vaxt atası hakimlərə öz iradını bildirərəkən zalda olan Elvin bilərəkdən mübahisə yaratmış və onlar Elvinə məhəl qoymayaraq zaldan çıxmaq istəyərkən Elvin atasının üstünə tüpürmüş, Elvinin bu hərəkəti ona pis təsir etdiyindən o, Elvinə tərəf gedərək öz iradını bildirmiş, onların sözlə mübahisəsi olduğundan orada olan vəkil Elşad araya keçərək ayrılıb məhkəmə zalından çıxmışlar. Elvin də məhkəmə zalında qalmış, sonradan o, polisə çağrılanda bilmişdir ki, Elvin ondan polisə şikayət edib. Hadisə olan vaxtı o, Elvini vurmamış, döyməmiş, onun xəsarətləri necə, hansı şəraitdə aldığını bilməmişdir. Bununla da barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Zərərçəkmiş və şahid ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yeririlmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü il tarixdən tanıyır. Onunla Sadiqin tanışlığı məhkəmə çəkişməsindən yaranıb. Belə ki, nümayəndəsi olduğu X5 mülki mübahisəsi zamanı qarşı tərəf Təqsirləndirilən şəxs və ailə üzvləri olmuşdur. Həmin müddət ərzində Sadiq, Sadiqin qardaşı Natiq və ataları Yadullah dəfələrlə ona bədən xəsarətləri yetirmişlər. Bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cərimə olunmuşdur. Sonuncu hadisə X3 xüsusi ittiham qaydasında 1500 manat cərimə olunduqları üçün Apellasiya şikayəti verilmişdir. Həmin şikayət Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. xx.xx.2019-cu il tarixdə həmin məhkəmədə onların işlərinə baxılmalı idi. Lakin həmişəki kimi Yadullah Cümşüdovun vəkili Şahid3 onlardan qabaq gələrək məhkəmə prosesini gözləmiş, buna baxmayaraq Yadullah Cümşüdov məhkəməyə gecikdiyi üçün məhkəmə prosesi müəyyən müddətə təxirə salınmış, hakimlər məhkəmə zalından çıxmaq istəyəndə saat təxminən 16 radələrində Yadullah və onun oğlu Sadiq zala daxil olmuş, Yadullah onu görüb həmişəki kimi onu təhqir etmiş, zalı tərk edən hakimlər öz iradını Yadullaya bildirərək zalı tərk edib getmişlər. Bu zaman Yadulla yenə də onu söyüb təhqir etmiş o, öz iradını Yadullaya bildirdikdə Yadullahın oğlu Təqsirləndirilən şəxs sol əli ilə onun sağ sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Hadisə zamanı zalda məhkəmə iclas katibləri və Yadullahın vəkili Elşadla tanımadığı şəxslər araya keçərək onları ayırmışdır. Yadullah və oğlu Təqsirləndirilən şəxs vəkilləri Şahid3 zaldan çıxarmış o, zalda qalmış və məhkəmə iclas katibi ona qəbzə qol çəkdirdikdən sonra o, zalı tərk edib bayıra çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs məhkəmə zalınıın qarşısında ona yenidən hücum edərək onu sol çiyin nahiyyəsindən vurmuş, orada olan mühafizə polisi gələrək onları ayırmış, o da oradan çıxaraq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmır və onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Nəsirəddin oğlu ifadəsində göstərmişdir ki, Yadullah Cümşüdov, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə prosesindən tanımışdır. Belə ki, onların arasında mülki mübahisələri vardır. O da Yadullah Cümşüdovun vəkilidir. Xüsusi ittiham qaydasında Elvin Yadullahdan Sumqayıt Apellasiya Məhkəməsinə şikayət etdiyindən Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar olaraq o, xx.xx.2019-cu il tarixdə Apellyasiya məhkəməsinə getmiş, lakin Yadullah hələ gəlməmişdir. Məhkəmə prosesinə hakimlər gəlmiş, lakin Yadullah və oğlu Natiq məhkəməyə gecikdikləri üçün məhkəmə iclası müəyyən bir müddətə təxirə salınmışdır. Hakimlər zaldan çıxan vaxt Yadullah oğlanları Natiq və Sadıqla zala daxil olmuşdur. Bunu görən Elvin onlara söz ataraq iradını bildirərək nəyə görə gec gəlmisiniz deyəndə Yadullah da ona nəsə demiş və aralarında sözlə mübahisə yaranmışdır. Elvin yerindən duraraq Yadullaha tərəf gəlmiş, onlar biri birlərinə yaxınlaşan vaxt o, araya keçmişdir ki, onlar biri-birlərinə nəsə etməsinlər. Bu vaxt Elvin Yadullaha tərəf tüpürmşdür. Bunu görən Sadiq Elvinə tərəf gələndə o, araya keçmiş, üzü Sadiqə tərəf olmuş və o, Sadiqi qucaqlamışdır ki, Elvinə nəsə etməsin. X14 tərəf əl qol atsa da Sadiqin Elvinə yumruqla vurmasını görə bilməmişdir. Çünki, onun üzü Sadiqə tərəf olduğundan Sadiqi saxlamışdır. Ona görə də Sadiqin əli Elvinə dəyibdəyməməsini görməmişdir. Onları sakitləşdirib çölə çıxmış və Yadullah ilə oğlanları məhkəmədən çıxıb getmişdir. Onların məhkəmənin həyətində heç bir mübahisələri olmamış və çöldə o, Elvinin Sadiq tərəfindən döyülməsini görməmişdir. O, istintaqa dəvət olunandan sonra bilmişdir ki, Elvin Sadiqdən şikayət etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 731 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ yanaq nahiyyəsinin selikli qişasının yarası, sağ yanaq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunla əziyi, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər, özü-özünə yetirilməsi və yıxılma zamanı əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris birliyinin T 269/2019 №-li ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərə, özünün məhkəmə–tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: vətəndaş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər-sağ yanaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası, sağ yanaq nahiyəsinin yumşaq toxumalaının şişkinlik fonunda əziyi, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırı-bərk küt əşyanın (əşyaların), o cümlədən də yumruq zərbəsinin təsirindən qərarın göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyəsinə və xüsusiyyətinə görə onların şəxsin özü tərəfindən yetirilməsi inkar edilir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 70/731 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: Sağ yanaq nahiyəsinin selikli qişasının yarası, sağ yanaq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunla əziyi, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər, özü-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağ yanaq nahiyyəsinin selikli qişasının yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni-sağ yanaq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə video-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 4644 saylı rəyindən görünür ki, təqdim olunmuş optik diskdə “1_14_R_**********00.H264” videogörüntüləri əks etdirən faylda real hadisələri təhrif edən hə-hansı video effektlər, həqiqətə uyğun olmayan məntiq rabitəni pozan kənar obyektlərin əlavəsi əlamətləri, əsaslanmamış pauzalar, kəsilmələr və digər montaj əlamətləri müəyyən olunmadı. Təqdim olunmuş videogörüntünün keyfiyyəti aşağı olmasına görə, hərəkətlərin zaman çarxın altında əks olunmasına görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub-vurmamasını müəyyən etmək mümkün deyil. İş materiallarından görünür ki, hadisənin video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 08 saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan hadisənin video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan hadisənin video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar