Məhkəmə qərarları › İş №1(060)-30/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-30/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-30/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 77-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 17:20 radələrində Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “Oba" marketin qarşısında saxladığı “Mercedes Benz” markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilə daxil olaraq, orada bir ədəd 10 manat dəyərində "Vans" markalı 2021-ci il "Çin" istehsalı qara rəngli idman çantasının içərisində dişi izolyasiya etmək üçün bir ədəd 50 manat dəyərində "Almaniya" istehsalı olan "Ruberdam" setini, bir ədəd 20 manat dəyərində dişin kanalını doldurmaq üçün "Endoplus" kanaldoldurucu dərmanı, bir ədəd 100 manat dəyərində dişin kökünün uzunluğunu təyin etmək üçün 2019-cu il istehsalı "Eighteeth" firmasının "Apex" lokator aparatını, bir ədəd 250 manat dəyərində dişin sinirini çıxarmaq üçün 2019-cu il istehsalı "Endomotor" markalı aparatını, bir ədəd 100 manat dəyərində dişin rəngini təyin etmək üçün 2020-ci il istehsalı "VitaDental" klassik rəng təyinedicisini, bir ədəd 10 manat dəyərində "Samsung" markalı mobil telefonun qidalandırcı aparatını, bir ədəd 30 manat dəyərində 2021-ci il Türkiyə istehsalı "Modern Doctor" firmasının tibbi geyimini, bir ədəd 25 manat dəyərində "Tokoyama-bond" markalı 5 ml diş lakını, üç ədəd hər biri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində "Jinme" markalı turbin ucluğunu, bir ədəd 70 manat dəyərində diş üçün tubik sementini, bir ədəd 15 manat dəyərində işlənmiş diş üçün tubik sementini, bir ədəd 20 manat dəyərində Tokoyama markalı diş üçün tubik blompunu və bir ədəd 50 manat dəyərində müvəqqəti diş qapağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümümilikdə 960 (doqquz yüz altmış) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Chevrolet Cruze" markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobildən bir ədəd 1500 manat dəyərində “Emiland” markalı kostyumu, içərisində 980 manat pulu, sürücülük vəsiqəsini, avtomobilin texniki şəhadətnaməsini, qaz və işıq kartını, bir ədəd beynəlxanq banka aid, bir ədəd Kapital banka aid, bir ədəd Xalq Banka aid bank kartları olan qara rəngli, kantı qırmızı rəngli olan dəri materialından 100 manat dəyərində "Dolce Gabbana" markalı pul qabını gizli talayaraq oğurlamış, bununla da Zərərçəkmiş şəxs1 2580 (iki min beş yüz səksən) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ilə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, axşam saat 17:20 radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində “OBA" marketin yaxınlığından H.Əliyev parkına tərəf getdiyi zaman yolun kənarından “Mercedes Benz" markalı avtomobilin dayandığını və içərisindən 2 nəfər şəxslərin düşdüyünü görmüş və avtomobilin qabaq sağ tərəf qapısının açıq qaldığını anlamışdır. Özü heç bir yerdə işləmir. Bu səbəbdən, öz şəxsi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmiş və getdiyi yoldan geriyə qayıdıb avtomobilə yaxınlaşmış və sağ ön qapının açıq olduğunu görüb açıb içərisinə girib oturmuşdur. O, həmin vaxtı tək olmuş və ona heç kəs köməklik etməmişdir. Avtomobilin içərisinə diqqətlə baxdıqda arxa oturacaqda qara rəngli idman çantasını görmüş və avtomobildən düşüb, arxa sağ qapını açıb oradan 1 ədəd qara rəngli idman çantasını götürmüş və qapını bağlayaraq oradan üzü Sumqayıt şəhəri 4-cü mkr tərəfə getmişdir. Orada, çantanın içərisinə baxdıqda stomotoloji alətlər olduğunu görmüşdür. Bundan sonra diş həkimi kimi tanıdığı Sumqayıt şəhəri, Göyərçin abidəsi ilə üz-üzə yerləşən "Dental" klinikasında işləyən və 5-6 il müddətinə tanıdığı Tural adlı həkimə zəng vurmuşdur. O Turala onda stomotoloji alətlərin olduğunu bildirmiş və kimə satmaq mümkün olduğunu soruşmuşdur. Tural ona cavabında həmin alətləri ona verməyini və o satdıqdan sonra ona 100 manat pul verə biləcəyini bildirmişdir. O bu zəngdən sonra həmin alətlər dolu idman çantasını Sumqayıt şəhəri 4-cü mkr ərazisinə aparmış və Tural ilə görüşüb ona vermişdir. O həmin alətlərin Bakıda yaşayan diş həkimi olmuş dostuna aid olduğunu, lakin dostu işi buraxdığı üçün alətləri satdığını bildirmişdir. Tural adlı şəxs 50 manata çantanı ondan almış, digər 50 manat pulu isə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri Avtovağzal ərazisində görüşərkən ona vermişdir. O həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində avtomobillərdən oğurluq etmək üçün piyada gəzməyə başlamışdır. xx.xx.2021ci il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində piyada gəzən zaman göy rəngli “Chevrolet Cruse" markalı avtomobilin qapısını yoxlayan zaman açıq vəziyyətdə olduğunu görmüş və həmin avtomobilin arxa tərəfində qapı tutacağına asılmış bir ədəd kostyum görüb həmin kostyumu götürmüşdür. O həmin vaxt tək olmuş və ona heç kəs köməklik etməmişdir. O, pulu götürərək pul qabını və içərisində olan digər əşyaları xatırlamadığı yerdə tullamışdır. O, kostyumu satmaqda çətinlik çəkdiyi üçün, əvvələr onunla qonşuluqda yaşamış Şahid2 adlı tanışına Sumqayıt şəhəri, Corat qəsəbəsində təsadüfən rastlaşdığı vaxt əvəzsiz qaydada vermiş, lakin ona həmin kostyumun oğurluq olması barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam şəkildə ödəmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində özünə məxsus “Chevrolet Cruze” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 136 В saylı binanın həyətində saxlayıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində övladlarını məktəbə aparmaq üçün avtomobilə yaxınlaşan zaman avtomobilin arxa sol qapısının tutacağından asdığı 1 ədəd “Emilənd" markalı kostyumun yerində olmadığını görmüşdür. O avtomobilə daxil olub baxış keçirən zaman qoltuqaltının içərisinə qoyduğu qara rəngli, qırmızı kantı olan dəri pul qabının yerində olmadığını aşkar etmişdir. Həmin pul qapının içərisində 980 manat pul, sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, qaz və işıq kartı, 1 ədəd beynəlxalq banka aid 1 ədəd Kapital banka aid 1 ədəd Xalq Banka aid bank kartları olmuşdur. O hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmiş və ondan hadisə ilə bağlı ərizə və izahat almışdılar. Əlavə olaraq onu da qeyd etmişdir ki, o xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində avtomobilini saxlayıb evə gedən zaman əlində yük çox olduğu üçün avtomobilin qapısını bağlaya bilməmiş və evə gedib oradan qapını bağlayacağını düşünməmişdir. Lakin, fikrindən çıxdığı üçün avtomobilin qapısını bağlamamışdır. Oğurlanmış qara rəngli, kantı isə qırmızı rəngli olan dəri materialından olan "Dolce Gabbana" markalı pul qabının qiyməti 100 manat, “Emilənd" markalı kostyumun qiyməti 1500 manat, pul qabında isə 980 manat olmaqla ümumilikdə hadisə zamanı ona 2580 manat maddi ziyan dəymiş, lakin bank kartları bloklanmış vəziyyətdə olduğundan kartalardan pul çıxarılmamışdır. Hazırda Təqsirləndirilən şəxs ziyan vurduğu hissə ilə bağlı dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə işdən çıxıb özünə məxsus Mercedes-Benz markalı **-CE-*** d.q.nişanlı avtomobilinin arxa oturacaq hissəsinə özünə məxsus içərisində tibbi alətlər olan üzərinə “VANS" yazılmış idman çantasını qoyub evə istiqamətlənmişdir. Yolda işi ilə əlaqədar "Karqo" şirkətinə dəymək üçün saat 17:40 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində 14 mərtəbəli evin yaxınlığında binanın altında yerləşən OBA marketin önündə avtomobilini saxlayıb düşmüş, lakin diqqətsizliyi ucbatından avtomobilinin qapısını bağlamadan marketin yanında olan Dinamik Karqo şirkətinin ofisinə daxil olmuşdur. Ofisdə işlərini bitirdikdən təqribən 10-15 dəqiqə sonra çölə çıxıb avtomobilinə əyləşib fikir vermədən avtomobilini Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində PİONEER marketə tərəf sürmüş və düşüb evə azuqə alıb yenidən avtomobilinə qayıtdıqda, arxa qapını açıb azuqələri arxa oturacağa qoymaq istədikdə idman çantasının yerində olmadığını aşkar etmişdir. Çantanın OBA marketin yaxınlığında oğurlanmasını düşünüb geriyə qayıtmış və marketin yanında heç kimin olmadığını gördükdən sonra "102" xidmətinə içərisində, hazırki dəyəri 60 manat olan Ruberdam setinin, hazırki dəyəri 30 manat olan Endoplus kanaldoldurucu dərmanın, hazırki dəyəri cəmi 210 manat olan 3 ədəd “Jinme” markalı turbin ucluğunun, hazırki dəyəri 90 manat olan 1 ədəd “Jinme" markalı turbin yenisinin, hazırki dəyəri 300 manat olan EİGHTEETH firmasının Apeks lokator aparatının, hazırki dəyəri 300 manat olan EndoMotor aparatının, hazırki dəyəri 150 manat olan VİTADEntal klassik rəng təyinedicisinin, hazırki dəyəri 20 manat olan 1 ədəd telefon adapterin, hazırki dəyəri 30 manat olan 1 ədəd tibbi geyimin, hazırki dəyəri 70 manat olan 1 ədəd diş üçün tubik sementin, hazırki dəyəri 15 manat olan 1 ədəd diş üçün tubik sementin, hazırki dəyəri 50 manat olan 1 ədəd TOKOYAMA-BOND markalı diş lakının, hazırki dəyəri 20 manat olan 1 ədəd TOKOYAMA markalı tubik blompun, hazırki dəyəri 50 manat olan 1 ədəd müvəqqəti qapaq materialının olduğu tibbi alətlərin və hazırkı tarixdə 20 manat dəyərində olan "VANS" markalı çantasının oğurlanması və ona ümumilikdə 1415 manat maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Hazırda dəymiş ziyan ödənilib, təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o. 10 ilə yaxındır ki, Sumqayıt şəhəri, 1-ci mkr ərazisində Sumqayıt "X2” klinikasında diş həkimi kimi çalışır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs onun mobil telefonuna zəng vuraraq onda diş ləvazimatlarının olduğunu və satmaq istədiyini bildirmişdir. O, Kamrana həmin ləvazimatları ona göstərmək üçün Sumqayıt şəhəri, “Avikassa” adlanan yerə gəlməyini bildirmişdir. Bundan sonra, öz avtomobili ilə Sumqayıt şəhəri 3-cü mkr ərazisinə “Aviakassa” tərəfə gəlmiş və Kamranla orada görüşüb onun gətirdiyi çantaya və alətlərə baxıb çantanı Kamrandan yoxlamaq üçün götürmüşdür. Götürərkən Kamran ona tanışı olan bir nəfər diş həkiminin ona bu alətləri satmaq istədiyi üçün verdiyini bildirmişdir. Bundan sonra Kamrana 50 manat pul vermiş və ümumi ləvazimata 250 manat verəcəyini bildirmişdir. Səhəri gün xx.xx.2021-ci il tarixdə Kamranla Sumqayıt şəhəri, Avtovağzal ərazisində görüşüb aldığı ləvazimatlara görə 200 manat pulu orada ona vermişdir. Çantanı və içərisindəki alətləri özünə məxsus avtomobilin içərisinə qoymuş və həm özü istifadə edəcəyini, həm də satacağını düşünmüşdür. xx.xx.2021-ci il tarixdə çantanı əlinə götürüb işə aparmaq istədiyi zaman ona mülki geyimdə şəxslər yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək 3-cü PB-yə dəvət etmişdilər. O, həmin alətlərin kiməsə məxsus olduğunu və ya oğurluq olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid Nurəliyev Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində tanımış, təxminən 23 dekbar 2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman tanışı Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs gördüyü vaxt o, əlində bükülmüş vəziyyətdə olan “Emiland" markalı kostyumu ona göstərmiş, həmin kostyumun özünə məxsus olduğunu və özünə təcili pul lazım olduğundan ona satmağa təklif etmiş, o da hazırda üstündə pulun olmadığını ona demiş və kostyumu gəyinmək üçün ondan götürmüş, kostyumu əyninə gəldiyi halda ona pulu ödüyəcəyini demiş, daha sonra həmin kostyumu evdə əyninə geyinmiş və kostyum xoşuna gəlmədiyi üçün o, onu almaqdan imtina etmiş və Kamrana həmin kostyumu ondan götürməsini demişdir. Kamran isə uzun müddət kostyumu ondan gəlib almadığı üçün o həmin kostyumu tullamışdır. Daha sonra ona müəyyən olundu ki, həmin dəst kostyumu Kamran oğurlamışdır. Kostyumun oğurluq olması barədə onun heç bir məlumatı olmamışdır. İş materiallarında olan “Hadisə yerinə baxış barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus avtomobilə baxış keçirilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi və tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işləri bir icraatda birləşdirilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 99CE401 dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobilə baxış keçirilmişdir. İş materiallarında olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı, özündə əks etdirən 1 ədəd CD diskdəki 1-ci, 2-ci, 3-cü və 4-cü videogörüntülərdə xx.xx.2021-ci il tarixdə, saat 17:23 radələrində hündür boylu, gödəkçəli, başında çeçenka papaq, ayağında ağ işıldayan və qara rəng qarışıqlı idman ayaqqabılı oğlanın yolun kənarında dayanmış "Mersedes Benz" markalı avtomobilin sağ ön qapısını açıb qapını bağladığı, üzərindən biraz keçmiş ön qapını açaraq bayıra çıxıb sonradan sağ arxa tərəfin qapısını açıb oturacağın üzərindəki idman çantasını götürüb qapını bağlayaraq çıxıb getməsi görüntülənmişdir. 1-ci görüntünün müddəti 41 saniyə, 2-ci görüntünün müddəti 36 saniyə, 3-cü görüntünün müddəti 15 saniyə və 4-cü görüntünün müddəti isə 2 dəqiqə 43 saniyə davam etmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və baş vermiş oğurluq hadisəsi öz təsdiqini tapmışdır. İş materiallarında olan “Əşya və ya sənədin təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, T.Əmiraslanov üzərinə Vans yazılmış qararəngli idman çantasını, 01 ədəd ağ rəngli qutunun içərisində olan 2 ədəd tubikdə Prime-Dental yazılmış müvəqqəti sementi, çöpləri ilə, kağızı ilə birlikdə 01 ədəd ağ açılıb bağlanan qutunun içərisində Endo Motor başlıqlı adapteri, Avromed cihazı dəmir başlıq ilə birlikdə, 01 ədəd açılıb-bağlanan üzərində qara rəngli, ağ hərflərlə Nova Reisn yazılmış qutu içərisində 4 ədəd başlıqlar, 01 ədəd mikro mator, Primma Art müvəqqəti qapaq, 8 ədəd başlığı, 01 ədəd qara dəri qabın içərisində “Matrissa” dəst, 01 ədəd ağ qutuda E-Pex lokator, adapteri ilə birlikdə, 01 ədəd usb işığı təqdim etmiş və protokollaşdırılmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 06:30-da Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4, 67 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Amnistiya Aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 Noyavbr-Zəfər Günü ünasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1312 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilməyən və nəzəri qaydada aparılan qiymətləndirməyə əsasən 1 ədəd üzərində "VANS" yazılmış 2021-ci il Çin istehsalı olan qara rəngli idman çantasının qiyməti 10 manat, 1 ədəd dişi izalyasiya etmək üçün 2017-ci il Almaniya istehsalı olan “Ruberdam set”-in qiyməti 50 manat, 1 ədəd dişin kanalını doldurmaq üçün "Endoplus" kanaldoldıırucu dərmanın qiyməti 20 manat, 1 ədəd dişin kökünün uzunluğunu təyin etmək üçün 2019-cu il istehsalı "Eighteeth” firmasının "Apex” lokator aparatının qiyməti 100 manat, 1 ədəd dişin sinirini çıxarmaq üçün 2019-cu il istehsalı "EndoMotor" aparatının qiyməti 250 manat, 1 ədəd dişin rəngini təyin etmək üçün 2020-ci il istehsalı "VitaDental" klassik rəng təyinedicinin qiyməti 100 manat, 1 ədəd 2021-ci il Çin istehsalı “Samsung" markalı mobil telefon qidalandırıcısının adapterinin qiyməti 10 manat, 1 ədəd (şalvar və qısaqol köynək) 2021-ci il Türkiyə istehsalı “Modern Doctor" firmasının tibbi geyiminin qiyməti 30 manat və 1 ədəd "Tоkоуаmа- bond" markalı 5 ml diş lakının qiyməti 25 manat olmaqla, ümumilikdə 595 (beş yüz doxsan beş) manat müəyyən edilir. Ekspertiza təyin edilməsi haqqında qərarda göstərilmiş qalan 5 adda mallar haqqında qiymətləndirmə aparılması mümkün olmamışdır. İş materiallarında olan 8 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxs hesab edilmiş və onun əməli cinayətin residivi kimi qiymətləndirilməmişdir. Şahid1 və Nurəliyev Şahid2 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. 1 ədəd üzərində “Vans” yazılmış, 2021-ci il Çin istehsalı qara rəngli idman çantası, 1 ədəd dişi izalyasiya etmək üçün 2017-ci il Almaniya istehsalı olan “Ruberdam set”in, 1 ədəd dişin kanalını doldurmaq üçün “Endoplus” kanaldoldurucu dərmanın, 1 ədəd “Jinme” markalı turbin ucluğu, 1 ədəd “Jinme” markalı turbin, 1 ədəd dişin kökünün uzunluğunu təyin etmək üçün 2019-cu il istehsalı “Eighteeth” firmasının “Apex” lokator aparatı, 1 ədəd dişin sinirini çıxarmaq üçün 2019-cu il istehsalı “EndoMotor” aparatı, 1 ədəd dişin rəngini təyin etmək üçün 2020-ci il istehsalı “VitaDental” klassik rəng təyinedicisi, 1 ədəd 2021-ci il Çin istehsalı “Samsung” markalı mobil telefon qidalandırıcısının adapteri, 1 dəst (şalvar və qısaqol köynək) 2021-ci il Türkiyə istehsalı “Modern Doctor” firmasının tibbi geyimi, 2 ədəd hər biri 4 qram olan “Tokoyama” markal diş üçün tubik sementi, 1 ədəd “Tokoyama-bond” markalı 5 ml diş lakı, 1 ədəd “Tokoyama” markalı 10 qramlıq tubik blompu, 1 ədəd müvəqqəti qapaq materialı maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 saxlanması üçün təhvil verilmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məxsus avtomobildən baş verə oğurluq zamanı müşahidə kameralarının çəkdiyi videogörünütü olan 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarında saxlanmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 325-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci madəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 28 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli 123-38656-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29, 177.2.2-ci maddəsi ilə təqsirləndirilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və saxlanılması ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 69.3-cü maddələri ilə 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2 və 326.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətnməkdə təqsili bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə, CM-nin 326.2-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasıan məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq ona qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(0600-552/2022 saylı hökmü ilə təyin edilmiş 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanaraq ona qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi və onunla barışıq əldə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 10 ay azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. Maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Vans” yazılmış, 2021-ci il Çin istehsalı qara rəngli idman çantası, 1 ədəd dişi izalyasiya etmək üçün 2017-ci il Almaniya istehsalı olan “Ruberdam set”in, 1 ədəd dişin kanalını doldurmaq üçün “Endoplus” kanaldoldurucu dərmanın, 1 ədəd “Jinme” markalı turbin ucluğu, 1 ədəd “Jinme” markalı turbin, 1 ədəd dişin kökünün uzunluğunu təyin etmək üçün 2019-cu il istehsalı “Eighteeth” firmasının “Apex” lokator aparatı, 1 ədəd dişin sinirini çıxarmaq üçün 2019-cu il istehsalı “EndoMotor” aparatı, 1 ədəd dişin rəngini təyin etmək üçün 2020-ci il istehsalı “VitaDental” klassik rəng təyinedicisi, 1 ədəd 2021-ci il Çin istehsalı “Samsung” markalı mobil telefon qidalandırıcısının adapteri, 1 dəst (şalvar və qısaqol köynək) 2021-ci il Türkiyə istehsalı “Modern Doctor” firmasının tibbi geyimi, 2 ədəd hər biri 4 qram olan “Tokoyama” markal diş üçün tubik sementi, 1 ədəd “Tokoyama-bond” markalı 5 ml diş lakı, 1 ədəd “Tokoyama” markalı 10 qramlıq tubik blompu, 1 ədəd müvəqqəti qapaq materialı Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sahibinə qaytarılmış hesab edilməlidir. İşdə olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2021ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək və 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək tutularaq saxlanmışdır. Onun tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-208/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 10 ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək və 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək tutulub saxlanıldığı 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzanın əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altıne vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində “Vans” yazılmış, 2021-ci il Çin istehsalı qara rəngli idman çantası, 1 ədəd dişi izalyasiya etmək üçün 2017-ci il Almaniya istehsalı olan “Ruberdam set”in, 1 ədəd dişin kanalını doldurmaq üçün “Endoplus” kanaldoldurucu dərmanın, 1 ədəd “Jinme” markalı turbin ucluğu, 1 ədəd “Jinme” markalı turbin, 1 ədəd dişin kökünün uzunluğunu təyin etmək üçün 2019-cu il istehsalı “Eighteeth” firmasının “Apex” lokator aparatı, 1 ədəd dişin sinirini çıxarmaq üçün 2019-cu il istehsalı “EndoMotor” aparatı, 1 ədəd dişin rəngini təyin etmək üçün 2020-ci il istehsalı “VitaDental” klassik rəng təyinedicisi, 1 ədəd 2021-ci il Çin istehsalı “Samsung” markalı mobil telefon qidalandırıcısının adapteri, 1 dəst (şalvar və qısaqol köynək) 2021-ci il Türkiyə istehsalı “Modern Doctor” firmasının tibbi geyimi, 2 ədəd hər biri 4 qram olan “Tokoyama” markal diş üçün tubik sementi, 1 ədəd “Tokoyama-bond” markalı 5 ml diş lakı, 1 ədəd “Tokoyama” markalı 10 qramlıq tubik blompu, 1 ədəd müvəqqəti qapaq materialı Zərərçəkmiş şəxs2 təhvil verildiyindən sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar