Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-30/2022 22.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28 A/4, mənzil 51-də qeydiyyatda olan, Sumqayıt şəhəri Yaşıl Dərə bağlar massivi, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 17.03.2021-ci il tarixdə, saat 17:35 Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı bina istiqamətində hərəkətdə olan 7A nömrəli sərnişin avtobusunda X2 gödəkçəsinin sol yan cibindən içərisində 03 (üç) manat dəyərində olan ***-***-**-** mobil telefon nömrəsi olan 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd Samsung» markalı SM-A217F/DSN modeli mobil telefon aparatını və həmin aparatla üzlüyün arasında olan 300 (üç yüz) manat nağd pulunu gizli talayaraq, zərəçəkmiş şəxs Aytən Daşdəmirovaya ümumilikdə təxminən 553 (beş yüz əlli üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 19.04.2021-ci il tarixdə, saat 17:45-də Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Məktəbli» mağazasının qarşısındakı dayanacaqda avtobus gözləyən Zərərçəkmiş şəxs2 qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində 15 (on beş) manat dəyərində ***-***-**-** və 03 (üç) manat dəyərində ***-***-**-** mobil telefon nömrələri olan 130 (bir yüz otuz) manat dəyərində 01 ədəd «Samsung» markalı SM-A520F/DS modeli mobil telefon aparatını və 10 (on) manat nağd pulunu gizli talayaraq, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə təxminən 158 (bir yüz əlli səkkiz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə 06.05.2021-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində 33 saylı Sumqayıt şəhərdaxili sərnişin avtobusunda olan sərnişin Zərərçəkmiş şəxs3 çantasından içərisində 04 (dörd) manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 160 (bir yüz altmış) manat dəyərində 01 ədəd «Redmi 6Pro» markalı mobil telefonunu gizli talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə təxminən 164 (bir yüz altmış dörd) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə 17.05.2021-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində 6 saylı Sumqayıt şəhərdaxili sərnişin avtobusunda olan sərnişin Zərərçəkmiş şəxs4 çantasından içərisində 04 (dörd manat) dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 550 (beş yüz əlli) manat dəyərində 01 ədəd «İphone» markalı «A2296» modelli mobil telefonunu gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə təxminən 554 (beş yüz əlli dörd) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü təqsirli bilməyərək bildirmişdir ki, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yaşayır. 17.03.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, evdə olmuşdur. Dəqiq tarixi xatırlamır, 45 saylı binanın qarşısında 2-3 ildir ki, tanıdığı, lakin soyadını, atasının adını, harada yaşadığını, əlaqə məlumatlarını bilmədiyi İlqar adlı şəxslə dayanmışdır. Onlar birlikdə 7 saylı avtobusa minmişlər. O avtosbudan düşən zaman İlqar ona telefonu oğurladığını demiş və telefonu ona vermişdir. Ümumiyyətlə bütün epizodlar üzrə ona digər telefonları da İlqar oğurlayıb ona vermiş və ona telefonu verən zaman oğurluq olduğunu bildirmişdir. Daha sonra, Sumqayıt şəhər Polis İdarəsi 1-ci X5 adlı polis əməkdaşı ona zəng etmiş və o telefonları aparıb təhvil vermişdir. Polisdə məcbur qalıb telefonları oğurladığını bilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün qərara almışdır ki, sərnişin avtobusda kiminsə cibindən oğurluq etsin. Bu məqsədlə 17.03.2021-ci il tarixdə saat 17:20 radələrində o 7 A nömrəli Sumqayıt şəhər daxili sərnişin avtobusuna «Kolxoz bazarın»dan üzü «Pioner» market istiqamətində piyada düşəndə, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən dayanacaqdan minmişdir. Həmin gün saat 17:30 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində «Pioner» marketin qarşısındakı dayanacaqda həmin avtobus saxlamış və avtobusa bir qız, anası və azyaşlı oğlu birlikdə minmişlər. Avtobusda sıxlıq olduğu üçün onlar ayaqüstə dayanmışlar. Əynində ağ rəngli qış gödəkçəsi olan həmin qız cibindən mobil telefon çıxartmış və telefona baxıb cibinə qoymuşdur. O qərara almışdır ki, həmin telefonu oğurlasın. Həmin qıza yaxınlaşmış və sıxlıqdan istifadə edərək arxadan əlini onun əynindəki ağ rəngli qış gödəkçəsinin sol yan cibinə salıb «Samsunq A21S» markalı mobil telefonu astaca cibindən çəkib çıxartmış və avtobus növbəti dayanacaqda, yəni Sumqayıt şəhəri 14 mərtəbənin yanındakı dayanacaqda saxlayanda o avtobusdan düşüb qaçıb getmişdir. Lakin həmin telefonu o heç kimə verməmiş, satmamış, özündə saxlamışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanıldığından, oğurladığın həmin mobil telefon üstündə olduğu üçün o onu onlara təqdim etmişdir. Bundan başqa, o yenidən oğurluq etmək məqsədi ilə 19.04.2021-ci il tarixdə saat təxminən 12 radələrində evdən çıxıb öz şəxsi işlərinin ardınca getmiş, işlərini görüb qurtarandan sonra tək yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində evlərinə getmək üçün piyada gəzərək Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən dayanacağa gəlmişdir. Artıq saat təxminən 17 radələri olardı dayanacaqda tək dayanıb avtobus gözləyərkən görmüşdür ki, orta yaşlı sonradan adı məlum olan Güllər adlı qadın dayanacaqda tək dayanıb telefonla danışır. Güllər danışıb qurtarandan sonra telefonu əynində olan qara rəngli gödəkçəsinin sağ cibinə qoymuşdur. Həmin vaxt 4 saylı avtobus gəlmiş və bir neçə nəfər həmin avtobusa minmək istəyəndə onun pula ehtiyacı olduğu üçün həmin qadına, yəni Güllərə sağ tərəfdən yaxınlaşıb ətrafa baxıb görmüşdür ki, ona heç kim fikir vermir və əlini Güllərin sağ cibinə salaraq oradan telefonu oğurlayıb uzaqlaşmışdır. Güllərdə avtobusa minib getmişdir. Bir neçə metr aralaşandan sonra baxıb görmüşdür ki, oğurladığı telefon «Samsung A520» markalı telefondur. O telefonun üzərində olan danışıq kartını çıxarıb atmışdır. Sonra o tanışı Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində telefon alqı satqısı ilə məşğul olan Raufun yanına gedərək həmin telefonu Raufa verib demişdir ki, ona 50 manat pul lazımdır öz telefonunu girov qoyur. Rauf da ona inanıb telefonu yanında girov saxlamış və ona 50 manat pul vermişdir. O da Raufdan aldığı 50 manatla özünə dərman almışdır. 20.04.2021-ci il tarixdə tək Sumqayıt 2-ci mikrorayon ərazisi ilə şəxsi işlərinin ardınca gedərkən ona polis əməkdaşları yaxınlaşıb bölməyə aparmışlar. Bölmədə o oğurluğu etiraf etmiş və telefonuda kimə vermişdirsə yerini demişdir.Bundan başqa, o təkrarən oğurluq etmək məqsədi ilə 06.05.2021-ci il tarixdə saat 16:45 radələrində Sumqayıt şəhəri ərazisində 33 saylı xətt sərnişin daşıma avtobusunda olan zaman bir nəfər qadının əynindəki gödəkçənin sol yan cibində mobil telefon olduğunu görmüşdür. Sakitcə ona yaxınlaşaraq yanında durmuşdur. Daha sonra ətrafa göz gəzdirmiş və avtobusda olan digər sərnişinlərinin başının qarışdığına tam əmin olunduqdan sonra həmin «Redme 6Pro» markalı mobil telefonu sol yan qadının əynində olan gödəkçənin cibindən götürərək Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində avtobusdan düşərək çıxıb getmişdir. 07.05.2021-ci il tarixdə isə həmin telefonu aparıb tanışı Kamandara 60 manat pul borcun əvəzinə vermişdir. Bundan başqa, o yenidən oğurluq etmək məqsədi ilə pula ehtiyacı olduğu üçün oğurluq etmək məqsədi ilə 17.05.2021-ci il tarixdə saat 12 radələrində 6 saylı Sumqayıt şəhərdaxili avtobusunda olan zaman Sumqayıt şəhər 2-ci mikrorayon ərazisindən keçərkən avtobusda bir nəfər qadının ayaq üstə dayandığını və onun çantasının açıq olduğunu və çantada «İphone» markalı mobil telefonun olduğunu görüb qərara almışdır ki, həmin telefonu oğurlasın. O həmin qadına yaxınlaşıb avtobusda olan sərnişinlərin başının qarşıdığından istifadə edərək, arxadan əlimi onun açıq çantasına uzadıb mobil telefonu çəkib götürmüş, daha sonra isə Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində avtobusdan düşərək çıxıb getmiş, lakin telefonu heç yerə satmamış, özündə saxlamış, telefonun içərisində olan nömrəni isə çıxardıb sınıdırıb harasa tullamışdır. 19.05.2021-ci il tarixdə o Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılarkən etdiyi oğurluq cinayətini səmimi etiraf edərək, həmin telefonu təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Aytən Daşdəmirovanın ifadəsində oğurladığı ona məxsus «Samsung A21S» markalı mobil telefonunun üzlüyünün arxa hisəssində olan 300 nağd pulun da olması barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, Aytən Daşdəmirovanın cibindən ancaq «Samsung A21S» markalı mobil telefonu oğurlamış, həmin telefonun üzlüyünün arxa hissəsində də heç bir məbləğdə pul olmamış, o ümumiyyətlə hadisə vaxtı heç bir məbləğdə pul oğurlamamışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində cibindən «Samsung A520» markalı telefonundan başqa cibində olan 10 manat pulunu da oğurlaması barədə göstərdiyi xüsusatlar haqqında bildirmişdir ki, həmin qadının cibindən ancaq «Samsung A520» markalı mobil telefon oğurlamış, ondan ümumiyyətlə pul oğurlamamış. Ola bilsin ki, həmin telefonu qadının cibindən götürən zaman həmin pul qadının cibindən düşmüşdür. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, əlilliyinin olmasını, zərərçəkmiş şəxslərə ilə barışıq əldə etdiyini, telefonları qaytardığını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 19.04.2021-ci il tarixdə saat 17:45 radələrində Sumqayıt şəhəri «Karvan» Ticarət mərkəzinin yaxınlığına gəlib, bazardan alışveriş etdikdən sonra Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Məktəbli» dükanının qarşısında olan dayanacağa gəlib yaşadağı evə getmək üçün Sumqayıt şəhər daxili 4 saylı marşrut avtobusu gözləmiş, həmin vaxt telefonuna zəng gəlmiş, o telefonla danışmağa başlamış, avtobus gəldiyi üçün o məcbur olub danışığını bitirib ona məxsus olan 2006-cı ildə 15 manata aldığım ***-***-**-** və 2019-cu ildə 03 manata aldığım ***-***-**-** mobil telefon nömrələri olan 2018-ci ildə 699 manat aldığı «Samsung A520» markalı telefonu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuş və avtobusa minmişdir. Avtobusa minərkən sanki kiminsə ona toxunmasını hiss etmişdir. O avtobusda əyləşmiş və cibindən telefonu götürüb danışmaq istəyərkən görmüşdür ki, telefon cibində yoxdur. Həmin vaxt avtobus hərəkətdə olaraq 1-2 metr artıq getmişdir. O sürücüyə demişdir ki, telefonunu oğurlayıblar avtobusu saxlasın. Sürücü avtobusu saxlayanda görmüşdür ki, bir nəfər oğlan düşüb qaçır. Lakin o da avtobusdan düşsə də, həmin oğlana çata bilməmişdir. O həmin cibinə baxanda görmüşdür ki, telefondan başqa 10 manat pulu da yoxdur. Beləliklə də həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 727 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 06.05.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri «Kolxoz» bazarı adlanan ərazidə yerləşən «Məktəbli» mağazasının yaxınlığında 33 saylı sərnişin daşıma avtobusuna minmiş, təxminən yarım saat yol getdikdən sonra saat 17:30 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «Qayalı Gold» marketinin qarşısında düşmüşdür. Avtobusa minməmişdən əvvəl ona məxsus «Redmi 6Pro» markalı mobil telefonunu ailə üzvləri ilə danışdıqdan sonra əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Avtobusdan düşdükdən sonra marketə daxil olmaq istəmiş və telefon vasitəsi ilə bir daha ailə üzvləri ilə danışmaq istədikdə telefonu cibində aşkar etməmişdir. Bir qədər ətrafdakı insanlardan bu barədə maraqlanmış, lakin müsbət bir nəticə əldə edə bilməmişdir. Artıq başa düşmüşdür ki, həmin telefon avtobusdan olan zaman cibindən oğurlanmışdır. Həmin telefonu təxminən 1 il əvvəl 600 manata, içərisində olan ***-***-**-** saylı mobil telefon nömrəsini isə 2011-ci ildə 15 manata almışdır. Beləliklə də həmin oğurluq nəticəsində ona ümumilikdə 615 manat ziyan vurulmuşdur. İlkin izahatında mobil telefon nömrəsinin dəyərini hesablamadığı üçün ona vurulmuş ziyanın dəyərini 600 manat kimi göstərmişdir. Təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 17.05.2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 9cu mikrorayon ərazisində 6 saylı sərnişin daşıyan xətt avtobusuna minmiş, təxminən 20 dəqiqə avtobusda hərəkət etdikdən sonra o Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Maxx» adlanan mağazanın qarşısında avtobusdan düşüb əl çantasında saxlamış olduğu içərisində 2006-cı ildə 100 ABŞ dollarına aldığı ***-***-**-** saylı mobil telefon nömrəsi olan 1100 manat dəyərində «İphone SE» markalı mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt 01 ABŞ dollar mili məzənnə ilə 0,78 manat, 100 ABŞ dolları da 78 manat təşkil etmişdir. Ona görə də o bu barədə zəng edib oğlu Xəqaniyə demiş, sonuncu da DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Beləliklə də baş vermiş oğurluq nəticəsində ona 1178 manat ziyan vurulmuşdur. İlkin izahatında o mobil telefon nömrəsinin dəyərini yazmadığı üçün ona vurulmuş ziyanın məbləğini 1100 manat kimi göstərmişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. 26.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasında prorses iştirakaçılarının razılığı ilə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 16.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 26, mənzil 50-də yaşayan anası Cəmilənin yaşadığı evə oğlu Yusiflə birlikdə qonaq getmişdir. 17.03.2021-ci il tarixdə o anasıgildə olarkən anası ona maaşını aldığını demiş və xərclik üçün ona 300 (üç yüz) manat pul vermişdir. O həmin 3 ədəd yüz manatlıq əskinasları istifadə etdiyi “Samsung A21S” markalı mobil telefonun qəhvəyi rəngli görünmüyən üzlüyünün arxasına qoymuş, 17.03.2021-ci il tarixdə, saat 15:00 radələrində səhhəti ilə əlaqədar olaraq Sumqayıt şəhər 1 saylı xəstəxanaya azyaşlı oğlu Yusif və anası Cəmilə ilə birlikdə getmişlər. Onlar xəstəxanadan çıxdıqdan sonra saat 17:30 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin çöl hissəsində qoyulmuş“Milli ön”aparatına yaxınlaşmışlar və o istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 2 manatlıq kontur yükləmiş, bundan sonra onlar həmin mağazanın qarşısından 7A nömrəli sərnişin avtobusuna anasının yaşadığı mənzilə getmək üçün minmişlər. Avtobusda sıxlıq olduğu üçün onlar əyləşməmişlər və ayaq üstə qalmışlar. Daha sonra o əynində olan ağ rəngli qış gödəkçəsinin sol yan cibinə qoyduğu “Samsung A21S” markalı mobil telefonu cibindən çıxartmış və kontur yüklənməsinin şahidi olduqdan sonra mobil telefonu həmin cibinə qoymuşdur. Bir neçə dəqiqədən sonra avtobusun sürücüsü Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 14 nömrəli binanın yaxınlığında avtobusu saxlamışdır. Həmin vaxt sərnişinlərin bəziləri düşmüş, avtobus yenidən hərəkətə başlayarkən o əlini sol cibinə atıb mobil telefonunu götürüb həyat yoldaşı Azərə zəng edib onu anasıgil əçatdıqdan sonra gəlib evə aparmasınıı demək istəmişdir ki, telefonun cibində olmadığını aşkar etmiş və oğurlandığını başa düşmüşdür. Belə ki, avtobusda həmin vaxt sıxlıq olmuş və düşünmüşdür ki, kimsə bundan istifadə edərək mobil telefonunu və onun üzlüyünün arxa hissəsinə qoyduğu 300 (üç yüz) manat pulu cibindən oğurlamışdır.Həmin vaxt o sürücüyə səslənərək avtobusu saxlamasını və mobil telefonunun 300 manat pulla birlikdə oğurlanmasını bildirmişdir. Sürücü avtobusu saxlamış və orada olan sərnişinlərdən kimin götürdüyünü soruşmüş, heç kim heç nə deməmiş və o yanında onunla birlikdə ayaq üstə dayanan orta boylu, arıq, təxmini 30 yaşlarında olan oğlanı görməmiş və həmin şəxsi deyərkən onun yanında olan tanımadığı oğlanın 14 mərtəbənin yanında olan dayanacaqdan qabaq qapıdan qaçaraq düşdüyünü bildirmişdir. Bu barədə yanında olan anası Cəmilənin istifadəsində olan mobil nömrə ilə DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermiş və polis bölməsinə ərizə ilə müraciət etmişdir. DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat verərək həyacanlı olduğu üçün səhvən guya naməlum şəxsin onun telefonunu əlindən dartıb alaraq qaçdığını bildirmiş, əslin də isə ona məxsus“Samsung A21S” markalı mobil telefon və qəhvəyi rəngli görünmüyən üzlüyünün arxasına qoyduğu 3 ədəd yüz manatlıq əskinasları naməlum şəxs cibindən oğurlamış və həmin vaxt oğurluğu hiss etməmişdir. Avtobusun dövlət nömrə nişanına avtobusdan düşdükdən sonra baxmış və **-AE-*** nömrəli olduğunu görmüşdür. O əlini cibinə atıb mobil telefonu aşkar etməməsi ilə mobil telefonuna kontur yüklədikdən sonra avtobusda baxması arasında 2-3 dəqiqə müddət olmuş və Sumqayıt şəhəri, 45-ci məhəllədə, 14 mərtəbənin yaxınlığında mobil telefonunu cibimdə aşkar etmədikdə avtobusun salonunda saat 17:35 olmuşdur. O “Samsung A21S” markalı mobil telefonu 20 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Soliton” mağazasandan 12 aylıq olmaqla 1-ci ayı 3 manat qalan 11 ayı 47 manat ödəmək şərti ilə almış, mobil telefonun qiyməti 567 manat, İMEİ kodu **********83879, **********83874 nömrəlidir, üzərində 03 manata aldığı ***-***-**- ** mobil nömrəsi olmuşdur. Beləliklə də ona həmin oğurluq nətiəsində 870 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, bu səsəbdən də ondan şikayətçi olduğunu bildirərək, Məhkəmədən qanunauyğun cəza təyin edilməsini xahiş etmişdir. 15.12.2021-ci il tarixli məhkəmə iclası zamanı şahid qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə məhkəmə prosesində ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o zərərçəkmiş şəxs X4 ilə oxşar xüsusatları qeyd etmişdir. 18.12.2022-ci il tarixli məhkəm iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Sumqayıt şəhəri Sülh küçəsi 2-ci mikrorayon ərazisində yerləşən telefon dükanını işlədir. 19.04.2021-ci il tarixdə günorta saatlarında o işdə olarkən üzdən tanıdığı, adının sonradan Samir kimi bildiyi oğlan onun dükanına gəlmiş, o ona «Samsunq A5» markalı mobil telefonu girov qoyub pul götürə bilib-bilməyəcəyini, 20.04.2021-ci il tarixdə isə telefonu gəlib ondan götürdüyü zaman ona verəcəyi puldan əlavə olaraq hörmət edəcəyini bildirmişdir. O da onunla razılaşıb ona «Samsunq A5» markalı mobil telefonu girov kimi vermiş, o da ona 50 manat pul vermişdir. Samir çıxıb getmişdir. Samir səhər gəlib ondan telefonu götürəcəyini dediyi üçün o da telefonu piştaxtaya qoyub satmamışdır. Telefonu Samirdən almadığı üçün ondan hər hansı bir sənəd də istəməmişdir. Sonradan ona məlum olmuşdur ki, Samirin gətirib girov kimi qoyduğu telefon oğurluq yolu ilə əldə edilmişdir. O bu məsələ ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət edilmiş, orada izahat vermiş və həmin telefonu polislərə təqdim etmişdir. O həmin telefonun oğurluq olduğunu bilməmiş, Samir də ona bu barədə heç nə deməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən Məhkəməyə ünvanlanmış 15.10.2021-ci il tarixli və 19.01.2022-ci il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, ona qarşı tələbi və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən Məhkəməyə ünvanlanmış 02.02.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən Məhkəməyə ünvanlanmış 29.10.2021-ci il və18.02.2022-ci il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, ona qarşı tələbi və şikayəti yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən Məhkəməyə ünvanlanmış 26.11.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materialalrında olan Təqsirləndirilən şəxs tərəfindən Məhkəməyə ünvanlanmış 22.04.2022-ci il tarixli ərizədən görünür ki, o əllil olmasının nəzərə alaraq Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 06.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 11.05.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi il təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 22.06.2005-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.06.2005-ci il tarixli qərarna əsasən cəzası Azərbaycan Respublikası CM-nin 77-ci maddəsi ilə 01 il 10 ay 27 gün müddətinə azadlığın məöhdudlaşadırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin 04.09.2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 67.1-ci maddləri ilə təqsirli bilinərək 04 il 03 ay ümddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 14.09.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 7(007)-258/2021 saylı qərarından görünür ki, onun əməli CM-nin 177.3.3 maddəsindən 177.2.1, 177.2.5-ci maddələrinə tövsif edilərək cəzası 09 ildən 05 il müddətinə endirilmişdir. Cəzasını çəkib qurtaradığından cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 1(007)-281/2018 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla ona qəti olaraq 01 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 26.03.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə 03 ay 15 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin 10.07.2020ci il tarixli, 1940 saylı arayışına əsasən cəzasını çəkib qurtarmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər Poliklinkisası tərəfindən Sumqayıt ŞPİ-nə ünvanlanmış 212 saylı, 27.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər Poliklinkisası psixiatr kabinetinddə ambulator və dispanse müşahidəsində qeydiyyatı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan respublikasl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-01№ 424773 saylı arayışdan görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müddətsiz olaraq İİ (ikinci) qrup əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur .Cinayət işi materiallarında olan 24 mart 2022-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi 24.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Turan Hacıyev tərəfindən X2 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilib, istintaq aparılmışdır. Cinayət işi materiallarından görünür ki, ********* saylı cinayət işi 21.04.2021ci il tarixdə sabiq baş müstəntiq Vidadi Əliyevin icraatına qəbul edilməklə istintaq davam etdirilmişdir. Cinayət işi materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə sabiq baş müstəntiq Vidadi Əliyev tərəfindən Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 22 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 22 aprel 2021-ci il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir. Cinayət işi materiallarında olan 22.04.2022-ci il tarixli, “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* sayı cinayət işi üzrə sabiq müstəntiq Vidadi Əliyev tərəfindən 22.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. Həmin tarixdə ona CM-ın 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər prokurorluğu tərəfindən Sumqayıt şəhər Məhkəməsinə vəsatət və təqdimatla müraciət edilmişdir. Cinayət işi materillarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 175/2021 saylı, 22.04.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azad edilmişdir. Cinayət işi materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin MSYdən azad ediləndən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərar alınmışdır. Cinayət işi materiallarından görünür ki, 27.04.2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə istintaqın davam etdirilməsi Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Əmrah Rüstəmova həvalə edildiyindən cinayət işi icraatıma qəbul edilərək istintaq davam etdirilmişdir. Cinayət işi materiallarından görünür ki, 21.05.2021-ci il tarixdə ********* saylı cinayət işi istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməklə istintaq davam etdirilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham edlan edilməsi barədə” qərardan görünür ki, 21.05.2021-ci Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 229/2021 saylı, 21.05.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 19.08.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 19 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham edlan edilməsi barədə” 24 iyun 2021-ci il tarxli qərardan görünür ki, 24.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsunq A21S» markalı mobil telefon saxlanılması üçün Aytən Daşdəmirovaya, 01 ədəd “SamsungA520” markalı mobil telefon Zərərçəkmiş şəxs2, «İphone SE» markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19.04.2021-ci il tarixli, 9/1900 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsung» markalı SM-A217F/DSN modeli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 250 manat müəyyən olunur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 17.05.2021-ci il tarixli, 9/2824 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsung» markalı SM-A520F/DS modeli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 130 manat müəyyən olunur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 17.06.2021-ci il tarixli, 9/3769 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarın təsviri hissəsində göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 718 manat müəyyən edilir. O cümlədən: Tədqiqata təqdim edilmiş: -01 ədəd «İphone» markalı «A2296» modeli (SE 2020), **********6091 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olması nəzərə alınmaqla – 550 manat. Nəzəri qaydada: -01 ədəd 2006-cı ildə alınmış ***-***-**-** saylı GSM nömrə – 4 manat; -01 ədəd 2011-ci ildə alınmış ***-***-**-** saylı GSM nömrə – 4 manat; -01 ədəd 2020-ci ilin may ayında alınmış «Redmi Pro 6» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq – 160 manat. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs əəməlindən peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmamasını, ikinci dərəcəli əlilliyinin olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasəm əməlində cinayət residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs oğurluq etməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir.Odur ki, ifadəsi sübut kimi qiymətləndirilməməli ibtidai istintaqdakı ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5 -cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “ xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmənin əvvəli 19 may 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsunq A21S» markalı mobil telefon saxlanılması üçün Aytən Daşdəmirovaya, 01 ədəd “SamsungA520” markalı mobil telefon Zərərçəkmiş şəxs2, «İphone SE» markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 15.10.2021-ci il tarixli (iş № 1(060)- 522/2021) qərarını icra edərək 15.10.2021-ci il tarixli 1291 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz)saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdən 22.04.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 19.05.2021-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsunq A21S» markalı mobil telefon saxlanılması üçün Aytən Daşdəmirovanın, 01 ədəd “SamsungA520” markalı mobil telefon Zərərçəkmiş şəxs2, «İphone SE» markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs4 sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına (“Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-30/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-30/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver